İlya Borisoviç Peçorski (rus. Илья Борисович Печерский; 1900, Bakı – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi, Azərbaycan SSR xalq təchizat komissarı. Siyasi repressiyaya məruz qalmışdır.
İlya Peçorski | |
---|---|
Azərbaycan SSR xalq təchizat komissarı | |
Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini | |
7 oktyabr 1930 – ? | |
Komissar | Vladimir Paruşin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 2 yanvar 1938 |
Vəfat yeri | |
Partiya |
|
Həyatı
İlya Borisoviç Peçorski 1900-cü ilə Bakıda anadan olmuşdur. 1917-ci ildən Bakının neft mədənlərində işləmiş və fəhlələrin "İqla" həmkarlar ittifaqında çalışmışdır. 1918-ci ildə Qızıl Orduda xidmət etmiş, elə həmin ilin dekabr ayında Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə qəbul edilmişdir. İnqilabi fəaliyyətinə görə 1919-cu ildə həbs edilmişdir.
İlya Peçorski Bakıda gizli kommunist özəyinin təşkilatçılarından biri olmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra o, Azərbaycan İnqilab Komitəsinin və Bayıl-Bibiheybət rayon partiya komitəsinin katibi, Fabrik-Zavod rayon partiya komitəsinin təbliğat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1928–1937-ci illərdə SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi rəisinin müavini, Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR xalq təchizat komissarı, ZSFSR və Azərbaycan xalq təsərrüfatı uçot idarələrinin rəisi olmuşdur.
Həbsi və ölümü
İlya Peçorski Stalin repressiyasına məruz qalmışdır. O, 23 oktyabr 1937-ci ildə antisovet sağçı terror təşkilatının üzvü olması ittihamı ilə həbs edilmiş və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilmiş və qərar həmin gün icra olunmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə ona ölümündən sonra bəraət verilmiş, 11 sentyabr 1956-cı ildə isə partiya üzvlüyü bərpa edilmişdir.
İstinadlar
- Печорски Илја Борисович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 520.
- Печерский Илья Борисович // Открытый список (rus). İstifadə tarixi: 2023-09-11.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ilya Borisovic Pecorski rus Ilya Borisovich Pecherskij 1900 Baki 2 yanvar 1938 Baki Azerbaycan sovet inqilabcisi dovlet xadimi Azerbaycan SSR xalq techizat komissari Siyasi repressiyaya meruz qalmisdir Ilya PecorskiAzerbaycan SSR xalq techizat komissariAzerbaycan SSR xalq fehle kendli mufettisliyi komissarinin muavini7 oktyabr 1930 KomissarVladimir ParusinSexsi melumatlarDogum tarixi 1900Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 2 yanvar 1938 1938 01 02 Vefat yeri Baki Azerbaycan SSR SSRIPartiya Umumittifaq Kommunist bolsevikler Partiyasi 1918 1937 HeyatiIlya Borisovic Pecorski 1900 cu ile Bakida anadan olmusdur 1917 ci ilden Bakinin neft medenlerinde islemis ve fehlelerin Iqla hemkarlar ittifaqinda calismisdir 1918 ci ilde Qizil Orduda xidmet etmis ele hemin ilin dekabr ayinda Rusiya Kommunist bolsevikler Partiyasi uzvluyune qebul edilmisdir Inqilabi fealiyyetine gore 1919 cu ilde hebs edilmisdir Ilya Pecorski Bakida gizli kommunist ozeyinin teskilatcilarindan biri olmusdur Azerbaycanda sovet hakimiyyetinin qurulmasindan sonra o Azerbaycan Inqilab Komitesinin ve Bayil Bibiheybet rayon partiya komitesinin katibi Fabrik Zavod rayon partiya komitesinin tebligat sobesinin mudiri vezifelerinde calismisdir 1928 1937 ci illerde SSRI Dovlet Bankinin Azerbaycan Idaresi reisinin muavini Azerbaycan SSR xalq fehle kendli mufettisliyi komissarinin muavini Azerbaycan SSR xalq techizat komissari ZSFSR ve Azerbaycan xalq teserrufati ucot idarelerinin reisi olmusdur Hebsi ve olumu Ilya Pecorski Stalin repressiyasina meruz qalmisdir O 23 oktyabr 1937 ci ilde antisovet sagci terror teskilatinin uzvu olmasi ittihami ile hebs edilmis ve Umumittifaq Kommunist bolsevikler Partiyasi uzvluyunden cixarilmisdir 2 yanvar 1938 ci ilde SSRI Ali Mehkemesinin Herbi Kollegiyasi terefinden emlaki musadire olunmaqla gullelenmeye mehkum edilmis ve qerar hemin gun icra olunmusdur SSRI Ali Mehkemesi Herbi Kollegiyasinin 28 iyul 1956 ci il tarixli qerari ile ona olumunden sonra beraet verilmis 11 sentyabr 1956 ci ilde ise partiya uzvluyu berpa edilmisdir IstinadlarPechorski Ilјa Borisovich Azәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹilddә VII ҹild Misir Prado Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1983 S 520 Pecherskij Ilya Borisovich Otkrytyj spisok rus Istifade tarixi 2023 09 11