Ani qəsri və ya Kamsarakan qəsri — Ani şəhər xarabalıqlarının cənub qurtaracağında, hündür təpə üzərində yerləşən qəsr. Ani qəsrinin qala divarları qədim şəhər divarlarının ən qədim hissəsi olmaqla, VII əsrdə Şirak və ərazilərini idarə edən Kamsarakan sülaləsi tərəfindən qoyulmuşdur. Ani qəsri ərazisində 1907–1908-ci illərdə akademik N. Marr tərəfindən arxeoloji qazıntı işləri aparılmışdır.
Ani qəsri | |
---|---|
Ölkə | Türkiyə |
Şəhər | Qars, Qars ili |
Yerləşir | Ani şəhər xarabalığı |
Tikilmə tarixi | VII-VIII əsrlər |
Üslubu | |
Vəziyyəti | xarabalıq |
Rəsmi adı: Archaeological Site of Ani | |
Tipi | Mədəni |
Kriteriya | ii, iii, iv |
Təyin edilib | 2016 |
İstinad nöm. | 1518 |
Dövlət | Türkiyə |
Region | Avropa və Şimali Amerika |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və tədqiqi
Qəsrin inşası VII əsrə — Kamsarakan sülaləsinin hakimiyyəti dövrünə aid edilsə də , arxeoloji qazıntılar zamanı, XIII əsrə qədər onun dəfələrlə bərpa edildiyi aşkara çıxarılmışdır. Məsələn, akademik N. Marr, qəsrin giriş qapısının Şəddadilər dövründə (1072–1199) inşa edildiyini və daha qədim olan qəsr divarlarına birləşdirildiyini yazır.
Arxeoloji tədqiqatlar zamanı, Şəddadilər dövrünə aid qəsr qapısı altında, ilkin yer səthindən yuxarıda qəsrə su ötürən gil borular aşkara çıxarılmışdır. Qəsrin təbii su təchizatı olmadığına görə, bu borular vasitəsilə 11 kilometr aralıda yerləşən bulaqdan xüsusi olaraq çəkilmiş boru xətti vasitəsilə qəsrə su çatdırılırdı.
K. Basmacıyan 1904-cü ildə nəşr edilmiş "Ani xatirələri" (fr. Souvenir d'Ani) adlı broşurda qəsr yerində 1903-cü ildə aşkarlanmış yunan dilli kitabə haqqında xəbər verir. 1907-ci ildə qəsr ərazisində qazıntılar zamanı, N. Marr da yunan dilli kitabənin aşkar olunması haqqında məlumat verir və onu qısa müddətli Bizans idarəçiliyi dövrünə aid edir.
Təsviri
Hər tərəfdən qala divarları ilə möhkəmləndirilmiş qəsrin üç tərəfi eyni zamanda sərt qayalıqlarla da müdafiə olunur. Qüllələrlə möhkəmləndirilmiş qəsrin şimal-qərb tərəfində giriş qapısı vardır.
Giriş qapısının solunda yerləşən düzbucaqlı müşahidə qülləsinin hörgüsündə daha köhnə tikilinin daşlarından təkrar istifadə edilmişdir. Qüllənin daşlarının araşdırılması zamanı, onlarda qaranquş quyruğuna bənzər metal əlavələrlə birləşdirməni göstərən oyuq yerləri qeydə alınmışdır. Bu inşaat texnikası Arşakilər sülaləsinin hakimiyyəti dövründə — I–IV əsrlərdə geniş yayılmışdı. N. Marr qeyd edir ki, bu daşlar yaxınlıqda yerləşən Ani atəşgahından və ya atəşgahla eyni dövrə aid başqa bir binanın xarabalıqlarından gətirilmiş ola bilərdi.
Qəsr daxilində geniş saray binasının xarabalıqları yerləşir. Qədim saray, qəsrin və üzərində qəsr inşa edilmiş təpənin ən yüksək hissəsini əhatə edir. Saraydan başqa qəsr ərazisində iki kilsə, hamam və şahzadə sərdabəsi yerləşir.
