Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlmanastronom, ixtiraçı və mühəndisdir.
Cəzari | |
---|---|
Doğum tarixi | 1136 |
Doğum yeri | |
Vəfat tarixi | 1206 |
Vəfat yeri | |
Fəaliyyəti | riyaziyyatçı, ixtiraçı, yazıçı, mühəndis, astronom, üləma |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir.
Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir. Onun kitabı müsəlman maşınqayırması üçün əvəzolunmaz bir xəzinə idi. Aşağıda Əl Cəzarinin kitabından bir neçə maraqlı qurğunun işləmə prinsipi izah edilir.
Sol tərəfdəki şəkildə Əl Cəzarinin su nasosu verilmişdir. Bu nasos axar suyun enerjisindən istifadə edərək suyun yuxarıya qaldırılması üçün istifadə edilir. Şəkildən göründüyü kimi nasos iki hissədən ibarətdir: aşağı və yuxarı hissələr. Aşağı hissədə (otaqda) üzərində pərlər bərkidilmiş bir val yerləşdirilir. Pərlərin üzərində, iki mərtəbəni bir-birindən ayıran tavanda bir deşik nəzərdə tutulur. Yuxarı mərtəbəyə axan su bu deşikdən axaraq pərlərin üzərinə tökülür və onları fırladır. Fırlanma hərəkəti bu pərlər bərkidilmiş valdan düz bucaq altında dişli çarxlarla birləşdirilmiş şaquli vala verilir. Beləliklə, hərəkət aşağı mərtəbədən yuxarı mərtəbəyə ötürülür. Şaquli valın yuxarı mərtəbədə yerləşən hissəsində bir dişli çarx bərkidilir. Yuxarı mərtəbədə bundan əlavə, suyun qaldırılacağı hündürlükdən asılı olaraq bir maili val da yerləşdirilir və dişli çarxla, şaquli valla əlaqələndirilir. Sonra bu maili valdan suyu qaldırmaq üçün üzərində mis qablar bərkidilmiş bir zəncir asılır. Val fırlandıqda bu zəncirin üzərində olan qablar ardıcıl olaraq suya bataraq dolur və suyu yuxarıya ötürürlər. Qablar yuxarı nöqtəyə çatdıqda dönərək suyu oradakı su kanalına tökürlər və su lazım olan yerə ötürülür. Onu da qeyd etmək lazımdır ki, Əl Cəzari nasosda istifadə olunan valları misdən hazırlamışdır.
Əl-Cəzarinin düzəltdiyi konstruksiyalardan biri də "Fil saatı" adlanan saat konstruksiyasıdır. Fil saatı müsəlman texniki elminin gözəl nümunələrindən biridir. Bu saata da mütəxəssislər tərəfindən astronomiyada istifadə edilən qurğular kimi yüksək qiymət verilmişdir. Onun uzunluğu 1,4 – 2 m arasında qiymətləndirilir. Bu cizgidə həm də saatın işləmə prinsipi və konstruksiyası təsvir olunmuşdur. Saatda tətbiq olunmuş müxtəlif hissələrə müasir avtomobillərdə istifadə olunan ayrı-ayrı idarə sistemlərinin işləmə prinsipində rast gəlmək olur. Hər 1 saatdan bir tamam olmuş vaxtı göstərmək üçün Əl-Cəzari quş səslərindən istifadə edən avtomatik qurğunu tətbiq etmişdir. Saatın işləməsi Yerin cazibə qüvvəsinə əsaslanır. Saat əsasən iki mexanizmdən ibarətdir. Birinci mexanizm saatın alt hissəsində yerləşdirilib və içərisində su olan qabdan və süzgəcdən ibarətdir. Süzgəc alt hissəsində dəqiq kalibrlənmiş bir deşik