Frans Emil Sillanaa (fin Frans Eemil Sillanpää ; 16 sentyabr 1888[…] – 3 iyun 1964[…], Helsinki, Finlandiya) — fin yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1939).
Frans Emil Sillanpaa | |
---|---|
fin Frans Eemil Sillanpää | |
Doğum adı | Frans Eemil Sillanpää |
Təxəllüsü | Eemil Syväri, Taata Sillanpää |
Doğum tarixi | 16 sentyabr 1888[…] |
Vəfat tarixi | 3 iyun 1964[…](75 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, roman yazıçısı, şair |
Fəaliyyət illəri | 1916-cı ildən |
Əsərlərinin dili | fin dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fin romançısı Frans Emil Sillanpaa ölkənin cənub-qərbində, kəndli ailəsində doğulmuşdu. Fermer atası əski ənənəyə uyğun şəkildə yaşadığı yerin adını özünə soyad götürmüşdü. Sillanpaa soyadı belə yaranmışdı.
Ailələri nə qədər kasıb olsa da, Fransın Tamperedə oxuması üçün pul tapa bilmişdilər. O da öz növbəsində valideynlərinin ümidlərini doğrultmuş, hətta təhsilini Helsinki universitetində davam etdirməyə təqaüd qazanmışdı. Universitetdə biologiyanı öyrənir, gələcəkdə həkim olmaq istəyirdi. Helsinkidə yaşaması Fransa şəhərin ədəbi boheması ilə tanışlıq imkanı yaratmışdı. Kifayət qədər geniş mütaliəsi vardı. İbsen və Strindberq yaradıcılığını dərindən bilirdi. Bütünlükdə ədəbiyyat gənc Frans Sillanpaa üçün içərisinə düşdüyü mənəvi burulğanlardan yeganə xilas yolu idi. Sillanpaa tələbəlik dövründə qəzet və məcmuələrdə ilk hekayələrini çap etdirmiş və tezliklə fin oxucuları arasında populyarlıq qazanmışdı.
Yazıçı olmaq artıq həyat amalına çevrilmişdi. Universitetin bu məsələdə əngələ çevrildiyini hiss edən kimi o, çox da heyifsilənmədən təhsilin daşını atdı. Bir neçə il öyrəndiyi tibbi ədəbiyyat isə gələcəkdə bədii yaradıcılığına təsirsiz qalmadı. İri həcmli, epik xarakterli əsərlərə daha böyük üstünlük verən Sillanpaa "Həyat və günəş" adlı ilk romanını 1916-cı ildə çap etdirmişdi. Fin tənqidçisi L. Vilyanenin fikrincə, "ilk roman üçün bu əsər müstəsna dərəcədə gözəl idi".
Finlandiyanın dövlət müstəqilliyi qazandığı 1917-ci ildə Sillanpaanın "İnsan övladları həyatın axarında" adlı novellalar məcmuəsi çap olunmuşdu. Bunun ardınca müəllif ölkəsində yaranmış vəziyyətin dərin bədii təhlilini verən "Şərəfli yoxsulluq" (1919) romanını həmvətənlərinə təqdim etmişdi. Həmin dövrdəki fin yazıçılarından ilk dəfə Sillanpaa "ağlarla" "qırmızılar" arasındakı mübarizənin ölkənin və xalqın gələcəyi baxımından dəhşətli perspektivlər açdığını ibrətamiz, inandırıcı lövhələrlə əks etdirmişdi. Bu mənada Finlandiyanın vətəndaş müharibəsi girdabına yuvarlanmamasında Sillanpaanın da müəyyən xidmətləri vardı. Məhz buna görə də fin hökuməti 1920-ci ildə yazıçıya ömürlük təqaüd təyin etmişdi.
"Xilty və Raqnar" (1923), "Mələklərin qanadı altında" (1923), "Dağlarda ev" (1925), "Bu anlar üçün şükür sənə, İlahi!" (1928), kimi novellalar məcmuələri Sillanpaanı təkcə vətənində deyil, bütün Skandinaviyada tanıtmışdı. "Gəncliyində haqqa qovuşan" (1931) romanı isə fin yazıçısının şöhrətini bütün Avropaya yaymışdı. Bu əsərdə içərisində yaşadığı eybəcər mühitlə tam dissonans təşkil edən, əsil-nəcabətli, lakin yoxsullaşmış ailədən çıxan gənc və tənha qızın sakit ölümü təsvir olunurdu. Tənqidçilər romanı yalnız humanist mahiyyətinə deyil, həm də dil və üslubunun gözəlliyinə görə yüksək qiymətləndirmişdilər.
