Bu məqaləni lazımdır. |
Bu məqalədəki məlumatların üçün əlavə mənbələrə ehtiyac var. |
Ümumi məlumat
Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır.
Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir.
Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar.
Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur. Qusar-Dəvəçi törəmə əyilməsinə relyefdə müasir allüvial-prolüvial çöküntülərdən ibarət və monoklinal plato quruluşlu erozion, erozion-denudasion və qravitasion mənşəli pilləli səthli Qusar maili düzənliyi uyğun gəlir.
Kiçik Qafqazın dağ silsilələri qırışıqlı-qaymalı mənşəli tektonik quruluşa malik olub və uzununa və eninə istiqamətlənmiş dərin qırılmalarla parçalanmışdır. Burada Şahdağ, Murovdağ, Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələri və (səthi son pliosen və dördüncü dövrün andezit-bazalt tərkibli lavaları ilə örtülmüş) Qarabağ vulkanik yaylası ilə yanaşı Başkənd-Dəstəfur, Kəlbəcər, Xankəndi və s. irsi və ya törəmə dağ daxili çökəkliklər ayrılır. Qarabağ vulkanik yaylasından cənub-qərbdə Arazyanı qırışırlı-qaymalı və qaymalı tektonik quruluşu ilə səciyyələnən Zəngəzur və Dərələyəz silsilələri yerləşmişdir. Onların suayırıcı hissələri intensiv fiziki aşınma prosesləri nəticəsində kəskin parçalanmaya məruz qalmış və son pleystosen dövrünün kar və troqlardan ibarət buzlaq relyef formaları yayılmışdır. Orta və alçaqdağlıq hissələrdə arid-denudasion proseslər və müvafiq relyef formaları inkişaf etmişdir. Ərazinin səciyyəvi xüsusiyyətindən biri də burada ekstruziv günbəzlərin və lakolitlərin (İlandağ, Əlincə və s.) mövcud olmasıdır.
Orta Araz çökəkliyi köndələninə tektonik qalxmalarla dağarası çökəkliklərə və akkumuliyativ – denudasion yaylalara – Sədərək, Şərur, Naxçıvan, Nehrəm, Qıvraq və s. ayrılmış iri törəmə morfostrukturdur.
Böyük və Kiçik Qafqaz dağları arasında mürəkkəb sinklinal quruluşlu geniş Kür dağarası çökəkliyi yerləşir. Alazan-Həftəran vadisi, Ceyrançöl-Acınohur alçaqdağlığı, Gəncə-Qazax, Qarabağ mayili düzənlikləri, Şirvan, Mil, Muğan, Salyan və Cənub-Şərqi Şirvan düzləri öz geoloji quruluşuna və relyefin xüsusiyyətlərinə görə fərqlənirlər.
Kiçik Qafqaz qırışıq-qayma meqastukturunun cənub-şərq davamı paleogenin və neogenin qismən də təbaşirin vulkanogen çökmə süxur komplekslərindən təşkil olunmuş Talış dağları təşkil edir. Bu morfostruktur Talış, Peştəsər və Burovar silsilələrindən və Dıman, Qosmalyan və Yardımlı dağarası çökəkliklərdən ibarətdir. Beləliklə, Azərbaycan relyefinin formalaşması və inkişafı yeni tektonik mərhələ çərçivəsində baş vermişdir. Müasir relyefin əmələgəlməsində, müxtəlif istiqamətli və intensivlikli differensiasial xarakterli şaquli və üfüqi hərəkətlər xüsusi rol oynamışdır. Bununla yanaşı burada aparılan geomorfoloji, geoloji, ekoloji və s. tədqiqatlar dağlıq ərazinin mənimsənilməsində, təbii fəlakətlərə (sürüşmə, sel, daşqın və s.) qarşı mübarizə tədbirlərinin işlənib həyata keçirilməsində, faydalı qazıntıların axtarışında və s. böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının ərazisi çox mürəkkəb geomorfoloji quruluşa malikdir. Burada tektonik hərəkətlərin relyefə göstərdiyi zəif və güclü təsirə müvafiq olaraq denudasion-struktur və struktur-denudasion dağlar, çökəkliklər və dərələr əmələ gəlmişdir. Vulkanik dağlar və yaylalar, akkumulyativ-denudasion platolar və düzənliklər, düzənliklər və s. inkişaf etmişdir.
Geomorfoloji rayonlaşdırma
Əyalət | Vilayət | Yarımvilayət | Rayonlar |
1 | 2 | 3 | 4 |
A Krım-Qafqaz dağlıq ölkəsi | |||
Ön Qafqaz | I Samur-Dəvəçi | 1. Samur-Dəvəçi 2. Qusar | |
Böyük Qafqaz | IIŞərqi Böyük Qafqaz | II1 Cənub yamac | 3. Zaqatala 4. Şəki 5. Lahıc |
II2 Cənub-şərqi yamac | 6. Bazardüzü 7. Şahnabad-Xızı 8. Şahdağ 9. Təngi-Beşbarmaq 10. Dübrar 11. Şamaxı 12. Qobustan 13. Abşeron | ||
Cənubi Qafqaz depressiyası | III Kür çökəkliyi | III1 Alazan-Həftəran vadisi | 14. Qanıx 15. İsmayıllı |
III2 Ceyrançöl-Acınohur ön dağlığı | 16. Ceyrançöl 17. Acınohur 18. Lənqəbiz-Ələt 19. Hərəmi | ||
III3 Kür-Araz ovalığı | 20. Şirvan 21. Cənub-Şərqi Şirvan 22. Küryanı 23. Muğan 24. Salyan | ||
III4 Kiçik-Qafqazın dağətəyi maili düzənlikləri | 25. Gəncə-Qazax 26. Qarabağ 27. Mil | ||
B Ön Asiya yaylaları | |||
Kiçik Qafqaz | IV Kənar Kiçik Qafqaz | IV1 Şimal-şərq yamac | 28. Ağstafa 29. Şəmkir 30. Daşkəsən-Ağcakənd 31. Şahdağ 32. Murovdağ |
IV2 Şərq yamac | 33. Aşağı Araz | ||
IV3 Cənub-qərb yamac | 34. Kəlbəcər 35. Mıxtökən 36. Həkəri | ||
V Daxili Kiçik Qafqaz | V1 Qarabağ vulkanik yaylası | 37. Qızılboğaz-İşiqlı 38. Alaqöllər-Çalbayır 39. Şərqi Göyçə 40. Yazı | |
V2 Arazyanı silsilələr | 41. Dərələyəz 42. Zəngəzur 43. Bərgüşad | ||
V3 Naxçivan (Orta Araz) çökəkliyi | 44. Şərur 45. Nehrəm 46. Ordubad | ||
Vİ Talış | 47. Lənkəran 48. Burovar 49. Yardımlı 50. Peştəsər 51. Zuvand 52. Talış |
Geomorfoloji vilayətlər
Relyefin mənşəyi, yaşı, morfoloji xüsusiyyətləri, geoloji quruluşu və yeni tektonik hərəkətlərlə əlaqəsinin təzahürü Azərbaycan Respublikası ərazisində dörd əyalət (Ön Qafqaz, Böyük Qafqaz, Cənubi Qafqaz depressiyası, Kiçik Qafqaz), altı vilayət (Samur-Dəvəçi, Şərqi Böyük Qafqaz, Kür çökəkliyi, Kənar Kiçik Qafqaz, Daxili Kiçik Qafqaz və Talış), vilayətlər daxilində isə bir sıra geomorfoloji yarımvilayətlər və rayonlar ayırmağa imkan verir (B. Ə. Budaqov, 1993). Bəzən Orta Araz çökəkliyi, Zəngəzur və Dərələyəz silsilələri, həmçinin Talış dağları və Lənkəran ovalığı geomorfoloji rayonlar kimi Kiçik Qafqaz vilayətinə, Qusar maili düzənliyi və Alazan-Həftəran vadisi geomorfoloji rayonlar kimi Böyük Qafqaz əyalətinə aid edilir.
