Abdulla İsmayıl oğlu Qarayev (14 yanvar 1910, Bakı – 8 dekabr 1968, Bakı) — BDU-nun rektoru (1944-1950), tibb elmləri doktoru (1940), professor, Azərbaycan SSR Əməkdar elm xadimi (1943), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1949).
Abdulla Qarayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | |
Mükafatları | |
Həyatı
Abdulla Qarayev 14 yanvar 1910-cu ildə Bakı şəhərində anadan olub. O, 10 nömrəli orta məktəbdə təhsil alıb. 1927-ci ildə Bakı Xalq Maarifi Şöbəsinin Pedaqoji Texnikumunu bitirib. Birinci ali təhsilini Bakı Dövlət Universitetində alan Qarayev 1930-cu ildə universitetin Pedaqoji fakültəsinin Təbiət bölməsini bitirib. Daha sonra 1932-1936-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb.
Əmək fəaliyyəti
Abdulla Qarayev əmək fəaliyyətinə 1927-ci ildə başlayıb. O, 1930-cu ildə Bakı Dövlət Universitetində təhsilini başa vurduqdan sonra istedadlı tələbə kimi universitetin İnsan və heyvan fiziologiyası kafedrasında işlə təmin edilib. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr etmişdir.
Abdulla Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrasında ikinci professor, Bakı Dövlət Universitetində isə İnsan və heyvan fiziologiyası kafedrasının müdiri vəzifələrinə seçilib (1940-1942) və fiziologiya sahəsində ilk milli professor olub. Alim 1942-1944-cü illərdə Bakı Dövlət Universitetinin elmi hissə üzrə prorektoru, 1944-cü ilin sentyabrından 1950-ci ilin oktyabrına qədər isə rektoru vəzifələrini icra edib.
1941-1942-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı olan Abdulla Qarayevə fakültənin Elmi Şurasına biologiyanın müxtəlif sahələri, o cümlədən insan və heyvan fiziologiyası üzrə dissertasiyaları müdafiəyə qəbul etmək hüququ verilib. 1952-ci ilin mayından 1956-cı ilin iyuluna qədər Azərbaycan Elmlər Akademiyası Biologiya və kənd təsərrüfatı elmləri şöbəsinin akademik-katibi kimi fəaliyyət göstərib. Sonrakı dövrlərdə biologiya elmləri şöbəsi akademik-katibinin müavini kimi, bu şöbənin nəzdində müvafiq ixtisaslar üzrə namizədlik və doktorluq dissertasiyalarını müdafiəyə qəbul etmək hüququ olan Birləşmiş Şura yaradılmasına nail olub.
Alimin səyi nəticəsində 1953-cü ildə Elmlər Akademiyası Zoologiya İnstitutunun nəzdində Fiziologiya şöbəsi yaradılmışdır. İlk vaxtlar cəmi iki əməkdaşı olan şöbənin əsasında 3 ildən sonra müstəqil Fiziologiya bölməsi yaradılıb və idarəetmə Abdulla Qarayevə həvalə olunub. Bölmə əməkdaşlarından A.Loginov, M.Mehdiyev, Q.Qədirov, T.Qayıbov, H.Hüseynov, H.Həsənov, R.Qasımov, S.Ocaqverdizadə, M.Əliyev, A.Dadaşov, Q.Qəhrənmanov, S.Cəbiyeva, N.Hacıyeva, R.Qafarova, Ş.Tağıyev, M.Qafulov, F.Hacıyev, Z.Əlikişibəyova, Ə.Tağıyeva və başqaları respublikada fiziologiyanın müxtəlif sahələrinin inkişafı istiqamətində Abdulla Qarayevlə birlikdə çalışıblar.
Abdulla Qarayev 1961-1963-cü illərdə Respublika Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri təyin olunub. Sədr olduğu dövrlərdə ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni fakültə və ixtisasların açılmasına xüsusi diqqət yetirib. 1965-ci ildə Ali Attestasiya Komissiyası Abdulla Qarayevə insan və heyvan fiziologiyası (indeks 102) üzrə namizədlik və doktorluq dissertasiyalarını müdafiəyə qəbul etmək ixtiyarı verib. Yalnız Azərbaycan alimləri deyil, hətta qonşu respublikaların mütəxəssisləri belə bu şuranın iclaslarında dissertasiyalarını müdafiə etmək imkanı qazanıblar. A.İ.Qarayev Azərbaycanda eksperimental fizioloji istiqamətin təşəbbüsçüsü olmuş və həmin məktəbin əsasını qoymuşdur.
