Gerhart Haurtman (alm. Gerhart Hauptmann, 15 noyabr 1862[…] – 6 iyun 1946[…]) — naturalist məktəbi təmsilçisi olan alman dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1912).
Gerhart Hauptman | |
---|---|
alm. Gerhart Johann Robert Hauptmann | |
Doğum tarixi | 15 noyabr 1862[…] |
Vəfat tarixi | 6 iyun 1946[…](83 yaşında) |
Vəfat səbəbi | bronxit |
Təhsili | |
Fəaliyyəti | dramaturq, şair, söz yazıçısı[d], roman yazıçısı, avtobioqraf[d], ssenarist, yazıçı |
Fəaliyyət illəri | 1888-ci ildən |
Əsərlərinin dili | alman dili |
İstiqamət | naturalizm |
Mükafatları | |
gerhart-hauptmann-gesellschaft.de | |
Gerhart Hauptman Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Alman dramaturqu və romançısı Gerhart Hauptman indi Polşa ərazisi sayılan Sileziyada, varlı otel sahibi ailəsində doğulmuşdu. Təhsilini kənd məktəbində və Breslau (indiki Vroslav) gimnaziyasında almışdı. Oxumağa çox səthi və barmaqarası yanaşdığından 15 yaşında fermer olmaq üçün əmisinin yanına göndərilmişdi. Burada bir il qalsa da, əsl həyat məktəbi görmüşdü. "Mən kim olduğumu orada anladım, müstəqillik, qətiyyət kimi keyfiyyətlərə yiyələndim, hadisələrə öz baxışımı tapdım" -deyə yazıçı sonralar "fermerlik həyatını" minnətdarlıqla xatırlamışdı.
Hauptman daha sonra Breslau İncəsənət Akademiyasının heykəltəraşlıq bölümünə daxil olmuşdu. İtaliyada təhsilini davam etdirdiyi illərdə antik sənət və poeziya ilə yaxından maraqlanmış, Prometey haqqındakı əsatirin motivləri əsasında ilk epik-romantik poemasını yazmışdı. 1885-ci ildə özündən yaşlı, lakin zəngin qadınla evlənərək Berlin yaxınlığındakı Erkner qəsəbəsinə köçmüşdü. Bu illər onun həyatında öyrənmə dövrü idi. Hauptman Marksın, Engelsin, habelə Tolstoy, Zolya, İbsen və başqa Avropa klassiklərinin əsərlərini böyük maraqla oxuyurdu.
XIX əsrin sonunda romantizm alman ədəbiyyatının əsas yaradıcılıq metodu olaraq qalırdı. Dramaturgiyada realizmə keçid Hauptmanın adı ilə bağlıdır. 1889-cu ildə "Azad səhnə" teatr-studiyasında onun "Günəşin qürubundan əvvəl" pyesi tamaşaya qoyulmuşdu. Sileziya dialektində yazılmış əsərdə bir kəndli ailəsinin sürətlə varlanması və eyni sürətlə iflasa uğraması fonunda mənəvi-əxlaqi problemlər işıqlandırılırdı. Əsər həyat həqiqəti, təbiiliyi və dilinin sadəliyi ilə diqqəti cəlb edirdi. İlk pyesi ilə Hauptman tamaşaçılarda maraq oyada bilmişdi.
Hauptmanın "Barışıq bayramı" (1890), "Tənhalar" (1891) pyeslərində hələ Henrix İbsenin təsiri aydın duyulurdu. "Toxucular" (1893) pyesi isə onu sənətdə öz dəsti-xətti olan dramaturq kimi məşhurlaşdırdı. Bu əsərdə müəllif iştirakçıları ənənəvi "müsbət" və "mənfi" personajlara bölməmiş, onların hərəkətlərinə qiymət verməyə çalışmamışdı. Tamaşanın qəhrəmanı fərd yox, kütlə şəklində təzahür edirdi.