Qəsr sarayı
Bu saray Aninin sülaləsindən olan hökmdarlarının, onların varislərinin və ehtimal ki, həm də Kamsarakan sülaləsindən olan şəhər hakimlərinin iqamətgahı olmuşdur. Sarayın dövrümüzə yalnız xarabalıqları çatmışdır. 1908–1909-cu illərdə saray ərazisində akademik N. Marr tərəfindən həyata keçirilmiş geniş arxeoloji qazıntı işlərinə kimi, sarayın yerüstü – görünən hissələri yox dərəcəsində idi.
Arxeoloji qazıntılar nəticəsində sarayın təməl planı tamamilə üzə çıxarılmış, əsrlər boyunca dəfələrlə fərqli inşaat işlərinə məruz qalan sarayın XV əsrdə tamamilə tərk edildiyi, sonradan sarayın fərqli hissələrinin inşaat materialı kimi söküldüyü müəyyən edilmişdir. Kömürlənmiş ağac hissələri və divarlardakı yanıq hissələri sarayın yekun məhvinin yanğın nəticəsində baş verdiyini deməyə əsas verir.
Saray 59 metr uzunluğa malik dəhliz ilə iki hissəyə — şimal və cənub hissələrinə bölünmüşdü. Arxeoloji qazıntılar nəticəsində N. Marr, sarayın giriş qapısının iki tərəfdən gözəl sütunlarla çərçivələndiyini müəyyən etmiş, həmçinin giriş qapısını bəzəmiş sfinks və şir təsvirli barelyefləri aşkara çıxarmışdır.
Saray hamamı
Sarayın xaçvari plana malik zalı və qəsrin şimal divarı arasında kiçik saray hamamının qalıqları yerləşir. Hamam, kiçik otaqla bir-birindən ayrılmış iki əsas hissədən ibarətdir. Ayırıcı otaqda su saxlanması üçün rezervuar və su qızdırılması üçün istixana yerləşir. Hamamın şərq tərəfində hipokast döşəmə üzərində altı sütun yeri vardır. Döşəmə, qalın sukeçirməz plaster təbəqə ilə örtülmüşdür. Divarlar üzlənmiş və al qırmızı rəngə boyanmış, yarpaq naxışları ilə bəzədilmişdir. Otağın şimal və cənub divarlarındakı kiçik hovuzlara su, divarın içi ilə çəkilmiş gil borular vasitəsilə çatdırılırdı.
Kiçik tağlı keçid, şərq hissədən, cənub divarında kiçik ayaq hovuzu olan giriş hissəyə gətirirdi. Giriş hissədən başqa bir tağlı keçid vasitəsilə yüksək dincəlmə yerlərinə malik soyunma otağına keçilir. Nazik dəhliz vasitəsilə soyunma otağı, hamamın qərb hissəsi ilə birləşir.
Saray kilsəsi
Mənbələrdə Kamsarakan kilsəsi, Müqəddəs Sarqis və Toros kilsəsi və Absalon kilsəsi kimi də qeyd edilən kiçik saray kilsəsi, Ani qəsrindəki hökmdar sarayının şərqində yerləşir. Dövrümüzə kilsənin yalnız şərq divarı çatmışdır. Kilsənin, ehtimal ki, 1966-cı il zəlzələsi zamanı dağılmış cənub divarının, iri qalıqları yaxınlıqdakı ərazidə qalmaqdadır.
XIX əsrin sonlarında kilsənin şərq tərəfinin əsas hissəsi artıq dağılmışdı. Qərb fasadının da böyük bir hissəsi dağılmış, qalan hissəsi isə uçmaq təhlükəsində idi. Abidə ərazisində arxeoloji tədqiqat işləri aparmış akademik N. Marr, 1912-ci ildə kilsənin qalan konstruksiyasının bərpasını təşkil etmiş, hörgünün çatışmayan hissələrini tamamlamışdır.