Azərbaycan Ali və Orta İxtisas Təhsili Komitəsinin 1968-ci il fevralın 2-də SSRİ Nazirlər Sovetinin Elm və Texnika üzrə Dövlət Komitəsi kollegiyasının qərarı ilə Fiziologiya bölməsi əsasında Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutu yaradılıb və akademik Abdulla Qarayev 1953-1968-ci illərdə institutun ilk direktoru təyin olunub. Hazırda bu institut, eləcə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrası və Bakı şəhərində bir küçə alimin adını daşıyır. Abdulla Qarayev 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinin və 1948-ci ildə isə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilib. Akademik 1935-ci ildə Leninqradda, 1959-cu ildə Buenos-Ayresdə, 1962-ci ildə Leydende, 1965-ci ildə Tokioda fizioloqların beynəlxalq konqreslərində iştirak edib.
Üzv olduğu cəmiyyətlər
- Azərbaycan Bilik Cəmiyyəti İdarə Heyətinin sədr müavini (1948-1968);
- İvan Petroviç Pavlov adına Ümumittifaq Fizioloqlar Cəmiyyəti Azərbaycan bölməsinin sədri (1951-1968);
- Sovet Milli Komitəsinin zəmanəti ilə ilk dəfə Azərbaycan fizioloqları içərisində İBRO-nun (YUNESKO üzrə beynin tədqiqi ilə məşğul olan beynəlxalq təşkilat) üzvü seçilib (1968);
Elmi yaradıcılığı
Bir neçə illik gərgin elmi axtarışın qanunauyğun nəticəsi olaraq 1937-ci ildə iki mövzu üzrə müdafiə etmişdir. "Sulu karbonların əzələlərin potensiallarının mənşəyində əhəmiyyəti" mövzusunda yazdığı dissertasiya işi skelet əzələsində baş verən elektrik hadisələrində sulu karbonların (karbohidratların) rolunun mahiyyəti haqda yeni elmi nəzəriyyə idi. Bu fundamental əsərinə görə gənc alimə tibb elmləri namizədi alimlik dərəcəsi verilmiş, "Diafraqmanın fiziologiyasına dair" mövzusunda yazdığı ikinci dissertasiya işinə görə isə o, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
A.Qarayev 1938-ci ildə Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəzdində yaradılan laboratoriyaya rəhbərlik edir. Laboratoriyada dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və s.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində eksperimental və kliniki araşdırmalar aparılır.
Abdulla Qarayev 1940-cı ildə (30 yaşı olarkən) tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Bioelektrik hadisələrinin nəzəriyyəsinə dair" son dərəcə aktual dissertasiya işini müdafiə edir. Bu dissertasiya işi ilə A.Qarayev o zamanlar bioelektrik hadisələrinin mənşəyi haqqında mövcud olan nəzəriyyələri darmadağın edərək özünün son dərəcə orijinal nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin əsasında 1934–1935-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Ümumi və müqayisəli fiziologiya" laboratoriyasında subliminal, yəni aşağı qıcıq qapısından da aşağı (zəif) qıcıqların səbəb olduğu məhəlli oyanma və bu oyanmaların orqanizmin funksional vəziyyətinə təsiri barədə tədqiqatlar aparılır.