Samur-Dəvəçi geomorfoloji vilayəti
Samur-Dəvəçi geomorfoloji vilayəti struktur cəhətdən Ön Qafqazın cənub-şərq davamı hesab edilən və yeni tektonik mərhələdə formalaşan Qusar-Dəvəçi Öndağlıq çökəkliyinə, oroqrafik cəhətdən isə Böyük Qafqazın şimal-şərq ətəklərinə uyğun gəlir. Müasir səthi və əsas morfoloji xüsusiyyətləri Son Pliosen və Antropogendə dəniz və çayların fəalliyəti nəticəsində formalaşmışdır. Çay dərələri, gətirmə konusları, konuslararası çökəkliklər, terraslar və s. relyef formaları səciyyəvidir. Dəniz sahili boyu, əsasən, qumluqdur. Səthi meyilli (təqr. 0 m-dən 1900 m-ədək), pilləli və dalğavaridir. Hündürlük artdıqca meyillilik və səthin parçalanma dərəcəsi də artır. Dağətəyi hissədə dərininə erozion kəsilmə 850–950 m-ə çatır. Bu vilayət Samur-Dəvəçi və Qusar geomorfoloji rayonlarına ayrılır.
Şərqi Böyük Qafqaz geomorfoloji vilayəti
Şərqi Böyük Qafqaz geomorfoloji vilayəti respublikanın digər geomorfoloji vilayətlərindən nival-buzlaq relyef formalarının daha geniş inkişaf etməsi ilə fərqlənir. Burada Son Pliosen-Antropogen buzlaşmalarının izləri troq dərələri, karlar, moren tirələri və təpəcikləri şəklində qalmışdır; palçıq vulkanları, sürüşmələr, bedlend və gilli karst formaları da çox yayılmışdır. Düzəlmə səthlərinin geniş inkişaf etməsi səciyyəvidir. Müasir ekzogen proseslərdən eroziya və qravitasiya daha geniş inkişaf etmişdir. Vilayət Baş Qafqaz silsiləsinin cənub yamac və cənub-şərqi Qafqaz geomorfoloji yarımvilayətlərinə bölünür:
1. Baş Qafqaz silsiləsinin cənub yamacı yarımvilayəti.
Mazım və Girdiman çayları arasını əhatə edir. Suayırıcı daraqvarı dişli, zirvələr isə iti ucludur. Bəzi yerlərdə düzəlmə səthləri müşahidə olunur. Dərələrin yamacları çox meyilli (40–70 dərəcə və daha çox), dibi əksər yerdə dardır, çay qollarının dərələri ilə parçalanmış və sürüşmələrlə mürəkkəbləşmişdir. Dərələrin genişləndiyi sahələrdə terraslar inkişaf etmişdir. Tez-tez dağıdıcı sel hadisələri baş verir. Uçqunlar, ufantı və səpinti materialları geniş yayılmışdır. Yarımvilayətin daxilində Zaqatala, Şəki və Lahıc geomorfoloji rayonları ayrılır.
2. Cənub-Şərqi Qafqaz yarımvilayəti.
Buraya intensiv parçalanmış silsilələr daxildir. Bu yarımvilayət daxilində Baş Qafqaz silsiləsi və ya Suayırıcı silsilə yüksək dağlıq qurşaq da ensiz yal hissədən, sıldırım və əsasən, çılpaq yamaclardan ibarətdir. Ondan şimalda yerləşən Yan silsilənin suayırıcısı şimal-qərbdə bir-birindən kanyonvarı çay dərələri ilə ayrılan iri sinklinal platolara (ən böüyüyü Şahdağ platosu) bölünmüşdür. Suayırıcı silsilədən cənubda kəskin parçalanmış Niyaldağ yan silsiləsi yerləşir. Silsilələr arasında çökəkliklər inkişaf etmişdir. Yarımvilayət şərqdə Şamaxı, Qobustan, Abşeron yarımadası və s. təbii sahələri əhatə edir.
Relyefi hamar səthli platolarla (Qızmeydan, Şamaxı, Mərəzə, Sündü və s.) mürəkkəbləşir. Çay dərələri, əsasən, dardır, bəzi yerlərdə nisbətən geniş, terraslaşmış çökəkliklərə keçir. Yarımvilayətin şimal-qərb hissəsində sürüşmələr və uçqunlar, cənub-şərq hissəsində palçıq vulkanları, bedlend və gilli karst kimi arid-denudasion relyef formaları, Abşeron yarımadasının sahili boyunca qum dyünləri yayılmışdır. Şoranlı və şor göllü axarsız çökəkliklər inkişaf etmişdir. Yarımvilayətdə Bazardüzü, Şahnabad — Xızı, Şahdağ, Təngi-Beşbarmaq, Dübrar, Şamaxı, Qobustan və Abşeron geomorfoloji rayonları ayrılır.
Kür çökəkliyi geomorfoloji vilayəti
Kür çökəkliyi geomorfoloji vilayətində yeni tektonik hərəkətlərin və eləcə də ekzogen relyef əmələgəgitirici proseslərin mürəkkəbliyi relyef quruluşunun müxtəlifliyinə səbəb olmuşdur. 4 əsas geomorfoloji yarımvilayətə: Alazan-Həftəran vadisi, Ceyrançül-Acınohur ön dağlığı, Kür-Araz ovalığı və Kiçik Qafqazın dağətəyi maili düzənlikləri yarımvilayətlərinə bölünür:
1. Qanıx — Əyriçay çökəkliyi yarımvilayəti
Oroqrafik cəhətdən 200–300 m-dən 600–800 m-ədək hündürlükdə yerləşən batıq dağətəyi maili düzənliyi əhatə edir. Səthi allüvial-prolüvial çüküntülərdən ibarətdir. Çayların gətirmə konusları arasındakı çökəkliklər qismən bataqlıqlaşmışdır. Akkumulyasiya prosesləri üstünlük təşkil edir. Yarımvilayət daxilində Qanıx, İsmayıllı geomorfoloji rayonları ayrılır.
