İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, Dağlıq Qarabağ) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı
İSGƏNDƏR NOVRUZLU | |
---|---|
İngilis Hacı bəy oğlu Qasımov | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 1958 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Ata-babaları
İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır.
Həyatı
İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur. O, 1930-1935-ci illərdə kənddə fəaliyyət göstərən Molla Hətəmovun ərəb-rus dilləri öyrədilən məktəbində oxumuş, sonra Ağdamda Mexanikləşdirmə Texnikumunda təhsilini davam etdirmişdir. Amma 1938-1939-cu illərdə bir neçə tay-tuşu ilə (Şirin Əhmədov, Əzim Əzimov və Bəşir Əkbərov) sovet-fin mübaribəsinə yollandığına görə təhsilini yarımçıq qoymuşdur. Müharibədən yaralanıb qayıtdıqdan sonra 1941-1945-ci il müharibəsində iştirak edib. Cəbhədə yaralanan İskəndər doğma kəndi Novruzluya qayıdır. Lakin sinəsi poeziya nümunələri ilə dolu olan İsgəndər kəndə sığışmadı. Orta boylu, qaşı-gözü qara, yaraşıqlı olan İsgəndərin həm də şaqraq səsi vardı. Şairlik təbi ilə yanaşı gözəl tar çalırdı. Müğənni, tarzən kimi el məclislərində iştirak edirdi.
İskəndərin adı İngilis idi. O zaman hər şeyə şübhə ilə yanaşan, adamlara qara yaxan Sovet hökuməti bəy nəslindən olan İsgəndərə də şübhə ilə baxırdı. Nəhayət, o, yaxasını izlənməkdən qurtarmaq üçün adını dəyişərək İskəndər qoydu və vətəndən uzaqlara – Aşqabada getdi. O, bir müddət Aşqabad filarmoniyasının solisti oldu. Orada olarkən əslən Şuşadan olan (vaxtilə atası, anası oraya Şuşadan gedib) Sona xanımla evlənir. İki oğlu (Rövşən, Nizami), iki qızı (Natella, Nailə) dünyaya gəlir. 1948-ci ildə İskəndər respublikadan kənarda olanda, bədbəxt hadisə – zəlzələ olur, təcili Aşqabada qayıdır, şəhəri xarabazar görür, evini, ailəsini axtarsa da tapmır. Sən demə uçqunun altından salamat çıxanları şəhərdən uzaq xəstəxanalara aparırlar. İsgəndərin axtarışı heç bir nəticə vermir. Kimsəsiz, tək-tənha qalan şair vətənə – Novruzluya qayıdır. Onun kəndə gəlişi böyük nisgilə, məyusluğa səbəb olur. Uzun müddət kənddə yas saxlanılır. Başına müsibətlər gələn İskəndər kənddə darıxır. Şair-bəstəkar təbiətin ona vurduğu amansız yaranı unuda bilmirdi. Hamı onun halına acıyırdı. Eyni zamanda onun istedadını qiymətləndirməyə şərait də yox idi.
Deyirlər, dünya yaxşı adamlardan xali deyil. 1950-ci illərdə böyük hörmət və şöhrət sahibi olan rejissor Adil İsgəndərov yaxından tanıdığı, yaradıcılığına bələd olduğu İskəndər üçün Ağdama gəlir, onunla görüşür. İşsiz olduğunu biləndə onu Novruzlu kənd soveti nəzdində klub müdiri vəzifəsinə təyin etdirir. Günlər, aylar keçsə də İskəndər başına gələn müsibətləri unuda bilmir. O vaxt Ağdam 7 illik musiqi məktəbinin direktoru işləyən Əlipaşa Daşdəmirov və kamança çalan Əli (ayaması Depo idi) tez-tez Novruzluya gəlirdilər. Məqsədləri İskəndərin məlahətli səsinə qulaq asmaq (Əlipaşa müəllim özü yaxşı tarzən idi) təzə şeirlərini dinləmək idi. Qədirbilən adamlar İsgəndəri ovundurur, onu darıxmağa qoymurdular.
Şair-bəstəkar İsgəndər Novruzlu millətinə, torpağına bütün varlığı ilə bağlı bir insandı. Onun bəstələdiyi havalar da xalq ruhunda olduğundan dərhal dillər əzbəri olurdu. Klubdan aldığı maaş əliaçıq, qəlbiaçıq İsgəndəri təmin etmirdi. Buna görə də Qiyaslı tarçalan Rüstəmlə, Novruzludan qarmonçalan Məhiş Abdullayevlə toylara gedirdi. Xanəndə Şahmalı Kürdoğlu ilə də dostluq edirdi.
Ətrafı istedadlı şair-bəstəkar İsgəndər Novruzlunu olduğu kimi qəbul edə bilmirdi. Azad ruhlu İsgəndər onların əhatəsində tək idi. Qanadları qırılmış bir quşa bənzəyirdi, çırpınır, vurnuxur, lakin bir çıxış yolu tapa bilmirdi. Ona əl uzadan, dayaq duran demək olar ki, yoxdu. Tərslikdən ailəsini itirmiş İsgəndərin şair könlünə eşq odu düşmüşdü. Belə ki, İsgəndər özünün həmyerlisi olan bir qızı dəlicəsinə istəyirdi. Lakin müqəddəs bir ailə meyə meyilli, azadlıq sevən, sərbəst hərəkətli İsgəndərə öz qızını rəva bilməmişdi. Bu uğursuzluqdan sonra İsgəndər bir az da bədbinləşir. Beləliklə, o, hər kəsdən küsür, bəzi adamları öz hərəkətləriylə incidir. Bu incikliyin, istedadı qiymələndirməməyin, paxıllığın nəticəsi onun tutulması ilə bitir. 1957-si ildə onu saxta ittihamlarla şərləyərək tutdururlar. Keşməkeşli bir ömür sürmüş istedadlı şair-bəstəkar qəfəsə salınmış bülbül kimi çırpınır. Səsinə səs verən tapılmır. Heç kəs fərqində olmur ki, dillər əzbəri olan “Qarabağın maralı” mahnısının müəllifi Şuşa türməsində xiffətindən gün-gündən saralıb-solur. Dustaq bəstəkarın bəstələdiyi mahnılar isə xalq mahnısı adı ilə toy-düyündə oxunur
İskəndər Novruzlu 1958-ci ildə Şuşa həbsxanasında vəfat edir. Yaxınları onun cənazəsini gətirib Novruzlu kənd qəbiristanlığında dəfn etdirirlər. Beləcə, su sənəyi suda sınır. İsgəndər Novruzlunu şərləyib tutduranların adı bizə bəlli deyil, amma onun mahnıları hər kəsə bəllidir.
İskəndər bəyin qardaşı oğlu Hacı bəy 1973-cü ildə atası Məhəmməd bəylə birgə əmisinin yadigarlarını tapmaq niyyəti ilə Aşqabada gedir. Soraqlaşa-soraqlaşa İsgəndər Novruzlunun həyat yoldaşı Sona xanımı və böyük qızı Natella xanımı tapırlar. Sən demə onlar 1948-ci ildəAşqabadda baş verən zəlzələ vaxtı uçqunun altından salamat çıxarılıb şəhərdən uzaq xəstəxanalara aparıblarmış. İsgəndər Novruzlunun xanımını və qızını Ağdama, Novruzluya gətirmək istəsələr də, onlar şair-bəstəkarın vəfatı xəbərini eşitdikdən sonra Qarabağa gəlmək fikrindən daşınırlar.
Yaradıcılığı
İskəndər Novruzlu çoxsaylı şerlər (qoşma, qəzəl və s.) yazmış, yazdığı şeirlərin bir çoxuna mahnı da bəstələmişdir. Bəstələdiyi dillər əzbəri olan mahnılar ("Qarabağın maralı", "Ağdam", "Bakılısan sən" və s.) uzun müddət (hətta indi də) yanlış olaraq xalq mahnısı kimi təqdim olunmuşdur. Yaradıcılığında təbiət gözəlliklərinin tərənneme xüsusi yer tutur. Yazdığı şerlərin çox az bir qismi günümüzə gəlib çatmışdır. Söyləyirlər ki, İsgəndər Novruzlu həbsdə olanda da çoxlu şeirlər yazıb. Onun şeir dəftərlərinin çoxu, deyilənə görə, Seyidlidən tarçalan Şahmalının əlinə keçib. İskəndər Novruzlunun həyat və yaradıcılığının toplanması və bu günə gəlib çatmasında qardaşı oğlu Hacı bəy Məhəmmədoğlu, əməkdar müəllim Səlim Əzimov, ziyalı Tağı Abdullayev, tədqiqatçı Ənvər Çingizoğlu və b. xüsusi xidmətləri olmuşdur. Onun yaradıcılığının toplanması istiqamətində axtarışlara bu gün də böyük ehtiyac var.
Mənbə
- Hacı Məhəmmədoğlu, Dəli könül, Qarabağa gəl gedək (xatirələr, bayatılar, rəvayətlər, İsgəndər Novruzlunun şeirləri). Bakı, 2018.
- Qarabağ aşıq mühiti. Bakı, 2019.
- Ənvər Çingizoğlu, İskəndər Novruzlu və onun soyu haqqında, "Soy" еlmi-kütləvi dərgisi, 2009, №11, səh.36-41.
- Səlim Əzimov, “Qarabağın maralı” kimindir? Təzadlar.- 2009.- 6 yanvar.- S. 11.
- Mustafa Çəmənli, Bir şair-bəstəkarın taleyi, 525-ci qəzet.- 2012.- 30 noyabr.- S.7.
İstinadlar
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Isgender Novruzlu 1917 Novruzlu Susa qezasi 1958 Susa hebsxanasi Dagliq Qarabag meshur el sairi xanende bestekar tar ifacisiISGENDER NOVRUZLUIngilis Haci bey oglu QasimovDogum tarixi 1917Dogum yeri Novruzlu Susa qezasi Yelizavetpol quberniyasiVefat tarixi 1958Vefat yeri Susa hebsxanasi Susa Susa rayonu d Dagliq Qarabag SSRIDefn yeri NovruzluFealiyyeti sairAta babalariIskender Novruzlunun ulu babasi Haci bey XIX yuzilliyin birinci yarisinda Kebirli mahalinin Novruzlu kendinde yasamisdir Muqeddes Kerbela ziyaretinde olmus Haci beyin Qasim bey ve Ceferqulu bey adli oglanlari vardi Qasim bey 1825 ci ilde anadan olmusdu Onun toremeleri car Rusiyasi doneminde Qasimbeyov Sovet dovrunde ise Qasimov soyadini dasimislar Kerbelayi Qasim beyin de Haci bey Misirxan bey adli iki oglu vardi Qasim beyin oglu Haci bey de 1853 cu ilde Novruzlu kendinde anadan olmusdur Haci bey babasinin adini dasiyirdi Haci beyin Ingilis ve Mehemmed bey adli oglanlari vardi Ingilis sonralar adini deyisir ve Isgender Novruzlu kimi meshurlasir HeyatiIskender Novruzlu Ingilis Haci bey oglu Qasimbeyov 1917 ci ilde Susa qezasinin indiki Agdamin Novruzlu kendinde anadan olmusdur O 1930 1935 ci illerde kendde fealiyyet gosteren Molla Hetemovun ereb rus dilleri oyredilen mektebinde oxumus sonra Agdamda Mexaniklesdirme Texnikumunda tehsilini davam etdirmisdir Amma 1938 1939 cu illerde bir nece tay tusu ile Sirin Ehmedov Ezim Ezimov ve Besir Ekberov sovet fin mubaribesine yollandigina gore tehsilini yarimciq qoymusdur Muharibeden yaralanib qayitdiqdan sonra 1941 1945 ci il muharibesinde istirak edib Cebhede yaralanan Iskender dogma kendi Novruzluya qayidir Lakin sinesi poeziya numuneleri ile dolu olan Isgender kende sigismadi Orta boylu qasi gozu qara yarasiqli olan Isgenderin hem de saqraq sesi vardi Sairlik tebi ile yanasi gozel tar calirdi Mugenni tarzen kimi el meclislerinde istirak edirdi Iskenderin adi Ingilis idi O zaman her seye subhe ile yanasan adamlara qara yaxan Sovet hokumeti bey neslinden olan Isgendere de subhe ile baxirdi Nehayet o yaxasini izlenmekden qurtarmaq ucun adini deyiserek Iskender qoydu ve vetenden uzaqlara Asqabada getdi O bir muddet Asqabad filarmoniyasinin solisti oldu Orada olarken eslen Susadan olan vaxtile atasi anasi oraya Susadan gedib Sona xanimla evlenir Iki oglu Rovsen Nizami iki qizi Natella Naile dunyaya gelir 1948 ci ilde Iskender respublikadan kenarda olanda bedbext hadise zelzele olur tecili Asqabada qayidir seheri xarabazar gorur evini ailesini axtarsa da tapmir Sen deme ucqunun altindan salamat cixanlari seherden uzaq xestexanalara aparirlar Isgenderin axtarisi hec bir netice vermir Kimsesiz tek tenha qalan sair vetene Novruzluya qayidir Onun kende gelisi boyuk nisgile meyusluga sebeb olur Uzun muddet kendde yas saxlanilir Basina musibetler gelen Iskender kendde darixir Sair bestekar tebietin ona vurdugu amansiz yarani unuda bilmirdi Hami onun halina aciyirdi Eyni zamanda onun istedadini qiymetlendirmeye serait de yox idi Deyirler dunya yaxsi adamlardan xali deyil 1950 ci illerde boyuk hormet ve sohret sahibi olan rejissor Adil Isgenderov yaxindan tanidigi yaradiciligina beled oldugu Iskender ucun Agdama gelir onunla gorusur Issiz oldugunu bilende onu Novruzlu kend soveti nezdinde klub mudiri vezifesine teyin etdirir Gunler aylar kecse de Iskender basina gelen musibetleri unuda bilmir O vaxt Agdam 7 illik musiqi mektebinin direktoru isleyen Elipasa Dasdemirov ve kamanca calan Eli ayamasi Depo idi tez tez Novruzluya gelirdiler Meqsedleri Iskenderin melahetli sesine qulaq asmaq Elipasa muellim ozu yaxsi tarzen idi teze seirlerini dinlemek idi Qedirbilen adamlar Isgenderi ovundurur onu darixmaga qoymurdular Sair bestekar Isgender Novruzlu milletine torpagina butun varligi ile bagli bir insandi Onun bestelediyi havalar da xalq ruhunda oldugundan derhal diller ezberi olurdu Klubdan aldigi maas eliaciq qelbiaciq Isgenderi temin etmirdi Buna gore de Qiyasli tarcalan Rustemle Novruzludan qarmoncalan Mehis Abdullayevle toylara gedirdi Xanende Sahmali Kurdoglu ile de dostluq edirdi Etrafi istedadli sair bestekar Isgender Novruzlunu oldugu kimi qebul ede bilmirdi Azad ruhlu Isgender onlarin ehatesinde tek idi Qanadlari qirilmis bir qusa benzeyirdi cirpinir vurnuxur lakin bir cixis yolu tapa bilmirdi Ona el uzadan dayaq duran demek olar ki yoxdu Terslikden ailesini itirmis Isgenderin sair konlune esq odu dusmusdu Bele ki Isgender ozunun hemyerlisi olan bir qizi delicesine isteyirdi Lakin muqeddes bir aile meye meyilli azadliq seven serbest hereketli Isgendere oz qizini reva bilmemisdi Bu ugursuzluqdan sonra Isgender bir az da bedbinlesir Belelikle o her kesden kusur bezi adamlari oz hereketleriyle incidir Bu incikliyin istedadi qiymelendirmemeyin paxilligin neticesi onun tutulmasi ile bitir 1957 si ilde onu saxta ittihamlarla serleyerek tutdururlar Kesmekesli bir omur surmus istedadli sair bestekar qefese salinmis bulbul kimi cirpinir Sesine ses veren tapilmir Hec kes ferqinde olmur ki diller ezberi olan Qarabagin marali mahnisinin muellifi Susa turmesinde xiffetinden gun gunden saralib solur Dustaq bestekarin bestelediyi mahnilar ise xalq mahnisi adi ile toy duyunde oxunur Iskender Novruzlu 1958 ci ilde Susa hebsxanasinda vefat edir Yaxinlari onun cenazesini getirib Novruzlu kend qebiristanliginda defn etdirirler Belece su seneyi suda sinir Isgender Novruzlunu serleyib tutduranlarin adi bize belli deyil amma onun mahnilari her kese bellidir Iskender beyin qardasi oglu Haci bey 1973 cu ilde atasi Mehemmed beyle birge emisinin yadigarlarini tapmaq niyyeti ile Asqabada gedir Soraqlasa soraqlasa Isgender Novruzlunun heyat yoldasi Sona xanimi ve boyuk qizi Natella xanimi tapirlar Sen deme onlar 1948 ci ildeAsqabadda bas veren zelzele vaxti ucqunun altindan salamat cixarilib seherden uzaq xestexanalara apariblarmis Isgender Novruzlunun xanimini ve qizini Agdama Novruzluya getirmek isteseler de onlar sair bestekarin vefati xeberini esitdikden sonra Qarabaga gelmek fikrinden dasinirlar YaradiciligiIskender Novruzlu coxsayli serler qosma qezel ve s yazmis yazdigi seirlerin bir coxuna mahni da bestelemisdir Bestelediyi diller ezberi olan mahnilar Qarabagin marali Agdam Bakilisan sen ve s uzun muddet hetta indi de yanlis olaraq xalq mahnisi kimi teqdim olunmusdur Yaradiciliginda tebiet gozelliklerinin terenneme xususi yer tutur Yazdigi serlerin cox az bir qismi gunumuze gelib catmisdir Soyleyirler ki Isgender Novruzlu hebsde olanda da coxlu seirler yazib Onun seir defterlerinin coxu deyilene gore Seyidliden tarcalan Sahmalinin eline kecib Iskender Novruzlunun heyat ve yaradiciliginin toplanmasi ve bu gune gelib catmasinda qardasi oglu Haci bey Mehemmedoglu emekdar muellim Selim Ezimov ziyali Tagi Abdullayev tedqiqatci Enver Cingizoglu ve b xususi xidmetleri olmusdur Onun yaradiciliginin toplanmasi istiqametinde axtarislara bu gun de boyuk ehtiyac var MenbeHaci Mehemmedoglu Deli konul Qarabaga gel gedek xatireler bayatilar revayetler Isgender Novruzlunun seirleri Baki 2018 Qarabag asiq muhiti Baki 2019 Enver Cingizoglu Iskender Novruzlu ve onun soyu haqqinda Soy elmi kutlevi dergisi 2009 11 seh 36 41 Selim Ezimov Qarabagin marali kimindir Tezadlar 2009 6 yanvar S 11 Mustafa Cemenli Bir sair bestekarin taleyi 525 ci qezet 2012 30 noyabr S 7 IstinadlarXarici kecidler 1 2 3 olu kecid 4 olu kecid