Füzuli Fərəcov (azərb. Fərəcov Füzuli Ataş oğlu; rus. Фараджев Физули Аташ оглы; 15 avqust 1958, Ağsu rayonu) — Texnika elmləri namizədi. "Texno‑Svar TMZ" ASC‑nin baş direktoru. Buranın füzelyajının yığımının iştirakçısı. İctimai Elmlər Akademiyasının həqiqi üzvü.
Füzuli Fərəcov | |
---|---|
Füzuli Ataş oğlu Fərəcov | |
Doğum tarixi | 15 avqust 1958 (65 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | "Texno‑Svar TMZ" ASC‑nin baş direktoru |
Həyatı
Fərəcov Füzuli Ataş oğlu 1958-ci il avqustun 15-də Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kəndində çoxuşaqlı traktorçu ailəsində anadan olub. Hələ məktəbdə oxuyarkən o, fizikaya maraq göstərib. Odur ki, onillik təhsilini başa çatdırmaq üçün Bakıya gəlib, 1 saylı fizika-riyaziyyat təmayüllü internat-məktəbə daxil olub. Məktəbi bitirəndən sonra M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul imtahanlarını uğurla verən F. Fərəcovu rus dilini bilmədiyinə görə universitetə qəbul etməyiblər. Buna baxmayaraq, o, ruhdan düşməyib, Bakıya qayıdaraq peşə məktəbinə daxil olub, üzümçülük və şərabçılıq üzrə aqronom-texnoloq ixtisasına yiyələnib. 1976-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşəbbüsü ilə digər istedadlı azərbaycanlılar sırasında F. Fərəcov Moskvaya oxumağa göndərilib və imtahanlardan uğurla çıxaraq Moskva Aviasiya İnstitutunun təyyarəqayırma fakültəsinə daxil olub. Müsabiqə böyük olub – 3 yerə 65 namizəd. Amma F. Fərəcov bütün sınaqlardan uğurla keçib və müasir qırıcı təyyarələrin layihələndirilməsinin və istehsalının sirlərini öyrənməyə başlayıb. Paralel olaraq o, Moskva İdarəetmə İnstitutunu da bitirib. İki diploma yiyələnən F. Fərəcov Bakıya gəlib, amma burada öz ixtisası üzrə iş tapa bilmədiyindən 1982-ci ildə Moskvaya qayıdıb və Tuşino Maşınqayırma Zavodunda (TMZ) sahə ustası kimi işə düzəlib. Tezliklə F. Fərəcov yığma sexi rəisinin müavini, sonra isə rəisi təyin edilib. Onun işi ciddi surətdə məxfiləşdirilmişdi, heç kim, hətta ailə üzvlərinin də bundan xəbəri olmamışdı, adı-soyadı gizli saxlanılırdı, çünki "Buran" çoxistifadəli kosmik gəmisinin füzelyajının yığımı məhz F. Fərəcovun sahəsində həyata keçirilirdi. Bir müddət sonra F. Fərəcov yığma-qaynaq sexinə keçirilir. Burada ona "Buran"ın hermokabinəsinin – tam hermetikliyi təmin edərək, bütün idarəetmə sistemlərini qoruyan və aparatla insanın əlaqəsini yaradan kosmik gəminin əsas hissəsinin istehsalı etibar edilib. "Buran"ın üzərinə şəxsən istiliyə davamlı plitələri F. Fərəcov quraşdırıb. Bu, ən yüksək keyfiyyətli iş idi. İnadkarlığı və aviasiya texnologiyasını dərindən bilməsi F. Fərəcova aerokosmik sənayenin bir çox mütəxəssisləri ilə birlikdə qısa müddət ərzində çoxistifadəli kosmik gəmi yaratmağa imkan verib və bu gəmi Amerikanın "Speys Şattl" layihəsindən geri qalmayıb. Əksinə, bir çox aerokosmik xarakteristikalarda "Buran" "Şattl"dan üstün olub. "Buran" üzərində işləyərkən termomüdafiə plitələrindən tutmuş, plastmasa qədər 180 yeni material yaradılıb. 1988-ci ildə "Buran" kosmik gəmisi real uçuş şəraitində uğurla sınaqdan çıxarılıb. "Buran"ın Yer kürəsi ətrafında dövrə vurması və "Baykonur" kosmodromunda enməsi təxminən saat yarımdan çox vaxt aparıb. Güclü raket daşıyıcısı "Energiya" ilə o, məhz "Baykonur"dan start götürüb. Həm də "Şattl"dan fərqli olaraq, "Buran" uçuşu pilotsuz, göyərtə avtomatikasının kompyuterinə quraşdırılan proqrama uyğun olaraq avtomatik rejimdə həyata keçirib. "Buran" heç bir ciddi zədə almadan yerə enib. Yalnız atmosferin qalın qatlarına daxil olduqda korpusun qoruyucu örtüyünü təşkil edən istiliyə davamlı on minlərlə plitənin cəmi bir neçəsi qopub. Plitələrin unikal texnologiyası ondan ibarət idi ki, onlar +1000 °C temperatura davam gətirirdi, eyni zamanda onlara hətta əllə toxunmaq olardı. Bu texnologiya sayəsində "Buran"ın korpusu atmosferin sıx qatlarına girərkən yanmırdı. Pilotlu Kosmik Raketlərin Uçuşu üzrə Dövlət Komissiyasının sədri K. Kərimov F. Fərəcovun sovet kosmonavtikasının inkişafına töhfəsini belə qiymətləndirib: "Füzuli Fərəcov özünü XXI əsrin uçuş aparatlarının hazırlanması və istehsalına həsr edib. O, qarşısına məqsəd qoyub: təyyarələri təkcə atmosferdə yox, həm də kosmik məkanda uçmağa məcbur etmək".