2. Ceyrançöl — Acınohur ön dağlığı yarımvilayəti.
Kür çökəkliyinin şimal hissəsindədir. Buraya Alazan-Həftəran vadisindən cənubda yerləşən Acınohur, Kür çökəkliyinin şimal-şərq kənarını təşkil edən Ləngəbiz-Ələt Ön dağlıqları və s. daxildir. Relyefində antiklinal və sinklinal qırışıqlara uyğun gələn silsilə, tirə, yüksəklik, dərə və çökəkliklər üstünlük təşkil edir. Silsilə və tirələrin (q.-də və ş.-də Üst Pliosen, mərkəzi hissədə Antropogen yaşlı) yamacları asimmetrikdir. Cənub yamacları çox dik, şimal yamacları isə az meyillidir. Bəzi yerlərdə (Gürcüvan platosu) 600–1000 m hündürlükdə düzəlmə səthləri müşahidə edilir. Yarımvilayət köndələn axan çayların antesedent dərələri ilə parçalanmışdır. Dərininə kəsilmə 250–700 m-dir. Parçalanmanın sıxlığı bedlend tipli yarğan-qobu şəbəkəsinin inkişaf etdiyi cənub yamaclarında daha böyükdür. Şərqdə palçıq vulkanları var. Yarımvilayət Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt, Hərəmi geomorfoloji rayonlarına bülönür.
3. Kür — Araz ovalığı yarımvilayəti.
Kür çökəkliyinin ən geniş hissəsini əhatə edir. Səthi mərkəzi hissədə gilli, kənar hissələrdə gillicəli-qumlu çaqıldaşlı Son antropogen və Holosen yaşlı kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur. Relyefi cavan və yastı olduğundan səthi az parçalanmışdır. Ovalığın şərq hissəsi üçün cavan qırışıqlar və palçıq vulkanizmi ilə əlaqədar alçaq tirə və yüksəkliklər (Qırovdağ, Babazənən, Mişovdağ, Qalmas, Bozdağ, Xıdırlı, Bəndovan və s.) səciyyəvidir. Yataqlarında akkumulyasiya prosesi gedən çay dərələri dayaz və meandırlıdır. Şirvan düzündə gətirmə konusları inkişaf etmişdir. Ovalığın mərkəzi hissəsi və eləcə də Muğan və Salyan düzlərində qədim çay dərələri, yataqyanı yallar, axmazlar, subaeral deltalar, Cənub-Şərqi Şirvan düzündə deflyasiya çalaları, dyunlər, qədim və müasir sahil bəndləri geniş yayılmışdır. Süni suvarma və meliorasiya tədbirləri və başqa antropogen təsirlər nəticəsində ovalığın səthinin parçalanması, yuyulması və şorlaşması prosesləri güclənir. Yarımvilayətdə Şirvan, Cənub-Şərqi Şirvan, Küryanı, Muğan və Salyan geomorfoloji rayonları ayrılır.
4. Kiçik Qafqazın dağətəyi maili düzənliklər yarımvilayəti
Xram çayından Araz çayınadək Kürün sağ sahilindəki dağətəyi sahəni əhatə edir. Uzunluğu təqr. , eni 12 km-dən 30 km-ədəkdir. Səthi Son Pliosen-antropogenin gillicəli-çaqıldaşılı kontinental çöküntülərindən təşkil olunmuşdur. Düzənliyin yalnız Kürək və Tərtər çayları arasındakı hissəsində alçaq tirələr və təpələr (Naftalan, Qüdəkboz, Duzdağ) inkişaf etmişdir. Dağlıqla sərhədi tektonik qırılma boyunca keçir. Kür-Araz ovalığına keçidi tədricidir. Səthi Kiçik Qafqaz dağlarından başlanan və Kürün sağ qollarını təşkil edən çayların dərələri ilə kəsilmişdir. Dərininə parçalanma 10–15 m-dən 100–220 m-ə, bəzi yerlərdə (Tərtər çayı dərəsi) 220–250 m-ə çatır. Ən səciyyəvi relyef formaları gətirmə konusları və konuslararası çökəkliklərdir. Düzənliyin Naftalan-Qazanbulaq hissəsində və Kür çayı dərəsinin yamaclarında (Ağstafa və Şəmkir çaylarıarası) sıx yarğan-qobu şəbəkəsi inkişaf etmişdir. Yarımvilayət daxilində Gəncə-Gazax, Qarabağ və Mil geomorfoloji rayonları ayrılır.
Kənar Kiçik Qafqaz geomorfoloji vilayəti
Kiçik Qafqaz dağlıq sisteminin şm.-ş. kənar oroqrafik vahidlərini əhatə edir. Silsilələr burada bir-birindən tektonik çökəkliklərlə ayrılır. Geomorfoloji xüsusiyyətlərində eroziya prosesləri mühüm yer tutur. Bu vilayət üç geomorfoloji yarımvilayətə (Şimal-şərq yamac, şərq yamac və cənub-qərb yamac) bölünür:
1 . Şimal — şərq yamac yarımvilayəti
Şahdağ və Murovdağ silsilələri, Şəmkir günbəzvarı yüksəkliyi, Başkənd-Dəstəfur çökəkliyi və s. daxildir. Bu yarımvilayət silsilələrin intensiv erozion parçalanması və qayalıqların geniş yayılması ilə səciyyələnir. Qravitasiyanın təsiri ilə gedən proseslər inkişaf etmişdir. Yüksəkdağlıqda buzlaq relyef formaları var. Orta və alçaqdağlıq qurşaqlarda dağdaxili çökəkliklər və çay dərələri inkişaf etmişdir. Düzəlmə səthləri, maqmatik mənşəli yüksəkliklər geniş yayılmışdır. Yarımvilayət Ağstafa, Şəmkir, Daşkəsən-Ağca kənd, Şahdağ və Murovdağ geomorfoloji rayonlarına bölünür.