Kilsənin inşa tarixi elmi ədəbiyyatda mübahisə mövzusu olaraq qalmaqdadır. Marr, saray kilsəsini Aninin dövrümüzə çatmış ən qədim kilsəsi hesab edir, və kilsənin Kamsarakan sülaləsinin hakimiyyəti dövründə inşa edilməsi ehtimalını irəli sürür. Lakin, o, kilsənin sonrakı dövrlərdə əsaslı yenidənqurma və inşaat işlərinə məruz qaldığını da bildirir. M. F. Brosse saray kilsəsini sarayın təntənəli zallarından biri hesab edir. H. Linç bu fikirlə razılaşmayaraq, tikilinin şərqə istiqamətləndiyi və apsidası olmasını, apsida üzərində isə xaç təsvirinin qalıqlarının görünməsini əsas gətirərək, onun məhz kilsə binası olduğunu qeyd edir.
Birnefli bazilika formasına malik olan kilsə, bir apsidaya və tağtavanlı örtüyə malik idi.
Kiçik şahzadələr türbəsi
Mənbələrdə Kiçik şahzadələr türbəsi, Hökmdar övladları türbəsi, Micnaberd kilsəsi adları ilə qeyd edilən tikili, Ani qəsrindəki sara binasından bir qədər aşağıda – cənub-şərq istiqamətində yerləşir. Tikilinin divarlarında onun hansı məqsədlə inşa edilməsi və ya kimə həsr olunmasını göstərəcək heç bir kitabə yoxdur və mənbələrdə qeyd edilən adların hamısı XIX əsrə aiddir. M. F. Brosse memarlıq baxımından kilsənin təxminən XI əsrdə inşa edilmiş olması ehtimalını irəli sürür. M. F. Brosse saray kilsəsini sarayın təntənəli zallarından biri hesab edir.
Altıguşəli qəsr kilsəsi
Həm də Qəsr monastırı və Müqəddəs Egiya kilsəsi kimi tanınan Altıguşəli kilsə, Ani qəsrinin cənub qurtaracağında, qaya üzərində inşa edilmişdir. Tikilinin dövrümüzə çatmış qalıqları ilkin müşahidə zamanı daha çox, müşahidə qülləsini xatırladır. Tikili üzərində heç bir kitabə dövrümüzə çatmasa da, İ. Orbeli qeyd edir ki, abidənin kitabə qalığı üzərində 1026-cı il tarixinin, eyni zamanda hansısa Şahzadə Əbuhamrın adının göstərildiyi kitabə olmuşdur.
Kilsə, altıguşəli əsasında yaradılmış radial plana malikdir. Sadə plana malik kilsə, ehtimal ki, X əsrin II yarısı və ya XI əsrdə inşa edilmişdir.
İstinadlar
- Марр, 1934. səh. 66
- Марр, 1934. səh. 69
- Марр, 1934. səh. 67
- Basmadjian, K. J. Souvenir d'Ani. Paris. e Ier Mai 1904.
- Марр, 1934. səh. 68
- Халпахчьян, О.X.; Квитницкой, Е.Д.; Павлова, В.В.; Прибытковой, А.М. Глава «Архитектура Армении» (Всеобщая история архитектуры. Том I. Архитектура Древнего мира»). Москва: Стройиздат. 1970.
- Марр, 1934. səh. 70
- Марр, Н. Я.; Орбели, И. А. Археологическая экспедиция 1916 года в Ван (Раскопки двух ниш на Ванской скале и надписи Сардура Второго из раскопок западной ниши. Доклады Н. Марра и И. Орбели. Пг.: Русское археологическое общество). Академическая тип. 1922. 109.
- Марр, 1934. səh. 71
- Марр, 1934. səh. 74
- Марр, 1934. səh. 51
- Марр, 1934. səh. 52
- Марр, 1934. səh. 50
- Brosset, 1860-1861. səh. 7
- Lynch, H.F.B. Armenia, travels and studies. Volume I: The Russian Provinces. London: Longmans, Green, and Co. 1901. 379.
