Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum.
Hadisələr
1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər.
Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
DMK 1919-cu il iyunun 11-də Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi. DMK-nın digər qərarına əsasən, hakimiyyətə və hakimiyyət nümayəndələrinə qarşı cinayət əməlləri, dövlətə xəyanətlə bağlı bütün işlər ümumi məhkəmələrdən alınaraq, hərbi məhkəməyə verildi. Sentyabrın 13-də Bakı müdafiə rayonunun rəisi vəzifəsi təsis olundu və o, həm də əvəzçiliklə Bakı hərbi general-qubernatoru vəzifəsini tuturdu. Bakı şəhər rəisliyinin ərazisi və şəhər rəisinin özü hərbi general-qubernatora, Bakı müdafiə rayonunun rəisi isə hərbi nazirə tabe idi. 1919-cu il oktyabrın 26-da Bakı şəhər rəisliyi ərazisindəki bütün yerli polis orqanları, o cümlədən əksinqilabla mübarizənin təşkili Bakı müdafiə rayonunun rəisinə tabe edilmişdi.
Təşkilati tədbirlərlə yanaşı, Komitənin bütün qalan tədbirləri də həm Denikin ordusu, həm də bolşeviklər tərə-findən gözlənilən təhlükəyə qarşı respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldilmişdi. Bu məqsədlə Azərbaycanın şimal sərhədləri möhkəmləndirildi, Bakıya dənizdən gözlənilən hücuma qarşı artilleriya müdafiəsi quruldu.
Dövlət müdafiə komitəsinin icbari qərarı
Dövlət Müdafiə Komitəsinin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması haqqında 1919-cu il 11 iyun tarixli qərarı. Azərbaycan sərhədinə doğru irəliləyən Denikin qoşunlarının təcavüz təhlükəsinin qarşısını almaq məqsədilə verilmişdi. Qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisində hərbi vəziyyət elan olunur və müvəqqəti olaraq bir sıra məhdudiyyətlər tətbiq edilirdi. Hərbi vəziyyətlə əlaqədar bir sıra cinayət əməlləri (dövlət hakimiyyətinə qarşı qiyam, silahlı müqavimət, Azərbaycan Parlamenti və Hökuməti üzvlərinin həyatına sui-qəsd, hərbi hissələrə və hərbi qarovullara basqın, dəmir yollarına, rabitə əhəmiyyətli tikililərə ziyan vurmaq və s.) ümumi təhqiqatdan alınaraq, hərbi məhkəmənin icraatına verilirdi. Hakimiyyət tərəfindən razılıq verilməmiş kütləvi, siyasi mitinqləri təşkil və onlarda iştirak etmək, odlu silah, sursat və partladıcı maddələrdən istifadə, onların saxlanılması və ticarəti qadağan olunurdu. Silah saxlanılması ilə əlaqədar əvvəllər verilmiş icazələr qüvvədən düşmüş hesab edilir və silahı olan şəxslərdən üç gün ərzində onları yaxınlıqdakı hərbi hissəyə və ya polis orqanına təhvil vermək tələb olunurdu. Qərarla müəyyən edilmiş məhdudiyyətlərin icra olunması ilə bağlı daxili işlər nazirliyinə, qubernatorlara, polis orqanlarına müvafiq səlahiyyətlər də verilmişdi.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 336. ISBN .
Ədəbiyyat
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920).
