Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir.
Əbu Simbəl | |
---|---|
أبو سمبل 𓉐𓏤𓏤 𓍹𓌸𓁩𓁛𓄟𓋴𓌸𓍺 | |
| |
Ölkə | |
Yerləşir | Əsvan mühafəzəsi[d] |
Tikilmə tarixi | |
Kəşf tarixi | 1813 |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır.
Məbədin daxili quruluşu
Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi. O, Əbu Simbəl qayalarında iki məbəd – Böyük və Kiçik məbəd qurdurmuşdu. Böyük məbəd Misir allahlarının ən güclüsü Amona və digər iki allah Ra, və allahlarla eyniləşdirilmiş II Ramzesin şərəfinə yaradılmışdı.
Böyük məbədin fasadı Qədim Misir memarlığının nümunəsi olan pilon üslubunda tikilib. Məbədin qaya içərisində uzunluğu 60 metr, hündürlüyü isə 31 metrdir. Onun giriş hissəsində II Ramzesin qayada yonulmuş və hər birinin hündürlüyü 20 metr olan dörd nəhəng heykəli var. Heykəllər oturmuş vəziyyətdədir və firon əllərini dizləri üstə qoyub.
Heykəllərin üz cizgiləri II Ramzesin cizgiləri ilə eynidir və onlar firon II Ramzesin qüdrətinin, böyüklüyünün və dözümlülüyünün simvoludur. Əbu Simbəl qayalarında yonulmuş bu nəhəng heykəlləri Nil çayı boyunca üzən hər kəs aydınca seyr edə bilir.
Böyük məbədin iki salonu var. Birinci salonda II Ramzesin, hər birinin hündürlüyü 10 metr olan səkkiz heykəli, qarşı tərəfdə isə dörd Misir allahının heykəlləri üzbəüz dayanıb. Salonun divarları digər Misir allahlarının və II Ramzesin apardığı döyüşlərin relyeflərilə bəzənib.
Birinci salondan asanlıqla ikinci salona keçmək olur. İkinci salonda birincidə olduğu kimi II Ramzesin və Amonun, habelə Ranın heykəlləri ilə birgə çoxlu relyeflər var. Relyeflərdən aşağı, onları yonan ustaların – Pian, Xevi və Paneferin adları yazılıb.
Qədim Misir memarları məbədlər üçün çox uyğun və münasib yer seçiblər. Məbədin fasadı üzü Şərqə tərəfdir. Buna görə də ildə iki dəfə – 22 fevralda II Ramzesin hakimiyyətə gəldiyi gün və 22 oktyabrda – II Ramzesin anadan olduğu gün günəş şüaları məbədin xüsusi pəncərəsindən içəri, II Ramzesin və iki Misir allahının – Amonun və Ranın heykəlləri üstünə düşür. Ptax isə kölgədə qalır. Çünki, o, qaranlıq dünyanın allahıdır. Bu, Qədim Misir memarlarının və ustalarının nə qədər mahir sənətkar olduğunu bir daha sübut edir.
Kiçik məbəd böyük məbədə nisbətən xeyli balacadır. O, Allah və II Ramzesin ən sevimli arvadı olan Nefertari Merenmutun şərəfinə qurulub. Bu məbədin də fasadını allahların on metrlik heykəlləri bəzəyir və məbədə yol həmin heykəllərin arasından keçir.
Üçbucaqlı formada olan məbədin ortasında yenə də Ptax, Amon və Ramzesin əzəmətli heykəli yonulub. Kiçik məbəddə iki salon – sütunlu salon və ibadət salonu var və hər iki salonun divarları eyniylə Böyük məbədin salonları kimi relyeflərlə bəzədilib.
Məbədlərin köçürülməsi
Əbu Simbəl abidələrinə dünyanın nəzərləri Böyük Asuan bəndi tikilən zaman çevrildi. Bu su bəndi sovet mühəndislərinin layihəsi əsasında və Sovet İttifaqının yaxından köməyi ilə tikilmişdir. Həmin vaxt Əbu Simbəl məbədlərinin su anbarının altında qalmaq təhlükəsi labüd idi. Buna görə də Misir hökuməti, həmin abidələrin xilası üçün dünya ictimaiyyətinə müraciət etdi. Bir-birindən maraqlı yüzlərlə layihələr irəli sürüldü. Hətta, bəzi mütəxəssislər Əbu Simbəl abidələrinin üzərini şüşə sarkofaqla örtməyi təklif edirdilər.
