Bu məqaləni lazımdır. |
Amenoreya ― qadınlarda 6 ay və daha uzun müddət ərzində menstruasiyanın baş verməməsi.
Amenoreya | |
---|---|
XBT-10 | N -N |
XBT-10-KM | N91.2 |
XBT-9 | |
XBT-9-KM | 626.0 |
DiseasesDB | 9819 |
MedlinePlus | 001218, 001219 |
eMedicine | article/953850 |
MeSH | D000568 |
Amenoreya orqanizmin təbii halı ola bilir və ya orqanizmdə gedən genetik, biokimyəvi, fizioloji, psixoloji pozğunluqların əlaməti kimi özünü büruzə verir.
Təsnifatı
Amenoreyanın iki tipi ayrılır: yalançı amenoreya (psevdoamenoreya) və həqiqi amenoreya.
Yalançı amenoreya
Yalançı amenoreya zamanı yumurtalıq və uşaqlıqda dövri və hormonal dəyişikliklər saxlanılır, lakin anatomik maneələr səbəbindən aybaşı axıntısı baş vermir. Bu maneələrə cinsi orqanların anadangəlmə inkişaf qüsurları: uşaqlıq yolu, uşaqlıq boynu və qızlıq pərdəsinin atreziyası aiddir. Anatomik qüsurdan asılı olaraq yalançı amenoreya zamanı aybaşı qanı uşaqlıq borularında (hematosalpinks), uşaqlıq boşluğunda (hematometra) və ya uşaqlıq yolunda (hematokolpos) toplana bilər.
Həqiqi amenoreya
Həqiqi amenoreya üçün aybaşı qanaxmaları və orqanizmdə onun bağlı dövri dəyişikliklərin olmaması xarakterikdir. Həqiqi amenoreya zamanı ovulyasiya olmur və hamiləliyin baş tutması qeyri-mümkün hesab olunur. Yaranma səbəbindən asılı olaraq həqiqi amenoreya fizioloji və ya patoloji olur.
Fizioloji amenoreya
Fizioloji amenoreya xəstəlik sayılmır və orqanizmin təbii halı və ya qadınların yaş dövrləri ilə bağlı olur. Qızlarda yetkinlik dövrünə qədər, qadınlarda isə hamiləlik, laktasiya, postmenopauza dövründə rast gəlinir.
Laktasion amenoreya
Laktasiya dövründə aybaşının olmaması və cinsiyyət sistemində hormonasılı dövri dəyişikliklərin baş verməməsi laktasion amenoreya kimi qiymətləndirilir. Laktasion amenoreya kontrasepsiyanın fizioloji üsulu hesab olunur. Ovulyasiyanın olmaması hamiləlikdən qorunmağa kömək edir. Lakin bu metod doğuşdan sonra ilk 6 ay ərzində qadın uşağı döşlə qidalandırdığı halda effektivdir. Laktasion amenoreyanın kontrasepsiya üsulu kimi effektivliyi aşağıdakı şərtlərə əməl olunmasından asılıdır:
- Gün ərzində 6 dəfədən az olmayaraq, uşağın tələbatına uyğun döşlə qidalandırma;
- Gecə saatlarında əmizdirmə;
- Uşağın rasionuna əlavə qidaların əlavə olunmaması.
Laktasion amenoreyanın mexanizmi ana südü ilə qidalandırma zamanı anovulyasiyanın yaranmasına əsaslanır. Bununla əlaqədar aybaşı tsikli və hamiləlik baş vermir. Laktasion amenoreya zamanı effektivlik 98% təşkil edir. Bu üsulun üstünlüklərinə yüksək etibarlılıq, təbiilik, uşaq üçün xeyirli olması, rahat istifadə, əlavə təsirlərin olmaması, doğuşdan sonra orqanizimin sürətli bərpası aiddir.
