Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur.
Adonis | |
---|---|
Doğum adı | علي أحمد سعيد إسبر |
Təxəllüsü | Adonis |
Doğum tarixi | 1 yanvar 1930[…](94 yaş) |
Vətəndaşlığı | Suriya |
Milliyyəti | Ərəb |
Təhsili |
|
Fəaliyyəti | Şair,oçerkist |
Əsərlərinin dili | Ərəb dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir. Müsahibələrinin birində Adonis belə deyir – “Bir şeir mənim həyatımı dəyişdirdi, düşündüm ki, şeirlə doğulmuşam. Şeir mənim həm anam, həm də atamdır. Bir şeir həyatımı dəyişdirə bildisə, dünyanı da dəyişdirə bilər”.
Şeir onun həyatını dəyişdirsə də, hələ ki, şöhrət qazana bilmək üçün bu kifayət etmirdi. Yeniyetməlik illərində o, şeirlər yazıb müxtəlif qəzet və jurnallara göndərərdi, lakin onun şeirlərini nə Suriyada, nə də Livanda bir dəfə də olsun nəşr etdirmirdilər. Özünün dediyi kimi, 1947-ci ildə Adonis əfsanəsini oxuyur və hekayəni çox bəyənir. Əfsanədəki Adonis obrazı ilə özündə, öz taleyində bir bənzərlik görür. Qəzetlərin və jurnalların eynən “vəhşi bir qaban kimi” Əli Əhməd Səid Əsbəri öldürdüklərini və beləliklə, "Adonis”in doğulduğunu deyir. Qəzetlər, jurnallar Əli Əşbər adıyla qəbul etmədikləri şeirləri Adonis adıyla qəbul edərək nəşr edirlər. O andan etibarən Adonis klassik yunan adını – gülə çevrilmiş ölümcül yaralı oğlanı – öz talismanı kimi qəbul edir.
Beləliklə, Şükrü əl-Qüvvətlinin dəstəyi ilə o, 13 yaşında Fransız orta məktəbində təhsil almağa başlayır, kəndi tərk edir. Daha sonra, 1954-cü ildə Dəməşq Universitetinə daxil olur və fəlsəfə üzrə təhsil alır. Universitetdə təhsil alması ilə yanaşı Dəməşqdə nəşr edilən bir çox qəzet və jurnallarda redaktor vəzifəsində çalışır. Tələbəlik illərində Adonis tələbə hərəkatlarına qoşulur, müxtəlif siyasi çıxışlar edir. 1955-ci ildə siyasi fəliyyəti və Suriya Sosial Milliyyətçi partiyasına üzv olması səbəbindən 6 aylıq həbs cəzasına məruz qalır. Siyasi çətinliklər üzündən 1956-cı ildə şair Livana köçür, 1957-ci ildə isə Livan vətəndaşlılığına keçir. Burada o, mühacir yazıçılar və rəssamlardan ibarət zəngin bir cəmiyyət qurmuş, “Şeir” və “Muvafiq” adlı iki mütərəqqi ədəbi jurnalın əsasını qoymuş və bundan əlavə Sent Cozef Universitetində fəlsəfə doktoru adını qazanmişdır.
Yaradıcılığı
Adonisin yaradıcılığında sürrealizmin prinsipləri və mifik obrazların təsiri duyulur. Onun şeirlərində islamdan öncəki Aralıq dənizi sahillərində yaşayan qədim xalqların – şumerlərin, finikiyalıların, yunanların mədəniyyətləri ilə bağlı ünsürlərə rast gəlmək olar. Adonisin poeziyasının dili çox qəlizdir, orijinal və dolğundur, onun obrazları təxminən hər dəfə qeyri-adi və gözlənilməz atmosfer yaradaraq oxucunu təəccübləndirir, onun metaforaları isə həqiqi reallıqdan uzaq olmayaraq öz şəxsi aləmini yaradır.
S.X.Cayusinin sözlərinə görə, Adonisin yaradıcılığında məhz “Dəməşqli Mihyarın nəğmələri” (1961) şeirlər toplusu müasir ərəb poeziyası dilinin “böyük bir bölməsi” kimi qeyd olunur. Bir çox oxucuların gözündə 1961-ci il şeir toplusu indiyədək ən yaxşı toplu hesab olunur. Onun 400 səhifəlik ən qəliz kitabı – “Cəm formasında olan tək” (“Mufrad bi sığat-əl-cəm” 1977) oxucuların çoxu üçün “qapalı aləm” olaraq qalmışdır.
