Cahangir bəy Nəsirbəyov (1892, Şuşa – 1944, Berlin) — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun zabiti, tarixçi.
Cahangir Zeynaloğlu | |
---|---|
1 mart 1918 – 1 dekabr 1918 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Atif bəy |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 1944 |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi |
Həyatı
Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır.
Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C. Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur.
O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C. Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu.
Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi. Türkiyəli zabit Atif bəy məktəbin rəisi təyin olundu. C. Nəsirbəyov isə məktəbdə tərcüməçi və rəisin köməkçisi kimi xidmət etməyə başladı. Cahangir bəy 1918-ci ilin noyabrınadək burada çalışdı. Türklər Azərbaycandan gedəndən sonra o, hərbi xidmətdən azad edildi və 1920-ci ilin aprelinədək heç yerdə xidmət etmədi.
XI ordu Bakını işğal etdikdən sonra C. Nəsirbəyov bu ordunun sıralarına daxil oldu, lakin burada da xidməti uzun sürmədi. 1920-ci il dekabrın 5-də Azərbaycan Fövqəladə Komissiyasının orderi əsasında C. Nəsirbəyovun evində axtarış aparıldı, şəhərdən çıxmamaq barədə dilindən iltizam alındı. Başı üstünü ölüm təhlükəsi aldığını görən Cahangir bəy bir neçə gün sonra Azərbaycanı tərk edib Türkiyəyə köçdü. İkinci Dünya müharibəsi başlananadək burada yaşadı. Bu illərdə müxtəlif məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris etdi. Sonra ticarətlə məşğul oldu, Sivasda "Vətən" fabrikini yaratdı. Oğlu Baykal və qızı Maral dünyaya gəldi.
Cahangir bəyin Türkiyədə yaşayan azərbaycanlı mühacirlər arasında çoxlu dostları var idi. Sonralar onların bəziləri Avropaya və Amerikaya köçdülər. Cahangir bəy də bir neçə dostu ilə bərabər Almaniyaya köçdü və burada "Könüllülər ordusu"nun sıralarına daxil oldu.
Cahangir bəy Almaniyada olarkən ailəsinə göndərdiyi məktubların birində yazırdı ki, "tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq və biz hamımız birlikdə Vətənimizə gedəcəyik", amma onlar bir daha görüşə bilmədilər. Cahangir bəy 1944-cü ildə müəmmalı şəraitdə Almaniyada vəfat etdi.
Əsərləri
Cahangir bəyin elmi fəaliyyəti Azərbaycan mədəniyyətinin tarixində müəyyən iz qoymuşdur. Onun tarix təhsili yox idi. Bununla belə, mütaliəsi, fitri istedadı, geniş dünyagörüşü sayəsində dövrünün savadlı adamlarından biri oldu. Bütün bunlar ona Azərbaycan tarixinin müxtəlif məsələlərini tədqiq etməyə imkan verdi.
Cahangir Zeynaloğlu İstanbulda çap olunmuş dörd kitabın – "Müxtəsər Azərbaycan tarixi", "Şirvanşahlar yurdu", "Tariximizin xanlıqlar dövrü" və "Atalar sözü (Xalqın sözü, haqqın sözü)" əsərlərinin müəllifidir. 1924-cü ildə nəşr olunmuş "Müxtəsər Azərbaycan tarixi" qədimlərdən başlayaraq 1920-ci ilədək olan dövrü əhatə edir. Azərbaycanın suverenliyi və müstəqilliyi ideyası kitabın ana xəttini təşkil edir. Bu, fəsillərin adlarında da aydın görünür: "Müstəqilliyin elan olunmasından əvvəlki dövr", "Atabəylərin müstəqilliyi dövrü", "Suveren Ağqoyunlu və Qaraqoyunlu dövlətləri", "Xanlıqların müstəqilliyi dövrü", "Müstəqil Cümhuriyyət". Hər fəslin axırında Azərbaycan tarixinin müxtəlif dövrlərinin mədəniyyətinə dair xülasə verilir. Əsərin son fəsli Azərbaycan Demokratik Respublikasının tarixinə həsr olunmuşdur. Cahangir bəy bu kitab üzərində işləyərkən təkcə əlyazma və kitablardan yox, həm də türk və rus dillərində çıxan gündəlik qəzet və jurnallardan, Rus Coğrafiya Cəmiyyətinin məcmuələrindən, Qafqaz Arxeologiya Cəmiyyətinin əsərlərindən, Qafqaz təqvimlərindən istifadə etmişdir. 1993-cü ildə kitab Bakıda yenidən nəşr olunmuşdur. 1931-ci ildə Cahangir Zeynaloğlu ikinci kitabını – "Şirvanşahlar yurdu"nu nəşr etdirmişdir. Əsər Şirvanşahlar dövlətinin tarixinin qaranlıq səhifələrinə işıq salır, Şirvanın daxili həyatı, onun hökmdarlarının nəsil şəcərəsi və fəaliyyəti ilə tanış olmağa imkan verir. Kitab Türkiyənin diplomatik dairələrində və mətbuatında müsbət qarşılandı. Əsərin titul vərəqində qeyd olunur ki, müəllif bu kitabın ilk nüsxəsini Mustafa Kamal Atatürkə təqdim etmişdir. 1931-ci il avqustun 31-də Atatürk və marşal kitabı yüksək qiymətləndirərək Cahangir Zeynaloğluya təşəkkür etmişlər.