Laktasion amenoreyanın kontraseptiv üsul kimi çatışmayan cəhəti onun qısamüddətli (maksimum 6 ay) olması və bütün effektivlik şərtlərinə əməl olunmasının vacibliyindən ibarətdir. Bundan əlavə laktasion amenoreya orqanizmi cinsi yolla keçən infeksiya və zöhrəvi xəstəliklərdən (o cümlədən İİV və hepatit B) müdafiə etmir. Laktasion amenoreyanın əsas kontraseptiv üsul kimi istifadəsi mümkün olmadıqda arzuolunmaz hamiləlikdən qorunmaq üçün ginekoloq tərəfindən digər etibarlı müdafiə vasitəsi seçilməlidir.
Patoloji amenoreya
Patoloji amenoreya qadın orqanizmində müxtəlif funksional və ya üzvi pozulmalar nəticəsində meydana çıxır. Patoloji amenoreya birincili və ikicili olmaqla iki qrupa ayrılır.
Birincili patoloji amenoreya 16 yaşından yuxarı ilkin aybaşısı olmayan qızlarda, ikincili isə əvvəllər müntəzəm aybaşısı olan, sonra isə 6 ay ərzində aybaşı olmayan qadınlarda təsadüf olunur.
Səbəbləri
Birincili amenoreyanın əsas yaranma səbəbləri
Birincili amenoreyanın yaranma səbəblərinə genetik (irsi), anatomik və psixoemosional amillər aid edilir. Birincili amenoreyanın rast gəlindiyi pasiyentlərin ailə anamnezində ana və ya böyük bacılarda aybaşının gec yaşda başlanması (17 yaşdan sonra) aşkar olunur. Bu hallarda amenoreyanın yaranma səbəbi irsi faktordur. Birincili amenoreya Terner sindromu zamanı müşahidə olunur. Bu sindrom cinsi xromosomların anomal inkişafı səbəbindən cinsiyyət vəzilərinin natamam inkişafı ilə səciyyələnir.
Birincili amenoreyanın anatomik amillərinə bədən quruluşunun pozulması (çəki azlığı, süd vəzilərinin natamam inkişafı, dar çanaq və s.) ilə təzahür edən fiziki inkişafın ümumi ləngiməsi, o cümlədən cinsiyyət orqanlarının inkişaf qüsurları (uşaqlıq yolu kanalı və qızlıq pərdəsinin bütov olması) aiddir. Birincili amenoreyanın yaranmasına həmçinin stress faktorları, ağır psixo-emosional sarsıntılar, anoreksiya və gərgin fiziki iş səbəb ola bilər. Bu amillər aybaşı funksiyasının formalaşma mərhələsində pozulmalar törətdiyindən tam inkişaf etməmiş yeniyetmə orqanizmi üçün çox təhlükəli hesab olunur.
İkincili amenoreyanın əsas yaranma səbəbləri
İkincili amenoreya aybaşı funksiyasının ağır pozğunluğu olub, 17-45 yaş arası qadınların 10%-də rast gəlinir. Müntəzəm aybaşının sonradan kəsilməsinə və ikincili amenoreyanın yaranmasına səbəb olan amillər aşağıdakılardır:
- Anoreksiya ― ağır pəhriz və ya yüksək fiziki yüklənmələr səbəbindən bədən çəkisinin proqressiv şəkildə azalması. Qadınların 38% -də rast gəlinir. İkincili anemiyalı pasiyentlərin əksəriyyəti pəhriz və anoreksiyaların – arıqlamağa yönəldilmış ağır psixi və fiziki pozulmaların qurbanı sayılır. Qidadan məqsədəuyğun şəkildə imtina, işlədici preparatlardan həddindən artıq istifadə, süni yolla qusma çəkinin kəskin azalması, psixoseksual pozğunluqlar, depressiya, qəbizlik və ikincili amenoreyanın inkişafına səbəb olur.
- Yumurtalıqların polikistozu — 26% qadınlarda müşahidə olunur. Yumurtalıqların polikistoz dəyişikliklərindən şübhələnməyə əsas verən əlamətlərə hirsutizm, akne, yağ mübadiləsinin pozulması, amenoreya, hamiləliyin baş verməməsi aiddir.