Mövzu və janr müxtəlifliyi Hauptmanın 90-cı illər yaradıcılığı üçün səciyyəvi idi. Gündəlik həyatın problemlərindən bəhs edən "Xəz manto" (1893) satirik komediyası, XVI əsrin birinci yarısındakı kəndli üsyanlarının panoramını yaradan "Florian Geyer" (1896) tarixi dramı müəllifin həm komik, həm də tragik kimi uğur qazana bildiyini göstərirdi. "Hannelin yüksəlişi" (1894) pyesində isə Hauptman naturalizmdən simvolizmə, gerçəkliklə fantaziyanın vəhdətinə qayıtmışdı.
Dramaturqun yaradıcılığı kimi şəxsi həyatı da hadisələrlə zəngin idi. 1904-cü ildə o, ilk arvadını boşamış və dörd il əvvəl ona nikahdankənar oğul doğmuş aktrisa Marqarita Marşalek ilə evlənmişdi. Bir il sonra isə 17 yaşlı rus əsilli aktrisa İda Orloffla eşq macəraları ucbatından ikinci arvadını da boşamışdı. İda Orloff Hauptmanın bir sıra əsərlərində yaddaqalan qadın obrazları yaratmışdı.
Yunanıstana səyahəti (1907) Gerhard Hauptmana xristianlığa bağlılıqla antik mədəniyyət arasındakı ziddiyyətləri təhlil edən və yol qeydləri şəklində yazılan "Yunan baharı" (1908) əsərini ortaya çıxarmaq imkanı vermişdi. Yazıçının "Cinli Emmanuel Kvint" (1910) və "Böyük ananın adası" (1912) romanları da təxminən eyni mövzuya həsr edilmişdi. Tədqiqatçıların fikrincə, dram əsərləri ilə müqayisədə Hauptmanın nəsri o qədər də güclü və təsirli deyildir. 1912-ci ildə Hauptman "dramatik sənət sahəsindəki diqqətəlayiq, məhsuldar və çoxcəhətli fəaliyyətinə görə" Nobel mükafatı laureatı oldu. İsveç Akademiyasının üzvü Hans Hildebrand müəllifin insan ruhunun dərinliklərinə nüfuz etməsini yüksək qiymətləndirmiş, pyeslərindəki realizmin daha yaxşı gələcək uğrunda mübarizədə ciddi amilə çevrildiyini bildirmişdi. Hauptman qısa nitqində öz yaradıcılığından daha çox İsveç Akademiyasının xeyirxah fəaliyyəti üzərində dayanmışdı.
Bütün həyatı boyu pasifist olan Hauptman Almaniyanın başladığı hər iki dünya müharibəsi zamanı da mövqeyini dəyişməmişdi. Lakin Hitler hakimiyyətə gələn zaman əksər mütərəqqi ziyalılar kimi etiraz əlaməti olaraq ölkəni tərk etməməsi onun şəxsiyyət və istedadının pərəstişkarları arasında narazılıq yaratmışdı. "Üçüncü reyx" dövründə Hauptmanın yaradıcılığına ciddi maraq göstərilməmiş, əsərləri səhnədə az oynanılmışdı. Bütün bunlara baxmayaraq faşist ideoloqları onun 17 cildlik külliyatının maliyyələşdirilməsini məqsədəuyğun saymışdılar.
İki dünya savaşı arasında Hauptman diqqəti o qədər də cəlb etməyən "Qış balladası" (1917), "Ağ xilaskar" (1920), "İndipodi" (1920) irrasionalist dramlarını, "Suandan olan kafir" (1918) romanını yazmışdı. Yaradıcılığının son dövrünə aid əsərləri içərisində "Günəşin qürubundan əvvəl" (1932) pyesi, "Gənclik illərimin macəraları" (1937) avtobioqrafik romanı diqqəti daha çox çəkir. "Böyük yuxu" (1942) adlı fantastik poemasında Hauptman simvollar və bədii paralellər vasitəsi ilə nasizmə mənfi münasibətini gec də olsa, ifadə etməyə çalışmışdı.
