Ailə-kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsi .
Fəaliyyətin hüquqi və təşkilati əsasları
Ailə-kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsasları 2005-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Ailə- kəndli təsərrüfatı haqqında” Qanunu ilə tənzimlənir. Bu Qanunun məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Ailə-kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə-kəndli təsərrüfatı fiziki şəxs kimi fəaliyyət göstərir və bu fəaliyyət sahibkarlıq hesab edilmir. Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər, ev və bağçılıq təsərrüfatları ailə-kəndli təsərrüfatına aid edilmir.
Təsərrüfatın statusunu müəyyən edən əsas amil
Ailə-kəndli təsərrüfatının statusunu müəyyən edən amillərdən biri ailə başçısının təsərrüfatda çalışmasıdır və bu təsərrüfat onun əsas iş yeri olmalıdır. Ailə başçısı kənarda çalışarsa, həmin təsərrüfat ailə-kəndli təsərrüfatı hesab olunmur və öz statusunu itirir. Ailə-kəndli təsərrüfatı onun hər bir üzvü üçün maliyyə vahidinin 2000 misli miqdarında müəyyən edilmiş illik dövriyyəsinin yuxarı həddini keçdikdə və sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda da öz statusunu itirir. Bələdiyyələr öz ərazilərində olan ailə-kəndli təsərrüfatının uçotunu aparır və təsərrüfatın üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqə verir. Bu vəsiqənin verilməsi üçün haqq ödənilmir. Dövlət orqanlarının və bələdiyyələrin qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla ailə-kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə etmələrinə yol verilmir. Müvafiq dövlət orqanları və bələdiyyələr yalnız öz səlahiyyətləri daxilində ailə-kəndli təsərrüfatından qanunvericiliyə əməl etməsini tələb edə bilərlər. Ailə-kəndli təsərrüfatı yerləşdiyi ərazinin iqtisadi və sosial inkişafını təmin edən sahəvi və regional proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşılıqlı fəaliyyət göstərə bilər.
Dövlət himayəsi və vergilər
Ailə-kəndli təsərrüfatları kənd təsərrüfatı məhsulları istehsalçısı kimi dövlət himayəsi və dəstəyi ilə əhatə olunur. Onlar Vergi Məcəlləsinə əsasən, gəlir vergisindən azaddırlar. Digər müvafiq qanunvericiliyə görə isə 1 yanvar 2014-cü il tarixinə kimi torpaq vergisi istisna olmaqla başqa vergilərdən azaddırlar. Bundan əlavə, ailə-kəndli təsərrüfatları başqa təsərrüfatçılıq formaları kimi dövlət vəsaiti hesabına güzəştli maliyyə-kredit dəstəyi ilə təmin olunur, subsidiyalar alır və digər stimullaşdırıcı tədbirlərlə əhatə olunurlar.
Statistik rəqəmlər
2005-ci ildə aparılan kənd təsərrüfatı siyahıyaalınmasının yekununa görə Azərbaycan Respublikasında 807427 ailə-kəndli təsərrüfatının mövcud olması qeyd edilmişdir. Bu təsərrüfatların 2004581 nəfər daimi işçisi olmuşdur. Onların mülkiyyətində və icarəsində 1610664 hektar ümumi torpaq sahəsi vardır ki, bunun da 1585629 hektarı kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 1120396 hektarı əkin yeri, 121904 hektarı dincə qoyulmuş torpaqlar, 91914 hektarı çoxillik əkmələr və 251415 hektarı biçənək və otlaqlardır. Bu isə o deməkdir ki, bütün təsərrüfat kateqoriyaları üzrə cəmi torpaqların 69,3 faizi, kənd təsərrüfatına yararlı torpaqların 73,8 faizi, əkin torpaqlarının isə 69,6 faizi ailə-kəndli təsərrüfatlarının payına düşür. Həmin dövrdə özəl bölmədə olan iribuynuzlu mal-qaranın 83,6 faizi (1952546 baş), qoyun və keçilərin isə 80,5 faizi (6015115 baş) ailə-kəndli təsərrüfatlarına məxsus olmuşdur.
