Əbdürrəhman Abdi Paşa (təq. 1616 – 2 sentyabr 1686, Buda) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi, Osmanlıların son Budin bəylərbəyi.
Əbdürrəhman Abdi Paşa | |
---|---|
Əvvəlki | Cəbəci Əhməd Paşa |
Sonrakı | Bosniyalı Osman Paşa |
Əvvəlki | Mələk İbrahim Paşa |
Sonrakı | - |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Budin əyaləti, Osmanlı imperiyası |
Fəaliyyəti | zabit, siyasətçi |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Doğum tarixi haqqında məlumat yoxdur. Əslən alban olub, yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra, o əsnada davam edən Krit müharibəsinə ocaq kəndxudası olaraq qatıldı. Müharibə əsnasında 1669-cu ilin mayında yeniçəri ağası təyin edildi. Kandiyə qalasının (indiki İraklion) mühasirəsində və 1672-ci ildə başlayan Lehistan səfəri əsnasında Kamaniçe (indiki Kamenets-Podolski) və Bucaş bölgəsinin ələ keçirilməsində göstərdiyi şücaət səbəbilə vəzir rütbəsi aldı, ardından 1674-cü ilin iyununda Bağdad bəylərbəyi oldu. Daha sonra 11 may 1676-cı ildə Misir bəylərbəyi olan Abdi Paşa 1681-ci ilin iyununda vəzifədən alındı və Bosniya bəylərbəyliyinə təyin olundu. 1682-ci ildə əlavə olaraq Kamaniçe qalasının mühafizəsi ilə vəzifələndirildi. 1684-cü ilin noyabrında Budin bəylərbəyi oldu. 1685-ci ildə Hələb bəylərbəyliyi ilə Macarıstan sərdarlığına təyin edildi.
Budin əyalətindəki idarəçilik illərində az bir qüvvəylə 1686-cı ildə 90 minlik xaçlı ordusuna qarşı qalanı müdafiə etdi. 3 aylıq mühasirə müddətində xaçlı ordusunun ard-arda tərtiblədiyi 18 hücumu geri çevirərək düşmənin təslim olma təklifini rədd etdi. Mühasirə əsnasında cəbhəxanada baş verən partlayışla 1500 əsgərin ölümü və qalanın ətrafındakı yüksəkliklərin itirilməsi müdafiəni daha da çətinləşdirdi. Nəhayət özü də əsgərlərlə birlikdə ön cəbhəyə keçdi və 2 sentyabr 1686-cı ildə baş tutan son hücumda şəhid oldu.
Kandiyə qalasının Osmanlılar tərəfindən fəth edilməsiylə şəhərdə yenidən qurma işləri başlamışdır. Müharibənin son illərində bölgəyə gələn Övliya Çələbi səyahətnaməsində Kandiyədə o əsnada yeniçəri ağası olan Abdi Paşanın adına məscid, çeşmə, Bektaşi təkkəsi və bazar yerinin olduğunu qeyd edir. 17 fevral 1810-cu ildə baş verən zəlzələdə məscid zərər görmüş və minarəsi dağılmışdır. Bundan başqa 1666-cı ildə Peklin şəhərində Peklin məscidini inşa etdirmişdir.
Mənbə
- Özcan, Abdülkadir (2015). . FSM İlmî Araştırmalar İnsan ve Toplum Bilimleri Dergisi, 5. DergiPark. ss. 442-453
- Yerasimos, Marianna (2012). Evliya Çelebi Yunanistan'da-Bir Allame-i Cihan Stefanos Yerasimos (1942-2005) I.Cilt (Editör:Edhem Eldem, Aksel Tibet, Ersu Pekin, Çağatay Anadol)
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebdurrehman Abdi Pasa teq 1616 2 sentyabr 1686 Buda Sultan Ibrahim ve IV Mehmed seltenetinde muxtelif vezifelerde xidmet eden Osmanli dovlet xadimi Misir beylerbeyi Osmanlilarin son Budin beylerbeyi Ebdurrehman Abdi PasaMisir beylerbeyiEvvelkiCebeci Ehmed PasaSonrakiBosniyali Osman PasaBudin beylerbeyiEvvelkiMelek Ibrahim PasaSonraki Sexsi melumatlarDogum tarixi 1616Vefat tarixi 2 sentyabr 1686Vefat yeri Budin eyaleti Osmanli imperiyasiFealiyyeti zabit siyasetciRutbesi general Vikianbarda elaqeli mediafayllarHeyatiAbdi Pasanin mezari Dogum tarixi haqqinda melumat yoxdur Eslen alban olub yeniceri ocaginda telim terbiye edildikden sonra o esnada davam eden Krit muharibesine ocaq kendxudasi olaraq qatildi Muharibe esnasinda 1669 cu ilin mayinda yeniceri agasi teyin edildi Kandiye qalasinin indiki Iraklion muhasiresinde ve 1672 ci ilde baslayan Lehistan seferi esnasinda Kamanice indiki Kamenets Podolski ve Bucas bolgesinin ele kecirilmesinde gosterdiyi sucaet sebebile vezir rutbesi aldi ardindan 1674 cu ilin iyununda Bagdad beylerbeyi oldu Daha sonra 11 may 1676 ci ilde Misir beylerbeyi olan Abdi Pasa 1681 ci ilin iyununda vezifeden alindi ve Bosniya beylerbeyliyine teyin olundu 1682 ci ilde elave olaraq Kamanice qalasinin muhafizesi ile vezifelendirildi 1684 cu ilin noyabrinda Budin beylerbeyi oldu 1685 ci ilde Heleb beylerbeyliyi ile Macaristan serdarligina teyin edildi Budin eyaletindeki idarecilik illerinde az bir quvveyle 1686 ci ilde 90 minlik xacli ordusuna qarsi qalani mudafie etdi 3 ayliq muhasire muddetinde xacli ordusunun ard arda tertiblediyi 18 hucumu geri cevirerek dusmenin teslim olma teklifini redd etdi Muhasire esnasinda cebhexanada bas veren partlayisla 1500 esgerin olumu ve qalanin etrafindaki yuksekliklerin itirilmesi mudafieni daha da cetinlesdirdi Nehayet ozu de esgerlerle birlikde on cebheye kecdi ve 2 sentyabr 1686 ci ilde bas tutan son hucumda sehid oldu Kandiye qalasinin Osmanlilar terefinden feth edilmesiyle seherde yeniden qurma isleri baslamisdir Muharibenin son illerinde bolgeye gelen Ovliya Celebi seyahetnamesinde Kandiyede o esnada yeniceri agasi olan Abdi Pasanin adina mescid cesme Bektasi tekkesi ve bazar yerinin oldugunu qeyd edir 17 fevral 1810 cu ilde bas veren zelzelede mescid zerer gormus ve minaresi dagilmisdir Bundan basqa 1666 ci ilde Peklin seherinde Peklin mescidini insa etdirmisdir MenbeOzcan Abdulkadir 2015 FSM Ilmi Arastirmalar Insan ve Toplum Bilimleri Dergisi 5 DergiPark ss 442 453 Yerasimos Marianna 2012 Evliya Celebi Yunanistan da Bir Allame i Cihan Stefanos Yerasimos 1942 2005 I Cilt Editor Edhem Eldem Aksel Tibet Ersu Pekin Cagatay Anadol Istinadlar