Berutuk rəqsi - İndoneziyada subay kişilər tərəfindən məbəddə icra olunan sakral ayin xarakteri daşıyan rəqs növü.
Haqqında
Berutuk rəqsini ifa edən nəfərlər tamaşaya qədər bir növ qüsl prosesindən keçirlər: onlar məbəddə gecələyir, rahibin köməyi ilə tamaşa üçün müəyyən dualar öyrənirlər. Tamaşa zamanı bu dualar Bethara Berutukun çağrılmasını təmin etməlidir. Burada hələ aşkar hind təsiri görünmür: rəqs mahiyyətcə daha çox əcdadlara sitayişə yönəlikdir. Belə ki, Berutuk rəqsi Bali Aqanın, yəni “dağ əhli” adlandırılan yerli sakinlərin (adaya böyük axınla sonradan gəlmiş hindliləri (Bali Hindu) yerlilərdən fərqləndirmək məqsədi güdür) Balinin digər bölgələrindən Şərqi Baliyə köç edərək burada məskunlaşması haqqında əfsanəni canlandırır. Bu rəqs musiqisiz rəqsdir. İştirakçılar üzlərinə maska taxırlar, boyun və bel ətrafına isə quru banan yarpaqlarının liflərini elə sancırlar ki, ağac-kol formasında gombul bədheybətə oxşayırlar. Maskalardan biri Noh teatrının ağ qadın maskasını xatırladır: amma qalın qaşlıdır, kifir ağızlıdır, eybəcərdir. Digər maskalar isə bir növ Afrika maskalarına bənzəyir: qara-qəhvəyi rəngdədirlər, gözləri pırtlaşıqdır. Tamaşa gedə-gedə seyrçilər banan liflərindən qoparmağa cəhd göstərirlər: çünki sonra onlardan qoruyucu həmayil kimi də yararlanmaq mümkündür. Tamaşa Berutuk kral və kraliçasının Trunyan quşlarının “rəqsindən” ilhamlanaraq ifa etdikləri nikah rəqsinin nümayişindən ibarətdir: kral kraliçanı ələ keçirənədək rəqs davam edir, kraliçanın təslim olması isə həm ayrılıqda kralın nəsil artımını, həm də bütövlükdə Trunyanın məhsuldarlığını təmin edəcək məqam kimi dəyərləndirilir. Yalnız bundan sonra həmin gənc iştirsakçılar evlənə bilərdilər. Tamaşa rəqqasların müqəddəs Batur gölündə çimməsi ilə sona yetir. Tamaşanın davametmə müddəti hər dəfə müxtəlifdir. Bundan əlavə, tamaşa iştirakçıları məxsusi şəkildə rəqslə məşğul olmurlar. Burada əsas dualardır; məşq prosesi də elə duaların mənimsənilməsi prosesidir. Belə ki, iştirakçıların bədəni Bethara Berutuk üçün müvəqqəti “sığınacaq” rolunu oynamalıdır: Ratu Panserinq Caqat. Yəni tamaşa əsas diqqəti rəqqasların texniki hazırlığına deyil, ayini icra edə bilmək bacarığına, ayinin cazibəsinə yönəldir. Berutuk rəqsinin icrasında məqsəd həqiqi və real olmayan dünyalar arasında balansın, harmoniyanın yaradılmasıdır; əfsanəvi keçmişin tarixiləşdirilməsidir; məhsuldarlıq ayininin icrasıdır; ruhla insan arasındakı təmasın tənzimlənməsidir.
Həmçinin bax
İstinadlar
- Talıbzadə Aydın. Şərq teatrı tarixi. Bakı: ADMİU, 2016, s. 212-213
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Berutuk reqsi Indoneziyada subay kisiler terefinden mebedde icra olunan sakral ayin xarakteri dasiyan reqs novu HaqqindaBerutuk reqsini ifa eden neferler tamasaya qeder bir nov qusl prosesinden kecirler onlar mebedde geceleyir rahibin komeyi ile tamasa ucun mueyyen dualar oyrenirler Tamasa zamani bu dualar Bethara Berutukun cagrilmasini temin etmelidir Burada hele askar hind tesiri gorunmur reqs mahiyyetce daha cox ecdadlara sitayise yonelikdir Bele ki Berutuk reqsi Bali Aqanin yeni dag ehli adlandirilan yerli sakinlerin adaya boyuk axinla sonradan gelmis hindlileri Bali Hindu yerlilerden ferqlendirmek meqsedi gudur Balinin diger bolgelerinden Serqi Baliye koc ederek burada meskunlasmasi haqqinda efsaneni canlandirir Bu reqs musiqisiz reqsdir Istirakcilar uzlerine maska taxirlar boyun ve bel etrafina ise quru banan yarpaqlarinin liflerini ele sancirlar ki agac kol formasinda gombul bedheybete oxsayirlar Maskalardan biri Noh teatrinin ag qadin maskasini xatirladir amma qalin qaslidir kifir agizlidir eybecerdir Diger maskalar ise bir nov Afrika maskalarina benzeyir qara qehveyi rengdedirler gozleri pirtlasiqdir Tamasa gede gede seyrciler banan liflerinden qoparmaga cehd gosterirler cunki sonra onlardan qoruyucu hemayil kimi de yararlanmaq mumkundur Tamasa Berutuk kral ve kralicasinin Trunyan quslarinin reqsinden ilhamlanaraq ifa etdikleri nikah reqsinin numayisinden ibaretdir kral kralicani ele kecirenedek reqs davam edir kralicanin teslim olmasi ise hem ayriliqda kralin nesil artimini hem de butovlukde Trunyanin mehsuldarligini temin edecek meqam kimi deyerlendirilir Yalniz bundan sonra hemin genc istirsakcilar evlene bilerdiler Tamasa reqqaslarin muqeddes Batur golunde cimmesi ile sona yetir Tamasanin davametme muddeti her defe muxtelifdir Bundan elave tamasa istirakcilari mexsusi sekilde reqsle mesgul olmurlar Burada esas dualardir mesq prosesi de ele dualarin menimsenilmesi prosesidir Bele ki istirakcilarin bedeni Bethara Berutuk ucun muveqqeti siginacaq rolunu oynamalidir Ratu Panserinq Caqat Yeni tamasa esas diqqeti reqqaslarin texniki hazirligina deyil ayini icra ede bilmek bacarigina ayinin cazibesine yoneldir Berutuk reqsinin icrasinda meqsed heqiqi ve real olmayan dunyalar arasinda balansin harmoniyanin yaradilmasidir efsanevi kecmisin tarixilesdirilmesidir mehsuldarliq ayininin icrasidir ruhla insan arasindaki temasin tenzimlenmesidir Hemcinin baxCalon Aranq QembuhIstinadlarTalibzade Aydin Serq teatri tarixi Baki ADMIU 2016 s 212 213