Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir.
Əvəz Hafizlinin qətli | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | |
Hücumun hədəfi | Əvəz Hafizli |
Tarix |
|
Hücum metodu | qətl |
Silah(lar) | bıçaq |
Ölü sayı |
|
Yaralı sayı |
|
Qatil(lər) | Əmrulla Gülalıyev |
Törədən(lər) | Əmrulla Gülalıyev[d] |
29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir.
Zəmin
Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır. Əvəz Hafizli "Kanal13" müstəqil video xəbər saytında müxbir kimi çalışmış və burada LGBTİ+ hüquqları da daxil olmaqla bir sıra məsələləri işıqlandırmışdır. O, Azərbaycanda media haqqında qəbul edilən qanunun əleyhinə mitinqlərdə iştirak etmiş və hökumətdən LGBT vətəndaşlara qarşı ayrı-seçkiliyə son qoymağı tələb edən etiraz aksiyaları təşkil etmiş,prezident administrasiyası qarşısında göy qurşağı bayrağını qaldırmışdır.Birləşmiş Krallığa köçənə qədər Hafizli ilə işləmiş, adını açıqlamayan azərbaycanlı fəal "PinkNews"a bildirmişdir ki, Hafizli həm də "polis zorakılığının qurbanı" olmuşdur. Bundan başqa, Hafizli 2021-ci ildə gey icmasına qarşı təhdidlərə qarşı tədbir görülməməsinə etiraz olaraq Baş Prokurorluğun yaxınlığında özünü hasara zəncirləmişdi. O, cinsi orientasiyasına görə hər zaman ailəsi və qohumları tərəfindən təzyiqlər edilirdi. Bu səbəbdən o, kirayə ev tutmuşdu və tez-tez evi dəyişirdi. Hafizlinin dostlarının məlumatına görə, ailəsi və başqaları onu jurnalist və LGBTİ+ fəalı kimi fəaliyyətinə, həmçinin cinsi oriyentasiyasına görə təzyiq göstərirdilər. Bəzi qohumları onunla əlaqəni kəsmişdir. Hafizli anasına baş çəkmək üçün getdiyi Balaxanı qəsəbəsindəki evlərində qalırdı.
Azərbaycanlı blogger Sevinc Hüseynova 2021-ci ilin iyul ayından başlayaraq, mütəmadi şəkildə özünün "İnstaqram" hesabında ölkənin LGBTİ+ icmasını hədəf göstərən canlı yayımlar və paylaşımlar etmiş, cəmiyyəti translara və geylərə qarşı zorakılıq və qətllər etməyə səsləmiş, icmanı ölümlə hədələmişdir. Əvəz iddia etmişdir ki, Hüseynovanın çıxışlarından sonra ailə üzvləri tərəfindən hədələnmişdir. Bundan sonra, sentyabrında 4-dən 5-nə keçən gecə Əvəz Hafizli bu təhdidlərə reaksiya olaraq intihara cəhd etmişdir. O, ardınca "Semaşko" xəstəxanasının toksikologiya şöbəsinə çatdırılmıış və vəziyyəti yaxşılaşdıqdan sonra xəstəxanadan buraxılmışdır. O, 5 sentyabrda Nəsimi rayonu 20-ci polis bölməsində Sevinc Hüseynovanın əməllərindən şikayət etmiş, həmçinin özünün "Feysbuk" sosial şəbəkə hesabında başına gələcək hər bir hadisəyə görə Sevinc Hüseynovanın təqsirli olacağını bildirmişdir. Hafizli dəfələrlə həyatının təhlükədə olduğunu bildirərək hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək üçün təkbaşına aksiyalar keçirmişdir.
Qətl
Əvəz Hafizlinin ögey əmisioğlu, 1998-ci il təvəllüdlü Əmrulla Gülalıyev 2014-cü ildən Hafizlinin homoseksual olduğunu bilirdi və Gülalıyev onu homoseksuallıqdan yayınmağa dəvət edirdi, bu səbəbdən də onunla mübahisədə idi. Gülalıyev sonradan Hafizli haqqında danışarkən "nəslimizin adını batırırdı" demişdir. Həmçinin, Gülalıyev əlavə etmişdir ki, Hafizlinin homoseksual olması səbəbilə ictimaiyyətdə ona diskriminasiya edilirdi.Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatına görə, Gülalıyev yerli vaxtla saat 16:00 radələrində Əvəz Hafizlini bıçaqla qətlə yetirmişdir.