olan içi boş qabdan ibarətdir. Qabın üst tərəfi açıq olur. Süzgəc suyun üzərində üzəndə, onun altındakı deşikdən qaba su daxil olur. Suyun daxil olma sürəti elə tənzim olunur ki, süzgəcin suda tam batması bir saatı əhatə edir. Qaba dolan su onu tədricən suda batmağa məcbur edir. Süzgəcə bir zəncir və bir ip bağlanır. İp qurğunun yuxarı hissəsində yerləşdirilmiş, içərisində kürələr qoyulmuş mexanizm ilə əlaqələndirilir. Bu, saatın ikinci əsas hissəsini təşkil edir. Üzgəc suyun dibinə endikdə bu iplə mexanizm aktivləşir. Bunun nəticəsində, mexanizm dönərək onun altında yerləşmiş ilanın ağzına bir kürə buraxır. Kürənin ağırlığından ilanın sərbəst bərkidilimiş başı aşağıya əyilir. İlanın başı aşağıya əyilərək, müəyyən bucaq dönəndən sonra kürəni sərbəst buraxır. Kürə aşağı hissədə yerləşdirilmiş vazaya düşür və əks əlaqə mexanizmini işə salır. İlanın başı əvvəlki vəziyyətə qayıtdıqda o, özü ilə süzgəclə əlaqədə olan zənciri dartır. Süzgəc yuxarı qaldırılır və eyni zamanda döndərilir və beləliklə onun içərisində olan su boşaldılır. Boş qab yenidən suyun üstündə sərbəst buraxılır və onun altındakı deşikdən daxilinə yenə də su dolmağa başlayır. Beləliklə tsikl kürələrin sayından asılı olaraq təkrar olunur. Əgər ilanın ağzından xaric olunan kürə vazaya düşməzsə, yəni proses qırılarsa, onda ilanın başı əvvəlki vəziyyətə qayıdaraq növbəti kürəni götürür.
Mənbə
- Al-Jazarí, The Book of Knowledge of Ingenious Mechanical Devices: Kitáb fí ma'rifat al-hiyal al-handasiyya, Springer, 1973 edition.
- Donald R. Hill, The Book of Knowledge of Ingenious Mechanical Devices by Ibn al-Razzaz al-Jazari, 1974 (engl.)
- Cezerî, İsmâil b. Rezzâz (yazar Sadettin Ökten), sayfa 505–506. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt VII. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1993, 557 sayfa.
- Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542
İstinadlar
- Ismail al-Jazari // Artsy. 2009.
- Badi Al-Dżazari // MAK (pol.).
- 12th International Society for Music Information Retrieval Conference (ISMIR 2011) 2016-08-16 at the Wayback Machine An early example of an automated, programmable musical instrument ensemble was described by al-Jazari (11361206) a Kurdish scholar, inventor, artist, mathematician that lived during the Islamic Golden Age
- http://www.imamfaisal.com/scholars/imaam-ibn-al-jazari/ 2012-06-20 at the Wayback Machine The Imaam describes himself in his famous nadhm (poem) in ‘Ilm at-Tajweed (Science of Tajweed), al-Muqaddimah al-Jazariyyah (al-Muqaddimah feemaa yajibu ‘alaa qaari’ al-Qur’aan an-ya’lamah) as ‘Imaam al-Jazari’. ‘Jazari’ is a location in the Kurdistan/Turkmenistan/Iraq region. He belongs to a place called Ibn -‘Umar and the ‘ulamaa say that he has Kurdiy asl (Kurdish origins).