Adonis Ərəb şeirində formal strukturun ənənələrini pozaraq əsərlərini sərbəst şeir janrında yazmışdır. O, “Adonis: seçilmiş əsərləri” (2010, ingilis dilinə tərcümə edən Khaled Mattawa), “Dəməşqli Mihyarın nəğmələri” (1961/2008), “Əgər yalnız dəniz yata bilsəydi” (2002) və Beynəlxalq şeir forumunun Suriya-Livan mükafatına layiq görülmüş “Adonisin qanı” (1971) kimi çoxsaylı şeir toplularının, həmçinin, “Ərəb poeziyasına giriş” (2003) adlı elmi əsərin müəllifidir.
Şəhərlə bağlı mövzuya şair “Nyu York üçün qəbir” (1971) poemasında toxunmuşdur. C.X.Cayusi bu əsəri nəfis müasir ərəb poeması adlandırmışdır.
1995-2003-cü illər ərzində Adonis “Əl-Kitab” üzərində çalışır. Əsərdə şair öz ölkəsinə səyahət edir, Məhəmməd peyğəmbərin (s.a.s) ölümündən başlayaraq, özünün dəfələrlə müraciət etdiyi və ərəb tarixinin əhəmiyyətli dövrü hesab etdiyi IX əsr ərəb cəmiyyətinin tarixi və siyasətinə toxunur. “Əl-Kitab” 15 yüzillik ərzində davam edən ərəb sivilizasiyasında siyasi, dini və mədəni çətinliklər yaradan dastan deyil, geniş lirik-freska təsiri bağışlayan bir əsərdir.
Şairlikdən əlavə, Adonis həm də tərcüməçi (əsasən Sen-Jon Pers və İva Bonfuanın şeirlərini tərcümə edib), ədəbiyyatşünas və ədəbi tənqidçi, “Sufizm və sürrealizm” (1992) araşdırmasının müəllifi kimi məşhurdur. Adonisin şeirlərini fransız dilinə Ejen Qilvik və Etel Adnan tərcümə ediblər. E.Qilvik Adonisi öz dünyalarını yaradan bir tanrı ilə müqayisə etdiyi “Adonisin aləmi” şeirini yazmışdır.
Şair 1985-ci ildən Paris şəhərində məskunlaşıb, YUNESKO-da müşavir vəzifəsində çalışıb. 1995-ci ildə Beynəlxalq Nazim Hikmət Şeir mükafatıının ilk mükafatçısı olmuş, 2011-ci ildə isə Höte mükafatına layiq görülmüşdür. Dəfələrlə isə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub, lakin hələ bu mükafatı almayıb.
Əsərləri
1.“Dəməşqli Mihyarın nəğmələri” (1961) 2.“Cəm formasında olan tək” (1977) 3.“Əgər yalnız dəniz yata bilsəydi” 4.“Nyu York üçün qəbir” (1971) 5.“Sufizm və sürrealizm” (1992)
1995-ci ildə o Beynəlxalq Nazim Hikmət Şeir Mükafatını qazandı. 2011-ci ildə o Göte mükafatın qazandı.
İstinadlar
- Library of Congress Authorities (ing.). Library of Congress.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 19.
- Ərəbcə Vikipediya. 2003.
- Syrian poet Adonis wins Germany's Goethe prize[ölü keçid], Reuters, 25 May 2011
Xarici keçidlər
- Adonis 2014-10-06 at the Wayback Machine
- [1] Радио Свобода
- [2] 2015-10-03 at the Wayback Machine Nazim Hikmet Kültür ve Sanat Vakfı
- Profile 2011-05-13 at the Wayback Machine at Al-Bab.com
- Profile 2016-03-03 at the Wayback Machine at Looklex Encyclopaedia
- A life on public view 2005-10-24 at the Wayback Machine Al Ahram Weekly, 17 January 2001
- Shatz, Adam An Arab Poet Who Dares to Differ, The New York Times, 13 January 2002
- Reuters Syrian Poet Adonis Seen as Nobel Contender, Cornell University, 1 October 2003
- Three Poems Translated into English 2008-01-03 at the Wayback Machine, Guernica, 15 December 2007
- Adonis speaks to Forward: The living legend of Arab poetry 2010-11-15 at the Wayback Machine Forward Magazine, November 2010
- Adonis on Euro-Mediterranean Dialogue: Humanity Takes Priority[ölü keçid]
- Adonis auf culturebse.net
- Griffin Poetry Prize biography of Adonis, including video clip of Khaled Mattawa reading translated Adonis poem Celebrating Childhood