Əmrulla Gülalıyev hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə və istintaqa iki fərqli ifadə vermişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, 22 fevralda Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan əmisigilin həyətində, ayrı evdə yaşayan Hafizlinin yanına getmişdir. Burada o, Hafizliyə homoseksuallıqdan yayınması barədə bir daha xəbərdarlıq etmişdir. Gülalıyevin sözlərinə görə, Hafizli cavabında "bu, mənim sənətimdir, get işinlə məşğul ol" demişdir. Bu sözlərə görə qəzəblənən Gülalıyev ardınca Hafizlinin evində mətbəxdən bıçağı götürmüşdür. Gülalıyev istintaqa verdiyi ifadədə bildirmişdir ki, o, 2021-ci ilin dekabrında Hafizlini öldürmək qərarı vermişdir. Gülalıyev 22 fevralda Balaxanıda digər əmisioğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub-olmadığını soruşmuş, Hafizlinin evdə tək olduğunu və həyətdə yaşayanların şəhərdən kənarda olduğunu öyrənmişdir. O, bundan sonra bıçağı götürüb xəbərsiz Hafizlinin qaldığı evə getmiş, onu həyətə çağırmış və yerə yıxaraq boğazına xəsarət yetirmişdir. Gülalıyev daha sonra Hafizlinin bədəninin müxtəlif istiqamətlərindən bir neçə bıçaq vurub onu öldürmüşdür. O, ardınca polisə gedərək təslim olmuşdur.
Gülalıyev ardınca Hafizlinin başını və cinsiyyət orqanını kəsmişdir. "Star Observer" nəşrinin məlumatına görə, hadisədən sonra da ona qarşı homofob rəftar qeydə alınmışdır. Hafizlinin meyiti ölümündən sonra kirli xalçaya bükülmüşdür, həmçinin hadisə yerinə gələn polis əməkdaşları və həkimlər Hafizlinin meyitinə toxunmaqdan, onu daşımaqdan imtina etmişdilər. Bu səbəbdən Hafizlinin meyitini öz dostları morqa aparmalı olmuşdular. Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Gülalıyevin "cinayəti törədərkən sərxoş vəziyyətdə olmuşdur" və ifadəsində "cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf etmişdir". Hafizlinin həmkarı Teymur Kərimovun sözlərinə görə, Gülalıyev qətli törətdikdən sonra "Əvəzi öldürdüm, gedirəm polisə təslim olmağa" demişdir.
Məhkəmə və həbs
Əmrulla Gülalıyev hadisə yerində polis əməkdaşları tərəfindən dərhal tutularaq istintaqa təhvil verilmişdir. Həmin gün faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlamışdır. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Əmrulla Gülalıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə ittiham olunmuşdur.
20 iyunda hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Təqsirləndirilən Əmrulla Gülalıyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığından təcridxanadan məhkəməyə onlayn şəkildə qoşulmuşdur, lakin vəkili məhkəmədə iştirak etmişdir. Hafizlinin yaxınlarından heç kim məhkəmə prosesinə gəlməmişdir. Prosesi izləməyə gələn LGBTİ+ fəalları, feministlər, jurnalistlərin heç biri məhkəmə zalına buraxılmamışdır. Məhkəmə prosesini izləməyə gələn Birləşmiş Krallıq səfirliyinin təmsilçilərinə məhkəmədə iştirak etməyə imkan yaradılmışdır. Daha iki nəfər isə özlərini Hafizlinin qohumu kimi təqdim edərək məhkəmə zalına daxil olmuşdur. Prosesə buraxılmayan aktivistlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz aksiyası keçirmiş, açıq məhkəmə prosesinin "faktiki olaraq qapalı keçirilməsinə" etiraz etmişdir. Hafizlinin qardaşı və anası da onun hüquqi varisləri qismində dindirilmişdir. Qardaşı Təbriz Şıxməmmədov bildirmişdir ki, təqsirləndirilən əmisi oğlundan şikayətçi deyillər. Buna baxmayaraq, Hafizlinin anası Cəmalə Şıxməmmədova təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir, ona ağır cəza verilməsini tələb etmişdir. Hər halda, bu işdə zərərçəkmişin hüquqi varisi qismində Təbriz Şıxməmmədov tanınmışdır.
4 iyulda məhkəmə prosesi keçirilməli idi və bu səbəbdən məhkəmə binasının qarşısına media nümayəndələri, LGBTİ+ fəalları toplaşmışdır. Buna baxmayaraq, hakimlərdən birinin məzuniyyətə çıxmasıyla iş təxirə düşmüşdür. LGBTQ+ fəalı Əli Məlikovun sözlərinə görə, fəallar Əvəz Hafizlinin məhkəmə prosesini izləyə bilmirdi. 18 iyulda keçirilən məhkəmə prosesində Gülalıyev bildirmişdir ki, o, Hafizlini öldürmək niyyətində olmayıb və qətli emosional vəziyyətdə törədib, əməlindən peşmandır. Həmçinin, Məlikovun sözlərinə görə, həmin gün keçirilən məhkəmə zamanı insanların zal dolana qədər açıq məhkəməyə girə bilməsinə imkan yaradan qanuna baxmayaraq, əməkdaşlardan biri binaya yalnız dörd-beş nəfərin girə biləcəyini israr etmişdir. 25 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə dair iş üzrə prosesdə prokuror son sözlə çıxış etmiş və təqsirləndirilən Əmrulla Gülalıyevin 120.1-ci (qəsdən adamöldürmə) maddə ilə təqsirli bilinərək 10,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdir.
29 iyulda Əmrulla Güləliyevin məhkəməsi yekunlaşmış, Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunmuşdur. Hakim Əli Məmmədovun sədrliyi ilə çıxarılan hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Reaksiyalar
Əvəz Hafizlinin ölümü sosial mediada ictimai rezonansa səbəb olmuş, bir çox fəal Azərbaycanda xüsusən də ölkədəki marjinal qruplara qarşı yönəlmiş nifrət cinayətləri ilə bağlı hərəkətsizliyini tənqid etmişdir.LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. 23 fevralda ABŞ-nin Azərbaycandakı səfirliyi Əvəz Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. 2022-ci ilin mayında Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış etmişdir. Deputatlar xüsusi olaraq başqa hadisələrlə birlikdə Əvəz Hafizlinin evində qətlə yetirilməsini istinad etmişdir.
Azərbaycan media eksperti Şəmşad Ağa Hafizlinin qətlini "Azərbaycanda həm jurnalistika, həm də cəmiyyət üçün faciəvi hadisə" adlandırmışdır. LGBTİ+ hüquqlarının müdafiəçisi Cavid Nəbiyev bildirmişdir ki, "Azərbaycanda LGBT icmasına qarşı hər bir cinayət siyasi xarakter daşıyır". LGBTQ+ fəalı Əli Məlikov qeyd etmişdir ki, Hafizlinin ölümü Azərbaycanda yeganə insident deyil, LGBTQ+ fərdlərə qarşı törədilən nifrət cinayətlərinin ən son nümunələrindən biridir. O, bunun geniş yayılmış anti-LGBTQ narrativinin nəticəsi olduğunu söyləmişdir. İctimai fəal Gülnarə Mehdiyeva özünün "Feysbuk" sosial şəbəkə hesabında hadisə ilə əlaqədar yazmışdır ki, "Azərbaycan hökuməti LGBTQ şəxslərin qətlini hər səviyyədə legitimləşdirdiyi üçün bilavasitə günahkardır". Mehdiyeva Əvəz Hafizlinin qətlini "nifrət cinayəti" kimi şərh etmişdir.
İstinadlar
- . Milli.az (az.). 29 sentyabr 2021. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Institute for Reporters' Freedom and Safety (az.). 12 may 2022. Archived from the original on 29 July 2022. İstifadə tarixi: 29 iyul 2022.
- . Institute for Reporters' Freedom and Safety (az.). 18 may 2022. Archived from the original on 29 July 2022. İstifadə tarixi: 29 iyul 2022.
- Bayramova, Pərvanə. . Amerikanın səsi (az.). 22 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- Məlikov, Əli. . OC Media (ingilis). 25 fevral. Archived from the original on 2022-03-20. İstifadə tarixi: 29 iyul 2022.
- . Gay-Express (ingilis). 2 mart 2022. Archived from the original on 2022-03-12. İstifadə tarixi: 29 iyul 2022.
- Bayramova, Pərvanə; Göyüşzadə, Əzizə. . Amerikanın səsi (ingilis). 24 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . BBC Azərbaycanca (az.). 22 fevral 2022. Archived from the original on 2022-08-15. İstifadə tarixi: 29 iyul 2022.
- . Minority (az.). 5 sentyabr 2021. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- İsmayılbəyli, Sevgi. . JAMnews (ingilis). 14 iyun 2022. Archived from the original on 2022-07-17. İstifadə tarixi: 29 iyul 2022.
- . Minority (az.). 11 sentyabr 2021. Archived from the original on 2021-12-07. İstifadə tarixi: 29 iyul 2022.
- . Mikroskop Media (ingilis). 1 aprel 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Institute for Reporters' Freedom and Safety (az.). 20 iyun 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Milli.az (az.). 23 iyul 2022. Archived from the original on 2022-08-21. İstifadə tarixi: 29 iyul 2022.
- . Meydan TV (az.). 22 fevral 2022. Archived from the original on 2022-06-23. İstifadə tarixi: 29 iyul 2022.
- . Azəri Press Agentliyi (az.). 22 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Meydan TV (az.). 18 iyul 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Star Observer (ingilis). 10 mart 2022. Archived from the original on 2022-03-29. İstifadə tarixi: 29 iyul 2022.
- Babazadə, Vüqar. . Kulis.az (az.). 23 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- [Bakı: Kvir jurnalist və fəal əmisioğlu tərəfindən öldürülüb]. Queer.de (alman). 23 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Trend İnformasiya Agentliyi (az.). 22 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Mikroskop Media (az.). 22 fevral 2022. Archived from the original on 2022-02-28. İstifadə tarixi: 29 iyul 2022.
- . Minority (ingilis). 22 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Meydan TV (az.). 25 iyul 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Meydan TV (az.). 20 iyun 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Azadlıq Radiosu (az.). 20 iyun 2022. Archived from the original on 2022-06-30. İstifadə tarixi: 29 iyul 2022.
- . Meydan TV (az.). 4 iyul 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- Wakefield, Lily. "LGBTQ+ activists 'blocked' from public trial of man who beheaded and castrated gay journalist". PinkNews (ingilis). 26 iyul 2022. 2022-08-18 tarixində . İstifadə tarixi: 13 noyabr 2022.
- . Turan İnformasiya Agentliyi (az.). 19 iyul 2022. Archived from the original on 2022-07-22. İstifadə tarixi: 29 iyul 2022.
- . Turan İnformasiya Agentliyi (az.). 26 iyul 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Meydan TV (az.). 29 iyul 2022. Archived from the original on 2022-08-11. İstifadə tarixi: 29 iyul 2022.
- Qeybullayeva, Arzu. . Global Voices (ingilis). Archived from the original on 2022-09-17. İstifadə tarixi: 29 iyul 2022.
- . Turan İnformasiya Agentliyi (az.). 23 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- . Institute for Reporters' Freedom and Safety (az.). 28 iyun 2022. Archived from the original on 2022-07-03. İstifadə tarixi: 29 iyul 2022.
- Geybullayeva, Arzu. "Azerbaijan court overlooks a hate crime against LGBTQ+ activist". Global Voices (ingilis). 1 avqust 2022. 2022-10-13 tarixində . İstifadə tarixi: 13 noyabr 2022.
- Levesque, Brody. . Washington Blade (ingilis). Pitts Omnimedia. 1 mart 2022. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 29 iyul 2022.
- . Meydan TV (az.). 14 mart 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
portalı portalı |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Evez Hafizlinin qetli Azerbaycan jurnalisti ve blogeri LGBTI icma uzvu Evez Hafizlinin resmi soyadi Sixmemmedov qetle yetirilmesi hadisesi Qetl hadisesi 22 fevral 2022 ci il tarixinde Baki seherinde Sabuncu rayonu Balaxani qesebesinde yasadigi menzilin heyetinde bas vermisdir Cinayeti Hafizlinin emisioglu Emrulla Gulaliyev toretmisdir Evez Hafizlinin qetliEvez Hafizli 2020 ci ilde Umumi melumatlarYeri BalaxaniHucumun hedefi Evez HafizliTarix 16 00 radeleriHucum metodu qetlSilah lar bicaqOlu sayi 1Yarali sayi 0Qatil ler Emrulla GulaliyevToreden ler Emrulla Gulaliyev d 29 iyulda Baki Agir Cinayetler Mehkemesinde Emrulla Gulaliyeve hokm oxunmusdur Hokme esasen Emrulla Guleliyev Cinayet Mecellesinin 120 1 qesden adamoldurme maddesile teqsirli bilinmis ve 9 il 6 ay muddetine azadliqdan mehrum edilmisdir Evez Hafizlinin olumu Azerbaycanda ictimai rezonansa sebeb olmusdur LGBTI huquqlari terefdarlari sosial mediada Hafizlinin xatiresini yad etmis ve gey icmasina qarsi zorakiliqla bagli tedbir gorulmemesinden sikayetlenmisdir Bundan basqa ABS nin Azerbaycandaki sefirliyi Hafizlinin ailesine ve yaxinlarina bassagligi vermisdir ZeminEvez Hafiz oglu Sixmemmedov 5 mart 1998 ci ilde anadan olmusdur O daha cox Evez Hafizli texellusu ile taninir Evez Hafizli Kanal13 musteqil video xeber saytinda muxbir kimi calismis ve burada LGBTI huquqlari da daxil olmaqla bir sira meseleleri isiqlandirmisdir O Azerbaycanda media haqqinda qebul edilen qanunun eleyhine mitinqlerde istirak etmis ve hokumetden LGBT vetendaslara qarsi ayri seckiliye son qoymagi teleb eden etiraz aksiyalari teskil etmis prezident administrasiyasi qarsisinda goy qursagi bayragini qaldirmisdir Birlesmis Kralliga kocene qeder Hafizli ile islemis adini aciqlamayan azerbaycanli feal PinkNews a bildirmisdir ki Hafizli hem de polis zorakiliginin qurbani olmusdur Bundan basqa Hafizli 2021 ci ilde gey icmasina qarsi tehdidlere qarsi tedbir gorulmemesine etiraz olaraq Bas Prokurorlugun yaxinliginda ozunu hasara zencirlemisdi O cinsi orientasiyasina gore her zaman ailesi ve qohumlari terefinden tezyiqler edilirdi Bu sebebden o kiraye ev tutmusdu ve tez tez evi deyisirdi Hafizlinin dostlarinin melumatina gore ailesi ve basqalari onu jurnalist ve LGBTI feali kimi fealiyyetine hemcinin cinsi oriyentasiyasina gore tezyiq gosterirdiler Bezi qohumlari onunla elaqeni kesmisdir Hafizli anasina bas cekmek ucun getdiyi Balaxani qesebesindeki evlerinde qalirdi Azerbaycanli blogger Sevinc Huseynova 2021 ci ilin iyul ayindan baslayaraq mutemadi sekilde ozunun Instaqram hesabinda olkenin LGBTI icmasini hedef gosteren canli yayimlar ve paylasimlar etmis cemiyyeti translara ve geylere qarsi zorakiliq ve qetller etmeye seslemis icmani olumle hedelemisdir Evez iddia etmisdir ki Huseynovanin cixislarindan sonra aile uzvleri terefinden hedelenmisdir Bundan sonra sentyabrinda 4 den 5 ne kecen gece Evez Hafizli bu tehdidlere reaksiya olaraq intihara cehd etmisdir O ardinca Semasko xestexanasinin toksikologiya sobesine catdirilmiis ve veziyyeti yaxsilasdiqdan sonra xestexanadan buraxilmisdir O 5 sentyabrda Nesimi rayonu 20 ci polis bolmesinde Sevinc Huseynovanin emellerinden sikayet etmis hemcinin ozunun Feysbuk sosial sebeke hesabinda basina gelecek her bir hadiseye gore Sevinc Huseynovanin teqsirli olacagini bildirmisdir Hafizli defelerle heyatinin tehlukede oldugunu bildirerek huquq muhafize orqanlarinin diqqetini celb etmek ucun tekbasina aksiyalar kecirmisdir QetlEvez Hafizlinin ogey emisioglu 1998 ci il tevelludlu Emrulla Gulaliyev 2014 cu ilden Hafizlinin homoseksual oldugunu bilirdi ve Gulaliyev onu homoseksualliqdan yayinmaga devet edirdi bu sebebden de onunla mubahisede idi Gulaliyev sonradan Hafizli haqqinda danisarken neslimizin adini batirirdi demisdir Hemcinin Gulaliyev elave etmisdir ki Hafizlinin homoseksual olmasi sebebile ictimaiyyetde ona diskriminasiya edilirdi Azerbaycan Bas Prokurorlugu ve Daxili Isler Nazirliyinin melumatina gore Gulaliyev yerli vaxtla saat 16 00 radelerinde Evez Hafizlini bicaqla qetle yetirmisdir Emrulla Gulaliyev hadise ile bagli Baki Agir Cinayetler Mehkemesine ve istintaqa iki ferqli ifade vermisdir O Baki Agir Cinayetler Mehkemesine verdiyi ifadede bildirmisdir ki 22 fevralda Sabuncu rayonunun Balaxani qesebesinde yasayan emisigilin heyetinde ayri evde yasayan Hafizlinin yanina getmisdir Burada o Hafizliye homoseksualliqdan yayinmasi barede bir daha xeberdarliq etmisdir Gulaliyevin sozlerine gore Hafizli cavabinda bu menim senetimdir get isinle mesgul ol demisdir Bu sozlere gore qezeblenen Gulaliyev ardinca Hafizlinin evinde metbexden bicagi goturmusdur Gulaliyev istintaqa verdiyi ifadede bildirmisdir ki o 2021 ci ilin dekabrinda Hafizlini oldurmek qerari vermisdir Gulaliyev 22 fevralda Balaxanida diger emisioglunun islediyi dukana gedib ondan evde kiminse olub olmadigini sorusmus Hafizlinin evde tek oldugunu ve heyetde yasayanlarin seherden kenarda oldugunu oyrenmisdir O bundan sonra bicagi goturub xebersiz Hafizlinin qaldigi eve getmis onu heyete cagirmis ve yere yixaraq bogazina xesaret yetirmisdir Gulaliyev daha sonra Hafizlinin bedeninin muxtelif istiqametlerinden bir nece bicaq vurub onu oldurmusdur O ardinca polise gederek teslim olmusdur Gulaliyev ardinca Hafizlinin basini ve cinsiyyet orqanini kesmisdir Star Observer nesrinin melumatina gore hadiseden sonra da ona qarsi homofob reftar qeyde alinmisdir Hafizlinin meyiti olumunden sonra kirli xalcaya bukulmusdur hemcinin hadise yerine gelen polis emekdaslari ve hekimler Hafizlinin meyitine toxunmaqdan onu dasimaqdan imtina etmisdiler Bu sebebden Hafizlinin meyitini oz dostlari morqa aparmali olmusdular Azerbaycan huquq muhafize orqanlarinin melumatina gore Gulaliyevin cinayeti torederken serxos veziyyetde olmusdur ve ifadesinde cinayeti aralarinda yaranmis sexsi mubahise zemininde toretdiyini etiraf etmisdir Hafizlinin hemkari Teymur Kerimovun sozlerine gore Gulaliyev qetli toretdikden sonra Evezi oldurdum gedirem polise teslim olmaga demisdir Mehkeme ve hebs Emrulla Gulaliyev hadise yerinde polis emekdaslari terefinden derhal tutularaq istintaqa tehvil verilmisdir Hemin gun faktla bagli Sabuncu Rayon Prokurorlugunda Cinayet Mecellesinin muvafiq maddeleri ile cinayet isi baslamisdir Cinayet isine Baki Agir Cinayetler Mehkemesinde baxilmisdir Emrulla Gulaliyev Azerbaycan Respublikasinin Cinayet Mecellesinin 120 1 qesden adamoldurme maddesile ittiham olunmusdur 20 iyunda hakim Eli Memmedovun sedrliyile mehkemenin hazirliq iclasi kecirilmisdir Teqsirlendirilen Emrulla Gulaliyev Kurdexanida yerlesen Baki Istintaq Tecridxanasinda saxlanildigindan tecridxanadan mehkemeye onlayn sekilde qosulmusdur lakin vekili mehkemede istirak etmisdir Hafizlinin yaxinlarindan hec kim mehkeme prosesine gelmemisdir Prosesi izlemeye gelen LGBTI feallari feministler jurnalistlerin hec biri mehkeme zalina buraxilmamisdir Mehkeme prosesini izlemeye gelen Birlesmis Kralliq sefirliyinin temsilcilerine mehkemede istirak etmeye imkan yaradilmisdir Daha iki nefer ise ozlerini Hafizlinin qohumu kimi teqdim ederek mehkeme zalina daxil olmusdur Prosese buraxilmayan aktivistler Baki Agir Cinayetler Mehkemesinin qarsisinda etiraz aksiyasi kecirmis aciq mehkeme prosesinin faktiki olaraq qapali kecirilmesine etiraz etmisdir Hafizlinin qardasi ve anasi da onun huquqi varisleri qisminde dindirilmisdir Qardasi Tebriz Sixmemmedov bildirmisdir ki teqsirlendirilen emisi oglundan sikayetci deyiller Buna baxmayaraq Hafizlinin anasi Cemale Sixmemmedova teqsirlendirilen sexsden sikayetci oldugunu bildirmisdir ona agir ceza verilmesini teleb etmisdir Her halda bu isde zerercekmisin huquqi varisi qisminde Tebriz Sixmemmedov taninmisdir 4 iyulda mehkeme prosesi kecirilmeli idi ve bu sebebden mehkeme binasinin qarsisina media numayendeleri LGBTI feallari toplasmisdir Buna baxmayaraq hakimlerden birinin mezuniyyete cixmasiyla is texire dusmusdur LGBTQ feali Eli Melikovun sozlerine gore feallar Evez Hafizlinin mehkeme prosesini izleye bilmirdi 18 iyulda kecirilen mehkeme prosesinde Gulaliyev bildirmisdir ki o Hafizlini oldurmek niyyetinde olmayib ve qetli emosional veziyyetde toredib emelinden pesmandir Hemcinin Melikovun sozlerine gore hemin gun kecirilen mehkeme zamani insanlarin zal dolana qeder aciq mehkemeye gire bilmesine imkan yaradan qanuna baxmayaraq emekdaslardan biri binaya yalniz dord bes neferin gire bileceyini israr etmisdir 25 iyulda Baki Agir Cinayetler Mehkemesinde cinayet isine dair is uzre prosesde prokuror son sozle cixis etmis ve teqsirlendirilen Emrulla Gulaliyevin 120 1 ci qesden adamoldurme madde ile teqsirli bilinerek 10 5 il muddetine azadliqdan mehrum edilmesini istemisdir 29 iyulda Emrulla Guleliyevin mehkemesi yekunlasmis Baki Agir Cinayetler Mehkemesinde ona hokm oxunmusdur Hakim Eli Memmedovun sedrliyi ile cixarilan hokme esasen Emrulla Guleliyev Cinayet Mecellesinin 120 1 qesden adamoldurme maddesile teqsirli bilinmis ve 9 il 6 ay muddetine azadliqdan mehrum edilmisdir ReaksiyalarEvez Hafizlinin olumu sosial mediada ictimai rezonansa sebeb olmus bir cox feal Azerbaycanda xususen de olkedeki marjinal qruplara qarsi yonelmis nifret cinayetleri ile bagli hereketsizliyini tenqid etmisdir LGBTI huquqlari terefdarlari sosial mediada Hafizlinin xatiresini yad etmis ve gey icmasina qarsi zorakiliqla bagli tedbir gorulmemesinden sikayetlenmisdir 23 fevralda ABS nin Azerbaycandaki sefirliyi Evez Hafizlinin ailesine ve yaxinlarina bassagligi vermisdir 2022 ci ilin mayinda Avropa Surasi Parlament Assambleyasinin bir qrup deputati Azerbaycanda jurnalistlerin ve huquq mudafiecilerinin heyati ve tehlukesizliyine tehdidlerle bagli qetname qebul etmek tesebbusu ile cixis etmisdir Deputatlar xususi olaraq basqa hadiselerle birlikde Evez Hafizlinin evinde qetle yetirilmesini istinad etmisdir Azerbaycan media eksperti Semsad Aga Hafizlinin qetlini Azerbaycanda hem jurnalistika hem de cemiyyet ucun facievi hadise adlandirmisdir LGBTI huquqlarinin mudafiecisi Cavid Nebiyev bildirmisdir ki Azerbaycanda LGBT icmasina qarsi her bir cinayet siyasi xarakter dasiyir LGBTQ feali Eli Melikov qeyd etmisdir ki Hafizlinin olumu Azerbaycanda yegane insident deyil LGBTQ ferdlere qarsi toredilen nifret cinayetlerinin en son numunelerinden biridir O bunun genis yayilmis anti LGBTQ narrativinin neticesi oldugunu soylemisdir Ictimai feal Gulnare Mehdiyeva ozunun Feysbuk sosial sebeke hesabinda hadise ile elaqedar yazmisdir ki Azerbaycan hokumeti LGBTQ sexslerin qetlini her seviyyede legitimlesdirdiyi ucun bilavasite gunahkardir Mehdiyeva Evez Hafizlinin qetlini nifret cinayeti kimi serh etmisdir Istinadlar Milli az az 29 sentyabr 2021 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Institute for Reporters Freedom and Safety az 12 may 2022 Archived from the original on 29 July 2022 Istifade tarixi 29 iyul 2022 Institute for Reporters Freedom and Safety az 18 may 2022 Archived from the original on 29 July 2022 Istifade tarixi 29 iyul 2022 Bayramova Pervane Amerikanin sesi az 22 fevral 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Melikov Eli OC Media ingilis 25 fevral Archived from the original on 2022 03 20 Istifade tarixi 29 iyul 2022 Gay Express ingilis 2 mart 2022 Archived from the original on 2022 03 12 Istifade tarixi 29 iyul 2022 Bayramova Pervane Goyuszade Ezize Amerikanin sesi ingilis 24 fevral 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 BBC Azerbaycanca az 22 fevral 2022 Archived from the original on 2022 08 15 Istifade tarixi 29 iyul 2022 Minority az 5 sentyabr 2021 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Ismayilbeyli Sevgi JAMnews ingilis 14 iyun 2022 Archived from the original on 2022 07 17 Istifade tarixi 29 iyul 2022 Minority az 11 sentyabr 2021 Archived from the original on 2021 12 07 Istifade tarixi 29 iyul 2022 Mikroskop Media ingilis 1 aprel 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Institute for Reporters Freedom and Safety az 20 iyun 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Milli az az 23 iyul 2022 Archived from the original on 2022 08 21 Istifade tarixi 29 iyul 2022 Meydan TV az 22 fevral 2022 Archived from the original on 2022 06 23 Istifade tarixi 29 iyul 2022 Azeri Press Agentliyi az 22 fevral 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Meydan TV az 18 iyul 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Star Observer ingilis 10 mart 2022 Archived from the original on 2022 03 29 Istifade tarixi 29 iyul 2022 Babazade Vuqar Kulis az az 23 fevral 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Baki Kvir jurnalist ve feal emisioglu terefinden oldurulub Queer de alman 23 fevral 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Trend Informasiya Agentliyi az 22 fevral 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Mikroskop Media az 22 fevral 2022 Archived from the original on 2022 02 28 Istifade tarixi 29 iyul 2022 Minority ingilis 22 fevral 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Meydan TV az 25 iyul 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Meydan TV az 20 iyun 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Azadliq Radiosu az 20 iyun 2022 Archived from the original on 2022 06 30 Istifade tarixi 29 iyul 2022 Meydan TV az 4 iyul 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Wakefield Lily LGBTQ activists blocked from public trial of man who beheaded and castrated gay journalist PinkNews ingilis 26 iyul 2022 2022 08 18 tarixinde Istifade tarixi 13 noyabr 2022 Turan Informasiya Agentliyi az 19 iyul 2022 Archived from the original on 2022 07 22 Istifade tarixi 29 iyul 2022 Turan Informasiya Agentliyi az 26 iyul 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Meydan TV az 29 iyul 2022 Archived from the original on 2022 08 11 Istifade tarixi 29 iyul 2022 Qeybullayeva Arzu Global Voices ingilis Archived from the original on 2022 09 17 Istifade tarixi 29 iyul 2022 Turan Informasiya Agentliyi az 23 fevral 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Institute for Reporters Freedom and Safety az 28 iyun 2022 Archived from the original on 2022 07 03 Istifade tarixi 29 iyul 2022 Geybullayeva Arzu Azerbaijan court overlooks a hate crime against LGBTQ activist Global Voices ingilis 1 avqust 2022 2022 10 13 tarixinde Istifade tarixi 13 noyabr 2022 Levesque Brody Washington Blade ingilis Pitts Omnimedia 1 mart 2022 Archived from the original on 2022 03 09 Istifade tarixi 29 iyul 2022 Meydan TV az 14 mart 2022 Archived from the original on 2022 07 29 Istifade tarixi 29 iyul 2022 Azerbaycan portali LGBT portali