General-polkovnik — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. Ordu generalından və onun analoji rütbələrindən aşağı olsa da, Azərbaycan Silahlı Qüvvələrində və gömrük orqanlarında indiyədək verilmiş ən yüksək rütbədir. General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, əsasən, hərbi birləşmə və dövlət orqanı rəhbərlərinə verilir.
General-polkovnik | ||
---|---|---|
| ||
Ölkə | Azərbaycan | |
Təsis edilib | 5 sentyabr 1991 | |
Yuxarı rütbə | Ordu generalı, Həqiqi dövlət ədliyyə müşaviri, | |
Aşağı rütbə | General-leytenant | |
Analoji rütbə | , , , | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
SSRİ dövründə general-polkovnik rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun ali zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir. Sovet hakimiyyəti dövründə bu rütbəni azərbaycanlılardan yalnız Tofiq Ağahüseynov almışdır. O, müstəqillik dövründə də bu rütbəni daşımışdır.
Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-polkovnik rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir. Müstəqil Azərbaycanda bu rütbəyə 25 may 1998-ci ildə müdafiə naziri Səfər Əbiyev layiq görülmüşdür. İlk gömrük xidməti general-polkovniki rütbəsini isə 17 yanvar 2002-ci ildə Kəmaləddin Heydərov almışdır. Kəmaləddin Heydərov 6 fevral 2006-cı ildə general-polkovnik hərbi rütbəsini də almaqla həm xüsusi, həm də hərbi general-polkovnik rütbəsi verilmiş yeganə şəxs olmuşdur.
Təsnifatı
"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-polkovnik rütbəsi hərbi dəniz donanmasındakı ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı , miqrasiya orqanlarındakı , vergi orqanlarındakı ali xüsusi rütbələrinə, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.
Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-polkovnik rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır:
- Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə — general-polkovnik ali hərbi rütbəsi;
- Gömrük orqanlarında — gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi;
- Daxili işlər orqanlarında — polis general-polkovniki ali xüsusi rütbəsi;
- Ədliyyə orqanlarında — ədliyyə general-polkovniki ali xüsusi rütbəsi.
Bundan əlavə, daxili işlər orqanlarında daxili xidmət general-polkovniki ali xüsusi rütbəsi də mövcud olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə 10 oktyabr 2006-cı ildə həmin rütbə ləğv edilmişdir.
Polis general-polkovniki və ədliyyə general-polkovniki ali xüsusi rütbələri indiyədək heç kimə verilməyib. Tibb xidməti general-polkovniki ali hərbi və xüsusi rütbələri, eləcə də ədliyyə general-polkovniki ali hərbi rütbəsi isə mövcud deyil.
Fərqlənmə nişanları
Poqonlar
Ali hərbi rütbələr | Ali xüsusi rütbələr | ||||||
---|---|---|---|---|---|---|---|
General-polkovnik | Polis general-polkovniki | Gömrük xidməti general-polkovniki | Ədliyyə general-polkovniki | ||||
Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə | Hərbi Hava Qüvvələrində | Dövlət Sərhəd Xidmətində | Dövlət Təhlükəsizliyi Xidmətində | Xarici Kəşfiyyat Xidmətində | Daxili işlər orqanlarında | Gömrük orqanlarında | Ədliyyə və prokurorluq orqanlarında |
Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.
Ali hərbi rütbələr | Ali xüsusi rütbələr | |||
---|---|---|---|---|
General-mayor | Gömrük xidməti general-mayoru | |||
Azərbaycan Ordusu və digər silahlı birləşmələrin rəhbəri vəzifəsində | Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində | Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində | Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində | Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində |
Həmçinin bax
İstinadlar
- Ҝенерал // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 59.
- "Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 6. Bakı. 2021. S. 1157–1165.
- Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu // Azərbaycan. № 236. 18 oktyabr 2006. S. 3. 2024-04-10 tarixində . İstifadə tarixi: 2024-04-10.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
General polkovnik Azerbaycan herbi birlesmelerinde ve dovlet orqanlarinda verilen ali rutbe Herbi ve xususi rutbe olmaqla iki esas qrupa bolunur Ordu generalindan ve onun analoji rutbelerinden asagi olsa da Azerbaycan Silahli Quvvelerinde ve gomruk orqanlarinda indiyedek verilmis en yuksek rutbedir General polkovnik rutbesi Azerbaycan Respublikasinin Prezidenti terefinden esasen herbi birlesme ve dovlet orqani rehberlerine verilir General polkovnikOlke AzerbaycanTesis edilib 5 sentyabr 1991Yuxari rutbe Ordu generali Heqiqi dovlet edliyye musaviri Asagi rutbe General leytenantAnaloji rutbe Vikianbarda elaqeli mediafayllarTarixiSSRI dovrunde general polkovnik rutbesi 7 may 1940 ci ilde tesis edilmis ve Fehle Kendli Qirmizi Ordusunun ali zabit heyetine verilmisdir Boyuk Veten muharibesinde ve sonraki illerde bu rutbe muxtelif kateqoriyalara bolunerek ittifaq respublikalarindaki habele Azerbaycan SSR deki sexslere SSRI Nazirler Sovetinin qerari ile verilmisdir Sovet hakimiyyeti dovrunde bu rutbeni azerbaycanlilardan yalniz Tofiq Agahuseynov almisdir O musteqillik dovrunde de bu rutbeni dasimisdir Azerbaycan 1991 ci ilde SSRI nin terkibinden cixaraq musteqillik elde etdikden sonra general polkovnik rutbesinin verilmesini Azerbaycan Respublikasinin Prezidenti heyata kecirmisdir Musteqil Azerbaycanda bu rutbeye 25 may 1998 ci ilde mudafie naziri Sefer Ebiyev layiq gorulmusdur Ilk gomruk xidmeti general polkovniki rutbesini ise 17 yanvar 2002 ci ilde Kemaleddin Heyderov almisdir Kemaleddin Heyderov 6 fevral 2006 ci ilde general polkovnik herbi rutbesini de almaqla hem xususi hem de herbi general polkovnik rutbesi verilmis yegane sexs olmusdur Tesnifati Xususi herbi ve diplomatik rutbelerin ixtisas dereceleri ile qarsiliqli uygunlasdirilmasi Qaydasi na esasen general polkovnik rutbesi herbi deniz donanmasindaki ali herbi rutbesine prokurorluq ve edliyye orqanlarindaki miqrasiya orqanlarindaki vergi orqanlarindaki ali xususi rutbelerine fovqelade ve selahiyyetli sefir diplomatik rutbesine elece de dovlet qullugundaki 1 ci derece dovlet musaviri ixtisas derecesine uygundur Azerbaycanda herbi birlesmeler ve dovlet orqanlarinda general polkovnik rutbesi asagidaki kimi tesnifatlasdirilir Azerbaycan Ordusu ve diger silahli birlesmelerde general polkovnik ali herbi rutbesi Gomruk orqanlarinda gomruk xidmeti general polkovniki ali xususi rutbesi Daxili isler orqanlarinda polis general polkovniki ali xususi rutbesi Edliyye orqanlarinda edliyye general polkovniki ali xususi rutbesi Bundan elave daxili isler orqanlarinda daxili xidmet general polkovniki ali xususi rutbesi de movcud olmusdur Azerbaycan Respublikasi Fovqelade Hallar Nazirliyinin yaradilmasi ile 10 oktyabr 2006 ci ilde hemin rutbe legv edilmisdir Polis general polkovniki ve edliyye general polkovniki ali xususi rutbeleri indiyedek hec kime verilmeyib Tibb xidmeti general polkovniki ali herbi ve xususi rutbeleri elece de edliyye general polkovniki ali herbi rutbesi ise movcud deyil Ferqlenme nisanlariPoqonlar Ali herbi rutbeler Ali xususi rutbelerGeneral polkovnik Polis general polkovniki Gomruk xidmeti general polkovniki Edliyye general polkovnikiAzerbaycan Ordusu ve diger silahli birlesmelerde Herbi Hava Quvvelerinde Dovlet Serhed Xidmetinde Dovlet Tehlukesizliyi Xidmetinde Xarici Kesfiyyat Xidmetinde Daxili isler orqanlarinda Gomruk orqanlarinda Edliyye ve prokurorluq orqanlarinda Rehber vezifede calisan sexslerin poqonlari sunbul tesviri ile hasiyelenir Merasim geyimlerinde ise poqonlarin uzerine qizili rengde naxisli ortuk cekilir Ali herbi rutbeler Ali xususi rutbelerGeneral mayor Gomruk xidmeti general mayoruAzerbaycan Ordusu ve diger silahli birlesmelerin rehberi vezifesinde Dovlet Serhed Xidmetinin reisi vezifesinde Dovlet Tehlukesizliyi Xidmetinin reisi vezifesinde Xarici Kesfiyyat Xidmetinin reisi vezifesinde Dovlet Gomruk Komitesinin sedri vezifesindeHemcinin baxGeneral leytenant General mayor Azerbaycan generallarinin siyahisiIstinadlarҜeneral Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VI ҹild Kuba Misir Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1982 S 59 Xususi herbi ve diplomatik rutbelerin ixtisas dereceleri ile qarsiliqli uygunlasdirilmasi Qaydasi nin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Fermani Azerbaycan Respublikasinin Qanunvericilik Toplusu 6 Baki 2021 S 1157 1165 Azerbaycan Respublikasinin bezi qanunvericilik aktlarina elave ve deyisiklikler edilmesi haqqinda Azerbaycan Respublikasinin Qanunu Azerbaycan 236 18 oktyabr 2006 S 3 2024 04 10 tarixinde Istifade tarixi 2024 04 10