Ağamalı Əhməd oğlu Əfəndiyev (8 mart 1947, Qaymaqlı, Qazax rayonu – 12 dekabr 1995, Qazax) — azərbaycanlı şair, naşir, ictimai xadim, dissident, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), "Müxalifət" qəzetinin yaradıcısı və ilk baş redaktoru (1991), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993).
Ağamalı Sadiq | |
---|---|
Ağamalı Əhməd oğlu Əfəndiyev | |
Təxəllüsü | "Asəf" |
Doğum tarixi | 8 mart 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1995 (48 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
Həyatı
Ağamalı Sadiq 1947-ci ilin mart ayının 8-də Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlamışdır (1964–1972). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış, jurnalistika istisasına yiyələnmişdir (1972–1977). Universiteti bitirdikdən sonra "Yazıçı" nəşriyyatında korrektor (1978–1981), "Maarif" nəşriyyatında redaktor (1983–1986), "Ulduz" dərgisində ədəbi işçi (1986–1990), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993) vəzifələrində çalışmışdır. Ağamalı Sadiq Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə fəal iştirak etmiş, 1988-ci ildə başlayan Meydan hərəkatının öncüllərindən biri olmuşdur. 1991-ci ildə "Müxalifət" qəzetini yaratmış və qəzetin ilk baş redaktoru olmuşdur. 1995-ci ilin dekabr ayının 24-də vəfat etmiş, vəsiyyətinə uyğun olaraq doğulduğu Qaymaqlı kəndində dəfn olunmuşdur.
Ailəsi
Gənc yaşlarında Nabat xanımla ailə həyatı quran Ağamalı Sadiqin Nofəl və Orxan adlı iki oğlu olmuşdur. İxtisasca hüquqşünas olan böyük oğlu Nofəl Əfəndiyev I Qarabağ müharibəsinin qazisi olmuş, 2021-ci il oktyabrında vəfat etmişdir.
Yaradıcılığı
Ötən əsrin 70-ci illər ədəbiyyatının ən parlaq imzalarından biri kimi tanınan Ağamalı Sadiq poeziya, nəsr və publisistika ilə məşğul olmuşdur. Şeir, hekayə, povest və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Mənə ümid verin" adlı ilk şeirlər kitabı 1982-ci ildə "Yazıçı" nəşriyyatında yayınlanmışdır. Vəfatından sonra yayınlanmış "Əyil səndən keçim dünya" adlı kitabına isə şeirləri və poemaları daxil edilmişdir. Poeziya yaradıcılığında imtimai mövzular ağırlıq təşkil etməkdədir. Onun bədii nəsr sahəsində ədəbi uğuru "Başsız" povesti ilə bağlıdır. İlk dəfə "Ulduz" dərgisində böyük ixtisarla yayınlanan bu əsər geniş oxucu kütləsinin marağına səbəb olmuş, ədəbi tənqid tərəfindən yetərincə dəyərləndirilmişdir. Ağamalı Sadiq istedadlı şair və nasir olmaqla bərabər, həm də gözəl publisist idi. Onun Aşıq Avdı haqqında "" qəzetində dərc etdirdiyi portret oçerki çox dəyərli ədəbi nümunədir. 1990-cı il 20 Yanvar faciəsindən sonra Ağamalı Sadiq mətbuatda çox sərt publisist yazılarla çıxış edirdi. Onun "Görək bu oyundan Mişa necə çıxacaq?", "Yazov, sənin anan olubmu?" məqalələri cəsarəti və siyasi kəskinliyi ilə diqqəti çəkir. Bu dönəmdə Ağamalı Sadiq jurnalist məramını da açıq-aydın bəyan edirdi: "Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım Sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, bir-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı". Ağamalı Sadiq tərcümə fəaliyyəti ilə də məşğul olmuş, Yevgeni Yevtuşenko, Aleksandr Qriç və başqa şairlərin şeirlərini Azərbaycan türkcəsinə çevirmişdir. Əsərləri türk, özbək və rus dillərinə tərcümə olunmuşdur.
Əsərləri
Haqqında
- Gülzar Əfəndiqızı. Vətən üçün yaşanmış Əfəndi ömrü, Bakı: Oka ofset, 2005, 229 s.
