Asim əl-Əhvəl (ərəb. عاصم الأحول) və ya Əbu Əbdirrəhman Asim ibn Süleyman əl-Əhvəl əl-Bəsri (v. 760, Bəsrə) — Tabiin nəslinə mənsub görkəmli mühəddis.
Asim əl-Əhvəl | |
---|---|
ərəb. عاصم الأحول | |
Vəfat tarixi | 760 |
Vəfat yeri | |
Elm sahəsi | Hədis |
Elmi rəhbəri | Ənəs ibn Malik |
Tanınmış yetirməsi | Abdulla ibn Mübarək |
Bioqrafiyası
Doğulduğu yer və tarix haqqında mənbələrdə heç bir məlumat yoxdur. Adı Asim, ləqəbi isə Əhvəldir. Ərəbcə Əhvəl, "çəpgöz olmaq" deməkdir. Gözləri çəp olduğu üçün bu ləqəblə adlandırılmışdır. Ənəs ibn Malik və Abdullah ibn Sərcisdən hədis rəvayət etmişdir.Zəhəbi onu dördüncü təbəqə ricalı hesab etmişdir. Hədis rəvayət etdiyi tanınmış tabiinlər İbrahim ən-Nəxai, Həsən əl-Bəsri, Səid ibn Cübeyr və Mücahiddir. Özündən də Şöbə, Mamər ibn Rəşid, Yəhya ibn Səid əl-Qəttan, Abdullah ibn əl-Mübarək kimi məşhur mühəddislər hədis rəvayət ediblər. Əvvəllər Kufə bazarında möhtəsib, daha sonra isə xəlifə Əbu Cəfər əl-Mənsur dövrində Mədaində qazı işləmişdir. Onun Mədain möhtəsibi işlədiyi də nəql olunmuşdur. Lakin təbəqat kitablarına görə, Asim əl-Əhvəl daha çox hədis və rəvayətləri ilə məşhur olmuş, bu sahədə əksər alimlərin fikrincə hafizlik dərəcəsinə yüksəlmişdir. Süfyan əs-Səvri Asimi tanıdığı dörd böyük hədis hafizindən biri kimi göstərmişdir. Yəhya əl-Qəttan onu hədisdə zəif hesab etsə də, Əhməd ibn Hənbəl, İbn Məin, Əbu Züra və Əli ibn Mədini kimi alimlər onun etibarlı (siqa) olduğuna hökm vermişlər. Onun rəvayət etdiyi hədislərin başda "Kütübi-sittə" olmaqla demək olar ki, bütün mötəbər hədis kitablarında yer verilməsi də Asimin hədis elmindəki etibarlı mövqeyini təsdiqləyir. O, hicri 142 (miladi 760 və ya 761) və ya 143-cü ildə vəfat etmişdir.
İstinadlar
- "AHVEL". 30.03.2025 tarixində arxivləşdirilib.
- əl-Bağdadi, Xətib. Tarixi-Bağdad (ər).
- Zəhəbi. Mizənul-itidəl (ərəb). I–IV. Qahirə.
- İbn Səad. ət-Təbəqat (ərəb). VII. Beyrut. 1968.
- Süyuti. Təbəqatul-huffaz (ərəb). Qahirə. 1973.
- əl-Cəmili-ulum imam Əhməd: ər-Rical (ərəb). 2009.
- "عاصم بن سليمان ابو عبد الرحمن الاحول البصري". 30.03.2025 tarixində arxivləşdirilib.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Asim el Ehvel ereb عاصم الأحول ve ya Ebu Ebdirrehman Asim ibn Suleyman el Ehvel el Besri v 760 Besre Tabiin nesline mensub gorkemli muheddis Asim el Ehvelereb عاصم الأحول Vefat tarixi 760 Vefat yeri Besre Besre muhafezesi Iraq Elm sahesi Hedis Elmi rehberi Enes ibn Malik Taninmis yetirmesi Abdulla ibn MubarekBioqrafiyasiredakteDoguldugu yer ve tarix haqqinda menbelerde hec bir melumat yoxdur Adi Asim leqebi ise Ehveldir Erebce Ehvel cepgoz olmaq 1 demekdir Gozleri cep oldugu ucun bu leqeble adlandirilmisdir Enes ibn Malik ve Abdullah ibn Sercisden hedis revayet etmisdir 2 Zehebi onu dorduncu tebeqe ricali hesab etmisdir 3 Hedis revayet etdiyi taninmis tabiinler Ibrahim en Nexai Hesen el Besri Seid ibn Cubeyr ve Mucahiddir Ozunden de Sobe Mamer ibn Resid Yehya ibn Seid el Qettan Abdullah ibn el Mubarek kimi meshur muheddisler hedis revayet edibler Evveller Kufe bazarinda mohtesib daha sonra ise xelife Ebu Cefer el Mensur dovrinde Medainde qazi islemisdir 2 Onun Medain mohtesibi islediyi de neql olunmusdur Lakin tebeqat kitablarina 4 5 gore Asim el Ehvel daha cox hedis ve revayetleri ile meshur olmus bu sahede ekser alimlerin fikrince hafizlik derecesine yukselmisdir Sufyan es Sevri Asimi tanidigi dord boyuk hedis hafizinden biri kimi gostermisdir Yehya el Qettan onu hedisde zeif hesab etse de Ehmed ibn Henbel 6 Ibn Mein Ebu Zura ve Eli ibn Medini kimi alimler onun etibarli siqa olduguna hokm vermisler Onun revayet etdiyi hedislerin basda Kutubi sitte olmaqla demek olar ki butun moteber hedis kitablarinda yer verilmesi de Asimin hedis elmindeki etibarli movqeyini tesdiqleyir O hicri 142 miladi 760 ve ya 761 ve ya 143 cu ilde vefat etmisdir 7 Istinadlarredakte AHVEL 30 03 2025 tarixinde arxivlesdirilib 1 2 el Bagdadi Xetib Tarixi Bagdad er Zehebi Mizenul itidel ereb I IV Qahire Ibn Sead et Tebeqat ereb VII Beyrut 1968 Suyuti Tebeqatul huffaz ereb Qahire 1973 el Cemili ulum imam Ehmed er Rical ereb 2009 عاصم بن سليمان ابو عبد الرحمن الاحول البصري 30 03 2025 tarixinde arxivlesdirilib Menbe https az wikipedia org w index php title Asim el Ehvel amp oldid 8085521