O, Moskva "Azərbaycan" Cəmiyyətinin idarə heyətinin üzvüdür, eləcə də Məhəmməd Əmin Rəsulzadə adına Məclisə rəhbərlik edir. 1992-ci ildə Tallinndə Azərbaycanlılar Assosiasiyasının birinci iclasında, 1998-ci ildə Vaşinqtonda Dünya Azərbaycanlılarının II konqresində iştirak edib və orada DAK-ın Rusiyadakı Azərbaycan diasporunu təmsil edib. 2004-cü ildə DAK-ın Kölndə, 2005-ci ildə Stokholmda keçirilən forumlarına qatılıb.
Mükafat və təltifləri
- "Texno-Svar TMZ"nin baş direktoru Moskva Sahibkarlar Assosiasiyasının təşkil etdiyi "Yaxşıların yaxşısı" müsabiqəsi çərçivəsində "2003-cü ilin ən yaxşı sahibkarı" nominasiyasına layiq görülüb.
- 2003-cü ildə Rusiya Federasiyasının Kosmonavtika Federasiyası F. Fərəcovu "K. E. Tsiolkovski" fəxri medalı ilə təltif edib.
- 2010-cu il iyunun 11-də İctimai Mükafatlar Milli Komissiyanın qərarı ilə İctimai Elmlər Akademiyasının həqiqi üzvü F. Fərəcova Moskvada, Şöhrət meydanında sağ ikən büst ucaltmaq qərara alınıb. Onun "Buran" kosmik gəmisinin yaradılmasına töhfəsi belə yüksək qiymətləndirilib. Bu mükafata – sağ ikən büstünün ucaldılmasına yalnız bir neçə nəfər layiq görülüb.
Həmçinin bax
İstinadlar
- Fərəcov, Füzuli. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN . 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
Xarici keçidlər
- Строитель космического корабля "Буран" Физули Фараджев
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fuzuli Ferecov azerb Ferecov Fuzuli Atas oglu rus Faradzhev Fizuli Atash ogly 15 avqust 1958 Agsu rayonu Texnika elmleri namizedi Texno Svar TMZ ASC nin bas direktoru Buranin fuzelyajinin yigiminin istirakcisi Ictimai Elmler Akademiyasinin heqiqi uzvu Fuzuli FerecovFuzuli Atas oglu FerecovDogum tarixi 15 avqust 1958 1958 08 15 65 yas Dogum yeri Agsu rayonu Azerbaycan SSR SSRIFealiyyeti Texno Svar TMZ ASC nin bas direktoruHeyatiFerecov Fuzuli Atas oglu 1958 ci il avqustun 15 de Azerbaycan Respublikasinin Agsu rayonunun Erebusagi kendinde coxusaqli traktorcu ailesinde anadan olub Hele mektebde oxuyarken o fizikaya maraq gosterib Odur ki onillik tehsilini basa catdirmaq ucun Bakiya gelib 1 sayli fizika riyaziyyat temayullu internat mektebe daxil olub Mektebi bitirenden sonra M V Lomonosov adina Moskva Dovlet Universitetine qebul imtahanlarini ugurla veren F Ferecovu rus dilini bilmediyine gore universitete qebul etmeyibler Buna baxmayaraq o ruhdan dusmeyib Bakiya qayidaraq pese mektebine daxil olub uzumculuk ve serabciliq uzre aqronom texnoloq ixtisasina yiyelenib 1976 ci ilde Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin tesebbusu ile diger istedadli azerbaycanlilar sirasinda F Ferecov Moskvaya oxumaga gonderilib ve imtahanlardan ugurla cixaraq Moskva Aviasiya Institutunun teyyareqayirma fakultesine daxil olub Musabiqe boyuk olub 3 yere 65 namized Amma F Ferecov butun sinaqlardan ugurla kecib ve muasir qirici teyyarelerin layihelendirilmesinin ve istehsalinin sirlerini oyrenmeye baslayib Paralel olaraq o Moskva Idareetme Institutunu da bitirib Iki diploma yiyelenen F Ferecov Bakiya gelib amma burada oz ixtisasi uzre is tapa bilmediyinden 1982 ci ilde Moskvaya qayidib ve Tusino Masinqayirma Zavodunda TMZ sahe ustasi kimi ise duzelib Tezlikle F Ferecov yigma sexi reisinin muavini sonra ise reisi teyin edilib Onun isi ciddi suretde mexfilesdirilmisdi hec kim hetta aile uzvlerinin de bundan xeberi olmamisdi adi soyadi gizli saxlanilirdi cunki Buran coxistifadeli kosmik gemisinin fuzelyajinin