- Erkən menopauza — qadınların 22%-də qeydə alınır. Əgər 40 yaşa çatmayan qadınlarda yumurtalıqların fəaliyyətinin zəifliyi fonunda aybaşı halları kəsilirsə, bu erkən menopauza adlanır. Uzunmüddətli stress erkən menopauza və amenoreyaya səbəb ola bilər.
- Hiperprolaktinemiya — 11% qadınlarda rast gəlinir. Hiperprolaktinemiya — qanda prolaktin hormonunun səviyyəsinin artmasıdır. Bu zaman süd vəzilərindən südşəkilli ifrazat, aybaşı siklinin pozulmaları, o cümlədən aybaşının kəsilməsi –amenoreya müşahidə olunur.
Bəzən aybaşının kəsilməsi əsəb sarsıntılarına qarşı müvəqqəti reaksiya kimi baş verir, müəyyən müddətdən sonra öz-özünə, heç bir əlavə müdaxilə olmadan keçib gedir. Lakin əksər hallarda ikincili amenoreyanın olması təkmilləşdirilmiş tibbi müdaxilənin aparılmasına göstərişdir.
Diaqnostikası
İkincili amenoreyanın diaqnostikası
Ginekoloji müayinə zamanı aybaşının kəsilməsindən şikayət edən pasiyentlərdə ilk növbədə hamiləlik inkar olunur, ikincili amenoreyanın inkişafına səbəb olan amillər: pəhriz, fiziki və psixi yüklənmələr, yanaşı gedən xəstəliklər, ana, nənə və digər yaxın qohumlarda menopauzanın vaxtı aydınlaşdırılır. Ginekoloq pasiyentin boy və çəkisini, onların bir-birinə və norma göstəricilərinə uyğunluğunu təyin edir. Bəzi hallarda distrofiya və ya əksinə piylənmə hormonal və fizioloji pozulmalar fonunda ikincili amenoreyaya səbəb olur.
İkincili amenoreyaya şübhə yarandıqda müayinə yumurtalıqların funksional pozğunluqlarının xarakterinin müəyyənləşdirilməsinə yönəldilir. Bu məqsədlə hormonların səviyyəsi (ilk növbədə prolaktin, gestagen, estrogen, cinsi xromatin, kariotin) yoxlanılır, kiçik çanaq orqanlarının USM (yumurtalıqların polikistozu və endometriumun vəziyyətini müşahidə etmək üçün) aparılır. Əlavə olaraq rektal hərarətin qrafiki tərtib olunur. Pasiyentin orqanizminin estrogenla doyma dərəcəsini təyin etmək üçün uşaqlıq yolunun arxa tağından götürülən yaxmanın sitoloji analizi aparılır.
İkincili amenoreyalarda diaqnostik test-kriteriya “bəbək” simptomudur. "Aybaşı pozğunluğu" normal gedişi zamanı uşaqlıq boynunun şəffaf seliklə dolmuş xarici əsnəyinin diametri siklin 6-20-ci günlərində böyüyür və müayinə zamanı bəbəyi xatırladır. Amenoreya üçün uşaqlıq əsnəyinin cüzi açılması, az miqdarda seliyin olması xarakterikdir. Alınmış nəticələrə əsasən ikincili amenoreyanın yaranma səbəbi dəqiqləşdirilir və uyğun müalicə təyin olunur.
Müalicəsi
Birincili amenoreyanın müalicəsi
Birincili amenoreyanın müalicə prinsipi onu yaradan amillərin aradan qaldırılması və korreksiyasına yönəldilir. Terner sindromu aşkar olunan pasiyentlərdə ömürlük əvəzedici hormonal terapiya (estrogenizasiya) göstəriş sayılır. Qız uşaqlarında fiziki və reproduktiv inkişafda ləngimə olduqda əzələ və piy kütləsinin artırılmasına istiqamətləndirilmiş pəhriz və aybaşı funksiyasını stumullaşdıran hormonal müalicə təyin olunur. Hormonal terapiya ginekoloq – endokrinoloqun ciddi nəzarəti altında aparılmalıdır. Əgər birincili amenoreya anatomik səbəblərdən yaranırsa, cərrahi yolla maneə aradan qaldırılır, aybaşı qanının uşaqlıq boşluğundan cinsi yollarla xaricə axınına şərait yaradılır.
