İsa-Musa quşu və ya İsaq-Musaq quşu— meşə bayquşcuğu ilə bağlı azərbaycanlılarda yayılmış mif. Mifin anadil quşları və Yapalaq quşu üçün versiyaları da vardır.
İsa-Musa quşu | |
---|---|
| |
Növü | İnsan Dönərgə (quş) |
Sehrli gücləri | şəklini dəyişmə (dönərgəlik) |
Peşələri | çoban |
Məqsədləri | heyvanlarının və ya peyğəmbərlərin tapılması |
Mətnlər | "İsa Musa quşu" mifi (ilkin mənbə) Əli Vəliyevin “İsa-Musa quşu” hekayəsi (adaptasiya) |
Mifi
İsa və Musa adında iki qardaş çöldə öküzlərini (və ya inəklərini) otararkən yuxuya gedirlər və oyananda heyvanlarını tapa bilmirlər. Əzazil ağalarının (və ya ögey analarının) qorxusundan Allaha yalvarıb quşa çevrilmələrini istəyirlər. Arzuları yerinə yetir və quş şəklinə keçərək öküzləri axtarmağa başlayırlar. O zamandan bəri qardaşlar çöllərdə öküzləri axtarır və bir-birlərinə deyirlər: "– İsa, tapdın? – Musa, yox.– Musa, tapdın? – İsa, yox."
Əli Vəliyev bu mifin əsasında yazdığı "İsa-Musa quşu" hekayəsini belə bitirir:
”Həmin vaxtdan Azərbaycan kəndlərinin hər yerində İsa-Musa quşları peyda oldu. Gün batandan gün doğana qədər, axşamdan səhərə kimi quşa dönmüş qardaşların sorğu-sualı davam edir, eşidənləri kədərləndirirdi. – İsa, tapdın? – Musa, yox...” |
Digər bir rəvayətə görə quşlar İsa və Musa peyğəmbəri axtarırlar. Hava qaralandan səhər açılana kimi onlar İsa və Musa deyib çağırırlar.Süleyman Rəhimov "Şamo" romanında qeyd edir ki, xalq arasında quşların bir-birini axtardığı düşünülür.
Paralel hekayələr
Mehdixan Vəkilovun "Mənim qardaşım" adlı xatirə-povestində danışılan hekayəyə görə İsa və Musa adlı anadil quşları anadan yetim qalan iki qardaşdır. Tale onları ayrı salmışdır və gecə onlar bir-birlərini axtarırlar.
İsmayıl Şıxlının "Dəli Kür" romanında isə anadillər peyğəmbərin danasını otaran iki qardaş kimi təsvir edilir. Dananı axtararkən qorxularından quşa çevrilirlər.
Ögey analarının öküzünü itirən qardaşların Yapalaq quşuna çevrilməsi ilə bağlı mif "Xalq ədəbiyyatı" kitabında verilmişdir.
Analizi və istifadəsi
Azərbaycan əfsanə və nağıllarında quş donundan insan donuna girmə, pərilərin göyərçinə çevrilməsi halları vardır. İsa-Musa mifində isə müəyyən bir həddi aşmaq üçün don dəyişdirilir və ya çevrilmə hadisəsi baş verir. S.Neklyudov bu cür çevrilməni ruhun müxtəlif varlıqlar üzərində əks olunması kimi izah edir.
Azərbaycan dilində "İsa-Musa quşu" ifadəsi həm məcazi, həm də həqiqi mənası ilə işlədilir. Bu ifadə məcazi mənada bir-birini axtaran insanlar üçün istifadə edilir.
"İsa-Musa quşu" mifi əsasında Əli Vəliyev eyniadlı hekayəni yazmışdır. Mif həmçinin İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" əsərində xatırlanır.
İstinadlar
- Mustafayev, Q.T; Babayev, İ.R. Quşların qorunması (monoqrafiya). Bakı: Elm. 2012.
- M.İ.Adilov. Qanadlı sözlər, VI cild. Bakı, "Elm və təhsil", 2019, 456 səh.
- Bəxtiyar Tuncay. Etnoqonik miflər (ümumtürk materialları əsasında). Bakı, "Nurlan", 2013, 308 səh.
- Alizade, Rövşen. "Türk mitolojisi ve eğitim" (PDF). International Journal of Social Science. 6 (2). 2013: 31-45.[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Isa Musa qusu ve ya Isaq Musaq qusu mese bayquscugu ile bagli azerbaycanlilarda yayilmis mif Mifin anadil quslari ve Yapalaq qusu ucun versiyalari da vardir Isa Musa qusuMese bayquscuguNovu Insan Donerge qus Sehrli gucleri seklini deyisme donergelik Peseleri cobanMeqsedleri heyvanlarinin ve ya peygemberlerin tapilmasiMetnler Isa Musa qusu mifi ilkin menbe Eli Veliyevin Isa Musa qusu hekayesi adaptasiya MifiIsa ve Musa adinda iki qardas colde okuzlerini ve ya ineklerini otararken yuxuya gedirler ve oyananda heyvanlarini tapa bilmirler Ezazil agalarinin ve ya ogey analarinin qorxusundan Allaha yalvarib qusa cevrilmelerini isteyirler Arzulari yerine yetir ve qus sekline kecerek okuzleri axtarmaga baslayirlar O zamandan beri qardaslar collerde okuzleri axtarir ve bir birlerine deyirler Isa tapdin Musa yox Musa tapdin Isa yox Eli Veliyev bu mifin esasinda yazdigi Isa Musa qusu hekayesini bele bitirir Hemin vaxtdan Azerbaycan kendlerinin her yerinde Isa Musa quslari peyda oldu Gun batandan gun dogana qeder axsamdan sehere kimi qusa donmus qardaslarin sorgu suali davam edir esidenleri kederlendirirdi Isa tapdin Musa yox Diger bir revayete gore quslar Isa ve Musa peygemberi axtarirlar Hava qaralandan seher acilana kimi onlar Isa ve Musa deyib cagirirlar Suleyman Rehimov Samo romaninda qeyd edir ki xalq arasinda quslarin bir birini axtardigi dusunulur Paralel hekayeler Mehdixan Vekilovun Menim qardasim adli xatire povestinde danisilan hekayeye gore Isa ve Musa adli anadil quslari anadan yetim qalan iki qardasdir Tale onlari ayri salmisdir ve gece onlar bir birlerini axtarirlar Ismayil Sixlinin Deli Kur romaninda ise anadiller peygemberin danasini otaran iki qardas kimi tesvir edilir Danani axtararken qorxularindan qusa cevrilirler Ogey analarinin okuzunu itiren qardaslarin Yapalaq qusuna cevrilmesi ile bagli mif Xalq edebiyyati kitabinda verilmisdir Analizi ve istifadesiAzerbaycan efsane ve nagillarinda qus donundan insan donuna girme perilerin goyercine cevrilmesi hallari vardir Isa Musa mifinde ise mueyyen bir heddi asmaq ucun don deyisdirilir ve ya cevrilme hadisesi bas verir S Neklyudov bu cur cevrilmeni ruhun muxtelif varliqlar uzerinde eks olunmasi kimi izah edir Azerbaycan dilinde Isa Musa qusu ifadesi hem mecazi hem de heqiqi menasi ile isledilir Bu ifade mecazi menada bir birini axtaran insanlar ucun istifade edilir Isa Musa qusu mifi esasinda Eli Veliyev eyniadli hekayeni yazmisdir Mif hemcinin Ilyas Efendiyevin Sarikoynekle Valehin nagili eserinde xatirlanir IstinadlarMustafayev Q T Babayev I R Quslarin qorunmasi monoqrafiya Baki Elm 2012 M I Adilov Qanadli sozler VI cild Baki Elm ve tehsil 2019 456 seh Bextiyar Tuncay Etnoqonik mifler umumturk materiallari esasinda Baki Nurlan 2013 308 seh Alizade Rovsen Turk mitolojisi ve egitim PDF International Journal of Social Science 6 2 2013 31 45 olu kecid