Dördyol məhəlləsi — Gəncənin mühüm sənətkarlıq məhəllələrindən biri. Dördyol məhəlləsi Şah Abbas meydanından dəmiryol stansiyasına aparan Vağzal şossesi ilə Nizami Gəncəvi prospektinin qovşağında yerləşdiyinə görə məhəlləyə belə ad verilmişdir. Dördyol məhəlləsi də Şahsevənlər məhəlləsi ilə həmyaşıd olub, Gəncənin nisbətən cavan məhəllələrindən idi. Məhəllə XVII əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi mövcud olub.
Haqqında
Gəncənin Dördyol məhəlləsi XVII əsrdə cənubdan Şah Abbas meydanı, şimaldan Bağlar, qərbdən Sofulu, şərqdən Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə Bıçaqçılar basalağı yaranmış, Dəmirçilər məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və digər sənətlərlə məşğul olurdular. Artıq məhəllə şərqdən Molla Cəlilli, qərbdən Sofulu, cənubdan Əttarlar, Şah Abbas meydanı, şimaldan Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları ilə əhatə olunmuşdur.
1883-cü ildə Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra dəmir yolu vağzalına gedən yol məhəllədən keçdiyi üçün məhəllə şimala doğru böyüməyə başladı. Şəhərin mərkəzini dəmir yol vağzalı ilə birləşdirən, atla işləyən Konka, 1932-ci ildən isə 4-5 vaqonlu Kukuşqa məhəllədən keçirdi. Bundan sonra yeni nəqliyyat növü Tramvay yolu çəkildi. Bu nəqliyyat növü 1950-ci ilə kimi məhəllədən keçib şəhərin müəyyən küçələrindən işləyirdi. 1950-ci ildə artıq məhəllə şəhərin əsas küçəsi hesab olunurdu.
Məhəllədən keçən Şatır arxı və Hacı Qədimli kəhrizi məhəllə sakinlərinin suya olan təlabatını tam ödəyirdi. Axar suların məhəllələr arasında paylanmasına cuvarlar nəzarət edirdilər. İctimai mülkiyyət olan arxların suyuna nəzarət edən cuvarlara rəhbərliyi isə mirablar edirdi. Mirablar seçki yolu ilə seçilirdi. Məhəllədə Dördyol karvansarası, Hacı Xeyransa hamamı, Hacı Saitlilər məscidi var idi. Sovet dövründə Hacı Saitlilər hamamı sökülüb yerində isə Universam tikilib, Dördyol karvansarası isə 21 nömrəli məktəb, sonra isə ictimai təminat idarəsi kimi fəaliyyət göstərib.
Məhəllədə Seyidlər, Talıblılar, Hacı Qədimlilər nəslinin nümayəndələləri, habelə tanınmış sakinlərindən Məşədi Məmməd Axundzadə, Cabbar bəy Şeyxzamanlı, Məşədi İsmayıl, Məşədi Mehdilər, Nainsaf oğlu Məmməd Əli, Ağa Allahverdilərdən Kərbəlayi Əhmədin, Məşədi ağa, Məşədi Rza, Həsən Fəttah oğlu və digərləri yaşamışlar.
Məşhur şəxsləri
- Qəmbər Hüseynli - bəstəkar, Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri.
- Mobil Əhmədov - teatr aktyoru, vokal ifaçısı.
Həmçinin bax
İstinadlar
- N.Quliyeva, E.Həsənov. "Gəncənin sənətkarlıq məhəllələri XIX əsrin sonu - XX əsrin əvvəllərində" (PDF). static.bsu.az. 2013. 12 dekabr 2019 tarixində (PDF). İstifadə tarixi: 12 dekabr 2019.
- Hamlet Allahverdiyev. "Gəncənin "Dörd Yol" məhəlləsi". ganca.org. 29 yanvar 2012. 2020-09-27 tarixində .