yigimi mehz F Ferecovun sahesinde heyata kecirilirdi Bir muddet sonra F Ferecov yigma qaynaq sexine kecirilir Burada ona Buran in hermokabinesinin tam hermetikliyi temin ederek butun idareetme sistemlerini qoruyan ve aparatla insanin elaqesini yaradan kosmik geminin esas hissesinin istehsali etibar edilib Buran in uzerine sexsen istiliye davamli pliteleri F Ferecov qurasdirib Bu en yuksek keyfiyyetli is idi Inadkarligi ve aviasiya texnologiyasini derinden bilmesi F Ferecova aerokosmik senayenin bir cox mutexessisleri ile birlikde qisa muddet erzinde coxistifadeli kosmik gemi yaratmaga imkan verib ve bu gemi Amerikanin Speys Sattl layihesinden geri qalmayib Eksine bir cox aerokosmik xarakteristikalarda Buran Sattl dan ustun olub Buran uzerinde isleyerken termomudafie plitelerinden tutmus plastmasa qeder 180 yeni material yaradilib 1988 ci ilde Buran kosmik gemisi real ucus seraitinde ugurla sinaqdan cixarilib Buran in Yer kuresi etrafinda dovre vurmasi ve Baykonur kosmodromunda enmesi texminen saat yarimdan cox vaxt aparib Guclu raket dasiyicisi Energiya ile o mehz Baykonur dan start goturub Hem de Sattl dan ferqli olaraq Buran ucusu pilotsuz goyerte avtomatikasinin kompyuterine qurasdirilan proqrama uygun olaraq avtomatik rejimde heyata kecirib Buran hec bir ciddi zede almadan yere enib Yalniz atmosferin qalin qatlarina daxil olduqda korpusun qoruyucu ortuyunu teskil eden istiliye davamli on minlerle plitenin cemi bir necesi qopub Plitelerin unikal texnologiyasi ondan ibaret idi ki onlar 1000 C temperatura davam getirirdi eyni zamanda onlara hetta elle toxunmaq olardi Bu texnologiya sayesinde Buran in korpusu atmosferin six qatlarina girerken yanmirdi Pilotlu Kosmik Raketlerin Ucusu uzre Dovlet Komissiyasinin sedri K Kerimov F Ferecovun sovet kosmonavtikasinin inkisafina tohfesini bele qiymetlendirib Fuzuli Ferecov ozunu XXI esrin ucus aparatlarinin hazirlanmasi ve istehsalina hesr edib O qarsisina meqsed qoyub teyyareleri tekce atmosferde yox hem de kosmik mekanda ucmaga mecbur etmek O Moskva Azerbaycan Cemiyyetinin idare heyetinin uzvudur elece de Mehemmed Emin Resulzade adina Meclise rehberlik edir 1992 ci ilde Tallinnde Azerbaycanlilar Assosiasiyasinin birinci iclasinda 1998 ci ilde Vasinqtonda Dunya Azerbaycanlilarinin II konqresinde istirak edib ve orada DAK in Rusiyadaki Azerbaycan diasporunu temsil edib 2004 cu ilde DAK in Kolnde 2005 ci ilde Stokholmda kecirilen forumlarina qatilib Mukafat ve teltifleri Texno Svar TMZ nin bas direktoru Moskva Sahibkarlar Assosiasiyasinin teskil etdiyi Yaxsilarin yaxsisi musabiqesi cercivesinde 2003 cu ilin en yaxsi sahibkari nominasiyasina layiq gorulub 2003 cu ilde Rusiya Federasiyasinin Kosmonavtika Federasiyasi F Ferecovu K E Tsiolkovski fexri medali ile teltif edib 2010 cu il iyunun 11 de Ictimai Mukafatlar Milli Komissiyanin qerari ile Ictimai Elmler Akademiyasinin heqiqi uzvu F Ferecova Moskvada Sohret meydaninda sag iken bust ucaltmaq qerara alinib Onun Buran kosmik gemisinin yaradilmasina tohfesi bele yuksek qiymetlendirilib Bu mukafata sag iken bustunun ucaldilmasina yalniz bir nece nefer layiq gorulub Hemcinin baxBuran kosmik gemi IstinadlarFerecov Fuzuli Xaricde yasayan azerbaycanlilar Qisa bioqrafik melumat kitabcasi PDF az Baki Papirus NP 2016 ISBN 978 9952 8299 1 4 2017 10 21 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2017 10 21 Xarici kecidlerStroitel kosmicheskogo korablya Buran Fizuli Faradzhev