Çarek Vəngi — Gədəbəy rayonunda yerləşən tarixi Çarek (Namərd və ya Qız) qalasının hüdudları daxilində, Şəmkirçayın sol sahilində yerləşən qədim alban monastır kompleksi.
Mahrasa məbədi | |
---|---|
Çarekvəng monastır kompleksi | |
Ölkə | Azərbaycan |
Şəhər | Gədəbəy |
Yerləşir | Şəmkir çayının sahili |
Aidiyyatı | |
Tikilmə tarixi | XVII əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qafqaz Albaniyasının VIII əsrdə Ərəb xilafətinin tərkibinə keçməsinin ardından, alban kilsəsi bir çox imtiyazlarını itirərək, icma cəhətdən seyrəlməyə başladı ki, bu da xristianlığını qoruyub saxlamış albanlar üçün monastırların əhəmiyyətini artırdı. Yaşayış məntəqələrindəki dağıdılmış kilsələrin əksinə, gözdən iraq və əlçatmaz yerlərdə (meşəlik ərazilərdə, yüksəkliklərdə və ya dağ qoynunda) tikilən monastırlar, albanlara orada yaşayıb, öz dini ibadətlərini davam etdirməyə şərait yaradır, eləcə də xidmətçi rahib cərgələrini keçmiş kilsə xadimləri ilə tamamlayırdı. XII-XIII əsrlərdə monastırların inşası elə səviyyəyə çatır ki, müxtəlif təyinatlı tikililərdən ərsəyə gələn bu möhtəşəm memarlıq kompleksləri, xristian əhalinin artıq ümumən mənəvi, dünyəvi, mədəni və istehsal fəaliyyətinə xidmət etməyə başlayır.
Bu monastırların parlaq nümunələrindən biri də tarixi Utik vilayətinin keçmiş Girdman - indiki Gədəbəy rayonu ərazisində, Şəmkir dərəsindəki Namərd və ya Qız qalası kimi tanınan əfsanəvi Çarek qalasının hüdudları içərisində, Şəmkir çayının sol sahilində yerləşən və daha çox «Mahrasa» ay məbədi kimi tanınan Çarekvəng monastır kompleksidir.
Çarek vənginin təməli Atabəylər şahzadəsi Əmir Əmiran Ömərin 1195-ci ildə Gəncədə Alban katolikosluq taxtına təyin etdiyi VI İohann tərəfindən özünə iqamətgah kimi seçdiyi Şəmkir çayının sol sahilində yerləşən mağarada atılmışdır. Bir müddət fəaliyyətinə bu mağara məbədində davam edən katolikos VI İohann (1196-1235), Atabəylər dövlətində gedən daxili çaxnaşmalar və Qatağa Noyanın başçılıq etdiyi monqol ordusunun 1224-1225-ci illərdəki hücumları zəminində yaranmış həyati təhlükə ilə üzləşdikdən sonra, Mxarqrdzeli knyazları Zakare və İvane Zakaryanların dəvəti ilə qərbə (hazırkı Böyük Qaramurad kəndinə) keçmiş və oradaki Həmşivəng məbədində yerləşərək, ömrünün axırına qədər orada xidmət etmişdir. Bu kompleks daxilində tikilmiş və günümüzədək çatmış kilsənin tikintisi də IV İohannın əmri ilə başlanmış və onun ölümündən sonra, yerinə keçən qardaşı II Nerses (1235-1262) tərəfindən davam etdirilmişdir. Monqolların Azərbaycana ilk yürüyüşü zamanı Muğan düzündən gələrək, Şəmkiri və, Çarek ilə Gədəbəy daxil olmaqla, Girdimanı tutmaları nəticəsində, Alban patriarxlığının mərkəzi, X əsrdən bəri yerləşdiyi Çarek və Həmşi vənglərindən 1240-cı ildə Kəlbəcərdəki Gəncəsər monastırına köçürülmüşdür. Monqolların hakimiyyətinə keçən Çarek qalası (Namərd/Qız qalası) da o vaxtdan öz strateji əhəmiyyətini itirmişdir .
Çarek vənginə ikinci nəfəs XVII əsrin əvvəllərində, soylu Qaramanlar tayfasından (Qafqaz Albaniyasının ərazisində yaşamış subar-savir tayfalarının orta əsrdəki ən güclü qollarından biri olmuş pravoslav türkdilli etnik qrup) olan Tatev monastırının (bu səbəblə, azərbaycanlıların köhnə nəsli buranı “Tat Evi” adlandırıbmış) məzunu yepiskop Davidin Şəmkir dərəsinə düşüb, burada Çarekaget adlanan sovməə tikməsi ilə gəlmişdir. İzdihamlı rahib icması və bir xeyli sərt qanunları ilə tanınan bu sovməəni təkmilləşdirərək monastıra çevirən Şəmkirli David, ömrünü burada ibadətə adamış və 1643-cü ildə vəfat etdikdən sonra, yenə burada üçnefli bazilika şəklində tikdirdiyi, lakin günümüzə çatmayan Müqəddəs Məryəm kilsəsinin yanında dəfn edilmişdir. Onun ardından monastırın rəhbərliyi arximandrit Sargisə (1643-1671) keçmişdir ki, o da, öz növbəsində, gənc yaşlarından etibarən həyatını monastırın rifahına və inkişafına sərf edərək, buranın zəngin bir kompleksə çevrilməsində böyük rol oynamışdır. Alban katolikosu IV Petrosun patriarxlığı dövründə o, ilk olaraq, mövcud keşiş hücrələrinin yenilənməsindən başlayıb, 1659-cu ildə kilsənin yanında Müqəddəs Alimələklər Mikayıl və Cəbrayıl adına möhtəşəm ikiyaruslu zəng qülləsi inşa etmiş, monastır kitabxanasına dəyərli əlyazmalar bağışlamış və dəftərxananı abadlaşdırmış, 1667-ci ildə isə rəhmətlik valideynləri, qardaşı və burada xidmət etmiş keşişlərin xatirəsinə monastır hüdudlarından kənarda Kilsə Ataları adına kapella ucaltmışdır. Vəfatının ardından həmin bu kapellada dəfn edilən Sargisdən sonra yeni arximandritlər, onun bir yerə topladığı eyni düşüncəli 70 rahibdən seçilmişdir ki, bunlardan biri də 1684-cü ildə kilsənin qərb tərəfinə üçtağlı eyvanlı yerləşkə əlavə etdirən arximandrit Nerses (1675-1700-lər) olmuşdur.