Hauptman Almaniyanın İkinci Dünya müharibəsindəki məğlubiyyətindən bir il sonra, Avropanın yenidən bölünməsi nəticəsində Polşa ərazisində – Aqnetendorfda qalan malikanəsində vəfat etmişdi. SSRİ-də onun yaradıcılığına loyal yanaşılsa da, polyaklar yazıçının Polşada dəfninə razılıq verməmişdilər. Yalnız ölümündən bir ay sonra Hauptmanın nəşini köhnə mal vaqonunda Almaniyaya aparmaq və Hiddensdəki mülkünün həyətində dəfn etmək mümkün olmuşdu.
Bir sıra Nobel laureatları kimi Hauptmanı da zamanın sınığandan çıxmayan müəlliflər sırasına daxil edirlər. Ümumiyyətlə, yazıçının yaradıcılığına münasibət ziddiyyətlidir. Onu "Avropanın sonuncu həqiqi humanistlərindən biri" (H.Qarten) sayanlar da, həyatının son qərinəsində yazdığı əsərlərin "heç bir dəyəri olmadığını və onların saxta səsləndiyini" (C.Qassner) iddia edənlər də var.
Əsərləri
- "Günəşin qürubundan əvvəl" (Vor Sonnenaufgang), 1889;
- "Sülh bayramı" (Das Friedenfest), 1890;
- "Tənhalar" (Einsame Menschen), 1891;
- "Toxucular" (Die Weber), 1892;
- "Həmkar Krampton" (College Crampton), 1892;
- "Xəz manto" (Der Biberpelz) 1893;
- "Qanelle" (Hanneles Himmelfahrt), 1893;
- "Florian Geyer" (Florian Geyer), 1896;
- "Elqa" (Elga), 1896;
- "Batmış zəng" (Die versunkene Glocke), 1896;
- "Arabaçı Qenşel" (Fuhrmann Henschel), 1898;
- "Mixael Kramer" (Michael Kramer), 1900;
- "Qırmızı xoruz" (Der rote Hahn), 1901;
- "Yazıq Henrix" (Der arme Heinrich), 1902;
- "Roza Bernd" (Rosa Bernd), 1903;
- "Bişofsberqdən olan xanımlar" (Die Jungfern von Bischofsberg), 1905 (вышла в 1907);
- "Pippa isə oynayır" (Und Pippa tanzt), 1906;
- "Böyük Karlın əsiri" 1908;
- "Siçovullar" (Die Ratten), 1911.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Gerhart Hauptmann (nid.).
- Гауптман Герхарт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Gerhart Hauptmanın əsərləri (rusca)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gerhart Haurtman alm Gerhart Hauptmann 15 noyabr 1862 6 iyun 1946 naturalist mektebi temsilcisi olan alman dramaturq Edebiyyat uzre Nobel mukafati laureati 1912 Gerhart Hauptmanalm Gerhart Johann Robert Hauptmann Dogum tarixi 15 noyabr 1862 1862 11 15 Vefat tarixi 6 iyun 1946 1946 06 06 83 yasinda Vefat sebebi bronxitTehsili Yena UniversitetiFealiyyeti dramaturq sair soz yazicisi d roman yazicisi avtobioqraf d ssenarist yaziciFealiyyet illeri 1888 ci ildenEserlerinin dili alman diliIstiqamet naturalizmMukafatlarigerhart hauptmann gesellschaft deGerhart Hauptman Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiAlman dramaturqu ve romancisi Gerhart Hauptman indi Polsa erazisi sayilan Sileziyada varli otel sahibi ailesinde dogulmusdu Tehsilini kend mektebinde ve Breslau indiki Vroslav gimnaziyasinda almisdi Oxumaga cox sethi ve barmaqarasi yanasdigindan 15 yasinda fermer olmaq ucun emisinin yanina gonderilmisdi Burada bir il qalsa da esl heyat mektebi gormusdu Men kim oldugumu orada anladim musteqillik qetiyyet kimi keyfiyyetlere yiyelendim hadiselere oz baxisimi tapdim deye yazici sonralar fermerlik heyatini