Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni lazımdır. |
Bu məqalənin şübhə doğurur. |
Əhməd Həmdi Tanpınar (23 iyun 1901, Konstantinopol – 24 yanvar 1962, İstanbul) — Türkiyə şairi.
Əhməd Həmdi Tanpınar | |
---|---|
türk. Ahmet Hamdi Tanpınar | |
Doğum tarixi | 23 iyun 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 24 yanvar 1962(60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, siyasətçi, universitet müəllimi[d] |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əhməd Hamdi Tanpınar 1901-ci ildə İstanbulda anadan olub. Türkiyənin muxtəlif şəhərlərində orta təhsil aldıqdan sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olub və 1923-cü ildə bu fakültəni bitirib.
1942–1946-cı illərdə Maraşdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib.
Yaradıcılığı
Estet şair Əhməd Həmdi Tanpınarın şeirləri çox sonralar, 1961-ci ildə "Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə edilməsi mümkün olmayan iç vəziyyətlərimizi, daxili aləmimizi, həyəcanlarımızı, sevinc və kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir aramlıq və dərinlikdən doğur. Şair başqalarına, topluma necə faydalı ola bilərəm təşvişi ilə xaricə dönük bir fəaliyyət yerinə öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır. Tanpınar şeiri məhz şeir olaraq dəyərləndirən nadir saf şairlərdən biridir. Şeirə, şeirin xaricində heç bir maddi, dünyəvi, sosial, siyasi funksiya yükləmir. Şeiri, sosial və siyasi təşvişlərlə cəmiyyəti bir yerə istiqamətləndirmə və nəzarət vasitəsi kimi görmək istəmir. Şair cəmiyyəti irşad edən bir vaiz də deyildir. Nəsrin ifadə sahəsi ilə nəzminkini dil baxımından bir-birindən kəskin şəkildə ayırır. O, şeirlə nəsrin etmək istədiklərini etməyə çalışan, ağladan, düşündürən, öyrədən, coşduran nəzm arasına da dəqiq bir xətt çəkir.
Sürrealistlərin şüur altına yönələn çalışmalarını o, röya ilə etməyə çalışdı. Hər iki metodda da məqsəd insan gerçəyini kənar ünsürlərin, ağlın və məntiqin məhdudlaşdırıcı təsirindən uzaq bir şəkildə verməkdir. İçində yaşadığımız konkret, qatı, qaranlıq, çərçivəsi və hüdudları bəlli, dar, sonlu bu dünya həyatına, bu şəhadət aləminə qarşı çıxarılan dünya sənətçinin hər mənada manevr imkanlarına açıq konkret, sərhədsiz, sonsuz, çərçivəsiz, qaydasız, saf, təmiz, büllur bir dünyadır. Tanpınar bu mücərrəd və konkret iki dünya arasında gedib gəlir.
Tanpınar öz sənətini daim "oyaq həyat" və "röya" arasındakı ziddiyyət və bunun doğurduğu ritm üzərində qurur. Oyaq həyat nəsrlə ifadə edilir, röya aləmi isə şeirlə… Oyaq həyat günəş aydınlığı altında bütün hüdudları bəlli olan, görünən, donmuş konkret varlıqların və konkret həyatın aləmidir. Röya isə tənhalığın, sükunətin, sonsuzluğun, zamansızlığın, iç-içə çoxalmanın, saflıq və şəffaflığın, dərinliyin aləmidir. Röyada zaman keçmiş-indi-gələcək deyə parçalanmamış, sonsuz bir bütövdür. İnsanın hərəkət sahəsini məhdudlaşdıran qapı, divar, yüksəklik, alçaqlıq yoxdur, maneə yoxdur. Bura tam bir azadlıq sahəsidir. Sərhəd və say anlayışıları olmadığı üçün insanın mənliyi saysızdır. Röya sənətçiyə sonsuzluqla pərdəsiz söhbət etmək imkanı verir. Röyalar insanların arzu, kin, ehtiras, şöhrət, vüslət kimi bütün istək və duyğularının yerinə yetməsi üçün maneənin olmadığı bir sərhədsizlik və özgürlük ölkəsidir. Sənətçi varlığın özünü qavrayır, Allah, cənnət, cəhənnəm kimi anlayışılar bilinən bütün təriflərindən azad olur, hamısı özünü konkret bir sintez içində sənətçidə tapır. Röya insana özünün də böyük bir röyanın bir parçası olduğunu xatırladır. Bütün miflər röyalardan doğmuşdur. İnsan röyanı oyaqkən də görə bilər. Oyaq şüurun o biri tərəfinə keçməklə adam oyaq ikən də röya görməyə başlayır.