1940-cı ildən etibarən A.Qarayev elmi axtarışlarını özünün pedaqoji fəaliyəti ilə məharətlə əlaqələndirib. O illərdə Azərbaycan dilində dərsliklərə böyük ehtiyac var idı. A.Qarayev dərsliklərin yaradılması kimi son dərəcə məsuliyyətli işlə də məşğul olmağa vaxt tapıb. O, "Sinir və əzələ fiziologiyası" (1932), "Tənəffüsün fiziologiyası" (1934), "Həzm və sorulmanın fiziologiyası" (1940), "Endokrinologiya" (1945), "Analizatorların fiziologiyası" (1952) və "Mərkəzi sinir sisteminin fiziologiyası" (1952) adlı dərslikləri nəşr etdirməklə bu sahədə milli kadrların hazırlanmasına böyük töhfə verib. Lakin bütün bunlar gənc professoru qətiyyən qane etməmiş və o, elmi axtarışlarını davam etdirməklə bərabər, həm də elmi kadrların hazırlanmansına böyük qüvvə sərf etmişdir.
Azərbaycan fizioloqları məktəbinin formalaşdırılması Abdulla Qarayevin ən ali məqsədi olub. Böyük məqsədə çatmaq üçün SSRİ miqyasında Azərbaycan fiziologiya elmini, bu sahədə yetişdirilən milli kadrları tanıtmaq lazım idi. Bu baxımdan fizioloqların, biokimyaçıların və farmakoloqların 1947-ci ildə VII, 1948-ci ildə isə VIII Ümumittifaq qurultaylarında A.Qarayevin dərin məzmunlu çıxışları böyük maraqla qarşılanmışdır. Onun orqanizmin toxuma və hüceyrələrinin karbohidratlarla təchiz olunmasında qanın formalı elementləri (qan hüceyrələri) və qlikogenin əhəmiyyətinə həsr olunmuş çıxışları bu sahədə yeni elmi nəzəriyyəsinin formalaşdırılmasında mühüm rol oynadı.
Abdulla Qarayevin elmi yaradıcılığında interoreseptorlar (daxili reseptorlar) və maddələr mübadiləsi problemi xüsusi yer tutur. O, bu problemin həllinə hələ 1950-ci ildən başlayıb. Bölmədə digər problemlərlə yanaşı, interoreseptorlar və maddələr mübadiləsi sahəsində də tədqiqat işləri davam etdirilib. Müəyyənləşdirilib ki, insan və heyvan orqanizmində baş verən maddələr mübadiləsinin tənzimlənməsində interoreseptorların rolu şəksizdir. Maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən daxili orqanlarda yerləşən reseptorlar istənilən maddələrin, xüsusən də sulu karbonların, zülalların və s. kimyəvi birləşmələrin mübadiləsini stimulə edir. Yəni, müxtəlif daxili orqanların daxili reseptorlarının qıcıqlandırılması qanın tərkibində qlükozanın, zülal fraksiyalarının miqdarının artmasına və bəzi mübadilə fermentlərinin fəallığının xeyli yüksəlməsinə səbəb olur. Tədqiqatlar nəticəsində öyrənilib ki, interoseptiv mübadilə refleksləri mövcuddur və onlar ekstroseptiv reflekslərlə ekvivalent təşkil edir.
Bu problemə dair aparılan elmi araşdırmalar A.Qarayev tərəfindən 1953-cü ildə ümumiləşdirici məqalə, 1957-ci ildə isə sanballı elmi monoqrafiya ("İnteroreseptorlar və maddələr mübadiləsi" Bakı, 1957) şəklində nəşr olunub. O zamanlar bu monoqrafiya Ümumitifaq miqyasda elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. İnteroreseptorlar və maddələr mübadiləsi probleminə dair daha sonralar aparılmış tədqiqatların nəticələri akademik A.Qarayevin rəhbərliyi altında müdafiə olunan doktorluq və namizədlik dissertasiyalarında öz geniş əksini tapıb. Habelə Abdulla Qarayev orqanizmin immun-bioloji və müdafiə-uyğunlaşma reaksiyalarının tədqiqi ilə də məşğul olub. Onun leykositlərin faqositoz fəallığını orqanizmin daxili və xarici mühitində gedən dəyişikliklərlə əlaqədar araşdırılmasına dair apardığı elmi axtarışlar əsasında yazdığı "Faqositozun fiziologiyası" monoqrafiyası 1960-cı ildə nəşr olunub.