Nəhayət, uzun müzakirələrdən sonra abidənin daha təhlükəsiz yerə köçürülməsi qərara alındı. YUNESKO-nun çağırışı ilə 50-dən çox dövlətin memarları, mühəndisləri və heykəltaraşları bu işə cəlb edildi.
Əbu Simbəl abidəsinin köçürülməsinə 1964-cü ildə başlanıldı. Məbədlər, hər birinin çəkisi 30 tona qədər (orta çəkisi 20 ton) olan 214 bloka ayrıldı və həmin bloklar əvvəlki yerindən 65 metr yuxarıda və çaydan 200 metr uzaqlıqda, dəmir-betondan quraşdırılmış süni qayanın üzərində yenidən əvvəlki görkəminə gətirildi. Bundan əlavə Əbu Simbəldə olan daha 23 qədim Misir məbədi və məqbərəsi də həmin üsulla təhlükəsiz yerlərə köçürüldü. Bununla da qədim dünyanın insan əli ilə yaradılmış tarixi memarlıq abidələri xilas edilmiş oldu. Köçürmə 1968-ci ildə tamamlanmışdır. O dövrün hesablamalarına görə bu layihə 40 milyon ABŞ dollarına başa gəlmişdi.
Mənbə
- Güllər Məmmədova, "Əbu Simbəl məbədi" [ölü keçid]
Keçidlər
- Vikianbarda Əbu Simbəl ilə əlaqəli mediafayllar var.
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 88 ing. • rus. • fr. |
- Otto E. Abu Simbel (alm.). // BAND I: A - Ernte / Hrsg.: W. Helck, E. Otto Wiesbaden: Harrassowitz Verlag, 1975. Vol. I. 672 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebu Simbel ereb أبو سنبل ve ya أبو سمبل Misir Ereb Respublikasinin cenubunda Nil cayinin qerb sahilinde yerlesen ve uzerinde qedim dunyanin en mohtesem abidelerinden biri Misir fironu II Ramzesin e e texm 1298 1213 emrile yonulmus 2 meshur mebed olan qaya Asuan seherinden 280 km cenubda Nubiyada yerlesir Ebu Simbelأبو سمبل 𓉐𓏤𓏤 𓍹𓌸𓁩𓁛𓄟𓋴𓌸𓍺Boyuk mebed22 20 13 sm e 31 37 32 s u Olke MisirYerlesir Esvan muhafezesi d Tikilme tarixiKesf tarixi 1813Sahesi 41 7 ha Vikianbarda elaqeli mediafayllar Hundurluyu 100 metr olan xirda denever qumdasindan ibaret bu qaya heroqlif yazilarinda muqeddes dag bu erazi ise mudafie qurgulari ile ehate olundugu ucun yunan menbelerinde Ramessopolis qalasi adlandirilir Erazinin indiki adi ereb dilindeki ebu ata ve Simbel sunbul sozlerinden yaranmisdir Tercumede sunbul atasi menasini verir ki bunun da sebebi ereb denizcilerinin Nil cayi ile qayanin yaxinligindan kecerken gordukleri kisi barelyefini sunbule benzetmeleridir Lakin adin yaranmasinin diger bir versiyasina gore Ebu Simbel bu qayani 1810 cu illerde qumlarin altindan tapan Isvecre tedqiqatcisi Iohann Ludviq Burkharta bu yeri gosteren genc ereb oglanin adidir Mebedin daxili qurulusuBu mebedleri yaratmaqla II Ramzesin meqsedi Kades doyusundeki qelebesini ebedilesdirmek ve Nubiya qebilelerine Misir fironlarinin ezemet ve qudretini numayis etdirmek idi O Ebu Simbel qayalarinda iki mebed Boyuk ve Kicik mebed qurdurmusdu Boyuk mebed Misir allahlarinin en guclusu Amona ve diger iki allah Ra ve allahlarla eynilesdirilmis II Ramzesin serefine yaradilmisdi Boyuk mebedin fasadi Qedim Misir memarliginin numunesi olan pilon uslubunda tikilib Mebedin qaya icerisinde uzunlugu 60 metr hundurluyu ise 31 metrdir Onun giris hissesinde II Ramzesin qayada yonulmus ve her birinin hundurluyu 20 metr olan dord neheng heykeli var Heykeller oturmus veziyyetdedir ve firon ellerini dizleri uste qoyub Boyuk mebedin daxilindeki relyefler Heykellerin uz cizgileri II Ramzesin cizgileri ile eynidir ve onlar firon II Ramzesin qudretinin boyukluyunun ve dozumluluyunun simvoludur Ebu Simbel qayalarinda yonulmus bu neheng