Əfsəhəddin Hidayətullah (Hidayət; XV əsr – dekabr 1497 və ya yanvar 1498) — Ağqoyunlular dövlətinin siyasi xadimi,şair.
Əfsəhəddin Hidayətullah | |
---|---|
Doğum tarixi | XV əsr |
Vəfat tarixi | dekabr 1497 və ya yanvar 1498 |
Fəaliyyəti | şair, siyasətçi |
Həyatı
Şeirlərində Hidayət təxəllüsündən istifadə edən Əfsəhəddin Hidayətullah bəy haqqında ədəbiyyat tarixində və bununla bağlı araşdırmalarda kifayət qədər məlumat yoxdur. Dövrün mənbə və qaynaqlarında türk dilində şeirlər yazmış bir sıra şairlərin adlarına rast gəlinsə də Hidayət adına sadəcə Kafzadə Faizinin "Zübdətül-eş-ar, Keşfü-zzünun və Sicill-i Osmanlı əsərlərində Hidayət Beg Nevayi kimi rast gəlinir. Bu şəxsin 1573-cü ildə vəfat etdiyi yazılır və sadəcə 2 ədəd Türkcə beytindən başqa heç bir məlumata rast gəlinmir. Lakin şairin ölüm tarixinin XVI əsrin ikinici yarısına təsadüf etməsi bu şəxsin Hidayətullah bəy olduğu ilə bağlı şübhə yaradır. Əmir Hidayətullah bəy qəzəllərində Ağqoyunlu hökmdarı Sultan Xəlildən, onun yaşadığı qəsrdən, qəsrin hər bir bürcündə parlayan İqbal ulduzundan, Taxt-ı Təbrizdən, şəm-i İrandan bəhs edib, mədhiyələr düzməsi onun Sultan Xəlil dövründə yaşadığını göstərir.
Ol ki, əbül-fəth ləqəbdir ona İşə kərəm-huyi ədəbdir ona
beytində şahın qələbi əbül-fəth olaraq göstərilir ki, bu ləqəb məhz Sultan Xəlilin adı ilə bağlıdır.
Bəyin divanının Bodleian nüsxəsində bir digər Ağqoyunlu şahı Sultan Yaqubun da adına yer verilmişdir.
Ey könül Yaqub Sultandur kim olmuş ki tiğ ilə əlindədir
Ya Əli hər təzadın zülfükar əlindədir
Gül keçib gülzar otursa nola çün bayəndədir
Aləmin bağında sərv-i himmət-i Yaqub xan
Belə ki, nüsxələrdən birində Sultan Xəlilin bir digərində Sultan Yaqubun adının keçməsi Hidayətullah bəyin həyatının heç olmasa bir dövrünün Ağqoyunlu sultanlarının hakimiyyətlərinə təsadüf etdiyini göstərir. Bu da şairin Ağqoyunlu hakimiyyətində olan ərazilərdə yaşadığının sübutudur. Bu baxımdan ən dolğun məlumatı Cəlaləddin Məhəmməd ibn Əsəd Dəvvaninin “Ərznamə ” əsərindən almaq mümkündür. Əsərdə Uzun Həsənin oğlu şahzadə Xəlilin Fars əyalətində olduğu bir vaxtda yoxlama üçün keçirtdiyi paradın əfraflı təsviri verilib. Burada Ərzin başlanmasını təsvir edən bölümdə aşağıdakı cümlələrə yer verilib:
“Ölkələrin sultanı (Xəlil) mübarək ayın 5-ci günü səhər saatlarında bəzəkli taxtda əyləşdi. Nökərləri, çavuşları və nökərləri onun ətrafına toplaşdılar. Onun uca məqamında və padşahlıq parıltısında hamısı cənnətdə olduqlarını düşünürdülər. Əşyalar, küplər, qızıl və gümüşlər adət-ənənəyə uyğun olaraq, qarşısında bir sıra düzülmüşdü.Böyük əmir Möhrdar bəy və onunla möhürdarlıq etmiş və hökmdarın nökərləri arasında uğur qazanmış Hidayətullah bəy xidməti adətinə uyğun olaraq əllərində qılıncla qarşısında dayanmışdılar. Şərqə baxan tərəfdə, digər saray əyanları və əhl-i tərab öz musiqi alətləri ilə onların ixtiyarında idilər.”