2. Şərq yamac yarımvilayəti
Əsasən, Qarabağ silsiləsi ilə təmsil olunmuşdur. Silsilənin suayırıcı hissəsində, 1800–2000 m-dən yüksəkdə yamaclar çılpaqdır, intensiv parçalanmışdır. Qravitasiya relyef formaları inkişaf etmişdir. Orta və alçaq dağlıqda düzəlmə səthləri yayılmışdır. Struktur və struktur — denudasion mənşəli tirə və silsilələr, onların əhatə etdiyi dağarası çökəkliklər (Xaçınçay, Dovşanlı, Həsənabad və s.) inkişaf etmişdir. Həsənabad (Xankəndi) çökəkliyi ilə Bağırxan (Boğurxan) silsiləsinin qovuşduğu yerdə fəal tektonik çat boyunca seysmotektonik proseslərin fəaliyyəti nəticəsində iri qaymalı uçqun şleyfləri yaranmışdır. Alçaq dağlıqda intruziv mənşəli dağ massivləri və yüksəkliklər (Qalayçı, Bozdağ, Qazançı və s.) yayılmışdır. Silsilə cənub-şərqdə alçalaraq Aşağı Araz çökəkliyində maili düzənliyə keçir. Bu yarımvilayətdə aşağı Araz geomorfoloji rayonunu ayrılır.
3. Cənub – qərb yamac yarımvilayəti
Həkəri çayı və qismən də Tərtər çayının yuxarı hövzəsini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə vulkanogen çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər (Dəlidağ və s.), dağarası çökəkliklər (Pircan, Laçın və s.) səciyyəvidir. Suayırıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələrinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terraslar müşahidə edilir. Karst inkişaf etmişdir. Yarımvilayətdə Kəlbəcər, Mıxtökən və Həkəri geomorfoloji rayonları ayrılır.
Daxili Kiçik Qafqaz geomorfoloji vilayəti
Pliosen və antropogendə vulkanik fəaliyyətin gücləndiyi əraziləri və həmçinin relyefi arid iqlim şəraitində inkişaf edən dağları və dağdaxili çökəklikləri əhatə edir. Burada vulkanik və buzlaq relyef formaları (karlar, təknəvarı dərələr, moren təpələri və s.) geniş yayılmışdır. Müasir dövrdə relyefin inkişafında flüvial proseslərlə yanaşı arid-denudasion proseslər əsas yer tutur. Bu vilayət Qarabağ vulkanik yaylası, Arazyanı silsilələr və Naxçıvan (Orta Araz) çökəkliyi geomorfoloji yarımvilayətlərinə bölünür.
1. Qarabağ vulkanik yaylası yarımvilayəti
Relyefin əsasını Pliosen-antropogendə baş vermiş vulkanizm nəticəsində əmələ gəlmiş lava örtükləri, axınları və vulkan konusları təşkil edir. 3000–3500 m hündürlükdə yerləşən mərkəzi hissənin relyefi dalğavarıdır. Əsas püskürmə mərkəzləri olan Böyük İşıqlı, Qızılboğaz və Keçəldağ vulkan konusları qədim buzlaq və müasir nival relyef formalarının olması ilə səciyyələnir. Lava örtüklərı parçalanmamış yastı, pilləli səthə malik yayla, axınları isə Tərtər, Həkəri, Bazarçay və Arpaçay dərələrinin mənbələrində 25– uzunluğunda lava dilləri əmələ gətirmişdir. Qırmızıdağ, Ayıçınqılı və Pəriçınqıl püskürmə mərkəzləri ətrafında cavan lava qatında aşınma nəticəsində çınqıllıqlar yaranmışdır. Yaylanın səthində hidroqrafik şəbəkə zəif inkişaf etmişdir və dərin dar dərələr əmələ gətirmişdir. Qapalı sahələrdə göllər var. Yarımvilayət daxilində Qızılboğaz-İşıqlı, Alagöllər-Çalbayır, Şərqi Göyçə və Yazı geomorfoloji rayonları ayrılır.
2. Arazyanı silsilələr yarımvilayəti
Dərələyəz, Zəngəzur və Bərgüşad silsilələrini əhatə edir. Qədim maqmatizm nəticəsində əmələ gəlmiş relyef formaları əsas yer tutur. Yüksəkdağlıq qayalıqların və ufantı materiallarının geniş yayılması ilə səciyyələnir. Qədim buzlaq relyef formaları inkişaf etmişdir. Erozion parçalanmanın dərinliyi 1200 m-dən çoxdur. 2400 m-dən aşağılarda düzəlmə səthləri, dağdaxili çökəkliklər (Badamlı, Tirkeş, Əylis və s.), daha aşağılarda isə monoklinal silsilə və tirələr, sinklinal platolar yayılmışdır. Bunların yamaclarında bedlend və psevdokarst formaları inkişaf etmişdir. Yarımvilayət daxilində Dərələyəz, Zəngəzur və Bərgüşad geomorfoloji rayonları ayrılır.
3. Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayəti
Dağətəyi və Arazboyu düzənlikləri əhatə edir. Akkumulyasiya prosesləri geniş yayılmışdır. Düzənliklə dağların sərhədi boyu ekstruziv kütlələr (Nəhəcir, Əlincə, İlandağ və s.) relyefdə kəskin əks olunmuş ayrı-ayrı günbəzvarı yüksəkliklər əmələ gətirir. Arazboyu alçaq tirə və platoların yamaclarında arid-denudasion relyef formaları (bedlend, psevdokarst) geniş yayılmışdır. Yarımvilayətdə Şərur, Nehrəm, Ordubad geomorfoloji rayonları ayrılır.
