Dərviş Mehmed Paşa (1729, Aksaray[d], Osmanlı imperiyası – 15 may 1777, Xios) — I Əbdülhəmid səltənətində ümumilikdə 1 il 5 ay 28 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Dərviş Mehmed Paşa | |
---|---|
7 iyul 1775 – 5 yanvar 1777 (ləqəbi: Yağlıqçızadə) | |
Əvvəlki | İzzət Mehmed Paşa |
Sonrakı | Malatyalı Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1729 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 may 1777 |
Vəfat yeri | |
Dəfn yeri | Misirlizadə İbrahim Paşa məscidi, Saqqız adası |
Fəaliyyəti | siyasətçi |
Atası | Dərviş Əbdülqədir Əfəndi |
Həyatı
1729-cu ildə İstanbulun Aksaray səmtində dünyaya gəldi. Atası yağlıkçı (dəsmal, camaşır və başqa əşyalar satan şəxs) Kadri ağa olaraq tanınan Dərviş Əbdülqədir Əfəndidir. İlk olaraq dəftərdar Behcət Mehmed Əfəndinin möhürdarı olaraq xidmətə başlayan Mehmed bəy daha sonra , və İyirmisəkkizçələbizadə Mehmed Səid Paşanın sədarətləri dönəmində (1755-1757) katib olaraq xidmət etdi. 27 mart 1765-ci ildə qürəbayi yəmin bölüyünün katibliyinə gətirildi və yüksək dərəcəli katiblər zümrəsinə qatıldı. 6 mart 1767-ci ildə İstanbuldakı iltizamlar üzrə məmur təyin edildi.
1768-ci ildə başlayan Osmanlı-Rusiya müharibəsinə dəftərdar kisədarı olaraq qatıldı. Babadağındakı ordugahda vəzifələndirildi. 5 oktyabr 1771-ci ildə xəstələnən dəftərdar Hacı İsmayıl Əfəndinin yerinə vəkil təyin edildi. Dörd ay davam edən vəkilliyin ardından Hacı İsmayıl Əfəndinin vəfatıyla 27 yanvar 1772-ci ildə baş dəftərdar seçildi. Müharibənin sonuna qədər bu vəzifədə xidmət etdi.
Sədarət kəndxudası Əhməd Rəsmi Əfəndinin Kiçik Qaynarca sülhünün müzakirələrinə göndərilməsi səbəbilə 11 iyul 1774-cü ildə onun yerinə vəkil təyin olundu. Ordu geri dönüş yolunda ikən 5 sentyabrda vəzifədən alınsa da, yeni sədrəzəm İzzət Mehmed Paşanın müdaxiləsiylə 28 sentyabrda ikinci dəfə baş dəftərdar oldu.
Əndərun ağaları və xüsusilə də, padşahın silahdarı Seyid Mehmed ağayla qurduğu yaxın əlaqələr nəticəsində Dərviş Mehmed bəy 5 aprel 1775-ci ildə sədarət kəndxudalığına təyin edildi. Şeyxülislam İbrahim Bəyəfəndi ilə aralarında çıxan sərt münaqişənin ardından vəzifədən alınan sədrəzəm İzzət Mehmed Paşanın yerinə 7 iyul 1775-ci ildə sədarətə gətirildi. Sədarəti dönəmində üzləşdiyi ilk ciddi məsələ isə Sultan Əbdülhəmidin taxta çıxdıqdan sonra dünyaya gələn ilk övladının ölü doğulması oldu. Belə ki, külli miqdarda pul xərclənən doğum şənliklərinin ləğv edilməsindən 11 gün sonra padşahın bir qızı dünyaya gəldi. Xədicə Sultanın doğulması səbəbilə paytaxtda keçirilən mərasim və şənliklərin təşkil olunması ilə vəzifələndirilən Dərviş Mehmed Paşanın sədarəti dönəmində Şahzadə Mehmed və Şahzadə Əhmədin də doğum şənlikləri tərtiblənmişdir. Sədarəti dönəmində ordu daxilində mühüm tənzimləmələr edən Dərviş Mehmed Paşa bir çox bölük və birliyi ləğv edərək mərkəzi orduya birləşdirdi.