Bu təsvir və adlandırmadan Əmir Hidayətullah bəyin şahzadə Xəlilin divanında "möhrdar bəy" rütbəli "əmir-i kəbir" olduğu anlaşılır. Həmin əsərin “Ərzin ikinci gününün siffəti” bölməsində Əmir Hidayətullah və qardaşı Əmir İnayətullahın adları “ iki böyük əmir: əmir-i kəbir” kimi göstərilib. Onların hər ikisinin “söz əhli” olduğu, dünyada taylarının olmadığı və şöhrətlərinin göylərə ucaldığı qeyd olunur. Bundan əlavə, onların protokoldakı yerlərinin “Möhrdar bəyin” məqam və rütbəsinə bərabər olduğu bildirilmiş və Əmir Hidayətullahın şahzadə Xəlilin yoldaşlarından biri olduğu da qeyd edilmişdir.
Rus tarixçisi Vladimir Minorski şairin divanının Bodleyn nüsxəsinin kətəbəsindəki ad və rütbənin Ərzanamədə verilən ad və rütbə ilə eyni olması səbəbindən hər ikisinin eyni insan olduğu fikrini təsdiqləyir. Buna baxmayaraq nüsxənin ara səhifələrindən birində Divan-i Hidayət Bəh pərvanəçi qeydi olsa da, Ərznamədə belə bir rütbədən bəhs olunmur. Lakin ona Sultan Xəlilə yaxınlığı və digər vəzifələrinə görə pərvanəçi vəzifəsinin verilməsi də ehtimal daxilindədir.
Hidayətullah bəy Sultan Xəlilin əmir-i əzəmi olduğundan şairin Sultan Xəlilin taxta çıxmasından sonra şahzadə Xəlil ilə birlikdə Fars vilayətinin Şiraz şəhərində (İraq Əcəmi) yaşadığı və onunla birlikdə Təbrizə gəldiyi anlaşılır. Çünki onun divanında Təbrizdə yaşadığını göstərən beytlər var. Sultan Xəlilin ölümündən sonra Hidayətullahın Təbrizdə qalıb-qalmadığını dəqiq bilmirik. Əbu Bəkr Tehraninin Kitab-i Diyarbəkriyyə əsərinin davamı sayılan və Sultan Xəlil ilə Sultan Yaqub xanının 1497-ci il 1497-ci illər arasında hakimiyyəti dövründə baş verən hadisələri əhatə edən Fəzlullah Ruzbehanın "Tarix-i Alam-Ara-yı-Əmini" əsərində əsərində Yaqub xanın taxt -tacı ələ keçirdikdən sonra gördüyü işlər haqqında məlumat verilir.Əsərdə verilən məlumata görə Sultan Xəlilin məğlub olub öldürülməsindən sonra onun əmirlərindən bəziləri biət etmək üçün Yaqub xanın yanına gəldilər. Yaqub xan onlardan bəzilərini (Osman Miranşah kimi) əfv edərək onlara vəzifələr və yüksək maaşlar verdi. Digər əmrləri vəzifələrində saxladı. Yenə burada verilən məlumata görə, Sultan Xəlilin ölüm xəbəri gələndə oğullarından Əlaəddin Əli bütün şəxsi xəzinəsini toplayaraq anası və bir neçə qohumunu da götürərək İraqa köçüb. Digər tərəfdən Sultan Xəlilin əyanlarından bir qismi də Xəlil tərəfindən Şiraza göndərilən oğlu Əlvəndi Yaqub xanı qanuni hökmdarı kimi tanıdı. Bu hadisə İraqi Əcəm bölgəsində türklər və taciklər arasında yeni problemlərə səbəb oldu. Hidayətullahın divanında ara-sıra İraqdan şikayət edən beytlərə yer verir və deyirdi:
