Bəyəhməd abidələr kompleksi — Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr.
Bəyəhməd | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Bəyəhməd |
Aidiyyatı | Dəmir dövrü - Orta əsrlər |
Üslubu | |
İstinad nöm. | 1879, 1880, 1881, 6070 |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
I Bəyəhməd
I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir.
Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır.
Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar sərgilənir. Abidənin e.ə. I minilliyin I yarısına aid olması güman edilir.
I Bəyəhməd nekropolu
I Bəyəhməd nekropolu Culfa rayonunun Bəyəhməd kəndindən cənub – qərbdə, dərəçayın hər iki sahilində yerləşən arxeoloji abidədir.
Abidə hər tərəfdən hündür dağlarla əhatə olunmuşdur. Sahəsi 5000 m² – dir. Abidə 1989 – cu ildə ərazidə tikinti işləri görülərkən aşkar edilmişdir. Dağılmış qəbir abidələrindən arxeoloji materialların böyük bir qismi toplanmışdır.
1991 – ci ildə arxeoloji ekspedisiya I Bəyəhməd Nekropolunda iki dağılmış və iki salamat qəbir abidəsini tədqiq etmiş, tapıntıların bir qismi isə yerli əhalidən toplanaraq, tədqiq edildikdən sonra Culfa Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilmişdir.
Daş qutu qəbirlərdən xeyli bəzək əşyası, tunc xəncərlər, yabalar, zəncir, nizə ucluğu və sair materiallar aşkar olunmuşdur. Kəşfiyyat işləri nəticəsində qəbirlərin heç bir yerüstü əlamətə malik olmadığı qeyd edilmişdir.
Qazıntı sahəsinin 1 m dərinliyindən başlayaraq insan skeleti qalıqlarına, qəbirin qərb divarı yaxınlığında, şərqistiqamətində yönəldilmiş, təpəsi aşağı, üzü yuxarı olan iki kəllə sümüyünə təsadüf edilmiş, altından tunc xəncər tapılmışdır, üçüncü kəllə onlardan 20 sm aralıda dikinə qoyulmuşdur, dördüncü kəllə cənub divarı yaxınlığında aşkar olunmuş, altından tunc qın tapılmışdır.
Skeletlərin ətrafından bəzək şeyləri (bilərziklər, boyunbağılar, üzüklər, asmalar, muncuqlar və s.), qəbirdən isə boz rəngli gil məmulatı (küp, qədəh tipli qablar, kasa, nimçə, badya və s.) əldə olunmuşdur. Tapıntılardan I Bəyəhməd Nekropolunun e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.
II Bəyəhməd
II Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən cənub – qərbdə, Dərəçayın sağ sahilində yerləşən erkən orta əsrlərə aid yaşayış yeri.
Abidə şimalda və şərqdə dağ silsiləsi, şimal – qərbdə və cənub – qərbdə dərin dərələrlə əhatə olunmuşdur. 1991 – ci ildə qeydə alınmışdır. Sahəsi 1300 m² – dir.
Abidənin cənub – qərb tərəfi tikinti qalıqları (binalar daşdan inşa edilmişdir) ilə örtülmüşdür. Bəzi binaların yerində dördkünc formalı çalalar saxlanılmışdır. Buradan ağ daşdan yonulmuş, ortasında diametri 10 sm olan deşik açılmış dəyirman daşının qırıqları, çəhrayı və boz rəngli gil məmulatı əldə olunmuşdur. Yaşayış yerinin şimal hissəsində müasir müsəlman qəbiristanı yerləşir. Qəbiristandan bir qədər aralı yol çəkilərək yaşayış yeri kəsilmiş, qalınlığı 0,5 – 1,5 m olan mədəni təbəqə dağılmışdır.
Ümumilikdə abidənin mədəni təbəqəsi tünd rəngdə olub, tikinti qalıqları, heyvan sümükləri və gil qab (çəhrayı və boz rəngli gil küpə, kasa, çıraq tipli qablar) qırılarından ibarətdir. Orta əsrlərdə yaşayış yeri şimal – şərqə doğru genişlənmiş, indiki Bəyəhməd kəndinin ərazisini də əhatə etmişdir. Abidənin III – IX əsrlərə aid olması ehtimal edilir.
II Bəyəhməd nekropolu
II Bəyəhməd nekropolu Culfa rayonunun Bəyəhməd kəndindən şimalda ilk dəmir dövrünə aid arxeoloji abidədir.
Şimal və cənub – şərqdə dərin dərə ilə məhdudlaşan qəbiristanlıq hündür dağın yamacında yerləşir. Nekropol 1991 – ci ildə tədqiq edilmişdir. Qəbirlər heç bir yerüstü əlamətə malik deyil. Yol çəkilərkən dağıdılmış daş qutu tipli qəbirdən iki tunc bilərzik, tunc bıçaq və gil qab nümunələri aşkar olunmuşdur. Arxeoloji materialların təhlili abidənin e.ə. I minilliyin əvvəllərinə aid olduğunu göstərir.
III Bəyəhməd
III Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – şərqdə, hündür təpənin yamacında yerləşən yaşayış yeridir.
Eyni zamanda nekropol xarakterli olan abidə şimal – şərqdə hündür dağlarla, cənubda isə torpaq yolla məhdudlaşır. Sahəsi 1600 m² – dir. Abidədə 1991 – ci ildə kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. Qəbirlərin bir qismi torpağın aşınması nəticəsində dağılmış, əksəriyyətinin baş daşları düşmüş, sinə daşları isə çürümüşdür.
Qəbirlər qiblə istiqamətindədir. Qəbirüstü daşlar kobud hazırlanaraq, əsasən yastı olub, dördkünc formalıdır. Bəzi sinə daşlarının üzərində ucları haçalanmış xəttlər çəkilmiş, bəzilərində isə baş daşlarını keçirmək üçün dördkünc deşik açılmışdır. Nekropolun təqribən XIV – XVII əsrlərə aid olması güman edilir.
İstinadlar
- Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Culfa bölgəsinin arxeoloji abidələri, Bakı, 1999
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Beyehmed abideler kompleksi Naxcivan MR in Culfa rayonunun Beyehmed kendi erazisinde yerlesen arxeoloji abideler BeyehmedOlke AzerbaycanSeher CulfaYerlesir BeyehmedAidiyyati Demir dovru Orta esrlerUslubuAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 1879 1880 1881 6070KateqoriyaYasayis yeri NekropolEhemiyyetiOlke ehemiyyetliBeyehmedI BeyehmedI Beyehmed Culfa rayonunun Beyehmed kendinden simal qerbde sol sahilinde ilk demir dovrune aid yasayis yeridir Abide dag silsilesinin caya enen yamacindadir Sahesi 1500 m dir 1991 ci ilde qeyde alinmisdir Abidenin yerlesdiyi eraziden uzun muddet ekin sahesi kimi istifade edildiyinden yerustu materiallar ve ilkin medeni tebeqe dagilmisdir Yerin sethinde gil qab qiriqlarina cehrayi ve boz rengli tuf dasindan hazirlanmis den daslarina tesaduf edilmisdir Bezi qab qiriqlarinin uzerine qara boya cekilerek yungulce cilalanmisdir Abideden elde edilmis tapintilar sergilenir Abidenin e e I minilliyin I yarisina aid olmasi guman edilir I Beyehmed nekropolu I Beyehmed nekropolu Culfa rayonunun Beyehmed kendinden cenub qerbde derecayin her iki sahilinde yerlesen arxeoloji abidedir Abide her terefden hundur daglarla ehate olunmusdur Sahesi 5000 m dir Abide 1989 cu ilde erazide tikinti isleri gorulerken askar edilmisdir Dagilmis qebir abidelerinden arxeoloji materiallarin boyuk bir qismi toplanmisdir 1991 ci ilde arxeoloji ekspedisiya I Beyehmed Nekropolunda iki dagilmis ve iki salamat qebir abidesini tedqiq etmis tapintilarin bir qismi ise yerli ehaliden toplanaraq tedqiq edildikden sonra Culfa Tarix Diyarsunasliq Muzeyine tehvil verilmisdir Das qutu qebirlerden xeyli bezek esyasi tunc xencerler yabalar zencir nize uclugu ve sair materiallar askar olunmusdur Kesfiyyat isleri neticesinde qebirlerin hec bir yerustu elamete malik olmadigi qeyd edilmisdir Qazinti sahesinin 1 m derinliyinden baslayaraq insan skeleti qaliqlarina qebirin qerb divari yaxinliginda serqistiqametinde yoneldilmis tepesi asagi uzu yuxari olan iki kelle sumuyune tesaduf edilmis altindan tunc xencer tapilmisdir ucuncu kelle onlardan 20 sm aralida dikine qoyulmusdur dorduncu kelle cenub divari yaxinliginda askar olunmus altindan tunc qin tapilmisdir Skeletlerin etrafindan bezek seyleri bilerzikler boyunbagilar uzukler asmalar muncuqlar ve s qebirden ise boz rengli gil memulati kup qedeh tipli qablar kasa nimce badya ve s elde olunmusdur Tapintilardan I Beyehmed Nekropolunun e e I minilliyin evvellerine aid olmasi ehtimal edilir II BeyehmedII Beyehmed Culfa rayonunun Beyehmed kendinden cenub qerbde Derecayin sag sahilinde yerlesen erken orta esrlere aid yasayis yeri Abide simalda ve serqde dag silsilesi simal qerbde ve cenub qerbde derin derelerle ehate olunmusdur 1991 ci ilde qeyde alinmisdir Sahesi 1300 m dir Abidenin cenub qerb terefi tikinti qaliqlari binalar dasdan insa edilmisdir ile ortulmusdur Bezi binalarin yerinde dordkunc formali calalar saxlanilmisdir Buradan ag dasdan yonulmus ortasinda diametri 10 sm olan desik acilmis deyirman dasinin qiriqlari cehrayi ve boz rengli gil memulati elde olunmusdur Yasayis yerinin simal hissesinde muasir muselman qebiristani yerlesir Qebiristandan bir qeder arali yol cekilerek yasayis yeri kesilmis qalinligi 0 5 1 5 m olan medeni tebeqe dagilmisdir Umumilikde abidenin medeni tebeqesi tund rengde olub tikinti qaliqlari heyvan sumukleri ve gil qab cehrayi ve boz rengli gil kupe kasa ciraq tipli qablar qirilarindan ibaretdir Orta esrlerde yasayis yeri simal serqe dogru genislenmis indiki Beyehmed kendinin erazisini de ehate etmisdir Abidenin III IX esrlere aid olmasi ehtimal edilir II Beyehmed nekropolu II Beyehmed nekropolu Culfa rayonunun Beyehmed kendinden simalda ilk demir dovrune aid arxeoloji abidedir Simal ve cenub serqde derin dere ile mehdudlasan qebiristanliq hundur dagin yamacinda yerlesir Nekropol 1991 ci ilde tedqiq edilmisdir Qebirler hec bir yerustu elamete malik deyil Yol cekilerken dagidilmis das qutu tipli qebirden iki tunc bilerzik tunc bicaq ve gil qab numuneleri askar olunmusdur Arxeoloji materiallarin tehlili abidenin e e I minilliyin evvellerine aid oldugunu gosterir III BeyehmedIII Beyehmed Culfa rayonunun Beyehmed kendinden simal serqde hundur tepenin yamacinda yerlesen yasayis yeridir Eyni zamanda nekropol xarakterli olan abide simal serqde hundur daglarla cenubda ise torpaq yolla mehdudlasir Sahesi 1600 m dir Abidede 1991 ci ilde kesfiyyat xarakterli tedqiqatlar aparilmisdir Qebirlerin bir qismi torpagin asinmasi neticesinde dagilmis ekseriyyetinin bas daslari dusmus sine daslari ise curumusdur Qebirler qible istiqametindedir Qebirustu daslar kobud hazirlanaraq esasen yasti olub dordkunc formalidir Bezi sine daslarinin uzerinde uclari hacalanmis xettler cekilmis bezilerinde ise bas daslarini kecirmek ucun dordkunc desik acilmisdir Nekropolun teqriben XIV XVII esrlere aid olmasi guman edilir IstinadlarE I Novruzlu V B Baxseliyev Culfa bolgesinin arxeoloji abideleri Baki 1999Hemcinin baxAzerbaycan arxeologiyasi