Eynilə sələfi İzzət Mehmed Paşa kimi, o da məhz davam edən Krım problemi səbəbilə vəzifədən alındı. Belə ki, Şahin Gəray rusların dəstəyilə Krım xanı olmuş, bundan narazı olan Osmanlı tərəfdarı yerli tatar bəyləri isə durmadan İstanbula nümayəndə heyəti göndərərək türkləri ruslara qarşı müharibəyə təhrik etməkdə idi. Ancaq eynilə sələfi kimi bu müraciətləri göz ardı edən Dərviş Mehmed Paşa 5 yanvar 1777-ci ildə vəzifədən alındı. Bundan başqa vəzifədən alınma səbəbi olaraq tutduğu vəziyə layiq olmayan hərəkətləri olması da göstərilir. Vəzifədən alındıqdan sonra Topqapı sarayında bir gün həbs tutulan Dərviş Mehmed Paşa malları müsadirə edilərək azadlığa buraxıldı. Ancaq cəmi 40 gün sonra 10 fevral 1777-ci ildə Hanya qalasının mühafizəsiylə vəzifələndirildi. Yolda ikən səhhəti pisləşən və bu səbəblə səyahətinə fasilə verərək Saqqız adasına çıxan Dərviş Mehmed Paşa 15 may 1777-ci ildə burada vəfat etdi. Cənazəsi günümüzədək gəlib çatmayan Misirlizadə İbrahim Paşa məscidinin həyətinə dəfn edildi.
Mənbə
- Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), II/B, s. 85; III, 6, 9, 12, 30–36, 38, 43–45, 61;
- Mehmed Hasîb Rûznâmesi (haz. Süleyman Göksu, yüksek lisans tezi, 1993), MÜ Türkiyat Araştırmaları Enstitüsü, vr. 20a, 24b, 25b, 29b;
- Sırkâtibi Mustafa, Rûznâme-i Sultân Abdülhamîd Han, İstanbul Belediyesi Atatürk Kitaplığı, Muallim Cevdet, nr. O. 121, vr. 22b;
- Rûzmerre, TTK Ktp., Yazma, nr. 1001, s. 4–7;
- Hüseyin Râmiz, Zübdetü’l-vâkıât, İÜ Ktp., TY, nr. 2395, vr. 1b-2a;
- Hasîb Üsküdârî, Vefeyât-ı Ekâbir-i İslâmiyye, İÜ Ktp., TY, nr. 564, s. 50;
- a.mlf., Mecmûa-i Tevârih (haz. Fahri Ç. Derin – Vahid Çabuk), İstanbul 1985, s. 335–336;
- Kethüdâzâde Said, Târîh-i Sefer-i Rusya, Süleymaniye Ktp., Esad Efendi, nr. 2143, vr. 14b;
- Sâdullah Enverî, Târih, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 67, II, vr. 15b, 17b, 19b, 23b, 29a, 34b, 42b, 43a, 61a-62a, 79a-b;
- Enverî Sâdullah Efendi Târihi I (haz. Muharrem Saffet Çalışkan, doktora tezi, 2000), MÜ Sosyal Bilimler Enstitüsü, vr. 270b, 303a-304b, 351b, 407b, 452b, 458a;
- Ahmed Câvid, Verd-i Mutarrâ: Hadîkatü’l-vüzerâ Zeyli, İstanbul 1271, s. 27–28;
- Vâsıf, Târih, I, 287; II, 154–155, 177, 197, 203, 240, 295;
- a.e., TSMK, Hazine, nr. 1406, vr. 12a, 19b, 27b-28a, 30b, 33b, 34b, 35a, 37b-38a-b, 50a-51a, 59b-60a;
- Zâimzâde Mehmed Sâdık, Târihçe, İÜ Ktp., TY, nr. 2532, vr. 6b, 7b, 10a;
- Muhtasar Nûrü’l-hüdâ, İÜ Ktp., TY, nr. 1423, vr. 1b;
- Konyalı, Üsküdar Tarihi, II, 374;
- Fikret Sarıcaoğlu, Kendi Kaleminden Bir Padişahın Portresi: Sultan I. Abdülhamid (1774–1789), İstanbul 2001, s. 74, 86, 120, 140–141, 192.
