İlk Şirvanşahlar və ya Qədim Şirvanşahlar — Məzyədilərdən əvvəl, Şirvanşah titulu daşıyan ilk hökmdarlar.
Tarixi
Elmi ədəbiyyatda Şirvanşahlar tarixi ilk Şirvanşahlar, Məzyədilər, Kəsranilər və Dərbəndilər olmaq şərti ilə, 4 dövrə bölünür. İlk Şirvanşahlar Sasanilər tərəfindən, dağ keçidlərini mühafizə etmək üçün təyin edilmişdir. İlk Şirvanşahlar haqqında kifayət qədər məlumat mövcud deyil, ancaq yerli əhalidən yox, Sasanilərdən təyin edildikləri fikirləşilir. Məqsəd köçəri türk tayfalarından şimal sərhədlərini qorumaq idi. VI əsrdə necə ki, Arranda Sasani mənşəli Mehranilər hakimiyyətdə idi, Şirvanda da Sasanilərlə qohum Şirvanşahların hakimiyyətdə olması fikirləşilir.
IX əsrdə İbn Xordadbeh qeyd edir ki, ilk Sasani hökmdarı I Ərdəşir Qafqazda müxtəlif şah titulları təyin etmişdir: Azərbazkan şah, Baraşkan şah (ehtimal ki, Balasakan şah), Allan şah (Muğan), Ərmin şah və s. Bunlar arasında Şiriyan şah da var idi. Digər bir adlandırma isə Şərvan şahdır. IX əsr müəllifi əl-Bəlazuriyə gör, Xosrov Ənuşirəvan şahlıqlar təyin etmişdir: "…hal-hazırda mövcurd olmayan Məsqət hökmdarlığının şahı, Liranşah titullu Liran şahı və Şirvanşah adlanan Şirvan şahı onların arasında idi." X əsr müəllifi əl-Məsudi qeyd edirdi: "Ənuşirəvanın… təyin etdiyi hökmdarlardan biri Şirvan adlanırdı. Onun məmləkətinə isə adına uyğun olaraq Şirvanşah deyilirdi." Şirvanşahlar sülaləsinin şəcərəsində bani olaraq I Xosrov Ənuşirəvan qeyd edilir.
XVI əsr müəllifi Şərəf xan Bitlisi yazırdı: "Ənuşirəvanın hakimiyyəti dövründə Sasanilər sülaləsinin beşinci hökmdarı Piruzun oğlu Cəməsp… Ərminiyyəni və Şirvanı idarə edirdi. O, öləndə üç oğul qoyub getdi: Ners, Surxab və Bəxvat. Nərs atasının yerini tutdu və bu işdə Ənuşirəvan ona lazımi yardım göstərdi… Surxab Şirvanda hakimlik edirdi. Şirvan canişinlərinin şəcərəsi ondan başlayır."
X əsr tarixçisi Həmzə İsfahani qeyd edir: "Kəsra (Nuşirəvan)… hər yerdə bir sərkərdə təyin edərək, onlara qoşun dəstələri və… miras keçən torpaq sahəsi ayırmışdı; həmin sərkərdələrin nəsilləri indiyədək şəhər divarlarının qarşısındakı ərazini qoruyurlar. Bundan başqa o, xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fillər şahı), Alanşah (qarğalar şahı) adlanırdı…"
Siyahı
Sasanilərin təyin etdiyi Şirvan hakimləri
- Cəməsp. Şirvanı idarə edən, Sasani şahzadəsidir.
- Nərs ibn Cəməsp. Xosrov Ənuşirəvanın dövründə onun canişini, Dərbənd hakimi, Şirvanşahların əcdadıdır.
- Surxab. Şirvana hakimlik etmişdir.
Həmçinin bax
İstinadlar
- Aşurbəyli, 2006. səh. 53-54
- Aşurbəyli, 2006. səh. 6
- Aşurbəyli, 2006. səh. 55-56
- Aşurbəyli, 2006. səh. 57-58
Ədəbiyyat
- Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, "Avrasiya press", 2006, 416 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ilk Sirvansahlar ve ya Qedim Sirvansahlar Mezyedilerden evvel Sirvansah titulu dasiyan ilk hokmdarlar TarixiElmi edebiyyatda Sirvansahlar tarixi ilk Sirvansahlar Mezyediler Kesraniler ve Derbendiler olmaq serti ile 4 dovre bolunur Ilk Sirvansahlar Sasaniler terefinden dag kecidlerini muhafize etmek ucun teyin edilmisdir Ilk Sirvansahlar haqqinda kifayet qeder melumat movcud deyil ancaq yerli ehaliden yox Sasanilerden teyin edildikleri fikirlesilir Meqsed koceri turk tayfalarindan simal serhedlerini qorumaq idi VI esrde nece ki Arranda Sasani menseli Mehraniler hakimiyyetde idi Sirvanda da Sasanilerle qohum Sirvansahlarin hakimiyyetde olmasi fikirlesilir IX esrde Ibn Xordadbeh qeyd edir ki ilk Sasani hokmdari I Erdesir Qafqazda muxtelif sah titullari teyin etmisdir Azerbazkan sah Baraskan sah ehtimal ki Balasakan sah Allan sah Mugan Ermin sah ve s Bunlar arasinda Siriyan sah da var idi Diger bir adlandirma ise Servan sahdir IX esr muellifi el Belazuriye gor Xosrov Enusirevan sahliqlar teyin etmisdir hal hazirda movcurd olmayan Mesqet hokmdarliginin sahi Liransah titullu Liran sahi ve Sirvansah adlanan Sirvan sahi onlarin arasinda idi X esr muellifi el Mesudi qeyd edirdi Enusirevanin teyin etdiyi hokmdarlardan biri Sirvan adlanirdi Onun memleketine ise adina uygun olaraq Sirvansah deyilirdi Sirvansahlar sulalesinin seceresinde bani olaraq I Xosrov Enusirevan qeyd edilir XVI esr muellifi Seref xan Bitlisi yazirdi Enusirevanin hakimiyyeti dovrunde Sasaniler sulalesinin besinci hokmdari Piruzun oglu Cemesp Erminiyyeni ve Sirvani idare edirdi O olende uc ogul qoyub getdi Ners Surxab ve Bexvat Ners atasinin yerini tutdu ve bu isde Enusirevan ona lazimi yardim gosterdi Surxab Sirvanda hakimlik edirdi Sirvan canisinlerinin seceresi ondan baslayir X esr tarixcisi Hemze Isfahani qeyd edir Kesra Nusirevan her yerde bir serkerde teyin ederek onlara qosun desteleri ve miras kecen torpaq sahesi ayirmisdi hemin serkerdelerin nesilleri indiyedek seher divarlarinin qarsisindaki erazini qoruyurlar Bundan basqa o xususi fexri geyim numunesi mueyyen etmisdi Melik seviyyesine qaldirilmis bu serkerdeler hemin geyimlerin uzerinde neqs edilmis xususi resmlere gore Vexransah qabanlar sahi Sirvansah sirler sahi Filansah filler sahi Alansah qargalar sahi adlanirdi SiyahiSasanilerin teyin etdiyi Sirvan hakimleri Cemesp Sirvani idare eden Sasani sahzadesidir Ners ibn Cemesp Xosrov Enusirevanin dovrunde onun canisini Derbend hakimi Sirvansahlarin ecdadidir Surxab Sirvana hakimlik etmisdir Hemcinin baxArran hokmdar IstinadlarAsurbeyli 2006 seh 53 54 Asurbeyli 2006 seh 6 Asurbeyli 2006 seh 55 56 Asurbeyli 2006 seh 57 58EdebiyyatSara Asurbeyli Sirvansahlar dovleti Baki Avrasiya press 2006 416 seh