minnetdarliqla xatirlamisdi Gerhart Hauptman 1914 Hauptman daha sonra Breslau Incesenet Akademiyasinin heykelterasliq bolumune daxil olmusdu Italiyada tehsilini davam etdirdiyi illerde antik senet ve poeziya ile yaxindan maraqlanmis Prometey haqqindaki esatirin motivleri esasinda ilk epik romantik poemasini yazmisdi 1885 ci ilde ozunden yasli lakin zengin qadinla evlenerek Berlin yaxinligindaki Erkner qesebesine kocmusdu Bu iller onun heyatinda oyrenme dovru idi Hauptman Marksin Engelsin habele Tolstoy Zolya Ibsen ve basqa Avropa klassiklerinin eserlerini boyuk maraqla oxuyurdu XIX esrin sonunda romantizm alman edebiyyatinin esas yaradiciliq metodu olaraq qalirdi Dramaturgiyada realizme kecid Hauptmanin adi ile baglidir 1889 cu ilde Azad sehne teatr studiyasinda onun Gunesin qurubundan evvel pyesi tamasaya qoyulmusdu Sileziya dialektinde yazilmis eserde bir kendli ailesinin suretle varlanmasi ve eyni suretle iflasa ugramasi fonunda menevi exlaqi problemler isiqlandirilirdi Eser heyat heqiqeti tebiiliyi ve dilinin sadeliyi ile diqqeti celb edirdi Ilk pyesi ile Hauptman tamasacilarda maraq oyada bilmisdi Hauptmanin Barisiq bayrami 1890 Tenhalar 1891 pyeslerinde hele Henrix Ibsenin tesiri aydin duyulurdu Toxucular 1893 pyesi ise onu senetde oz desti xetti olan dramaturq kimi meshurlasdirdi Bu eserde muellif istirakcilari enenevi musbet ve menfi personajlara bolmemis onlarin hereketlerine qiymet vermeye calismamisdi Tamasanin qehremani ferd yox kutle seklinde tezahur edirdi Movzu ve janr muxtelifliyi Hauptmanin 90 ci iller yaradiciligi ucun seciyyevi idi Gundelik heyatin problemlerinden behs eden Xez manto 1893 satirik komediyasi XVI esrin birinci yarisindaki kendli usyanlarinin panoramini yaradan Florian Geyer 1896 tarixi drami muellifin hem komik hem de tragik kimi ugur qazana bildiyini gosterirdi Hannelin yukselisi 1894 pyesinde ise Hauptman naturalizmden simvolizme gerceklikle fantaziyanin vehdetine qayitmisdi Gerhart Hauptmanin portreti 1900 Ressam Dramaturqun yaradiciligi kimi sexsi heyati da hadiselerle zengin idi 1904 cu ilde o ilk arvadini bosamis ve dord il evvel ona nikahdankenar ogul dogmus aktrisa Marqarita Marsalek ile evlenmisdi Bir il sonra ise 17 yasli rus esilli aktrisa Ida Orloffla esq maceralari ucbatindan ikinci arvadini da bosamisdi Ida Orloff Hauptmanin bir sira eserlerinde yaddaqalan qadin obrazlari yaratmisdi Yunanistana seyaheti 1907 Gerhard Hauptmana xristianliga bagliliqla antik medeniyyet arasindaki ziddiyyetleri tehlil eden ve yol qeydleri seklinde yazilan Yunan bahari 1908 eserini ortaya cixarmaq imkani vermisdi Yazicinin Cinli Emmanuel Kvint 1910 ve Boyuk ananin adasi 1912 romanlari da texminen eyni movzuya hesr edilmisdi Tedqiqatcilarin fikrince dram eserleri ile muqayisede Hauptmanin nesri o qeder de guclu ve tesirli deyildir 1912 ci ilde Hauptman dramatik senet sahesindeki diqqetelayiq mehsuldar ve coxcehetli fealiyyetine gore Nobel mukafati laureati oldu Isvec Akademiyasinin uzvu Hans Hildebrand muellifin insan ruhunun derinliklerine