Əhməd Kabaklı (5 dekabr 1924 - 8 fevral 2001)—Türk yazıçısı, jurnalisti, ədəbiyyatşünası.
ƏHMƏD KABAKLI | |
---|---|
türk. Ahmet Kabaklı | |
Doğum tarixi | |
Doğum yeri | , Türkiyə |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | müəllif, vəkil, tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mühərrir Əhməd Kabaklı fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi, ədəbiyyatşünas-alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Onun son qırx beş ildə on dörd dəfə nəşr edilən, ümumi həcmi 4330 səhifədən çox olan beş cildlik “Türk ədəbiyyatı” tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya, türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır. Onun “Kültür imperializmi” (1970), “Müsəlman Türkiyə” (1970), “Məbəd və millət” (1970), “Yunus Əmrə” (1971), “Mehmet Akif Ərsoy” (1970), “Mövlana” (1975), “Təməllərin duruşmasi” (1989), “Güney-doğu yaxından” (1990), “Şeir incələmələri” (1992), “Doğudan doğuş” (1993), “Sultan-üş şüəra Nəcib Fazil” (1995), “Şairi Cahan Nədim” (1996), “Millətə vurulan canlı qandal - bürokratiya” (2002), “İstanbul gül dəstəsi” (2003), “İslamla qaynaşmış türk ədəbiyyatı” (2006), “Aşıq ədəbiyyatı” (2006), “Alpərən” (2007), “Nazim Hikmət” (2007), “Dövlət fəlsəfəmiz” (2007), “Türkiyəni yoğuranlar” (2008), “Çağlara hökm edənlər” (2008), “Fateh və İstanbul” (2011), “Divan ədəbiyyatı” (2011) və b. kitabları nəsillərin təlim və tərbiyəsində, milli şüurun oyanışında, ədəbiyyatşünaslıq elminin zənginləşməsində əlahiddə əhəmiyyət kəsb edən mənəvi xəzinədir. Bir elmi-tədqiqat institutunun on illərlə görə bilməyəcəyi işi təkbaşına yerinə yetirən, çətinliklərə, məşəqqətlərə sinə gərən, min beş yüz ildən artıq mürəkkəb, keşməkeşli bir dövrün ədəbi, tarixi materiallarını incələyən, əlyazmaları, arxiv sənədlərini saf-çürük edən, dəyərləndirən Əhməd Kabaklı mənsub olduğu türk ədəbiyyatına, mədəniyyətinə misilsiz milli mənəvi töhfələr bəxş etmişdir.
Əsərlərində, xüsusilə “Türk ədəbiyyatı”nda xalq yaradıcılığına, “Alp Ər Tonqa”, “Şu”, “Boz qurd”, “Ergenekon”, “Törəyiş”, “Köç” və s. əfsanələrin şərhinə geniş yer ayıran Əhməd Kabaklı 1924-cü ilin mayın 24-də əfsanəvi Harputda, Saray Xatun məscidinin azançısı (müəzzini) Ömər əfəndinin ailəsində həyata göz açmışdır. Türkiyənin tanınmış ədəbiyyatşünası Bəşir Ayvazoğlunun fikrincə Əhməd Kabaklının ata-babaları Harputun Daşlıbağında meyvə, özəlliklə kabak (balqabaq yetişdirdikləri üçün onlara kabaklılar deyilirdi. Fərqli bir dəyərləndirməyə - Dr. S.Sərvət Kabaklının düşüncələrinə əsasən bu nəslin nümayəndələri həmişə xeyirxahlıqda, zəhmətsevərlikdə, müdriklikdə öndə, irəlidə, qabaqda olduğu üçün xalq onlara Kabaklı adı vermişdir. Sonuncu fikrin dolğunluğunu, doğruluğunu, dürüstlüyünü zaman keçdikcə tarix özü də təsdiqlədi. Dövrün, epoxanın məhrumiyyətlərinə, məşəqqətlərinə baxmayaraq zəhmətin və istedadın sayəsində Kabaklılar nəslinin öndə, qabaqda gedənləri bu soyadı qədim və böyük bir xalqın ədəbiyyat, mədəniyyət tarixinə ləyaqətlə həkk etdilər.
