Bu məqalənin şübhə doğurur. |
Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayıb və bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 26 dekabr 1918 |
Əvvəlki qurum | Sosial Təminat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Salatın Əsgərova küçəsi 85, AZ 1009 |
Rəhbərlik | |
Nazir | Sahil Babayev |
Nazir müavinləri | Anar Əliyev Vüsal Nəsirli Anar Kərimov Hidayət Abdullayev |
| |
Rəsmi saytı | sosial.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur.
İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi.
Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. Xalq Komissarları Soveti iyulun 31-dək, 3 aylıq fəaliyyəti ərzində 200-dən çox şəxsi neft mədənini, 299 sənaye müəssisəsini milliləşdirməklə yanaşı, fəhlə və qulluqçuların əmək hüquqlarının müdafiəsi, işçilərin əməyinin mühafizəsinin təşkili və s. ilə bağlı bir sıra sosial tədbirlər də həyata keçirmişdir.
AXC
1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olundu və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi ``Hümmət`` partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli "Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında" qərar idi. Qərarda istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı.
26 dekabr 1918-ci ildə isə 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu.
Üçüncü hökumət parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişiklik edilməsi barədə qərar verdi.
1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi.
1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli "Fəhlə məsələsi haqqında" qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilmiş "Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında" qərar olmuşdur.
1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur.
SSRİ dövrü
1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, silahlı qüvvələrini Azərbaycana yeritdi və Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.1920-ci il aprelin 28-də hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Mayın 3-də Azərbaycan İnqilab Komitəsinin 2-ci iclasında hökumətin tərkibində Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yaradıldı. Seyidcəfər Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı təyin olundu.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis etdi. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. 1920-ci ildə neft sənayesi müəssisələrində əməyin mühafizəsi üzrə 150 komissiya yaradılmışdır.
Sovet hakimiyyətinin bərqərar olmasından sonra fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunmuşdur. "Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında" 15 noyabr 1921-ci il tarixli Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. 9 dekabr 1921-ci il tarixli "Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında" və "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında" dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olunmuşdur. Bundan başqa, 8 dekabr 1921-ci il tarixli "Əlillərin sosial təminatı haqqında", 19 dekabr 1921-ci il tarixli "Xəstəliyin sığortası haqqında" və 28 dekabr 1921-ci il tarixli "İşsizliyə görə sosial təminat haqqında" Dek-retlər də qəbul olunmuşdur.
1922-ci il oktyabarın 30-da ZSFSR MİK-nin 9-cu çağırış 4-cü sessiyasında "Əmək haqqında qanunlar məcəlləsi" qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin "Əmək haqqında qanunlar məcəlləsini qüvvəyə mindirmək haqqında" 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul edildiyi tarixədək qüvvədə olmuşdur.
1922–27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M. Hacıyev komissar təyin olundu.
1927-ci ilin avqust ayında Bakıda əlillərin problemləri ilə məşğul olmaq üçün "Əlillər korporasiyası" yaradılmış, İctimai Təminat Komissarlığı sisteminə daxil olan 25 arteldə müxtəlif ixtisaslar üzrə yüzlərlə əlil işlə təmin edilmişdir.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin "Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə" 1937-ci il 9 may tarixli 2891 nömrəli qərarı ilə AHİŞ-da, dəmir yolları, dəniz nəqliyyatı və çay nəqliyyatı fəhlələri həmkarlar ittifaqlarında bütün növ pensiyaların təyin olunması dayandırılaraq, bu işin həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verildi.
Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1958-ci il tarixli qərarı ilə İctimai Təminat Nazirliyi tərəfindən 1960-cı ilin yanvarın 1-dən başlayaraq, çoxuşaqlı və tək analara hər ay dövlət yardımı verilməsinə başlanıldı. Həmçinin həmin il sovet pensiya sistemində müavinətlərin yeni növləri tətbiq edildi.
Müstəqillik dövrü
Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.