Bu romanla eyni vaxtda yazıçı başqa bir epik əsəri – "Kişinin yolu" (1932) epopeyası üzərində işini tamamlamışdı. Fin ədəbiyyatşünasları epik siqləti və insan xarakterləri ilə zənginliyi baxımından həmin epopeyanı Dikkensin romanları ilə müqayisə edirdilər. Nəhayət, "Yay gecəsində adamlar" (1934) Sillanpaa yaradıcılığının mühüm yekunu kimi qəbul olunur. Formasının yayğınlığına və yüksək emosionallığına görə bəzən həmin əsəri mənsur poema da adlandırırlar. İkinci Dünya müharibəsinin başlanması, SSRİ-nin kiçik Finlandiya ilə savaşı, nəhayət, uzun illər birlikdə yaşadıqları və 8 övlad böyütdükləri arvadının vəfatı 1939-cu ildə Sillanpaanın dərin mənəvi böhran keçirməsi ilə nəticələnmişdi. Yazıçı nicat yolunu ikinci dəfə evlənməkdə görsə də, yeni nikahı uğursuz olmuşdu.
Həyatının məhz belə çətin, ziddiyyətli dövründə fin yazıçısı Stokholmdan Nobel mükafatı qazanması xəbərini almışdı. Mükafat ona "fin kəndlilərinin həyatına dərindən nüfuz etməsinə, onların adət-ənənələrini, təbiətlə əlaqələrini son dərəcə gözəl canlandırmasına görə" verilmişdi. Avropa müharibə içərisində olduğundan hər hansı mərasim keçirilməmişdi. İlk fin laureatının diplomu və medalı İsveç Akademiyasının adi iclaslarından birində təqdim edilmişdi. Akademiya üzvləri adından çıxış edən Per Xalstryom fin yazıçısına üz tutaraq: "Biz təkcə sizinlə deyil, sizin xalqınızla da fəxr edirik", – demişdi.
30-cu illərin ortalarından etibarən Sillanpaada əqli və emosional böhran əlamətləri özünü göstərməyə başlamışdı. Yazıçı qorxu və dəhşət içərisində yaradıcılıq ehtirasının, yazmaq istəyinin tədricən yoxa çıxdığını görürdü. Məlhəmə çevriləcəyi düşünülən Nobel mükafatı müharibənin daha da dərinləşdirdiyi bu prosesin qarşısını ala bilməmişdi. 1940–1943-cü illərdə psixiatriya klinikasında müalicə olunan Sillanpaa bədbin ruhlu "Avqust" (1941), "İnsan həyatının gözəllik və iztirabları" (1945) kitablarını yazmış, nəhayət, üç cildlik xatirələrini tamamlamışdı.
Həyatının son illərində bu uca boylu, daz başlı, uzun saqqallı, içki aludəsi olan qoca millətin sevimlisinə çevrilmiş və Baba təxəllüsü qazanmışdı. O, fin ədəbiyyatının XX əsrdəki ən görkəmli nümayəndəsi kimi öz ölkəsində və Finlandiya hüdudları xaricində bizim günlərdə də kifayət qədər populyardır.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Frans Eemil Sillanpaa // Encyclopædia Britannica (ing.).
- Çex Milli Hakimiyyət Məlumat bazası.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Frans Emil Sillanaa fin Frans Eemil Sillanpaa 16 sentyabr 1888 3 iyun 1964 Helsinki Finlandiya fin yazici Edebiyyat uzre Nobel mukafati laureati 1939 Frans Emil Sillanpaafin Frans Eemil SillanpaaDogum adi Frans Eemil SillanpaaTexellusu Eemil Syvari Taata SillanpaaDogum tarixi 16 sentyabr 1888 1888 09 16 Vefat tarixi 3 iyun 1964 1964 06 03 75 yasinda Vefat yeri Helsinki FinlandiyaTehsili Helsinki UniversitetiFealiyyeti yazici roman yazicisi sairFealiyyet illeri 1916 ci ildenEserlerinin dili fin diliMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiFin romancisi Frans Emil Sillanpaa olkenin cenub qerbinde kendli ailesinde dogulmusdu Fermer atasi eski eneneye uygun sekilde yasadigi yerin adini ozune soyad goturmusdu Sillanpaa soyadi bele yaranmisdi Aileleri ne qeder kasib olsa da Fransin Tamperede oxumasi ucun pul tapa bilmisdiler O da oz novbesinde valideynlerinin umidlerini dogrultmus hetta tehsilini Helsinki universitetinde davam etdirmeye teqaud qazanmisdi Universitetde biologiyani oyrenir gelecekde hekim olmaq isteyirdi Helsinkide yasamasi Fransa seherin edebi bohemasi ile tanisliq imkani yaratmisdi Kifayet qeder genis mutaliesi vardi Ibsen ve Strindberq yaradiciligini derinden bilirdi Butunlukde edebiyyat genc Frans Sillanpaa ucun icerisine dusduyu menevi burulganlardan yegane xilas yolu idi Sillanpaa telebelik dovrunde qezet ve mecmuelerde ilk hekayelerini cap etdirmis ve tezlikle fin oxuculari arasinda populyarliq qazanmisdi Yazici olmaq artiq heyat amalina cevrilmisdi Universitetin bu meselede engele cevrildiyini hiss eden kimi