Talış geomorfoloji vilayəti
Talış dağlarını (Talış, Peştəsər, Dizdoni və Burovar silsilələri) və Lənkəran ovalığını əhatə edir. Relyefin səciyyəvi xüsusiyyətlərindən biri silsi- lələr arasındakı geniş çökəkliklərin (Yardımlı, Qosmolyan, Diman və s.) olmasıdır. Burada inversiya nəticəsində yüksəkdağlıqda əmələ gəlmiş dağ-yarımsəhra və quru-çöl iqlimi şəraitində arid-denudasion prosesləri və müvafiq relyef formaları inkişaf etmişdir. Silsilələr çay şəbəkəsi ilə kəskin parçalanmışdır. Onların suayırıcında və yamaclarında düzəlmə səthləri geniş yayılmışdır. Şimal yamaclarında sürüşmələr müşahidə edilir. Çay dərələrində çay terrasları, Lənkəran ovalığına tərəf yönəlmiş yamaclarda isə dəniz terrasları əmələ gəlmişdir. Çayların suayırıcıları nisbətən hamar, çay dərələrinin yamacları isə az meyillidir. Vilayət daxilində Lənkəran, Burovar, Yardımlı, Peştəsər, Zuvand və məxsusi Talış (silsilə) geomorfoloji rayonları ayrılır.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Coğrafiyası. I cild. "Regional Coğrafiya". Bakı, 2015, səh.43. Əlizadə E. K., Tarixazər S. Ə.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu meqaledeki melumatlarin yoxlanila bilmesi ucun elave menbelere ehtiyac var Lutfen meqaleye etibarli menbeler elave ederek onu tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Umumi melumatElmin ve texnikanin muasir dinamik inkisafi cografi tebeqenin muxtelif komponentleri arasinda sebeb netice elaqesinin formalasma ve isleme qanunuygunluqlarinin daha semereli ve effektiv tedqiqat yollarinin hazirlanmasini teleb edir Bu meqsedle Azerbaycanin muasir relyefinin ve onun geoloji tektonik qurulusunun formalasmasinin qanunauygunluqlarinin askara cixarilmasinin cox muhum elmi tecrubi ehemiyyeti vardir Azerbaycan erazisi morfotektonik cehetden Boyuk ve Kicik Qafqazin serq hemcinin Iran ve Cenubi Qafqaz dagliq yaylalarinin bezi hisselerini ozunde birlesdiren Alp Himalay qirisiq zonasina aiddir Tedqiqat erazisi cox murekkeb geoloji tektonik qurulusa malik olmaqla tektonik ortuyun maqmatik ve palciq vulkanizminin genis inkisafi iri morfostrukturlarin yayilma istiqametinin tez tez deyismesi ile yeni tektonik ve muasir seysmotektonik proseslerin aktivliyi hemcinin ekzogen relyef emelegetirici proseslerin keskin differensiasiyasi ile secilir Azerbaycanin relyefi qlobal Avrasiya ve Erebistan litosfer tavalarinin qarsilasmasi ve toqqusmasi sahesidir Bele ki bu erazinin muasir morfotektonik karkasi mezotetis okean qabiginin Skif tavasinin altina Anadolu Iran tavasinin Misxana Dereleyez ise On Qafqaz tavasinin altina subduksiyasi neticesinde formalasmisdir Bu zaman bas veren muxtelif morfotektonik prosesler neticesinde murekkeb terkibli geomorfoloji vilayetler emele gelmis Boyuk ve Kicik Qafqaz Talis dagliq sistemlerinin elece de genis Kur dagarasi cokekliyinin intensiv differensiasiyali ufuqi ve saquli tektonik hereketleri yaranmislar Azerbaycan daxilinde Boyuk Qafqaz Bas Qafqaz Yan ve Niyaldag silsileleri hemcinin coxsayli dag qollari ve dagarasi cokekliklerden ve s ibaret olan iri ve murekkeb quruluslu meqantiklinori teskil edir Boyuk Qazfqaz mezozoy paleogen neogen ve dorduncu dovrun cokme qismen de maqmatik suxurlarindan teskil olunmusdur Qusar Deveci toreme eyilmesine relyefde muasir alluvial proluvial cokuntulerden ibaret ve monoklinal plato quruluslu erozion erozion denudasion ve qravitasion menseli pilleli sethli Qusar maili duzenliyi uygun gelir Kicik Qafqazin dag silsileleri qirisiqli qaymali menseli tektonik qurulusa malik olub ve uzununa ve enine istiqametlenmis derin qirilmalarla parcalanmisdir Burada Sahdag Murovdag Serqi Goyce Mixtoken Qarabag silsileleri ve sethi son pliosen ve dorduncu dovrun andezit bazalt terkibli lavalari ile ortulmus Qarabag vulkanik yaylasi ile yanasi Baskend Destefur Kelbecer Xankendi ve s irsi ve ya toreme dag daxili cokeklikler ayrilir Qarabag vulkanik yaylasindan cenub qerbde Arazyani qirisirli qaymali ve qaymali tektonik qurulusu ile seciyyelenen Zengezur ve Dereleyez silsileleri yerlesmisdir Onlarin suayirici hisseleri intensiv fiziki asinma prosesleri neticesinde keskin parcalanmaya meruz qalmis ve son pleystosen dovrunun kar ve troqlardan ibaret buzlaq relyef formalari yayilmisdir Orta ve alcaqdagliq hisselerde arid denudasion prosesler ve muvafiq relyef formalari inkisaf etmisdir Erazinin seciyyevi xususiyyetinden biri de burada ekstruziv gunbezlerin ve lakolitlerin Ilandag Elince ve s movcud olmasidir Orta Araz cokekliyi kondelenine tektonik qalxmalarla dagarasi cokekliklere ve akkumuliyativ denudasion yaylalara Sederek Serur Naxcivan Nehrem Qivraq ve s ayrilmis iri toreme morfostrukturdur Boyuk ve Kicik Qafqaz daglari arasinda murekkeb sinklinal quruluslu genis Kur dagarasi cokekliyi yerlesir Alazan Hefteran vadisi Ceyrancol Acinohur alcaqdagligi Gence Qazax Qarabag mayili duzenlikleri Sirvan Mil Mugan Salyan ve Cenub Serqi Sirvan duzleri oz geoloji qurulusuna ve relyefin xususiyyetlerine gore ferqlenirler Kicik Qafqaz qirisiq qayma meqastukturunun cenub serq davami paleogenin ve neogenin qismen de tebasirin vulkanogen cokme suxur komplekslerinden teskil olunmus Talis daglari teskil edir Bu morfostruktur Talis Pesteser ve Burovar silsilelerinden ve Diman Qosmalyan ve Yardimli dagarasi cokekliklerden ibaretdir Belelikle Azerbaycan relyefinin formalasmasi ve inkisafi yeni tektonik