Vəzifələri
- Əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək;
- işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək;
- müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək;
- əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayıb müvafiq orqanlara təqdim etmək;
- əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini təşkil etmək;
- demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək;
- tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil etmək, əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əməyin gigiyenası, əhalinin məşğulluğu, miqrasiya sahəsində qanunvericilik aktlarının icrasının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək.
Tabeliyindəki qurumlar
- Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
- Dövlət Sosial Müdafiə Fondu
- Dövlət Məşğulluq Agentliyi
- Tikilməkdə olan Obyektlərin Müdiriyyəti
Beynəlxalq əlaqələr
Nazirliyin fəaliyyət dairəsinə aid bütün istiqamətlər üzrə islahatların aparılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən BƏT, BMT İP, BMT QAK, Dünya Bankı, TACİS və BQXK ilə sıx əməkdaşlığın xüsusi əhəmiyyəti olmuşdur. Yuxarıda qeyd olunduğu kimi əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə bu təşkilatlarla birgə layihələr həyata keçirilmişdir ki, bu da ölkədə həmin sahələrin inkişafına əhəmiyyətli təsir göstərmişdir.
1996-cı ilin sentyabr ayından 1998-ci ilin avqust ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında məşğulluq xidmətində islahatların aparılması və inkişaf etdirilməsinə kömək göstərmək" layihəsini həyata keçirmişdir.
1997-ci ilin yanvar ayından 1998-ci ilin fevral ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Təhsil və özünüməşğulluğun inkişaf proqramı" layihəsini həyata keçirmişdir. Layihə Naxçıvan MR və Ağdam rayonu ərazisində həyata keçirilirdi.
1998-ci ilin fevral ayından 1999-cu ilin avqust ayınadək və 2000-ci ilin yanvar-noyabr aylarında Nazirlik BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerlərdə məskunlaşması" layihələrini həyata keçirmişdir.
1999-cu ilin avqust ayından 2001-ci ilin iyun ayınadək Nazirlik Dünya Bankı ilə birgə "Azərbaycan Respublikasında pensiya və sosial yardım islahatı" layihəsini həyata keçirmişdir. Bu layihə Yaponiya hökumətinin Azərbaycan Respublikasının hökuməti üçün ayrılmış qrant hesabına həyata keçirilmişdir.
2000-ci ilin noyabr ayından 2002-ci ilin sentyabr ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında Sosial Müdafiə və Pensiya islahatı" layihəsi həyata keçirmişdir.
2002-ci ilin sentyabr ayından 2003-cü ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Reabilitasiya mərkəzlərində reabilitasiya avadanlıqlarının təkmilləşdirilməsi" layihəsini həyata keçirmişdir. Yaponiya hökumətinin qrantı hesabına maliyyələşdirilən layihənin məqsədi Respublika Əlillərin Bərpa Mərkəzinin, Bakı Uşaq Bərpa Mərkəzinin və Əlillər üçün müalicə Pansionatının tibbi və bərpa avadanlığı ilə təchiz olunması və Yaponiya mütəxəssislərini Azərbaycana göndərməklə mühazirələr və praktiki məşğələlər vasitəsilə reabilitasiya sahəsində Azərbaycan mütəxəssislərinin ixtisaslarının artırılması və onların Yaponiyada təlim keçməsinin təşkili idi.
2000-ci ilin aprel ayından 2002-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Sakinliyi Fondu ilə "Əhali Sakinliyinin inkişafının əsas təmayülü və bu inkişafın planlaşdırılmasında gender problemləri, geyri-hökumət təşkilatlarının dəstəyinin səfərbərliyi" layihəsini həyata keçirmişdir.
2002-ci ilin iyun ayından başlayaraq Azərbaycan Respublikasının hökuməti BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Azərbaycan Respublikasında sosial müdafiə sisteminin inkişafı" layihəsini həyata keçirildi.
