Fəxralı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşən Fəxralı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-fəxri" də adlandırırlar. Fəxralı xalçaları Gəncə xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.
Xalça | |
Fəxralı xalçaları | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Digər adı | Gəncə-fəxri |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Kənd | Fəxralı |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi |
Digər məlumatlar | |
Material | qoyun yunu |
Tarixi
Fəxralı xalçaları öz adını Gəncə şəhərindən 25 km şimal-şərqdə, indki Goranboy rayonunun ərazisində yerləşən Fəxralı kəndinin adından almışdır. Bu kənddə hazırlanan xalçalar qədim dövrlərdən Gəncə zonasının ən yaxşı xalçaları kimi məşhurdur. Qocaman xalçaçılar indiyə qədər bu xalçanı "Gəncə-fəxri" adlandırırlar.
Fəxralı xalçaları müəyyən zaman ərzində Fəxralı kəndində toxunduqdan sonra ətraf kəndlərdə də toxunulmağa başladı. Əsasən Qaracəmirli kəndində, həmçinin, Şadılı, Bağçakürd, Çaylı, Borsunlu, Qaradağlı, Pənahlılar və digər kəndlərdə də istehsal olunurdu. Daha da təkmilləşən Fəxralı xalçalarının getdikcə məşhurluğu artır və eyni zamanda bu xalça toxunulan xalçaçılıq məntəqələrinin sayı da artırdı. Artıq XIX əsrdə Fəxralı xalçasını Gəncə mahalının sənətkarları ilə yanaşı hal-hazırda Gürcüstan Respublikasının (xüsusilə Faxralı kəndində), Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd kəndlərində yerləşən xalçaçılıq məntəqələrində də toxunmuşdur. Bu səbəbdən də, bir çox xalça ustaları Fəxralı xalçalarını xalçanın istehsal olunduğu bölgəyə uyğun "Gəncə xalçaları", "Çıraqlı xalçaları", "Şamxor xalçaları" adlandırırdılar. Bir çox xarici mənbələrdə, əsasən də alman sənətşünaslarının əsərlərində xalça "Faxralo" adlandırılır.
Bədii analiz
Fəxralı xalçaları dini mərasimlərdə, eləcə də namaz qılma mərasimində istifadə olunurduğu üçün əsasən kiçik ölçüdə hazırlanırdı. Bu səbəbdən də Fəxralı xalçaları xalq arasında "Çaynamaz" və ya "Ceynamaz" (namaz qılınan yer) kimi də adlandırılmışdır. Xalçanın orta sahəsinin yuxarı hissəsində yerləşən tağ görünüş və formasına görə müsəlman Şərq mümarlığı elementlərini, xüsusilə məscidlərin cənub hissəsində yerləşən mehrabı xatırladır. Tağ və ya mehrab detalını Azərbaycanın Şirvan, Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə aid olan başqa xalçalarda da görmək mümkündür.
Fəxralı xalçalarını əsas halda iki yerə ayırmaq olar: mürəkkəb naxışlı xalçalar, sadə naxışlı xalçalar. Xalçaların orta sahəsinin naxışları sadə və mürəkkəb olsa da, onlar texnoloji cəhətdən bir-birinə çox yaxındır. Sadə naxışlı Fəxralı xalçalarının orta sahəsinin mərkəzində düzbucaqlı formada böyük göl, mürəkkəb naxışlı xalçalarda isə kvadrat və səkkizbucaqlı göllər toxunurdu.
Mürəkkəb naxışlı Fəxralı xalçalarında kərpic, böyük və kiçik "gədəbəylər" (Quba xalçaçılıq məktəbinə aid Qədim minarə xalçasında bu naxış "yelpik" adlanır), "sırğa" və "tuğbaşı" (bayraq) kimi əsas naxışlardan istifadə edimişdir. Mürəkkəb naxışlı xalçalarda isə onların özünəməxsusluğu orta haşiyədə ardıcıl təkrarlanan "çanaqlı bağa" və tısbağa təsviri ilə ifadə olunur. Tısbağa təsvirlərindən Şirvan xalçaçılıq məktəbində toxunan xalçalarda da istifadə edilmişdir.
Sadə naxışlı xalçanın əsas naxışları "sallama" (salxım söyüd) və "ağac"dır. Belə naxışlardan Gəncə xalçaçılıq məktəbini Gəncə qrupuna daxil olan "Gədəbəy xalçaları"nda da istifadə edilmişdir. Sadə naxışlı xalçaların köbə zolaqları Gəncə xalçaçılıq məktəbinin xalçaları üçün səciyyəvi olan adi sadə köbə zolaqlarından ibarətdir.
- XIX əsrə aid namazlıq formalı Fəxralı xalçası
- Mürəkkəb dizaynlı Fəxralı xalçası, təxm. 1825, Claremont Rug Company
- Namazlıq formalı Fəxralı xalçası, Azərbaycan Xalça Muzeyi
- Sadə dizaynlı Fəxralı xalçası, XIX əsr, Azərbaycan Milli İncəsənət Muzeyi
Texniki xüsusiyyətlər
Kiçik ölçülərdə daha çox istehsal olunduğundan orta ölçülü Fəxralı xalçaları çox az hallarda istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə çox da böyük olmur. Fəxralı xalçalarının ölçüləri adi namazlıq xalçalarının ölçüləri ilə eynidir. Bu xalçaların sahəsi 100x150 sm-dən 130x200 sm-ə qədər ölçülər arasında dəyişir.
Fəxralı xalçalarında bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 90 min ilmədən 122 min ilməyə təsadüf edilir. Fəxralı xalçalarında xovun hündürlüyü 6–8 mm-dir.
İstinadlar
- Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 6.
- Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Б.: "Гянджлик", 1983. səh. 117
- Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 119
- Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 118
- F. Stone, Peter. Oriental Rugs: An Illustrated Lexicon of Motifs, Materials, and Origins. 2023-07-21 tarixində . İstifadə tarixi: 8 dekabr 2017.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fexrali xalcalari Gence xalcaciliq mektebinin Gence qrupuna daxil olan xovlu Azerbaycan xalcalaridir Xalcalar adini Gence seherinden 25 km simal serqde yerlesen Fexrali kendinin adindan almisdir Bezi xalcacilar bu xalcani Gence fexri de adlandirirlar Fexrali xalcalari Gence xalcalarinin yuksek keyfiyyetli xalcalar kateqoriyasina aiddir XalcaFexrali xalcalariNamazliq formali Fexrali xalcasi Azerbaycan Xalca MuzeyiXalca haqqinda melumatlarDiger adi Gence fexriMektebi Gence xalcaciliq mektebiNovu Xovlu xalcaOlke AzerbaycanSeher GenceKend FexraliToxunmasi haqqinda melumatlarUslubu Gence xalcaciliq mektebiDiger melumatlarMaterial qoyun yunuTarixiFexrali xalcalari oz adini Gence seherinden 25 km simal serqde indki Goranboy rayonunun erazisinde yerlesen Fexrali kendinin adindan almisdir Bu kendde hazirlanan xalcalar qedim dovrlerden Gence zonasinin en yaxsi xalcalari kimi meshurdur Qocaman xalcacilar indiye qeder bu xalcani Gence fexri adlandirirlar Fexrali xalcalari mueyyen zaman erzinde Fexrali kendinde toxunduqdan sonra etraf kendlerde de toxunulmaga basladi Esasen Qaracemirli kendinde hemcinin Sadili Bagcakurd Cayli Borsunlu Qaradagli Penahlilar ve diger kendlerde de istehsal olunurdu Daha da tekmillesen Fexrali xalcalarinin getdikce meshurlugu artir ve eyni zamanda bu xalca toxunulan xalcaciliq menteqelerinin sayi da artirdi Artiq XIX esrde Fexrali xalcasini Gence mahalinin senetkarlari ile yanasi hal hazirda Gurcustan Respublikasinin xususile Faxrali kendinde Ermenistan Respublikasinin Azerbaycan Respublikasi ile hemserhed kendlerinde yerlesen xalcaciliq menteqelerinde de toxunmusdur Bu sebebden de bir cox xalca ustalari Fexrali xalcalarini xalcanin istehsal olundugu bolgeye uygun Gence xalcalari Ciraqli xalcalari Samxor xalcalari adlandirirdilar Bir cox xarici menbelerde esasen de alman senetsunaslarinin eserlerinde xalca Faxralo adlandirilir Bedii analizFexrali xalcalari dini merasimlerde elece de namaz qilma merasiminde istifade olunurdugu ucun esasen kicik olcude hazirlanirdi Bu sebebden de Fexrali xalcalari xalq arasinda Caynamaz ve ya Ceynamaz namaz qilinan yer kimi de adlandirilmisdir Xalcanin orta sahesinin yuxari hissesinde yerlesen tag gorunus ve formasina gore muselman Serq mumarligi elementlerini xususile mescidlerin cenub hissesinde yerlesen mehrabi xatirladir Tag ve ya mehrab detalini Azerbaycanin Sirvan Qarabag ve Tebriz xalcaciliq mekteblerine aid olan basqa xalcalarda da gormek mumkundur Fexrali xalcalarini esas halda iki yere ayirmaq olar murekkeb naxisli xalcalar sade naxisli xalcalar Xalcalarin orta sahesinin naxislari sade ve murekkeb olsa da onlar texnoloji cehetden bir birine cox yaxindir Sade naxisli Fexrali xalcalarinin orta sahesinin merkezinde duzbucaqli formada boyuk gol murekkeb naxisli xalcalarda ise kvadrat ve sekkizbucaqli goller toxunurdu Murekkeb naxisli Fexrali xalcalarinda kerpic boyuk ve kicik gedebeyler Quba xalcaciliq mektebine aid Qedim minare xalcasinda bu naxis yelpik adlanir sirga ve tugbasi bayraq kimi esas naxislardan istifade edimisdir Murekkeb naxisli xalcalarda ise onlarin ozunemexsuslugu orta hasiyede ardicil tekrarlanan canaqli baga ve tisbaga tesviri ile ifade olunur Tisbaga tesvirlerinden Sirvan xalcaciliq mektebinde toxunan xalcalarda da istifade edilmisdir Sade naxisli xalcanin esas naxislari sallama salxim soyud ve agac dir Bele naxislardan Gence xalcaciliq mektebini Gence qrupuna daxil olan Gedebey xalcalari nda da istifade edilmisdir Sade naxisli xalcalarin kobe zolaqlari Gence xalcaciliq mektebinin xalcalari ucun seciyyevi olan adi sade kobe zolaqlarindan ibaretdir XIX esre aid namazliq formali Fexrali xalcasi Murekkeb dizaynli Fexrali xalcasi texm 1825 Claremont Rug Company Namazliq formali Fexrali xalcasi Azerbaycan Xalca Muzeyi Sade dizaynli Fexrali xalcasi XIX esr Azerbaycan Milli Incesenet MuzeyiTexniki xususiyyetlerKicik olculerde daha cox istehsal olundugundan orta olculu Fexrali xalcalari cox az hallarda istehsal olunurdu Bu xalcalarin olcusu esas etibarile cox da boyuk olmur Fexrali xalcalarinin olculeri adi namazliq xalcalarinin olculeri ile eynidir Bu xalcalarin sahesi 100x150 sm den 130x200 sm e qeder olculer arasinda deyisir Fexrali xalcalarinda bir kvadrat desimetrde ilmelerin sixligi 30x30 ilmeden 35x35 ilmeye qeder yerlesir Bir kvadrat metrde ise 90 min ilmeden 122 min ilmeye tesaduf edilir Fexrali xalcalarinda xovun hundurluyu 6 8 mm dir IstinadlarNasirova S Gence Qazax xalcalari ing 2002 P 6 Lyatif Kerimov Azerbajdzhanskij kovyor Tom III II B Gyandzhlik 1983 seh 117 Lyatif Kerimov Azerbajdzhanskij kovyor Tom III II B Gyandzhlik 1983 seh 119 Lyatif Kerimov Azerbajdzhanskij kovyor Tom III II B Gyandzhlik 1983 seh 118 F Stone Peter Oriental Rugs An Illustrated Lexicon of Motifs Materials and Origins 2023 07 21 tarixinde Istifade tarixi 8 dekabr 2017