Belçikanın işğalı və ya Belçika kampaniyası (10-14 may 1940) — İkinci Dünya Müharibəsi zamanı Fransa kampaniyasının gedişində alman silahlı qüvvələrinin (vermaxt) Belçika qoşunlarına qarşı strateji hərbi əməliyyatı və Belçikanın Üçüncü Reyx tərəfindən işğal edilməsi.
Belçikanın işğalı | |
---|---|
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Belçikanın alman hücumu ərəfəsində ümumilikdə 1338 artilleriya silahına malik olan 22 diviziyası var idi. Lakin, silahlı qüvvələrin müasir tanklar və texnika ilə təchizatı son dərəcə aşağı idi. Məsələn, o dövrdə Belçika ordusunda ən müasir tipli tank, fransız “Renault” şirkətinin 1930-cu illərdə istehsal etməyə başladığı “AMC 35” yüngül tankları idi ki, ondan da cəmi 10 ədəd var idi. Səfərbər olunmuş ordunun ümumi sayı 600 min nəfər idi. Almaniya ilə müharibənin başlanğıcında Belçika Hərbi Hava Qüvvələrində (HHQ) 250 hərbi təyyarə, o cümlədən 90 qırıcı, 12 bombardmançı, 12 kəşfiyyatçı təyyarə var idi. Lakin, bütün bunların təqribən, yalnız 50-si müasir müharibənin tələblərinə cavab verirdi.
Ümumilikdə, fransızların 2-ci, 7-ci və 9-cu orduları da, Belçika uğrunda döyüşlərdə iştirak etmişdir. Britaniyalıların isə, Belçikadakı əsas qüvvələri, 152 min nəfər canlı qüvvəyə malik 2 korpusdan ibarət olan və general lord komandanlıq etdiyi Britaniya Ekspedisiya Qüvvələrində cəmlənmişdilər. Lakin bütün bunlara baxmayaraq, Belçikanın nasist Almaniyası tərəfindən işğalı cəmi 18 gün çəkdi.
Alman ordusu Belçika üzərinə hücuma əsas vəzifəsi rəqibin hərbi hava qüvvələrini məhv etmək və səmada üstünlüyü ələ keçirmək olan “Lüftvaffe” təyyarələrinin havadəstəyi ilə başladı. Hava döyüşləri “Heinkel He-111”, “Dornier Do 17”, “Messerşmitt Bf 109” kimi müasir tipli alman qırıcı və bombardmançı təyyarələrinin üstünlüyü şəraitində gedirdi. Belçikalılar belə bir çətin şəraitdə, 1930-cu illərdə tikilmiş və Niderlandla sərhəddə yerləşən Eben-Emal fortuna böyük ümidlər bəsləyirdilər. Lakin,vermaxt komandanlığı da Eben-Emal fortunun strateji əhəmiyyətini hiss edərək, hələ Belçika ilə müharibəyə başlamazdan əvvəl, həmin fortun neytrallaşdırılmasıməqsədilə hərbi hava əməliyyatı planı hazırlamışdı. Məhz buna görə də, Fransa kampaniyasının ilk günündə – mayın 10-da alman desantçıları motorsuz uçan aparatlar olan planerlərin köməyi ilə, fort ərazisinə endirildi. Cəmi 24 saata Belçikanın 7-ci piyada diviziyasının müqavimətini qıran almanlar Eben-Emal fortunuələ keçirdilər. Bu, həmçinin almanlara, mühüm strateji plasdarm olan Albert kanalı sahillərini ələ keçitməyə şərait yaratdı.
Mayın 10–12-də vermaxt ordusu Ardenləri keçərək, La-Manş boğazına doğruirəliləməyə başladılar. Mayın 12-də, müharibənin ən böyük tank döyüşlərindən biriolan Annyu döyüşü başlandı və tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi. Lakin, La-Manşa doğru irəliləyən alman ordusu müttəfiqləri mühasirəyə alaraq, 5 günə oraya çatmağa nail oldu. Almanlar müttəfiq ordularını tədricən dənizə doğru geri çəkilməyə məcbur etdilər.
