Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri.
Gülarə Qədirbəyova | |
---|---|
Gülarə İbrahimxəlil qızı Qazıyeva | |
Doğum tarixi | |
Doğum yeri | Baş Göynük, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Sibir, RSFSR, SSRİ |
Vəfat səbəbi | sürgündə vəfat edib |
Vətəndaşlığı | Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşları | , |
Fəaliyyəti | jurnalist |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur.
1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir.
1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir. 1939-cu il yanvarın 20-də Gülarə Qədirbəyovanın istintaq işinin bitməsi haqqında protokol tərtib edilmiş, protokolla tanış olan müttəhim ora bu sözləri əlavə etmişdir: "Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram".
1939-cu il fevralın 1-də Azərbaycan SSR Prokurorluğunun müavini Selivestrov və martın 28-də XDİK yanında Xüsusi Müşavirə Katibliyinin müvəkkili leytenant Xolodirov, Xüsusi Müşavirə Katibliyinin I müavini leytenant Borovkov qərara razılıq verdilər. Beləliklə Xüsusi Müşavirənin 1939-cu il 9 iyul tarixli (protokol №14) qərarı ilə Gülarə Qədirbəyova 5 il Sibirə sürgün edilmiş, 1942-ci ildə isə Sibir sürgünündə dünyasını dəyişmişdir.
1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi onun haqqındakı 1939-cu il 9 iyul tarixli qərarı cinayət tərkibi olmadığına görə ləğv etmiş və ona bəraət verilmişdir.
Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf Rəhmanov 1938-ci il yanvarın 3-də güllələnmiş, qardaşı Kərim Qazıyev isə Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilmişdir.
Hazırda Baş Göynük kəndindəki 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır.
Mənbə
- Ziya Bünyadov. Qırmızı terror. Bakı: 1993.
- Sabir Gəncəli. Qadın, gözəllik və ülviyyət. Bakı: 2001, səh.153.
- Sabir Gəncəli. Hər sətirdə bir tarix. Bakı: 1994.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gulare Ibrahimxelil qizi Qedirbeyova texellusu Koylu qizi Gulare 1903 Bas Goynuk 1942 Sibir azerbaycanli jurnalist Serq qadini jurnalinin bas redaktoru Eli Bayramov adina Qadin klubunun rehberi Gulare QedirbeyovaGulare Ibrahimxelil qizi QaziyevaDogum tarixi 1903Dogum yeri Bas Goynuk Nuxa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1942Vefat yeri Sibir RSFSR SSRIVefat sebebi surgunde vefat edibVetendasligi Rusiya imperiyasi AXC SSRIHeyat yoldaslari Fealiyyeti jurnalistUzvluyu Eli Bayramov adina Qadin klubu Vikianbarda elaqeli mediafayllarHeyatiGulare Qedirbeyova 1903 cu ilde Nuxa qezasinin Bas Goynuk kendinde molla ailesinde anadan olmusdur 1920 ci ilde Sekide pedaqoji kursu bitirib dogma kendinde muellimlik etmisdir Tezlikle ictimai siyasi fealiyyete celb olunmus 20 yasinda Qeza qadinlar sobesinin mudiri vezifesine ireli cekilmis Seki Samxor indiki Semkir Quba Baki rayonlarinda Qadinlar sobesine rehberlik etmis 1927 ci ilde Azerbaycan MIK Qadinlar sobesinin mudiri vezifesine ireli cekilmis Serq qadini jurnalinin redaktoru olmus 1930 1937 ci illerde ise Eli Bayramov adina qadinlar klubunun mudiri vezifesinde islemisdir Serq qadini jurnali ilk fealiyyete basladigi gunden onun sehifelerinde cixis eden ilk muxbir qiz olmusdur O veteninin milletinin tereqqisi namine qetiyyetle mubarize aparmis metbuat sehifelerindeki alovlu publisist yazilari ile Azerbaycan qadinlarinin maariflenmesinde boyuk xidmetleri olmusdur 1936 ci ilde Eli Bayramov adina qadinlar klubunun 15 illiyi ile elaqedar Gulare Qedirbeyovanin redaktesi altinda yazilmis Bir sarayin tarixi adli kitab milletcilik ruhunda yazilmis eser kimi ciddi tenqid edilmis Huseyn Cavid Ehmed Cavad Seyid Huseyn kimi musavatci ziyalilarla dostluq elaqelerinin olmasina gore onu antisovet fealiyyetde istirak eden eksinqilabi teskilatin uzvu kimi teqib etmeye baslamisdilar Azerbaycan SSR Kommunal Teserrufat Komissari H Sultanovun dindirilmesi zamani tezyiq altinda alinan bohtanci ifadelerde Gulare Qedirbeyovanin da eks inqilabi teskilatin uzvu olmasi 1937 ci ilin oktyabrinda gullelenmis Ibrahim Tagiyev terefinden eks inqilabi teskilata celb edilmesi gosterilmisdir 1938 ci il iyulun 23 de Gulare Qedirbeyovanin hebsi barede L 956 sayli order verilmis uc gunden sonra ise o Ismayilli rayonunun Basqal kendinde anasinin defn merasiminde hebs olunmusdur O 4 defe 1938 ci il avqustun 19 da 1938 ci il oktyabrin 31 de 1938 ci il noyabrin 15 de ve 1938 ci il noyabrin 20 de istintaq dindirilmesine celb olunmus her defe de gunahsiz oldugunu qeyd etmisdir 1939 cu il yanvarin 20 de Gulare Qedirbeyovanin istintaq isinin bitmesi haqqinda protokol tertib edilmis protokolla tanis olan muttehim ora bu sozleri elave etmisdir Men partiyanin namuslu ve sadiq uzvu olaraq qaliram 1939 cu il fevralin 1 de Azerbaycan SSR Prokurorlugunun muavini Selivestrov ve martin 28 de XDIK yaninda Xususi Musavire Katibliyinin muvekkili leytenant Xolodirov Xususi Musavire Katibliyinin I muavini leytenant Borovkov qerara raziliq verdiler Belelikle Xususi Musavirenin 1939 cu il 9 iyul tarixli protokol 14 qerari ile Gulare Qedirbeyova 5 il Sibire surgun edilmis 1942 ci ilde ise Sibir surgununde dunyasini deyismisdir 1957 ci il oktyabrin 30 da Azerbaycan SSR Ali Mehkemesi onun haqqindaki 1939 cu il 9 iyul tarixli qerari cinayet terkibi olmadigina gore legv etmis ve ona beraet verilmisdir Gulare Qedirbeyovanin heyat yoldasi Asef Rehmanov 1938 ci il yanvarin 3 de gullelenmis qardasi Kerim Qaziyev ise Musavat Partiyasinin feal uzvu kimi surgun edilmisdir Hazirda Bas Goynuk kendindeki 1 sayli orta mekteb Gulare Qedirbeyovanin adini dasiyir MenbeZiya Bunyadov Qirmizi terror Baki 1993 Sabir Genceli Qadin gozellik ve ulviyyet Baki 2001 seh 153 Sabir Genceli Her setirde bir tarix Baki 1994