Tanpınarda röya insanı ölümün qorxuncluğundan və soyuqluğundan uzaqlaşdıran bir qaçış vasitəsidir. Şair gerçək həyat və ölüm reallığına qarşı çarəni röyaya sığınmaqda tapır. Tanpınar sonsuza qədər qalacaq bir gözəllik və yaşama arzusunun, sonsuzluğun, əbədiyyətin röyasını görən insandır. Bu da dinlərin təqdim etdiyi sonsuz axirət aləmi şəklində deyil, bu dünya gözəlliklərinin ortaya qoyduğu şəffaf, lətif, konkret mənadakı eşq, gözəllik və sənət sonsuzluğudur. Tanpınarın şeirində metafizik ürpərti vardır. "Allaha inanıram. Lakin tam bir müsəlman olub-olmadığımı bilmirəm" desə də, (Tanpınarın "Hatıra defterinden", Nokta Der., 1 iyun 1990) dini mənada metafizik imana bağlı bir davranış içinə girmir. Təsəvvüfi mistisizmə yer verməyən şair qərbli mənasınada idealıst fəlsəfə və spiritualist düşüncəyə daha yatqındır. Onda mistik dünya motivi müəyyəndir, ancaq bu, dinə dayanaraq qurulmuş mistik bir dünya deyil, tamamən fərdi, öz ruhuna, duyğularına bağlı, profan bir mistisizmdir.
Tanpınar həm duyğu, həm də kültür şairidir. Mədəni arxa plan onun şeirinin hüceyrəsini təşkil edən önəmli ünsürlərdan biridir. Onun yaradıcılığında Şərq və Qərb kültürü diffuz bir sintez halında hiss edilir. Tanpınarın da aralarında olduğu Cahid Sidqi Tarançı kimi bodlerçi şairlərdə ölüm faciəsinə qarşı yaşama sevinci motivini önə çıxarma bəlirgin bir özəllikdir. Ancaq Tanpınarın yaşama sevinci anlayışına baxışı bir az fərqlidir. O, fiziki mənadakı həyata və ölümlə bağlı deyildir. Bunları bir reallıq kimi qəbul edir, o qədər… Bunun ötəsində həyatın, məhəbbətin, təbiətin sürəkliliyi ilə təmin olunan bir ölümsüzlüyün sorağındadır. Ölüm düşüncəsi onun həyatı şərh etməsində bir məhək daşı olmuşdur. Onun şeirlərində ölümdən sonra davam edəcək əbədi bir həyat düşüncəsi o qədər də sezilmir. Zatən dünyaya, dünyanın gözəlliklərinə bu qədər bağlılığının arxasında ölümdən sonrakı həyat mövzusunda tərəddüdünün bir təsiri ola bilər.
Tanpınarın varlığa yanaşma tərzi idealıst düşüncəyə yaxındır. Xarici aləmi, varlığı, maddəni, əşyanı zehnin, ruhun, düşüncənin, görüşün bir məhsulu kimi, bir təsəvvürü kimi qəbul edir. Maddədən öncə məna, obyektdən öncə subyekt gəlir. Aparıcı olan konkret varlıq deyil, şairin duyma, görmə, düşünmə, təxəyyül və təsəvvür etmə tərzidir. Əşya bizim duyma prizmamızdan keçərək məna və tərif qazanır. Xarici aləm bizim daxili dünyamızı ifadə etməyə yarayan bir simvollar aləmidir. Xarici aləmi fikrimizlə, hissimizlə, idrakımızla, röyalarımızla mənalandıra bilərik. Göründüyü kimi, Əflatundan bəri davam edən idealıst düşüncə onda bariz bir şəkildə hiss edilir.
