Bu məqaləni lazımdır. |
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir.
Corat | |
---|---|
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 13 600 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ilin aprelin 1-i vəziyyətinə görə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir. Əhalinin ümumi sayının 4,2 min nəfərini (49%) kişilər, 4,5 nəfərini (51%) isə qadınlar təşkil edir. Corat qəsəbəsinin əhalisinin 99,0%-ni azərbaycanlılar, 1,0%-ni isə digər millətlərin nümayəndələri təşkil edir.
Tarixi
XIII-XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddin "Camiyyyəti Təvarix" əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Əlavə edək ki, hazırda dünyada yüzdən çox "Corat" deyilən yer, qəsəbə, insan, hərəkat və s. bildirən ad var. Məsələn, Tailandda Corat qəsəbəsi mövcuddur. Qalib Qadir "Corat: qloballaşan dünyanın daş yaddaşı" kitabında bu barədə çox maraqlı məlumatlar toplayıb.
Bakının tarixinə dair sənəd toplularından birində 1813-cü il aprelin 30-da qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir və göstərilir ki, bu kəndin 88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik vergi ödəyib. Kəndi seçilmiş kəndxuda idarə edirmiş. Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. "Əkinçi" qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi Xəzərdə batmışdır.
Coratlılar tarixən balıqçılıq, bağçılıq və bostançılıq, həmçinin heyvandarlıqla məşğul olublar. XIX əsrin 80-ci illərinə dair bir məlumatda göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və Sarayın hərəsində 100 baş iki və bir hörgüclü dəvə saxlanırdı. Dəmiryol nəqliyyatı işə düşəndən sonra Abşeronda dəvəçilik bir təsərrüfat sahəsi kimi sıradan çıxıb. Keyfiyyətli dəvə yunundan müxtəlif paltar və döşənəcək hazırlanmasında istifadə olunurdu. Dəvə ətindən əsasən qutab bişirilirdi. İndi də Corat dəvə qutabı adı ilə məşhurdur.
Coratın köhnə bağ yerləri — "Çalour", "Dəhnə", "Hacıdərəsi", "Astanbəy", "Möməli yeri", "Həbib bağı" yaşlı sakinlər tərəfindən xatırlanmaqdadır. Deyilənə görə, "Dadaş bağı" İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini təmin edib. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub. "Təsdim", "Qurd dərəsi", "Dovşan yatağı", "Sarıqaya" adlanan yerlər indi də el arasında olduğu kimi adlandırılır.
Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üzərində yerləşib. El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi karvansara fəaliyyət göstərib. Sovet hakimiyyəti qurulandan sonra Coratda "Oktyabr" kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt şəhərinin salınması ilə əlaqədar bu kolxoz ləğv edilərək əmlak və ərazisi Saray qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil verilib və Corat Sumqayıtın tərkibinə daxil edilib. Deyilənə görə, Eşmədə Coratın balıqçılıq kolxozu da olub.
Coratda çoxlu qədim abidələr vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları... Təəssüf ki, əksəriyyəti artıq yoxdur. Saray bağlarında, "Qurd dərəsi", "Dovşan yatağı" adlanan yerlərdə, indiki 17-18-ci mikrorayonların ərazilərində qəsəbənin taxıl zəmiləri, üzüm və meyvə bağları olub.
Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş "qardaş"larının yanına aparılaraq əcnəbi türistlərə nümayiş etdirilir.
Corat qəsəbəsində 49 ədəd ticarət-kommersiya mağazaları və iaşə-xidmət köşkləri fəaliyyət göstərir. Sakinlərin əsas məşğuliyyətini balıqçılıq, maldarlıq, ticarət və fərdi təsərrüfatçılıq təşkil edir. Əhalinin 10%-dən çoxu Sumqayıt şəhərinin sənaye və digər sahələrində çalışır.
Corat qəsəbəsi ərazisində məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibbi hissə fəaliyyət göstərir. Tarixi-memarlıq abidələri kimi Corat qəbiristanlığındakı "sandıq" qəbirləri, XVI əsrə aid Hacı Məcid hamamı, XVII əsrə aid qəsəbənin daxilindəki Hacı Əmrulla hamamı və hamamı su ilə təmin edən quyu, XVII əsrə aid məscid, min illik tarixi olan qədim məscid, Şah Abbas karvansarasının qalıqlarını, kənddəki pirləri göstərmək olar.
