Əks-inqilabla Mübarizə Təşkilatı (az-əbcəd. عكس انقلاب ايله مبارزه تشكيلاتى) — 11 iyun 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi yanında yaradılmış əks-kəşfiyyat orqanı.
Əks-inqilabla Mübarizə Təşkilatı | |
---|---|
| |
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan Xalq Cümhuriyyəti |
Yaradılma tarixi | 11 iyun 1919 |
Ləğv edilib | 6 mart 1920 |
Tabelik | Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi (oktyabradək) Bakı İstehkamat Hissəsi (oktyabrdan sonra) |
Rəhbərlik | |
Rəis | Məmmədbağır Şeyxzamanlı (1919-1920) Nağı bəy Şeyxzamanlı (1920) |
Yaradılması
1919-cu il fevralın 18-də Fətəli xan Xoyskinin Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə silahlı hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığı barədə məruzəsindən sonra, həmçinin Denikin qüvvələrinin 1919-cu il mayın axırlarında Dərbəndi tutmasının təsiri ilə yaradılmışdır. Hökumətin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan — 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı.
Qurumun formalaşdırılması Nəsib bəy Yusifbəyli tərəfindən parlamentin "Müsavat" fraksiyasının üzvü Məmmədbağır Şeyxzamanlıya həvalə edilmiş, onun müavini Mir Fəttah Musəvi təyin olunmuşdu. Şeyxzamanlı təşkilata həmin il avqustun 20-dək başçılıq etmiş, istefa verdikdən sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi.
Strukturu
İlk vaxtlar ƏMT–na əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, ƏMT əməkdaşlarının üçdə ikisi "Müsavat", üçdə biri isə "Hümmət" partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin Müsavatdan, müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu. Təşkilatın ilk rəisi Müsavat partiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və onun aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlı təyin edilmişdi. Rəis müavini isə Hümmət partiyasının üzvü Mir Fəttah Musəvi təyin edildi. ƏMT denikinçilərə, erməni-daşnak casuslarına və bolşeviklərə qarşı sərbəst mübarizə apara bilirdi. Lakin təşkilatın əməkdaşları sonunculara qarşı mübarizədə çətin problemlərlə üzləşirdi. ƏMT-da işləyəm 17 nəfər hümmətçi əməkdaş, başda Musəvi olmaqla, bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə qarşı mübarizəyə açıq və ya gizli şəkildə mane olurdular. Musəvi 5 sentyabr 1919-cu ildə dəmiryol teleqrafının rəisi Hacı bəy Seyidbəyov tərəfindən öldürüldükdən sonra 19 noyabr 1919-cu ildə rəis müavini vəzifəsinə Mahmud bəy Səfikürdski təyin edildi. Məmmədbağır bəy Şeyxzamanlı 20 avqust 1919-cu ildə vəzifəsindən istefa verdi. Elə həmin gün onun qardaşı Nağı bəy Şeyxzamanlı ƏMT-nin yeni rəisi təyin olundu.
ƏMT öz fəaliyyətini "Azərbaycan Respublikası əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri haqqında" Əsasnaməyə uyğun qurmuşdu. 22 maddədən ibarət olan Əsasnamədə əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri göstərilmişdi. Bakı və onun ətrafında təşkilatın 8 rayon bölməsi təsis edilmişdi. Rayon bölmələrinə ƏMT-nin mərkəzi aparatının əməkdaşları rəhbərlik edirdilər.
Fəaliyyəti
Təşkilatın əməkdaşları arasında müxtəlif partiya və siyasi cərəyanların nümayəndələri var idi. ƏMT-da azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar və gürcülər də (məsələn, Lavrenti Beriya) işləyirdilər. Ermənilər bu təşkilatda yox idi. 26 oktyabr 1919-cu ildə Dövlət Müdafiə Komitəsi denikinçilərlə mübarizəni gücləndirmək üçün Bakı İstehkamat Hissəsinin (Bakı Möhkəmləndirilmiş Müdafiə rayonu) səlahiyyətlərini genişləndirmiş, keşikçi, axtarış polislərini, eləcə də ƏMT-ni də onun rəisinə tabe etdirmişdi. Bolşevizmlə mübarizə yalnız bundan sonra ƏMT-nin fəaliyyətində əsas yeri tutmağa başladı. ƏMT digər orqanlarla birlikdə bu sahədə çoxlu sayda uğurlu əməliyyatlar aparmışdı. Təşkilatın arxiv sənədlərindən, ayrı-ayrı şəxslərə göndərilmiş məktublardan aydın olur ki, Bakıda Denikin ordusunun rus casusları ilə erməni-daşnak casusları sıx əlaqədə işləmiş, geniş casusluq şəbəkəsi yarada bilmişdilər.Rusiyanın Xəzərdəki silah-sursat dolu 27 hərb gəmisinin Azərbaycan tərəfinə təhvil verilməsi və onların Azərbaycan bayrağı altında üzməsi probleminini həlli ilə bağlı aparılan danışıqlarda ƏMT-nin rəhbərliyi fəal rol oynamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 6 mart 1920-ci il tarixli qərarı ilə fəaliyyətini dayandırmışdır.
İstinadlar
- "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti - Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanları". 2023-03-27 tarixində . İstifadə tarixi: 2024-02-09.
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhlükəsizlik orqanları 2022-05-27 at the Wayback Machine / Cəlal Qasımov // Respublika, 6 mart 2014, № 49, səh. 6
- Şeyxzamanlı, Nağı. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı: Azərbaycan Nəşriyyatı. 1997. 86–87.
- Qasımov, 2018. səh. 64
- Qasımov, 2018. səh. 66
- Qoca, Elşad. Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920). Bakı. 2000. 68.
- Qasımov, 2018. səh. 67
- Qasımov, 2018. səh. 72
Mənbə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eks inqilabla Mubarize Teskilati az ebced عكس انقلاب ايله مبارزه تشكيلاتى 11 iyun 1919 cu ilde Azerbaycan Xalq Cumhuriyyetinin Dovlet Mudafie Komitesi yaninda yaradilmis eks kesfiyyat orqani Eks inqilabla Mubarize TeskilatiAzerbaycan Cumhuriyyeti Eks inqilabla Mubarize TeskilatiEks inqilabla Mubarize Teskilatinin mohuruUmumi melumatlarOlke Azerbaycan Xalq CumhuriyyetiYaradilma tarixi 11 iyun 1919Legv edilib 6 mart 1920Tabelik Azerbaycan Xalq Cumhuriyyeti Dovlet Mudafie Komitesi oktyabradek Baki Istehkamat Hissesi oktyabrdan sonra RehberlikReis Memmedbagir Seyxzamanli 1919 1920 Nagi bey Seyxzamanli 1920 Yaradilmasi1919 cu il fevralin 18 de Feteli xan Xoyskinin Azerbaycanda xususile de Bakida general Prjevalskinin rehberliyi ile Denikine yardim gosteren quvvelerin gizli suretde silahli herbi desteler teskil etdiklerini agqvardiyacilar ucun esger yazilisi aparildigi barede meruzesinden sonra hemcinin Denikin quvvelerinin 1919 cu il mayin axirlarinda Derbendi tutmasinin tesiri ile yaradilmisdir Hokumetin 1919 cu il iyunun 9 da kecirilen iclasinda Parlamentin tovsiyesi ile dovletin mudafiesi ucun xususi orqan 5 nefer hokumet uzvunden bas nazir herbi xarici isler yollar ve edliyye nazirleri ibaret Dovlet Mudafie Komitesinin yaradilmasi qerara alindi Qurumun formalasdirilmasi Nesib bey Yusifbeyli terefinden parlamentin Musavat fraksiyasinin uzvu Memmedbagir Seyxzamanliya hevale edilmis onun muavini Mir Fettah Musevi teyin olunmusdu Seyxzamanli teskilata hemin il avqustun 20 dek basciliq etmis istefa verdikden sonra yerine qardasi Nagi bey Seyxzamanli teyin edilmisdi StrukturuIlk vaxtlar EMT na emekdaslarin qebulunda partiya prinsipi esas goturulurdu Bele ki EMT emekdaslarinin ucde ikisi Musavat ucde biri ise Hummet partiyasindan olmali idi Eyni zamanda teskilatin rehberinin Musavatdan muavininin ise Hummetden teyin edilmesi nezerde tutulmusdu Teskilatin ilk reisi Musavat partiyasinin Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin ve onun aqrar komissiyasinin uzvu Memmedbagir bey Seyxzamanli teyin edilmisdi Reis muavini ise Hummet partiyasinin uzvu Mir Fettah Musevi teyin edildi EMT denikincilere ermeni dasnak casuslarina ve bolseviklere qarsi serbest mubarize apara bilirdi Lakin teskilatin emekdaslari sonunculara qarsi mubarizede cetin problemlerle uzlesirdi EMT da isleyem 17 nefer hummetci emekdas basda Musevi olmaqla bolseviklerin olke daxilindeki fealiyyetine qarsi mubarizeye aciq ve ya gizli sekilde mane olurdular Musevi 5 sentyabr 1919 cu ilde demiryol teleqrafinin reisi Haci bey Seyidbeyov terefinden olduruldukden sonra 19 noyabr 1919 cu ilde reis muavini vezifesine Mahmud bey Sefikurdski teyin edildi Memmedbagir bey Seyxzamanli 20 avqust 1919 cu ilde vezifesinden istefa verdi Ele hemin gun onun qardasi Nagi bey Seyxzamanli EMT nin yeni reisi teyin olundu EMT oz fealiyyetini Azerbaycan Respublikasi eks kesfiyyat xidmetinin huquq ve vezifeleri haqqinda Esasnameye uygun qurmusdu 22 maddeden ibaret olan Esasnamede eks kesfiyyat xidmetinin huquq ve vezifeleri gosterilmisdi Baki ve onun etrafinda teskilatin 8 rayon bolmesi tesis edilmisdi Rayon bolmelerine EMT nin merkezi aparatinin emekdaslari rehberlik edirdiler FealiyyetiTeskilatin emekdaslari arasinda muxtelif partiya ve siyasi cereyanlarin numayendeleri var idi EMT da azerbaycanlilarla yanasi turkler ruslar ukraynalilar ve gurculer de meselen Lavrenti Beriya isleyirdiler Ermeniler bu teskilatda yox idi 26 oktyabr 1919 cu ilde Dovlet Mudafie Komitesi denikincilerle mubarizeni guclendirmek ucun Baki Istehkamat Hissesinin Baki Mohkemlendirilmis Mudafie rayonu selahiyyetlerini genislendirmis kesikci axtaris polislerini elece de EMT ni de onun reisine tabe etdirmisdi Bolsevizmle mubarize yalniz bundan sonra EMT nin fealiyyetinde esas yeri tutmaga basladi EMT diger orqanlarla birlikde bu sahede coxlu sayda ugurlu emeliyyatlar aparmisdi Teskilatin arxiv senedlerinden ayri ayri sexslere gonderilmis mektublardan aydin olur ki Bakida Denikin ordusunun rus casuslari ile ermeni dasnak casuslari six elaqede islemis genis casusluq sebekesi yarada bilmisdiler Rusiyanin Xezerdeki silah sursat dolu 27 herb gemisinin Azerbaycan terefine tehvil verilmesi ve onlarin Azerbaycan bayragi altinda uzmesi probleminini helli ile bagli aparilan danisiqlarda EMT nin rehberliyi feal rol oynamisdi Azerbaycan Xalq Cumhuriyyeti Nazirler Surasinin 6 mart 1920 ci il tarixli qerari ile fealiyyetini dayandirmisdir Istinadlar Azerbaycan Respublikasi Dovlet Tehlukesizliyi Xidmeti Azerbaycan Xalq Cumhuriyyetinin tehlukesizlik orqanlari 2023 03 27 tarixinde Istifade tarixi 2024 02 09 Azerbaycan Xalq Cumhuriyyeti dovrunde tehlukesizlik orqanlari 2022 05 27 at the Wayback Machine Celal Qasimov Respublika 6 mart 2014 49 seh 6 Seyxzamanli Nagi Azerbaycan istiqlal mucadilesi xatireleri Baki Azerbaycan Nesriyyati 1997 86 87 Qasimov 2018 seh 64 Qasimov 2018 seh 66 Qoca Elsad Azerbaycanin tehlukesizlik ve xususi xidmet orqanlari 1918 1920 Baki 2000 68 Qasimov 2018 seh 67 Qasimov 2018 seh 72MenbePasayev A Acilmamis sehifelerin izi ile B 2001 az Qasimov Celal Cumhuriyyetin tehlukesizlik orqanlari 1918 1920 az Baki Vanur Poliqraf 2018 ISBN 978 9952 4540 9 3