Xarici keçidlər
- Gəncə adlı salnamə - Dördyol məhəlləsi / Kəpəz Tv
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dordyol mehellesi Gencenin muhum senetkarliq mehellelerinden biri Dordyol mehellesi Sah Abbas meydanindan demiryol stansiyasina aparan Vagzal sossesi ile Nizami Gencevi prospektinin qovsaginda yerlesdiyine gore mehelleye bele ad verilmisdir Dordyol mehellesi de Sahsevenler mehellesi ile hemyasid olub Gencenin nisbeten cavan mehellelerinden idi Mehelle XVII esrin evvellerinden XX esrin evvellerine kimi movcud olub HaqqindaGencenin Dordyol mehellesi XVII esrde cenubdan Sah Abbas meydani simaldan Baglar qerbden Sofulu serqden Samli ve Imamli mehelleleri ile dovrelenmisdir XIX esrin sonu XX esrin evvellerinde yeni mehelle ve basalaqlarin salinmasi neticesinde mehelle erazice boyumus ehalisinin sayi artmaga baslamisdir 1916 ci ilde mehellede 537 aile yasadigi qeyde alinmisdir Mehellede Bicaqcilar basalagi yaranmis Demirciler mehellesi ise ayri bir yasayis mehellesi kimi yer tutmusdur Cox da qedim tarixe malik olmayan mehelle sakinleri bezzazliq baqqalliq serracliq zergerlik serbafliq ve diger senetlerle mesgul olurdular Artiq mehelle serqden Molla Celilli qerbden Sofulu cenubdan Ettarlar Sah Abbas meydani simaldan Nainsaf oglu Memmedelinin Cuvar oglunun taxil ve uzum baglari ile ehate olunmusdur 1883 cu ilde Baki Tiflis demir yolu cekildikden sonra demir yolu vagzalina geden yol mehelleden kecdiyi ucun mehelle simala dogru boyumeye basladi Seherin merkezini demir yol vagzali ile birlesdiren atla isleyen Konka 1932 ci ilden ise 4 5 vaqonlu Kukusqa mehelleden kecirdi Bundan sonra yeni neqliyyat novu Tramvay yolu cekildi Bu neqliyyat novu 1950 ci ile kimi mehelleden kecib seherin mueyyen kucelerinden isleyirdi 1950 ci ilde artiq mehelle seherin esas kucesi hesab olunurdu Mehelleden kecen Satir arxi ve Haci Qedimli kehrizi mehelle sakinlerinin suya olan telabatini tam odeyirdi Axar sularin mehelleler arasinda paylanmasina cuvarlar nezaret edirdiler Ictimai mulkiyyet olan arxlarin suyuna nezaret eden cuvarlara rehberliyi ise mirablar edirdi Mirablar secki yolu ile secilirdi Mehellede Dordyol karvansarasi Haci Xeyransa hamami Haci Saitliler mescidi var idi Sovet dovrunde Haci Saitliler hamami sokulub yerinde ise Universam tikilib Dordyol karvansarasi ise 21 nomreli mekteb sonra ise ictimai teminat idaresi kimi fealiyyet gosterib Mehellede Seyidler Taliblilar Haci Qedimliler neslinin numayendeleleri habele taninmis sakinlerinden Mesedi Memmed Axundzade Cabbar bey Seyxzamanli Mesedi Ismayil Mesedi Mehdiler Nainsaf oglu Memmed Eli Aga Allahverdilerden Kerbelayi Ehmedin Mesedi aga Mesedi Rza Hesen Fettah oglu ve digerleri yasamislar Meshur sexsleriQember Huseynli bestekar Xalq Calgi Aletleri Orkestrinin bedii rehberi Mobil Ehmedov teatr aktyoru vokal ifacisi Hemcinin baxOzan mehellesi Ettarlar mehellesi Sahsevenler mehellesiIstinadlarN Quliyeva E Hesenov Gencenin senetkarliq mehelleleri XIX esrin sonu XX esrin evvellerinde PDF static bsu az 2013 12 dekabr 2019 tarixinde PDF Istifade tarixi 12 dekabr 2019 Hamlet Allahverdiyev Gencenin Dord Yol mehellesi ganca org 29 yanvar 2012 2020 09 27 tarixinde Xarici kecidlerGence adli salname Dordyol mehellesi Kepez Tv