Yüksək emosional labillik zamanı sinir sisteminin möhkəmləndirilməsinə yönəldilmiş müalicə həyata keçirilir. Gənc yaşlarda müxtəlif pəhrizlər orqanizm üçün təhlükə törədə bilər, qidalanmada məhdudiyyətlər orqanizmə zülal, yağ, vitamin-mineral birləşmələrinin kifayət qədər daxil olmamasına, fiziki və cinsi inkişafın ləngiməsinə, o cümlədən amenoreyanın inkişafına səbəb olur. Bununla əlaqədar qida rejiminə xüsusi diqqət yetirilməlidir. Fiziki güc tələb edən idman növlərindən (ağır atletika, güləş, bodibildinq və s.) imtina etmək məsləhət görülür.
İkincili amenoreyanın müalicəsi
İkincili amenoreyanın müalicəsi onu törədən amillərin aradan qaldırılmasına yönəldilir.
Bədən çəkisinin kəskin azalması və ya fiziki yüklənmələr səbəbindən yaranan amenoreya düzgün olmayan həyat tərzinin nəticəsi hesab olunur və yaşam tərzi dəyişdirilməsini tələb edir. Yetkin qadınlarda bədən çəkisinin 10 kq –dan çox itirilməsi, həmçinin bədən çəkisinin 50 kq-dan az olması aybaşı siklinın normal gedişi üçün kritik göstərici sayılır. Aybaşı funksiyasının normalizasiyasına qədər estrogen komponenti olmayan progestagen tərkibli oral kontraseptivlər təyin edilir. Bəzən ikincili amenoreya hormonal terapiya aparılmadan normal fiziki yüklənmə, rasional qida, əmək və istirahət rejiminə riayət, psixoemosional vəziyyətin qaydaya salınması fonunda aradan qalxır.
Polikistoz yumurtalıqlar sindromunda yaranan ikincili amenoreya zamanı ilk növbədə əsas xəstəlik müalicə olunmalıdır. Bu zaman ovulyator siklin normallaşması üçün hormonal kontraseptivlərdən və ya orqan toxumalarının laporoskopik diatermokoaqulyasiyasından (göstərişlərə əsasən) istifadə edilir.
Amenoreyaya səbəb olan hiperprolaktinemiya prolaktinin səviyyəsini azaldan preparatlar- dofamin aqonistləri təyin olunmaqla aradan qaldırılır. Müalicənin effektivliyi ovulyasiyanın baş tutmasına dəlalət edən bazal hərarətin yüksəlməsinə əsasən müəyyən edilir. Hipofizin şiş xəstəliklərində neyrocərrahi müdaxilə göstəriş sayılır. Erkən menopauza fonunda yaranan ikincili amenoreya, uzunmüddətli əvəzedici hormonal terapiyanın köməyilə korreksiya olunur.
Müasir ginekologiyada KRT (köməkçi reproduktiv texnologiya) və EKM (ekstrakorporal mayalanma) üsullarının uğurlu tətbiqi erkən menopauza və müalicəyə tabe olmayan ikincili amenoreyanın aşkarlandığı qadınların hamilə qalmasına kömək edir. Belə hallarda süni mayalanma (ICSI, PICSI və ya IMSI üsulları) zamanı donor yumurtahüceyrəsi və ya donor embrionundan istifadə olunur. Sonra embrion gələcək ananın uşaqlığına köçürülür.