Surh ab içində qanın töksə Hidayət inciməyə Eyni kərəmdir hər nə kim ol tərki Təbriz eyləyə
Bu beytlər şairin də Təbrizdən ayrılmağının işarəsi ola bilər. Lakin aşağıdakı beytlərdə şairin İraqda rahat olmadığı və köhnə nüfuzunu itirdiyi görünür:
Əgər qulluqda təqsir oldu məndən
Ümidin əfvdir ey şah səndən
Qulam qul məndə tək əksikliyi çox
Şehün hər suçla quldan dönməyi yox
Vəli sənsiz mənə çəkdir çəri qəm
nə bir yoldaş nə bir yar həmdəm
Çevirdi çevrəmi səylab-i mihnət
Qərq etdi məni qərq-abi mihnət
--
Qılıb dövlət məqamında iqamət
Görüm dildarını sağı salamat
Şaha bu xeyr ilə ta xeyir qılma
Unut təqsirimi təqsir qılma
Belə ki, məsnəvi bölməsində şahı tərif edən , ona dua edən beytlərdən sonra bu beytlər ondan uzaqda yaşamağın və bütün dostlarından aralı olmasının gətirdiyi iztirabı, şahdan əfv diləyərək yenidən dövlət məqamında olma aruzunu tərənnümü idi. Hidayətullah bəyin Divanında özü barədə verdiyi məlumatlar bu qədərdir.
Divan-ı Hidayət
XVII əsrin böyük türk alimi Katib Çələbi məşhur "Keşf'üz-Zünun" əsərində Hidayətin Divanından bəhs etmişdir. Kəfzadə Əbdülfeyyaz da 1620-ci ildə yazdığı "Zübdətü'l-Beytan" adlı xatirə kitabında şairin Divanından da nümunələr vermişdir. Əmir Hidayətin divanı azəri türkcəsindədir və indiyə qədər dörd nüsxəsi məlumdur.
Hidayət «Divan»ı əsas etibarilə ХIII-ХIV əsrlər Türk ədəbiyyatının təsirlərini – fоrma, mövzu və mоtiv, qafiyə və vəzn хüsusiyyətlərini оrijinal tərzdə yaşadan ədəbi örnəklər tоplusudur. Bertels deyir ki, bu divan əхz etdiyi materialı yeni mühitdə özünəхas pоetik deyim şəklində dəyişikliyə uğradaraq maraq оyatmış, həmdövrlərinin rəğbət və hörmətini qazanmışdır. Pоeziyasında türk dilinin leksik-semantik çalarlıqlarını, ifadə incəliklərini, lüğət saflığını, habelə əski türk fоlklоrunun söz оyunu, səs ahəngi kimi tipik keyfiyyətlərini qоruyub saхlamış Hidayət məhz Qazı, Nəsimi və Nəvai sənətkarlığından təsirlənən şairlərdəndir.
Məsələn, yaşadıqları dövrdə yüksək mənsəb sahibi оlmuş (qazı və əmiri-əzəm), Qazı Bürhanəddin və Əfsəhəddin Hidayət ilahi eşqin tərənnümündə nikbin оvqat, «əranə və şiranə» təbiətli aşiq оbrazında dözüm, mərdlik, cəsarət, məşuqədən gələn cəfa və qəzanı sərdaranə qəbul etmək və s. kimi оrtaq pоetik göstəriciyə malikdirlər ki, bu, оnların şair-sərkərdə kimi döyüş uğurları, dünyagörüşləri ilə bilavasitə əlaqədardır. Cinaslı ifadə və qafiyələr, alliterasiya, оynaq ritm hər iki şairin şeirlərinin ortaq xüsusiyyətləridir.