Akademik A.Qarayevin rəhbərliyi altında tibb elmləri namizədi alimlik dərəcəsi almış M.Səfərov onun təklifi ilə 1967-ci ildən etibarən postnatal ontogenezin müxtəlif mərhələlərində beyin şöbələrinin toxuma və mitoxondrilərində qamma-aminoyağ turşusu mübadiləsinə benzolun təsirini öyrənməyə başlayıb. İndiyədək bu tədqiqatlar əsasında 10 namizədlik və 1 doktorluq dissertasiyası yazılıb. Hazırda bu istiqamətdə tədqiqatlar müvəffəqiyyətlə davam etdirilir.
Akademik A.Qarayev həyatının son illərində aclıq və toxluq zamanı MSS-də gedən neyrofizioloji, neyrokimyəvi və neyromorfoloji proseslərin tədqiqinə xüsusi diqqət yetirib. Bunun nəticəsi olaraq akademik A.Qarayevin vəfatından sonra 1969-cu ildə yeni direktor, professor H.Həsənovun rəhbərliyi altında institutda "Beyin və davranış" şöbəsi yaradılıb. Şöbənin əsas elmi istiqaməti qida və su motivasiyası zamanı MSS-də gedən neyrofizioloji, neyrokimyəvi və neyromorfoloji dəyişiklikləri tədqiq etməkdən ibarət idi.
Akademik A.Qarayev 1960-cı ildən etibarən apardığı tədqiqatlarında interoreseptorların təsirindən MSS-nin adaptasiyaya uğraması haqqında dahiyanə fikir söyləyib. "Funksional sitokimya" laboratoriyası son 35 ildə akademik A.Qarayevin bu ideyası üzərində tədqiqat işləri aparıb və tədqiqat işləri bu gün də davam edir. Tədqiqatların nəticələri sübut edir ki, orqanizmin hər bir hüceyrəsində gedən maddələr mübadiləsinin vəziyyəti haqqında interoreseptorların vasitəsilə sensor siqnallar MSS-nin müvafiq şöbəsində yerləşən spesifik neyronlar – neyroreseptorlar vasitəsilə qəbul olunur və həmin neyronlarda "adaptasiyanın struktur izi"ni yaradır. Son tədqiqatlar sübut edir ki, "adaptasiyanın struktur izi" orqanizmin adaptiv davranış reaksiyalarının neyrohumoral mexanizminin əsasını təşkil edir. Bu tədqiqatlar əsasında 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Əsərləri
- A.Qarayev. Sinir və əzələ fiziologiyası. Bakı, 1932.
- A.Qarayev. Tənəffüsün fiziologiyası. Bakı, 1934.
- A.Qarayev. Həzm və sorulmanın fiziologiyası. Bakı, 1940.
- A.Qarayev. Endokrinologiya. Bakı, 1945.
- A.Qarayev. Analizatorların fiziologiyası. Bakı, 1952.
- A.Qarayev. Mərkəzi sinir sisteminin fiziologiyası. Bakı, 1952.
- A.Qarayev. İnteroreseptorlar və maddələr mübadiləsi. Bakı, 1957
Mükafatları
Abdulla Qarayevə 1943-cü ildə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Həmçinin alim Lenin ordeni, 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və medallarla təltif olunmuşdur.
Vəfatı
Abdulla Qarayev 8 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.
Mənbə
- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.144
İstinadlar
- "Qarayev Abdulla İsmayıl oğlu" (Azərbaycan). science.gov.az. 16-09-2021 tarixində .
- "Abdulla İsmayıl oğlu Qarayev" (Azərbaycan). www.muallim.edu.az. 18-09-2017 tarixində .