- Brosset, 1860-1861. səh. 9
- Марр, 1934. səh. 72
- Орбели, И. . Развалины Ани. С.-Петербургъ: Изданiе журнала "Нева". 1911. 4.
Ədəbiyyat
- Марр, Николай Яковлевич. Ани: Книга история города и раскопки на месте города. Санкт-Петербург: Государственное социально-экономическое издательство Ленинград. 1934.
- Brosset, Marie-Félicité. 'Les ruines d'Ani, capitale de l'Arménie sous les rois Bagratides, aux Xe et XIe siècles : histoire et description. 1,2, Histoire : avec un atlas de 21 planches lithographiées' - Viewer | MDZ. 1860–1861.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ani qesri ve ya Kamsarakan qesri Ani seher xarabaliqlarinin cenub qurtaracaginda hundur tepe uzerinde yerlesen qesr Ani qesrinin qala divarlari qedim seher divarlarinin en qedim hissesi olmaqla VII esrde Sirak ve erazilerini idare eden Kamsarakan sulalesi terefinden qoyulmusdur Ani qesri erazisinde 1907 1908 ci illerde akademik N Marr terefinden arxeoloji qazinti isleri aparilmisdir Ani qesriAni qesrinin Menucohr mescidinin minaresinden gorunusu40 30 05 sm e 43 34 01 s u Olke TurkiyeSeher Qars Qars iliYerlesir Ani seher xarabaligiTikilme tarixi VII VIII esrlerUslubuVeziyyeti xarabaliqUNESCO Umumdunya IrsiResmi adi Archaeological Site of AniTipiMedeniKriteriyaii iii ivTeyin edilib2016Istinad nom 1518DovletTurkiyeRegionAvropa ve Simali Amerika Vikianbarda elaqeli mediafayllarTarixi ve tedqiqiQesrin insasi VII esre Kamsarakan sulalesinin hakimiyyeti dovrune aid edilse de arxeoloji qazintilar zamani XIII esre qeder onun defelerle berpa edildiyi askara cixarilmisdir Meselen akademik N Marr qesrin giris qapisinin Seddadiler dovrunde 1072 1199 insa edildiyini ve daha qedim olan qesr divarlarina birlesdirildiyini yazir Arxeoloji tedqiqatlar zamani Seddadiler dovrune aid qesr qapisi altinda ilkin yer sethinden yuxarida qesre su oturen gil borular askara cixarilmisdir Qesrin tebii su techizati olmadigina gore bu borular vasitesile 11 kilometr aralida yerlesen bulaqdan xususi olaraq cekilmis boru xetti vasitesile qesre su catdirilirdi K Basmaciyan 1904 cu ilde nesr edilmis Ani xatireleri fr Souvenir d Ani adli brosurda qesr yerinde 1903 cu ilde askarlanmis yunan dilli kitabe haqqinda xeber verir 1907 ci ilde qesr erazisinde qazintilar zamani N Marr da yunan dilli kitabenin askar olunmasi haqqinda melumat verir ve onu qisa muddetli Bizans idareciliyi dovrune aid edir TesviriHer terefden qala divarlari ile mohkemlendirilmis qesrin uc terefi eyni zamanda sert qayaliqlarla da mudafie olunur Qullelerle mohkemlendirilmis qesrin simal qerb terefinde giris qapisi vardir Giris qapisinin solunda yerlesen duzbucaqli musahide qullesinin horgusunde daha kohne tikilinin daslarindan tekrar istifade edilmisdir Qullenin daslarinin arasdirilmasi zamani onlarda qaranqus quyruguna benzer metal elavelerle birlesdirmeni gosteren oyuq yerleri qeyde alinmisdir Bu insaat texnikasi Arsakiler sulalesinin hakimiyyeti dovrunde I IV esrlerde genis yayilmisdi N Marr qeyd edir ki bu daslar yaxinliqda yerlesen Ani atesgahindan ve ya atesgahla eyni dovre aid basqa bir binanin xarabaliqlarindan