Art haus kino (ing. Art house) - müstəqil çəkilən (“müstəqil kino”), kommersiya (satış) üçün nəzərdə tutulmayan filmlərdir. “Art haus” məhsulu kütləvi deyil, məhdud üçün nəzərdə tutulur.
Adətən bu cür filmlərdə kinematoqrafçılar bədii təsvirin daha ifadəli formalarının axtarışı ilə məşğul olur və kino dilini genişləndirir. Buna görə də həmin filmlər kifayət qədər anlayan, fərdi bilik səviyyəsi buna imkan verən tamaşaçı üçün nəzərdə tutulub. Hələ ilk filmlərdə - Jorj Melyes, D.Qriffit və ya Sergey Eyzenşteynin ekran əsərlərində “kino qaydaları” yenicə təşəkkül tapırdı. Lakin sonrakı dövr avanqardizmin nümayəndələri Luis Bünüelin, Jan Koktonun filmlərində kino əsl yaradıcı sənət növü kimi çıxış etməyə başladı.
Daha sonrakı mərhələdə Fransa kinosunda “Yeni dalğa” cərəyanının nümayəndələri , Fransua Trüffo, hələ “çılğın” tənqidçi kimi çıxış etdikləri zaman “Kaye dü Sinema” (Les Cahiers du cinema) kinojurnalında “müəllif kinosu” terminini icad etdilər. Onları müəllif imzasının fərdiliyi maraqlandırırdı. Lakin bu termini ünvanladıqları sənətkarlar fərdiliyin fərqinə varmadan filmlər çəkirdilər. Onlardan biri isə məşhur Alfred Hiçkok idi. O, filmdə formanı dəyişərək müxtəlif kino həllinə nail olurdu. Klassik variant - “Həyətə pəncərə” - kameranın hərəkətini məhdudlaşdırmaqla nə baş verər? Və ya tammetrajlı detektiv filmi səkkiz kadra yerləşdirmək? (“İp” filmi). Həqiqətən onun dünyası individual və fərqli idi.
Tarixi
Beləliklə, XX əsrin 20-30-cu illərində kinematoqrafda formalaşmış avanqardizm ənənələrində “art haus” kinoya gedən yol təşəkkül tapmağa başladı. Məhz həmin dövrdə kütləvi yönəlmiş “əyləncəli kino” və əsl sənət sayılaraq intellektual auditoriyaya ünvanlanmış “ciddi kino” anlayışları meydana gəldi. “Təmiz kino” (Cinema Pur) - fransa avanqardizminin nümayəndələri “Art Film” ideyasının inkişafına təkan verdilər. Dadaistlər - Rene Kler və Marsel Düşan Aristotel dövründən hökm sürən “zaman və məkan” anlayışına qarşı çıxaraq klassik incəsənət qanunlarını inkar edir və montaj yolu ilə “Təmiz kino” anlayışını təsdiqləməyə çalışırdılar. Bu cərəyan özlüyündə Almaniyada “mütləq kino”ya da təsirsiz ötüşmədi. Hans Rixter, Valter Ruttmann və Vikinq Eqqelinq alman kinosunda “art haus” ənənələrini yaratdılar. “Art haus” termini isə 1940-cı illərdə ABŞ-də yaranıb. Həmin dövrdə müharibəyə qədər çəkilmiş klassik Hollivud filmlərini, xarici (ABŞ istehsalı olmayan) filmləri, həmçinin yerli “müstəqil filmlər”i nümayiş etdirən kinoteatrlar bu cür adlanırdı. 1955-ci ildə Parisdə Beynəlxalq Arthaus Kinoteatrlar Konfederasiyasının (CICAE - fransızca Confederation Internationale des Cinemas d"Art et d"Essai) əsası qoyuldu. “Art film” anlayışı Avropaya nisbətən ABŞ-də daha geniş istifadə olunur. Avropa kinoşünasları fərqli xüsusiyyətlərinə görə “art” filmləri “kütləvi” filmlərdən ayırırlar. Kinoşünas Devid Bordvell təsdiq edir ki, “art kino” öz qanunları olan ayrıca janrdır. Lakin əksər hallarda “art haus” janrında çəkilmiş filmləri müasir kinematoqrafın heç bir klassik janrına aid etmək mümkün olmur. Avropada “art film” kommersiya filmlərinə aid edilmir və əyləncəli janr sayılmır. “Art haus” kinonun prokatı da çox məhduddur.
İstinadlar
- ""Art haus" kino nədir?". medeniyyet.az. 2020-09-20 tarixində . İstifadə tarixi: 28 Fevral 2018.