heykelleri Nil cayi boyunca uzen her kes aydinca seyr ede bilir Boyuk mebedin iki salonu var Birinci salonda II Ramzesin her birinin hundurluyu 10 metr olan sekkiz heykeli qarsi terefde ise dord Misir allahinin heykelleri uzbeuz dayanib Salonun divarlari diger Misir allahlarinin ve II Ramzesin apardigi doyuslerin relyeflerile bezenib Birinci salondan asanliqla ikinci salona kecmek olur Ikinci salonda birincide oldugu kimi II Ramzesin ve Amonun habele Ranin heykelleri ile birge coxlu relyefler var Relyeflerden asagi onlari yonan ustalarin Pian Xevi ve Paneferin adlari yazilib Qedim Misir memarlari mebedler ucun cox uygun ve munasib yer secibler Mebedin fasadi uzu Serqe terefdir Buna gore de ilde iki defe 22 fevralda II Ramzesin hakimiyyete geldiyi gun ve 22 oktyabrda II Ramzesin anadan oldugu gun gunes sualari mebedin xususi penceresinden iceri II Ramzesin ve iki Misir allahinin Amonun ve Ranin heykelleri ustune dusur Ptax ise kolgede qalir Cunki o qaranliq dunyanin allahidir Bu Qedim Misir memarlarinin ve ustalarinin ne qeder mahir senetkar oldugunu bir daha subut edir Kicik mebed boyuk mebede nisbeten xeyli balacadir O Allah ve II Ramzesin en sevimli arvadi olan Nefertari Merenmutun serefine qurulub Bu mebedin de fasadini allahlarin on metrlik heykelleri bezeyir ve mebede yol hemin heykellerin arasindan kecir Ucbucaqli formada olan mebedin ortasinda yene de Ptax Amon ve Ramzesin ezemetli heykeli yonulub Kicik mebedde iki salon sutunlu salon ve ibadet salonu var ve her iki salonun divarlari eyniyle Boyuk mebedin salonlari kimi relyeflerle bezedilib Mebedlerin kocurulmesiMebedin kocurmeden evvelki ve sonraki yerini hemcinin su anbarinin seviyyesini numayis etdiren model Ebu Simbel abidelerine dunyanin nezerleri Boyuk Asuan bendi tikilen zaman cevrildi Bu su bendi sovet muhendislerinin layihesi esasinda ve Sovet Ittifaqinin yaxindan komeyi ile tikilmisdir Hemin vaxt Ebu Simbel mebedlerinin su anbarinin altinda qalmaq tehlukesi labud idi Buna gore de Misir hokumeti hemin abidelerin xilasi ucun dunya ictimaiyyetine muraciet etdi Bir birinden maraqli yuzlerle layiheler ireli suruldu Hetta bezi mutexessisler Ebu Simbel abidelerinin uzerini suse sarkofaqla ortmeyi teklif edirdiler Nehayet uzun muzakirelerden sonra abidenin daha tehlukesiz yere kocurulmesi qerara alindi YUNESKO nun cagirisi ile 50 den cox dovletin memarlari muhendisleri ve heykeltaraslari bu ise celb edildi Ebu Simbel abidesinin kocurulmesine 1964 cu ilde baslanildi Mebedler her birinin cekisi 30 tona qeder orta cekisi 20 ton olan 214 bloka ayrildi ve hemin bloklar evvelki yerinden 65 metr yuxarida ve caydan 200 metr uzaqliqda demir betondan qurasdirilmis suni qayanin uzerinde yeniden evvelki gorkemine getirildi Bundan elave Ebu Simbelde olan daha 23 qedim Misir mebedi ve meqberesi de hemin usulla tehlukesiz yerlere kocuruldu Bununla da qedim dunyanin insan eli ile yaradilmis tarixi memarliq abideleri xilas edilmis oldu Kocurme 1968 ci ilde tamamlanmisdir O dovrun hesablamalarina gore bu layihe 40 milyon ABS dollarina basa gelmisdi MenbeGuller Memmedova Ebu Simbel mebedi olu kecid KecidlerVikianbarda Ebu Simbel ile elaqeli mediafayllar var YUNESKO nun Umumdunya irsi obyekt 88 ing rus fr Otto E Abu Simbel alm BAND I A Ernte Hrsg W Helck E Otto Wiesbaden Harrassowitz Verlag 1975 Vol I 672 s ISBN 978 3 447 01670 4