Xarici keçidlər
İnsan və heyvan fiziolgiyası kafedrası
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Abdulla Ismayil oglu Qarayev 14 yanvar 1910 Baki 8 dekabr 1968 Baki BDU nun rektoru 1944 1950 tibb elmleri doktoru 1940 professor Azerbaycan SSR Emekdar elm xadimi 1943 Azer baycan SSR Elmler Akademiyasinin heqiqi uzvu 1949 Abdulla QarayevDogum tarixi 14 yanvar 1910Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 8 dekabr 1968 58 yasinda Vefat yeri Baki Azerbaycan SSRDefn yeri Fexri XiyabanVetendasligi Rusiya imperiyasi AXC SSRIElm sahesi tibbElmi derecesi tibb elmleri doktoruElmi adi professorTehsili Baki Dovlet UniversitetiMukafatlari 1946HeyatiAbdulla Qarayev 14 yanvar 1910 cu ilde Baki seherinde anadan olub O 10 nomreli orta mektebde tehsil alib 1927 ci ilde Baki Xalq Maarifi Sobesinin Pedaqoji Texnikumunu bitirib Birinci ali tehsilini Baki Dovlet Universitetinde alan Qarayev 1930 cu ilde universitetin Pedaqoji fakultesinin Tebiet bolmesini bitirib Daha sonra 1932 1936 ci illerde Azerbaycan Dovlet Tibb Universitetinde tehsil alib Emek fealiyyetiAbdulla Qarayev emek fealiyyetine 1927 ci ilde baslayib O 1930 cu ilde Baki Dovlet Universitetinde tehsilini basa vurduqdan sonra istedadli telebe kimi universitetin Insan ve heyvan fiziologiyasi kafedrasinda isle temin edilib Professor P Y Rostovsevin rehberliyi altinda calisan A Qarayev heyatini nezeri ve eksperimental fiziologiyanin inkisafina hesr etmisdir Abdulla Qarayev 1942 ci ilde musabiqe yolu ile Azerbaycan Dovlet Tibb Institutunun Normal fiziologiya kafedrasinda ikinci professor Baki Dovlet Universitetinde ise Insan ve heyvan fiziologiyasi kafedrasinin mudiri vezifelerine secilib 1940 1942 ve fiziologiya sahesinde ilk milli professor olub Alim 1942 1944 cu illerde Baki Dovlet Univer si tetinin elmi hisse uzre prorektoru 1944 cu ilin sentyabrindan 1950 ci ilin oktyabrina qeder ise rektoru vezifelerini icra edib 1941 1942 ci illerde Baki Dovlet Universitetinin Biologiya fakultesinin dekani olan Abdulla Qarayeve fakultenin Elmi Surasina biologiyanin muxtelif saheleri o cumleden insan ve heyvan fiziologiyasi uzre dissertasiyalari mudafieye qebul etmek huququ verilib 1952 ci ilin mayindan 1956 ci ilin iyuluna qeder Azerbaycan Elmler Akademiyasi Biologiya ve kend teserrufati elmleri sobesinin akademik katibi kimi fealiyyet gosterib Sonraki dovrlerde biologiya elmleri sobesi akademik katibinin muavini kimi bu sobenin nezdinde muvafiq ixtisaslar uzre namizedlik ve doktorluq dissertasiyalarini mudafieye qebul etmek huququ olan Birlesmis Sura yaradilmasina nail olub Alimin seyi neticesinde 1953 cu ilde Elmler Akademiyasi Zoologiya Institutunun nezdinde Fiziologiya sobesi yaradilmisdir Ilk vaxtlar cemi iki emekdasi olan sobenin esasinda 3 ilden sonra musteqil Fiziologiya bolmesi yaradilib ve idareetme Abdulla Qarayeve hevale olunub Bolme emekdaslarindan A Loginov M Mehdiyev Q Qedirov T Qayibov H Huseynov H Hesenov R Qasimov S Ocaqverdizade M Eliyev A Dadasov Q Qehrenmanov S Cebiyeva N Haciyeva R Qafarova S Tagiyev M Qafulov F Haciyev Z Elikisibeyova E Tagiyeva ve basqalari respublikada fiziologiyanin muxtelif sahelerinin inkisafi istiqametinde Abdulla Qarayevle birlikde calisiblar Abdulla