Bülbül (ing. The Nightingale) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi romandır. Əsər İkinci Dünya Müharibəsi zamanı Fransada yaşayan və sağ qalmaq uğrunda Almaniyaya qarşı mübarizə aparan iki bacının hekayəsindən bəhs edir. Roman qəzaya uğrayaraq Nasist ərazilərinə düşən müttəfiq dövlətlərin pilotlarına qaçmağa kömək edən Belçikalı qadın Andrée de Jongh-un hekayəsindən təsirlənərək yazılıb. Kitab müxtəlif bestseller siyahılarında birinci olub və əsər əsasında film çəkmək hüququ 2015-ci ilin mart ayında TriStar Pictures tərəfindən alınıb.
Bülbül | |
---|---|
ing. The Nightingale | |
Janr | tarixi roman[d] |
Orijinal dili | ingilis dili |
Nəşr ili | 3 fevral 2015 |
Məzmunu
Roman 1995-ci ildə adı əvvəlcədən oxucuya məlum olmayan ahıl qadının öz xatirələrini nəql etməsi ilə başlayır. Kitab üçüncü şəxsin dilindən yazılsa da, əsas hadisələr İkinci Dünya Müharibəsi ərəfəsi - 1939-cu ildə Fransada bir-birlərindən və atalarından ayrı yaşayan iki bacı- Vianne və Isabelle-dən bəhs edir. Vianne ailəli, bir övladı olan, əri Antonieni cəbhəyə yola salan, Fransanın Almaniya tərəfindən işğalından sonra aclığa və soyuğa qarşı mübarizə aparan məktəb müəlliməsidir. Əgər əvvəlcə Vianne qızının və özünün sağ qalması uğrunda mübarizə aparırdısa, sonradan vəziyyət mürəkkəbləşir. Belə ki o, ən yaxın rəfiqəsi yəhudi Rachelin əsir düşərgəsinə sürgün olunmasından sonra onun 3 yaşlı oğlu Arini övladlığa götürür və daha 19 yəhudi uşağın Nazi təqibindən gizlədərək uşaq evinə yerləşdirir. Müharibədən sonra onun əri evə qayıtdıqda isə Vianne yeni çətinliklərlə üzləşir. Belə ki o, SS zabitinin onu zorlaması nəticəsində hamilə qalır və övladı kimi sevdiyi Ari yəhudi icması tərəfindən ABŞ-a qohumlarının yanına göndərilir.
Viannedən daha gənc və çılğın bacısı Isabelle Fransanın azadlığı uğrunda daha aktiv mübarizə aparmaq qərarına gəlir. O, Fransa Müqavimət Hərəkatına qoşulur. Parisə köçdükdən sonra onun əsas işi qəzaya uğramış müttəfiq dövlətlərin pilotlarını öz ölkələrinə qayıtmaqlarını təmin etmək üçün bitərəf İspaniyada yerləşən Britaniya səfirliyinə keçirmək olur. Isabellenin kod adı “Bülbül” idi və o bu adı fransız dilindən bülbül mənasını verən Rossignol soyadına görə almışdı. O, təsadüfən alman əsgərləri tərəfindən həbs edilir, lakin atası onun təqsirini öz üzərinə götürərək edam edilir. Isabelle Almaniyada yerləşən əsir düşərgəsinə göndərilir. O düşərgədə dəhşətli işgəncələrlə üzləşir, lakin müharibənin sonuna qədər sağ qalır. O, xəstəlikdən vəfat etməzdən əvvəl bacısı Vianne ilə atasının son məktubunu oxuyur.
Əsərin sonunda hadisələri nəql edənin Vianne olduğu məlum olur. O, indi ABŞ-da yaşayır və bacısı Bülbülün xatirəsinə Parisdə təşkil olunan tədbirə dəvət alır. O oğlu Julienlə (SS zabitinin oğlu) birlikdə Parisə gəlir. Lakin Julien Vianne və Antonie tərəfindən sevgi ilə böyüdülür və atasının alman olduğunu bilmir. Həmin tədbirdən sonra Vianne Ari ilə görüşür və onun müharibə xatirələri sakitlik tapır.
Tarixi faktlar
“Bülbül” romanındakı personajlar real şəxslər deyildirlər, lakin bəzi epizodlar tarixi şəxslərdən ilhamlanaraq yazılıb. Isabellanın pilotları Pireney dağlarından keçirməsi 19 yaşlı Andrée de Jongh-un hekayəsi əsasındadır. Isabellea kimi Jongh da müharibənin sonuna qədər Pireney dağlarını 118 dəfə piyada aşıb. Daha bir ortaq xüsusiyyət hər ikisinin müharibənin sonlarına yaxın həbs olunması idi. Andrée de Jongh Ravensbrük əsir düşərgəsinə göndərilib. Edam edilməməyinə səbəb isə Nazilərin onun marşurutun təşkilatçısı olmalarına inanamamaları olub. Isabelledən fərqli olaraq Jongh müharibədən sonra uzun illər yaşayıb, 1985-ci ildə qrafinya olub və 2007-ci ildə vəfat edib. Əsərdə xatırlanan digər tarixi şəxs Birinci Dünya Müharibəsi zamanı tibb bacı olmuş Edith Cavell-dir.
Ekranlaşdırılması
2016-cı ilin avqust ayında filmə Michelle MacLaren-ın rejissorluq edəcəyi məlum olub.. Film 2019-cu ilin yanvarın 25-də nümayiş olunacaq.
İstinadlar
- Bargreen, Melinda. "Kristin Hannah's inspirations for WWII tale 'The Nightingale'". 22 February 2015. 7 June 2022 tarixində . İstifadə tarixi: 1 June 2016.
- Kroll, Justin. "'Game of Thrones' Director Michelle MacLaren to Helm TriStar's 'The Nightingale'". . August 11, 2016. November 8, 2020 tarixində . İstifadə tarixi: August 13, 2016.
- "Sony Dates 'Silver And Black', 'Sicario 2'; Moves 'Holmes And Watson', 'Bad Boys 3' Unset & More". Deadline.com. August 11, 2017. December 14, 2017 tarixində . İstifadə tarixi: April 7, 2018.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Bulbul deqiqlesdirme Bulbul ing The Nightingale Kristin Hannah terefinden yazilmis 2015 ci ilde nesr edilen bedii tarixi romandir Eser Ikinci Dunya Muharibesi zamani Fransada yasayan ve sag qalmaq ugrunda Almaniyaya qarsi mubarize aparan iki bacinin hekayesinden behs edir Roman qezaya ugrayaraq Nasist erazilerine dusen muttefiq dovletlerin pilotlarina qacmaga komek eden Belcikali qadin Andree de Jongh un hekayesinden tesirlenerek yazilib Kitab muxtelif bestseller siyahilarinda birinci olub ve eser esasinda film cekmek huququ 2015 ci ilin mart ayinda TriStar Pictures terefinden alinib Bulbuling The NightingaleJanr tarixi roman d Orijinal dili ingilis diliNesr ili 3 fevral 2015MezmunuRoman 1995 ci ilde adi evvelceden oxucuya melum olmayan ahil qadinin oz xatirelerini neql etmesi ile baslayir Kitab ucuncu sexsin dilinden yazilsa da esas hadiseler Ikinci Dunya Muharibesi erefesi 1939 cu ilde Fransada bir birlerinden ve atalarindan ayri yasayan iki baci Vianne ve Isabelle den behs edir Vianne aileli bir ovladi olan eri Antonieni cebheye yola salan Fransanin Almaniya terefinden isgalindan sonra acliga ve soyuga qarsi mubarize aparan mekteb muellimesidir Eger evvelce Vianne qizinin ve ozunun sag qalmasi ugrunda mubarize aparirdisa sonradan veziyyet murekkeblesir Bele ki o en yaxin refiqesi yehudi Rachelin esir dusergesine surgun olunmasindan sonra onun 3 yasli oglu Arini ovladliga goturur ve daha 19 yehudi usagin Nazi teqibinden gizlederek usaq evine yerlesdirir Muharibeden sonra onun eri eve qayitdiqda ise Vianne yeni cetinliklerle uzlesir Bele ki o SS zabitinin onu zorlamasi neticesinde hamile qalir ve ovladi kimi sevdiyi Ari yehudi icmasi terefinden ABS a qohumlarinin yanina gonderilir Vianneden daha genc ve cilgin bacisi Isabelle Fransanin azadligi ugrunda daha aktiv mubarize aparmaq qerarina gelir O Fransa Muqavimet Herekatina qosulur Parise kocdukden sonra onun esas isi qezaya ugramis muttefiq dovletlerin pilotlarini oz olkelerine qayitmaqlarini temin etmek ucun biteref Ispaniyada yerlesen Britaniya sefirliyine kecirmek olur Isabellenin kod adi Bulbul idi ve o bu adi fransiz dilinden bulbul menasini veren Rossignol soyadina gore almisdi O tesadufen alman esgerleri terefinden hebs edilir lakin atasi onun teqsirini oz uzerine goturerek edam edilir Isabelle Almaniyada yerlesen esir dusergesine gonderilir O dusergede dehsetli isgencelerle uzlesir lakin muharibenin sonuna qeder sag qalir O xestelikden vefat etmezden evvel bacisi Vianne ile atasinin son mektubunu oxuyur Eserin sonunda hadiseleri neql edenin Vianne oldugu melum olur O indi ABS da yasayir ve bacisi Bulbulun xatiresine Parisde teskil olunan tedbire devet alir O oglu Julienle SS zabitinin oglu birlikde Parise gelir Lakin Julien Vianne ve Antonie terefinden sevgi ile boyudulur ve atasinin alman oldugunu bilmir Hemin tedbirden sonra Vianne Ari ile gorusur ve onun muharibe xatireleri sakitlik tapir Tarixi faktlar Bulbul romanindaki personajlar real sexsler deyildirler lakin bezi epizodlar tarixi sexslerden ilhamlanaraq yazilib Isabellanin pilotlari Pireney daglarindan kecirmesi 19 yasli Andree de Jongh un hekayesi esasindadir Isabellea kimi Jongh da muharibenin sonuna qeder Pireney daglarini 118 defe piyada asib Daha bir ortaq xususiyyet her ikisinin muharibenin sonlarina yaxin hebs olunmasi idi Andree de Jongh Ravensbruk esir dusergesine gonderilib Edam edilmemeyine sebeb ise Nazilerin onun marsurutun teskilatcisi olmalarina inanamamalari olub Isabelleden ferqli olaraq Jongh muharibeden sonra uzun iller yasayib 1985 ci ilde qrafinya olub ve 2007 ci ilde vefat edib Eserde xatirlanan diger tarixi sexs Birinci Dunya Muharibesi zamani tibb baci olmus Edith Cavell dir Ekranlasdirilmasi2016 ci ilin avqust ayinda filme Michelle MacLaren in rejissorluq edeceyi melum olub Film 2019 cu ilin yanvarin 25 de numayis olunacaq IstinadlarBargreen Melinda Kristin Hannah s inspirations for WWII tale The Nightingale 22 February 2015 7 June 2022 tarixinde Istifade tarixi 1 June 2016 Kroll Justin Game of Thrones Director Michelle MacLaren to Helm TriStar s The Nightingale August 11 2016 November 8 2020 tarixinde Istifade tarixi August 13 2016 Sony Dates Silver And Black Sicario 2 Moves Holmes And Watson Bad Boys 3 Unset amp More Deadline com August 11 2017 December 14 2017 tarixinde Istifade tarixi April 7 2018