1926-cı ildə Harputda Kabaklılar ailəsinə ağır itki üz verdi. Təsadüfi qəza nəticəsində Ömər əfəndi həlak oldu. İki yaş yarımında ikən atasını itirən Əhməd Kabaklı çətinlik, yoxsulluq və ehtiyac içində böyümüş, anası Münirə xanımın himayəsi altında təlim-tərbiyə almış, anasından və xalasından çoxsaylı əfsanələr, nağıllar, atalar sözləri dinləmiş, Elazığda ibtidai məktəbi və liseyi yüksək qiymətlərlə başa vurmuşdur. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin türkologiya bölümündə oxuduğu illərdə Əhməd Cəfəroğlu, Cəmil Meriç, Cahid Okurer, Mehmet Kaplan və b. görkəmli şəxsiyyətlərdən dərs alirdı. Ə.Kabaklı ilk tənqidi məqalələrini də tələbəlik illərində çap etdirir, 1948-ci ildə bu universiteti bitirdikdən sonra isə Diyarbəkir liseyində pedaqoji fəaliyyətə başlayır. Bu şəhər onun həyatında və taleyində unudulmaz xoş duyğular yaradır, zərif izlər buraxır. Əhməd bəy Diyarbəkir qız liseyində riyaziyyat müəlliməsi işləyən Məşkurə Elbir xanımla tanış olur və onunla ailə həyatı qurur. Bu izdivacdan onun sonralar kimyaçı kimi tanınan Taner adlı oğlu dünyaya gəlir. Ötən əsrin 50-ci illərində Milli Təhsil Nazirliyi onu Parisə oxumağa göndərir, qayıtdıqdan sonra İstanbul Pedaqoji İnstitutunda müəllimliyə başlayır, eləcə də İstanbul Texniki Universitetində ədəbiyyatdan dərs deyir. 70-ci illər Türkiyəsinin mədəniyyət aləmində iki böyük ədəbi hadisə Əhməd Kabaklı ilə birbaşa bağlıdır. Mətbuat ailəsinə 1972-ci ilin yanvarın 15-də ilk uğurlu sayı ilə qədəm qoyan “Türk ədəbiyyatı” dərgisi Ə.Kabaklının təsisçiliyi və baş redaktorluğu ilə yarandı və az vaxtda ədəbi qüvvələri ətrafında cəmləyərək milli məfkurəyə, mənəvi dəyərlərə dayalı yeni cərəyanın, çağdaş ədəbi məktəbin təməlini qoydu. Digər əlamətdar hadisə isə dərgidən 6 il conra – 1978-ci ildə dövrün görkəmli siyasət, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə Türk Ədəbiyyatı Vəqfinin yaradılması idi. Ə.Kabaklının öndərliyi ilə vəqfin üzvləri arasında Süleyman Dəmirəl, Alparslan Türkeş, prof.Məhərrəm Ergin, prof.Faruk Kadri Timurtaş, prof.Mehmet Kaplan, prof.Tahsin Banguoğlu, Nəcip Fazil Qısakürək, qurucuları sırasında Sevinc Çokum, İskender Öksüz, Tahir Kutsi Makal, İrfan Atagün, Halis Akaydın, İsmayıl Gerçəksöz və b. tanınmış qələm əhli yer almışdır. Bu günədək Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi eyni ideala – türkçülüyə və türk ədəbiyyatına heç bir əyintiyə və sapıntıya yol vermədən ləyaqətlə xidmət edir. Kabaklı xocamızın bir sıra əsərlərinin ilk variantı Vəqfin yığıncaqlarında, “Çərşənbə axşamları”nda dinlənilmiş, bəyənilmiş və dərgidə nəşr olunmuşdur.
XX əsrin 90-cı illərində Əhməd Kabaklı özünün söylədiyinə əsasən iki dəfə Bakıda olmuşdur. Sonuncu dəfə Azərbaycana gələrkən Türk xalqları ədəbiyyatının fəal və istedadlı araşdırıcısı Əli Şamillə görüşmüş, ona geniş müsahibə vermişdir. Böyük ustad radio-müsahibəsində düşüncələrini və arzularını dilə gətirərək demişdir: “Mən Əhməd Kabaklı olarak, tabii milliyyətçi düşüncələri bəyan edərim, ayrıca “Tərcüman” qazetəsində yazarım, davamlı köşə yazısı yazarım. Azərbaycan oxucusuna bu səfər keçən gəlişimə göre daha ferahlamış, daha kendine gəlmiş olarak gördüm. İnşallah növbəti gəlişimlə daha da başqa özəlliklər görəcəm. Mən heç şübhə etmiyorum. İstədiyim bütün mese-lem bir-birilerini sevmələridir. Türkiyeyi sevmeleridir, türk dünyasını sevmeleridir ve bu şəkildə çox ferahlı günlərə doğru birlik olaraq gedə biləcəymizə inanıyorum.” Onun qəlbində həmişə Azərbaycan sevgisi çağlamışdır. Hələ 1983-cü ilin iyun ayında televiziya vasitəsi ilə xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmini seyr etdikdən sonra “Tərcüman” qəzetində fərəh, iftixar, bir az da özünütənqid hissi ilə yazırdı: “21 iyun televiziyada "Dədə Qorqud"u Azərbaycanda yaradılmış film kimi seyr etdik. Hər şeydən öncə bu filmi yaradan azəri qardaşlarımıza təşəkkürümüz var: Nədən? Ən azı bizim görəcəyimiz işi gördükləri üçün və bizə "Dədə Qorqud" kimi bir dastanımızın var olduğunu xatırlatmaları ücün. Soyumuzun fəzilətlərini, igidliklərini, mərasimlərini, Allaha və dövlətə hörmətlərini, yalana nifrətlərini, cihadlarını, təmiz eşqlərini bir müqəddəs əfsanə mühiti içində bizə anlatdırdıqları ücün. Oğuzların vətən sevgisi, torpaq sevgisi yaxşı göstərildiyi kimi, saf və təmiz dindarlıqları da dilə gətirilə bilərdi. Ancaq azəri soy-daşlarımız haqlı olaraq deyə bilər ki: "Biz kiçik qardaşlarıq. Dini və millətləri rədd edən yabançı bir rejimdə, biz bunu edə bildiksə, yenə də böyük hünər və uğur sayılmalıdır. Daha gözəlini, daha yaxşısını biz əlbəttə sizdən gözləyirik. Sizin rejissorlarınız, aktyorlarınız, bəstəkarlarınız hardadır?" "Dədə Qorqud"un 12 boyunu bir araya gətirib, dünyanın ən gözəl dastanlarından birini ondan çıxaracaq şairləriniz, ədibləriniz hardadır? Niyə baxmırsınız soyunuz oğuzların o eşsiz dillərinə, mərasimlərinə, inanclarına. Yoxsa sizi də "Əcəl alıb, yer gizləmişdir?” Qələmə alındığı dövrlə müqayisədə bu fikirlər adi sözlərdən ibarət deyildir. Hər cümlədə millətinin taleyi üçün döyünən narahat bir qəlbin çırpıntısı, yüz illərlə bir-birindən ayrı düşmüş, parçalanmış türk xalqlarının ortaq keçmişinə sahiblik duyğusunun aşılanması üçün müdrik bir ziyalının atəşin səslənişi duyulmaqdadır. Ə.Kabaklının bu cəsarətli fikirləri ilk növbədə dəmir pərdəli rejimlərin rəzalət qoxuyan qadağalarından daha çox içimizdəki biganəliyə, soyuqluğa ünvanlanıb. Oğuzların vətən, torpaq sevgisinin filmdə qabardılmasını Əhməd bəy yüksək dəyərləndirir. Çünki o özü də oğuz ellərinin, türk dünyasının bir Dədə Qorqudu idi. Əhməd Kabaklının türk millətinə namuslu xidmətinə görə aldığı çoxsaylı ödüllər, mükafatlar sirasında birinin yeri xüsusilə fərqlənir. Aydınlar Ocağının və 55 müstəqil qurumun birgə qərarı ilə ona Atatürk Kültür Mərkəzində 1996-cı ilin dekabr ayında keçirilən və dövlət məmurlarının da qatıldığı yığıncaqda Şeyxül-mühərrir fəxri adı verilmişdir. Bu adı o sanballı əməyinə verilən ən yüksək dəyər kimi qəbul etmiş və ömrünün sonunadək Şeyxül-mühərrir (yazarların şeyxi) titulunu iftixar hissi ilə daşımışdır.
“Elazığ – Bakı: mədəniyyət və sənət görüşləri”ndən İstanbula qayıtdıqdan sonra Osmanlı Dövlət Arxivinə baş çəkmək niyyətilə bir neçə gün bu şəhərdə qalmalı oldum və Türk Ədəbiyyatı Vəqfinin çeşidli maddi və mənəvi dəstəyindən barındığımı minnətdarlıq duyğusu ilə vurğulamağı özümə borc bilirəm. 2012-ci ilin fevralın 8-i Əhməd Kabaklının xatirə günü idi. Dəyərli dostum Sərvət bəyin dəvətilə Şeyxül-mühərririn vəfatının 11-ci ildönümü münasibətilə məzarının ziyarətçiləri arasına mən də qatıldım. Böyük ustadın əbədi istirahətgahı İstanbulun Piyer Loti yüksəkliyində yerləşən Əyyub Sultan qəbiristanlığında həyat yoldaşı Məşkurə xanımla qoşadır. Mərhumun ruhuna Quran oxunmasından sonra Sərvət bəy Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anım mərasiminə ünvanladığı teleqramını oxudu: “Milli dəyər-lərimizə verdiyi önəm ilə anılan və geridə bu həssasiyyətilə yetişmiş minlərcə tələbə buraxan mərhum Əhməd Kabaklı keçmişdə və bu gün olduğu kimi gələcəkdə də əsərləriylə fikir dünyamızı aydınlatmağa davam edəcəkdir. Vəfatının 11-ci ildönümündə mərhum, Şeyxül-mühərrir Əhməd Kabaklını rəhmət və şükanlıqla anırıq.” Baş nazirin qeyd etdiyi kimi doğrudan da Əhməd Kabaklı bütün həyatını, yaradıcılığını türk insanının fikrini, düşüncəsini aydınlatmağa, işıqlandırmağa yönəltmişdir. Təsadüfi deyildir ki, Türkiyədə ziyalılar hər zaman onu ədəbiy-yatşünaslığın, ədəbiyyat tarixinin patriarxı, yazarların xocası və ucası kimi ehtiramla xatırlayır və dəyərləndirirlər.
İstinadlar
- . Kabaklı Ahmеt. Türk Еdеbiyatı, Cilt 4, İstanbul, Türk Еdеbiyatı Vakfı Yayınları, 2001, 568 s.
- B.Ayvazoğlu. Göllübağdan köşə yazarlığına yüyürən yetim Əhməd Kabaklı. “Türk ədəbiyyatı”, 1997, № 279, s.8-9.
- Əhməd Kabaklı, Türk ədəbiyyatı, Bakı, 2009
- Əhməd Kabaklı “Harput əfsanələri”. Bakı, “Ozan”, 2012, 96 s. Kitaba A. Rüstəmli “Yazarların xocası və ucası” adlı ön söz yazmışdır.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehmed Kabakli 5 dekabr 1924 8 fevral 2001 Turk yazicisi jurnalisti edebiyyatsunasi EHMED KABAKLIturk Ahmet KabakliDogum tarixi 5 dekabr 1924Dogum yeri TurkiyeVefat tarixi 8 fevral 2001 76 yasinda Vefat yeri Istanbul TurkiyeDefn yeri Eyyubsultan qebiristanligiTehsili Istanbul Universitetinin Huquq bolmesiFealiyyeti muellif vekil tercumeci Vikianbarda elaqeli mediafayllarHeyatiXX esr Turkiyesinin elmi edebi ictimai felsefi fikir gundeminde Seyxul muherrir Ehmed Kabakli fedakar arasdiriciliq seristesine analitik tefekkure yenilikci dusunceye milli ruha malik edebiyyat tarixcisi edebiyyatsunas alim yazar pedaqoq ve jurnalist kimi yeterince taninir teqdir ve teblig olunur Onun son qirx bes ilde on dord defe nesr edilen umumi hecmi 4330 sehifeden cox olan bes cildlik Turk edebiyyati tarixi bu saheye hesr edilen ilk ve en mukemmel ensiklopediya turk edebi medeni muhitinin dolgun ve sanballi atlasidir Onun Kultur imperializmi 1970 Muselman Turkiye 1970 Mebed ve millet 1970 Yunus Emre 1971 Mehmet Akif Ersoy 1970 Movlana 1975 Temellerin durusmasi 1989 Guney dogu yaxindan 1990 Seir incelemeleri 1992 Dogudan dogus 1993 Sultan us suera Necib Fazil 1995 Sairi Cahan Nedim 1996 Millete vurulan canli qandal burokratiya 2002 Istanbul gul destesi 2003 Islamla qaynasmis turk edebiyyati 2006 Asiq edebiyyati 2006 Alperen 2007 Nazim Hikmet 2007 Dovlet felsefemiz 2007 Turkiyeni yoguranlar 2008 Caglara hokm edenler 2008 Fateh ve Istanbul 2011 Divan edebiyyati 2011 ve b kitablari nesillerin telim ve terbiyesinde milli suurun oyanisinda edebiyyatsunasliq elminin zenginlesmesinde elahidde ehemiyyet kesb eden menevi xezinedir Bir elmi tedqiqat institutunun on illerle gore bilmeyeceyi isi tekbasina yerine yetiren cetinliklere meseqqetlere sine geren min bes yuz ilden artiq murekkeb kesmekesli bir dovrun edebi tarixi materiallarini inceleyen elyazmalari arxiv senedlerini saf curuk eden deyerlendiren Ehmed Kabakli mensub oldugu turk edebiyyatina medeniyyetine misilsiz milli menevi tohfeler bexs etmisdir Eserlerinde xususile Turk edebiyyati nda xalq yaradiciligina Alp Er Tonqa Su Boz qurd Ergenekon Toreyis Koc ve s efsanelerin serhine genis yer ayiran Ehmed Kabakli 1924 cu ilin mayin 24 de efsanevi Harputda Saray Xatun mescidinin azancisi muezzini Omer efendinin ailesinde heyata goz acmisdir Turkiyenin taninmis edebiyyatsunasi Besir Ayvazoglunun fikrince Ehmed Kabaklinin ata babalari Harputun Daslibaginda meyve ozellikle kabak balqabaq yetisdirdikleri ucun onlara kabaklilar deyilirdi Ferqli bir deyerlendirmeye Dr S Servet Kabaklinin dusuncelerine esasen bu neslin numayendeleri hemise xeyirxahliqda zehmetseverlikde mudriklikde onde irelide qabaqda oldugu ucun xalq onlara Kabakli adi vermisdir Sonuncu fikrin dolgunlugunu dogrulugunu durustluyunu zaman kecdikce tarix ozu de tesdiqledi Dovrun epoxanin mehrumiyyetlerine meseqqetlerine baxmayaraq zehmetin ve istedadin sayesinde Kabaklilar neslinin onde qabaqda gedenleri bu soyadi qedim ve boyuk bir xalqin edebiyyat medeniyyet tarixine leyaqetle hekk etdiler 1926 ci ilde Harputda Kabaklilar ailesine agir itki uz verdi Tesadufi qeza neticesinde Omer efendi helak oldu Iki yas yariminda iken atasini itiren Ehmed Kabakli cetinlik yoxsulluq ve ehtiyac icinde boyumus anasi Munire xanimin himayesi altinda telim terbiye almis anasindan ve xalasindan coxsayli efsaneler nagillar atalar sozleri dinlemis Elazigda ibtidai mektebi ve liseyi yuksek qiymetlerle basa vurmusdur Istanbul Universitetinin edebiyyat fakultesinin turkologiya bolumunde oxudugu illerde Ehmed Ceferoglu Cemil Meric Cahid Okurer Mehmet Kaplan ve b gorkemli sexsiyyetlerden ders alirdi E Kabakli ilk tenqidi meqalelerini de telebelik illerinde cap etdirir 1948 ci ilde bu universiteti bitirdikden sonra ise Diyarbekir liseyinde pedaqoji fealiyyete baslayir Bu seher onun heyatinda ve taleyinde unudulmaz xos duygular yaradir zerif izler buraxir Ehmed bey Diyarbekir qiz liseyinde riyaziyyat muellimesi isleyen Meskure Elbir xanimla tanis olur ve onunla aile heyati qurur Bu izdivacdan onun sonralar kimyaci kimi taninan Taner adli oglu dunyaya gelir Oten esrin 50 ci illerinde Milli Tehsil Nazirliyi onu Parise oxumaga gonderir qayitdiqdan sonra Istanbul Pedaqoji Institutunda muellimliye baslayir elece de Istanbul Texniki Universitetinde edebiyyatdan ders deyir 70 ci iller Turkiyesinin medeniyyet aleminde iki boyuk edebi hadise Ehmed Kabakli ile birbasa baglidir Metbuat ailesine 1972 ci ilin yanvarin 15 de ilk ugurlu sayi ile qedem qoyan Turk edebiyyati dergisi E Kabaklinin tesisciliyi ve bas redaktorlugu ile yarandi ve az vaxtda edebi quvveleri etrafinda cemleyerek milli mefkureye menevi deyerlere dayali yeni cereyanin cagdas edebi mektebin temelini qoydu Diger elametdar hadise ise dergiden 6 il conra 1978 ci ilde dovrun gorkemli siyaset edebiyyat ve medeniyyet xadimlerinin istiraki ile Turk Edebiyyati Veqfinin yaradilmasi idi E Kabaklinin onderliyi ile veqfin uzvleri arasinda Suleyman Demirel Alparslan Turkes prof Meherrem Ergin prof Faruk Kadri Timurtas prof Mehmet Kaplan prof Tahsin Banguoglu Necip Fazil Qisakurek quruculari sirasinda Sevinc Cokum Iskender Oksuz Tahir Kutsi Makal Irfan Atagun Halis Akaydin Ismayil Gerceksoz ve b taninmis qelem ehli yer almisdir Bu gunedek Turk Edebiyyati Veqfi ve Turk edebiyyati dergisi eyni ideala turkculuye ve turk edebiyyatina hec bir eyintiye ve sapintiya yol vermeden leyaqetle xidmet edir Kabakli xocamizin bir sira eserlerinin ilk varianti Veqfin yigincaqlarinda Cersenbe axsamlari nda dinlenilmis beyenilmis ve dergide nesr olunmusdur XX esrin 90 ci illerinde Ehmed Kabakli ozunun soylediyine esasen iki defe Bakida olmusdur Sonuncu defe Azerbaycana gelerken Turk xalqlari edebiyyatinin feal ve istedadli arasdiricisi Eli Samille gorusmus ona genis musahibe vermisdir Boyuk ustad radio musahibesinde dusuncelerini ve arzularini dile getirerek demisdir Men Ehmed Kabakli olarak tabii milliyyetci dusunceleri beyan ederim ayrica Tercuman qazetesinde yazarim davamli kose yazisi yazarim Azerbaycan oxucusuna bu sefer kecen gelisime gore daha ferahlamis daha kendine gelmis olarak gordum Insallah novbeti gelisimle daha da basqa ozellikler gorecem Men hec subhe etmiyorum Istediyim butun mese lem bir birilerini sevmeleridir Turkiyeyi sevmeleridir turk dunyasini sevmeleridir ve bu sekilde cox ferahli gunlere dogru birlik olaraq gede bileceymize inaniyorum Onun qelbinde hemise Azerbaycan sevgisi caglamisdir Hele 1983 cu ilin iyun ayinda televiziya vasitesi ile xalq yazicisi Anarin ssenarisi esasinda cekilmis Dede Qorqud filmini seyr etdikden sonra Tercuman qezetinde fereh iftixar bir az da ozunutenqid hissi ile yazirdi 21 iyun televiziyada Dede Qorqud u Azerbaycanda yaradilmis film kimi seyr etdik Her seyden once bu filmi yaradan azeri qardaslarimiza tesekkurumuz var Neden En azi bizim goreceyimiz isi gordukleri ucun ve bize Dede Qorqud kimi bir dastanimizin var oldugunu xatirlatmalari ucun Soyumuzun feziletlerini igidliklerini merasimlerini Allaha ve dovlete hormetlerini yalana nifretlerini cihadlarini temiz esqlerini bir muqeddes efsane muhiti icinde bize anlatdirdiqlari ucun Oguzlarin veten sevgisi torpaq sevgisi yaxsi gosterildiyi kimi saf ve temiz dindarliqlari da dile getirile bilerdi Ancaq azeri soy daslarimiz haqli olaraq deye biler ki Biz kicik qardaslariq Dini ve milletleri redd eden yabanci bir rejimde biz bunu ede bildikse yene de boyuk huner ve ugur sayilmalidir Daha gozelini daha yaxsisini biz elbette sizden gozleyirik Sizin rejissorlariniz aktyorlariniz bestekarlariniz hardadir Dede Qorqud un 12 boyunu bir araya getirib dunyanin en gozel dastanlarindan birini ondan cixaracaq sairleriniz edibleriniz hardadir Niye baxmirsiniz soyunuz oguzlarin o essiz dillerine merasimlerine inanclarina Yoxsa sizi de Ecel alib yer gizlemisdir Qeleme alindigi dovrle muqayisede bu fikirler adi sozlerden ibaret deyildir Her cumlede milletinin taleyi ucun doyunen narahat bir qelbin cirpintisi yuz illerle bir birinden ayri dusmus parcalanmis turk xalqlarinin ortaq kecmisine sahiblik duygusunun asilanmasi ucun mudrik bir ziyalinin atesin seslenisi duyulmaqdadir E Kabaklinin bu cesaretli fikirleri ilk novbede demir perdeli rejimlerin rezalet qoxuyan qadagalarindan daha cox icimizdeki biganeliye soyuqluga unvanlanib Oguzlarin veten torpaq sevgisinin filmde qabardilmasini Ehmed bey yuksek deyerlendirir Cunki o ozu de oguz ellerinin turk dunyasinin bir Dede Qorqudu idi Ehmed Kabaklinin turk milletine namuslu xidmetine gore aldigi coxsayli oduller mukafatlar sirasinda birinin yeri xususile ferqlenir Aydinlar Ocaginin ve 55 musteqil qurumun birge qerari ile ona Ataturk Kultur Merkezinde 1996 ci ilin dekabr ayinda kecirilen ve dovlet memurlarinin da qatildigi yigincaqda Seyxul muherrir fexri adi verilmisdir Bu adi o sanballi emeyine verilen en yuksek deyer kimi qebul etmis ve omrunun sonunadek Seyxul muherrir yazarlarin seyxi titulunu iftixar hissi ile dasimisdir Elazig Baki medeniyyet ve senet gorusleri nden Istanbula qayitdiqdan sonra Osmanli Dovlet Arxivine bas cekmek niyyetile bir nece gun bu seherde qalmali oldum ve Turk Edebiyyati Veqfinin cesidli maddi ve menevi desteyinden barindigimi minnetdarliq duygusu ile vurgulamagi ozume borc bilirem 2012 ci ilin fevralin 8 i Ehmed Kabaklinin xatire gunu idi Deyerli dostum Servet beyin devetile Seyxul muherririn vefatinin 11 ci ildonumu munasibetile mezarinin ziyaretcileri arasina men de qatildim Boyuk ustadin ebedi istirahetgahi Istanbulun Piyer Loti yuksekliyinde yerlesen Eyyub Sultan qebiristanliginda heyat yoldasi Meskure xanimla qosadir Merhumun ruhuna Quran oxunmasindan sonra Servet bey Turkiyenin Bas naziri Receb Tayyib Erdoganin anim merasimine unvanladigi teleqramini oxudu Milli deyer lerimize verdiyi onem ile anilan ve geride bu hessasiyyetile yetismis minlerce telebe buraxan merhum Ehmed Kabakli kecmisde ve bu gun oldugu kimi gelecekde de eserleriyle fikir dunyamizi aydinlatmaga davam edecekdir Vefatinin 11 ci ildonumunde merhum Seyxul muherrir Ehmed Kabaklini rehmet ve sukanliqla aniriq Bas nazirin qeyd etdiyi kimi dogrudan da Ehmed Kabakli butun heyatini yaradiciligini turk insaninin fikrini dusuncesini aydinlatmaga isiqlandirmaga yoneltmisdir Tesadufi deyildir ki Turkiyede ziyalilar her zaman onu edebiy yatsunasligin edebiyyat tarixinin patriarxi yazarlarin xocasi ve ucasi kimi ehtiramla xatirlayir ve deyerlendirirler Istinadlar Kabakli Ahmet Turk Edebiyati Cilt 4 Istanbul Turk Edebiyati Vakfi Yayinlari 2001 568 s B Ayvazoglu Gollubagdan kose yazarligina yuyuren yetim Ehmed Kabakli Turk edebiyyati 1997 279 s 8 9 Ehmed Kabakli Turk edebiyyati Baki 2009 Ehmed Kabakli Harput efsaneleri Baki Ozan 2012 96 s Kitaba A Rustemli Yazarlarin xocasi ve ucasi adli on soz yazmisdir