Qarayev 1961 1963 cu illerde Respublika Ali ve Orta Ixtisas Tehsili Komitesinin sedri teyin olunub Sedr oldugu dovrlerde ali mekteblerin maddi texniki bazasinin mohkemlendirilmesi yeni fakulte ve ixtisaslarin acilmasina xususi diqqet yetirib 1965 ci ilde Ali Attestasiya Komissiyasi Abdulla Qarayeve insan ve heyvan fiziologiyasi indeks 102 uzre namizedlik ve doktorluq dissertasiyalarini mudafieye qebul etmek ixtiyari verib Yalniz Azerbaycan alimleri deyil hetta qonsu respublikalarin mutexessisleri bele bu suranin iclaslarinda dissertasiyalarini mudafie etmek imkani qazaniblar A I Qarayev Azerbaycanda eksperimental fizioloji istiqametin teseb buscusu ol mus ve hemin mektebin esasini qoymusdur Azerbaycan Ali ve Orta Ixtisas Tehsili Komitesinin 1968 ci il fevralin 2 de SSRI Nazirler Sovetinin Elm ve Texnika uzre Dovlet Komitesi kollegiyasinin qerari ile Fiziologiya bolmesi esasinda Azerbaycan SSR Elmler Akademiyasinin Fiziologiya Institutu yaradilib ve akademik Abdulla Qarayev 1953 1968 ci illerde institutun ilk direktoru teyin olunub Hazirda bu institut elece de Neriman Nerimanov adina Azerbaycan Dovlet Tibb Institutunun Normal fiziologiya kafedrasi ve Baki seherinde bir kuce alimin adini dasiyir Abdulla Qarayev 1947 ci ilde Azerbaycan SSR Ali Sovetinin ve 1948 ci ilde ise Baki Seher Zehmetkes Deputatlari Sovetinin deputati secilib Akademik 1935 ci ilde Leninqradda 1959 cu ilde Buenos Ayresde 1962 ci ilde Leydende 1965 ci ilde Tokioda fizioloqlarin beynelxalq konqreslerinde istirak edib Uzv oldugu cemiyyetler Azerbaycan Bilik Cemiyyeti Idare Heyetinin sedr muavini 1948 1968 Ivan Petrovic Pavlov adina Umumittifaq Fizioloqlar Cemiyyeti Azerbaycan bolmesinin sedri 1951 1968 Sovet Milli Komitesinin zemaneti ile ilk defe Azerbaycan fizioloqlari icerisinde IBRO nun YUNESKO uzre beynin tedqiqi ile mesgul olan beynelxalq teskilat uzvu secilib 1968 Elmi yaradiciligiBir nece illik gergin elmi axtarisin qanunauygun neticesi olaraq 1937 ci ilde iki movzu uzre mudafie etmisdir Sulu karbonlarin ezelelerin potensiallarinin menseyinde ehemiyyeti movzusunda yazdigi dissertasiya isi skelet ezelesinde bas veren elektrik hadiselerinde sulu karbonlarin karbohidratlarin rolunun mahiyyeti haqda yeni elmi nezeriyye idi Bu fundamental eserine gore genc alime tibb elmleri namizedi alimlik derecesi verilmis Diafraqmanin fiziologiyasina dair movzusunda yazdigi ikinci dissertasiya isine gore ise o biologiya elmleri namizedi alimlik derecesi almisdir A Qarayev 1938 ci ilde Kurortologiya ve Fiziki Usullarla Mualice Institutu nezdinde yaradilan laboratoriyaya rehberlik edir Laboratoriyada dunyada analoqu olmayan Naftalan neftinin Azerbaycanin sefaverici sularinin Badamli Istisu Turssu ve s ve derman bitkilerinden hazirlanan preparatlarin insan orqanizmine mualicevi tesirinin oyrenilmesi istiqametinde eksperimental ve kliniki arasdirmalar aparilir Abdulla Qarayev 1940 ci ilde 30 yasi olarken tibb elmleri doktoru alimlik derecesi almaq ucun Bioelektrik hadiselerinin nezeriyyesine dair son derece aktual dissertasiya isini mudafie edir Bu dissertasiya isi ile A Qarayev o zamanlar bioelektrik hadiselerinin menseyi haqqinda movcud olan nezeriyyeleri darmadagin ederek ozunun son derece