nufuz etmesini yuksek qiymetlendirmis pyeslerindeki realizmin daha yaxsi gelecek ugrunda mubarizede ciddi amile cevrildiyini bildirmisdi Hauptman qisa nitqinde oz yaradiciligindan daha cox Isvec Akademiyasinin xeyirxah fealiyyeti uzerinde dayanmisdi Butun heyati boyu pasifist olan Hauptman Almaniyanin basladigi her iki dunya muharibesi zamani da movqeyini deyismemisdi Lakin Hitler hakimiyyete gelen zaman ekser mutereqqi ziyalilar kimi etiraz elameti olaraq olkeni terk etmemesi onun sexsiyyet ve istedadinin perestiskarlari arasinda naraziliq yaratmisdi Ucuncu reyx dovrunde Hauptmanin yaradiciligina ciddi maraq gosterilmemis eserleri sehnede az oynanilmisdi Butun bunlara baxmayaraq fasist ideoloqlari onun 17 cildlik kulliyatinin maliyyelesdirilmesini meqsedeuygun saymisdilar Gerhart Hauptman Ehefrauda nitq ederken 1932 Iki dunya savasi arasinda Hauptman diqqeti o qeder de celb etmeyen Qis balladasi 1917 Ag xilaskar 1920 Indipodi 1920 irrasionalist dramlarini Suandan olan kafir 1918 romanini yazmisdi Yaradiciliginin son dovrune aid eserleri icerisinde Gunesin qurubundan evvel 1932 pyesi Genclik illerimin maceralari 1937 avtobioqrafik romani diqqeti daha cox cekir Boyuk yuxu 1942 adli fantastik poemasinda Hauptman simvollar ve bedii paraleller vasitesi ile nasizme menfi munasibetini gec de olsa ifade etmeye calismisdi Hauptman Almaniyanin Ikinci Dunya muharibesindeki meglubiyyetinden bir il sonra Avropanin yeniden bolunmesi neticesinde Polsa erazisinde Aqnetendorfda qalan malikanesinde vefat etmisdi SSRI de onun yaradiciligina loyal yanasilsa da polyaklar yazicinin Polsada defnine raziliq vermemisdiler Yalniz olumunden bir ay sonra Hauptmanin nesini kohne mal vaqonunda Almaniyaya aparmaq ve Hiddensdeki mulkunun heyetinde defn etmek mumkun olmusdu Bir sira Nobel laureatlari kimi Hauptmani da zamanin sinigandan cixmayan muellifler sirasina daxil edirler Umumiyyetle yazicinin yaradiciligina munasibet ziddiyyetlidir Onu Avropanin sonuncu heqiqi humanistlerinden biri H Qarten sayanlar da heyatinin son qerinesinde yazdigi eserlerin hec bir deyeri olmadigini ve onlarin saxta seslendiyini C Qassner iddia edenler de var Eserleri Gunesin qurubundan evvel Vor Sonnenaufgang 1889 Sulh bayrami Das Friedenfest 1890 Tenhalar Einsame Menschen 1891 Toxucular Die Weber 1892 Hemkar Krampton College Crampton 1892 Xez manto Der Biberpelz 1893 Qanelle Hanneles Himmelfahrt 1893 Florian Geyer Florian Geyer 1896 Elqa Elga 1896 Batmis zeng Die versunkene Glocke 1896 Arabaci Qensel Fuhrmann Henschel 1898 Mixael Kramer Michael Kramer 1900 Qirmizi xoruz Der rote Hahn 1901 Yaziq Henrix Der arme Heinrich 1902 Roza Bernd Rosa Bernd 1903 Bisofsberqden olan xanimlar Die Jungfern von Bischofsberg 1905 vyshla v 1907 Pippa ise oynayir Und Pippa tanzt 1906 Boyuk Karlin esiri 1908 Sicovullar Die Ratten 1911 IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Gerhart Hauptmann nid Gauptman Gerhart Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerGerhart Hauptmanin eserleri rusca Hemcinin bax