- Teymur Əhmədov. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə, Bakı: Nurlar, 2011, s.41
- Mustafa Çəmənli. Ürək yanmasa, "525-ci qəzet", 16 aprel 2016, s.18–19
- Məmməd Dəmirçioğlu. Ağamalı Sadiq Əfəndi. "Ədalət" qəzeti, 15 noyabr 2018, s.7
- Nofəl Ağamalıoğlu. "Atam heç vaxt şəhər adamı ola bilmədi", "Ədəbiyyat qəzeti", 16 may 2020, s.16–17
İstinadlar
- "Ağamalı Sadiq 70 yaşında..." 2023-07-25 tarixində . İstifadə tarixi: 2023-07-25.
- "Ağamalı Sadiq Əfəndi". 2023-07-24 tarixində . İstifadə tarixi: 2023-07-24.
- "Ağamalı Sadiq Əfəndinin İsmayıl Şıxlıya "məktub-harayı"". 2023-07-24 tarixində . İstifadə tarixi: 2023-07-24.
- "Ağamalı Sadiq Əfəndinin qazi oğlu Nofəl vəfat edib". 2023-07-24 tarixində . İstifadə tarixi: 2023-07-24.
- "Vətən, başın sağ olsun". 2023-07-24 tarixində . İstifadə tarixi: 2023-07-24.
- "Azərbaycan yazıçıları XX–XXI yüzillikdə" ensiklopedik məlumat kitabı nəşr edilmişdir
- "Ürək yanmasa… — ("Ürəyimdən kimlər keçdi" silsiləsindən)". 2023-07-24 tarixində . İstifadə tarixi: 2023-07-24.
- "AĞAMALI SADİQ ƏFƏNDİ". 2020-01-15 tarixində . İstifadə tarixi: 2023-07-24.
- "Nofəl AĞAMALI: "Atam heç vaxt şəhər adamı ola bilmədi"". 2023-07-24 tarixində . İstifadə tarixi: 2023-07-24.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agamali Ehmed oglu Efendiyev 8 mart 1947 Qaymaqli Qazax rayonu 12 dekabr 1995 Qazax azerbaycanli sair nasir ictimai xadim dissident Azerbaycan Yazicilar Birliyinin uzvu 1988 Muxalifet qezetinin yaradicisi ve ilk bas redaktoru 1991 Azerbaycan Respublikasinin Medeniyyet nazirinin muavini 1992 1993 Agamali SadiqAgamali Ehmed oglu EfendiyevTexellusu Asef Dogum tarixi 8 mart 1947 1947 03 08 Dogum yeri Qaymaqli Qazax rayonu Azerbaycan SSR SSRIVefat tarixi 12 dekabr 1995 1995 12 12 48 yasinda Vefat yeri Qazax Qazax rayonu AzerbaycanFealiyyeti yaziciHeyatiAgamali Sadiq 1947 ci ilin mart ayinin 8 de Azerbaycanin Qazax rayonunun Qaymaqli kendinde ziyali ailesinde anadan olmusdur Orta mektebi doguldugu kendde bitirmisdir Emek fealiyyetine Sumqayit superfosfat zavodunda elektrik montyoru kimi baslamisdir 1964 1972 Azerbaycan Dovlet Universitetinin indiki BDU Jurnalistika fakultesinde tehsil almis jurnalistika istisasina yiyelenmisdir 1972 1977 Universiteti bitirdikden sonra Yazici nesriyyatinda korrektor 1978 1981 Maarif nesriyyatinda redaktor 1983 1986 Ulduz dergisinde edebi isci 1986 1990 Azerbaycan Respublikasinin Medeniyyet nazirinin muavini 1992 1993 vezifelerinde calismisdir Agamali Sadiq Azerbaycanin istiqlaliyyeti ugrunda mubarizede feal istirak etmis 1988 ci ilde baslayan Meydan herekatinin oncullerinden biri olmusdur 1991 ci ilde Muxalifet qezetini yaratmis ve qezetin ilk bas redaktoru olmusdur 1995 ci ilin dekabr ayinin 24 de vefat etmis vesiyyetine uygun olaraq doguldugu Qaymaqli kendinde defn olunmusdur Ailesi Genc yaslarinda Nabat xanimla aile heyati quran Agamali Sadiqin Nofel ve Orxan adli iki oglu olmusdur Ixtisasca huquqsunas olan boyuk oglu Nofel Efendiyev I Qarabag muharibesinin qazisi olmus 2021 ci il oktyabrinda vefat etmisdir YaradiciligiOten esrin 70 ci iller edebiyyatinin en parlaq imzalarindan