Tanınmış şəxsləri
- Abdulla Əhmədov — Vətən müharibəsi şəhidi
- Əliağa Əmirov — Böyük Vətən müharibəsi veteranı
İstinadlar
- "Arxivlənmiş surət". 2020-06-07 tarixində . İstifadə tarixi: 2020-05-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ARB 24. "Dəvə qutabı necə hazırlanır?" (az.). Youtube.com. 08.02.2017. 2023-07-05 tarixində . İstifadə tarixi: 2017-02-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Corat Azerbaycan Respublikasinin Sumqayit seher inzibati erazi vahidinde qesebe Sumqayitin Xezer sahilinde yerlesen qesebesidir Corat qesebesi Bakidan 35 km simal qerbde Xezer denizin qerb sahilinde duzenlikde yerlesir Menbelere esasen Corat kendi eramizin V VII esrlerinde meydana gelmisdir Hal hazirda qesebenin erazisi 225 6 ha dir amma kecmisde erazisi cox boyuk olmusdur Orta temperatur yanvarda 3 1C avqustda 24 9C dir Havanin en asagi temperaturu 13C yanvar ayinda musahide olunub en isti temperaturu ise 40C avqust ayinda qeyde alinib Illik yagintinin miqdari 185 mm dir Corat qesebesi ucun simal kuleyi xezri ve cenub kuleyi gilavar xarakterlidir Corat40 34 26 sm e 49 42 13 s u Olke AzerbaycanTarixi ve cografiyasiSaat qursagi UTC 04 00EhalisiEhalisi 13 600 neferXeriteni goster gizle Corat Vikianbarda elaqeli mediafayllar 2008 ci ilin aprelin 1 i veziyyetine gore Corat qesebesinin ehalisi 8 8 min neferdir Ehalinin umumi sayinin 4 2 min neferini 49 kisiler 4 5 neferini 51 ise qadinlar teskil edir Corat qesebesinin ehalisinin 99 0 ni azerbaycanlilar 1 0 ni ise diger milletlerin numayendeleri teskil edir TarixiXIII XIV esrlerin gorkemli dovlet xadimi tarixcisi Fezlullah Resideddin Camiyyyeti Tevarix eserinde xatirlanan turk monqol etnonimleri sirasinda Corat qebile adini da cekib ki bu da Azerbaycan erazisindeki Corat yer adinda oz izini saxlayir Elave edek ki hazirda dunyada yuzden cox Corat deyilen yer qesebe insan herekat ve s bildiren ad var Meselen Tailandda Corat qesebesi movcuddur Qalib Qadir Corat qloballasan dunyanin das yaddasi kitabinda bu barede cox maraqli melumatlar toplayib Bakinin tarixine dair sened toplularindan birinde 1813 cu il aprelin 30 da qedim seherin 37 etraf kendinden xezineye daxil olan gelirler ve ehalinin sayi haqqinda siyahida 10 cu sirada Coratin adi cekilir ve gosterilir ki bu kendin 88 sakini dovlet xezinesine 114 manat 40 qepik vergi odeyib Kendi secilmis kendxuda idare edirmis Hele XIX esrde gemi ile Irana Rusiyaya mal dasiyan tacirler arasinda Coratdan da zirek adamlar olub Ekinci qezeti 1877 ci ilde yazirdi ki guclu tufan neticesinde Bakidan Rusiyaya 950 bas qoyun aparan coratli tacirin gemisi Xezerde batmisdir Coratlilar tarixen baliqciliq bagciliq ve bostanciliq hemcinin heyvandarliqla mesgul olublar XIX esrin 80 ci illerine dair bir melumatda gosterilir ki Coratda 300 Qobuda 200 Mastaga ve Sarayin heresinde 100 bas iki ve bir horguclu deve saxlanirdi Demiryol neqliyyati ise dusenden sonra Abseronda devecilik bir teserrufat sahesi kimi siradan cixib Keyfiyyetli deve yunundan muxtelif paltar ve dosenecek hazirlanmasinda istifade olunurdu Deve etinden esasen qutab bisirilirdi Indi de Corat deve qutabi adi ile meshurdur