orijinal nezeriyyesini ireli surur Bu nezeriyyenin esasinda 1934 1935 ci illerde M V Lomonosov adina Moskva Dovlet Universitetinin Umumi ve muqayiseli fiziologiya laboratoriyasinda subliminal yeni asagi qiciq qapisindan da asagi zeif qiciqlarin sebeb oldugu mehelli oyanma ve bu oyanmalarin orqanizmin funksional veziyyetine tesiri barede tedqiqatlar aparilir 1940 ci ilden etibaren A Qarayev elmi axtarislarini ozunun pedaqoji fealiyeti ile meharetle elaqelendirib O illerde Azerbaycan dilinde dersliklere boyuk ehtiyac var idi A Qarayev dersliklerin yaradilmasi kimi son derece mesuliyyetli isle de mesgul olmaga vaxt tapib O Sinir ve ezele fiziologiyasi 1932 Teneffusun fiziologiyasi 1934 Hezm ve sorulmanin fiziologiyasi 1940 Endokrinologiya 1945 Analizatorlarin fiziologiyasi 1952 ve Merkezi sinir sisteminin fiziologiyasi 1952 adli derslikleri nesr etdirmekle bu sahede milli kadrlarin hazirlanmasina boyuk tohfe verib Lakin butun bunlar genc professoru qetiyyen qane etmemis ve o elmi axtarislarini davam etdirmekle beraber hem de elmi kadrlarin hazirlanmansina boyuk quvve serf etmisdir Azerbaycan fizioloqlari mektebinin formalasdirilmasi Abdulla Qarayevin en ali meqsedi olub Boyuk meqsede catmaq ucun SSRI miqyasinda Azerbaycan fiziologiya elmini bu sahede yetisdirilen milli kadrlari tanitmaq lazim idi Bu baximdan fizioloqlarin biokimyacilarin ve farmakoloqlarin 1947 ci ilde VII 1948 ci ilde ise VIII Umumittifaq qurultaylarinda A Qarayevin derin mezmunlu cixislari boyuk maraqla qarsilanmisdir Onun orqanizmin toxuma ve huceyrelerinin karbohidratlarla techiz olunmasinda qanin formali elementleri qan huceyreleri ve qlikogenin ehemiyyetine hesr olunmus cixislari bu sahede yeni elmi nezeriyyesinin formalasdirilmasinda muhum rol oynadi Abdulla Qarayevin elmi yaradiciliginda interoreseptorlar daxili reseptorlar ve maddeler mubadilesi problemi xususi yer tutur O bu problemin helline hele 1950 ci ilden baslayib Bolmede diger problemlerle yanasi interoreseptorlar ve maddeler mubadilesi sahesinde de tedqiqat isleri davam etdirilib Mueyyenlesdirilib ki insan ve heyvan orqanizminde bas veren maddeler mubadilesinin tenzimlenmesinde interoreseptorlarin rolu seksizdir Maddeler mubadilesinin tenzimlenmesinde istirak eden daxili orqanlarda yerlesen reseptorlar istenilen maddelerin xususen de sulu karbonlarin zulallarin ve s kimyevi birlesmelerin mubadilesini stimule edir Yeni muxtelif daxili orqanlarin daxili reseptorlarinin qiciqlandirilmasi qanin terkibinde qlukozanin zulal fraksiyalarinin miqdarinin artmasina ve bezi mubadile fermentlerinin fealliginin xeyli yukselmesine sebeb olur Tedqiqatlar neticesinde oyrenilib ki interoseptiv mubadile refleksleri movcuddur ve onlar ekstroseptiv reflekslerle ekvivalent teskil edir Bu probleme dair aparilan elmi arasdirmalar A Qarayev terefinden 1953 cu ilde umumilesdirici meqale 1957 ci ilde ise sanballi elmi monoqrafiya Interoreseptorlar ve maddeler mubadilesi Baki 1957 seklinde nesr olunub O zamanlar bu monoqrafiya Umumitifaq miqyasda elmi ictimaiyyet terefinden yuksek qiymetlendirilmisdir Interoreseptorlar ve maddeler mubadilesi problemine dair daha sonralar aparilmis tedqiqatlarin neticeleri akademik A Qarayevin rehberliyi