Bəxşeyiş Məmməd oğlu Əsgərov (25 May 1963, Qaradağlı, Ağdam rayonu) – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti, Mərkəzi Seçki Komissiyasının (2011-ci ildən) üzvüdür.
Bəxşeyiş Əsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaradağlı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Hüqüq |
Elmi dərəcəsi | Hüqüq üzrə Fəlsəfə Doktoru, Dosent |
Həyatı
Bəxşeyiş Məmməd oğlu Əsgərov 1963-cü il may ayının 25-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1979-cu ilədək Ağdam şəhərindəki 3 saylı orta məktəbdə, sonra isə Bakı şəhərindəki 53 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin axşam şöbəsinə daxil olub.
1981-ci ilin yanvarından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Müasir Azərbaycan dilçiliyi kafedrasında əmək fəaliyyətinə başlayıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1985-ci illərdə 4 saylı Dəmir-beton zavodunda fəhlə işləyib.
O, 1985-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olub və 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib.
1986–1989-cu illərdə "Yazıçı" nəşriyyatında ekspeditor işləyib.
1989–1992-ci illərdə Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun (indiki Məhkəmə Ekspertizası Mərkəzi) Məhkəmə Ballistika-Trasologiya Elmi-Tədqiqat laboratoriyasında baş laborant, elmi işçi vəzifələrində çalışıb. Məhkəmə ballistikası və trasologiya üzrə tədqiqatlar sahəsində müvafiq ekspert ixtisas dərəcəsi alıb.
1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.
1995–2001-ci illərdə o, Azərbaycan Respublikası Elm və Texnika Komitəsində hüquq məsləhətçisi, 1994–2008-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi-hüquqşünas vəzifəsində işləyib.
Ailəlidir, iki övladı və üç nəvəsi var.
Elmi-pedaqoji fəaliyyəti
B. Əsgərov kriminalistika, əməliyyat-axtarış fəaliyyəti və məhkəmə ekspertizası sahəsində elmi tədqiqatlar aparır.
1992–1996-cı illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun (indiki Məhkəmə Ekspertizası Mərkəzi) aspirantı olub;
1998-ci ildə "Məhkəmə ballistikasında diaqnostik tədqiqatlar (nəzəri və metodik məsələlər)" mövzusunda dissertasiya müdafə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb;
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Kriminalistika və məhkəmə ekspertizası kafedrası üzrə dosent elmi adı alıb.
1993-cü ilin dekabrından Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasında müəllim, baş müəllim və dosent kimi fəaliyyət göstərir.
Moskvada nəşr olunan dissertasiyaların elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxil olan nüfuzlu "Оперативник (сыщик)" Ümumrusiya dövri elmi-praktiki jurnalının redaksiya heyətinin üzvüdür.
Hal-hazırda "Əməliyyat-axtarış fəaliyyəti dövlətin cinayətkarlığa təsir vasitəsi kimi (Azərbaycan Respublikasının materialları üzrə)" mövzusunda doktorluq dissertasiyası üzrə tədqiqatları başa çatdırıb.
Elmi əsərləri
- Kriminalistika, məhkəmə ekspertizası və əməliyyat-axtarış fəaliyyəti sahəsində 6 dərsliyin və dərs vəsaitinin, o cümlədən Kriminalistika və məhkəmə ekspertizası sahəsində Respublikada dərc olunan ilk dərsliklərin, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrinin elmi-praktiki kommentariyalarının müəlliflərindən biridir.
- 2018-ci ildə doktorluq dissertasiyasının mövzusu üzrə "Cinayət işləri üzrə sübutetmədə əməliyyat-axtarış informasiyasından istifadənin problemləri" adlı monoqrafiyası dərc olunub.
20-dən çox respublika və beynəlxalq elmi konfransda məruzəçi qismində iştirak edib. 50-dən çox elmi məqalənin müəllifidir.
Bir sıra qanunların, o cümlədən "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası qanunlarının, "Patent müvəkkilləri haqqında" Əsasnamənin, "Əmtəə nişanına dair iddia sənədinin tərtibi və verilməsi Qaydaları"nın, "İxtiraya dair iddia sənədinin tərtibi, verilməsi və baxılması Qaydaları"nın, "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında" və "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında" əsasnamələrin, eləcə də bir çox qanun qüvvəli normativ-hüquqi sənədlərin layihələrinin müəlliflərindən biridir.
O, ayrı-ayrı normativ-hüquqi aktların, o cümlədən Cinayət Məcəlləsinin normalarının təfsiri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ekspert kimi çıxış edir.
Yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması sahəsində Azərbaycan Respublikasının bir sıra MDB ölkələri ilə bağladığı qarşılıqlı əməkdaşlığa dair saziş və müqavilə layihələrinin hazırlanmasında yaxından iştirak edib.
İctimai-siyasi fəaliyyəti
B. Əsgərov Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin fəal iştirakçılarından və tələbə hərəkatının öncüllərindən biri olub.
1990-cı il 20 Yanvar hadisələrinin və 1991-ci ildə Qarakənd üzərində içərisində ali dövlət hakimiyyəti orqanlarının yüksək vəzifəli şəxslərinin və yüksək rütbəli hərbçilərin olduğu vertolyotun ermənilər tərəfindən vurulması üzrə işlərin açılmasında və istintaqında fəal iştirak edib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrinin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti İstintaq komissiyasının işçi qrupunun üzvü və işçi qrupunun işinin təşkilatçılarından biri kimi göstərdiyi səmərəli fəaliyyətə görə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşəkkürünə (19 yanvar 1992-ci il, N-68) layiq görülüb [
2011-ci ilədək Böyük Quruluş Partiyasının üzvü olmuşdur.
2011-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvüdür. 2016-cı ilədək namizədliyi Böyük Quruluş Partiyasıtərəfindən irəli sürülmüşdür. 9 aprel 2016-cı ildə isə Böyük Quruluş Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyası tərəfindən ortaq namizəd olaraq irəli sürülüb. 2021-ci ildə namizədliyi Böyük Quruluş Partiyası tərəfindən sürülmüş və 27 aprel tarixində üzv seçilmişdir.
Hal-hazırda bitərəfdir.
Mənbə
- Əsgərov B. M. Сinayət işləri üzrə sübutetmədə əməliyyat-axtarış informasiyasından istifadənin problemləri, Bakı: Digesta. 2018, 320 s.
- http://bsu.edu.az/az/news/hquq_fakltsinin_90_illik_yubileyi_mnasibtilbir_qrup_professormllim_heytin_thsil_nazirliyinin_v_bdunun_mkafatlar_tqdim_edilib
- http://edu.gov.az/upload/file/emr/2019/emr-bdu.pdf
İstinadlar
- "Arxivlənmiş surət". 2020-02-21 tarixində . İstifadə tarixi: 2021-01-28.
- "Arxivlənmiş surət". 2022-12-04 tarixində . İstifadə tarixi: 2021-01-28.
- "Arxivlənmiş surət". 2021-02-07 tarixində . İstifadə tarixi: 2021-01-28.
- "Arxivlənmiş surət". 2021-02-03 tarixində . İstifadə tarixi: 2021-01-28.
- "HANSI PARTİYANIN PROFESSORU ÇOXDUR?". 2023-04-20 tarixində . İstifadə tarixi: 2023-04-20.
- "Arxivlənmiş surət". 2023-07-04 tarixində . İstifadə tarixi: 2021-03-12.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bexseyis Memmed oglu Esgerov 25 May 1963 Qaradagli Agdam rayonu Baki Dovlet Universitetinin Huquq fakultesinin Kriminalistika ve Mehkeme ekspertizasi kafedrasinin dosenti Merkezi Secki Komissiyasinin 2011 ci ilden uzvudur Bexseyis EsgerovSexsi melumatlarDogum tarixi 25 may 1963 61 yas Dogum yeri Qaradagli Agdam rayonu Azerbaycan SSR SSRIPartiya biteref 2011 Boyuk Qurulus Partiyasi 2011 Tehsili Baki Dovlet Universitetinin Huquq fakultesi 1985 1991 Azerbaycan Texniki UniversitetiFealiyyeti siyasetciElmi fealiyyetiElm sahesi HuquqElmi derecesi Huquq uzre Felsefe Doktoru DosentHeyatiBexseyis Memmed oglu Esgerov 1963 cu il may ayinin 25 de Agdam rayonunun Qaradagli kendinde anadan olub 1979 cu iledek Agdam seherindeki 3 sayli orta mektebde sonra ise Baki seherindeki 53 sayli orta mektebde tehsil alib 1980 ci ilde orta mektebi bitirdikden sonra Azerbaycan Dovlet Politexnik Institutunun indiki Azerbaycan Texniki Universiteti Elektrotexnika fakultesinin axsam sobesine daxil olub 1981 ci ilin yanvarindan Azerbaycan Dovlet Universitetinin indiki Baki Dovlet Universiteti Filologiya fakultesinin Muasir Azerbaycan dilciliyi kafedrasinda emek fealiyyetine baslayib 1981 1983 cu illerde herbi xidmetde olub 1984 1985 ci illerde 4 sayli Demir beton zavodunda fehle isleyib O 1985 ci ilde Baki Dovlet Universitetinin Huquq fakultesinin axsam sobesine daxil olub ve 1991 ci ilde ferqlenme diplomu ile bitirib 1986 1989 cu illerde Yazici nesriyyatinda ekspeditor isleyib 1989 1992 ci illerde Edliyye Nazirliyinin Azerbaycan Elmi Tedqiqat Mehkeme Ekspertizasi Kriminalistika ve Kriminologiya Problemleri Institutunun indiki Mehkeme Ekspertizasi Merkezi Mehkeme Ballistika Trasologiya Elmi Tedqiqat laboratoriyasinda bas laborant elmi isci vezifelerinde calisib Mehkeme ballistikasi ve trasologiya uzre tedqiqatlar sahesinde muvafiq ekspert ixtisas derecesi alib 1992 1993 cu illerde Azerbaycan Respublikasi Prezidenti Aparatinin Dovlet huquq sobesinde boyuk meslehetci vezifesinde calisib 1995 2001 ci illerde o Azerbaycan Respublikasi Elm ve Texnika Komitesinde huquq meslehetcisi 1994 2008 ci illerde ise Azerbaycan Respublikasinin Prezidenti yaninda Ali Attestasiya Komissiyasinda boyuk meslehetci huquqsunas vezifesinde isleyib Ailelidir iki ovladi ve uc nevesi var Elmi pedaqoji fealiyyeti Sinayet isleri uzre subutetmede emeliyyat axtaris informasiyasindan istifadenin problemleri adli monoqrafiyasi 2018 ISBN 978 9952 37 049 2 B Esgerov kriminalistika emeliyyat axtaris fealiyyeti ve mehkeme ekspertizasi sahesinde elmi tedqiqatlar aparir 1992 1996 ci illerde Edliyye Nazirliyinin Elmi Tedqiqat Mehkeme Ekspertizasi Kriminalistika ve Kriminologiya Problemleri Institutunun indiki Mehkeme Ekspertizasi Merkezi aspiranti olub 1998 ci ilde Mehkeme ballistikasinda diaqnostik tedqiqatlar nezeri ve metodik meseleler movzusunda dissertasiya mudafe ederek huquq uzre felsefe doktoru elmi derecesi alib 2003 cu ilde Azerbaycan Respublikasinin Prezidenti yaninda Ali Attestasiya Komissiyasinin qerari ile Kriminalistika ve mehkeme ekspertizasi kafedrasi uzre dosent elmi adi alib 1993 cu ilin dekabrindan Baki Dovlet Universitetinin Huquq fakultesinin Kriminalistika ve mehkeme ekspertizasi kafedrasinda muellim bas muellim ve dosent kimi fealiyyet gosterir Moskvada nesr olunan dissertasiyalarin elmi neticelerinin derc olunmasi tovsiye edilen elmi nesrler siyahisina daxil olan nufuzlu Operativnik syshik Umumrusiya dovri elmi praktiki jurnalinin redaksiya heyetinin uzvudur Hal hazirda Emeliyyat axtaris fealiyyeti dovletin cinayetkarliga tesir vasitesi kimi Azerbaycan Respublikasinin materiallari uzre movzusunda doktorluq dissertasiyasi uzre tedqiqatlari basa catdirib Elmi eserleri Kriminalistika mehkeme ekspertizasi ve emeliyyat axtaris fealiyyeti sahesinde 6 dersliyin ve ders vesaitinin o cumleden Kriminalistika ve mehkeme ekspertizasi sahesinde Respublikada derc olunan ilk dersliklerin Azerbaycan Respublikasinin Cinayet ve Cinayet Prosessual mecellelerinin elmi praktiki kommentariyalarinin muelliflerinden biridir 2018 ci ilde doktorluq dissertasiyasinin movzusu uzre Cinayet isleri uzre subutetmede emeliyyat axtaris informasiyasindan istifadenin problemleri adli monoqrafiyasi derc olunub 20 den cox respublika ve beynelxalq elmi konfransda meruzeci qisminde istirak edib 50 den cox elmi meqalenin muellifidir Bir sira qanunlarin o cumleden Patent haqqinda Emtee nisanlari ve cografi gostericiler haqqinda Azerbaycan Respublikasi qanunlarinin Patent muvekkilleri haqqinda Esasnamenin Emtee nisanina dair iddia senedinin tertibi ve verilmesi Qaydalari nin Ixtiraya dair iddia senedinin tertibi verilmesi ve baxilmasi Qaydalari nin Azerbaycan Respublikasinin Prezidenti yaninda Ali Attestasiya Komissiyasi haqqinda ve Alimlik derecelerinin ve elmi adlarin verilmesi qaydalari haqqinda esasnamelerin elece de bir cox qanun quvveli normativ huquqi senedlerin layihelerinin muelliflerinden biridir O ayri ayri normativ huquqi aktlarin o cumleden Cinayet Mecellesinin normalarinin tefsiri ile elaqedar Azerbaycan Respublikasi Konstitusiya Mehkemesinde ekspert kimi cixis edir Yuksek ixtisasli elmi ve elmi pedaqoji kadrlarin hazirlanmasi sahesinde Azerbaycan Respublikasinin bir sira MDB olkeleri ile bagladigi qarsiliqli emekdasliga dair sazis ve muqavile layihelerinin hazirlanmasinda yaxindan istirak edib Ictimai siyasi fealiyyetiB Esgerov Azerbaycanin musteqilliyi ugrunda geden mubarizenin feal istirakcilarindan ve telebe herekatinin oncullerinden biri olub 1990 ci il 20 Yanvar hadiselerinin ve 1991 ci ilde Qarakend uzerinde icerisinde ali dovlet hakimiyyeti orqanlarinin yuksek vezifeli sexslerinin ve yuksek rutbeli herbcilerin oldugu vertolyotun ermeniler terefinden vurulmasi uzre islerin acilmasinda ve istintaqinda feal istirak edib 1990 ci il yanvarin 19 dan 20 ne kecen gece Baki seherine qosunlarin yeridilmesi ile elaqedar facieli hadiselerinin tefsilatinin ve sebeblerinin tehqiqi uzre Azerbaycan Respublikasi Ali Soveti Istintaq komissiyasinin isci qrupunun uzvu ve isci qrupunun isinin teskilatcilarindan biri kimi gosterdiyi semereli fealiyyete gore Azerbaycan Respublikasi Ali Soveti Milli Surasinin tesekkurune 19 yanvar 1992 ci il N 68 layiq gorulub 2011 ci iledek Boyuk Qurulus Partiyasinin uzvu olmusdur 2011 ci ilden Azerbaycan Respublikasi Merkezi Secki Komissiyasinin uzvudur 2016 ci iledek namizedliyi Boyuk Qurulus Partiyasiterefinden ireli surulmusdur 9 aprel 2016 ci ilde ise Boyuk Qurulus Partiyasi ve Azerbaycan Demokratik Maarifcilik Partiyasi terefinden ortaq namized olaraq ireli surulub 2021 ci ilde namizedliyi Boyuk Qurulus Partiyasi terefinden surulmus ve 27 aprel tarixinde uzv secilmisdir Hal hazirda biterefdir MenbeEsgerov B M Sinayet isleri uzre subutetmede emeliyyat axtaris informasiyasindan istifadenin problemleri Baki Digesta 2018 320 s ISBN 978 9952 37 049 2 http bsu edu az az news hquq fakltsinin 90 illik yubileyi mnasibtilbir qrup professormllim heytin thsil nazirliyinin v bdunun mkafatlar tqdim edilib http edu gov az upload file emr 2019 emr bdu pdfIstinadlar Arxivlenmis suret 2020 02 21 tarixinde Istifade tarixi 2021 01 28 Arxivlenmis suret 2022 12 04 tarixinde Istifade tarixi 2021 01 28 Arxivlenmis suret 2021 02 07 tarixinde Istifade tarixi 2021 01 28 Arxivlenmis suret 2021 02 03 tarixinde Istifade tarixi 2021 01 28 HANSI PARTIYANIN PROFESSORU COXDUR 2023 04 20 tarixinde Istifade tarixi 2023 04 20 Arxivlenmis suret 2023 07 04 tarixinde Istifade tarixi 2021 03 12