Androgenez (yun. νήράνδρός – kişi + … genez) – orqanizmin mayalanma prosesində yalnız spermatozoidlə yumurtahüceyrəyə düşən erkək nüvə hesabına inkişaf etməsi; dişi nüvə erkək nüvə ilə birləşmədiyinə və inkişaf prosesində iştirak etmədiyinə görə məhv olur. Bu halda yalançı mayalanma baş verir. Androgenez nəticəsində əmələ gələn nəsillər yalnız ata irsinin əlamətlərini saxlayır. Yumurtanın inkişafı bir erkək xromosom dəstinin, yaxud iki erkək xromosom dəstinin iştirakı ilə baş verir. Dişi nüvəsini itirmiş mayalanmış yumurta fraqmentinin inkişafı–meroqoniya androgenezin xüsusi bir halıdır. Təbiətdə androgenez müstəsna hallarda bəzi həşəratlarda və bitkilərdə müşahidə edilir. Androgenezi süni surətdə yaratmaq mümkündür. Bunun üçün yumurtanın nüvəsi mayalanmada iştirakdan mexaniki, fiziki və kimyəvi təsirlərlə təcrid edilməlidir.
Süni androgenez bitkilərdə (buğda, qarğıdalı, arpa, kartof) və heyvanlarda seleksiya prosesini sürətləndirmək üçün tətbiq edilir. İlk dəfə 1956-cı ildə B. L. Astaurov bu təcrübəni tut ipəkqurdu üzərində həyata keçirmiş və nəticədə sənaye miqyasında androgenetik erkək fərdlər almışdır onların baramasında dişi fərdlərin baramasına nisbətən ipək 20%-dən çoxdur, bu da inkişafı üçün əhəmiyyətlidir. Erkək cinsi hüceyrələr bankı yaratmaqla eks perimental androgenez metodunu nadir və nəsli kəsilmiş növlərin mühafizəsi və bərpasında tətbiq etmək olar. Ənənəvi olaraq diploid androgenez hadisəsindən nüvə və sitoplazma arasındakı qarşılıqlı təsir prosesini öyrənmək üçün istifadə edilir.
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 493. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Androgenez yun nhrandros kisi genez orqanizmin mayalanma prosesinde yalniz spermatozoidle yumurtahuceyreye dusen erkek nuve hesabina inkisaf etmesi disi nuve erkek nuve ile birlesmediyine ve inkisaf prosesinde istirak etmediyine gore mehv olur Bu halda yalanci mayalanma bas verir Androgenez neticesinde emele gelen nesiller yalniz ata irsinin elametlerini saxlayir Yumurtanin inkisafi bir erkek xromosom destinin yaxud iki erkek xromosom destinin istiraki ile bas verir Disi nuvesini itirmis mayalanmis yumurta fraqmentinin inkisafi meroqoniya androgenezin xususi bir halidir Tebietde androgenez mustesna hallarda bezi heseratlarda ve bitkilerde musahide edilir Androgenezi suni suretde yaratmaq mumkundur Bunun ucun yumurtanin nuvesi mayalanmada istirakdan mexaniki fiziki ve kimyevi tesirlerle tecrid edilmelidir Suni androgenez bitkilerde bugda qargidali arpa kartof ve heyvanlarda seleksiya prosesini suretlendirmek ucun tetbiq edilir Ilk defe 1956 ci ilde B L Astaurov bu tecrubeni tut ipekqurdu uzerinde heyata kecirmis ve neticede senaye miqyasinda androgenetik erkek ferdler almisdir onlarin baramasinda disi ferdlerin baramasina nisbeten ipek 20 den coxdur bu da inkisafi ucun ehemiyyetlidir Erkek cinsi huceyreler banki yaratmaqla eks perimental androgenez metodunu nadir ve nesli kesilmis novlerin muhafizesi ve berpasinda tetbiq etmek olar Enenevi olaraq diploid androgenez hadisesinden nuve ve sitoplazma arasindaki qarsiliqli tesir prosesini oyrenmek ucun istifade edilir MenbeAzerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 493 ISBN 978 9952 441 02 4