Reproduktiv yaş dövründə olan qadınlarda aybaşının qəfil kəsilməsi (ikincili amenoreya) orqanizmdə gedən pozğunluqlardan xəbər verən həyəcan siqnalıdır. Onların bir qismi yaşam tərzini dəyişməklə asanlıqla aradan qalxır, digər hissəsi isə tibbi yardımın göstərilməsini tələb edir. Amenoreyanın təhlükəliliyi onun hər zaman sonsuzluğun qadın amili ilə müşayiət olunmasından ibarətdir.
Həmçinin baxın
İstinadlar
- Disease Ontology (ing.). 2016.
- Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- Bağırova, Elnurə. "Fizioloji amenoreya" (PDF). Azərbaycan Tibb Universiteti.
- "Amenoreya". tibbiinfo.az.
- Ağayeva, Aygün. "Amenoreya". hekimtap.az.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Amenoreya qadinlarda 6 ay ve daha uzun muddet erzinde menstruasiyanin bas vermemesi AmenoreyaXBT 10 N91 0 N91 2XBT 10 KM N91 2XBT 9 626 0XBT 9 KM 626 0DiseasesDB 9819MedlinePlus 001218 001219eMedicine article 953850 MeSH D000568 Amenoreya orqanizmin tebii hali ola bilir ve ya orqanizmde geden genetik biokimyevi fizioloji psixoloji pozgunluqlarin elameti kimi ozunu buruze verir TesnifatiAmenoreyanin iki tipi ayrilir yalanci amenoreya psevdoamenoreya ve heqiqi amenoreya Yalanci amenoreya Yalanci amenoreya zamani yumurtaliq ve usaqliqda dovri ve hormonal deyisiklikler saxlanilir lakin anatomik maneeler sebebinden aybasi axintisi bas vermir Bu maneelere cinsi orqanlarin anadangelme inkisaf qusurlari usaqliq yolu usaqliq boynu ve qizliq perdesinin atreziyasi aiddir Anatomik qusurdan asili olaraq yalanci amenoreya zamani aybasi qani usaqliq borularinda hematosalpinks usaqliq boslugunda hematometra ve ya usaqliq yolunda hematokolpos toplana biler Heqiqi amenoreya Heqiqi amenoreya ucun aybasi qanaxmalari ve orqanizmde onun bagli dovri deyisikliklerin olmamasi xarakterikdir Heqiqi amenoreya zamani ovulyasiya olmur ve hamileliyin bas tutmasi qeyri mumkun hesab olunur Yaranma sebebinden asili olaraq heqiqi amenoreya fizioloji ve ya patoloji olur Fizioloji amenoreya Fizioloji amenoreya xestelik sayilmir ve orqanizmin tebii hali ve ya qadinlarin yas dovrleri ile bagli olur Qizlarda yetkinlik dovrune qeder qadinlarda ise hamilelik laktasiya postmenopauza dovrunde rast gelinir Laktasion amenoreya Laktasiya dovrunde aybasinin olmamasi ve cinsiyyet sisteminde hormonasili dovri deyisikliklerin bas vermemesi laktasion amenoreya kimi qiymetlendirilir Laktasion amenoreya kontrasepsiyanin fizioloji usulu hesab olunur Ovulyasiyanin olmamasi hamilelikden qorunmaga komek edir Lakin bu metod dogusdan sonra ilk 6 ay erzinde qadin usagi dosle qidalandirdigi halda effektivdir Laktasion amenoreyanin kontrasepsiya usulu kimi effektivliyi asagidaki sertlere emel olunmasindan asilidir Gun erzinde 6 defeden az olmayaraq usagin telebatina uygun dosle qidalandirma Gece saatlarinda emizdirme Usagin rasionuna elave qidalarin elave olunmamasi Laktasion amenoreyanin mexanizmi ana sudu ile qidalandirma zamani anovulyasiyanin yaranmasina esaslanir Bununla elaqedar aybasi tsikli ve hamilelik bas vermir Laktasion amenoreya zamani effektivlik 98 teskil edir Bu usulun ustunluklerine yuksek etibarliliq