"Şirvanşahlar yurdu" bir neçə dəfə Türkiyədə təkrar nəşr olunmuşdur və bu gün də əhəmiyyətini itirməmişdir. Cahangir Zeynaloğlu kitabın müqəddiməsində yazır ki, bir çox mənbə Rusiyada qalmışdır və o, Türkiyə kitabxanalarındakı mənbələrdən istifadə etmişdir. Əsərdə antik mənbələrə istinad edilir. Şirvanın tarixi coğrafiyasına dair Strabon, Plutarx və digər antik müəlliflərin əsərlərindən sitatlar gətirilir. Həmçinin A. Bakıxanovun, B. Dornun, V. Bartoldun, Y. Paxomovun, M. Yanovskinin, M. Karaulovun əsərləri tədqiqata cəlb edilir. Kitabda Bərdənin, Şamaxının, Bakının, Dərbəndin rəsmləri, xəritələr verilmiş, Şirvanın müxtəlif dövrlərdə sərhədləri göstərilmiş, bu dövlətin etnoqrafik fotoşəkilləri dərc edilmişdir.
Cahangir Zeynaloğlu Şirvanşahlar dövlətinin yaranması prosesini tədqiq etmiş, onun inkişaf, çiçəklənmə və tənəzzül mərhələlərini araşdırmışdır. Müəllif Şirvanşahların tarixini işıqlandırmaq üçün onun müxtəlif aspektlərini, daha doğrusu, dövlətin yarandığı tarixi-coğrafi şəraiti, Şirvan şəhərlərinin, burada yaşayan tayfaların və xalqların vəziyyətini, sənətləri və ticarəti, sosial münasibətləri, dövlət quruluşunu, hərb tarixini və mədəniyyət məsələlərini nəzərdən keçirmişdir. O, dövlət yaranandan süquta uğrayanadək Şirvanşahların nəsil şəcərəsini araşdırmış, bir sıra şirvanşahların adlarını və hakimiyyəti illərini dəqiqləşdirmişdir. Cahangir Zeynaloğlu hər bir dövrə ayrılıqda nəzər salmış və dövlətin mövcud olduğu illəri dövrlərə bölməyə cəhd etmişdir. Tarix təhsili olmayan tədqiqatçının xüsusi ədəbiyyatı və mənbələri bu qədər gözəl bilməsi heyrət doğurur.
Cahangir Zeynaloğlunun "Atalar sözü" kitabında 5 min atalar sözü, zərb-məsəl, söz və onun sinonimi, tarixi termin və s. toplanmışdır.
Tədqiqatçının əsərləri məzmununa və araşdırma metodlarına görə ölkə tarixinin 1920-ci ilədək olan dövrünün işıqlandırılmasında ilk cəhd idi. Bu əsərlər indi də əhəmiyyətini itirməmişdir. Şübhəsiz, kitabların nəzəri səviyyəsi elə də yüksək deyildi, burada metodoloji səhvlər, yanlış müddəalar və nəticələr vardı. Bu da o dövrdə tarix elminin inkişaf səviyyəsi ilə izah olunur. Bununla belə, müəllif Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin 20-ci illərinədək tarixinin vahid konsepsiyasını hazırlamaq üçün az iş görməmişdir. Onun əsərləri Azərbaycanın tarixi inkişafına həsr olunmuş ilk ümumiləşdirici tədqiqatlardan biri kimi diqqəti cəlb edir. Azərbaycan tarixinin öyrənilməsinin ilkin mərhələsini səciyyələndirərkən qeyd edək ki, XX əsrin əvvəlləri ölkənin qədim və orta əsrlər tarixinə dair köhnə faktların sistemləşdirilməsi və yeni faktların əldə edilməsi dövrü, başqa sözlə, Azərbaycanın qədim tarixinin yenidən yazılması mərhələsi idi. O vaxt alimlər hər şeyi praktik olaraq sıfırdan başlamalı olmuşdular, amma artıq həmin illərdə gələcək tədqiqatların və elmi istiqamətlərin etibarlı təməli qoyuldu. Bu isə sonralar Azərbaycanın qədim, orta əsrlər, yeni və ən yeni tarixi kimi mühüm elmi bölmələri fərqləndirməyə imkan verdi. Ölkə tarixinin bir çox mühüm problemlərini planlı şəkildə və mərhələ-mərhələ tədqiq etməkdən ötrü yeni tarixçi kadrların yetişməsi üçün müəyyən müddət keçməli idi. Azərbaycanın qədim, orta əsrlər və yeni tarixinə dair ilk peşəkar elmi işlər ötən əsrin 50-ci illərində meydana çıxmağa başladı və bu əsərlər arxeoloji, etnoqrafik, epiqrafik və digər tədqiqatlara əsaslanırdı.