biri kimi taninan Agamali Sadiq poeziya nesr ve publisistika ile mesgul olmusdur Seir hekaye povest ve publisist yazilari ile dovri metbuatda muntezem cixis etmisdir Mene umid verin adli ilk seirler kitabi 1982 ci ilde Yazici nesriyyatinda yayinlanmisdir Vefatindan sonra yayinlanmis Eyil senden kecim dunya adli kitabina ise seirleri ve poemalari daxil edilmisdir Poeziya yaradiciliginda imtimai movzular agirliq teskil etmekdedir Onun bedii nesr sahesinde edebi uguru Bassiz povesti ile baglidir Ilk defe Ulduz dergisinde boyuk ixtisarla yayinlanan bu eser genis oxucu kutlesinin maragina sebeb olmus edebi tenqid terefinden yeterince deyerlendirilmisdir Agamali Sadiq istedadli sair ve nasir olmaqla beraber hem de gozel publisist idi Onun Asiq Avdi haqqinda Edebiyyat ve incesenet qezetinde derc etdirdiyi portret ocerki cox deyerli edebi numunedir 1990 ci il 20 Yanvar faciesinden sonra Agamali Sadiq metbuatda cox sert publisist yazilarla cixis edirdi Onun Gorek bu oyundan Misa nece cixacaq Yazov senin anan olubmu meqaleleri cesareti ve siyasi keskinliyi ile diqqeti cekir Bu donemde Agamali Sadiq jurnalist meramini da aciq aydin beyan edirdi Meni bezen qezebli jurnalist adlandirirlar ancaq yetmis il surmus rejime munasibetimle muqayisede hemin yazilar cox yumsaqdir Mene ele gelir ki bunlarin hamisi yasadigim Sovet cemiyyetine nifretden ireli gelirdi Cunki bu cemiyyetde insan simasizlasir bir birini satmaq istedada cevrilirdi sexsiyyet alcalir eyilir bir tike coreyini qazanmaq ireli getmek ucun insanda olan menfi keyfiyyetler fitri istedad sayilirdi Agamali Sadiq tercume fealiyyeti ile de mesgul olmus Yevgeni Yevtusenko Aleksandr Qric ve basqa sairlerin seirlerini Azerbaycan turkcesine cevirmisdir Eserleri turk ozbek ve rus dillerine tercume olunmusdur EserleriMene umid verin Seirler ve poema Baki Yazici 1982 71 s Eyil senden kecim dunya Seirler ve poema Baki Nicat 1996 196 s Bassiz povest Baki Oka ofset 2007 89 s HaqqindaGulzar Efendiqizi Veten ucun yasanmis Efendi omru Baki Oka ofset 2005 229 s Teymur Ehmedov Azerbaycan yazicilari XX XXI yuzillikde Baki Nurlar 2011 s 41 Mustafa Cemenli Urek yanmasa 525 ci qezet 16 aprel 2016 s 18 19 Memmed Demircioglu Agamali Sadiq Efendi Edalet qezeti 15 noyabr 2018 s 7 Nofel Agamalioglu Atam hec vaxt seher adami ola bilmedi Edebiyyat qezeti 16 may 2020 s 16 17Istinadlar Agamali Sadiq 70 yasinda 2023 07 25 tarixinde Istifade tarixi 2023 07 25 Agamali Sadiq Efendi 2023 07 24 tarixinde Istifade tarixi 2023 07 24 Agamali Sadiq Efendinin Ismayil Sixliya mektub harayi 2023 07 24 tarixinde Istifade tarixi 2023 07 24 Agamali Sadiq Efendinin qazi oglu Nofel vefat edib 2023 07 24 tarixinde Istifade tarixi 2023 07 24 Veten basin sag olsun 2023 07 24 tarixinde Istifade tarixi 2023 07 24 Azerbaycan yazicilari XX XXI yuzillikde ensiklopedik melumat kitabi nesr edilmisdir Urek yanmasa Ureyimden kimler kecdi silsilesinden 2023 07 24 tarixinde Istifade tarixi 2023 07 24 AGAMALI SADIQ EFENDI 2020 01 15 tarixinde Istifade tarixi 2023 07 24 Nofel AGAMALI Atam hec vaxt seher adami ola bilmedi 2023 07 24 tarixinde Istifade tarixi 2023 07 24