tebiilik usaq ucun xeyirli olmasi rahat istifade elave tesirlerin olmamasi dogusdan sonra orqanizimin suretli berpasi aiddir Laktasion amenoreyanin kontraseptiv usul kimi catismayan ceheti onun qisamuddetli maksimum 6 ay olmasi ve butun effektivlik sertlerine emel olunmasinin vacibliyinden ibaretdir Bundan elave laktasion amenoreya orqanizmi cinsi yolla kecen infeksiya ve zohrevi xesteliklerden o cumleden IIV ve hepatit B mudafie etmir Laktasion amenoreyanin esas kontraseptiv usul kimi istifadesi mumkun olmadiqda arzuolunmaz hamilelikden qorunmaq ucun ginekoloq terefinden diger etibarli mudafie vasitesi secilmelidir Patoloji amenoreya Patoloji amenoreya qadin orqanizminde muxtelif funksional ve ya uzvi pozulmalar neticesinde meydana cixir Patoloji amenoreya birincili ve ikicili olmaqla iki qrupa ayrilir Birincili patoloji amenoreya 16 yasindan yuxari ilkin aybasisi olmayan qizlarda ikincili ise evveller muntezem aybasisi olan sonra ise 6 ay erzinde aybasi olmayan qadinlarda tesaduf olunur SebebleriBirincili amenoreyanin esas yaranma sebebleri Birincili amenoreyanin yaranma sebeblerine genetik irsi anatomik ve psixoemosional amiller aid edilir Birincili amenoreyanin rast gelindiyi pasiyentlerin aile anamnezinde ana ve ya boyuk bacilarda aybasinin gec yasda baslanmasi 17 yasdan sonra askar olunur Bu hallarda amenoreyanin yaranma sebebi irsi faktordur Birincili amenoreya Terner sindromu zamani musahide olunur Bu sindrom cinsi xromosomlarin anomal inkisafi sebebinden cinsiyyet vezilerinin natamam inkisafi ile seciyyelenir Birincili amenoreyanin anatomik amillerine beden qurulusunun pozulmasi ceki azligi sud vezilerinin natamam inkisafi dar canaq ve s ile tezahur eden fiziki inkisafin umumi lengimesi o cumleden cinsiyyet orqanlarinin inkisaf qusurlari usaqliq yolu kanali ve qizliq perdesinin butov olmasi aiddir Birincili amenoreyanin yaranmasina hemcinin stress faktorlari agir psixo emosional sarsintilar anoreksiya ve gergin fiziki is sebeb ola biler Bu amiller aybasi funksiyasinin formalasma merhelesinde pozulmalar toretdiyinden tam inkisaf etmemis yeniyetme orqanizmi ucun cox tehlukeli hesab olunur Ikincili amenoreyanin esas yaranma sebebleri Ikincili amenoreya aybasi funksiyasinin agir pozgunlugu olub 17 45 yas arasi qadinlarin 10 de rast gelinir Muntezem aybasinin sonradan kesilmesine ve ikincili amenoreyanin yaranmasina sebeb olan amiller asagidakilardir Anoreksiya agir pehriz ve ya yuksek fiziki yuklenmeler sebebinden beden cekisinin proqressiv sekilde azalmasi Qadinlarin 38 de rast gelinir Ikincili anemiyali pasiyentlerin ekseriyyeti pehriz ve anoreksiyalarin ariqlamaga yoneldilmis agir psixi ve fiziki pozulmalarin qurbani sayilir Qidadan meqsedeuygun sekilde imtina isledici preparatlardan heddinden artiq istifade suni yolla qusma cekinin keskin azalmasi psixoseksual pozgunluqlar depressiya qebizlik ve ikincili amenoreyanin inkisafina sebeb olur Yumurtaliqlarin polikistozu 26 qadinlarda musahide olunur Yumurtaliqlarin polikistoz deyisikliklerinden subhelenmeye esas veren elametlere hirsutizm akne yag mubadilesinin pozulmasi amenoreya