2005-ci ilin yanvar ayından "Pensiya və sosial təminat layihəsi" fəaliyyətə başlamışdır. Beynəlxalq İnkişaf Asossiasiyasının (Dünya Bankı) krediti ilə həyata keçirilən layihə sosial təminat sahəsində Azərbaycan Respublikası hökuməti tərəfindən aparılan islahatlara yönəlmişdir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə respublikada protez-ortopedik xidmətin inkişafı sahəsində 1994-cü ildən başlayaraq bu günədək əməkdaşlıq edilir və görülən işlər sırasında ən əhəmiyyətlisi Gəncə şəhərində Protez-Ortopedik Bərpa Mərkəzinin filialının yaradılması, Naxçıvan şəhərində Protez emalatxanasının genişləndirilməsidir.
Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində 2003-cü ilin oktyabr ayında istifadəyə verilmiş Uşaq Bərpa Mərkəzinin mebel və məişət avadanlıqları ilə təminatı həyata keçirilmişdir.
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında"[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli, 356 nömrəli Fərmanı (az.)
- ""Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxs yaradılır". 2022-08-27 tarixində . İstifadə tarixi: 2021-04-11.
Xarici keçidlər
- sosial.gov.az — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin neytralligi subhe dogurur Meqalede teref tutma ve ya pislemek meqsedi dasiyan ve dogrulugu subut edilmeyen fikirlerin oldugu iddia edilir Xahis olunur bu mesele ile elaqedar muzakirelerde istirak edesiniz Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Azerbaycan Respublikasinin Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyi Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyi 1918 ci ilin 26 dekabrinda Azerbaycan Xalq Cumhuriyyeti hokumeti terkibinde Poct Teleqraf ve Emek Nazirliyi kimi fealiyyete baslayib ve bu gun emek ve mesgulluq sosial mudafie sosial sigorta issizlikden sigorta demoqrafiya tibbi sosial ekspertiza ve reabilitasiya ovladligagoturme himayedar aile sahelerinde dovlet siyasetini heyata keciren merkezi icra hakimiyyeti orqanidir Emek ve Ehalinin Sosial Mudafiesi NazirliyiAzerbaycan Respublikasinin Emek ve Ehalinin Sosial Mudafiesi NazirliyiUmumi melumatlarOlke AzerbaycanYurisdiksiya Azerbaycan RespublikasiYaradilma tarixi 26 dekabr 1918Evvelki qurum Sosial Teminat Nazirliyi ve Azerbaycan Respublikasinin Dovlet Emek ve Sosial Meseleler KomitesiTabelik Azerbaycan PrezidentiBas qerargah Baki BakiUnvan Salatin Esgerova kucesi 85 AZ 1009RehberlikNazir Sahil BabayevNazir muavinleri Anar Eliyev Vusal Nesirli Anar Kerimov Hidayet AbdullayevResmi sayti sosial gov az Vikianbarda elaqeli mediafayllarInzibati binasi Tarixi Azerbaycanda sosial teminat qanunvericiliyi XX esrin evvellerinde formalasmaga baslamis bu sahede ilk aktlar olaraq 1903 cu ilde Istehsalatda bedbext hadiselere gore isegoturenlerin mesuliyyeti haqqinda ve 1912 ci ilde Bedbext hadiselerden ve xesteliklerden fehlelerin sigortasi haqqinda qanunlar qebul olunmusdur Inqilabdan sonra 8 saatliq is gununun tetbiqi umumi siyasi teleb kimi fehle herekatinda birinci yeri tuturdu 15 aprel 1917 ci ilde Baki Fehle ve Esger Deputatlari Soveti senaye sahibleri ve muessiselerin mudiriyyeti ile razilasma esasinda 6 bendden ibaret olan Baki rayonunda 8 saatliq is gunu qoyulmasi haqqinda