Tanpınar təbiəti o qədər də konkret özəlliklərilə təsvir etmir. Onun üçün təsvir edilən ya da gösətərilən təbiət ünsürləri öz içində qurduğu gözəlliklər dünyasını parlaq bir formada əks etdirmək üçün bir vasitədır. Estetik mənada konkret təbiət gözəllikləri ümumən yenə gözəl bir qadınla birlikdə təqdim edilir. Qadın və təbiət gözəlliyi bir-birini tamamlayan iki önəmli gözəl duyğu vasitəsidir. Tanpınarda qadın ümumiyyətlə iki çöhrəsi ilə qarşımıza çıxır: ana və sevgili. Tanpınar qadını saf bir estetik dəyər kimi, bir gözəllik ünsürü kimi qəbul edir və onun gözəlliyi və qadınlığı üzərində sənəti ülviləşdirərək, ölümsüzləşdirərək həyatın müvəqqətiliyini unutmağa çalışır. Gözəl qadın təxəyyülü, həyatın faniliyi insan faciəsini önləməyin yollarından biridir. Sevilən qadın obrazı da iki şəkildə qarşımıza çıxır: mücərrəd qadın və canlı qadın. Tanpınar gözəl qadın obrazını bir çox şeirində olduğu kimi vermək yerinə dolaylı olaraq estetik bir görüntü içində təqdim etməyə çalışır. Ya dondurulmuş bir heykəl, ya aynaya düşən surət, ya da medalyona nəqş edilmiş şəkli ilə verir. O, qadını doğrudan-doğruya maddi bir varlıq, bir qadın kimi təqdim etmək əvəzinə çox vaxt sənətə dönmüş / dönüşdürülmüş, sənətlə əlaqədar olaraq yenidən yaradılmış şəkli ilə təqdim etməyə, beləliklə, fani qadını sənətlə əbədiləşdirməyə üstünlük verir.
Tanpınar şeirlərində sosial, siyasi mövzulardan uzaq durmuş, tarixi mövzulara da yer verməmişdir. Bəlkə "Bursada zaman" şeirində bir ölçüdə Yəhya Kamaldan gələn bir təsirlə tarixi bir mövzuya toxunsa da, bu şeirdə tarix daha çox estetik planda dəyərləndirilmişdir. Tanpınar tarixi təcrübənin daha çox estetik dəyəri, sənət dəyəri, gözəllik dəyəri üzərində durur. O, tarixə, keçmiş zamana nostalji duyğular bəsləmir. Tarixin məhsulu olan sənət əsərlərinin gözəlliyi əbədiləşdirən və beləliklə, axıb gedən zamanı donduran tərəfi üzərində durur.
Tanpınar zahiri aləmin şərtlərinin məhsulu olan və keçmiş-indi-gələcək deyə üç yerə bölünən bir zaman idrakı daşımır. O, zamanda bir parçalanmışlığı və bölünmüşlüyü qəbul etmir. Onun fikrincə, zaman, öncəsiz və sonrasız, əbədi bir bütövlükdür. Özünü bu dünyanın deyil, ruhi bir dünyanın şairi olaraq gördüyü üçün də fiziki dünya zamanına həbs olunmur. Dolayısı ilə, bu zamanın nə içində, nə də büsbütün kənarındadır. Onun zaman anlayışında Berqsonun fikirlərinin önəmli bir təsiri vardır. Berqsona görə, zaman bütün varlıq və olaylardan öncə var olan bir şeydir, onun varlığı başqa bir səbəbə bağlı deyildir, yəni öz-özünə var olan bir varlıqdır. Bü səbəbdən də həyatın, varlığın və olayların qaynağı zamandır. İbn Ravəndinin önçülük etdiyi və islam materialistləri kimi tanınan dəhriyyun cərəyanı tərəfdarları da təqribən buna bənzər bir görüşü müdafiə edirlər. Onlar da "dəhr"i müqəddəsləşdirmiş və bütün varlığı sərhədsız zaman olan dəhrin yaratdığını düşünmüşlər. Tanpınarın zamana yanaşması ilə həm Berqsonun, həm də dəhrilərin yanaşmaları arasında bəzi bənzərliklər görmək mümkündür.
