Başmaqçızadə Əli Əfəndi (1639 – 12 (23) fevral 1712, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Oğlu Abdullah Əfəndi və kürəkəni İshaq Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa gətirilmişdir.
Başmaqçızadə Əli Əfəndi | |
---|---|
Əvvəlki | Seyid Feyzullah Əfəndi |
Sonrakı | İmam Mehmed Əfəndi |
26 yanvar 1704 – 1 fevral 1707 | |
Əvvəlki | İmam Mehmed Əfəndi |
Sonrakı | Sədrəddinzadə Sadiq Mehmed Əfəndi |
16 iyul 1710 – 12 fevral 1712 | |
Əvvəlki | Əbəzadə Abdullah Əfəndi |
Sonrakı | Əbəzadə Abdullah Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri |
Həyatı
1639-cu ildə dünyaya gəlmişdir. Atası Mehmed Əfəndi 1682-ci ildə Üsküdar qazısı ikən vəfat etmişdir. Öncələri Əbdürrəhim Əfəndidən dərslər almış, onun şeyxülislam olmasının ardından isə ilk dini təhsilini başa vurmuşdur. Din təhsilini bitirdikdən sonra 1657-ci ildə müdərrisliyə başladı. 1667-ci ildə Həmid Əfəndi, 1673-cü ildə Bali Əfəndi, 1674-cü ildə Ümmüvələdzadə, 1675-ci ildə Heydər Paşa, 1680-ci ildə Qoca Murad Paşa, 1681-ci ilin iyulunda Mahmud Paşa, 1683-cü ilin oktyabrında Yavuz Sultan Səlim, 1686-cı ilin aprelində Süleymaniyyə mədrəsələrinə təyin edildi. Ardından qazılığa keçdi və ilk dəfə 1687-ci ildə Qüdsdə vəzifələndirildi. 1688-ci ilin mayında bu vəzifədən alındı və 2 il sonra Ədirnə qazılığına göndərildi. Həmin il nakibüləşraflığa (Peyğəmbər soyundan olan seyidlərin problemləri ilə məşğul olan şəxs) yüksəldi. 1691-ci ildə isə Anadolu başqazılığına gətirildi.
Mənbələrə görə, II Əhmədin taxta çıxarılmasına qarşı çıxan qrupa daxil idi. Buna görə də 22 iyun 1691 tarixində baş tutan II Əhməd cülusunda nakibüləşraf olaraq yeni sultana xeyir-dua edərkən II Əhməd tərəfindən olduqca sərt şəkildə danlanmışdır. Buna baxmayaraq vəzifədən alınmamış, 1692-ci ildə nakibüləşraflıqla yanaşı Rumeli başqazılığına gətirildi. Ancaq bir il sonra bu vəzifəsindən alındı və öncə Bursaya, daha sonra isə 1694-cü ilin dekabrında Qahirəyə sürgün edildi. Bunda sədrəzəm Sürməli Əli Paşanın böyük rolu olmuşdur. Qısa bir müddət Qahirədə qalan Əli Əfəndi II Mustafanın taxta çıxması ilə bağışlandı və 1695-ci ilin mayında İstanbula döndü. 4 il boyunca vəzifələrdən uzaq tutulan Əli Əfəndi 1699-cu ildə Əyyub Sultan məscidinə qazı, 1700-cü ildə isə ikinci dəfə Rumeli başqazılığına təyin olundu.
Ədirnə hadisələri əsnasında 23 iyul 1703 tarixində üsyançılar tərəfindən şeyxülislam seçilsə də, məsələnin sonunu yaxşı görmədiyi üçün Əli Əfəndi bu təklifi qəbul etmədi. Ancaq üsyançılar Ədirnədəki II Mustafaya artıq qərarlarını bildirmişdilər. Beləliklə, 31 iyul 1703 tarixində istəksiz də olsa Əli Əfəndi şeyxülislam seçildi. Ancaq üsyanın əsas məqsədinin II Mustafanı taxtdan endirilməsi olduğu bilinəndə gözdən düşən sultan bu qərarını ləğv etdi. Ancaq III Əhmədin hakimiyyəti gücləndikdən sonra Əli Əfəndi ikinci dəfə şeyxülislam təyin olundu. (26 yanvar 1704)
Əli Əfəndinin ikinci şeyxülislamlıq dönəmi siyasi cəhətdən olduqca gərgin keçdi. Xüsusilə Sədrəzəm Çorlulu Əli Paşa onu özünə rəqib gördüyü üçün, padşahın üzərindəki təsirindən çəkinirdi. Özündən öncəki 3 sədrəzəmin vəzifədən alınmasında mühüm rol oynayan Əli Əfəndidən tez-tez padşaha şikayətlənirdi. Ancaq bu qarşıdurmada Əli Əfəndi məğlub oldu və Çorlulu Əli Paşanın da təsiriylə vəzifədən alındı. Buna baxmayaraq hələ də padşah nəznində etibarını itirməyən Əli Əfəndi öncə Ədirnəqapı yaxınlığında, daha sonra isə Rumeli hasarı yaxınlığındakı köşkündə yaşamağa başladı. Ancaq paytaxtda qalması bəzilərini narahat etdi və 1707-ci ilin aprelində bütün ailəsi ilə birlikdə Sinopa sürgün edildi. Daha sonra Çorlulu Əli Paşanın sədarət dönəmində paytaxta geri dönməsinə icazə verildi. Artıq əvvəlki gücünün olmadığını anlayan Əli Paşa da sabiq şeyxülislama hədiyyələr göndərərək üzr istədi.
Bu hadisələrdən təqribən 1 ay sonra — 16 iyul 1710 tarixində Əbəzadə Abdullah Əfəndinin yerinə üçüncü dəfə şeyxülislamlığa gətirildi. Bu dəfə ölümünə qədər bu vəzifədə qalan Əli Əfəndi məhz bu illərdə köhnə düşməni olan Çorlulu Əli Paşa haqqında ölüm hökmü verdi. Prut müharibəsi onun şeyxülislamlığı illərində baş tutdu. 12 fevral 1712 tarixində vəzifədə ikən vəfat etmiş, cənazə namazı Fateh məscidində qılındı.
İstinadlar
- "Arxivlənmiş surət". 2023-07-02 tarixində . İstifadə tarixi: 2017-09-19.
- Silâhdar, Târih, II, 573
- Defterdar Sarı Mehmed Paşa, s. 465
- "Arxivlənmiş surət". 2023-07-02 tarixində . İstifadə tarixi: 2017-09-19.
- Silâhdar, Nusretnâme, I, 266
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Basmaqcizade Eli Efendi 1639 12 23 fevral 1712 Konstantinopol Osmanli dovlet xadimi muderris qazi ve seyxulislam Oglu Abdullah Efendi ve kurekeni Ishaq Efendi Sultan Mahmud seltenetinde seyxulislamliga getirilmisdir Basmaqcizade Eli Efendi66 Osmanli seyxulislamiEvvelkiSeyid Feyzullah EfendiSonrakiImam Mehmed Efendi68 Osmanli seyxulislami26 yanvar 1704 1 fevral 1707EvvelkiImam Mehmed EfendiSonrakiSedreddinzade Sadiq Mehmed Efendi71 Osmanli seyxulislami16 iyul 1710 12 fevral 1712EvvelkiEbezade Abdullah EfendiSonrakiEbezade Abdullah EfendiSexsi melumatlarDogum tarixi 1639Vefat tarixi 12 fevral 1712Vefat yeri Konstantinopol Osmanli imperiyasiDefn yeri Edirneqapi SehidliyiHeyati1639 cu ilde dunyaya gelmisdir Atasi Mehmed Efendi 1682 ci ilde Uskudar qazisi iken vefat etmisdir Onceleri Ebdurrehim Efendiden dersler almis onun seyxulislam olmasinin ardindan ise ilk dini tehsilini basa vurmusdur Din tehsilini bitirdikden sonra 1657 ci ilde muderrisliye basladi 1667 ci ilde Hemid Efendi 1673 cu ilde Bali Efendi 1674 cu ilde Ummuveledzade 1675 ci ilde Heyder Pasa 1680 ci ilde Qoca Murad Pasa 1681 ci ilin iyulunda Mahmud Pasa 1683 cu ilin oktyabrinda Yavuz Sultan Selim 1686 ci ilin aprelinde Suleymaniyye medreselerine teyin edildi Ardindan qaziliga kecdi ve ilk defe 1687 ci ilde Qudsde vezifelendirildi 1688 ci ilin mayinda bu vezifeden alindi ve 2 il sonra Edirne qaziligina gonderildi Hemin il nakibulesrafliga Peygember soyundan olan seyidlerin problemleri ile mesgul olan sexs yukseldi 1691 ci ilde ise Anadolu basqaziligina getirildi Menbelere gore II Ehmedin taxta cixarilmasina qarsi cixan qrupa daxil idi Buna gore de 22 iyun 1691 tarixinde bas tutan II Ehmed culusunda nakibulesraf olaraq yeni sultana xeyir dua ederken II Ehmed terefinden olduqca sert sekilde danlanmisdir Buna baxmayaraq vezifeden alinmamis 1692 ci ilde nakibulesrafliqla yanasi Rumeli basqaziligina getirildi Ancaq bir il sonra bu vezifesinden alindi ve once Bursaya daha sonra ise 1694 cu ilin dekabrinda Qahireye surgun edildi Bunda sedrezem Surmeli Eli Pasanin boyuk rolu olmusdur Qisa bir muddet Qahirede qalan Eli Efendi II Mustafanin taxta cixmasi ile bagislandi ve 1695 ci ilin mayinda Istanbula dondu 4 il boyunca vezifelerden uzaq tutulan Eli Efendi 1699 cu ilde Eyyub Sultan mescidine qazi 1700 cu ilde ise ikinci defe Rumeli basqaziligina teyin olundu Edirne hadiseleri esnasinda 23 iyul 1703 tarixinde usyancilar terefinden seyxulislam secilse de meselenin sonunu yaxsi gormediyi ucun Eli Efendi bu teklifi qebul etmedi Ancaq usyancilar Edirnedeki II Mustafaya artiq qerarlarini bildirmisdiler Belelikle 31 iyul 1703 tarixinde isteksiz de olsa Eli Efendi seyxulislam secildi Ancaq usyanin esas meqsedinin II Mustafani taxtdan endirilmesi oldugu bilinende gozden dusen sultan bu qerarini legv etdi Ancaq III Ehmedin hakimiyyeti guclendikden sonra Eli Efendi ikinci defe seyxulislam teyin olundu 26 yanvar 1704 Eli Efendinin ikinci seyxulislamliq donemi siyasi cehetden olduqca gergin kecdi Xususile Sedrezem Corlulu Eli Pasa onu ozune reqib gorduyu ucun padsahin uzerindeki tesirinden cekinirdi Ozunden onceki 3 sedrezemin vezifeden alinmasinda muhum rol oynayan Eli Efendiden tez tez padsaha sikayetlenirdi Ancaq bu qarsidurmada Eli Efendi meglub oldu ve Corlulu Eli Pasanin da tesiriyle vezifeden alindi Buna baxmayaraq hele de padsah nezninde etibarini itirmeyen Eli Efendi once Edirneqapi yaxinliginda daha sonra ise Rumeli hasari yaxinligindaki koskunde yasamaga basladi Ancaq paytaxtda qalmasi bezilerini narahat etdi ve 1707 ci ilin aprelinde butun ailesi ile birlikde Sinopa surgun edildi Daha sonra Corlulu Eli Pasanin sedaret doneminde paytaxta geri donmesine icaze verildi Artiq evvelki gucunun olmadigini anlayan Eli Pasa da sabiq seyxulislama hediyyeler gondererek uzr istedi Bu hadiselerden teqriben 1 ay sonra 16 iyul 1710 tarixinde Ebezade Abdullah Efendinin yerine ucuncu defe seyxulislamliga getirildi Bu defe olumune qeder bu vezifede qalan Eli Efendi mehz bu illerde kohne dusmeni olan Corlulu Eli Pasa haqqinda olum hokmu verdi Prut muharibesi onun seyxulislamligi illerinde bas tutdu 12 fevral 1712 tarixinde vezifede iken vefat etmis cenaze namazi Fateh mescidinde qilindi Istinadlar Arxivlenmis suret 2023 07 02 tarixinde Istifade tarixi 2017 09 19 Silahdar Tarih II 573 Defterdar Sari Mehmed Pasa s 465 Arxivlenmis suret 2023 07 02 tarixinde Istifade tarixi 2017 09 19 Silahdar Nusretname I 266