altinda mudafie olunan doktorluq ve namizedlik dissertasiyalarinda oz genis eksini tapib Habele Abdulla Qarayev orqanizmin immun bioloji ve mudafie uygunlasma reaksiyalarinin tedqiqi ile de mesgul olub Onun leykositlerin faqositoz fealligini orqanizmin daxili ve xarici muhitinde geden deyisikliklerle elaqedar arasdirilmasina dair apardigi elmi axtarislar esasinda yazdigi Faqositozun fiziologiyasi monoqrafiyasi 1960 ci ilde nesr olunub Akademik A Qarayevin rehberliyi altinda tibb elmleri namizedi alimlik derecesi almis M Seferov onun teklifi ile 1967 ci ilden etibaren postnatal ontogenezin muxtelif merhelelerinde beyin sobelerinin toxuma ve mitoxondrilerinde qamma aminoyag tursusu mubadilesine benzolun tesirini oyrenmeye baslayib Indiyedek bu tedqiqatlar esasinda 10 namizedlik ve 1 doktorluq dissertasiyasi yazilib Hazirda bu istiqametde tedqiqatlar muveffeqiyyetle davam etdirilir Akademik A Qarayev heyatinin son illerinde acliq ve toxluq zamani MSS de geden neyrofizioloji neyrokimyevi ve neyromorfoloji proseslerin tedqiqine xususi diqqet yetirib Bunun neticesi olaraq akademik A Qarayevin vefatindan sonra 1969 cu ilde yeni direktor professor H Hesenovun rehberliyi altinda institutda Beyin ve davranis sobesi yaradilib Sobenin esas elmi istiqameti qida ve su motivasiyasi zamani MSS de geden neyrofizioloji neyrokimyevi ve neyromorfoloji deyisiklikleri tedqiq etmekden ibaret idi Akademik A Qarayev 1960 ci ilden etibaren apardigi tedqiqatlarinda interoreseptorlarin tesirinden MSS nin adaptasiyaya ugramasi haqqinda dahiyane fikir soyleyib Funksional sitokimya laboratoriyasi son 35 ilde akademik A Qarayevin bu ideyasi uzerinde tedqiqat isleri aparib ve tedqiqat isleri bu gun de davam edir Tedqiqatlarin neticeleri subut edir ki orqanizmin her bir huceyresinde geden maddeler mubadilesinin veziyyeti haqqinda interoreseptorlarin vasitesile sensor siqnallar MSS nin muvafiq sobesinde yerlesen spesifik neyronlar neyroreseptorlar vasitesile qebul olunur ve hemin neyronlarda adaptasiyanin struktur izi ni yaradir Son tedqiqatlar subut edir ki adaptasiyanin struktur izi orqanizmin adaptiv davranis reaksiyalarinin neyrohumoral mexanizminin esasini teskil edir Bu tedqiqatlar esasinda 2 doktorluq ve 20 namizedlik dissertasiyasi mudafie olunmusdur EserleriA Qarayev Sinir ve ezele fiziologiyasi Baki 1932 A Qarayev Teneffusun fiziologiyasi Baki 1934 A Qarayev Hezm ve sorulmanin fiziologiyasi Baki 1940 A Qarayev Endokrinologiya Baki 1945 A Qarayev Analizatorlarin fiziologiyasi Baki 1952 A Qarayev Merkezi sinir sisteminin fiziologiyasi Baki 1952 A Qarayev Interoreseptorlar ve maddeler mubadilesi Baki 1957MukafatlariAbdulla Qarayeve 1943 cu ilde Azerbaycan SSR Emekdar elm xadimi fexri adi verilmisdir Hemcinin alim Lenin ordeni 3 defe Qirmizi emek bayragi ordeni Qirmizi ulduz ordeni ve medallarla teltif olunmusdur VefatiAbdulla Qarayev 8 dekabr 1968 ci ilde Bakida vefat etmisdir MenbeEli Huseynov Mecnun Babayev Meshur biologiya alimleri Baki Maarif 2002 seh 144Istinadlar Qarayev Abdulla Ismayil oglu Azerbaycan science gov az 16 09 2021 tarixinde Abdulla Ismayil oglu Qarayev Azerbaycan www muallim edu az 18 09 2017 tarixinde Xarici kecidlerInsan ve heyvan fiziolgiyasi kafedrasi