Xarici keçidlər
- Əl-Cəzari
- The Automata of Al-Jazari 2003-04-21 at the Wayback Machine
- "Al-Jazari, the Mechanical Genius" at MuslimHeritage.com
- "The Machines of Al-Jazari and Taqi Al-Din" at MuslimHeritage.com
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
El Cezari 1136 Cezire 1206 Turkiye 1136 1206 ci illerde Diyarbekirde Turkiye yasamis muselmanastronom ixtiraci ve muhendisdir CezariDogum tarixi 1136Dogum yeri CezireVefat tarixi 1206Vefat yeri TurkiyeFealiyyeti riyaziyyatci ixtiraci yazici muhendis astronom ulema Vikianbarda elaqeli mediafayllarHeyatiEl Cezarinin su qaldiran mexanizmi 1205El Cezarinin Avtomat adli elyazmasinda tesvir olunmus fil saati 1315 Texnika sahesindeki yaradiciligi ile oz dovrunun taninmis muhendisi sayilan El Cezari Sirnakta anadan olmusdur Cezari su neql eden mexanizmlerin layihelendirilmesi murekkeb konstruksiyali saatlarin ve bir cox basqa mexanizmlerin hazirlanmasi ile mesgul olmus ve bu islerin neticelerini 1206 ci ilde yazmis oldugu Mexaniki senetin nezeri ve praktiki esaslari ereb El Cemi Bein El Elm Val Amal El nafi Fi Sinat kitabinda tesvir etmisdir Bu kitab XIII esrde Avropada beraberi olmayan nezeri ve praktiki mexanika haqqinda vacib bir texniki eser sayilirdi El Cezarinin kitabinda praktiki aspekt cox saheli olmusdur cunki o yaxsi muhendis ve tecrubeli senetci idi Kitabda muxtelif qurgulari sekillerle izah ederek masinqayirmanin tarixi ucun deyerli bir eser qoymusdur Kitabda 50 ye yaxin masinin layihelendirilmesini hazirlanmasini ve yigilmasini tesvir eden texnologiya 6 fesilde tesvir edilmisdir Kitabda esasen iki silindrli nasoslarin isleme prinsipi disli vallarin masinqayirmada tetbiqi su saatlari desiklerin deqiq kalibrlenmesi tikintide agaclarin laminasiyasi vallarin statik tarazlanmasi kagiz modellerin masinlarin layihelendirilmesinde tetbiqi bagli qum qeliblerde tokme kimi texnologiyalar tarixde ilk defe olaraq onun terefinden izah edilmisdir El Cezarinin layihesi ve rehberliyi altinda hazirlanan bir cox qurgularin tetbiqi ona boyuk sohret getirmisdir Onun kitabi muselman masinqayirmasi ucun evezolunmaz bir xezine idi Asagida El Cezarinin kitabindan bir nece maraqli qurgunun isleme prinsipi izah edilir Sol terefdeki sekilde El Cezarinin su nasosu verilmisdir Bu nasos axar suyun enerjisinden istifade ederek suyun yuxariya qaldirilmasi ucun istifade edilir Sekilden gorunduyu kimi nasos iki hisseden ibaretdir asagi ve yuxari hisseler Asagi hissede otaqda uzerinde perler berkidilmis bir val yerlesdirilir Perlerin uzerinde iki mertebeni bir birinden ayiran tavanda bir desik nezerde tutulur Yuxari mertebeye axan su bu desikden axaraq perlerin uzerine tokulur ve onlari firladir Firlanma hereketi bu perler berkidilmis valdan duz bucaq altinda disli carxlarla birlesdirilmis saquli vala verilir Belelikle hereket asagi mertebeden yuxari mertebeye oturulur Saquli valin yuxari mertebede yerlesen hissesinde bir disli carx berkidilir Yuxari mertebede bundan elave suyun qaldirilacagi hundurlukden asili olaraq bir maili val da yerlesdirilir ve disli carxla saquli valla elaqelendirilir Sonra bu maili valdan suyu qaldirmaq ucun uzerinde mis qablar berkidilmis bir zencir asilir Val firlandiqda bu zencirin uzerinde olan qablar ardicil olaraq suya bataraq dolur ve suyu yuxariya otururler Qablar yuxari noqteye catdiqda donerek suyu oradaki su kanalina tokurler ve su lazim olan yere oturulur Onu da qeyd etmek lazimdir ki El Cezari nasosda istifade olunan vallari misden hazirlamisdir El Cezarinin duzeltdiyi konstruksiyalardan biri de Fil saati adlanan saat konstruksiyasidir Fil saati muselman texniki elminin gozel numunelerinden biridir Bu saata da mutexessisler terefinden astronomiyada istifade edilen qurgular kimi yuksek qiymet verilmisdir Onun uzunlugu 1 4 2 m arasinda qiymetlendirilir Bu cizgide hem de saatin isleme prinsipi ve konstruksiyasi tesvir olunmusdur Saatda tetbiq olunmus muxtelif hisselere muasir avtomobillerde istifade olunan ayri ayri idare sistemlerinin isleme prinsipinde rast gelmek olur Her 1 saatdan bir tamam olmus vaxti gostermek ucun El Cezari qus seslerinden istifade eden avtomatik qurgunu tetbiq etmisdir Saatin islemesi Yerin cazibe quvvesine esaslanir Saat esasen iki mexanizmden ibaretdir Birinci mexanizm saatin alt hissesinde yerlesdirilib ve icerisinde su olan qabdan ve suzgecden ibaretdir Suzgec alt hissesinde deqiq kalibrlenmis bir desik olan ici bos qabdan ibaretdir Qabin ust terefi aciq olur Suzgec suyun uzerinde uzende onun altindaki desikden qaba su daxil olur Suyun daxil olma sureti ele tenzim olunur ki suzgecin suda tam batmasi bir saati ehate edir Qaba dolan su onu tedricen suda batmaga mecbur edir Suzgece bir zencir ve bir ip baglanir Ip qurgunun yuxari hissesinde yerlesdirilmis icerisinde kureler qoyulmus mexanizm ile elaqelendirilir Bu saatin ikinci esas hissesini teskil edir Uzgec suyun dibine endikde bu iple mexanizm aktivlesir Bunun neticesinde mexanizm donerek onun altinda yerlesmis ilanin agzina bir kure buraxir Kurenin agirligindan ilanin serbest berkidilimis basi asagiya eyilir Ilanin basi asagiya eyilerek mueyyen bucaq donenden sonra kureni serbest buraxir Kure asagi hissede yerlesdirilmis vazaya dusur ve eks elaqe mexanizmini ise salir Ilanin basi evvelki veziyyete qayitdiqda o ozu ile suzgecle elaqede olan zenciri dartir Suzgec yuxari qaldirilir ve eyni zamanda donderilir ve belelikle onun icerisinde olan su bosaldilir Bos qab yeniden suyun ustunde serbest buraxilir ve onun altindaki desikden daxiline yene de su dolmaga baslayir Belelikle tsikl kurelerin sayindan asili olaraq tekrar olunur Eger ilanin agzindan xaric olunan kure vazaya dusmezse yeni proses qirilarsa onda ilanin basi evvelki veziyyete qayidaraq novbeti kureni goturur MenbeAl Jazari The Book of Knowledge of Ingenious Mechanical Devices Kitab fi ma rifat al hiyal al handasiyya Springer 1973 edition Donald R Hill The Book of Knowledge of Ingenious Mechanical Devices by Ibn al Razzaz al Jazari 1974 engl Cezeri Ismail b Rezzaz yazar Sadettin Okten sayfa 505 506 Turkiye Diyanet Vakfi Islam Ansiklopedisi Cilt VII Ankara Turkiye Diyanet Vakfi Yayinevi 1993 557 sayfa Rezo Eliyev Masinqayirmanin tarixine dair Baki Tehsil NPM 2008 542IstinadlarIsmail al Jazari Artsy 2009 Badi Al Dzazari MAK pol 12th International Society for Music Information Retrieval Conference ISMIR 2011 2016 08 16 at the Wayback Machine An early example of an automated programmable musical instrument ensemble was described by al Jazari 11361206 a Kurdish scholar inventor artist mathematician that lived during the Islamic Golden Age http www imamfaisal com scholars imaam ibn al jazari 2012 06 20 at the Wayback Machine The Imaam describes himself in his famous nadhm poem in Ilm at Tajweed Science of Tajweed al Muqaddimah al Jazariyyah al Muqaddimah feemaa yajibu alaa qaari al Qur aan an ya lamah as Imaam al Jazari Jazari is a location in the Kurdistan Turkmenistan Iraq region He belongs to a place called Ibn Umar and the ulamaa say that he has Kurdiy asl Kurdish origins Xarici kecidlerEl Cezari The Automata of Al Jazari 2003 04 21 at the Wayback Machine Al Jazari the Mechanical Genius at MuslimHeritage com The Machines of Al Jazari and Taqi Al Din at MuslimHeritage com