Əhmədağa Hacı Ağa Mirzə Əbdülkərim oğlu Əhmədov (26 mart 1922, Maştağa, Bakı qəzası – 21 mart 2008, Maştağa) — texniki elmlər namizədi (1954), dosent, islamşünas, ədəbiyyatşünas. Bir sıra texniki, dini və ədəbi araşdırma kitablarının müəllifi.
Əhmədağa Əhmədov | |
---|---|
Əhmədağa Hacı Ağa Mirzə Əbdülkərim oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Maştağa, Bakı, Azərbaycan Respublikası |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Texniki elmlər, islamşünaslıq, ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | Elmlər namizədi |
Elmi adı | Dosent |
Təhsili | Azərbaycan Sənaye İnstitutu (AzSİ) |
Tanınır | İslamşünas |
Həyatı
Əhmədağa Əhmədov 1922-ci ildə Bakının Maştağa kəndində anadan olub. Dövrünün çox savadlı ruhanisi olmuş atası Hacı Mirzə Əbdülkərimin onun təlim-tərbiyəsində böyük əməyi olub. Hacı Mirzə Əbdülkərim uzun müddət İranda və İraqda oxuyub, Məşhəd və Nəcəf şəhərlərindəki mədrəsələrdə ərəb dilinin sərvi-nəhvi, məntiq, bəlağət elmləri, fiqh, üsul, hikmət, ilahiyyat və s. elmlərdən dərs deyib. O vaxtlar ruhanilərə "kulak" damğası vurulduğu üçün məktəb yaşı çatmasına baxmayaraq balaca Əhmədağanı məktəbə yalnız 13 yaşında qəbul edilib. Lakin 4-5 yaşlarında yazıb oxumağı öyrənmiş Əhmədağa bu illər fars və ərəb dillərini, məntiq ədəbiyyat elmlərini öyrənmişdi.
Orta məktəbi altı il ərzində əla qiymətlərlə bitirib attestat aldıqdan iki gün sonra müharibə başlayır və onu ordu sıralarına çağırıb Uzaq Şərqə yola salırlar. Sibirin buzlu qazmalarında hərbi xidmət keçən Ə.Əhmədov ağır xəstələnir. 1943-ci ildə ürək tutmaları ilə ordudan tərxis olunur. Məktəbi əla bitirdiyinə görə Neft İnstitutuna qəbul olunur və oranı əla qiymətlərlə bitirir. İmtahan komissiyasının qərarı ilə onu aspiranturada saxlayırlar. Elmi işlə paralel olaraq 1950-ci ildən pedaqoji fəaliyyətə başlayır, 1954-cü ildə elmlər namizədi, alimlik dərəcəsi, bir neçə ildən sonra isə dosent dərəcəsi alır. O vaxtdan başlayaraq pedaqoji və elmi fəaliyyətini davam etdirib bitirdiyi institutda, Rostov dəmiryolu və Moskva institutlarının Bakıdakı filiallarında nəzəri mexanika, termodinamika, daxiliyanma mühərrikləri, istilik texnikası, buxar qazanları və s. texniki fənlərdən mühazirələr oxuyur və bir necə il AzSİ-nin nəzəri mexanika kafedrasına rəhbərlik edir.
İslam Peyğəmbərinin (s) Meracı günü dünyaya gəlmiş Əhmədağa Əhmədov 2008-ci il Novruz bayramı günündə tərk edib.
Elmi fəaliyyəti
Ə. Əhmədovun texniki sahədə yazdığı çoxlu elmi məqalələr "Нефт и газ" jurnalının müxtəlif nömrələrində çap olunub. Çap edilməyənlər isə nəzəri mexanika kafedrasının hesabat məcmuələrində dərc edilib arxivdə saxlanılır.
1977-ci ildə EA Nizami adına Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatının tarixi" kitabını kiril əlifbası ilə çapa hazırlamış, kitab haqqında rəy yazmışdır. Dahi şair Nizaminin yubileyi ərəfəsində onun əsərlərinin tərcüməsi, təhlili və nəşrində fəal iştirak edib. Rəsmi filoloji təhsili olmadığından onu müstəsna hal kimi Azərbaycan EA-nın xüsusi qərarı ilə Nizami İnstitutunun Mətnşünaslıq şöbəsinə baş elmi işçi təyin edirlər. Bundan sonra klassik şairlərin yaradıcılığı ilə bağlı elmi işləri ilə məşğul olmuş, iki cildlik "Şeir inciləri" məcmuəsini tərtib edərək nəsx xətti ilə yazmışdır.
Ensiklopedik bilik sahibi Ə. Əhmədovun digər bir istedad yönü Azərbaycan müstəqillik qazandıqdan sonra parlayıb. Dinin bütün incəliklərinə bələd olan alim bir xəzinə yaradaraq İslamı sevənlərin ixtiyarına verib. "İslam təlimi", "İslam əxlaqı", "Ərəb əlifbası", "Nikatül-Quran", "Əsrarül-Quran", "Şəriət çırağı", "Dürəfşan kəlamlar", "Allahın hüccətləri", "İslamın əsasları" və fars dilindən tərcümə etdiyi Şeyx Bəhanin "Cameyi-Əbbasi" və b. əsərləri ondan yadigar qalıb.
Ə.Əhmədov həm də texniki elmlər sahəsində alim olduğundan humanitar sahədə apardığı tədqiqatlarda texniki biliklərindən də istifadə etmişdir. Belə ki, din və ədəbiyyatda olan bir çox məsələləri texniki elmlərlə əlaqələndirmişdir.
Onun bu kəlamı məşhurdur: "Allah insana ağıl veribsə, nə verməyib? Əgər ağıl verməyibsə, nə verib?"
Kitablarıı
Müəllifi olduğu kitablar:
- İslamın əsasları. Bakı: Bilik, 1992. 139 s. II nəşr: Bakı: Təbib, 1996. 96 s. III nəşr: Bakı: 2006.102 s.
- Nizami-elmşünas. Bakı: Azərbaycan, 1992. 274 s. II nəşr: Bakı: Möminin, 2001. 256 s.
- İslam əxlaqı. Bakı: Maarif, 1993. 297 s. II nəşr: Bakı: Araz, 1997. 297 s.
- Əsrarül-Quran. II kitab. Bakı: Təbib, 1994. 168 s.
- Nikatül-Quran: ədəb, tərbiyə, əhkam, əxlaq və ibrət ayələri. I kitab. Bakı: Öyrətmən, 1994. 21 s.
- İslam təlimi. Bakı: Təbib, 1995. 228 s. II nəşr: Bakı: Mədyən, 2001. 255 s.
- Ərəb əlifbası. "Farsi-türki" mənzum lüğət. Bakı: Təbib, 1995. 120 s.
- Dürəfşan kəlamlar. Bakı: Təbib, 1996. 203 s.
- Allahın hüccətləri. Bakı: Mədyən, 1999. 352 s.
- Ərəb əlifbası. Bakı: s.n., 2006. 112 s.
- Ərizətül-üruz. Bakı: CBS, 2007. 254 s.
- Qafiyətül-kafiyə. Bakı: s.n, 2007.110 s. II nəşr: Bakı: Elm və təhsil, 2016. 130 s.
- Kərimiyyə. Farsca-azərbaycanca mənzum lüğət. [s. n.], [2009] 38 s.
- Statikadan məsələ həllinə dair metodik göstərişlər. Bakı: Azərb. NKİ, 1970. 71 s.
Tərtib etdiyi və redaktoru olduğu kitablar:
- İmam Cəfəri-Sadiq, Şəriət çırağı /Ərəb dilindən tərc. və tərtibatı: Ə.Əhmədov; Red. və naşiri: H.K. Novruz (ə).Bakı: Təbib, 1997. 120 s.
- Nizami Gəncəvi, Yeddi gözəl. /Filoloji tərc., izahlar və qeyd. R. Əliyev, elmi red. Ə. Əhmədov. Bakı: Elm, 1983. 355 s. II Nəşr: Bakı: Qanun, 2021. 429 s.
- Nizami Gəncəvi, Xosrov və Şirin /filol. tərcümə, izahlar və qeydlər H. Məmmədzadə, red. T. Məhərrəmov, Ə. Əhmədov ; Bakı: Elm, 1981. 370, s.
- Nizami Gəncəvi, Məxzənül-əsrar (Sirrlər xəzinəsi). Nizami Gəncəvinin 870 illiyinə. /fars dilindən tərc. ed. M. Zəkiyev, red. Ə. Əhmədov. Bakı, 2008. 327 s. II nəşr: Müəllim, 2011. 299 s.
İstinadlar
- "Görkəmli alim, İslam araşdırıcısı Əhmədağa Əhmədov – faikooo.wixsite.com". 2022-12-24 tarixində . İstifadə tarixi: 2022-12-23.
Xarici keçidlər
- Görkəmli alim, İslam araşdırıcısı Əhmədağa Əhmədov
- Əhmədağa Əhmədovun "Qafiyətül-kafiyə" əsərinin təqdimatı − video − Mədəniyyət TV
- Əhmədağa Əhmədovla müsahibə − video
- Vasim Məmmədəliyev Əhmədağa Əhmədov haqqında − video
- Allahşükür Paşazadə Əhmədağa Əhmədov haqqında − video
- Mircəlal Zəki Əhmədağa Əhmədov haqqında − video
- Əhmədağa Əhmədov − anl.az
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehmedaga Haci Aga Mirze Ebdulkerim oglu Ehmedov 26 mart 1922 Mastaga Baki qezasi 21 mart 2008 Mastaga texniki elmler namizedi 1954 dosent islamsunas edebiyyatsunas Bir sira texniki dini ve edebi arasdirma kitablarinin muellifi Ehmedaga EhmedovEhmedaga Haci Aga Mirze Ebdulkerim oglu EhmedovDogum tarixi 26 mart 1922Dogum yeri Mastaga Baki Azerbaycan SSR SSRIVefat tarixi 21 mart 2008 85 yasinda Vefat yeri Mastaga Baki Azerbaycan RespublikasiVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliElm saheleri Texniki elmler islamsunasliq edebiyyatsunasliqElmi derecesi Elmler namizediElmi adi DosentTehsili Azerbaycan Senaye Institutu AzSI Taninir IslamsunasHeyatiEhmedaga Ehmedov 1922 ci ilde Bakinin Mastaga kendinde anadan olub Dovrunun cox savadli ruhanisi olmus atasi Haci Mirze Ebdulkerimin onun telim terbiyesinde boyuk emeyi olub Haci Mirze Ebdulkerim uzun muddet Iranda ve Iraqda oxuyub Meshed ve Necef seherlerindeki medreselerde ereb dilinin servi nehvi mentiq belaget elmleri fiqh usul hikmet ilahiyyat ve s elmlerden ders deyib O vaxtlar ruhanilere kulak damgasi vuruldugu ucun mekteb yasi catmasina baxmayaraq balaca Ehmedagani mektebe yalniz 13 yasinda qebul edilib Lakin 4 5 yaslarinda yazib oxumagi oyrenmis Ehmedaga bu iller fars ve ereb dillerini mentiq edebiyyat elmlerini oyrenmisdi Orta mektebi alti il erzinde ela qiymetlerle bitirib attestat aldiqdan iki gun sonra muharibe baslayir ve onu ordu siralarina cagirib Uzaq Serqe yola salirlar Sibirin buzlu qazmalarinda herbi xidmet kecen E Ehmedov agir xestelenir 1943 ci ilde urek tutmalari ile ordudan terxis olunur Mektebi ela bitirdiyine gore Neft Institutuna qebul olunur ve orani ela qiymetlerle bitirir Imtahan komissiyasinin qerari ile onu aspiranturada saxlayirlar Elmi isle paralel olaraq 1950 ci ilden pedaqoji fealiyyete baslayir 1954 cu ilde elmler namizedi alimlik derecesi bir nece ilden sonra ise dosent derecesi alir O vaxtdan baslayaraq pedaqoji ve elmi fealiyyetini davam etdirib bitirdiyi institutda Rostov demiryolu ve Moskva institutlarinin Bakidaki filiallarinda nezeri mexanika termodinamika daxiliyanma muherrikleri istilik texnikasi buxar qazanlari ve s texniki fenlerden muhazireler oxuyur ve bir nece il AzSI nin nezeri mexanika kafedrasina rehberlik edir Islam Peygemberinin s Meraci gunu dunyaya gelmis Ehmedaga Ehmedov 2008 ci il Novruz bayrami gununde terk edib Elmi fealiyyetiE Ehmedovun texniki sahede yazdigi coxlu elmi meqaleler Neft i gaz jurnalinin muxtelif nomrelerinde cap olunub Cap edilmeyenler ise nezeri mexanika kafedrasinin hesabat mecmuelerinde derc edilib arxivde saxlanilir 1977 ci ilde EA Nizami adina Edebiyyat Institutunda Azerbaycan edebiyyatinin tarixi kitabini kiril elifbasi ile capa hazirlamis kitab haqqinda rey yazmisdir Dahi sair Nizaminin yubileyi erefesinde onun eserlerinin tercumesi tehlili ve nesrinde feal istirak edib Resmi filoloji tehsili olmadigindan onu mustesna hal kimi Azerbaycan EA nin xususi qerari ile Nizami Institutunun Metnsunasliq sobesine bas elmi isci teyin edirler Bundan sonra klassik sairlerin yaradiciligi ile bagli elmi isleri ile mesgul olmus iki cildlik Seir incileri mecmuesini tertib ederek nesx xetti ile yazmisdir Ensiklopedik bilik sahibi E Ehmedovun diger bir istedad yonu Azerbaycan musteqillik qazandiqdan sonra parlayib Dinin butun inceliklerine beled olan alim bir xezine yaradaraq Islami sevenlerin ixtiyarina verib Islam telimi Islam exlaqi Ereb elifbasi Nikatul Quran Esrarul Quran Seriet ciragi Durefsan kelamlar Allahin huccetleri Islamin esaslari ve fars dilinden tercume etdiyi Seyx Behanin Cameyi Ebbasi ve b eserleri ondan yadigar qalib E Ehmedov hem de texniki elmler sahesinde alim oldugundan humanitar sahede apardigi tedqiqatlarda texniki biliklerinden de istifade etmisdir Bele ki din ve edebiyyatda olan bir cox meseleleri texniki elmlerle elaqelendirmisdir Onun bu kelami meshurdur Allah insana agil veribse ne vermeyib Eger agil vermeyibse ne verib KitablariiMuellifi oldugu kitablar Islamin esaslari Baki Bilik 1992 139 s II nesr Baki Tebib 1996 96 s III nesr Baki 2006 102 s Nizami elmsunas Baki Azerbaycan 1992 274 s II nesr Baki Mominin 2001 256 s Islam exlaqi Baki Maarif 1993 297 s II nesr Baki Araz 1997 297 s Esrarul Quran II kitab Baki Tebib 1994 168 s Nikatul Quran edeb terbiye ehkam exlaq ve ibret ayeleri I kitab Baki Oyretmen 1994 21 s Islam telimi Baki Tebib 1995 228 s II nesr Baki Medyen 2001 255 s Ereb elifbasi Farsi turki menzum luget Baki Tebib 1995 120 s Durefsan kelamlar Baki Tebib 1996 203 s Allahin huccetleri Baki Medyen 1999 352 s Ereb elifbasi Baki s n 2006 112 s Erizetul uruz Baki CBS 2007 254 s Qafiyetul kafiye Baki s n 2007 110 s II nesr Baki Elm ve tehsil 2016 130 s Kerimiyye Farsca azerbaycanca menzum luget s n 2009 38 s Statikadan mesele helline dair metodik gosterisler Baki Azerb NKI 1970 71 s Tertib etdiyi ve redaktoru oldugu kitablar Imam Ceferi Sadiq Seriet ciragi Ereb dilinden terc ve tertibati E Ehmedov Red ve nasiri H K Novruz e Baki Tebib 1997 120 s Nizami Gencevi Yeddi gozel Filoloji terc izahlar ve qeyd R Eliyev elmi red E Ehmedov Baki Elm 1983 355 s II Nesr Baki Qanun 2021 429 s Nizami Gencevi Xosrov ve Sirin filol tercume izahlar ve qeydler H Memmedzade red T Meherremov E Ehmedov Baki Elm 1981 370 s Nizami Gencevi Mexzenul esrar Sirrler xezinesi Nizami Gencevinin 870 illiyine fars dilinden terc ed M Zekiyev red E Ehmedov Baki 2008 327 s II nesr Muellim 2011 299 s Istinadlar Gorkemli alim Islam arasdiricisi Ehmedaga Ehmedov faikooo wixsite com 2022 12 24 tarixinde Istifade tarixi 2022 12 23 Xarici kecidlerGorkemli alim Islam arasdiricisi Ehmedaga Ehmedov Ehmedaga Ehmedovun Qafiyetul kafiye eserinin teqdimati video Medeniyyet TV Ehmedaga Ehmedovla musahibe video Vasim Memmedeliyev Ehmedaga Ehmedov haqqinda video Allahsukur Pasazade Ehmedaga Ehmedov haqqinda video Mircelal Zeki Ehmedaga Ehmedov haqqinda video Ehmedaga Ehmedov anl az