Həmçinin bax
İstinadlar
- Belgian American Educational Foundation, The Belgian Campaign and the Surrender of the Belgian Army, 10–28 May 1940 (Third), University of Michigan, 1941
- . "Nasist Almaniyasının Fransa kampaniyası və onun nəticələri" (az.). Türk Dünyası Gənc Tədqiqatçılar Dərnəyinin Araşdırmaları, №5(5), 2021. səh. 43-56. 2022-03-25 tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Belcikanin isgali ve ya Belcika kampaniyasi 10 14 may 1940 Ikinci Dunya Muharibesi zamani Fransa kampaniyasinin gedisinde alman silahli quvvelerinin vermaxt Belcika qosunlarina qarsi strateji herbi emeliyyati ve Belcikanin Ucuncu Reyx terefinden isgal edilmesi Belcikanin isgaliYeri Belcika Vikianbarda elaqeli mediafayllarTarixiBelcikanin alman hucumu erefesinde umumilikde 1338 artilleriya silahina malik olan 22 diviziyasi var idi Lakin silahli quvvelerin muasir tanklar ve texnika ile techizati son derece asagi idi Meselen o dovrde Belcika ordusunda en muasir tipli tank fransiz Renault sirketinin 1930 cu illerde istehsal etmeye basladigi AMC 35 yungul tanklari idi ki ondan da cemi 10 eded var idi Seferber olunmus ordunun umumi sayi 600 min nefer idi Almaniya ile muharibenin baslangicinda Belcika Herbi Hava Quvvelerinde HHQ 250 herbi teyyare o cumleden 90 qirici 12 bombardmanci 12 kesfiyyatci teyyare var idi Lakin butun bunlarin teqriben yalniz 50 si muasir muharibenin teleblerine cavab verirdi Umumilikde fransizlarin 2 ci 7 ci ve 9 cu ordulari da Belcika ugrunda doyuslerde istirak etmisdir Britaniyalilarin ise Belcikadaki esas quvveleri 152 min nefer canli quvveye malik 2 korpusdan ibaret olan ve general lord komandanliq etdiyi Britaniya Ekspedisiya Quvvelerinde cemlenmisdiler Lakin butun bunlara baxmayaraq Belcikanin nasist Almaniyasi terefinden isgali cemi 18 gun cekdi Alman ordusu Belcika uzerine hucuma esas vezifesi reqibin herbi hava quvvelerini mehv etmek ve semada ustunluyu ele kecirmek olan Luftvaffe teyyarelerinin havadesteyi ile basladi Hava doyusleri Heinkel He 111 Dornier Do 17 Messersmitt Bf 109 kimi muasir tipli alman qirici ve bombardmanci teyyarelerinin ustunluyu seraitinde gedirdi Belcikalilar bele bir cetin seraitde 1930 cu illerde tikilmis ve Niderlandla serhedde yerlesen Eben Emal fortuna boyuk umidler besleyirdiler Lakin vermaxt komandanligi da Eben Emal fortunun strateji ehemiyyetini hiss ederek hele Belcika ile muharibeye baslamazdan evvel hemin fortun neytrallasdirilmasimeqsedile herbi hava emeliyyati plani hazirlamisdi Mehz buna gore de Fransa kampaniyasinin ilk gununde mayin 10 da alman desantcilari motorsuz ucan aparatlar olan planerlerin komeyi ile fort erazisine endirildi Cemi 24 saata Belcikanin 7 ci piyada diviziyasinin muqavimetini qiran almanlar Eben Emal fortunuele kecirdiler Bu hemcinin almanlara muhum strateji plasdarm olan Albert kanali sahillerini ele kecitmeye serait yaratdi Mayin 10 12 de vermaxt ordusu Ardenleri kecerek La Mans bogazina dogruirelilemeye basladilar Mayin 12 de muharibenin en boyuk tank doyuslerinden biriolan Annyu doyusu baslandi ve tereflerden hec biri helledici qelebe qazana bilmedi Lakin La Mansa dogru irelileyen alman ordusu muttefiqleri muhasireye alaraq 5 gune oraya catmaga nail oldu Almanlar muttefiq ordularini tedricen denize dogru geri cekilmeye mecbur etdiler Hemcinin baxBelcika Ikinci dunya muharibesinde Fransa kampaniyasi Ikinci Dunya muharibesiIstinadlarBelgian American Educational Foundation The Belgian Campaign and the Surrender of the Belgian Army 10 28 May 1940 Third University of Michigan 1941 Nasist Almaniyasinin Fransa kampaniyasi ve onun neticeleri az Turk Dunyasi Genc Tedqiqatcilar Derneyinin Arasdirmalari 5 5 2021 seh 43 56 2022 03 25 tarixinde