melumat yaydi 12 sentyabr 1917 ci ilde ise RSDF b P Baki teskilatinin konfransinda fehleler ucun 8 saatliq is gunu tetbiq edilmesi emek haqqinin bahaliqla bir seviyyede tenzimlenmesi fehle sinfine normal yasayis temin edecek ictimai huquqi xarakterli butun tedbirlerin heyata kecirilmesini nezerde tutan 5 bendden ibaret tapsiriq qebul edildi Rusiyada Oktyabr cevrilisinden sonra Cenubi Qafqazda Rusiya usul idaresine son qoymaq ve regionu idare etmek meqsedile 1917 ci il noyabrin 11 de Tiflisde Azerbaycan Gurcustan ve Ermenistan numayendelerinin istiraki ile Zaqafqaziya Komissarligi yaradildi 11 nazirden ibaret olan bu hokumetin sedri gurcu menseviki E P Gegeckorin idi ki o hem de Emek ve Xarici Isler Nazirliyine rehberlik edirdi Bu hokumet 6 aydan sonra oz yerini yeni yaradilmis Zaqafqaziya Demokratik Federativ Respublikasina verdi Cemi 35 gun movcud olmus bu hokumet evvelki selefi kimi oz fealiyyetini yalniz kagiz uzerinde resmilesdire bildi Baki Fehle Esger ve Matros Deputatlari Sovetinin 22 mart 1918 ci il tarixli qerari ile Baki quberniyasinin Emek Komissarligi teskil olundu Yakov Zevin komissar teyin olundu Az sonra Baki Sovetini evez eden Baki Xalq Komissarlari Sovetinde de Xalq Emek Komissari yene Yakov Zevin oldu Xalq Komissarlari Soveti iyulun 31 dek 3 ayliq fealiyyeti erzinde 200 den cox sexsi neft medenini 299 senaye muessisesini millilesdirmekle yanasi fehle ve qulluqcularin emek huquqlarinin mudafiesi iscilerin emeyinin muhafizesinin teskili ve s ile bagli bir sira sosial tedbirler de heyata kecirmisdir AXC 1918 ci il mayin 28 de Tiflis seherinde Serqde ilk demokratik respublika Azerbaycan Xalq Cumhuriyyeti yaradilaraq Istiqlal Beyannamesi elan olundu ve 9 neferden ibaret ilk muveqqeti hokumet kabineti teskil edildi Ilk hokumet kabinetinde Ekincilik ve Emek naziri vezifesi Hummet partiyasindan Milli Suraya uzv secilmis Ekber aga Seyxulislamova hevale olundu Azerbaycan Xalq Cumhuriyyetinin fealiyyeti dovrunde parlamentin muzakiresine muxtelif sahelere aid 315 qanun layihesi teqdim olunmusdu ki onlardan 10 u sosial saheye aid idi Pensiya meseleleri uzre iki esas qerar qebul edilmisdi ki onlardan biri 28 avqust 1918 ci il tarixli Pensiya haqqinda qanun layihesinin tertib olunmasi ucun komissiya yaradilmasi haqqinda qerar idi Qerarda istefaya cixan sexslere xidmet illerine gore pensiya teyin olunmasi nezerde tutulurdu Cumhuriyyetin fealiyyeti dovrunde Baki seherinde Emek Birjasi fealiyyet gosterirdi Baki Emek Birjasi 1918 ci il yanvarin 13 de Baki seher Dumasinda yaradilmisdi 26 dekabr 1918 ci ilde ise 14 neferden ibaret ucuncu koalisiyon hokumet teskil edildi Bu hokumetde Poct Teleqraf ve Emek naziri vezifesine Aslan bey Sefikurdski teyin olundu Ucuncu hokumet parlamentin 21 yanvar 1919 cu il tarixli qerari ile Xalq Cumhuriyyeti Hokumetinde emek munasibetleri ve bununla bagli diger meseleleri tenzimlemek meqsedile Emek Nazirliyi tesis olundu Icra ve nezaretedici selahiyyet elde eden Emek Nazirliyi 1919 cu il yanvarin 25 de fehlelerin emeyinin muhafizesi ve meiset seraitinin yaxsilasdirilmasi meqsedile xususi musavire kecirdi Musavirede tereflerin beraber temsil olunmasi serti ile fehle ve muessise