Şeirlərində heca vəznini işlədən Tanpınar bu vəzni quru, mexanik bir vəzn olmaqdan qurtarıb, klassik şeirdə əruzun bacara bildiyi ahəng və intizamı gerçəkləşdirməyə çalışdı. Şair əruzun davamı olan bir heca vəzni qurmaq arzusunda olduğunu söyləyir. Tanpınar öz ustadı Yəhya Kamalın şeir görüşündən və anlayışından böyük ölçüdə fərqlənir. Ancaq bir sahədə, özəlliklə də dili dəyərləndirmək məsələsində, dil işçiliyi, türkcə zövqü məsələsində ondan ciddi mənada təsirlənmiş və bəhrələnmişdir. Bundan başqa, Tanpınarın əski kəlmələrə çox və rahatlıqla yer verməsinin əsil məqsədi o kəlmələrin əsrlər boyunca yükləndikləri zənginliklə zamanı dondurmuş olmasıdır. Bu kəlmələr zamanda bir parçalanmaya səbəb olmur, tam tərsinə, geniş və sonsuz zamanı daşıyırlar. Bu kəlmələr yaratdıqları assosiasiyalarla, sehrləri ilə, qoxuları ilə, mənaları ilə, incəlikləri ilə, səsləri ilə zamanın ən yaxşı şahidləridir.
Kəlmə işçiliyində olduqca titizdir. Onun leksikonu daha çox gözəllik, eşq, qadın, təbiət və kosmik aləm və ruhi-hissi məzmunlı kəlmələrdən ibarətdir. İçində yaşadığımız fiziki dünyanın maddi, sosial və siyasi terminologiyasına deyil, öz qurduğu konkret gözəllik aləminin işarələri və materialı olan kəlmələrə yer verir. Ulduz, parıltı, gümüş, dəniz, günəş, ay, billur, su, işıq, yaqut, zaman, röya, gül, qədər, ayna kimi. Real dünyanın kəlmələrilə danışmamağa xüsusi bir diqqət göstərmişdir. Tamamən saf şeir anlayışına uyğun bir dili və üslubu vardır. Nəsrində belə onun orijinal şeir üslubu hakimdir. Ümumiyyətlə, qapalı, mübhəm, özünü dərhal hiss etdirməyən bir üsluba sahibdir. Onun yaradıcılığını anlamaq və hiss edə bilmək, daxili aləminə vaqif olmaq üçün dərin bir mədəni təcrübə və anlama cəhdi lazımdır. Onun sakit, yumşaq bir üslubu vardır. Bağırmaz, hayqırmaz, nitq irad etməz, axan su kimi danışar, pıçıldayar, söylər… Üslubu dışa dönük deyil, içə yönəlikdir. O, sükutun musiqisini hiss etdirməyə çalışır.
İstinadlar
- Ahmet Hamdi Tanpınar // SNAC (ing.). 2010.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu meqalenin neytralligi subhe dogurur Meqalede teref tutma ve ya pislemek meqsedi dasiyan ve dogrulugu subut edilmeyen fikirlerin oldugu iddia edilir Xahis olunur bu mesele ile elaqedar istirak edesiniz Ehmed Hemdi Tanpinar 23 iyun 1901 Konstantinopol 24 yanvar 1962 Istanbul Turkiye sairi Ehmed Hemdi Tanpinarturk Ahmet Hamdi TanpinarDogum tarixi 23 iyun 1901 1901 06 23 Dogum yeri Konstantinopol Osmanli imperiyasiVefat tarixi 24 yanvar 1962 1962 01 24 60 yasinda Vefat yeri Istanbul Istanbul ili TurkiyeDefn yeri Asiyan qebiristanligi d Tehsili Istanbul Universitetinin edebiyyat fakultesi d Istanbul Halqali Ali Kend Teserrufati Mektebi d Istanbul UniversitetiFealiyyeti yazici siyasetci universitet muellimi d Taninmis eserleri Sakitlik Vikianbarda elaqeli mediafayllarHeyatiEhmed Hamdi Tanpinar 1901 ci ilde Istanbulda anadan olub Turkiyenin muxtelif seherlerinde orta tehsil aldiqdan sonra Istanbul Universitetinin Edebiyyat Fakultesine daxil olub ve 1923 cu ilde bu fakulteni bitirib 1942 1946 ci illerde Marasdan Turkiye Boyuk Millet Meclisine millet vekili secilib YaradiciligiEstet sair Ehmed Hemdi Tanpinarin seirleri cox sonralar 1961 ci ilde Seirler adi ile kitablasdi Tanpinara gore seir sair ruhunun ezeli heqiqetle temasindan dogan bir sohbet gozellik adlanan idealla bir an bas basa qalmanin verdiyi bir serxosluqdur Seir kelmelerin terkibinden dogan ritm aheng kimi vasitelerle dille