getirilmis ola bilerdi Qesr daxilinde genis saray binasinin xarabaliqlari yerlesir Qedim saray qesrin ve uzerinde qesr insa edilmis tepenin en yuksek hissesini ehate edir Saraydan basqa qesr erazisinde iki kilse hamam ve sahzade serdabesi yerlesir Qesr sarayi Bu saray Aninin sulalesinden olan hokmdarlarinin onlarin varislerinin ve ehtimal ki hem de Kamsarakan sulalesinden olan seher hakimlerinin iqametgahi olmusdur Sarayin dovrumuze yalniz xarabaliqlari catmisdir 1908 1909 cu illerde saray erazisinde akademik N Marr terefinden heyata kecirilmis genis arxeoloji qazinti islerine kimi sarayin yerustu gorunen hisseleri yox derecesinde idi Arxeoloji qazintilar neticesinde sarayin temel plani tamamile uze cixarilmis esrler boyunca defelerle ferqli insaat islerine meruz qalan sarayin XV esrde tamamile terk edildiyi sonradan sarayin ferqli hisselerinin insaat materiali kimi sokulduyu mueyyen edilmisdir Komurlenmis agac hisseleri ve divarlardaki yaniq hisseleri sarayin yekun mehvinin yangin neticesinde bas verdiyini demeye esas verir Saray 59 metr uzunluga malik dehliz ile iki hisseye simal ve cenub hisselerine bolunmusdu Arxeoloji qazintilar neticesinde N Marr sarayin giris qapisinin iki terefden gozel sutunlarla cercivelendiyini mueyyen etmis hemcinin giris qapisini bezemis sfinks ve sir tesvirli barelyefleri askara cixarmisdir Saray hamami Sarayin xacvari plana malik zali ve qesrin simal divari arasinda kicik saray hamaminin qaliqlari yerlesir Hamam kicik otaqla bir birinden ayrilmis iki esas hisseden ibaretdir Ayirici otaqda su saxlanmasi ucun rezervuar ve su qizdirilmasi ucun istixana yerlesir Hamamin serq terefinde hipokast doseme uzerinde alti sutun yeri vardir Doseme qalin sukecirmez plaster tebeqe ile ortulmusdur Divarlar uzlenmis ve al qirmizi renge boyanmis yarpaq naxislari ile bezedilmisdir Otagin simal ve cenub divarlarindaki kicik hovuzlara su divarin ici ile cekilmis gil borular vasitesile catdirilirdi Kicik tagli kecid serq hisseden cenub divarinda kicik ayaq hovuzu olan giris hisseye getirirdi Giris hisseden basqa bir tagli kecid vasitesile yuksek dincelme yerlerine malik soyunma otagina kecilir Nazik dehliz vasitesile soyunma otagi hamamin qerb hissesi ile birlesir Saray kilsesi Saray kilsesinin xarabaliqlari 2011 ci ilde Menbelerde Kamsarakan kilsesi Muqeddes Sarqis ve Toros kilsesi ve Absalon kilsesi kimi de qeyd edilen kicik saray kilsesi Ani qesrindeki hokmdar sarayinin serqinde yerlesir Dovrumuze kilsenin yalniz serq divari catmisdir Kilsenin ehtimal ki 1966 ci il zelzelesi zamani dagilmis cenub divarinin iri qaliqlari yaxinliqdaki erazide qalmaqdadir XIX esrin sonlarinda kilsenin serq terefinin esas hissesi artiq dagilmisdi Qerb fasadinin da boyuk bir hissesi dagilmis qalan hissesi ise ucmaq tehlukesinde idi Abide erazisinde arxeoloji tedqiqat isleri aparmis akademik N Marr 1912 ci ilde kilsenin qalan konstruksiyasinin berpasini teskil etmis horgunun catismayan hisselerini tamamlamisdir Kilsenin insa tarixi elmi edebiyyatda mubahise movzusu olaraq qalmaqdadir Marr saray kilsesini Aninin dovrumuze catmis en qedim