- Interview with Adonis: "I'm One Hundred Percent on the Side of the Syrian Revolution"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eli Ehmed Seid Esber ereb علي أحمد سعيد إسبر 1 yanvar 1930 Esl adi Eli Ehmed Seid Esber olan hal hazirda dunyanin yasayan en yaxsi ereb sairlerinden biri publisisti olan Adonis 1930 cu ilde isigi mektebi yolu olmayan Suriyanin yoxsul Qessabin kendinde sie teriqetli bir ailede dogulmusdur Heyatinin boyuk hissesini Livan ve Fransada keciren Adonis eserlerini dogma ereb dilinde yazir 20 den artiq kitabin muellifidir ve Yeni poeziya herekatinin onde geden numayendelerinden biri hesab olunur AdonisDogum adi علي أحمد سعيد إسبرTexellusu AdonisDogum tarixi 1 yanvar 1930 1930 01 01 94 yas Vetendasligi SuriyaMilliyyeti ErebTehsili Demesq Universiteti Muqeddes Iosif Universiteti d Fealiyyeti Sair ocerkistEserlerinin dili Ereb diliMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyati ve tehsiliAdonis usaq yaslarindan tarlada calismis bununla yanasi atasi onu seirler ezberlemeye heveslendirmis ve belelikle o oz seirlerini yazmaga baslamisdir Bu dovrde onun elde etdiyi bilik ereb seiri vurgunu olan atasininn ona oyretdiyi seirler ve Quran bilgisiydi Tarlada islediyi vaxtdan elave kendde boyuk bir agacin etrafina toplasan usaqlara qosularaq onlarla birlikde erebce yazmagi oyrenirdi Bir gun yenice musteqillik qazanmis Suriyanin ilk prezidenti Sukru el Quvvetlinin kendlerine geleceyini oyrendikde ona bir seir yazmagi ve onun qarsisinda oxumagi seirini beyenen Quvvetlinin oglum senin ucun ne ede bilerem demeyini xeyal etdi Adonisin bu xeyali en besit filmlerde oldugu kimi reallasdi Suriyanin turk esilli prezidenti qarsisinda oz yazdigi seirini oxuyan 12 yasli oglani prezident cox beyendi Prezidentin senin ucun ne ede bilerem sualina oxumaq isteyirem cavabini veren Eli Ehmed Seid Esberin bundan sonraki heyati deyisir Musahibelerinin birinde Adonis bele deyir Bir seir menim heyatimi deyisdirdi dusundum ki seirle dogulmusam Seir menim hem anam hem de atamdir Bir seir heyatimi deyisdire bildise dunyani da deyisdire biler Seir onun heyatini deyisdirse de hele ki sohret qazana bilmek ucun bu kifayet etmirdi Yeniyetmelik illerinde o seirler yazib muxtelif qezet ve jurnallara gondererdi lakin onun seirlerini ne Suriyada ne de Livanda bir defe de olsun nesr etdirmirdiler Ozunun dediyi kimi 1947 ci ilde Adonis efsanesini oxuyur ve hekayeni cox beyenir Efsanedeki Adonis obrazi ile ozunde oz taleyinde bir benzerlik gorur Qezetlerin ve jurnallarin eynen vehsi bir qaban kimi Eli Ehmed Seid Esberi oldurduklerini ve belelikle Adonis in doguldugunu deyir Qezetler jurnallar Eli Esber adiyla qebul etmedikleri seirleri Adonis adiyla qebul ederek nesr edirler O andan etibaren Adonis klassik yunan adini gule cevrilmis olumcul yarali oglani oz talismani kimi qebul edir Belelikle Sukru el Quvvetlinin desteyi ile o 13 yasinda Fransiz orta mektebinde tehsil almaga baslayir kendi terk edir Daha sonra 1954 cu ilde Demesq Universitetine daxil olur ve felsefe uzre tehsil alir Universitetde tehsil almasi ile yanasi Demesqde nesr edilen bir cox qezet ve jurnallarda redaktor vezifesinde calisir Telebelik illerinde Adonis telebe herekatlarina qosulur muxtelif siyasi cixislar edir 1955 ci ilde siyasi feliyyeti ve Suriya Sosial Milliyyetci partiyasina uzv olmasi sebebinden 6 ayliq hebs cezasina meruz qalir Siyasi cetinlikler uzunden 1956 ci ilde sair Livana kocur 1957 ci ilde ise Livan vetendasliligina kecir Burada o muhacir yazicilar ve ressamlardan ibaret zengin bir cemiyyet qurmus Seir ve Muvafiq adli iki mutereqqi edebi jurnalin esasini qoymus ve bundan elave Sent Cozef Universitetinde felsefe doktoru adini qazanmisdir YaradiciligiAdonisin yaradiciliginda surrealizmin prinsipleri ve mifik obrazlarin tesiri duyulur Onun seirlerinde islamdan onceki Araliq denizi sahillerinde yasayan qedim xalqlarin sumerlerin finikiyalilarin yunanlarin medeniyyetleri ile bagli unsurlere rast gelmek olar Adonisin poeziyasinin dili cox qelizdir orijinal ve dolgundur onun obrazlari texminen her defe qeyri adi ve gozlenilmez atmosfer yaradaraq oxucunu teeccublendirir onun metaforalari ise heqiqi realliqdan uzaq olmayaraq oz sexsi alemini yaradir S X