Daymyo (大名, daimyo, azərb. böyük ad) — orta əsr Yaponiyasında iri hərbi feodallar. Əgər samuraylar X-XIX əsrlər yapon cəmiyyətinin elitası sayılırdılarsa, daymyolar samurayların elitası idilər.
Tərcümədə "böyük ad" mənasını verən bu məfhum IX-X əsrlərdə sabit hərbi təbəqə — buşi ilə eyni dövrdə ortaya çıxdı.
Daymyolar Edo dövründə
Tokuqava şoqunatının hakimiyyətdə olduğu Edo dövründə daymyolar şoqundan çox güclü asılılığa düşdülər. Onlar şoquna vergi ödəməli, müxtəlif işlər üçün çox sayda adam verməli idilər, həmçinin, onların hakimiyyəti Tokuqava şoqunatının ciddi nəzarətində idi. Daymyo statusu qəti müəyyən olunmuşdu. Bu titulu yalnız illik gəliri 10 min koku düyüyə bərabər olan feodallar daşıya bilərdilər. Orta əsrlər Yaponiyasında feodalların potensial qüdrəti bu ölçü vahidi ilə qiymətləndirilirdi. Hesab edilirdi ki, bir samurayı bir il yedizdirmək üçün 1 koku (180,39 litr) düyü kifayətdir.
Tokuqava dövründəki 250-270 daymyodan ən varlıları 1,3 milyon koku gəliri olan Kaqa vilayətinin feodalları idilər, Kyuşudəki ən qədim Şimadzu klanının gəliri isə 730 min koku idi. Daymyolar arasında sonuncu əmlak bölgüsünü Tokuqava şoqunatının əsasını qoyan Tokuqava İeyasu şəxsən özü aparmışdı. Bununla o, öz rəqiblərini müflisləşdirmiş, əldə edilən gəlirləri isə elə bölüşdürmüşdü ki, daymyolar şoqun rejiminə təhlükə törədə biləcək dərəcədə güclənməsinlər.
Meyci islahatından sonra
Daymyo, bütün samuray təbəqəsi kimi, öz gücünü XIX əsrin əvvəllərinə qədər qoruya bildi. Lakin hərbi-feodal dövlət quruluşunun iqtisadi geriliyi açıq-aşkar hiss edilməyə başlayırdı və qaçılmaz inkişaf meyilləri daymyoların samuray sinfi ilə birlikdə çökməsinə gətirib çıxardı. 1867-1868-ci illərdəki tamamlanmamış burjua inqilabından sonra 1869-1871-ci illərdə daymyolar bütün torpaqlarından məhrum olsalar da, böyük pul təzminatı aldılar. Onların bir vaxtlar sahib olduqları hədsiz hakimiyyət, böyük var-dövlət və hərbi qüdrət haqda bu gün yalnız ölkənin müxtəlif yerlərindəki əzəmətli qalalar xəbər verir.
Xarici keçidlər
- Lords of the Samurai: Legacy of a Daimyo Family 2009-07-05 at the Wayback Machine
- World History: Patterns of Interaction 2008-06-04 at the Wayback Machine
- Samurai, Chōnin and the Bakufu: Between Cultures of Frivolity and Frugality. 2008-05-31 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Daymyo 大名 daimyo azerb boyuk ad orta esr Yaponiyasinda iri herbi feodallar Eger samuraylar X XIX esrler yapon cemiyyetinin elitasi sayilirdilarsa daymyolar samuraylarin elitasi idiler Aydzuvakamtsuda samuraylar evindeki manekenler daymyo Matsudayra Katamorinin oz musavirinin iqametgahina seferini tesvir edirler Tercumede boyuk ad menasini veren bu mefhum IX X esrlerde sabit herbi tebeqe busi ile eyni dovrde ortaya cixdi Daymyolar Edo dovrundeTottorili daymyo Ikeda Yositakinin 池田慶栄 1834 1850 memorial tisbagasi Tokuqava soqunatinin hakimiyyetde oldugu Edo dovrunde daymyolar soqundan cox guclu asililiga dusduler Onlar soquna vergi odemeli muxtelif isler ucun cox sayda adam vermeli idiler hemcinin onlarin hakimiyyeti Tokuqava soqunatinin ciddi nezaretinde idi Daymyo statusu qeti mueyyen olunmusdu Bu titulu yalniz illik geliri 10 min koku duyuye beraber olan feodallar dasiya bilerdiler Orta esrler Yaponiyasinda feodallarin potensial qudreti bu olcu vahidi ile qiymetlendirilirdi Hesab edilirdi ki bir samurayi bir il yedizdirmek ucun 1 koku 180 39 litr duyu kifayetdir Tokuqava dovrundeki 250 270 daymyodan en varlilari 1 3 milyon koku geliri olan Kaqa vilayetinin feodallari idiler Kyusudeki en qedim Simadzu klaninin geliri ise 730 min koku idi Daymyolar arasinda sonuncu emlak bolgusunu Tokuqava soqunatinin esasini qoyan Tokuqava Ieyasu sexsen ozu aparmisdi Bununla o oz reqiblerini muflislesdirmis elde edilen gelirleri ise ele bolusdurmusdu ki daymyolar soqun rejimine tehluke torede bilecek derecede guclenmesinler Meyci islahatindan sonraDaymyo butun samuray tebeqesi kimi oz gucunu XIX esrin evvellerine qeder qoruya bildi Lakin herbi feodal dovlet qurulusunun iqtisadi geriliyi aciq askar hiss edilmeye baslayirdi ve qacilmaz inkisaf meyilleri daymyolarin samuray sinfi ile birlikde cokmesine getirib cixardi 1867 1868 ci illerdeki tamamlanmamis burjua inqilabindan sonra 1869 1871 ci illerde daymyolar butun torpaqlarindan mehrum olsalar da boyuk pul tezminati aldilar Onlarin bir vaxtlar sahib olduqlari hedsiz hakimiyyet boyuk var dovlet ve herbi qudret haqda bu gun yalniz olkenin muxtelif yerlerindeki ezemetli qalalar xeber verir Xarici kecidlerLords of the Samurai Legacy of a Daimyo Family 2009 07 05 at the Wayback Machine World History Patterns of Interaction 2008 06 04 at the Wayback Machine Samurai Chōnin and the Bakufu Between Cultures of Frivolity and Frugality 2008 05 31 at the Wayback Machine