Dərin biliyə, tarixi mənbələrdən bacarıqla istifadə etmək qabiliyyətinə malik olan, ən başlıcası isə Azərbaycanı varlığı qədər sevən Cahangir Zeynaloğlu özündən sonra zəngin elmi irs qoyub getmişdir. Hələ layiq olduğu qiyməti almamış bu irs Azərbaycan tarixşünaslığında öz yerini tutacaq. Qədirbilən xalqımız isə doğma yurdun tarixinə, mənəvi dəyərlərinə, mədəniyyətinə sonsuz məhəbbət hissi bəsləmiş Cahangir Zeynaloğlunu həmişə hörmətlə xatırlayacaq.
Qeydlər
- 1 dekabr 1918-ci il tarixində Tiflis şəhərindən Gəncə şəhərinə köçürülən məktəbin adı Azərbaycan Milli Praporşiklər Məktəbi olaraq dəyişdirilmişdir.
Mənbə
- Tamella Kərimova, Cahangir Zeynaloğlu, "Azərbaycan" qəzeti, 10 aprel 2006-cı il.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cahangir bey Nesirbeyov 1892 Susa 1944 Berlin Azerbaycan Xalq Cumhuriyyetinin Milli Ordusunun zabiti tarixci Cahangir ZeynalogluMuselman Milli Herbiyye Mektebinin reisi1 mart 1918 1 dekabr 1918EvvelkiVezife tesis edildi SonrakiAtif beySexsi melumatlarDogum tarixi 1892Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1944Vefat yeri Berlin Ucuncu ReyxFealiyyeti tarixciHeyatiCahangir bey Zeynal bey oglu 1892 ci ilde Susada varli zadegan ailesinde anadan olmusdur Ilk tehsilini doguldugu seherde almisdir Melum oldugu kimi car Rusiyasinda yasayan muselmanlar o cumleden azerbaycanlilar orduya cagirilmirdilar Yalniz zadeganlar istisna teskil edirdiler Birinci Dunya muharibesi baslayanda C Nesirbeyov herbi xidmete cagirilmis evvelce podporucik sonra ise porucik rutbesinde Qafqaz cebhesinde vurusmus orden ve medallarla teltif olunmusdur O hele Azerbaycan Xalq Cumhuriyyeti yaradilmamisdan evvel Azerbaycan Zaqafqaziya Federasiyasinin terkibinde olarken milli herbi kadrlarin yaradilmasinda istirak etmisdir 1918 ci il martin 1 de Zaqafqaziya Seymi C Nesirbeyovu muveqqeti olaraq Tiflisde yerlesen unter zabit mektebinin Muselman praporsikler mektebi nin reisi teyin etdi Herbi rutbesi de artirildi evvelce stabs kapitan sonra ise kapitan oldu Xalq Cumhuriyyeti elan edildikden sonra herbi mekteb Genceye kocdu turkiyeli herbcilerin komeyi ile fealiyyetini berpa etdi ve statusu yukseldilerek praporsikler mektebi ne cevrildi Turkiyeli zabit Atif bey mektebin reisi teyin olundu C Nesirbeyov ise mektebde tercumeci ve reisin komekcisi kimi xidmet etmeye basladi Cahangir bey 1918 ci ilin noyabrinadek burada calisdi Turkler Azerbaycandan gedenden sonra o herbi xidmetden azad edildi ve 1920 ci ilin aprelinedek hec yerde xidmet etmedi XI ordu Bakini isgal etdikden sonra C Nesirbeyov bu ordunun siralarina daxil oldu lakin burada da xidmeti uzun surmedi 1920 ci il dekabrin 5 de Azerbaycan Fovqelade Komissiyasinin orderi esasinda C Nesirbeyovun evinde axtaris aparildi seherden cixmamaq barede dilinden iltizam alindi Basi ustunu olum tehlukesi aldigini goren Cahangir bey bir nece gun sonra Azerbaycani terk edib Turkiyeye kocdu Ikinci Dunya muharibesi baslananadek burada yasadi Bu illerde muxtelif mekteblerde rus alman fransiz ve italyan dillerini tedris etdi Sonra ticaretle mesgul oldu Sivasda Veten fabrikini yaratdi Oglu Baykal ve qizi Maral dunyaya geldi Cahangir beyin Turkiyede yasayan azerbaycanli muhacirler arasinda coxlu