İstinadlar
- https://islamansiklopedisi.org.tr/mehmed-pasa-dervis.
- Cevdet, Târih, II, 24–25, 29–32, 36, 40–41, 46, 49–50, 79, 304;
- Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 422–423;
- Çeşmîzâde, Târih (nşr. Bekir Kütükoğlu), İstanbul 1993, s. 21;
- Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 90–91;
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dervis Mehmed Pasa 1729 Aksaray d Osmanli imperiyasi 15 may 1777 Xios I Ebdulhemid seltenetinde umumilikde 1 il 5 ay 28 gun sedrezem olmus Osmanli dovlet adami Dervis Mehmed PasaOsmanli sedrezemi7 iyul 1775 5 yanvar 1777 leqebi Yagliqcizade EvvelkiIzzet Mehmed PasaSonrakiMalatyali Mehmed PasaSexsi melumatlarDogum tarixi 1729Dogum yeri Aksaray d Osmanli imperiyasiVefat tarixi 15 may 1777 1777 05 15 Vefat yeri Xios Osmanli imperiyasiDefn yeri Misirlizade Ibrahim Pasa mescidi Saqqiz adasiFealiyyeti siyasetciAtasi Dervis Ebdulqedir EfendiHeyati1729 cu ilde Istanbulun Aksaray semtinde dunyaya geldi Atasi yaglikci desmal camasir ve basqa esyalar satan sexs Kadri aga olaraq taninan Dervis Ebdulqedir Efendidir Ilk olaraq defterdar Behcet Mehmed Efendinin mohurdari olaraq xidmete baslayan Mehmed bey daha sonra ve Iyirmisekkizcelebizade Mehmed Seid Pasanin sedaretleri doneminde 1755 1757 katib olaraq xidmet etdi 27 mart 1765 ci ilde qurebayi yemin boluyunun katibliyine getirildi ve yuksek dereceli katibler zumresine qatildi 6 mart 1767 ci ilde Istanbuldaki iltizamlar uzre memur teyin edildi 1768 ci ilde baslayan Osmanli Rusiya muharibesine defterdar kisedari olaraq qatildi Babadagindaki ordugahda vezifelendirildi 5 oktyabr 1771 ci ilde xestelenen defterdar Haci Ismayil Efendinin yerine vekil teyin edildi Dord ay davam eden vekilliyin ardindan Haci Ismayil Efendinin vefatiyla 27 yanvar 1772 ci ilde bas defterdar secildi Muharibenin sonuna qeder bu vezifede xidmet etdi Sedaret kendxudasi Ehmed Resmi Efendinin Kicik Qaynarca sulhunun muzakirelerine gonderilmesi sebebile 11 iyul 1774 cu ilde onun yerine vekil teyin olundu Ordu geri donus yolunda iken 5 sentyabrda vezifeden alinsa da yeni sedrezem Izzet Mehmed Pasanin mudaxilesiyle 28 sentyabrda ikinci defe bas defterdar oldu Enderun agalari ve xususile de padsahin silahdari Seyid Mehmed agayla qurdugu yaxin elaqeler neticesinde Dervis Mehmed bey 5 aprel 1775 ci ilde sedaret kendxudaligina teyin edildi Seyxulislam Ibrahim Beyefendi ile aralarinda cixan sert munaqisenin ardindan vezifeden alinan sedrezem Izzet Mehmed Pasanin yerine 7 iyul 1775 ci ilde sedarete getirildi Sedareti doneminde uzlesdiyi ilk ciddi mesele ise Sultan Ebdulhemidin taxta cixdiqdan sonra dunyaya gelen ilk ovladinin olu dogulmasi oldu Bele ki kulli miqdarda pul xerclenen dogum senliklerinin legv edilmesinden 11 gun sonra padsahin bir qizi dunyaya geldi Xedice Sultanin dogulmasi sebebile paytaxtda kecirilen merasim ve senliklerin teskil olunmasi ile