- Ebert, Roger. "Chungking Express Movie Review (1996)". . March 15, 1996. April 14, 2021 tarixində . İstifadə tarixi: February 22, 2018 – www.rogerebert.com vasitəsilə.
- Manchel, Frank. Film study: an analytical bibliography. Fairleigh Dickinson University Press. 1990. səh. 118.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Art haus kino ing Art house musteqil cekilen musteqil kino kommersiya satis ucun nezerde tutulmayan filmlerdir Art haus mehsulu kutlevi deyil mehdud ucun nezerde tutulur Adeten bu cur filmlerde kinematoqrafcilar bedii tesvirin daha ifadeli formalarinin axtarisi ile mesgul olur ve kino dilini genislendirir Buna gore de hemin filmler kifayet qeder anlayan ferdi bilik seviyyesi buna imkan veren tamasaci ucun nezerde tutulub Hele ilk filmlerde Jorj Melyes D Qriffit ve ya Sergey Eyzensteynin ekran eserlerinde kino qaydalari yenice tesekkul tapirdi Lakin sonraki dovr avanqardizmin numayendeleri Luis Bunuelin Jan Koktonun filmlerinde kino esl yaradici senet novu kimi cixis etmeye basladi Daha sonraki merhelede Fransa kinosunda Yeni dalga cereyaninin numayendeleri Fransua Truffo hele cilgin tenqidci kimi cixis etdikleri zaman Kaye du Sinema Les Cahiers du cinema kinojurnalinda muellif kinosu terminini icad etdiler Onlari muellif imzasinin ferdiliyi maraqlandirirdi Lakin bu termini unvanladiqlari senetkarlar ferdiliyin ferqine varmadan filmler cekirdiler Onlardan biri ise meshur Alfred Hickok idi O filmde formani deyiserek muxtelif kino helline nail olurdu Klassik variant Heyete pencere kameranin hereketini mehdudlasdirmaqla ne bas verer Ve ya tammetrajli detektiv filmi sekkiz kadra yerlesdirmek Ip filmi Heqiqeten onun dunyasi individual ve ferqli idi TarixiBelelikle XX esrin 20 30 cu illerinde kinematoqrafda formalasmis avanqardizm enenelerinde art haus kinoya geden yol tesekkul tapmaga basladi Mehz hemin dovrde kutlevi yonelmis eylenceli kino ve esl senet sayilaraq intellektual auditoriyaya unvanlanmis ciddi kino anlayislari meydana geldi Temiz kino Cinema Pur fransa avanqardizminin numayendeleri Art Film ideyasinin inkisafina tekan verdiler Dadaistler Rene Kler ve Marsel Dusan Aristotel dovrunden hokm suren zaman ve mekan anlayisina qarsi cixaraq klassik incesenet qanunlarini inkar edir ve montaj yolu ile Temiz kino anlayisini tesdiqlemeye calisirdilar Bu cereyan ozluyunde Almaniyada mutleq kino ya da tesirsiz otusmedi Hans Rixter Valter Ruttmann ve Vikinq Eqqelinq alman kinosunda art haus enenelerini yaratdilar Art haus termini ise 1940 ci illerde ABS de yaranib Hemin dovrde muharibeye qeder cekilmis klassik Hollivud filmlerini xarici ABS istehsali olmayan filmleri hemcinin yerli musteqil filmler i numayis etdiren kinoteatrlar bu cur adlanirdi 1955 ci ilde Parisde Beynelxalq Arthaus Kinoteatrlar Konfederasiyasinin CICAE fransizca Confederation Internationale des Cinemas d Art et d Essai esasi qoyuldu Art film anlayisi Avropaya nisbeten ABS de daha genis istifade olunur Avropa kinosunaslari ferqli xususiyyetlerine gore art filmleri kutlevi filmlerden ayirirlar Kinosunas Devid Bordvell tesdiq edir ki art kino oz qanunlari olan ayrica janrdir Lakin ekser hallarda art haus janrinda cekilmis filmleri muasir kinematoqrafin hec bir klassik janrina aid etmek mumkun olmur Avropada art film kommersiya filmlerine aid edilmir ve eylenceli janr sayilmir Art haus kinonun prokati da cox mehduddur Istinadlar Art haus kino nedir medeniyyet az 2020 09 20 tarixinde Istifade tarixi 28 Fevral 2018 Ebert Roger Chungking Express Movie Review 1996 March 15 1996 April 14 2021 tarixinde Istifade tarixi February 22 2018 www rogerebert com vasitesile Manchel Frank Film study an analytical bibliography Fairleigh Dickinson University Press 1990 seh 118