merhele cercivesinde bas vermisdir Muasir relyefin emelegelmesinde muxtelif istiqametli ve intensivlikli differensiasial xarakterli saquli ve ufuqi hereketler xususi rol oynamisdir Bununla yanasi burada aparilan geomorfoloji geoloji ekoloji ve s tedqiqatlar dagliq erazinin menimsenilmesinde tebii felaketlere surusme sel dasqin ve s qarsi mubarize tedbirlerinin islenib heyata kecirilmesinde faydali qazintilarin axtarisinda ve s boyuk ehemiyyet kesb edir Azerbaycan Respublikasinin erazisi cox murekkeb geomorfoloji qurulusa malikdir Burada tektonik hereketlerin relyefe gosterdiyi zeif ve guclu tesire muvafiq olaraq denudasion struktur ve struktur denudasion daglar cokeklikler ve dereler emele gelmisdir Vulkanik daglar ve yaylalar akkumulyativ denudasion platolar ve duzenlikler duzenlikler ve s inkisaf etmisdir Geomorfoloji rayonlasdirmaEyalet Vilayet Yarimvilayet Rayonlar1 2 3 4A Krim Qafqaz dagliq olkesiOn Qafqaz I Samur Deveci 1 Samur Deveci 2 QusarBoyuk Qafqaz IISerqi Boyuk Qafqaz II1 Cenub yamac 3 Zaqatala 4 Seki 5 LahicII2 Cenub serqi yamac 6 Bazarduzu 7 Sahnabad Xizi 8 Sahdag 9 Tengi Besbarmaq 10 Dubrar 11 Samaxi 12 Qobustan 13 AbseronCenubi Qafqaz depressiyasi III Kur cokekliyi III1 Alazan Hefteran vadisi 14 Qanix 15 Ismayilli III2 Ceyrancol Acinohur on dagligi 16 Ceyrancol 17 Acinohur 18 Lenqebiz Elet 19 Heremi III3 Kur Araz ovaligi 20 Sirvan 21 Cenub Serqi Sirvan 22 Kuryani 23 Mugan 24 Salyan III4 Kicik Qafqazin dageteyi maili duzenlikleri 25 Gence Qazax 26 Qarabag 27 MilB On Asiya yaylalariKicik Qafqaz IV Kenar Kicik Qafqaz IV1 Simal serq yamac 28 Agstafa 29 Semkir 30 Daskesen Agcakend 31 Sahdag 32 Murovdag IV2 Serq yamac 33 Asagi Araz IV3 Cenub qerb yamac 34 Kelbecer 35 Mixtoken 36 Hekeri V Daxili Kicik Qafqaz V1 Qarabag vulkanik yaylasi 37 Qizilbogaz Isiqli 38 Alaqoller Calbayir 39 Serqi Goyce 40 Yazi V2 Arazyani silsileler 41 Dereleyez 42 Zengezur 43 Bergusad V3 Naxcivan Orta Araz cokekliyi 44 Serur 45 Nehrem 46 Ordubad VI Talis 47 Lenkeran 48 Burovar 49 Yardimli 50 Pesteser 51 Zuvand 52 TalisGeomorfoloji vilayetlerRelyefin menseyi yasi morfoloji xususiyyetleri geoloji qurulusu ve yeni tektonik hereketlerle elaqesinin tezahuru Azerbaycan Respublikasi erazisinde dord eyalet On Qafqaz Boyuk Qafqaz Cenubi Qafqaz depressiyasi Kicik Qafqaz alti vilayet Samur Deveci Serqi Boyuk Qafqaz Kur cokekliyi Kenar Kicik Qafqaz Daxili Kicik Qafqaz ve Talis vilayetler daxilinde ise bir sira geomorfoloji yarimvilayetler ve rayonlar ayirmaga imkan verir B E Budaqov 1993 Bezen Orta Araz cokekliyi Zengezur ve Dereleyez silsileleri hemcinin Talis daglari ve Lenkeran ovaligi geomorfoloji rayonlar kimi Kicik Qafqaz vilayetine Qusar maili duzenliyi ve Alazan Hefteran vadisi geomorfoloji rayonlar kimi Boyuk Qafqaz eyaletine aid edilir Samur Deveci geomorfoloji vilayeti Samur Deveci geomorfoloji vilayeti struktur cehetden On Qafqazin cenub serq davami hesab edilen ve yeni tektonik merhelede formalasan Qusar Deveci Ondagliq cokekliyine oroqrafik cehetden ise Boyuk Qafqazin simal serq eteklerine uygun gelir Muasir sethi ve esas morfoloji xususiyyetleri Son Pliosen ve Antropogende deniz ve caylarin fealliyeti neticesinde formalasmisdir Cay dereleri getirme konuslari konuslararasi cokeklikler terraslar ve s relyef formalari seciyyevidir Deniz sahili boyu esasen qumluqdur Sethi meyilli teqr 0 m den 1900 m edek pilleli ve dalgavaridir Hundurluk artdiqca meyillilik ve sethin parcalanma derecesi de artir Dageteyi hissede derinine erozion kesilme 850 950 m e catir Bu vilayet Samur Deveci ve Qusar geomorfoloji rayonlarina ayrilir Serqi Boyuk Qafqaz geomorfoloji vilayeti Serqi Boyuk Qafqaz geomorfoloji vilayeti respublikanin diger geomorfoloji vilayetlerinden nival buzlaq relyef formalarinin daha genis inkisaf etmesi ile ferqlenir Burada Son Pliosen Antropogen buzlasmalarinin izleri troq dereleri karlar moren tireleri ve tepecikleri seklinde qalmisdir palciq vulkanlari surusmeler bedlend ve gilli karst formalari da cox yayilmisdir Duzelme sethlerinin genis inkisaf etmesi seciyyevidir Muasir ekzogen proseslerden eroziya ve qravitasiya daha genis inkisaf etmisdir Vilayet Bas Qafqaz silsilesinin cenub yamac ve cenub serqi Qafqaz geomorfoloji yarimvilayetlerine bolunur 1 Bas Qafqaz silsilesinin cenub yamaci yarimvilayeti Mazim ve Girdiman caylari arasini ehate edir Suayirici daraqvari disli zirveler ise iti ucludur Bezi yerlerde duzelme sethleri musahide olunur Derelerin yamaclari cox meyilli 40 70 derece ve daha cox dibi ekser yerde dardir cay qollarinin dereleri ile parcalanmis ve surusmelerle murekkeblesmisdir Derelerin genislendiyi sahelerde terraslar inkisaf etmisdir Tez tez dagidici sel hadiseleri bas verir Ucqunlar ufanti ve sepinti materiallari genis yayilmisdir Yarimvilayetin daxilinde Zaqatala Seki ve Lahic geomorfoloji rayonlari ayrilir 2 Cenub Serqi Qafqaz yarimvilayeti Buraya intensiv parcalanmis silsileler daxildir Bu yarimvilayet daxilinde Bas Qafqaz silsilesi ve ya Suayirici silsile yuksek dagliq qursaq da ensiz yal hisseden sildirim ve esasen cilpaq yamaclardan ibaretdir Ondan simalda yerlesen Yan silsilenin suayiricisi simal qerbde bir birinden kanyonvari cay dereleri ile ayrilan iri sinklinal platolara en bouyuyu Sahdag platosu bolunmusdur Suayirici silsileden cenubda keskin parcalanmis Niyaldag yan silsilesi yerlesir Silsileler arasinda