dostlari var idi Sonralar onlarin bezileri Avropaya ve Amerikaya kocduler Cahangir bey de bir nece dostu ile beraber Almaniyaya kocdu ve burada Konulluler ordusu nun siralarina daxil oldu Cahangir bey Almaniyada olarken ailesine gonderdiyi mektublarin birinde yazirdi ki tezlikle Azerbaycan azad olacaq musteqilliyini qaytaracaq ve biz hamimiz birlikde Vetenimize gedeceyik amma onlar bir daha goruse bilmediler Cahangir bey 1944 cu ilde muemmali seraitde Almaniyada vefat etdi EserleriCahangir beyin elmi fealiyyeti Azerbaycan medeniyyetinin tarixinde mueyyen iz qoymusdur Onun tarix tehsili yox idi Bununla bele mutaliesi fitri istedadi genis dunyagorusu sayesinde dovrunun savadli adamlarindan biri oldu Butun bunlar ona Azerbaycan tarixinin muxtelif meselelerini tedqiq etmeye imkan verdi Cahangir Zeynaloglu Istanbulda cap olunmus dord kitabin Muxteser Azerbaycan tarixi Sirvansahlar yurdu Tariximizin xanliqlar dovru ve Atalar sozu Xalqin sozu haqqin sozu eserlerinin muellifidir 1924 cu ilde nesr olunmus Muxteser Azerbaycan tarixi qedimlerden baslayaraq 1920 ci iledek olan dovru ehate edir Azerbaycanin suverenliyi ve musteqilliyi ideyasi kitabin ana xettini teskil edir Bu fesillerin adlarinda da aydin gorunur Musteqilliyin elan olunmasindan evvelki dovr Atabeylerin musteqilliyi dovru Suveren Agqoyunlu ve Qaraqoyunlu dovletleri Xanliqlarin musteqilliyi dovru Musteqil Cumhuriyyet Her feslin axirinda Azerbaycan tarixinin muxtelif dovrlerinin medeniyyetine dair xulase verilir Eserin son fesli Azerbaycan Demokratik Respublikasinin tarixine hesr olunmusdur Cahangir bey bu kitab uzerinde isleyerken tekce elyazma ve kitablardan yox hem de turk ve rus dillerinde cixan gundelik qezet ve jurnallardan Rus Cografiya Cemiyyetinin mecmuelerinden Qafqaz Arxeologiya Cemiyyetinin eserlerinden Qafqaz teqvimlerinden istifade etmisdir 1993 cu ilde kitab Bakida yeniden nesr olunmusdur 1931 ci ilde Cahangir Zeynaloglu ikinci kitabini Sirvansahlar yurdu nu nesr etdirmisdir Eser Sirvansahlar dovletinin tarixinin qaranliq sehifelerine isiq salir Sirvanin daxili heyati onun hokmdarlarinin nesil seceresi ve fealiyyeti ile tanis olmaga imkan verir Kitab Turkiyenin diplomatik dairelerinde ve metbuatinda musbet qarsilandi Eserin titul vereqinde qeyd olunur ki muellif bu kitabin ilk nusxesini Mustafa Kamal Ataturke teqdim etmisdir 1931 ci il avqustun 31 de Ataturk ve marsal kitabi yuksek qiymetlendirerek Cahangir Zeynalogluya tesekkur etmisler Sirvansahlar yurdu bir nece defe Turkiyede tekrar nesr olunmusdur ve bu gun de ehemiyyetini itirmemisdir Cahangir Zeynaloglu kitabin muqeddimesinde yazir ki bir cox menbe Rusiyada qalmisdir ve o Turkiye kitabxanalarindaki menbelerden istifade etmisdir Eserde antik menbelere istinad edilir Sirvanin tarixi cografiyasina dair Strabon Plutarx ve diger antik muelliflerin eserlerinden sitatlar getirilir Hemcinin A Bakixanovun B Dornun V Bartoldun Y Paxomovun M Yanovskinin M Karaulovun eserleri tedqiqata celb edilir Kitabda Berdenin Samaxinin Bakinin Derbendin resmleri xeriteler verilmis Sirvanin muxtelif dovrlerde serhedleri gosterilmis bu dovletin etnoqrafik fotosekilleri derc edilmisdir Cahangir Zeynaloglu Sirvansahlar dovletinin yaranmasi prosesini