İmadəddin Nəsimi yaradıcılığının Hidayət pоeziyasına ədəbi təsirinə gəlincə, burada mövzu və mоtiv, bədii dil və quruluş оrtaqlığından söhbət gedə bilər. Məsələn, Hidayətin
Оl cəmali Kə’bə k`anın məstü heyranı mənəm,
Eydi-əkbərdir, məhi-rüхsarı, qurbanı mənəm.
- mətləli, habelə «Dönməzəm», «Оlmuşam» rədifli qəzəlləri bu fikri təsdiqləyir. Nəsimi pоeziyasındakı ilahinin kamil insanda təcəllisi, ruhun təkamülü və Haqla vəhdəti, ilahi vüsal və həmin anın tərənnümü, hüsnün vəsfi və s. irfani mоtivlər Hidayət lirikasında da bədiifəlsəfi inikasını tapmışdır.
Hidayət “Divan”ında:
Gər Hidayətnin Nəvayi kimi rəngin sözləri
Necə kim çохdur, vəli demək gərək bir-bir cəvab.
-deyərkən həm Nəvai yaradıcılığına yüksək ehtiramını, həm də öz istedad gücünü göstərmişdir. Nəvai şeirlərindən ilhamlanaraq Hidayət, ya həmdövrünün qəzəlinə nəzirə yazmış, ya da qəzəldən ayrı-ayrı misraları təzmin etmiş, Nəvaidəki dil və məzmunu öz ana ləhcəsində bəzən eyni vəzn, həmçinin rədif və qafiyə sistemi ilə ideya-üslubuna görə dəyişə bilmişdir.
Ümumiyyətlə, Hidayətin şeirləri məzmununa görə fərqli, dildə ifadə vasitələrindən istifadə üsuluna görə isə fərqli üsluba malikdir. Yəni irfani-fəlsəfi məzmundan irəli gələn ərəb fars dillərinin qəlibləşmiş ifadələri və cümlələri istifadə edilməsinə baxmayaraq, Əfsəhəddin Hidayət Divanı daha çox xalq (ana) dilinə aid cəhətlərin üstünlüyü ilə səciyyələnən danışıq-folklor üslubunun XV əsrin tam yeni ədəbi nümunəsi hesab etmək olar. Ali mənsəb sahibi, saray rəsmini olmasına baxmyaraq, Hidayətin xalq təfəkkürünü, adət və ənənələrini, dilini şairanə duymaq qabiliyyəti onun bədii ifadə, məcazlar və də obrazlar sistəminə güclü şəkildə nüfuz edib.
Əlyazma nüsxələri
Əfsəhəddin Hidayətullah bəyin divanının günümüzə bir neçə nüsxəsi gəlib çatmışdır.
- Oksford, Bodleyn kitabxanasındakı nüsxə. Miqləbli , şəmsəli ,zəncirəkli dəri cildli 116 vərəqlidir. Ölçüləri 21,2x11,8 sm-dir. Sətir sayı 10-12 sətir arasında dəyişir, nəstəliq xətti ilə yazılıb. Səhifənin kənar və ortaları ilə qəzəllərin arası cədvəlli və yaldızlıdır. 1b səhifəsinin başlanğıcı müzəhhəbdir . Ara səhifələrdə "Divân-i Hidâyet Beg Pərvanəçi" yazısı var. 1b-dəki mətn: “ Ey cani könül ilə valih ü şeyda İşbatun üçün kövn ü məkan oldu hüvəyda ” beyti ilə başlayır. Kətəbə qeydinə görə divanım sahibi Əmir-i əzəm Hidayətullah Bəydir. Yazı hicri 903/m. 1497-ci ildə Pir Hüseyn əl Katib tərəfindən köçürülmüşdür. Kətəbə qeydi belədir: “temme'd-divänu'l-Emirü'l-a'zamu'l-mağfür emiru efsahu'd-din Hidaye tu'l-lah Beg nevverallahu kabrehu fi tärih-i aşere evăil-i cemädiye'l-evvel minhu seläse ve tis'amie 'ala yedi'l-abdi'l-müznib pir Hüseyn əl-kətib və'l-hamdüli'l lahi əvvəl və axirən”. Əlyazma 1663-cü ildə arxiyepiskop Laud tərəfindən Bodleyn Kitabxanasına hədiyyə edilmişdir.
