Göygöl kurqanları — Göygöl rayonu ərazisində tarixi-arxeoloji abidələr.
Göygöl kurqanları | |
---|---|
Şəhər | Göygöl |
Yerləşir | Göygöl |
Üslubu | Arxeoloji abidə |
Kateqoriya | Kurqan |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Haqqında
Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərindəki düzənlik sahədə yüzlərlə kurqan qeydə alınıb və bir qismi bu ərazidə məskunlaşmış almanəsilli şəxslər tərəfindən XIX əsrin sonları və XX əsrin əvvəllərində tədqiq edilib. Tədqiqatçılar içərisində Y.Hümmelin (1941-ci ildə Qazaxıstana sürgün edilib) XX əsrin 20-30-cu illərində burada çoxsaylı kurqanlarda apardığı arxeoloji qazıntı işləri elmi cəhətdən özündən əvvəlki mütəxəssislərin tədqiqatlarından köklü şəkildə fərqlənməklə Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir.
2018-ci ildə arxeoloq Arif Məmmədovun rəhbərlik etdiyi Gəncə-Göygöl arxeoloji ekspedisiyası Göygöl rayonunda arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparıb.
Əsas arxeoloji qazıntı işləri Göygöl rayonunun Quşqara bələdiyyəsi ərazisində, Gəncə şəhərində Heydər Əliyev parkına yaxın ərazidə, Gəncə-Şəmkir yolunun sağında, Quru Qobunun sol tərəfində, Quşqara bələdiyyəsi ərazisindəki kurqantipli qəbirlərdə aparılıb. Qazıntıların nəticələri göstərir ki, kurqan kimi təqdim olunan abidələr sadəcə kurqantipli qəbirlərdir və Azərbaycanın Son Tunc dövrü köçəri tayfalarının adət-ənənələrini, həyat tərzini əks etdirir.
2023-cü ildə Arxeoloq Müzəffər Hüseynovun rəhbərliyi ilə Göygöl rayonu ərazisində Göygöl-Topalhəsənli yolunun sol tərəfində, yoldan 120 metr məsafədə 5 metrə yaxın hündürlüyü olan kiçik təpənin üzərində yerləşən kurqan tədqiq olunmuşdur. Torpaq örtüklü kurqanın diametri 22 metr, hündürlüyü 1,5 metrdir. Kurqanda maraqlı dəfn adətləri qeydə alınıb. Burada kurqan örtüyü götürüldükdən sonra 2,2x2,4 metr ölçüdə, 1 metr dərinliyi olan əsas kurqanaltı kamera yerləşir. Əsas kamera Son Tunc-Erkən Dəmir dövrünə aiddir. Digər maraqlı cəhət isə vaxtilə kurqanın yerləşdiyi təpədə Erkən Tunc dövrünə aid torpaq qəbrin salınmasıdır. Son Tunc-Erkən Dəmir dövrü kamerası torpaq qəbrin bir hissəsini kəsdiyi üçün məzarın bu hissəsi dağıntıya məruz qalıb. Torpaq qəbrin kurqan qurulmazdan əvvəl salındığı müşahidə edilib. Əsas kurqanaltı kameradan başqa, kurqan örtüyündə sonradan erkən müsəlman dövrünə aid 10 ədəd katakomba tipli sapma qəbirlər salınıb. Sapma qəbirlərin üzərinə bir cərgə uzunsov çaydaşı düzülüb. Beləliklə, torpaq örtüklü kurqanda torpaq qəbir, qəbir kamerası və 10 sapma qəbir aşkarlanıb.
Həmçinin bax
İstinadlar
- Göygöl rayonunda arxeoloji tədqiqatlara yenidən başlanılıb // Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.6.
- Göygöl rayonunda arxeoloji qazıntılar//Mədəniyyət .-2018.- 12 sentyabr.- S.11.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Goygol kurqanlari Goygol rayonu erazisinde tarixi arxeoloji abideler Goygol kurqanlariSeher GoygolYerlesir GoygolUslubu Arxeoloji abideKateqoriyaKurqanEhemiyyetiOlke ehemiyyetliHaqqindaAzerbaycan erazisinde kurqan tipli abidelere en cox rast gelinen bolgelerden biri Goygol rayonudur Indiyedek Gencecayin her iki sahilinde kicik tepeler uzerindeki duzenlik sahede yuzlerle kurqan qeyde alinib ve bir qismi bu erazide meskunlasmis almanesilli sexsler terefinden XIX esrin sonlari ve XX esrin evvellerinde tedqiq edilib Tedqiqatcilar icerisinde Y Hummelin 1941 ci ilde Qazaxistana surgun edilib XX esrin 20 30 cu illerinde burada coxsayli kurqanlarda apardigi arxeoloji qazinti isleri elmi cehetden ozunden evvelki mutexessislerin tedqiqatlarindan koklu sekilde ferqlenmekle Azerbaycanin qedim tarixinin oyrenilmesinde mustesna ehemiyyet kesb edir 2018 ci ilde arxeoloq Arif Memmedovun rehberlik etdiyi Gence Goygol arxeoloji ekspedisiyasi Goygol rayonunda arxeoloji qazinti ve col tedqiqat isleri aparib Esas arxeoloji qazinti isleri Goygol rayonunun Qusqara belediyyesi erazisinde Gence seherinde Heyder Eliyev parkina yaxin erazide Gence Semkir yolunun saginda Quru Qobunun sol terefinde Qusqara belediyyesi erazisindeki kurqantipli qebirlerde aparilib Qazintilarin neticeleri gosterir ki kurqan kimi teqdim olunan abideler sadece kurqantipli qebirlerdir ve Azerbaycanin Son Tunc dovru koceri tayfalarinin adet enenelerini heyat terzini eks etdirir 2023 cu ilde Arxeoloq Muzeffer Huseynovun rehberliyi ile Goygol rayonu erazisinde Goygol Topalhesenli yolunun sol terefinde yoldan 120 metr mesafede 5 metre yaxin hundurluyu olan kicik tepenin uzerinde yerlesen kurqan tedqiq olunmusdur Torpaq ortuklu kurqanin diametri 22 metr hundurluyu 1 5 metrdir Kurqanda maraqli defn adetleri qeyde alinib Burada kurqan ortuyu goturuldukden sonra 2 2x2 4 metr olcude 1 metr derinliyi olan esas kurqanalti kamera yerlesir Esas kamera Son Tunc Erken Demir dovrune aiddir Diger maraqli cehet ise vaxtile kurqanin yerlesdiyi tepede Erken Tunc dovrune aid torpaq qebrin salinmasidir Son Tunc Erken Demir dovru kamerasi torpaq qebrin bir hissesini kesdiyi ucun mezarin bu hissesi dagintiya meruz qalib Torpaq qebrin kurqan qurulmazdan evvel salindigi musahide edilib Esas kurqanalti kameradan basqa kurqan ortuyunde sonradan erken muselman dovrune aid 10 eded katakomba tipli sapma qebirler salinib Sapma qebirlerin uzerine bir cerge uzunsov caydasi duzulub Belelikle torpaq ortuklu kurqanda torpaq qebir qebir kamerasi ve 10 sapma qebir askarlanib Hemcinin baxKerimli kend kurqanlari Borsunlu kurqanlari Qobustan kurqanlari Xosbulaq kurqanlariIstinadlarGoygol rayonunda arxeoloji tedqiqatlara yeniden baslanilib Medeniyyet 2023 29 sentyabr S 6 Goygol rayonunda arxeoloji qazintilar Medeniyyet 2018 12 sentyabr S 11