tedqiq etmis onun inkisaf ciceklenme ve tenezzul merhelelerini arasdirmisdir Muellif Sirvansahlarin tarixini isiqlandirmaq ucun onun muxtelif aspektlerini daha dogrusu dovletin yarandigi tarixi cografi seraiti Sirvan seherlerinin burada yasayan tayfalarin ve xalqlarin veziyyetini senetleri ve ticareti sosial munasibetleri dovlet qurulusunu herb tarixini ve medeniyyet meselelerini nezerden kecirmisdir O dovlet yaranandan suquta ugrayanadek Sirvansahlarin nesil seceresini arasdirmis bir sira sirvansahlarin adlarini ve hakimiyyeti illerini deqiqlesdirmisdir Cahangir Zeynaloglu her bir dovre ayriliqda nezer salmis ve dovletin movcud oldugu illeri dovrlere bolmeye cehd etmisdir Tarix tehsili olmayan tedqiqatcinin xususi edebiyyati ve menbeleri bu qeder gozel bilmesi heyret dogurur Cahangir Zeynaloglunun Atalar sozu kitabinda 5 min atalar sozu zerb mesel soz ve onun sinonimi tarixi termin ve s toplanmisdir Tedqiqatcinin eserleri mezmununa ve arasdirma metodlarina gore olke tarixinin 1920 ci iledek olan dovrunun isiqlandirilmasinda ilk cehd idi Bu eserler indi de ehemiyyetini itirmemisdir Subhesiz kitablarin nezeri seviyyesi ele de yuksek deyildi burada metodoloji sehvler yanlis muddealar ve neticeler vardi Bu da o dovrde tarix elminin inkisaf seviyyesi ile izah olunur Bununla bele muellif Azerbaycan xalqinin qedim dovrlerden XX esrin 20 ci illerinedek tarixinin vahid konsepsiyasini hazirlamaq ucun az is gormemisdir Onun eserleri Azerbaycanin tarixi inkisafina hesr olunmus ilk umumilesdirici tedqiqatlardan biri kimi diqqeti celb edir Azerbaycan tarixinin oyrenilmesinin ilkin merhelesini seciyyelendirerken qeyd edek ki XX esrin evvelleri olkenin qedim ve orta esrler tarixine dair kohne faktlarin sistemlesdirilmesi ve yeni faktlarin elde edilmesi dovru basqa sozle Azerbaycanin qedim tarixinin yeniden yazilmasi merhelesi idi O vaxt alimler her seyi praktik olaraq sifirdan baslamali olmusdular amma artiq hemin illerde gelecek tedqiqatlarin ve elmi istiqametlerin etibarli temeli qoyuldu Bu ise sonralar Azerbaycanin qedim orta esrler yeni ve en yeni tarixi kimi muhum elmi bolmeleri ferqlendirmeye imkan verdi Olke tarixinin bir cox muhum problemlerini planli sekilde ve merhele merhele tedqiq etmekden otru yeni tarixci kadrlarin yetismesi ucun mueyyen muddet kecmeli idi Azerbaycanin qedim orta esrler ve yeni tarixine dair ilk pesekar elmi isler oten esrin 50 ci illerinde meydana cixmaga basladi ve bu eserler arxeoloji etnoqrafik epiqrafik ve diger tedqiqatlara esaslanirdi Derin biliye tarixi menbelerden bacariqla istifade etmek qabiliyyetine malik olan en baslicasi ise Azerbaycani varligi qeder seven Cahangir Zeynaloglu ozunden sonra zengin elmi irs qoyub getmisdir Hele layiq oldugu qiymeti almamis bu irs Azerbaycan tarixsunasliginda oz yerini tutacaq Qedirbilen xalqimiz ise dogma yurdun tarixine menevi deyerlerine medeniyyetine sonsuz mehebbet hissi beslemis Cahangir Zeynaloglunu hemise hormetle xatirlayacaq Qeydler1 dekabr 1918 ci il tarixinde Tiflis seherinden Gence seherine kocurulen mektebin adi Azerbaycan Milli Praporsikler Mektebi olaraq deyisdirilmisdir MenbeTamella Kerimova Cahangir Zeynaloglu Azerbaycan qezeti 10 aprel 2006 ci il Hemcinin bax