ifade edilmesi mumkun olmayan ic veziyyetlerimizi daxili alemimizi heyecanlarimizi sevinc ve kederimizi ifade eden ve belelikle bizde bedii maraq dediyimiz sehri ortaya cixaran bir senetdir Dolayisi ile poeziya sairin basqasina yonelen telqinlerinden oyudlerinden yonlendirmelerinden uzaq olan tamamile sairin oz ruhunu hiss etmek oz ozunu dinlemek oz ozunu ifade etmek seyidir Seir ruhi bir aramliq ve derinlikden dogur Sair basqalarina topluma nece faydali ola bilerem tesvisi ile xarice donuk bir fealiyyet yerine oz icine yonelib ozunu dinlemeyi ve ozunu ifade etmeyi bacarmalidir Tanpinar seiri mehz seir olaraq deyerlendiren nadir saf sairlerden biridir Seire seirin xaricinde hec bir maddi dunyevi sosial siyasi funksiya yuklemir Seiri sosial ve siyasi tesvislerle cemiyyeti bir yere istiqametlendirme ve nezaret vasitesi kimi gormek istemir Sair cemiyyeti irsad eden bir vaiz de deyildir Nesrin ifade sahesi ile nezminkini dil baximindan bir birinden keskin sekilde ayirir O seirle nesrin etmek istediklerini etmeye calisan agladan dusunduren oyreden cosduran nezm arasina da deqiq bir xett cekir Surrealistlerin suur altina yonelen calismalarini o roya ile etmeye calisdi Her iki metodda da meqsed insan gerceyini kenar unsurlerin aglin ve mentiqin mehdudlasdirici tesirinden uzaq bir sekilde vermekdir Icinde yasadigimiz konkret qati qaranliq cercivesi ve hududlari belli dar sonlu bu dunya heyatina bu sehadet alemine qarsi cixarilan dunya senetcinin her menada manevr imkanlarina aciq konkret serhedsiz sonsuz cercivesiz qaydasiz saf temiz bullur bir dunyadir Tanpinar bu mucerred ve konkret iki dunya arasinda gedib gelir Tanpinar oz senetini daim oyaq heyat ve roya arasindaki ziddiyyet ve bunun dogurdugu ritm uzerinde qurur Oyaq heyat nesrle ifade edilir roya alemi ise seirle Oyaq heyat gunes aydinligi altinda butun hududlari belli olan gorunen donmus konkret varliqlarin ve konkret heyatin alemidir Roya ise tenhaligin sukunetin sonsuzlugun zamansizligin ic ice coxalmanin safliq ve seffafligin derinliyin alemidir Royada zaman kecmis indi gelecek deye parcalanmamis sonsuz bir butovdur Insanin hereket sahesini mehdudlasdiran qapi divar yukseklik alcaqliq yoxdur manee yoxdur Bura tam bir azadliq sahesidir Serhed ve say anlayisilari olmadigi ucun insanin menliyi saysizdir Roya senetciye sonsuzluqla perdesiz sohbet etmek imkani verir Royalar insanlarin arzu kin ehtiras sohret vuslet kimi butun istek ve duygularinin yerine yetmesi ucun maneenin olmadigi bir serhedsizlik ve ozgurluk olkesidir Senetci varligin ozunu qavrayir Allah cennet cehennem kimi anlayisilar bilinen butun teriflerinden azad olur hamisi ozunu konkret bir sintez icinde senetcide tapir Roya insana ozunun de boyuk bir royanin bir parcasi oldugunu xatirladir Butun mifler royalardan dogmusdur Insan royani oyaqken de gore biler Oyaq suurun o biri terefine kecmekle adam oyaq iken de roya gormeye baslayir Tanpinarda roya insani olumun qorxunclugundan ve soyuqlugundan uzaqlasdiran bir qacis vasitesidir Sair gercek heyat ve olum realligina qarsi careni royaya siginmaqda tapir Tanpinar sonsuza qeder qalacaq bir gozellik ve yasama arzusunun sonsuzlugun ebediyyetin royasini goren insandir Bu da dinlerin teqdim etdiyi sonsuz axiret alemi seklinde deyil bu dunya gozelliklerinin ortaya qoydugu seffaf letif konkret menadaki esq gozellik ve senet sonsuzlugudur Tanpinarin seirinde metafizik urperti vardir Allaha inaniram Lakin tam bir