Həmçinin bax
- * Kənd təsərrüfatı
- * Bələdiyyə
- * Ferma
Xarici keçidlər
- Ailə-kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunu
- Vergi məcəlləsi 2019-07-06 at the Wayback Machine
- Torpaq vergisi
İstinadlar
- Ziyad Səmədzadə, Böyük İqtisadi Ensiklopediya 1-ci cild,Azərbaycan İqtisadçılar İttifaqı, Şərq-Qərb Nəşriyyatı Bakı-2012 səhifə 25-26
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aile kendli teserrufati aile uzvlerinin ve onlarla birge fealiyyet gosteren sexslerin ferdi emeyi ve mulkiyyetinde ve ya icaresinde olan emlak esasinda huquqi sexs yaratmadan kend yerlerinde istehsal ve diger teserrufat fealiyyetinin mehsullarin istehsalinin emalinin saxlanmasinin dasinmasinin ve satilmasinin birge heyata kecirilmesi Fealiyyetin huquqi ve teskilati esaslariAile kendli teserrufati fealiyyetinin huquqi ve teskilati esaslari 2005 ci ilde qebul edilmis Azerbaycan Respublikasinin Aile kendli teserrufati haqqinda Qanunu ile tenzimlenir Bu Qanunun meqsedi kend yerlerinde aile emeyine esaslanan teserrufatlarin inkisafinin desteklenmesi ozunu mesgullugun stimullasdirilmasi ve semereliliyinin yukseldilmesi alternativ gelir menbelerinin genislendirilmesi ve kend yerlerinin inkisafinin suretlendirilmesidir Aile kendli teserrufatinin terkibi bir neferden aile uzvlerinden ve onlarla qohumluq ve ya diger munasibetler esasinda birge fealiyyet gosteren sexslerden ibaret ola biler Aile kendli teserrufati fiziki sexs kimi fealiyyet gosterir ve bu fealiyyet sahibkarliq hesab edilmir Kend yerlerinde fealiyyet gosteren huquqi sexsler sahibkarliqla mesgul olan fiziki sexsler ev ve bagciliq teserrufatlari aile kendli teserrufatina aid edilmir Teserrufatin statusunu mueyyen eden esas amil Aile kendli teserrufatinin statusunu mueyyen eden amillerden biri aile bascisinin teserrufatda calismasidir ve bu teserrufat onun esas is yeri olmalidir Aile bascisi kenarda calisarsa hemin teserrufat aile kendli teserrufati hesab olunmur ve oz statusunu itirir Aile kendli teserrufati onun her bir uzvu ucun maliyye vahidinin 2000 misli miqdarinda mueyyen edilmis illik dovriyyesinin yuxari heddini kecdikde ve sahibkarliq fealiyyeti ile mesgul olduqda da oz statusunu itirir Belediyyeler oz erazilerinde olan aile kendli teserrufatinin ucotunu aparir ve teserrufatin uzvlerine onlarin statusunu emek fealiyyetini ve emek stajini tesdiq eden vesiqe verir Bu vesiqenin verilmesi ucun haqq odenilmir Dovlet orqanlarinin ve belediyyelerin qanunvericilikde nezerde tutulmus hallar istisna olmaqla aile kendli teserrufatinin fealiyyetine mudaxile etmelerine yol verilmir Muvafiq dovlet orqanlari ve belediyyeler yalniz oz selahiyyetleri daxilinde aile kendli teserrufatindan qanunvericiliye emel etmesini teleb ede bilerler Aile kendli teserrufati yerlesdiyi erazinin iqtisadi ve sosial inkisafini temin eden sahevi ve regional proqramlarin hazirlanmasi ve heyata kecirilmesinde dovlet orqanlari ve belediyyeler ile konullu olaraq qarsiliqli fealiyyet gostere biler Dovlet himayesi ve vergiler Aile kendli teserrufatlari kend teserrufati mehsullari istehsalcisi kimi dovlet himayesi ve desteyi ile ehate olunur Onlar Vergi Mecellesine esasen gelir vergisinden azaddirlar Diger muvafiq qanunvericiliye gore ise 1 yanvar 2014 cu il tarixine kimi torpaq vergisi istisna olmaqla basqa vergilerden azaddirlar Bundan elave aile kendli teserrufatlari basqa teserrufatciliq formalari kimi dovlet vesaiti hesabina guzestli maliyye kredit desteyi ile temin olunur subsidiyalar alir ve diger stimullasdirici tedbirlerle ehate olunurlar Statistik reqemler 2005 ci ilde aparilan kend teserrufati siyahiyaalinmasinin yekununa gore Azerbaycan Respublikasinda 807427 aile kendli teserrufatinin movcud olmasi qeyd edilmisdir Bu teserrufatlarin 2004581 nefer daimi iscisi olmusdur Onlarin mulkiyyetinde ve icaresinde 1610664 hektar umumi torpaq sahesi vardir ki bunun da 1585629 hektari kend teserrufatina yararli torpaqlar o cumleden 1120396 hektari ekin yeri 121904 hektari dince qoyulmus torpaqlar 91914 hektari coxillik ekmeler ve 251415 hektari bicenek ve otlaqlardir Bu ise o demekdir ki butun teserrufat kateqoriyalari uzre cemi torpaqlarin 69 3 faizi kend teserrufatina yararli torpaqlarin 73 8 faizi ekin torpaqlarinin ise 69 6 faizi aile kendli teserrufatlarinin payina dusur Hemin dovrde ozel bolmede olan iribuynuzlu mal qaranin 83 6 faizi 1952546 bas qoyun ve kecilerin ise 80 5 faizi 6015115 bas aile kendli teserrufatlarina mexsus olmusdur Hemcinin bax Kend teserrufati Belediyye FermaXarici kecidlerAile kendli teserrufati haqqinda Azerbaycan Respublikasinin qanunu Vergi mecellesi 2019 07 06 at the Wayback Machine Torpaq vergisiIstinadlarZiyad Semedzade Boyuk Iqtisadi Ensiklopediya 1 ci cild Azerbaycan Iqtisadcilar Ittifaqi Serq Qerb Nesriyyati Baki 2012 sehife 25 26