Ekzotizm — mənşəcə başqa dilə daxil olub hər hansı bir xalqın məişətini, onun adət-ənənəsini, milli xüsusiyyətlərini göstərən leksik vahidlər.
Ekzotik sözlər
Eldar:-Bu nədir? Gürcü:-Çonquri deyirik buna,sizin saz kimidir.(S.V) Bu nümunədəki "çonquri" sözü mənsubiyyətcə gürcü dilinə aiddir. Həmin dildə simli çalğı alətinin adıdır. Azərbaycan dilində çonquri sözünün ekvivalenti yoxdur. Belə bir cəhət - ekzotizmin qarşılığının olmaması onun diqqəti cəlb edən əlamətlərindəndir. Dildə ekzotizmlər müxtəlif səbəblərdən meydana çıxır. Hər şeydən əvvəl, ekzotik sözlər xalqlar, ölkələr arasında siyasi, iqtisadi, mədəni və dostluq əlaqələri əsasında yaranır. Azərbaycan dilində ekzotik sözlərin meydana gəlməsinin xüsusi tarixi vardır. Bu qrup sözlər lap qədimdən, ilk dəfə qonşu xalqlarla münasibət əsasında dilimizdə özünə yer tapmışdır. XIX əsrə qədər ərəb-fars mənşəli, sonrakı illərdə isə bu tip Avropa sözlərindən istifadə edilmişdir. Son illərdə ekzotik sözlərin də coğrafiyası xeyli genişlənmişdir. Müasir Azərbaycan dilində müşahidə olunan ekzotik sözləri təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Pul vahidlərinin adlarını bildirən sözlər: dollar (Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya), marka (Almaniya, Finlandiya), frank (Fransa), lirə (Türkiyə), lira (İtaliya), funt sterlinq (İngiltərə), şillinq (Avstriya), ley (Rumıniya), lev (Bolqarıstan), lek (Albaniya), forint (Macarıstan), kron (Çexoslovakiya, Danimarka), dinar (İraq,Yuqoslaviya), rupi (Hindistan), rupiya (Pakistan), əfqani (Əfqanıstan), rial (İran), yuan (Çin Xalq Respublikası), donq (Vyetnam), iena (Yaponiya) və s.
2. Musiqi alətlərinin adını bildirən sözlər: balalayka (rus simli musiqi aləti), bandura (ukrayna simli musiqi aləti), gitara (ispan simli musiqi aləti), qonq (indoneziya zərb musiqi aləti), padura (abxaz, acar simli musiqi aləti) və s.
3. Rəqs adlarını bildirən sözlər: qopaq (ukrayna xalq rəqsi), menuet (fransız bal rəqsi), çardaş (macar xalq rəqsi), xorumi (gürcü xalq rəqsi), tanqo (qədim ispan xalq rəqsi).
4. Xörək adlarını bildirən sözlər: xaş, satsivi, tabaka, borş, xarço, qülyaş və s.
5. İçki adlarını billdirən sözlər: balzam, viski, likor, cəcə (araq) və s.
6. Vəzifə adlarını bildirən sözlər: mer, ser, lord və s.
Dilimizdə ekzotik rəngini, çalarlığını saxlayan daha bir sıra mövzulara aid (meyvə adı - banan, ananas... geyim adı - kimano, frak...) sözlər də vardır. Ekzotik sözlər müasir mətbuat səhifələrində və bədii ədəbiyyatda da geniş müşahidə olunur. Bədii ədəbiyyatda bunlardan müəyyən üslubi tələblərlə bağlı istifa də edilir.
İstər mətbuat səhifələrində və istərsə də bədii ədəbiyyatda ekzotik sözlərdən istifadə etmək böyük məsuliyyət və bacarıq tələb edir. Müəllif bu qrup sözlərə çox ehtiyatla yanaşmalı, onları yersiz şəkildə yazıya gətirməməlidir. Çünki yerli-yersiz işlənilən hər bir ekzotizm mətnin oxunmasını ağırlaşdırar və nəticədə fikir dolaşıqlığı, anlaşılmazlıq yarada bilər. Dildə işlənən ekzotizmlər alınma sözə çevrilə bilər. Bu, əsasən, ekzotik sözün ifadə etdiyi əşya ilə birlikdə mənimsənilməsi zamanı olur. Ümumiyyətlə, ekzotizmlərin alınma sözə çevrilməsi prosesi dildə proqressiv hadisədir. Bu hadisə dilin leksik tərkibinin zənginləşməsinə öz müsbət təsirini göstərir. Məsələn, vaxtilə ekzotik söz olan piano indi dilimizdə alınma sözlər cərgəsində xüsusi yer tutmuş, hamı tərəfindən aydın dərk edilir və geniş işlənən sözə çevrilmişdir. Ekzotik sözlər dildə mövcud olan varvarizm hadisəsinə daha çox oxşayır. Lakin bunlar bir-birindən mahiyyətcə tamamilə fərqli hadisələrdir.