muselman olub olmadigimi bilmirem dese de Tanpinarin Hatira defterinden Nokta Der 1 iyun 1990 dini menada metafizik imana bagli bir davranis icine girmir Tesevvufi mistisizme yer vermeyen sair qerbli menasinada idealist felsefe ve spiritualist dusunceye daha yatqindir Onda mistik dunya motivi mueyyendir ancaq bu dine dayanaraq qurulmus mistik bir dunya deyil tamamen ferdi oz ruhuna duygularina bagli profan bir mistisizmdir Tanpinar hem duygu hem de kultur sairidir Medeni arxa plan onun seirinin huceyresini teskil eden onemli unsurlerdan biridir Onun yaradiciliginda Serq ve Qerb kulturu diffuz bir sintez halinda hiss edilir Tanpinarin da aralarinda oldugu Cahid Sidqi Taranci kimi bodlerci sairlerde olum faciesine qarsi yasama sevinci motivini one cixarma belirgin bir ozellikdir Ancaq Tanpinarin yasama sevinci anlayisina baxisi bir az ferqlidir O fiziki menadaki heyata ve olumle bagli deyildir Bunlari bir realliq kimi qebul edir o qeder Bunun otesinde heyatin mehebbetin tebietin surekliliyi ile temin olunan bir olumsuzluyun soragindadir Olum dusuncesi onun heyati serh etmesinde bir mehek dasi olmusdur Onun seirlerinde olumden sonra davam edecek ebedi bir heyat dusuncesi o qeder de sezilmir Zaten dunyaya dunyanin gozelliklerine bu qeder bagliliginin arxasinda olumden sonraki heyat movzusunda tereddudunun bir tesiri ola biler Tanpinarin varliga yanasma terzi idealist dusunceye yaxindir Xarici alemi varligi maddeni esyani zehnin ruhun dusuncenin gorusun bir mehsulu kimi bir tesevvuru kimi qebul edir Maddeden once mena obyektden once subyekt gelir Aparici olan konkret varliq deyil sairin duyma gorme dusunme texeyyul ve tesevvur etme terzidir Esya bizim duyma prizmamizdan kecerek mena ve terif qazanir Xarici alem bizim daxili dunyamizi ifade etmeye yarayan bir simvollar alemidir Xarici alemi fikrimizle hissimizle idrakimizla royalarimizla menalandira bilerik Gorunduyu kimi Eflatundan beri davam eden idealist dusunce onda bariz bir sekilde hiss edilir Tanpinar tebieti o qeder de konkret ozelliklerile tesvir etmir Onun ucun tesvir edilen ya da goseterilen tebiet unsurleri oz icinde qurdugu gozellikler dunyasini parlaq bir formada eks etdirmek ucun bir vasitedir Estetik menada konkret tebiet gozellikleri umumen yene gozel bir qadinla birlikde teqdim edilir Qadin ve tebiet gozelliyi bir birini tamamlayan iki onemli gozel duygu vasitesidir Tanpinarda qadin umumiyyetle iki cohresi ile qarsimiza cixir ana ve sevgili Tanpinar qadini saf bir estetik deyer kimi bir gozellik unsuru kimi qebul edir ve onun gozelliyi ve qadinligi uzerinde seneti ulvilesdirerek olumsuzlesdirerek heyatin muveqqetiliyini unutmaga calisir Gozel qadin texeyyulu heyatin faniliyi insan faciesini onlemeyin yollarindan biridir Sevilen qadin obrazi da iki sekilde qarsimiza cixir mucerred qadin ve canli qadin Tanpinar gozel qadin obrazini bir cox seirinde oldugu kimi vermek yerine dolayli olaraq estetik bir goruntu icinde teqdim etmeye calisir Ya dondurulmus bir heykel ya aynaya dusen suret ya da medalyona neqs edilmis sekli ile verir O qadini dogrudan dogruya maddi bir varliq bir qadin kimi teqdim etmek evezine cox vaxt senete donmus donusdurulmus senetle elaqedar olaraq yeniden yaradilmis sekli ile teqdim etmeye belelikle fani qadini senetle ebedilesdirmeye ustunluk verir Tanpinar seirlerinde sosial siyasi movzulardan uzaq durmus tarixi movzulara da yer vermemisdir Belke Bursada zaman seirinde bir olcude Yehya Kamaldan gelen bir tesirle tarixi bir movzuya toxunsa da bu seirde tarix daha cox estetik planda deyerlendirilmisdir Tanpinar tarixi tecrubenin daha cox estetik deyeri senet deyeri gozellik deyeri uzerinde durur O tarixe kecmis zamana nostalji duygular beslemir Tarixin mehsulu olan senet eserlerinin gozelliyi ebedilesdiren ve belelikle axib geden zamani donduran terefi uzerinde durur Tanpinar zahiri alemin sertlerinin mehsulu olan ve kecmis indi gelecek deye uc yere bolunen bir zaman idraki dasimir O zamanda bir parcalanmisligi ve bolunmusluyu qebul etmir Onun fikrince zaman oncesiz ve sonrasiz ebedi bir butovlukdur Ozunu bu dunyanin deyil ruhi bir dunyanin sairi olaraq gorduyu ucun de fiziki dunya zamanina hebs olunmur Dolayisi ile bu zamanin ne icinde ne de busbutun kenarindadir Onun zaman anlayisinda Berqsonun fikirlerinin onemli bir tesiri vardir Berqsona gore zaman butun varliq ve olaylardan once var olan bir seydir onun varligi basqa bir sebebe bagli deyildir yeni oz ozune var olan bir varliqdir Bu sebebden de heyatin varligin ve olaylarin qaynagi zamandir Ibn Ravendinin onculuk etdiyi ve islam materialistleri kimi taninan dehriyyun cereyani terefdarlari da teqriben buna benzer bir gorusu mudafie edirler Onlar da dehr i muqeddeslesdirmis ve butun varligi serhedsiz zaman olan dehrin yaratdigini dusunmusler Tanpinarin zamana yanasmasi ile hem Berqsonun hem de dehrilerin yanasmalari arasinda bezi benzerlikler gormek mumkundur Seirlerinde heca veznini isleden Tanpinar bu vezni quru mexanik bir vezn olmaqdan qurtarib klassik seirde eruzun bacara bildiyi aheng ve intizami gerceklesdirmeye calisdi Sair eruzun davami olan bir heca vezni qurmaq arzusunda oldugunu soyleyir Tanpinar oz ustadi Yehya Kamalin seir gorusunden ve anlayisindan boyuk olcude ferqlenir Ancaq bir sahede ozellikle de dili deyerlendirmek meselesinde dil isciliyi turkce zovqu meselesinde ondan ciddi menada tesirlenmis ve behrelenmisdir Bundan basqa Tanpinarin eski kelmelere cox ve rahatliqla yer vermesinin esil meqsedi o kelmelerin esrler boyunca yuklendikleri zenginlikle zamani dondurmus olmasidir Bu kelmeler zamanda bir parcalanmaya sebeb olmur tam tersine genis ve sonsuz zamani dasiyirlar Bu kelmeler yaratdiqlari assosiasiyalarla sehrleri ile qoxulari ile menalari ile incelikleri ile sesleri ile zamanin en yaxsi sahidleridir Kelme isciliyinde olduqca titizdir Onun leksikonu daha cox gozellik esq qadin tebiet ve kosmik alem ve ruhi hissi mezmunli kelmelerden ibaretdir Icinde yasadigimiz fiziki dunyanin maddi sosial ve siyasi terminologiyasina deyil oz qurdugu konkret gozellik aleminin isareleri ve materiali olan kelmelere yer verir Ulduz parilti gumus deniz gunes ay billur su isiq yaqut zaman roya gul qeder ayna kimi Real dunyanin kelmelerile danismamaga xususi bir diqqet gostermisdir Tamamen saf seir anlayisina uygun bir dili ve uslubu vardir Nesrinde bele onun orijinal seir uslubu hakimdir Umumiyyetle qapali mubhem ozunu derhal hiss etdirmeyen bir usluba sahibdir Onun yaradiciligini anlamaq ve hiss ede bilmek daxili alemine vaqif olmaq ucun derin bir medeni tecrube ve anlama cehdi lazimdir Onun sakit yumsaq bir uslubu vardir Bagirmaz hayqirmaz nitq irad etmez axan su kimi danisar picildayar soyler Uslubu disa donuk deyil ice yonelikdir O sukutun musiqisini hiss etdirmeye calisir IstinadlarAhmet Hamdi Tanpinar SNAC ing 2010 Xarici kecidler Yazici ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin