Banqladeşin dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemidir.
Dövlət quruluşu
Banqladeş parlament formasında idarəetmə üsuluna malik respublikadır . Milli bayram günü olan müstəqillik günü (1971) 26 mart tarixində qeyd olunur. Ölkə Konstitusiyası 4 noyabr 1972-ci ildən qüvvədədir.
Dövlət başçısı
Əsasən mərasim funksiyalarını yerinə yetirən Prezident Parlament tərəfindən 5 il müddətinə seçilir.
Konstitusiyaya görə, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, Banqladeş Respublikasının xarici siyasətinin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət etmək, zəruri hallarda Milli Assambleyanı çağırmaq və buraxmaq, fövqəladə vəziyyət elan etmək, Parlamentlə razılaşdırmadan Ali Məhkəmənin üzvlərini və aşağı instansiya məhkəmələrinin hakimlərini təyin etmək səlahiyyətlərinə malikdir.
Banqladeşdə unikal sistem kimi tətbiq olunan “Müvəqqəti hökumətin” (seçkilərin keçirilməsinə və hakimiyyətin ötürülməsinə məsuliyyət daşıyır) keçid hakimiyyəti dövründə dövlət başçısının səlahiyyətləri genişlənir, digər hallarda isə real hakimiyyət Prezidentin təyin etdiyi Baş nazirin əlində cəmlənir. Bu zaman, dövlət başçısı səlahiyyətlərinin böyük bir qisminin icrasını Baş nazirin məsləhətinə uyğun olaraq həyata keçirir.
Qanunverici hakimiyyət
Banqladeşin ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 345 üzvü olan Milli Assambleyadan (Jatio Sanqşad) ibarətdir. Parlamentdə 45 deputat yeri birmandatlı dairələrdən seçilən qadın deputatlar üçün nəzərdə tutulmuşdur.
Milli Assambleyanın əsas funksiyalarına qanunların hazırlanması və qəbulu, illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası və s. mühüm məsələlər aiddir.
Maliyyə tutumlu qanun layihələri yalnız Prezidentin tövsiyəsi ilə Milli Assambleyaya təqdim edilir. Parlament üzvləri tərəfindən səs çoxluğu ilə qəbul edilən qanun layihələri Prezidentin imzasına təqdim olunur. Dövlət başçısı 15 gün ərzində onları təkrar oxunuşda qəbul edilməsi üçün yenidən Assambleyaya göndərməkdə səlahiyyətlidir.
İcraedici hakimiyyət
Hökumət başçısı (Baş nazir) formal olaraq Prezident tərəfindən təyin edilsə də, bir qayda olaraq Parlamentdə çoxluq təşkil edən partiyanın lideri bu posta sahib olur.
Dövlətin idarə olunmasında geniş səlahiyyətlərə malik olan Baş nazir Hökuməti və onun üzvlərini özü formalaşdırır.
Mövcud Konstitusiyaya görə, Kabinet Parlament qarşısında kollektiv məsuliyyət daşıyır. Belə ki, Baş nazir parlament çoxluğunun dəstəyindən məhrum olarsa, ya istefa verməli, yaxud da dövlət başçısından Parlamentin buraxılmasını xahiş etməlidir. Banqladeş Konstitusiyasına edilmiş çoxsaylı düzəlişlər nəticəsində, hazırda Hökumət Milli Assambleyadan praktikada daha çox səlahiyyətə malikdir.
Məhkəmə hakimiyyəti
Məhkəmə-hüquq sistemi ənənəvi ingilis ümumi hüquq sisteminə əsaslanan Banqladeş Respublikasında məhkəmə hakimiyyəti, hakimləri Prezident tərəfindən təyin edilən Ali Məhkəmə və ona tabe olan iki bölmə: ölkədə Konstitusiyaya nəzarət funksiyasını yerinə yetirən Yüksək Məhkəmə, habelə mülki və cinayət işləri üzrə ən yüksək məhkəmə instansiyası sayılan Apelyasiya Məhkəməsi tərəfindən həyata keçirilir.
İstinadlar
- http://www.parliament.gov.bd/Constitution_English/index.htm%7Ctitle=Constitution[ölü keçid] of Bangladesh|publisher=Parliament.gov.bd|date=|accessdate=2010-11-28|archiveurl=http://www.webcitation.org/616vllfGa%7Carchivedate=2011-08-21[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Banqladesin dovlet qurulusu 1972 ci ilde qebul edilmis Konstitusiyaya esasen huquqi siyasi inzibati iqtisadi ve ictimai munasibetler sistemidir Dovlet qurulusuBanqlades parlament formasinda idareetme usuluna malik respublikadir Milli bayram gunu olan musteqillik gunu 1971 26 mart tarixinde qeyd olunur Olke Konstitusiyasi 4 noyabr 1972 ci ilden quvvededir Dovlet bascisiEsasen merasim funksiyalarini yerine yetiren Prezident Parlament terefinden 5 il muddetine secilir Konstitusiyaya gore eyni zamanda silahli quvvelerin ali bas komandani sayilan dovlet bascisi Banqlades Respublikasinin xarici siyasetinin meqsedyonlu ve ardicil sekilde heyata kecirilmesine nezaret etmek zeruri hallarda Milli Assambleyani cagirmaq ve buraxmaq fovqelade veziyyet elan etmek Parlamentle razilasdirmadan Ali Mehkemenin uzvlerini ve asagi instansiya mehkemelerinin hakimlerini teyin etmek selahiyyetlerine malikdir Banqladesde unikal sistem kimi tetbiq olunan Muveqqeti hokumetin seckilerin kecirilmesine ve hakimiyyetin oturulmesine mesuliyyet dasiyir kecid hakimiyyeti dovrunde dovlet bascisinin selahiyyetleri genislenir diger hallarda ise real hakimiyyet Prezidentin teyin etdiyi Bas nazirin elinde cemlenir Bu zaman dovlet bascisi selahiyyetlerinin boyuk bir qisminin icrasini Bas nazirin meslehetine uygun olaraq heyata kecirir Qanunverici hakimiyyetBanqladesin ali qanunverici orqani bir palatadan umumi ve beraber secki esasinda gizli sesverme yolu ile 5 il muddetine secilen 345 uzvu olan Milli Assambleyadan Jatio Sanqsad ibaretdir Parlamentde 45 deputat yeri birmandatli dairelerden secilen qadin deputatlar ucun nezerde tutulmusdur Milli Assambleyanin esas funksiyalarina qanunlarin hazirlanmasi ve qebulu illik dovlet budcesinin muzakiresi ve tesdiqi beynelxalq muqavilelerin ratifikasiyasi ve s muhum meseleler aiddir Maliyye tutumlu qanun layiheleri yalniz Prezidentin tovsiyesi ile Milli Assambleyaya teqdim edilir Parlament uzvleri terefinden ses coxlugu ile qebul edilen qanun layiheleri Prezidentin imzasina teqdim olunur Dovlet bascisi 15 gun erzinde onlari tekrar oxunusda qebul edilmesi ucun yeniden Assambleyaya gondermekde selahiyyetlidir Icraedici hakimiyyetHokumet bascisi Bas nazir formal olaraq Prezident terefinden teyin edilse de bir qayda olaraq Parlamentde coxluq teskil eden partiyanin lideri bu posta sahib olur Dovletin idare olunmasinda genis selahiyyetlere malik olan Bas nazir Hokumeti ve onun uzvlerini ozu formalasdirir Movcud Konstitusiyaya gore Kabinet Parlament qarsisinda kollektiv mesuliyyet dasiyir Bele ki Bas nazir parlament coxlugunun desteyinden mehrum olarsa ya istefa vermeli yaxud da dovlet bascisindan Parlamentin buraxilmasini xahis etmelidir Banqlades Konstitusiyasina edilmis coxsayli duzelisler neticesinde hazirda Hokumet Milli Assambleyadan praktikada daha cox selahiyyete malikdir Mehkeme hakimiyyetiMehkeme huquq sistemi enenevi ingilis umumi huquq sistemine esaslanan Banqlades Respublikasinda mehkeme hakimiyyeti hakimleri Prezident terefinden teyin edilen Ali Mehkeme ve ona tabe olan iki bolme olkede Konstitusiyaya nezaret funksiyasini yerine yetiren Yuksek Mehkeme habele mulki ve cinayet isleri uzre en yuksek mehkeme instansiyasi sayilan Apelyasiya Mehkemesi terefinden heyata kecirilir Istinadlarhttp www parliament gov bd Constitution English index htm 7Ctitle Constitution olu kecid of Bangladesh publisher Parliament gov bd date accessdate 2010 11 28 archiveurl http www webcitation org 616vllfGa 7Carchivedate 2011 08 21 olu kecid