İstinadlar
- Afad Qurbanov. Müasir Aərbaycan ədəbi dili. 1. Bakı. 2010. səh. 266.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ekzotizm mensece basqa dile daxil olub her hansi bir xalqin meisetini onun adet enenesini milli xususiyyetlerini gosteren leksik vahidler Ekzotik sozlerEldar Bu nedir Gurcu Conquri deyirik buna sizin saz kimidir S V Bu numunedeki conquri sozu mensubiyyetce gurcu diline aiddir Hemin dilde simli calgi aletinin adidir Azerbaycan dilinde conquri sozunun ekvivalenti yoxdur Bele bir cehet ekzotizmin qarsiliginin olmamasi onun diqqeti celb eden elametlerindendir Dilde ekzotizmler muxtelif sebeblerden meydana cixir Her seyden evvel ekzotik sozler xalqlar olkeler arasinda siyasi iqtisadi medeni ve dostluq elaqeleri esasinda yaranir Azerbaycan dilinde ekzotik sozlerin meydana gelmesinin xususi tarixi vardir Bu qrup sozler lap qedimden ilk defe qonsu xalqlarla munasibet esasinda dilimizde ozune yer tapmisdir XIX esre qeder ereb fars menseli sonraki illerde ise bu tip Avropa sozlerinden istifade edilmisdir Son illerde ekzotik sozlerin de cografiyasi xeyli genislenmisdir Muasir Azerbaycan dilinde musahide olunan ekzotik sozleri texminen asagidaki kimi qruplasdirmaq olar 1 Pul vahidlerinin adlarini bildiren sozler dollar Amerika Birlesmis Statlari Kanada Avstraliya marka Almaniya Finlandiya frank Fransa lire Turkiye lira Italiya funt sterlinq Ingiltere sillinq Avstriya ley Ruminiya lev Bolqaristan lek Albaniya forint Macaristan kron Cexoslovakiya Danimarka dinar Iraq Yuqoslaviya rupi Hindistan rupiya Pakistan efqani Efqanistan rial Iran yuan Cin Xalq Respublikasi donq Vyetnam iena Yaponiya ve s 2 Musiqi aletlerinin adini bildiren sozler balalayka rus simli musiqi aleti bandura ukrayna simli musiqi aleti gitara ispan simli musiqi aleti qonq indoneziya zerb musiqi aleti padura abxaz acar simli musiqi aleti ve s 3 Reqs adlarini bildiren sozler qopaq ukrayna xalq reqsi menuet fransiz bal reqsi cardas macar xalq reqsi xorumi gurcu xalq reqsi tanqo qedim ispan xalq reqsi 4 Xorek adlarini bildiren sozler xas satsivi tabaka bors xarco qulyas ve s 5 Icki adlarini billdiren sozler balzam viski likor cece araq ve s 6 Vezife adlarini bildiren sozler mer ser lord ve s Dilimizde ekzotik rengini calarligini saxlayan daha bir sira movzulara aid meyve adi banan ananas geyim adi kimano frak sozler de vardir Ekzotik sozler muasir metbuat sehifelerinde ve bedii edebiyyatda da genis musahide olunur Bedii edebiyyatda bunlardan mueyyen uslubi teleblerle bagli istifa de edilir Ister metbuat sehifelerinde ve isterse de bedii edebiyyatda ekzotik sozlerden istifade etmek boyuk mesuliyyet ve bacariq teleb edir Muellif bu qrup sozlere cox ehtiyatla yanasmali onlari yersiz sekilde yaziya getirmemelidir Cunki yerli yersiz islenilen her bir ekzotizm metnin oxunmasini agirlasdirar ve neticede fikir dolasiqligi anlasilmazliq yarada biler Dilde islenen ekzotizmler alinma soze cevrile biler Bu esasen ekzotik sozun ifade etdiyi esya ile birlikde menimsenilmesi zamani olur Umumiyyetle ekzotizmlerin alinma soze cevrilmesi prosesi dilde proqressiv hadisedir Bu hadise dilin leksik terkibinin zenginlesmesine oz musbet tesirini gosterir Meselen vaxtile ekzotik soz olan piano indi dilimizde alinma sozler cergesinde xususi yer tutmus hami terefinden aydin derk edilir ve genis islenen soze cevrilmisdir Ekzotik sozler dilde movcud olan varvarizm hadisesine daha cox oxsayir Lakin bunlar bir birinden mahiyyetce tamamile ferqli hadiselerdir IstinadlarAfad Qurbanov Muasir Aerbaycan edebi dili 1 Baki 2010 seh 266