o cox da heyifsilenmeden tehsilin dasini atdi Bir nece il oyrendiyi tibbi edebiyyat ise gelecekde bedii yaradiciligina tesirsiz qalmadi Iri hecmli epik xarakterli eserlere daha boyuk ustunluk veren Sillanpaa Heyat ve gunes adli ilk romanini 1916 ci ilde cap etdirmisdi Fin tenqidcisi L Vilyanenin fikrince ilk roman ucun bu eser mustesna derecede gozel idi Finlandiyanin dovlet musteqilliyi qazandigi 1917 ci ilde Sillanpaanin Insan ovladlari heyatin axarinda adli novellalar mecmuesi cap olunmusdu Bunun ardinca muellif olkesinde yaranmis veziyyetin derin bedii tehlilini veren Serefli yoxsulluq 1919 romanini hemvetenlerine teqdim etmisdi Hemin dovrdeki fin yazicilarindan ilk defe Sillanpaa aglarla qirmizilar arasindaki mubarizenin olkenin ve xalqin geleceyi baximindan dehsetli perspektivler acdigini ibretamiz inandirici lovhelerle eks etdirmisdi Bu menada Finlandiyanin vetendas muharibesi girdabina yuvarlanmamasinda Sillanpaanin da mueyyen xidmetleri vardi Mehz buna gore de fin hokumeti 1920 ci ilde yaziciya omurluk teqaud teyin etmisdi Xilty ve Raqnar 1923 Meleklerin qanadi altinda 1923 Daglarda ev 1925 Bu anlar ucun sukur sene Ilahi 1928 kimi novellalar mecmueleri Sillanpaani tekce veteninde deyil butun Skandinaviyada tanitmisdi Gencliyinde haqqa qovusan 1931 romani ise fin yazicisinin sohretini butun Avropaya yaymisdi Bu eserde icerisinde yasadigi eybecer muhitle tam dissonans teskil eden esil necabetli lakin yoxsullasmis aileden cixan genc ve tenha qizin sakit olumu tesvir olunurdu Tenqidciler romani yalniz humanist mahiyyetine deyil hem de dil ve uslubunun gozelliyine gore yuksek qiymetlendirmisdiler Bu romanla eyni vaxtda yazici basqa bir epik eseri Kisinin yolu 1932 epopeyasi uzerinde isini tamamlamisdi Fin edebiyyatsunaslari epik siqleti ve insan xarakterleri ile zenginliyi baximindan hemin epopeyani Dikkensin romanlari ile muqayise edirdiler Nehayet Yay gecesinde adamlar 1934 Sillanpaa yaradiciliginin muhum yekunu kimi qebul olunur Formasinin yayginligina ve yuksek emosionalligina gore bezen hemin eseri mensur poema da adlandirirlar Ikinci Dunya muharibesinin baslanmasi SSRI nin kicik Finlandiya ile savasi nehayet uzun iller birlikde yasadiqlari ve 8 ovlad boyutdukleri arvadinin vefati 1939 cu ilde Sillanpaanin derin menevi bohran kecirmesi ile neticelenmisdi Yazici nicat yolunu ikinci defe evlenmekde gorse de yeni nikahi ugursuz olmusdu Heyatinin mehz bele cetin ziddiyyetli dovrunde fin yazicisi Stokholmdan Nobel mukafati qazanmasi xeberini almisdi Mukafat ona fin kendlilerinin heyatina derinden nufuz etmesine onlarin adet enenelerini tebietle elaqelerini son derece gozel canlandirmasina gore verilmisdi Avropa muharibe icerisinde oldugundan her hansi merasim kecirilmemisdi Ilk fin laureatinin diplomu ve medali Isvec Akademiyasinin adi iclaslarindan birinde teqdim edilmisdi Akademiya uzvleri adindan cixis eden Per Xalstryom fin yazicisina uz tutaraq Biz tekce sizinle deyil sizin xalqinizla da fexr edirik demisdi 30 cu illerin ortalarindan etibaren Sillanpaada eqli ve emosional bohran elametleri ozunu gostermeye baslamisdi Yazici qorxu ve dehset icerisinde yaradiciliq ehtirasinin yazmaq isteyinin tedricen yoxa cixdigini gorurdu Melheme cevrileceyi dusunulen Nobel mukafati muharibenin daha da derinlesdirdiyi bu prosesin qarsisini ala bilmemisdi 1940 1943 cu illerde psixiatriya klinikasinda mualice olunan Sillanpaa bedbin ruhlu Avqust 1941 Insan heyatinin gozellik ve iztirablari 1945 kitablarini yazmis nehayet uc cildlik xatirelerini tamamlamisdi Heyatinin son illerinde bu uca boylu daz basli uzun saqqalli icki aludesi olan qoca milletin sevimlisine cevrilmis ve Baba texellusu qazanmisdi O fin edebiyyatinin XX esrdeki en gorkemli numayendesi kimi oz olkesinde ve Finlandiya hududlari xaricinde bizim gunlerde de kifayet qeder populyardir IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Frans Eemil Sillanpaa Encyclopaedia Britannica ing Cex Milli Hakimiyyet Melumat bazasi MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax