Tarixi
Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir.
3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir.
Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır.
XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı. 1832-ci ildə yalnız Şamaxıda 40 nəfərdən çox zərgər olmuşdur. Bunlardan əlavə qiymətli daşlardan: zümrüd, firuzə, yaqut, almaz, mirvari, kəhrəba və s. istifadə olunurdu. Zərgərlik mə'mulatları forma e'tibarı ilə çox müxtəlifdir və mürəkkəb kompozisiyaya malikdir. Həmin mə'mulatların əsas hissələrini çoxləçəkli güllər, ulduzlar, aypara, butalar təşkil edir.
Azərbaycan zərgərlik sənətində tətbiq edilən üsullardan biri də xalq arasında «qarasavad» və ya «savad» adlanır. Adından göründüyü kimi savad qara rəngə malik olub, əsasən gümüş üzərində tətbiq edilir. Qızılda isə savad nadir hallarda işlənir.
Qadın bəzəklərini bir neçə növə ayırmaq olar: qulaq bəzəkləri, baş bəzəkləri, boyun bəzəkləri, döş bəzəkləri, bilək bəzəkləri, barmaq bəzəkləri və libaslara bənd edilən bəzəklər.
gumuş kəmər Azərbaycana məxsus zərgərlik nümunələri isə dünyanın bir çox muzeylərində saxlanılır. Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Ermitaj (Sankt-Peterburq), Kiyev Qərb və Şərq İncəsənəti Muzeyi, Luvr (Paris), Viktoriya və Albert Muzeyi (London), Metropoliten-muzey (Nyu-York), Topqapı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi (İstanbul) Azərbaycanın zərgərlik məmulatlarının toplandığı ən zəngin muzeylərdir.
Ötən əsrin 20-ci illərindən sonra Azərbaycanda çoxlu sayda zərgərlik müəssisələri təşkil edilib, Bakıda isə zərgərlik fabriki fəaliyyətə başlayıb. Ölkəmizdə hazırlanan zərgərlik məmulatları dəfələrlə xarici ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilib. 1950-60-cı illərdə Bakı zərgərlik fabrikində Qərb üslubunda hazırlanan qızıl və gümüş zinət əşyaları müasirləşdirilərək yeni formalara salınıb. Həmin dövrdə fabrikin texnoloji cəhətdən inkişafı da diqqət mərkəzində olub. Həmin dövrdə zərgərlik fabrikində peşəkar ustalar yetişib ki, onlar da bu incə xalq sənətini texnoloji istehsalda təkmilləşdirərək inkişaf etdiriblər.
Öz ətrafına birinci dərəcəli ustaları toplayan Bakı zərgərlik fabriki 1950-ci illərdən başlayaraq öz formasına və bəzəyinə görə müxtəlif olan qadın bəzək məmulatlarından başqa məişət əşyaları da çay və desert qaşıqları, stəkan altlıqları, qədəhlər, piyalələr və s. kütləvi istehsalına başlayıb. Bakı zərgərlik fabrikində qəlibkarlıq, şəbəkəçilik və yeni üsullarla yaradılmış məmulat istehsalının vaxtaşırı kamilləşməsi bu sənətin getdikcə inkişafına təsir göstərib. Müasir dövrdə zərgərlik keçmişin ənənələrini davam etdirərək forma və məzmunca zənginləşib.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
TarixiAzerbaycanda enenevi bezekler icerisinde zergerlik memulati muhum yer tutur Arxeoloji qazintilar neticesinde Mingecevir Xocali Qebele Xinisli Ismayilli Qaratepe ve s yerlerden tapilan qiymetli bezek seyleri zergerliyin hele qedimden Azerbaycan erazisinde genis yayildigini ve ehalinin meisetinde mohkem yer tutdugunu gosterir 3000 il bundan evvele aid Mingecevirden ve Xocalidan tapilmis tunc kemerler eramizdan evvel IX VIII yuzilliye aid Urmiye golu etrafindaki Hesensu tepesinden askar edilmis qizil cam zergerlik senetinin en gozel numuneleridir Zergerlikde muxtelif texniki usullardan basma qarasavad doyme minasazliq pardaqlama oyma xatemkarliq hekketme horme sebeke ve s istifade edilir En qedimi doyme usuludur Bu usul Gence Samaxi Lahic Qazax Naxcivan Susa ve s yerlerde daha genis yayilmisdir XIX yuzillikde zinet seyleri en cox qizil ve gumusden hazirlanirdi 1832 ci ilde yalniz Samaxida 40 neferden cox zerger olmusdur Bunlardan elave qiymetli daslardan zumrud firuze yaqut almaz mirvari kehreba ve s istifade olunurdu Zergerlik me mulatlari forma e tibari ile cox muxtelifdir ve murekkeb kompozisiyaya malikdir Hemin me mulatlarin esas hisselerini coxlecekli guller ulduzlar aypara butalar teskil edir Azerbaycan zergerlik senetinde tetbiq edilen usullardan biri de xalq arasinda qarasavad ve ya savad adlanir Adindan gorunduyu kimi savad qara renge malik olub esasen gumus uzerinde tetbiq edilir Qizilda ise savad nadir hallarda islenir Qadin bezeklerini bir nece nove ayirmaq olar qulaq bezekleri bas bezekleri boyun bezekleri dos bezekleri bilek bezekleri barmaq bezekleri ve libaslara bend edilen bezekler gumus kemer Azerbaycana mexsus zergerlik numuneleri ise dunyanin bir cox muzeylerinde saxlanilir Serq Xalqlari Inceseneti Muzeyi Moskva Ermitaj Sankt Peterburq Kiyev Qerb ve Serq Inceseneti Muzeyi Luvr Paris Viktoriya ve Albert Muzeyi London Metropoliten muzey Nyu York Topqapi Muzeyi Turk ve Islam Eserleri Muzeyi Istanbul Azerbaycanin zergerlik memulatlarinin toplandigi en zengin muzeylerdir Oten esrin 20 ci illerinden sonra Azerbaycanda coxlu sayda zergerlik muessiseleri teskil edilib Bakida ise zergerlik fabriki fealiyyete baslayib Olkemizde hazirlanan zergerlik memulatlari defelerle xarici olkelerde teskil olunan sergilerde numayis etdirilib 1950 60 ci illerde Baki zergerlik fabrikinde Qerb uslubunda hazirlanan qizil ve gumus zinet esyalari muasirlesdirilerek yeni formalara salinib Hemin dovrde fabrikin texnoloji cehetden inkisafi da diqqet merkezinde olub Hemin dovrde zergerlik fabrikinde pesekar ustalar yetisib ki onlar da bu ince xalq senetini texnoloji istehsalda tekmillesdirerek inkisaf etdiribler Oz etrafina birinci dereceli ustalari toplayan Baki zergerlik fabriki 1950 ci illerden baslayaraq oz formasina ve bezeyine gore muxtelif olan qadin bezek memulatlarindan basqa meiset esyalari da cay ve desert qasiqlari stekan altliqlari qedehler piyaleler ve s kutlevi istehsalina baslayib Baki zergerlik fabrikinde qelibkarliq sebekecilik ve yeni usullarla yaradilmis memulat istehsalinin vaxtasiri kamillesmesi bu senetin getdikce inkisafina tesir gosterib Muasir dovrde zergerlik kecmisin enenelerini davam etdirerek forma ve mezmunca zenginlesib Istinadlar