cokeklikler inkisaf etmisdir Yarimvilayet serqde Samaxi Qobustan Abseron yarimadasi ve s tebii saheleri ehate edir Relyefi hamar sethli platolarla Qizmeydan Samaxi Mereze Sundu ve s murekkeblesir Cay dereleri esasen dardir bezi yerlerde nisbeten genis terraslasmis cokekliklere kecir Yarimvilayetin simal qerb hissesinde surusmeler ve ucqunlar cenub serq hissesinde palciq vulkanlari bedlend ve gilli karst kimi arid denudasion relyef formalari Abseron yarimadasinin sahili boyunca qum dyunleri yayilmisdir Soranli ve sor gollu axarsiz cokeklikler inkisaf etmisdir Yarimvilayetde Bazarduzu Sahnabad Xizi Sahdag Tengi Besbarmaq Dubrar Samaxi Qobustan ve Abseron geomorfoloji rayonlari ayrilir Kur cokekliyi geomorfoloji vilayeti Kur cokekliyi geomorfoloji vilayetinde yeni tektonik hereketlerin ve elece de ekzogen relyef emelegegitirici proseslerin murekkebliyi relyef qurulusunun muxtelifliyine sebeb olmusdur 4 esas geomorfoloji yarimvilayete Alazan Hefteran vadisi Ceyrancul Acinohur on dagligi Kur Araz ovaligi ve Kicik Qafqazin dageteyi maili duzenlikleri yarimvilayetlerine bolunur 1 Qanix Eyricay cokekliyi yarimvilayeti Oroqrafik cehetden 200 300 m den 600 800 m edek hundurlukde yerlesen batiq dageteyi maili duzenliyi ehate edir Sethi alluvial proluvial cukuntulerden ibaretdir Caylarin getirme konuslari arasindaki cokeklikler qismen bataqliqlasmisdir Akkumulyasiya prosesleri ustunluk teskil edir Yarimvilayet daxilinde Qanix Ismayilli geomorfoloji rayonlari ayrilir 2 Ceyrancol Acinohur on dagligi yarimvilayeti Kur cokekliyinin simal hissesindedir Buraya Alazan Hefteran vadisinden cenubda yerlesen Acinohur Kur cokekliyinin simal serq kenarini teskil eden Lengebiz Elet On dagliqlari ve s daxildir Relyefinde antiklinal ve sinklinal qirisiqlara uygun gelen silsile tire yukseklik dere ve cokeklikler ustunluk teskil edir Silsile ve tirelerin q de ve s de Ust Pliosen merkezi hissede Antropogen yasli yamaclari asimmetrikdir Cenub yamaclari cox dik simal yamaclari ise az meyillidir Bezi yerlerde Gurcuvan platosu 600 1000 m hundurlukde duzelme sethleri musahide edilir Yarimvilayet kondelen axan caylarin antesedent dereleri ile parcalanmisdir Derinine kesilme 250 700 m dir Parcalanmanin sixligi bedlend tipli yargan qobu sebekesinin inkisaf etdiyi cenub yamaclarinda daha boyukdur Serqde palciq vulkanlari var Yarimvilayet Ceyrancol Acinohur Lengebiz Elet Heremi geomorfoloji rayonlarina bulonur 3 Kur Araz ovaligi yarimvilayeti Kur cokekliyinin en genis hissesini ehate edir Sethi merkezi hissede gilli kenar hisselerde gilliceli qumlu caqildasli Son antropogen ve Holosen yasli kontinental ve deniz cokuntulerinden teskil olunmusdur Relyefi cavan ve yasti oldugundan sethi az parcalanmisdir Ovaligin serq hissesi ucun cavan qirisiqlar ve palciq vulkanizmi ile elaqedar alcaq tire ve yukseklikler Qirovdag Babazenen Misovdag Qalmas Bozdag Xidirli Bendovan ve s seciyyevidir Yataqlarinda akkumulyasiya prosesi geden cay dereleri dayaz ve meandirlidir Sirvan duzunde getirme konuslari inkisaf etmisdir Ovaligin merkezi hissesi ve elece de Mugan ve Salyan duzlerinde qedim cay dereleri yataqyani yallar axmazlar subaeral deltalar Cenub Serqi Sirvan duzunde deflyasiya calalari dyunler qedim ve muasir sahil bendleri genis yayilmisdir Suni suvarma ve meliorasiya tedbirleri ve basqa antropogen tesirler neticesinde ovaligin sethinin parcalanmasi yuyulmasi ve sorlasmasi prosesleri guclenir Yarimvilayetde Sirvan Cenub Serqi Sirvan Kuryani Mugan ve Salyan geomorfoloji rayonlari ayrilir 4 Kicik Qafqazin dageteyi maili duzenlikler yarimvilayeti Xram cayindan Araz cayinadek Kurun sag sahilindeki dageteyi saheni ehate edir Uzunlugu teqr eni 12 km den 30 km edekdir Sethi Son Pliosen antropogenin gilliceli caqildasili kontinental cokuntulerinden teskil olunmusdur Duzenliyin yalniz Kurek ve Terter caylari arasindaki hissesinde alcaq tireler ve tepeler Naftalan Qudekboz Duzdag inkisaf etmisdir Dagliqla serhedi tektonik qirilma boyunca kecir Kur Araz ovaligina kecidi tedricidir Sethi Kicik Qafqaz daglarindan baslanan ve Kurun sag qollarini teskil eden caylarin dereleri ile kesilmisdir Derinine parcalanma 10 15 m den 100 220 m e bezi yerlerde Terter cayi deresi 220 250 m e catir En seciyyevi relyef formalari getirme konuslari ve konuslararasi cokekliklerdir Duzenliyin Naftalan Qazanbulaq hissesinde ve Kur cayi deresinin yamaclarinda Agstafa ve Semkir caylariarasi six yargan qobu sebekesi inkisaf etmisdir Yarimvilayet daxilinde Gence Gazax Qarabag ve Mil geomorfoloji rayonlari ayrilir Kenar Kicik Qafqaz geomorfoloji vilayeti Kicik Qafqaz dagliq sisteminin sm s kenar oroqrafik vahidlerini ehate edir Silsileler burada bir birinden tektonik cokekliklerle ayrilir Geomorfoloji xususiyyetlerinde eroziya prosesleri muhum yer tutur Bu vilayet uc geomorfoloji yarimvilayete Simal serq yamac serq yamac ve cenub qerb yamac bolunur 1 Simal serq yamac yarimvilayeti Sahdag ve Murovdag silsileleri Semkir gunbezvari yuksekliyi Baskend Destefur cokekliyi ve s daxildir Bu yarimvilayet silsilelerin intensiv erozion parcalanmasi ve qayaliqlarin genis yayilmasi ile seciyyelenir Qravitasiyanin tesiri ile geden prosesler inkisaf etmisdir Yuksekdagliqda buzlaq relyef formalari var Orta ve alcaqdagliq qursaqlarda dagdaxili cokeklikler ve cay dereleri inkisaf etmisdir Duzelme sethleri maqmatik menseli yukseklikler