Asketizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Asketizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir.
Tarixi
Asketizmin motivləri də müxtəlif ola bilər: onların bəziləri bir-birini tamamlayır, digərləri bir-birini istisna edir. Fövqəltəbii qüvvələrin mənbəyi olan asketizm təsəvvürü şamanların aclıq, yuxu suzluq və s. vasitəsilə ruhlarla ünsiyyətə hazırlığın ibtidai praktikasına dayaqlanır. Bu motiv hind tantrizmi ənənəsi üçün xüsusilə səciyyəvidir. Lakin teist dinlər də asketizm motivi möcüzəyaratma yolu kimi ya dəyişilmiş şəkildə, ya da dini şüurun məişət periferiyasında üzə çıxır.
Asketizmin qədim motivasiyası özünün, yaxud başqasının günahlarına görə əzab çəkməkdən məmnun olmaq ideyasıdır. Ən arxaik mədəniyyətlərdə belə icmaya xeyir-bərəkət gətirməyin, şər qüvvələri zərərsizləşdirməyin və dini-mənəvi qadağaların pozulması nəticəsində dağılmış dünya nizamını bərpa etməyin ən güclü vasitəsi kimi qurbanvermə konsep siyası məlum idi. Mədəni inkişaf prosesində insanı qurbanvermə praktikası tədricən aradan qalxdıqca, onun hansısa ekvivalentinə ehtiyac yaranırdı: məsələn qədim Spartada gənc oğlanlar artıq öldürülmür, əvəzində Artemida Ortinin qurbangahına qanları tökülənədək bədənləri qamçılanırdı; bu mərasimin təyinatında ritual-magik məqam mənəvi məqamdan ayrılmazdır.
Spirituallaşmış anlamda bu motiv mühüm dəyişikliklərə uğramadan xristianlıq tərəfindən qəbul edilə bilərdi; katolik ənənəsi üçün bu cəhət xüsusilə səciyyəvi idi. Misal olaraq 17 əsrin əvvəllərində Limadan olan Santa-Rosa özünün, bütün canlıların və ölənlərin günahlarına görə gündə üç dəfə özünü qamçılayırdı. Sakral funksiyaların yerinə yetirilməsi şərti kimi çox zaman nikahsızlıq praktikasını əsaslandıran ritual təmizliyin qorunması motivi də qədimdən geniş yayılmışdır. Hətta asketizmin səciyyəvi olmadığı dinlərdə belə dini ayini yerinə yetirməzdən əvvəl, ilahi qarşısında durmağa hazırlaşarkən nikah əlaqələrindən qorunmaq tələb edilirdi; buradan asanlıqla belə nəticəyə gəlinirdi ki, bütün həyatlarını müqəddəs varlıqla qırılmaz əlaqədə keçirən insanlar ümumiyyətlə nikaha daxil olmamalıdırlar.
Katolik rahibinə daim müqəddəs ayinləri, ilk növbədə messanı yerinə yetirmək üçün selibat vacibdir. Bu motivlə bir sıra digər motivlər, məs., insanın müqəddəs sayılan hansısa bir iş naminə öz dünyəvi maraqlarından imtina etməsi motivi də əlaqəlidir. Digər motiv mistik həyəcanlanmalara hazırlıq, meditasiya və ekstaz üçün şəraitin yaradılmasıdır. Teist dinlərdə asketizm praktikası insanın allaha olan sevgisini sübut etməyin və cavab sevgisi xahişini ona çatdırmağın ən inandırıcı vasitəsidir. Son orta əsrlər dövrü katolik mistikasında asketizm pafosu öz kralı (İsa Məsih) və qadını naminə bilərəkdən üzərinə çətin şücaətlər öhdəliyi götürən cəngavərin əxlaqi cəhətlərini əxz edir.
Özünün və başqalarının günahlarına görə əzab çəkməkdən məmnun olmaq motivi ilə yanaşı, bu motiv də xristianlıq üçün səciyyəvi olan digər motivlə – İsanın günah bağışlayıcı əzablarına şərik olmaq səyləri ilə bağlıdır. Əhdi-Cədidin mistik təliminə görə, dindar məhrumiyyətləri öz üzərinə könüllü götürməklə və nagahan məşəqqətlərə səbrlə dözməklə öz cismi ilə "İsa əzablarının çatışmayan hissəsini doldurur". Bu təsəvvürü protestantizm dəki İsanın Qolqofada özünü birdəfəlik qurban verməsininin mütləq müstəsnalığı tezisi sıxışdırmışdır.
Azadolma kimi asketizm motivi müxtəlif dini və fəlsəfi-əxlaqi dünyagörüşləri üçün ümumi cəhətdir; bu motiv Budda rahiblərinin və rahibələrinin nəğmələrində (Theraqatha və Theriqatha) hakim mövqe qazanmış, yunan fəlsəfəsinə, xüsusilə Antisfenə və kiniklərə məlum olmuş, xristian ənənəsində xeyli iz buraxmış, Yeni dövrün bəzi ideoloji hərəkatlarında yeni məna kəsb etmişdir.