hamileliyin bas vermemesi aiddir Erken menopauza qadinlarin 22 de qeyde alinir Eger 40 yasa catmayan qadinlarda yumurtaliqlarin fealiyyetinin zeifliyi fonunda aybasi hallari kesilirse bu erken menopauza adlanir Uzunmuddetli stress erken menopauza ve amenoreyaya sebeb ola biler Hiperprolaktinemiya 11 qadinlarda rast gelinir Hiperprolaktinemiya qanda prolaktin hormonunun seviyyesinin artmasidir Bu zaman sud vezilerinden sudsekilli ifrazat aybasi siklinin pozulmalari o cumleden aybasinin kesilmesi amenoreya musahide olunur Bezen aybasinin kesilmesi eseb sarsintilarina qarsi muveqqeti reaksiya kimi bas verir mueyyen muddetden sonra oz ozune hec bir elave mudaxile olmadan kecib gedir Lakin ekser hallarda ikincili amenoreyanin olmasi tekmillesdirilmis tibbi mudaxilenin aparilmasina gosterisdir DiaqnostikasiIkincili amenoreyanin diaqnostikasi Ginekoloji muayine zamani aybasinin kesilmesinden sikayet eden pasiyentlerde ilk novbede hamilelik inkar olunur ikincili amenoreyanin inkisafina sebeb olan amiller pehriz fiziki ve psixi yuklenmeler yanasi geden xestelikler ana nene ve diger yaxin qohumlarda menopauzanin vaxti aydinlasdirilir Ginekoloq pasiyentin boy ve cekisini onlarin bir birine ve norma gostericilerine uygunlugunu teyin edir Bezi hallarda distrofiya ve ya eksine piylenme hormonal ve fizioloji pozulmalar fonunda ikincili amenoreyaya sebeb olur Ikincili amenoreyaya subhe yarandiqda muayine yumurtaliqlarin funksional pozgunluqlarinin xarakterinin mueyyenlesdirilmesine yoneldilir Bu meqsedle hormonlarin seviyyesi ilk novbede prolaktin gestagen estrogen cinsi xromatin kariotin yoxlanilir kicik canaq orqanlarinin USM yumurtaliqlarin polikistozu ve endometriumun veziyyetini musahide etmek ucun aparilir Elave olaraq rektal heraretin qrafiki tertib olunur Pasiyentin orqanizminin estrogenla doyma derecesini teyin etmek ucun usaqliq yolunun arxa tagindan goturulen yaxmanin sitoloji analizi aparilir Ikincili amenoreyalarda diaqnostik test kriteriya bebek simptomudur Aybasi pozgunlugu normal gedisi zamani usaqliq boynunun seffaf selikle dolmus xarici esneyinin diametri siklin 6 20 ci gunlerinde boyuyur ve muayine zamani bebeyi xatirladir Amenoreya ucun usaqliq esneyinin cuzi acilmasi az miqdarda seliyin olmasi xarakterikdir Alinmis neticelere esasen ikincili amenoreyanin yaranma sebebi deqiqlesdirilir ve uygun mualice teyin olunur MualicesiBirincili amenoreyanin mualicesi Birincili amenoreyanin mualice prinsipi onu yaradan amillerin aradan qaldirilmasi ve korreksiyasina yoneldilir Terner sindromu askar olunan pasiyentlerde omurluk evezedici hormonal terapiya estrogenizasiya gosteris sayilir Qiz usaqlarinda fiziki ve reproduktiv inkisafda lengime olduqda ezele ve piy kutlesinin artirilmasina istiqametlendirilmis pehriz ve aybasi funksiyasini stumullasdiran hormonal mualice teyin olunur Hormonal terapiya ginekoloq endokrinoloqun ciddi nezareti altinda aparilmalidir Eger birincili amenoreya anatomik sebeblerden yaranirsa cerrahi yolla manee aradan qaldirilir aybasi qaninin usaqliq boslugundan cinsi yollarla xarice axinina serait yaradilir Yuksek emosional