sahibleri daxil olmaqla 19 neferden ibaret xususi komissiya yaradilmasi qerara alindi Yanvarin 26 da ise nazirlik kollektiv muqavilenin sertlerinde bir sira deyisiklik edilmesi barede qerar verdi 1919 cu il aprelin 14 de Nesib bey Yusifbeylinin rehberliyi ile Xalq Cumhuriyyeti Hokumetinin 14 nazirden ibaret dorduncu hokumet kabineti teskil edildi ve Aslan bey Sefikurdski Edliyye ve Emek naziri teyin edildi Bu zaman inflyasiya ile elaqedar olaraq muavinet ve emek haqlarinin artirilmasi hokumetin sosial siyasetinin muhum istiqametini teskil edirdi 1919 cu il avqustun 5 de Nazirler Surasinin qerari ile Emek Nazirliyinin nezdinde emeyin muhafizesi emek haqqi derecelerini ve emek mubahiselerini tenzimlemek meqsedile Emek Mufettisliyi tesis olundu Yeni mufettisliyin yaradilmasi ile emeyin muhafizesine nezaret isi bir idarede cemlesdi ve onun nezaret dairesi respublikanin butun erazisini ehate etdi Olkenin 8 bolgesinin her birinde rayon mufettisi vardi Aprel isgalinadek fealiyyeti dovrunde mufettislik terefinden nazirliye daxil olan 1537 sikayetden 922 si fehlelerin xeyrine hell edilmis 145 ne redd cavabi verilmis 14 u mehkemeye gonderilmis 456 si ise hell olunmamis qalmisdir ADR parlamentinin 7 dekabr 1918 ci il tarixli Fehle meselesi haqqinda qerarinda emek qabiliyyetini tam ve ya qismen itirdikde fehlelere sigorta verilmesi mueyyen edilmisdir Azerbaycan Xalq Cumhuriyyeti hokumetinin fealiyyeti dovrunde pensiya meseleleri uzre ikinci qerar 27 avqust 1919 cu ilde qebul edilmis Pensiya nizamnamesinin hazirlanmasi uzre komissiyanin yaradilmasi haqqinda qerar olmusdur 1919 cu il dekabrin 22 de teskil edilmis sonuncu 12 neferden ibaret besinci hokumetde Ekincilik ve Emek Nazirliyine Ehmed bey Pepinov rehberlik etmisdir Hemin hokumet fehle meselesine aid proqram hazirlamis ve bununla bagli melumat yaymisdir Proqramda usaq ve qadin emeyinin muhafizesinin temin edilmesi mudiriyyetin hemkarlarin isine qarismasinin yolverilmez oldugu fehle teskilatlarina hucumlarin dayandirilacagi yigincaq azadligi ve emek haqqinin qaldirilmasi meseleleri nezerde tutulmusdur SSRI dovru 1920 ci il aprelin 27 de XI Qirmizi Ordu beynelxalq huquq normalarini pozaraq silahli quvvelerini Azerbaycana yeritdi ve Azerbaycanin dovlet musteqilliyine son qoydu 1920 ci il aprelin 28 de hakimiyyet Muveqqeti Inqilab Komitesinin eline kecdi Mayin 3 de Azerbaycan Inqilab Komitesinin 2 ci iclasinda hokumetin terkibinde Azerbaycan SSR Xalq Teserrufati Surasi yaradildi Seyidcefer Yaqubov Azerbaycan SSR Xalq Emek Komissari teyin olundu Azerbaycanda sovet hakimiyyeti qurulduqdan sonra Xalq Komissarlari Soveti isci quvvesinden semereli istifade etmek fehleleri oz ixtisaslarina gore yerlesdirmek iscilerin heyatini saglamligini ve emeyini muhafize etmek meqsedile Xalq Emek Komissarliginin nezdinde Emeyin Muhafizesi Mufettisliyini tesis etdi Bu teskilatin vezifesi zehmetkeslerin emeyinin muhafizesi ve menafeyi ile bagli zeruri tedbirler gormek idi 1920 ci ilde neft senayesi muessiselerinde emeyin muhafizesi uzre 150 komissiya yaradilmisdir Sovet hakimiyyetinin berqerar olmasindan sonra fehle ve qulluqcularin sosial teminati ile elaqedar bir sira qerarlar qebul olunmusdur Muzdlu emekle mesgul olan sexslerin sosial sigortasi haqqinda 15 noyabr 1921 ci il tarixli Dekret muzdlu emekle mesgul olan butun sexslere ve emek qabiliyyetinin muveqqeti ve ya daimi olaraq itirildiyi butun hallara issizliye elece de olum hallarina samil edilirdi 9 dekabr 1921 ci il tarixli Aile bascisinin itirilmesine gore zehmetkeslerin ailelerinin sosial teminati haqqinda ve Emek qabiliyyetinin muveqqeti itirilmesi ve analiga gore sosial teminat haqqinda dekretlerle aile bascisinin itirilmesi ile elaqedar pensiya teminati hell olunmusdur Bundan basqa 8 dekabr 1921 ci il tarixli Elillerin sosial teminati haqqinda 19 dekabr 1921 ci il tarixli Xesteliyin sigortasi haqqinda ve 28 dekabr 1921 ci il tarixli Issizliye gore sosial teminat haqqinda Dek retler de qebul olunmusdur 1922 ci il oktyabarin 30 da ZSFSR MIK nin 9 cu cagiris 4 cu sessiyasinda Emek haqqinda qanunlar mecellesi qebul edildi Bu Mecelle Azerbaycan SSR Merkezi Icraiyye Komitesinin Emek haqqinda qanunlar mecellesini quvveye mindirmek haqqinda 30 dekabr 1922 ci il tarixli qerari ile emek meselelerinin tenzimlenmesinde huquqi baza olmusdur Mecelle 1971 ci ile qeder yeni Azerbaycan SSR nin Emek Qanunlari Mecellesinin qebul edildiyi tarixedek quvvede olmusdur 1922 27 ci iller Azerbaycanda esasen xalq teserrufatinin berpasi yerlerde kend sovetlerinin yaradilmasi ve sosializm quruculugu dovru oldugundan Ictimai Teminat Komissarliginin vezifelerini Azerbaycan Xalq Komissarlari Soveti ve ayri ayri suralar yerine yetirirdi Azerbaycan SSR Xalq Komissarlari Sovetinin 20 iyun 1927 ci il tarixli qerari ile Xalq Ictimai Teminat Komissarliginin fealiyyeti berpa edildi ve M Haciyev komissar teyin olundu 1927 ci ilin avqust ayinda Bakida elillerin problemleri ile mesgul olmaq ucun Eliller korporasiyasi yaradilmis Ictimai Teminat Komissarligi sistemine daxil olan 25 artelde muxtelif ixtisaslar uzre yuzlerle elil isle temin edilmisdir Azerbaycan SSR Xalq Komissarlari Sovetinin Dovlet ictimai sigortasi uzre pensiyalarin teyin edilmesi barede 1937 ci il 9 may tarixli 2891 nomreli qerari ile AHIS da demir yollari deniz neqliyyati ve cay neqliyyati fehleleri hemkarlar ittifaqlarinda butun nov pensiyalarin teyin olunmasi dayandirilaraq bu isin heyata kecirilmesi selahiyyeti Xalq Ictimai Teminat Komissarligina verildi Azerbaycan SSR Nazirler Sovetinin 25 oktyabr 1958 ci il tarixli qerari ile Ictimai Teminat Nazirliyi terefinden 1960 ci ilin yanvarin 1 den baslayaraq coxusaqli ve tek analara her ay dovlet yardimi verilmesine baslanildi Hemcinin hemin il sovet pensiya sisteminde muavinetlerin yeni novleri tetbiq edildi Musteqillik dovru Azerbaycan Respublikasi Prezidenti Ebulfez Elcibeyin Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyinin yaradilmasi haqqinda 10 dekabr 1992 ci il tarixli Fermani ile Azerbaycan Respublikasinin Sosial Teminat Nazirliyi ile Azerbaycan Respublikasinin Dovlet Emek ve Sosial Meseleler Komitesi legv edilerek Azerbaycan Respublikasi Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyi yaradilib VezifeleriEmek sosial mudafie pensiya teminati demoqrafiya ve miqrasiya sahesinde dovlet siyasetini hazirlamaq ve qanunvericilikle mueyyen olunmus qaydada heyata kecirmek emek qabiliyyetli ehalinin isguzarliq ve tesebbuskarliginin artirilmasi ucun zeruri serait yaratmaq mulkiyyet ve teskilati huquqi formasindan asili olmayaraq butun muessise idare ve teskilatlarda calisan iscilerin emek ve sosial huquqlarinin qorunmasini temin etmek issizliyin seviyyesinin azaldilmasina emek bazarinda zeif reqabetli ehali qruplarinin xususile genclerin coxusaqli qadinlarin qacqin ve mecburi kockunlerin elillerin sehid ailesi uzvlerinin serbestlesdirilmis iscilerin mesgulluguna yoneldilmis siyaseti heyata kecirmek muvafiq icra hakimiyyeti orqanlari dovlet ve qeyri dovlet muessiseleri ile birge yeni is yerlerinin yaradilmasina yoneldilmis tedbirler hazirlamaq emek ehtiyatlarini bazar seraitine uygunlasdirmaq meqsedile pese hazirligi mexanizmini tekmillesdirmek ehalinin sosial mudafiesi sahesinde qanunvericilik aktlarinin tekmillesdirilmesi meqsedile teklifler hazirlayib muvafiq orqanlara teqdim etmek ehalinin azteminatli tebeqelerine dovlet yardiminin tenzimlenmesi uzre teklifler hazirlamaq tenha ahil vetendaslara ve elillere sosial meiset xidmetini teskil etmek demoqrafiya emek ve sosial mudafie meseleleri uzre elmi tedqiqat ve beynelxalq emekdasliq sahesinde isleri elaqelendirmek tibbi sosial ekspertizani elillerin reabilitasiyasini teskil etmek elillerin protez ortopedik vasitelerle temin olunmasina komeklik gostermek mulkiyyet ve teskilati huquqi formasindan asili olmayaraq muessise idare ve teskilatlarda emeyin muhafizesi emek seraiti emeyin odenilmesi emek munasibetleri emeyin gigiyenasi ehalinin mesgullugu miqrasiya sahesinde qanunvericilik aktlarinin icrasinin temin olunmasina dovlet nezaretini heyata kecirmek Tabeliyindeki qurumlarDayaniqli ve Operativ Sosial Teminat Agentliyi Dovlet Sosial Mudafie Fondu Dovlet Mesgulluq Agentliyi Tikilmekde olan Obyektlerin MudiriyyetiBeynelxalq elaqelerNazirliyin fealiyyet dairesine aid butun istiqametler uzre islahatlarin aparilmasinda beynelxalq tecrubenin oyrenilmesinin muvafiq beynelxalq teskilatlarla o cumleden BET BMT IP BMT QAK Dunya Banki TACIS ve BQXK ile six emekdasligin xususi ehemiyyeti olmusdur Yuxarida qeyd olundugu kimi emek mesgulluq emek miqrasiyasi sosial mudafie elillerin reabilitasiyasi ve s sahelerde bu teskilatlarla birge layiheler heyata kecirilmisdir ki bu da olkede hemin sahelerin inkisafina ehemiyyetli tesir gostermisdir 1996 ci ilin sentyabr ayindan 1998 ci ilin avqust ayinadek Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyi Avropa Ittifaqinin TACIS Proqrami ile birge Azerbaycan Respublikasinda mesgulluq xidmetinde islahatlarin aparilmasi ve inkisaf etdirilmesine komek gostermek layihesini heyata kecirmisdir 1997 ci ilin yanvar ayindan 1998 ci ilin fevral ayinadek Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyi BMT nin Inkisaf Proqrami ve Beynelxalq Emek Teskilati ile birge Tehsil ve ozunumesgullugun inkisaf proqrami layihesini heyata kecirmisdir Layihe Naxcivan MR ve Agdam rayonu erazisinde heyata kecirilirdi 1998 ci ilin fevral ayindan 1999 cu ilin avqust ayinadek ve 2000 ci ilin yanvar noyabr aylarinda Nazirlik BMT nin Qacqinlarin isleri uzre Ali Komissarligi ve BMT nin Inkisaf Proqrami ile birge Azerbaycanda qacqinlarin ve mecburi kockunlerin yerlerde meskunlasmasi layihelerini heyata kecirmisdir 1999 cu ilin avqust ayindan 2001 ci ilin iyun ayinadek Nazirlik Dunya Banki ile birge Azerbaycan Respublikasinda pensiya ve sosial yardim islahati layihesini heyata kecirmisdir Bu layihe Yaponiya hokumetinin Azerbaycan Respublikasinin hokumeti ucun ayrilmis qrant hesabina heyata kecirilmisdir 2000 ci ilin noyabr ayindan 2002 ci ilin sentyabr ayinadek Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyi Avropa Ittifaqinin TACIS Proqrami ile birge Azerbaycan Respublikasinda Sosial Mudafie ve Pensiya islahati layihesi heyata kecirmisdir 2002 ci ilin sentyabr ayindan 2003 cu ilin aprel ayinadek Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyi Reabilitasiya merkezlerinde reabilitasiya avadanliqlarinin tekmillesdirilmesi layihesini heyata kecirmisdir Yaponiya hokumetinin qranti hesabina maliyyelesdirilen layihenin meqsedi Respublika Elillerin Berpa Merkezinin Baki Usaq Berpa Merkezinin ve Eliller ucun mualice Pansionatinin tibbi ve berpa avadanligi ile techiz olunmasi ve Yaponiya mutexessislerini Azerbaycana gondermekle muhazireler ve praktiki mesgeleler vasitesile reabilitasiya sahesinde Azerbaycan mutexessislerinin ixtisaslarinin artirilmasi ve onlarin Yaponiyada telim kecmesinin teskili idi 2000 ci ilin aprel ayindan 2002 ci ilin aprel ayinadek Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyi BMT nin Ehali Sakinliyi Fondu ile Ehali Sakinliyinin inkisafinin esas temayulu ve bu inkisafin planlasdirilmasinda gender problemleri geyri hokumet teskilatlarinin desteyinin seferberliyi layihesini heyata kecirmisdir 2002 ci ilin iyun ayindan baslayaraq Azerbaycan Respublikasinin hokumeti BMT nin Inkisaf Proqrami ile birlikde Azerbaycan Respublikasinda sosial mudafie sisteminin inkisafi layihesini heyata kecirildi 2005 ci ilin yanvar ayindan Pensiya ve sosial teminat layihesi fealiyyete baslamisdir Beynelxalq Inkisaf Asossiasiyasinin Dunya Banki krediti ile heyata kecirilen layihe sosial teminat sahesinde Azerbaycan Respublikasi hokumeti terefinden aparilan islahatlara yonelmisdir Beynelxalq Qirmizi Xac Komitesi ile respublikada protez ortopedik xidmetin inkisafi sahesinde 1994 cu ilden baslayaraq bu gunedek emekdasliq edilir ve gorulen isler sirasinda en ehemiyyetlisi Gence seherinde Protez Ortopedik Berpa Merkezinin filialinin yaradilmasi Naxcivan seherinde Protez emalatxanasinin genislendirilmesidir Avropa Komissiyasi ile emekdasliq cercivesinde 2003 cu ilin oktyabr ayinda istifadeye verilmis Usaq Berpa Merkezinin mebel ve meiset avadanliqlari ile teminati heyata kecirilmisdir Hemcinin baxAzerbaycan Emek ve Sosial Munasibetler AkademiyasiIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Azerbaycan Respublikasinin Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyinin yaradilmasi haqqinda olu kecid Azerbaycan Respublikasi Prezidentinin 1992 ci il 10 dekabr tarixli 356 nomreli Fermani az Emeyin Muhafizesi Merkezi publik huquqi sexs yaradilir 2022 08 27 tarixinde Istifade tarixi 2021 04 11 Xarici kecidlersosial gov az Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyinin resmi sayti