- Parlament (Stenoqrafik hesabatlar), c.2, B., 1998;
- Aзepбaйджанская Демократическая Pecnублика (1918–1920),
- Парламент (стенографические отчеты), Б., 1998;
- Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920),
- Законодательные акты (сборник документов), Б., 1998;
- Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 r., B., 1920;
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dovlet Mudafie Komitesi ve ya qisaca DMK 1919 cu ilin yazinda Denikin ordularinin Azerbaycana hucum tehlukesi ile bagli olaraq olkenin mudafiesi meqsedile yaradilmis xususi herbi qurum Hadiseler1919 cu il mayin axirlarinda Simali Qafqazi ve Dagistani tutan Denikin ordusu Azerbaycan serhedlerine yaxinlasdi Azerbaycan Xalq Cumhuriyyeti xarici tecavuz tehlukesi qarsisinda qaldi Bu vaxt Cumhuriyyet Parlamentinin bir nece iclasinda hokumetin sedri Nesib bey Yusifbeylinin istiraki ile Denikin ordularinin Azerbaycana hucumu meselesi muzakire olundu 1919 cu il iyunun 5 de parlamentin 45 ci iclasinda muxtelif fraksiyalarin uzvleri Mehemmed Emin Resulzade Ehmed Covdet Pepinov Semed aga Agamalioglu Esedulla Ehmedov Abdulla bey Efendizade Qara bey Qarabeyov V Bakradze ve b cixis ederek partiya ve fraksiya mensubiyyetlerinden asili olmayaraq Parlament uzvlerinin ve xalqin butun quvvelerinin Denikin ordusuna qarsi mubarizeye seferber olunmasinin zeruriliyini vurguladilar Bununla bagli iyunda Musavat partiyasi ile sosialistler bloku Bakida Denikine qarsi izdihamli mitinq kuce yurusu kecirdiler Denikin tehlukesi ile bagli Parlament Hokumet daxilinde olkenin mudafiesini teskil ede bilecek islek heyetin yaradilmasi barede qerar qebul etdi Belelikle 5 nefer Hokumet uzvunden ibaret DMK yaradildi Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin 1919 cu il 9 iyun tarixli qerari ile yaradilmis hemin komitenin terkibine Nazirler Surasinin sedri herbi nazir yollar naziri xarici isler naziri ve edliyye naziri daxil idiler DMK 1919 cu il iyunun 11 de Azerbaycanin butun erazisinde herbi veziyyet elan etdi DMK nin diger qerarina esasen hakimiyyete ve hakimiyyet numayendelerine qarsi cinayet emelleri dovlete xeyanetle bagli butun isler umumi mehkemelerden alinaraq herbi mehkemeye verildi Sentyabrin 13 de Baki mudafie rayonunun reisi vezifesi tesis olundu ve o hem de evezcilikle Baki herbi general qubernatoru vezifesini tuturdu Baki seher reisliyinin erazisi ve seher reisinin ozu herbi general qubernatora Baki mudafie rayonunun reisi ise herbi nazire tabe idi 1919 cu il oktyabrin 26 da Baki seher reisliyi erazisindeki butun yerli polis orqanlari o cumleden eksinqilabla mubarizenin teskili Baki mudafie rayonunun reisine tabe edilmisdi Teskilati tedbirlerle yanasi Komitenin butun qalan tedbirleri de hem Denikin ordusu hem de bolsevikler tere finden gozlenilen tehlukeye qarsi respublikanin mudafie qabiliyyetinin mohkemlendirilmesine yoneldilmisdi Bu meqsedle Azerbaycanin simal serhedleri mohkemlendirildi Bakiya denizden gozlenilen hucuma qarsi artilleriya mudafiesi quruldu Dovlet mudafie komitesinin icbari qerariDovlet Mudafie Komitesinin Azerbaycan Xalq Cumhuriyyeti erazisinde herbi veziyyet elan olunmasi haqqinda 1919 cu il 11 iyun tarixli qerari Azerbaycan serhedine dogru irelileyen Denikin qosunlarinin tecavuz tehlukesinin qarsisini almaq meqsedile verilmisdi Qerara esasen Azerbaycan Xalq Cumhuriyyetinin butun erazisinde herbi veziyyet elan olunur ve muveqqeti olaraq bir sira mehdudiyyetler tetbiq edilirdi Herbi veziyyetle elaqedar bir sira cinayet emelleri dovlet hakimiyyetine qarsi qiyam silahli muqavimet Azerbaycan Parlamenti ve Hokumeti uzvlerinin heyatina sui qesd herbi hisselere ve herbi qarovullara basqin demir yollarina rabite ehemiyyetli tikililere ziyan vurmaq ve s umumi tehqiqatdan alinaraq herbi mehkemenin icraatina verilirdi Hakimiyyet terefinden raziliq verilmemis kutlevi siyasi mitinqleri teskil ve onlarda istirak etmek odlu silah sursat ve partladici maddelerden istifade onlarin saxlanilmasi ve ticareti qadagan olunurdu Silah saxlanilmasi ile elaqedar evveller verilmis icazeler quvveden dusmus hesab edilir ve silahi olan sexslerden uc gun erzinde onlari yaxinliqdaki herbi hisseye ve ya polis orqanina tehvil vermek teleb olunurdu Qerarla mueyyen edilmis mehdudiyyetlerin icra olunmasi ile bagli daxili isler nazirliyine qubernatorlara polis orqanlarina muvafiq selahiyyetler de verilmisdi IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 336 ISBN 9952 417 14 2 EdebiyyatAzerbaycan Xalq Cumhuriyyeti 1918 1920 Parlament Stenoqrafik hesabatlar c 2 B 1998 Azepbajdzhanskaya Demokraticheskaya Pecnublika 1918 1920 Parlament stenograficheskie otchety B 1998 Azepbajdzhanskaya Demokratiskaya Pecnublika 1918 1920 Zakonodatelnye akty sbornik dokumentov B 1998 Adpec kalendary Azepbajdzhanskoj Pecnubliki na 1920 r B 1920