Çarekvəng monastırının üçüncü inkişaf dalğası arximandrit Mkrtıçın (1710-lar-1746) zamanında baş vermişdir. Ləzgi və dağlıların davamlı hücumları nəticəsində xeyli zərər görən, əlyazmaları oğurlanıb, xəzinəsi qarət edilən monastır kompleksini o, 1717-ci ildə bütün tikililərlə birlikdə hasarlatmış, 1730-cu ildə isə əsaslı şəkildə bərpa etmişdir. Hasarın cənub tərəfində tağvari giriş qapısı, içəri divarı boyunca isə əsasən XIX əsrin ikinci yarısında yenilənmiş 30-a yaxın tağvari hücrə yerləşmişdir ki, bunlardan cəmi 6-7-si günümüzə salamat çatmışdır. Ümumilikdə, yuxarıda sadalanmış tikililərlə yanaşı, kompleksin daxilində həmçinin yaşayış və təsərrüfat tikililəri, yeməkxana və mətbəx, kilsə xadimlərinin dəfn olunduğu məzarlıqlar, hasardan bir qədər aralıda isə dəyirman vardır.
Monastır kompleksinin tabeçiliyindəki ərazi zaman keçdikcə kiçildiyi üçün onun sərhədləri haqqında ən son məlumatı 1910-cu ildə Gəncə yeparxiyası tərəfindən tərtib edilmiş monastır torpaqları haqqındaki hesabatından öyrənirik. Belə ki, Çarekvəngin hüdudlar şərqdə Qaradağ kəndinə qədər, qərbdə Ayıtala kəndi və Aykənd çayına qədər, şimalda Surxay bulağı, Gədəbəy çayı və Çarek qalasına qədər, cənubda isə Qaradərə, Qızılqaya, Kükürd yaylağı və Şəmkir çayının Tapan qoluna qədər çatırmış. Burada qeyd etmək lazımdır ki, monastırın yaşayış məntəqələrindən aralıda, meşədə təcrid olunmuş şəkildə yerləşməsi, onun həmçinin bir sürgün nöqtəsi kimi istifadə edilməsinə imkan verirdi. Misal üçün, ruhani Gəncə rəsmiləri, müxtəlif günah və ya cinayət işləməklə təqsirləndirilən ruhaniləri vəzifəsindən alıb, etdiyi hərəkətin ağırlığına görə, tövbə edib, günah çıxarmaq vc ya dusdaq olub, cəzasını çəkmək üçün bura göndərirdilər.
Ötən əsrin əvvəllərində bütün monastır ərazilərindən məhsul Levon Ter-Avetisyanın tədbirlərinə baxmayaraq, hələ də monastır tabeçiliyindəki meşəlik ərazilərdə qanunsuz ağac kəsmə (xüsusən də Gədəbəydəki misəritmə zavodu üçün) müşahidə olunurdu. 1918-ci ilədək stabil gəliri olan Çarekvəng, Sovet dönəmində tamamilə tərk edilmiş və sonradan bura yaşayış üçün gəlmiş maldarların sığınacaq yerinə çevrilmişdir. Monastır ərazisi bir müddət abidənin tarixi əhəmiyyətini dərk etməyən ətraf kənd sakinləri tərəfindən otlaq yeri, yerləşkəsi isə mal tövləsi kimi istifadə edilsə də, hazırda girişi bağlı, ərazisi isə alaq otlarla örtülüdür.
Abidənin "Mahrasa" məbədi olması ilə bağlı əsassız iddialar
Abidənin “Mahrasa” adını necə aldığı müəmmalıdır; farsca “Mah” (Ay) və ərəbcə “Rəsəd” (müşahidə etmək) sözlərindən əmələ gələn bu ifadə, Ayın müşahidəsi ilə əlaqələndirilir və guya məşhur yunan tarixçisi Strabonun “Coğrafiya” əsərinində bu bölgədə mövcudluğu qeyd olunan bütpərəst albanların xristianlıqdan öncə sitayiş etdikləri Ay ilahəsi Selenanın adına tikilmiş bir ay mədəbi kimi qəbul edilir. Lakin həmin əsərdə Selena sadəcə yerli albanların sitayiş etdiyi tanrıların içində göstərilir:
"Tanrılardan Heliusa (Günəşə), Zeusa (Göy, İldirim vs) və Selenaya (Ay), xüsusən də Selenaya sitayiş edirlər. Onun məbədi İberiya yaxınlığındadır. Dini rəhbəri isə ölkənin çardan sonra ikinci ən hörmət edilən şəxsdir. O, ərazisi geniş, əhalisi şox olan müqəddəs torpaqların, eləcə də ilahi gücdən asılı olub, kahinliklə məşğul olan məbəd qullarının rəhbəridir. İlahi gücdən asılılığı qabarıb, onları meşələrdə sülənməyə vadar edən qulları dini rəhbər tutdurub, müqəddəs zəncirə vurur və bir il ərzində bəsləyir ki, ardından onu tanrıça uğrunda qurban etmək üçün ətirli yağlarla yağlayıb, öldürsün. Qurban gətirmə mərasimi belə baş verir: yığılmış insanların içindən bu işdən yaxşı başı çıxan biri, əlində müqəddəs (ənənəyə uyğun insanı qurban gətirmək üçün nəzərdə tutulan) nizə ilə ortaya çıxır və onu qurbanın böyüründən soxaraq, ürəyinə saplayır. Qurban yerə düşəndə, onlar məlum olan kəhanətlər haqqında xəbər alır və hamıya elan edirlər. Ardından cəsəd məlum yerə gətirilir və hamı onu tapdalamağa başlayaraq, təmizlənmə mərasimini həyata keçirir."
Ay məbədinin dəqiq yerləşməsi haqqında isə müxtəlif dövrlərdə onu araşdırıb, yazmış çoxsaylı tarixçi və tədqiqatçıların fərziyyələrinə baxmayaraq, hələ də məlumat yoxdur. Kompleksin ərazisi həmin məbədin yerləşdiyi ehtimal olunan bölgəyə düşsə də, onun məhz burada var olduğuna dair heç bir sübut günümüzə çatmayıb. Bu səbəblə, monastırın Ay ilahəsi ilə deyil, hüdudları daxilində yerləşdiyi Çarek qalasının adı ilə əlaqələndirilməsi məntiqə uyğundur.
Monastır kompleksinin memarlığı
Müqəddəs Məryəm adına kilsə
Kilsənin XVII əsrin əvvəllərində, yepiskop Qaramanlı Davidin rəhbərliyi altında inşa edildiyi fasadındaki 1617 və 1621-ci illərdəki təqdis olunma haqqındaki yazılardan məlum olur. Kilsə üç nefli bazilika şəklində xam və kobud yonulmuş daşlardan həll olunub. Xarici ölçüləri — 17,28 x 9,72 m. İkiçatılı damı daxildən iki naxışlı pilon saxlamaqdadır. Kilsənin girişi qərb tərəfdə yerləşir və həmin fasadın yerləşkəsinə açılır. Günümüzə salamat çatmayıb.
Yerləşkə
1684-cü ildə arximandrit Nersesin rəhbərliyi altında, Müqəddəs Məryəm kilsəsinə qərb tərəfdən bitişik şəkildə tikilib. Üçnefli kompozisiyası ilə kilsəyə bənzəyən yerləşkənin tikintisində, ondan fərqli olaraq, təmiz yonulmuş sarıntıl-boz daşlardan istifadə olunub. Fəlsəfə doktoru Telman Haqverdiyevin verdiyi məlumata görə, yerləşkənin əsas zalında hündürlüyü 1,5 m olan bir daş vardır ki, el arasında "Qara daş" piri kimi tanınıb, uzun zaman din xadimlərinin gəlir mənbəyi (onlar pul uğrunda məzlum insanları, bu daşın altında qurban kəsəcəkləri təqdirdə, onların istək və arzularının həyata keçəcəyinə inandırırdılar) olmuşdur. Bu daşın bütpərəst albanların həmin o Ay məbədinin içindəki qurbangah olduğu ehtimalını nəzərə alan araşdırmaçılar da olmuşdur. Lakin sonradan, nəticə etibarilə, bu daşın, yerləşkədə dəfn edilmiş monastır rəhbərlərindən birinin məzar daşı olduğu ortaya çıxmışdır.
Tikilinin xarici ölçüləri — 8,0 x 6,48 m. Cənub fasadı üçtağlı eyvan-qalereya, şimal nefi isə bir cüt sütun saxlamaqdadır. Yerləşkənin əsas girişi qalereyaya açılır, lakin tikilinin çoxdan hörülmüş ikinci qapı da var ki, bu da qərb fasadının şimal küncündən açılırdı. Cənub girişinin üstündəki timpanda yerləşkənin inşa tarixi qeyd olunub. Günümüzdə ayaqdadır.
Müqəddəs Alimələklər Mikayıl və Cəbrayıl adına zəng qülləsi
Alban katolikosu IV Petrosun patriarxlığı zamanı, 1659-cu ildə arximandrit Sargisin rəhbərliyi ilə yerləşkədən bir neçə metr aralıda tikilib. Qüllənin inşasında yonulmamış daş, kərpic və əhəng məhlulundan istifadə edilib. Planda kvadrat olan ikiyaryslu qüllənin yeganə girişi kub şəkilli aşağı yarusun qərb tərəfində yerləşir. Girişin üstündə, hamar səth üzərində zəng qülləsinin inşa tarixi, ondan yuxarıda isə 3 xaç təsvirli daş quraşdırılıb. Cənub fasadındaki pəncərənin sağında və solunda qabarıq tütək çalan mələk təsvirləri yer alır. İkinci yarus çadırvari günbəzlə örtülü səkkiz sütunlu rotonda şəklində həll olunub. Xarici ölçüləri — 6,12 х 6,12 m. Günümüzə salamat çatıb.
Yeməkxana və mətbəx
Yeməkxananın dəqiq inşa tarixi bilinmədiyi üçün, kompleksin əsas tikililərinin inşa olunduğu XVII əsrin II yarısı - XVIII əsrin I yarısına aid edilir. Yonulmamış daşlardan əhəng məhlulu ilə tikilən tağll tikilinin xarici ölçüləri 25,0 x 8,64 m təşkil edirdi. Mətbəx yeməkxanaya bitişik idi. Daxili işıqlandırma balaca ensiz pəncərələrlə təmin edilirdi. İki cərgə şəklində düzülmüş daş yemək masaları XIX əsrin axırında artıq dağıdılmışdı. Bu tikililər günümüzədək çatmayıb.
Dəftərxana
Dini əlyazmaların yazılması üçün istifadə olunan bu tikili, bütün ölkədə məşhur idi. Burada yazılan və yenilənən əlyamaların əksəriyyəti zaman içində ya oğurlanmış, ya da itmişdir. Günümüzə çatmış əlyazmalardan məlum olur ki, bu tikili yepiskip Davidin vaxtından varmış, sonradan arximandrit Sargisin dövründə də təkmilləşdirilib, yeni kitablar və qiymətli əsərlərlə zənginləşdirilmişdir.
Monastırın hasarı, hücrələr və digər daxili tikililər
Dəyirmandan başqa, kompleksin bütün tikililəri daş hasarla çevrələnib. Hasarın tağvari giriş darvazası yerləşən cənub tərəfindəki divar yazısından onun arximandrit Mkrtıç tərəfindən 1717-ci ildə tikildiyi məlum olur. Hasarın iç divarına bitişik, əsasən XIX əsrin II yarısında tikilmiş 30 tağlı hücrə, rahiblərin yerləşməsi üçün nəzərdə tutulurdu. Bu hasarın cənub tərəfi, eləcə də hücrələrdən bir neçəsi, kitabxana və təsərrüfat tikililərinin qalıqları ilə birlikdə günümüzə qədər çatıb.
Kilsə Ataları adına kapella
Bu balaca tağlı tikili, monastırın hasarı xaricində, əsas tikililərindən şimal-qərbdəki bir təpəliyin üzərində 1667-ci ildə arximandrit Sargisin sifarişi ilə tikilib. Yerli araşdırmaçıların əsərlərində bura içərisində bir-birinə bitişik 5 məzarın yerləşməsi səbəbi ilə (ki rəvayətə görə, burada yaşamış yeddi qardaşdan beşi feodal döyüşlərində igiliklə həlak olmuş və həyatda qalan iki qardaş tərəfindən bura dəfn edilmişdir) "Beş qardaş" günbəzi kimi keçir. Əslində isə, burada monastır rəhbəri Sargisin valideynləri, qardaşı və ondan öncə vəfat etmiş rahib və keşişlərdən başqa, onun özü və ondan sonraki bir neçə monastır rəhbəri dəfn edilmişdir. Günümüzə xarabalıqları çatıb.
Qəbirstanlıq
Kompleksin ərazisində bir neçə dəfn yeri olduğu üçün, buna tam da qəbirstanlıq demək olmur. Hər tikilinin daxili və ya yanında dəfn olunmuş xidmətçilər olmağına baxmayaraq, Müqəddəs Məryəm kilsəsi ətrafında yerləşən məzarlar xüsusi əhəmiyyətə malikdir. Məsələn, monastırın qurucusu David məhz bu kilsənin şərq divarının dibində dəfn olunmuşdur.
Həmçinin bax
İstinadlar
- Məmmədova, Gülçöhrə. Qafqaz Albaniyasının Memarlığı (Rusca). Bakı: Çaşıoğlu. 2004. 138–139. ISBN . 2023-09-18 tarixində . İstifadə tarixi: 2023-09-17.
- Qandzaketi (Gəncəli), Kirakos. 6 // Ermənistan Tarixi (Rusca). Moskva: Elm. 1976. 125–127. 2023-06-01 tarixində . İstifadə tarixi: 2023-09-17.
- Məmmədova, Fəridə. Qafqaz Albaniyası və Albanlar (PDF) (Rusca). Bakı: Qafqaz Albaniyası Tədqiqatlar Mərkəzi. 2005. 555. ISBN . 2023-04-02 tarixində (PDF). İstifadə tarixi: 2023-09-17.
- İmanov, Kamran. Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında (PDF) (az.). Bakı: Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi. 2021. 41–46. 2022-06-20 tarixində (PDF). İstifadə tarixi: 2023-09-17.
- Davrijetsi (Təbrizli), Arakel. Tarix Kitabı (Rusca). Moskva: Elm. 1973. 210.
- Arsax və Utikin əlyazma irsi (İngiliscə). İrəvan: Matenadaran Nəşriyyatı. 2022. 120–123. ISBN .
- Karapetyan, Samvel. Şimali Arsax (Rusca). Moskva: ANİV Fondu. 2018. 121–139.
- 56 // Ermənistan Milli Arxivi.
- Ararat (Ermənicə). Üçkilsə. 1871. 316.
- Haqverdiyev, Telman. Daşların Hekayəti (az.). Bakı: Gənclik. 1989. 78–79, 103.
- Strabon. 4 // Coğrafiya (İngiliscə). V, 11-ci kitab (Lyobov seriyası). Kembric: Harvard Universiteti Nəşriyyatı. 1928. 231.
- Haqverdiyev, Telman. Abidələr Tarixin Sirdaşıdır (az.). Bakı: Gənclik. 1982. 76.
- Mərkəzi Asiya və Azərbaycanın Dinləri (Rusca). IV - Xristianlıq. Səmərqənd: Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu (IICAS). 2018. 263. ISBN .
Xarici keçidlər
- Gədəbəy – ulu yurdun yaddaşı 2016-03-05 at the Wayback Machine
- Qafqaz Albaniyası memarlığı saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Carek Vengi Gedebey rayonunda yerlesen tarixi Carek Namerd ve ya Qiz qalasinin hududlari daxilinde Semkircayin sol sahilinde yerlesen qedim alban monastir kompleksi Mahrasa mebediCarekveng monastir kompleksiMonastirin umumi gorunusu40 32 00 sm e 45 53 08 s u Olke AzerbaycanSeher GedebeyYerlesir Semkir cayinin sahiliAidiyyatiTikilme tarixi XVII esr Vikianbarda elaqeli mediafayllarTarixiQafqaz Albaniyasinin VIII esrde Ereb xilafetinin terkibine kecmesinin ardindan alban kilsesi bir cox imtiyazlarini itirerek icma cehetden seyrelmeye basladi ki bu da xristianligini qoruyub saxlamis albanlar ucun monastirlarin ehemiyyetini artirdi Yasayis menteqelerindeki dagidilmis kilselerin eksine gozden iraq ve elcatmaz yerlerde meselik erazilerde yuksekliklerde ve ya dag qoynunda tikilen monastirlar albanlara orada yasayib oz dini ibadetlerini davam etdirmeye serait yaradir elece de xidmetci rahib cergelerini kecmis kilse xadimleri ile tamamlayirdi XII XIII esrlerde monastirlarin insasi ele seviyyeye catir ki muxtelif teyinatli tikililerden erseye gelen bu mohtesem memarliq kompleksleri xristian ehalinin artiq umumen menevi dunyevi medeni ve istehsal fealiyyetine xidmet etmeye baslayir Bu monastirlarin parlaq numunelerinden biri de tarixi Utik vilayetinin kecmis Girdman indiki Gedebey rayonu erazisinde Semkir deresindeki Namerd ve ya Qiz qalasi kimi taninan efsanevi Carek qalasinin hududlari icerisinde Semkir cayinin sol sahilinde yerlesen ve daha cox Mahrasa ay mebedi kimi taninan Carekveng monastir kompleksidir Carek venginin temeli Atabeyler sahzadesi Emir Emiran Omerin 1195 ci ilde Gencede Alban katolikosluq taxtina teyin etdiyi VI Iohann terefinden ozune iqametgah kimi secdiyi Semkir cayinin sol sahilinde yerlesen magarada atilmisdir Bir muddet fealiyyetine bu magara mebedinde davam eden katolikos VI Iohann 1196 1235 Atabeyler dovletinde geden daxili caxnasmalar ve Qataga Noyanin basciliq etdiyi monqol ordusunun 1224 1225 ci illerdeki hucumlari zemininde yaranmis heyati tehluke ile uzlesdikden sonra Mxarqrdzeli knyazlari Zakare ve Ivane Zakaryanlarin deveti ile qerbe hazirki Boyuk Qaramurad kendine kecmis ve oradaki Hemsiveng mebedinde yerleserek omrunun axirina qeder orada xidmet etmisdir Bu kompleks daxilinde tikilmis ve gunumuzedek catmis kilsenin tikintisi de IV Iohannin emri ile baslanmis ve onun olumunden sonra yerine kecen qardasi II Nerses 1235 1262 terefinden davam etdirilmisdir Monqollarin Azerbaycana ilk yuruyusu zamani Mugan duzunden gelerek Semkiri ve Carek ile Gedebey daxil olmaqla Girdimani tutmalari neticesinde Alban patriarxliginin merkezi X esrden beri yerlesdiyi Carek ve Hemsi venglerinden 1240 ci ilde Kelbecerdeki Genceser monastirina kocurulmusdur Monqollarin hakimiyyetine kecen Carek qalasi Namerd Qiz qalasi da o vaxtdan oz strateji ehemiyyetini itirmisdir Monastirin giris darvazasi hasarin cenub terefi Carek vengine ikinci nefes XVII esrin evvellerinde soylu Qaramanlar tayfasindan Qafqaz Albaniyasinin erazisinde yasamis subar savir tayfalarinin orta esrdeki en guclu qollarindan biri olmus pravoslav turkdilli etnik qrup olan Tatev monastirinin bu sebeble azerbaycanlilarin kohne nesli burani Tat Evi adlandiribmis mezunu yepiskop Davidin Semkir deresine dusub burada Carekaget adlanan sovmee tikmesi ile gelmisdir Izdihamli rahib icmasi ve bir xeyli sert qanunlari ile taninan bu sovmeeni tekmillesdirerek monastira ceviren Semkirli David omrunu burada ibadete adamis ve 1643 cu ilde vefat etdikden sonra yene burada ucnefli bazilika seklinde tikdirdiyi lakin gunumuze catmayan Muqeddes Meryem kilsesinin yaninda defn edilmisdir Onun ardindan monastirin rehberliyi arximandrit Sargise 1643 1671 kecmisdir ki o da oz novbesinde genc yaslarindan etibaren heyatini monastirin rifahina ve inkisafina serf ederek buranin zengin bir komplekse cevrilmesinde boyuk rol oynamisdir Alban katolikosu IV Petrosun patriarxligi dovrunde o ilk olaraq movcud kesis hucrelerinin yenilenmesinden baslayib 1659 cu ilde kilsenin yaninda Muqeddes Alimelekler Mikayil ve Cebrayil adina mohtesem ikiyaruslu zeng qullesi insa etmis monastir kitabxanasina deyerli elyazmalar bagislamis ve defterxanani abadlasdirmis 1667 ci ilde ise rehmetlik valideynleri qardasi ve burada xidmet etmis kesislerin xatiresine monastir hududlarindan kenarda Kilse Atalari adina kapella ucaltmisdir Vefatinin ardindan hemin bu kapellada defn edilen Sargisden sonra yeni arximandritler onun bir yere topladigi eyni dusunceli 70 rahibden secilmisdir ki bunlardan biri de 1684 cu ilde kilsenin qerb terefine uctagli eyvanli yerleske elave etdiren arximandrit Nerses 1675 1700 ler olmusdur Carekveng monastirinin ucuncu inkisaf dalgasi arximandrit Mkrticin 1710 lar 1746 zamaninda bas vermisdir Lezgi ve daglilarin davamli hucumlari neticesinde xeyli zerer goren elyazmalari ogurlanib xezinesi qaret edilen monastir kompleksini o 1717 ci ilde butun tikililerle birlikde hasarlatmis 1730 cu ilde ise esasli sekilde berpa etmisdir Hasarin cenub terefinde tagvari giris qapisi iceri divari boyunca ise esasen XIX esrin ikinci yarisinda yenilenmis 30 a yaxin tagvari hucre yerlesmisdir ki bunlardan cemi 6 7 si gunumuze salamat catmisdir Umumilikde yuxarida sadalanmis tikililerle yanasi kompleksin daxilinde hemcinin yasayis ve teserrufat tikilileri yemekxana ve metbex kilse xadimlerinin defn olundugu mezarliqlar hasardan bir qeder aralida ise deyirman vardir Monastir kompleksinin tabeciliyindeki erazi zaman kecdikce kicildiyi ucun onun serhedleri haqqinda en son melumati 1910 cu ilde Gence yeparxiyasi terefinden tertib edilmis monastir torpaqlari haqqindaki hesabatindan oyrenirik Bele ki Carekvengin hududlar serqde Qaradag kendine qeder qerbde Ayitala kendi ve Aykend cayina qeder simalda Surxay bulagi Gedebey cayi ve Carek qalasina qeder cenubda ise Qaradere Qizilqaya Kukurd yaylagi ve Semkir cayinin Tapan qoluna qeder catirmis Burada qeyd etmek lazimdir ki monastirin yasayis menteqelerinden aralida mesede tecrid olunmus sekilde yerlesmesi onun hemcinin bir surgun noqtesi kimi istifade edilmesine imkan verirdi Misal ucun ruhani Gence resmileri muxtelif gunah ve ya cinayet islemekle teqsirlendirilen ruhanileri vezifesinden alib etdiyi hereketin agirligina gore tovbe edib gunah cixarmaq vc ya dusdaq olub cezasini cekmek ucun bura gonderirdiler Oten esrin evvellerinde butun monastir erazilerinden mehsul Levon Ter Avetisyanin tedbirlerine baxmayaraq hele de monastir tabeciliyindeki meselik erazilerde qanunsuz agac kesme xususen de Gedebeydeki miseritme zavodu ucun musahide olunurdu 1918 ci iledek stabil geliri olan Carekveng Sovet doneminde tamamile terk edilmis ve sonradan bura yasayis ucun gelmis maldarlarin siginacaq yerine cevrilmisdir Monastir erazisi bir muddet abidenin tarixi ehemiyyetini derk etmeyen etraf kend sakinleri terefinden otlaq yeri yerleskesi ise mal tovlesi kimi istifade edilse de hazirda girisi bagli erazisi ise alaq otlarla ortuludur Abidenin Mahrasa mebedi olmasi ile bagli esassiz iddialarMonastirin divar simvollariMonastirin taglari Abidenin Mahrasa adini nece aldigi muemmalidir farsca Mah Ay ve erebce Resed musahide etmek sozlerinden emele gelen bu ifade Ayin musahidesi ile elaqelendirilir ve guya meshur yunan tarixcisi Strabonun Cografiya eserininde bu bolgede movcudlugu qeyd olunan butperest albanlarin xristianliqdan once sitayis etdikleri Ay ilahesi Selenanin adina tikilmis bir ay medebi kimi qebul edilir Lakin hemin eserde Selena sadece yerli albanlarin sitayis etdiyi tanrilarin icinde gosterilir Tanrilardan Heliusa Gunese Zeusa Goy Ildirim vs ve Selenaya Ay xususen de Selenaya sitayis edirler Onun mebedi Iberiya yaxinligindadir Dini rehberi ise olkenin cardan sonra ikinci en hormet edilen sexsdir O erazisi genis ehalisi sox olan muqeddes torpaqlarin elece de ilahi gucden asili olub kahinlikle mesgul olan mebed qullarinin rehberidir Ilahi gucden asililigi qabarib onlari meselerde sulenmeye vadar eden qullari dini rehber tutdurub muqeddes zencire vurur ve bir il erzinde besleyir ki ardindan onu tanrica ugrunda qurban etmek ucun etirli yaglarla yaglayib oldursun Qurban getirme merasimi bele bas verir yigilmis insanlarin icinden bu isden yaxsi basi cixan biri elinde muqeddes eneneye uygun insani qurban getirmek ucun nezerde tutulan nize ile ortaya cixir ve onu qurbanin boyurunden soxaraq ureyine saplayir Qurban yere dusende onlar melum olan kehanetler haqqinda xeber alir ve hamiya elan edirler Ardindan cesed melum yere getirilir ve hami onu tapdalamaga baslayaraq temizlenme merasimini heyata kecirir Ay mebedinin deqiq yerlesmesi haqqinda ise muxtelif dovrlerde onu arasdirib yazmis coxsayli tarixci ve tedqiqatcilarin ferziyyelerine baxmayaraq hele de melumat yoxdur Kompleksin erazisi hemin mebedin yerlesdiyi ehtimal olunan bolgeye dusse de onun mehz burada var olduguna dair hec bir subut gunumuze catmayib Bu sebeble monastirin Ay ilahesi ile deyil hududlari daxilinde yerlesdiyi Carek qalasinin adi ile elaqelendirilmesi mentiqe uygundur Monastir kompleksinin memarligiMonastirin yerleskesi cenub serq terefden Muqeddes Meryem adina kilse Kilsenin XVII esrin evvellerinde yepiskop Qaramanli Davidin rehberliyi altinda insa edildiyi fasadindaki 1617 ve 1621 ci illerdeki teqdis olunma haqqindaki yazilardan melum olur Kilse uc nefli bazilika seklinde xam ve kobud yonulmus daslardan hell olunub Xarici olculeri 17 28 x 9 72 m Ikicatili dami daxilden iki naxisli pilon saxlamaqdadir Kilsenin girisi qerb terefde yerlesir ve hemin fasadin yerleskesine acilir Gunumuze salamat catmayib Yerleske 1684 cu ilde arximandrit Nersesin rehberliyi altinda Muqeddes Meryem kilsesine qerb terefden bitisik sekilde tikilib Ucnefli kompozisiyasi ile kilseye benzeyen yerleskenin tikintisinde ondan ferqli olaraq temiz yonulmus sarintil boz daslardan istifade olunub Felsefe doktoru Telman Haqverdiyevin verdiyi melumata gore yerleskenin esas zalinda hundurluyu 1 5 m olan bir das vardir ki el arasinda Qara das piri kimi taninib uzun zaman din xadimlerinin gelir menbeyi onlar pul ugrunda mezlum insanlari bu dasin altinda qurban kesecekleri teqdirde onlarin istek ve arzularinin heyata kececeyine inandirirdilar olmusdur Bu dasin butperest albanlarin hemin o Ay mebedinin icindeki qurbangah oldugu ehtimalini nezere alan arasdirmacilar da olmusdur Lakin sonradan netice etibarile bu dasin yerleskede defn edilmis monastir rehberlerinden birinin mezar dasi oldugu ortaya cixmisdir Tikilinin xarici olculeri 8 0 x 6 48 m Cenub fasadi uctagli eyvan qalereya simal nefi ise bir cut sutun saxlamaqdadir Yerleskenin esas girisi qalereyaya acilir lakin tikilinin coxdan horulmus ikinci qapi da var ki bu da qerb fasadinin simal kuncunden acilirdi Cenub girisinin ustundeki timpanda yerleskenin insa tarixi qeyd olunub Gunumuzde ayaqdadir Muqeddes Alimelekler Mikayil ve Cebrayil adina zeng qullesi Monastirin zeng qullesi Alban katolikosu IV Petrosun patriarxligi zamani 1659 cu ilde arximandrit Sargisin rehberliyi ile yerleskeden bir nece metr aralida tikilib Qullenin insasinda yonulmamis das kerpic ve eheng mehlulundan istifade edilib Planda kvadrat olan ikiyaryslu qullenin yegane girisi kub sekilli asagi yarusun qerb terefinde yerlesir Girisin ustunde hamar seth uzerinde zeng qullesinin insa tarixi ondan yuxarida ise 3 xac tesvirli das qurasdirilib Cenub fasadindaki pencerenin saginda ve solunda qabariq tutek calan melek tesvirleri yer alir Ikinci yarus cadirvari gunbezle ortulu sekkiz sutunlu rotonda seklinde hell olunub Xarici olculeri 6 12 h 6 12 m Gunumuze salamat catib Monastirin rahib hucreleri Yemekxana ve metbex Yemekxananin deqiq insa tarixi bilinmediyi ucun kompleksin esas tikililerinin insa olundugu XVII esrin II yarisi XVIII esrin I yarisina aid edilir Yonulmamis daslardan eheng mehlulu ile tikilen tagll tikilinin xarici olculeri 25 0 x 8 64 m teskil edirdi Metbex yemekxanaya bitisik idi Daxili isiqlandirma balaca ensiz pencerelerle temin edilirdi Iki cerge seklinde duzulmus das yemek masalari XIX esrin axirinda artiq dagidilmisdi Bu tikililer gunumuzedek catmayib Defterxana Dini elyazmalarin yazilmasi ucun istifade olunan bu tikili butun olkede meshur idi Burada yazilan ve yenilenen elyamalarin ekseriyyeti zaman icinde ya ogurlanmis ya da itmisdir Gunumuze catmis elyazmalardan melum olur ki bu tikili yepiskip Davidin vaxtindan varmis sonradan arximandrit Sargisin dovrunde de tekmillesdirilib yeni kitablar ve qiymetli eserlerle zenginlesdirilmisdir Monastirin teserrufat tikilileri Monastirin hasari hucreler ve diger daxili tikililer Deyirmandan basqa kompleksin butun tikilileri das hasarla cevrelenib Hasarin tagvari giris darvazasi yerlesen cenub terefindeki divar yazisindan onun arximandrit Mkrtic terefinden 1717 ci ilde tikildiyi melum olur Hasarin ic divarina bitisik esasen XIX esrin II yarisinda tikilmis 30 tagli hucre rahiblerin yerlesmesi ucun nezerde tutulurdu Bu hasarin cenub terefi elece de hucrelerden bir necesi kitabxana ve teserrufat tikililerinin qaliqlari ile birlikde gunumuze qeder catib Kilse Atalari adina kapella Bu balaca tagli tikili monastirin hasari xaricinde esas tikililerinden simal qerbdeki bir tepeliyin uzerinde 1667 ci ilde arximandrit Sargisin sifarisi ile tikilib Yerli arasdirmacilarin eserlerinde bura icerisinde bir birine bitisik 5 mezarin yerlesmesi sebebi ile ki revayete gore burada yasamis yeddi qardasdan besi feodal doyuslerinde igilikle helak olmus ve heyatda qalan iki qardas terefinden bura defn edilmisdir Bes qardas gunbezi kimi kecir Eslinde ise burada monastir rehberi Sargisin valideynleri qardasi ve ondan once vefat etmis rahib ve kesislerden basqa onun ozu ve ondan sonraki bir nece monastir rehberi defn edilmisdir Gunumuze xarabaliqlari catib Qebirstanliq Kompleksin erazisinde bir nece defn yeri oldugu ucun buna tam da qebirstanliq demek olmur Her tikilinin daxili ve ya yaninda defn olunmus xidmetciler olmagina baxmayaraq Muqeddes Meryem kilsesi etrafinda yerlesen mezarlar xususi ehemiyyete malikdir Meselen monastirin qurucusu David mehz bu kilsenin serq divarinin dibinde defn olunmusdur Hemcinin baxBayan kilsesi Cicerveng bazilikasi Bayan monastiriIstinadlarMemmedova Gulcohre Qafqaz Albaniyasinin Memarligi Rusca Baki Casioglu 2004 138 139 ISBN 9952 27 021 6 2023 09 18 tarixinde Istifade tarixi 2023 09 17 Qandzaketi Genceli Kirakos 6 Ermenistan Tarixi Rusca Moskva Elm 1976 125 127 2023 06 01 tarixinde Istifade tarixi 2023 09 17 Memmedova Feride Qafqaz Albaniyasi ve Albanlar PDF Rusca Baki Qafqaz Albaniyasi Tedqiqatlar Merkezi 2005 555 ISBN 9952 8073 0 9 2023 04 02 tarixinde PDF Istifade tarixi 2023 09 17 Imanov Kamran Qedim metnler ve klassik menbeler ermenicilik saxtakarliqlarini ve uydurmalarini ifsa edir ve ya isgaldan azad edilmis erazilerde medeni servetlerin sahibleri haqqinda PDF az Baki Azerbaycan Respublikasinin Eqli Mulkiyyet Agentliyi 2021 41 46 2022 06 20 tarixinde PDF Istifade tarixi 2023 09 17 Davrijetsi Tebrizli Arakel Tarix Kitabi Rusca Moskva Elm 1973 210 Arsax ve Utikin elyazma irsi Ingilisce Irevan Matenadaran Nesriyyati 2022 120 123 ISBN 978 9939 897 03 5 Karapetyan Samvel Simali Arsax Rusca Moskva ANIV Fondu 2018 121 139 56 Ermenistan Milli Arxivi Ararat Ermenice Uckilse 1871 316 Haqverdiyev Telman Daslarin Hekayeti az Baki Genclik 1989 78 79 103 Strabon 4 Cografiya Ingilisce V 11 ci kitab Lyobov seriyasi Kembric Harvard Universiteti Nesriyyati 1928 231 Haqverdiyev Telman Abideler Tarixin Sirdasidir az Baki Genclik 1982 76 Merkezi Asiya ve Azerbaycanin Dinleri Rusca IV Xristianliq Semerqend Beynelxalq Merkezi Asiya Tedqiqatlari Institutu IICAS 2018 263 ISBN 978 9943 357 38 9 Xarici kecidlerGedebey ulu yurdun yaddasi 2016 03 05 at the Wayback Machine Qafqaz Albaniyasi memarligi sayti