Coratin kohne bag yerleri Calour Dehne Hacideresi Astanbey Momeli yeri Hebib bagi yasli sakinler terefinden xatirlanmaqdadir Deyilene gore Dadas bagi Iosif Stalinin inqilabi fealiyyeti dovrunde muveqqeti daldalandigi yer imis Coratli Hacibaba Dasdemirov burada onun tehlukesizliyini temin edib Coratlilarin bostan yerleri esasen indiki Haci Zeynalabdin qesebesinin erazisinde deniz qiraginda olub Tesdim Qurd deresi Dovsan yatagi Sariqaya adlanan yerler indi de el arasinda oldugu kimi adlandirilir Corat erazi cehetden Abseronun en iri kendlerinden olub ve Boyuk Ipek yolunun uzerinde yerlesib El arasinda bu yola Karvan yolu El yolu da deyilib Coratda yeddi karvansara fealiyyet gosterib Sovet hakimiyyeti qurulandan sonra Coratda Oktyabr kolxozu yaradilib 1949 cu ilde Sumqayit seherinin salinmasi ile elaqedar bu kolxoz legv edilerek emlak ve erazisi Saray qesebesindeki Vorosilov adina kolxoza tehvil verilib ve Corat Sumqayitin terkibine daxil edilib Deyilene gore Esmede Coratin baliqciliq kolxozu da olub Coratda coxlu qedim abideler vardi Cume Gulxatun Haci Kicikbey Haci Humbet mescidleri pir ve ocaqlar qalalar XIV esre aid hamam ehsanliq su quyulari Teessuf ki ekseriyyeti artiq yoxdur Saray baglarinda Qurd deresi Dovsan yatagi adlanan yerlerde indiki 17 18 ci mikrorayonlarin erazilerinde qesebenin taxil zemileri uzum ve meyve baglari olub Corat qebiristanligindaki serdabeler das kitabeler senduqeler pirler qebirustu yazilar uzaq kecmisden soraq verir Vaxtile buradaki das kitabelerden biri Sankt Peterburqdaki Ermitaj muzeyine aparilib Basqa bir kitabe ise Bakiya Qiz qalasinin yanindaki das qardas larinin yanina aparilaraq ecnebi turistlere numayis etdirilir Corat qesebesinde 49 eded ticaret kommersiya magazalari ve iase xidmet koskleri fealiyyet gosterir Sakinlerin esas mesguliyyetini baliqciliq maldarliq ticaret ve ferdi teserrufatciliq teskil edir Ehalinin 10 den coxu Sumqayit seherinin senaye ve diger sahelerinde calisir Corat qesebesi erazisinde mekteb usaq bagcasi medeniyyet evi kitabxana tibbi hisse fealiyyet gosterir Tarixi memarliq abideleri kimi Corat qebiristanligindaki sandiq qebirleri XVI esre aid Haci Mecid hamami XVII esre aid qesebenin daxilindeki Haci Emrulla hamami ve hamami su ile temin eden quyu XVII esre aid mescid min illik tarixi olan qedim mescid Sah Abbas karvansarasinin qaliqlarini kenddeki pirleri gostermek olar Taninmis sexsleriAbdulla Ehmedov Veten muharibesi sehidi Eliaga Emirov Boyuk Veten muharibesi veteraniIstinadlar Arxivlenmis suret 2020 06 07 tarixinde Istifade tarixi 2020 05 03 redundant parameters redundant parameters redundant parameters ARB 24 Deve qutabi nece hazirlanir az Youtube com 08 02 2017 2023 07 05 tarixinde Istifade tarixi 2017 02 09 redundant parameters redundant parameters redundant parameters Xarici kecidlerVikianbarda Corat ile elaqeli mediafayllar var http www sumqayit ih gov az content php page corat b 2009 08 21 at the Wayback Machine http www anl az down meqale xalqqazeti xalqqazeti oktyabr2009 92525 htm http www sumqayit gen az OLD a doc 001 doc 2011 04 28 at the Wayback MachineHemcinin baxSumqayit Gulxatun mescidi