Cayusinin sozlerine gore Adonisin yaradiciliginda mehz Demesqli Mihyarin negmeleri 1961 seirler toplusu muasir ereb poeziyasi dilinin boyuk bir bolmesi kimi qeyd olunur Bir cox oxucularin gozunde 1961 ci il seir toplusu indiyedek en yaxsi toplu hesab olunur Onun 400 sehifelik en qeliz kitabi Cem formasinda olan tek Mufrad bi sigat el cem 1977 oxucularin coxu ucun qapali alem olaraq qalmisdir Adonis Ereb seirinde formal strukturun enenelerini pozaraq eserlerini serbest seir janrinda yazmisdir O Adonis secilmis eserleri 2010 ingilis diline tercume eden Khaled Mattawa Demesqli Mihyarin negmeleri 1961 2008 Eger yalniz deniz yata bilseydi 2002 ve Beynelxalq seir forumunun Suriya Livan mukafatina layiq gorulmus Adonisin qani 1971 kimi coxsayli seir toplularinin hemcinin Ereb poeziyasina giris 2003 adli elmi eserin muellifidir Seherle bagli movzuya sair Nyu York ucun qebir 1971 poemasinda toxunmusdur C X Cayusi bu eseri nefis muasir ereb poemasi adlandirmisdir 1995 2003 cu iller erzinde Adonis El Kitab uzerinde calisir Eserde sair oz olkesine seyahet edir Mehemmed peygemberin s a s olumunden baslayaraq ozunun defelerle muraciet etdiyi ve ereb tarixinin ehemiyyetli dovru hesab etdiyi IX esr ereb cemiyyetinin tarixi ve siyasetine toxunur El Kitab 15 yuzillik erzinde davam eden ereb sivilizasiyasinda siyasi dini ve medeni cetinlikler yaradan dastan deyil genis lirik freska tesiri bagislayan bir eserdir Sairlikden elave Adonis hem de tercumeci esasen Sen Jon Pers ve Iva Bonfuanin seirlerini tercume edib edebiyyatsunas ve edebi tenqidci Sufizm ve surrealizm 1992 arasdirmasinin muellifi kimi meshurdur Adonisin seirlerini fransiz diline Ejen Qilvik ve Etel Adnan tercume edibler E Qilvik Adonisi oz dunyalarini yaradan bir tanri ile muqayise etdiyi Adonisin alemi seirini yazmisdir Sair 1985 ci ilden Paris seherinde meskunlasib YUNESKO da musavir vezifesinde calisib 1995 ci ilde Beynelxalq Nazim Hikmet Seir mukafatiinin ilk mukafatcisi olmus 2011 ci ilde ise Hote mukafatina layiq gorulmusdur Defelerle ise edebiyyat uzre Nobel mukafatina namized olub lakin hele bu mukafati almayib Eserleri1 Demesqli Mihyarin negmeleri 1961 2 Cem formasinda olan tek 1977 3 Eger yalniz deniz yata bilseydi 4 Nyu York ucun qebir 1971 5 Sufizm ve surrealizm 1992 1995 ci ilde o Beynelxalq Nazim Hikmet Seir Mukafatini qazandi 2011 ci ilde o Gote mukafatin qazandi IstinadlarLibrary of Congress Authorities ing Library of Congress Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Roux P d Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays fr 2 Editions Robert Laffont 1994 Vol 1 P 19 ISBN 978 2 221 06888 5 Erebce Vikipediya 2003 Syrian poet Adonis wins Germany s Goethe prize olu kecid Reuters 25 May 2011Xarici kecidlerAdonis 2014 10 06 at the Wayback Machine 1 Radio Svoboda 2 2015 10 03 at the Wayback Machine Nazim Hikmet Kultur ve Sanat Vakfi Profile 2011 05 13 at the Wayback Machine at Al Bab com Profile 2016 03 03 at the Wayback Machine at Looklex Encyclopaedia A life on public view 2005 10 24 at the Wayback Machine Al Ahram Weekly 17 January 2001 Shatz Adam An Arab Poet Who Dares to Differ The New York Times 13 January 2002 Reuters Syrian Poet Adonis Seen as Nobel Contender Cornell University 1 October 2003 Three Poems Translated into English 2008 01 03 at the Wayback Machine Guernica 15 December 2007 Adonis speaks to Forward The living legend of Arab poetry 2010 11 15 at the Wayback Machine Forward Magazine November 2010 Adonis on Euro Mediterranean Dialogue Humanity Takes Priority olu kecid Adonis auf culturebse net Griffin Poetry Prize biography of Adonis including video clip of Khaled Mattawa reading translated Adonis poem Celebrating Childhood Interview with Adonis I m One Hundred Percent on the Side of the Syrian Revolution