vezifelendirilen Dervis Mehmed Pasanin sedareti doneminde Sahzade Mehmed ve Sahzade Ehmedin de dogum senlikleri tertiblenmisdir Sedareti doneminde ordu daxilinde muhum tenzimlemeler eden Dervis Mehmed Pasa bir cox boluk ve birliyi legv ederek merkezi orduya birlesdirdi Eynile selefi Izzet Mehmed Pasa kimi o da mehz davam eden Krim problemi sebebile vezifeden alindi Bele ki Sahin Geray ruslarin desteyile Krim xani olmus bundan narazi olan Osmanli terefdari yerli tatar beyleri ise durmadan Istanbula numayende heyeti gondererek turkleri ruslara qarsi muharibeye tehrik etmekde idi Ancaq eynile selefi kimi bu muracietleri goz ardi eden Dervis Mehmed Pasa 5 yanvar 1777 ci ilde vezifeden alindi Bundan basqa vezifeden alinma sebebi olaraq tutdugu veziye layiq olmayan hereketleri olmasi da gosterilir Vezifeden alindiqdan sonra Topqapi sarayinda bir gun hebs tutulan Dervis Mehmed Pasa mallari musadire edilerek azadliga buraxildi Ancaq cemi 40 gun sonra 10 fevral 1777 ci ilde Hanya qalasinin muhafizesiyle vezifelendirildi Yolda iken sehheti pislesen ve bu sebeble seyahetine fasile vererek Saqqiz adasina cixan Dervis Mehmed Pasa 15 may 1777 ci ilde burada vefat etdi Cenazesi gunumuzedek gelib catmayan Misirlizade Ibrahim Pasa mescidinin heyetine defn edildi MenbeSem danizade Muri t tevarih Aktepe II B s 85 III 6 9 12 30 36 38 43 45 61 Mehmed Hasib Ruznamesi haz Suleyman Goksu yuksek lisans tezi 1993 MU Turkiyat Arastirmalari Enstitusu vr 20a 24b 25b 29b Sirkatibi Mustafa Ruzname i Sultan Abdulhamid Han Istanbul Belediyesi Ataturk Kitapligi Muallim Cevdet nr O 121 vr 22b Ruzmerre TTK Ktp Yazma nr 1001 s 4 7 Huseyin Ramiz Zubdetu l vakiat IU Ktp TY nr 2395 vr 1b 2a Hasib Uskudari Vefeyat i Ekabir i Islamiyye IU Ktp TY nr 564 s 50 a mlf Mecmua i Tevarih haz Fahri C Derin Vahid Cabuk Istanbul 1985 s 335 336 Kethudazade Said Tarih i Sefer i Rusya Suleymaniye Ktp Esad Efendi nr 2143 vr 14b Sadullah Enveri Tarih Millet Ktp Ali Emiri Tarih nr 67 II vr 15b 17b 19b 23b 29a 34b 42b 43a 61a 62a 79a b Enveri Sadullah Efendi Tarihi I haz Muharrem Saffet Caliskan doktora tezi 2000 MU Sosyal Bilimler Enstitusu vr 270b 303a 304b 351b 407b 452b 458a Ahmed Cavid Verd i Mutarra Hadikatu l vuzera Zeyli Istanbul 1271 s 27 28 Vasif Tarih I 287 II 154 155 177 197 203 240 295 a e TSMK Hazine nr 1406 vr 12a 19b 27b 28a 30b 33b 34b 35a 37b 38a b 50a 51a 59b 60a Zaimzade Mehmed Sadik Tarihce IU Ktp TY nr 2532 vr 6b 7b 10a Muhtasar Nuru l huda IU Ktp TY nr 1423 vr 1b Konyali Uskudar Tarihi II 374 Fikret Saricaoglu Kendi Kaleminden Bir Padisahin Portresi Sultan I Abdulhamid 1774 1789 Istanbul 2001 s 74 86 120 140 141 192 Istinadlarhttps islamansiklopedisi org tr mehmed pasa dervis Cevdet Tarih II 24 25 29 32 36 40 41 46 49 50 79 304 Uzuncarsili Osmanli Tarihi IV 2 s 422 423 Cesmizade Tarih nsr Bekir Kutukoglu Istanbul 1993 s 21 Ayvansarayi Vefeyat i Selatin s 90 91