genis yayilmisdir Yarimvilayet Agstafa Semkir Daskesen Agca kend Sahdag ve Murovdag geomorfoloji rayonlarina bolunur 2 Serq yamac yarimvilayeti Esasen Qarabag silsilesi ile temsil olunmusdur Silsilenin suayirici hissesinde 1800 2000 m den yuksekde yamaclar cilpaqdir intensiv parcalanmisdir Qravitasiya relyef formalari inkisaf etmisdir Orta ve alcaq dagliqda duzelme sethleri yayilmisdir Struktur ve struktur denudasion menseli tire ve silsileler onlarin ehate etdiyi dagarasi cokeklikler Xacincay Dovsanli Hesenabad ve s inkisaf etmisdir Hesenabad Xankendi cokekliyi ile Bagirxan Bogurxan silsilesinin qovusdugu yerde feal tektonik cat boyunca seysmotektonik proseslerin fealiyyeti neticesinde iri qaymali ucqun sleyfleri yaranmisdir Alcaq dagliqda intruziv menseli dag massivleri ve yukseklikler Qalayci Bozdag Qazanci ve s yayilmisdir Silsile cenub serqde alcalaraq Asagi Araz cokekliyinde maili duzenliye kecir Bu yarimvilayetde asagi Araz geomorfoloji rayonunu ayrilir 3 Cenub qerb yamac yarimvilayeti Hekeri cayi ve qismen de Terter cayinin yuxari hovzesini ehate edir Relyefi derin erozion parcalanmaya meruz qalmis bezi yerlerde vulkanogen cokuntuler altinda basdirilmisdir Tektonik denudasiya ve litostruktur menseli silsile ve tireler intruziv massivler Delidag ve s dagarasi cokeklikler Pircan Lacin ve s seciyyevidir Suayiricilarda ve yamaclarda duzelme sethi qaliqlari Mixtoken Calbayir silsilelerinin yamaclarinda qayma tipli sepintiler cay derelerinde terraslar musahide edilir Karst inkisaf etmisdir Yarimvilayetde Kelbecer Mixtoken ve Hekeri geomorfoloji rayonlari ayrilir Daxili Kicik Qafqaz geomorfoloji vilayeti Pliosen ve antropogende vulkanik fealiyyetin guclendiyi erazileri ve hemcinin relyefi arid iqlim seraitinde inkisaf eden daglari ve dagdaxili cokeklikleri ehate edir Burada vulkanik ve buzlaq relyef formalari karlar teknevari dereler moren tepeleri ve s genis yayilmisdir Muasir dovrde relyefin inkisafinda fluvial proseslerle yanasi arid denudasion prosesler esas yer tutur Bu vilayet Qarabag vulkanik yaylasi Arazyani silsileler ve Naxcivan Orta Araz cokekliyi geomorfoloji yarimvilayetlerine bolunur 1 Qarabag vulkanik yaylasi yarimvilayeti Relyefin esasini Pliosen antropogende bas vermis vulkanizm neticesinde emele gelmis lava ortukleri axinlari ve vulkan konuslari teskil edir 3000 3500 m hundurlukde yerlesen merkezi hissenin relyefi dalgavaridir Esas puskurme merkezleri olan Boyuk Isiqli Qizilbogaz ve Keceldag vulkan konuslari qedim buzlaq ve muasir nival relyef formalarinin olmasi ile seciyyelenir Lava ortukleri parcalanmamis yasti pilleli sethe malik yayla axinlari ise Terter Hekeri Bazarcay ve Arpacay derelerinin menbelerinde 25 uzunlugunda lava dilleri emele getirmisdir Qirmizidag Ayicinqili ve Pericinqil puskurme merkezleri etrafinda cavan lava qatinda asinma neticesinde cinqilliqlar yaranmisdir Yaylanin sethinde hidroqrafik sebeke zeif inkisaf etmisdir ve derin dar dereler emele getirmisdir Qapali sahelerde goller var Yarimvilayet daxilinde Qizilbogaz Isiqli Alagoller Calbayir Serqi Goyce ve Yazi geomorfoloji rayonlari ayrilir 2 Arazyani silsileler yarimvilayeti Dereleyez Zengezur ve Bergusad silsilelerini ehate edir Qedim maqmatizm neticesinde emele gelmis relyef formalari esas yer tutur Yuksekdagliq qayaliqlarin ve ufanti materiallarinin genis yayilmasi ile seciyyelenir Qedim buzlaq relyef formalari inkisaf etmisdir Erozion parcalanmanin derinliyi 1200 m den coxdur 2400 m den asagilarda duzelme sethleri dagdaxili cokeklikler Badamli Tirkes Eylis ve s daha asagilarda ise monoklinal silsile ve tireler sinklinal platolar yayilmisdir Bunlarin yamaclarinda bedlend ve psevdokarst formalari inkisaf etmisdir Yarimvilayet daxilinde Dereleyez Zengezur ve Bergusad geomorfoloji rayonlari ayrilir 3 Naxcivan Orta Araz cokekliyi yarimvilayeti Dageteyi ve Arazboyu duzenlikleri ehate edir Akkumulyasiya prosesleri genis yayilmisdir Duzenlikle daglarin serhedi boyu ekstruziv kutleler Nehecir Elince Ilandag ve s relyefde keskin eks olunmus ayri ayri gunbezvari yukseklikler emele getirir Arazboyu alcaq tire ve platolarin yamaclarinda arid denudasion relyef formalari bedlend psevdokarst genis yayilmisdir Yarimvilayetde Serur Nehrem Ordubad geomorfoloji rayonlari ayrilir Talis geomorfoloji vilayeti Talis daglarini Talis Pesteser Dizdoni ve Burovar silsileleri ve Lenkeran ovaligini ehate edir Relyefin seciyyevi xususiyyetlerinden biri silsi leler arasindaki genis cokekliklerin Yardimli Qosmolyan Diman ve s olmasidir Burada inversiya neticesinde yuksekdagliqda emele gelmis dag yarimsehra ve quru col iqlimi seraitinde arid denudasion prosesleri ve muvafiq relyef formalari inkisaf etmisdir Silsileler cay sebekesi ile keskin parcalanmisdir Onlarin suayiricinda ve yamaclarinda duzelme sethleri genis yayilmisdir Simal yamaclarinda surusmeler musahide edilir Cay derelerinde cay terraslari Lenkeran ovaligina teref yonelmis yamaclarda ise deniz terraslari emele gelmisdir Caylarin suayiricilari nisbeten hamar cay derelerinin yamaclari ise az meyillidir Vilayet daxilinde Lenkeran Burovar Yardimli Pesteser Zuvand ve mexsusi Talis silsile geomorfoloji rayonlari ayrilir Hemcinin baxAzerbaycan erazisinin fiziki cografi rayonlasdirilmasiIstinadlarAzerbaycan Respublikasinin Cografiyasi I cild Regional Cografiya Baki 2015 seh 43 Elizade E K Tarixazer S E