kilsesi hesab edir ve kilsenin Kamsarakan sulalesinin hakimiyyeti dovrunde insa edilmesi ehtimalini ireli surur Lakin o kilsenin sonraki dovrlerde esasli yenidenqurma ve insaat islerine meruz qaldigini da bildirir M F Brosse saray kilsesini sarayin tenteneli zallarindan biri hesab edir H Linc bu fikirle razilasmayaraq tikilinin serqe istiqametlendiyi ve apsidasi olmasini apsida uzerinde ise xac tesvirinin qaliqlarinin gorunmesini esas getirerek onun mehz kilse binasi oldugunu qeyd edir Birnefli bazilika formasina malik olan kilse bir apsidaya ve tagtavanli ortuye malik idi Kicik sahzadeler turbesi Kicik Sahzadeler turbesinin xarabaliqlari 2011 ci ilde Menbelerde Kicik sahzadeler turbesi Hokmdar ovladlari turbesi Micnaberd kilsesi adlari ile qeyd edilen tikili Ani qesrindeki sara binasindan bir qeder asagida cenub serq istiqametinde yerlesir Tikilinin divarlarinda onun hansi meqsedle insa edilmesi ve ya kime hesr olunmasini gosterecek hec bir kitabe yoxdur ve menbelerde qeyd edilen adlarin hamisi XIX esre aiddir M F Brosse memarliq baximindan kilsenin texminen XI esrde insa edilmis olmasi ehtimalini ireli surur M F Brosse saray kilsesini sarayin tenteneli zallarindan biri hesab edir Altiguseli qesr kilsesi Hem de Qesr monastiri ve Muqeddes Egiya kilsesi kimi taninan Altiguseli kilse Ani qesrinin cenub qurtaracaginda qaya uzerinde insa edilmisdir Tikilinin dovrumuze catmis qaliqlari ilkin musahide zamani daha cox musahide qullesini xatirladir Tikili uzerinde hec bir kitabe dovrumuze catmasa da I Orbeli qeyd edir ki abidenin kitabe qaligi uzerinde 1026 ci il tarixinin eyni zamanda hansisa Sahzade Ebuhamrin adinin gosterildiyi kitabe olmusdur Kilse altiguseli esasinda yaradilmis radial plana malikdir Sade plana malik kilse ehtimal ki X esrin II yarisi ve ya XI esrde insa edilmisdir IstinadlarMarr 1934 seh 66 Marr 1934 seh 69 Marr 1934 seh 67 Basmadjian K J Souvenir d Ani Paris e Ier Mai 1904 Marr 1934 seh 68 Halpahchyan O X Kvitnickoj E D Pavlova V V Pribytkovoj A M Glava Arhitektura Armenii Vseobshaya istoriya arhitektury Tom I Arhitektura Drevnego mira Moskva Strojizdat 1970 Marr 1934 seh 70 Marr N Ya Orbeli I A Arheologicheskaya ekspediciya 1916 goda v Van Raskopki dvuh nish na Vanskoj skale i nadpisi Sardura Vtorogo iz raskopok zapadnoj nishi Doklady N Marra i I Orbeli Pg Russkoe arheologicheskoe obshestvo Akademicheskaya tip 1922 109 Marr 1934 seh 71 Marr 1934 seh 74 Marr 1934 seh 51 Marr 1934 seh 52 Marr 1934 seh 50 Brosset 1860 1861 seh 7 Lynch H F B Armenia travels and studies Volume I The Russian Provinces London Longmans Green and Co 1901 379 Brosset 1860 1861 seh 9 Marr 1934 seh 72 Orbeli I Razvaliny Ani S Peterburg Izdanie zhurnala Neva 1911 4 EdebiyyatMarr Nikolaj Yakovlevich Ani Kniga istoriya goroda i raskopki na meste goroda Sankt Peterburg Gosudarstvennoe socialno ekonomicheskoe izdatelstvo Leningrad 1934 Brosset Marie Felicite Les ruines d Ani capitale de l Armenie sous les rois Bagratides aux Xe et XIe siecles histoire et description 1 2 Histoire avec un atlas de 21 planches lithographiees Viewer MDZ 1860 1861