labillik zamani sinir sisteminin mohkemlendirilmesine yoneldilmis mualice heyata kecirilir Genc yaslarda muxtelif pehrizler orqanizm ucun tehluke torede biler qidalanmada mehdudiyyetler orqanizme zulal yag vitamin mineral birlesmelerinin kifayet qeder daxil olmamasina fiziki ve cinsi inkisafin lengimesine o cumleden amenoreyanin inkisafina sebeb olur Bununla elaqedar qida rejimine xususi diqqet yetirilmelidir Fiziki guc teleb eden idman novlerinden agir atletika gules bodibildinq ve s imtina etmek meslehet gorulur Ikincili amenoreyanin mualicesi Ikincili amenoreyanin mualicesi onu toreden amillerin aradan qaldirilmasina yoneldilir Beden cekisinin keskin azalmasi ve ya fiziki yuklenmeler sebebinden yaranan amenoreya duzgun olmayan heyat terzinin neticesi hesab olunur ve yasam terzi deyisdirilmesini teleb edir Yetkin qadinlarda beden cekisinin 10 kq dan cox itirilmesi hemcinin beden cekisinin 50 kq dan az olmasi aybasi siklinin normal gedisi ucun kritik gosterici sayilir Aybasi funksiyasinin normalizasiyasina qeder estrogen komponenti olmayan progestagen terkibli oral kontraseptivler teyin edilir Bezen ikincili amenoreya hormonal terapiya aparilmadan normal fiziki yuklenme rasional qida emek ve istirahet rejimine riayet psixoemosional veziyyetin qaydaya salinmasi fonunda aradan qalxir Polikistoz yumurtaliqlar sindromunda yaranan ikincili amenoreya zamani ilk novbede esas xestelik mualice olunmalidir Bu zaman ovulyator siklin normallasmasi ucun hormonal kontraseptivlerden ve ya orqan toxumalarinin laporoskopik diatermokoaqulyasiyasindan gosterislere esasen istifade edilir Amenoreyaya sebeb olan hiperprolaktinemiya prolaktinin seviyyesini azaldan preparatlar dofamin aqonistleri teyin olunmaqla aradan qaldirilir Mualicenin effektivliyi ovulyasiyanin bas tutmasina delalet eden bazal heraretin yukselmesine esasen mueyyen edilir Hipofizin sis xesteliklerinde neyrocerrahi mudaxile gosteris sayilir Erken menopauza fonunda yaranan ikincili amenoreya uzunmuddetli evezedici hormonal terapiyanin komeyile korreksiya olunur Muasir ginekologiyada KRT komekci reproduktiv texnologiya ve EKM ekstrakorporal mayalanma usullarinin ugurlu tetbiqi erken menopauza ve mualiceye tabe olmayan ikincili amenoreyanin askarlandigi qadinlarin hamile qalmasina komek edir Bele hallarda suni mayalanma ICSI PICSI ve ya IMSI usullari zamani donor yumurtahuceyresi ve ya donor embrionundan istifade olunur Sonra embrion gelecek ananin usaqligina kocurulur Reproduktiv yas dovrunde olan qadinlarda aybasinin qefil kesilmesi ikincili amenoreya orqanizmde geden pozgunluqlardan xeber veren heyecan siqnalidir Onlarin bir qismi yasam terzini deyismekle asanliqla aradan qalxir diger hissesi ise tibbi yardimin gosterilmesini teleb edir Amenoreyanin tehlukeliliyi onun her zaman sonsuzlugun qadin amili ile musayiet olunmasindan ibaretdir Hemcinin baxin Aybasi Aybasi dovruIstinadlarDisease Ontology ing 2016 Monarch Disease Ontology release 2018 06 29 2018 06 29 2018 Bagirova Elnure Fizioloji amenoreya PDF Azerbaycan Tibb Universiteti Amenoreya tibbiinfo az Agayeva Aygun Amenoreya hekimtap az