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 123. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Asketizm yun askhths azerb temrin mesq eden tecrube kecen Dini yaxud menevi meqsedler namine ehtiyaclarin odenilmesinin konullu suretde mehdudlasdirilmasi hezzden imtina olunmasi eziyyetlere dozumluluk gosterilmesi Asketizm tecrubesi muxtelif medeniyyetler de eyni meqamlari ozunu qidada mehdudlasdirmani oruc seksual munasibetlerden qorunmani nikahsizliq yaxud selibat tenhaliga cekilmeyi susmagi daha ifrat formalarda ise sefilliyi sergerdanliq dervislik ozune ezab vermeyi ve s ehtiva edir Hinduizm dininde asketizm tesirlerini gosteren tesvir Hindust asket qadin milli dini geyimde TarixiAsketizmin motivleri de muxtelif ola biler onlarin bezileri bir birini tamamlayir digerleri bir birini istisna edir Fovqeltebii quvvelerin menbeyi olan asketizm tesevvuru samanlarin acliq yuxu suzluq ve s vasitesile ruhlarla unsiyyete hazirligin ibtidai praktikasina dayaqlanir Bu motiv hind tantrizmi enenesi ucun xususile seciyyevidir Lakin teist dinler de asketizm motivi mocuzeyaratma yolu kimi ya deyisilmis sekilde ya da dini suurun meiset periferiyasinda uze cixir Dervis heyati suren muselman asket Benqaliya 1860 Asketizmin qedim motivasiyasi ozunun yaxud basqasinin gunahlarina gore ezab cekmekden memnun olmaq ideyasidir En arxaik medeniyyetlerde bele icmaya xeyir bereket getirmeyin ser quvveleri zerersizlesdirmeyin ve dini menevi qadagalarin pozulmasi neticesinde dagilmis dunya nizamini berpa etmeyin en guclu vasitesi kimi qurbanverme konsep siyasi melum idi Medeni inkisaf prosesinde insani qurbanverme praktikasi tedricen aradan qalxdiqca onun hansisa ekvivalentine ehtiyac yaranirdi meselen qedim Spartada genc oglanlar artiq oldurulmur evezinde Artemida Ortinin qurbangahina qanlari tokulenedek bedenleri qamcilanirdi bu merasimin teyinatinda ritual magik meqam menevi meqamdan ayrilmazdir Spirituallasmis anlamda bu motiv muhum deyisikliklere ugramadan xristianliq terefinden qebul edile bilerdi katolik enenesi ucun bu cehet xususile seciyyevi idi Misal olaraq 17 esrin evvellerinde Limadan olan Santa Rosa ozunun butun canlilarin ve olenlerin gunahlarina gore gunde uc defe ozunu qamcilayirdi Sakral funksiyalarin yerine yetirilmesi serti kimi cox zaman nikahsizliq praktikasini esaslandiran ritual temizliyin qorunmasi motivi de qedimden genis yayilmisdir Hetta asketizmin seciyyevi olmadigi dinlerde bele dini ayini yerine yetirmezden evvel ilahi qarsisinda durmaga hazirlasarken nikah elaqelerinden qorunmaq teleb edilirdi buradan asanliqla bele neticeye gelinirdi ki butun heyatlarini muqeddes varliqla qirilmaz elaqede keciren insanlar umumiyyetle nikaha daxil olmamalidirlar Katolik rahibine daim muqeddes ayinleri ilk novbede messani yerine yetirmek ucun selibat vacibdir Bu motivle bir sira diger motivler mes insanin muqeddes sayilan hansisa bir is namine oz dunyevi maraqlarindan imtina etmesi motivi de elaqelidir Diger motiv mistik heyecanlanmalara hazirliq meditasiya ve ekstaz ucun seraitin yaradilmasidir Teist dinlerde asketizm praktikasi insanin allaha olan sevgisini subut etmeyin ve cavab sevgisi xahisini ona catdirmagin en inandirici vasitesidir Son orta esrler dovru katolik mistikasinda asketizm pafosu oz krali Isa Mesih ve qadini namine bilerekden uzerine cetin sucaetler ohdeliyi goturen cengaverin exlaqi cehetlerini exz edir Ozunun ve basqalarinin gunahlarina gore ezab cekmekden memnun olmaq motivi ile yanasi bu motiv de xristianliq ucun seciyyevi olan diger motivle Isanin gunah bagislayici ezablarina serik olmaq seyleri ile baglidir Ehdi Cedidin mistik telimine gore dindar mehrumiyyetleri oz uzerine konullu goturmekle ve nagahan meseqqetlere sebrle dozmekle oz cismi ile Isa ezablarinin catismayan hissesini doldurur Bu tesevvuru protestantizm deki Isanin Qolqofada ozunu birdefelik qurban vermesininin mutleq mustesnaligi tezisi sixisdirmisdir Azadolma kimi asketizm motivi muxtelif dini ve felsefi exlaqi dunyagorusleri ucun umumi cehetdir bu motiv Budda rahiblerinin ve rahibelerinin negmelerinde Theraqatha ve Theriqatha hakim movqe qazanmis yunan felsefesine xususile Antisfene ve kiniklere melum olmus xristian enenesinde xeyli iz buraxmis Yeni dovrun bezi ideoloji herekatlarinda yeni mena kesb etmisdir MenbeAzerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 123 ISBN 978 9952 441 02 4