- Dublindəki (İrlandiya) Chester Beaty Kitabxanasındakı nüsxə . Kitabxana kataloqunda verilən məlumata görə, qəhvəyi rəngli cildlə cildlənib. Qapağın ortası və kənarları içəriyə doğru oyulmuş və güllərlə bəzədilmişdir. Əlyazmanın ölçüsü: 17,3x12,3 sm, yazı sahəsi 11x6,8 sm-dir. Vərəqlərin sayı 73, sətirlərin sayı iki sütunda 11-dir. Yazı nəstəliqdir. Vərəqlərin kənarları və ortası yaldızla əhatələnib. Yuxarı və aşağı künclər, orta hissələr mavi rəng və yaldız üzərində relyefli qəhvəyi güllərlə bəzədilmişdir. 1b səhifəsinin yuxarı hissəsi də yaldızlı müzahhəbdir. Əlyazmanın kağızı nazik, krem rəngli, yaldız səpilmiş yarımparlaq kağızdır. Nüsxənin zəhriyəsinin bütün a və b tərəfləri qızılı zərin üstünlük təşkil etdiyi fonda və nəfis üslubda mavi və açıq yaşıl rənglərlə bəzədilmişdir. Səhifələrimin ortasındakı şəmsələrdə "ümmətlərin riqaabının maliki, dinin, dünyanın və səltənətin qolu Sultan-i əzəm Əbül-fəth Sultan Xəlil Bahadır xanın kitabxanası üçün" sözləri yazılıb. Bundan başqa əlyazmanın 8b, 19b, 38b və 70 ci səhifələrində qəzəllərlə bağlı miniatürlərə yer verilib. Əlyazmanın kətəbə qeydi yoxdur. Buna görə də yazılma tarixi bilinmir. Lakin yazı üslub xüsusiyyətlərini nəzərə alaraq 1478-ci ildə yazıldığı qəbul edilir. Bundan başqa əsərin I Sultan Mahmud tərəfindən vəqfedildiyini göstərən rəsmi bir qeydiyyat qeydi və 6975 sıra nömrəsi var. Rəqəmlə yazı arasında isə Sultan Mustafanın möhürü yerləşir. Səhifənin sol üst küncündə isə üləma Qasım ibn Maqsud adlı başqa bir şəxsin möhürü vurulub.
- Kirman nüsxəsi. Bu nüsxə Hicri 893/M. 1488-ci ilin aprelində köçürülmüş nüsxədir. Əlyazma əvvəllər Əfşar tayfasının başçılarından birinin ixtiyarında idi, lakin sonralar G.F. S. Stivensin kitabxanasına keçir. Türkoloq Zeynəb Qorxmaz bu nüsxə ilə bağlı ətraflı məlumat əldə etmək məqsədilə V.Minorskiyə 1965-ci ildə məktub yazmışdır. Minorski isə məktuba cavabında qeyd etmişdir ki, o Stivensdəki nüsxədən bəzi surətləri gətirtsə də, kserokopiya yaxşı hazırlanmadığına görə kifayət qədər oxunaqlı deyil. Minosrki bildirir ki, Chester Beaty-nin surəti bu nüsxədən qat-qat yaxşıdır. Bundan əlavə alim Stivensin əvvəllər Marseldə yaşadığını və indi Hindistana qayıtmış ola biləcəyini, lakin onun izini itirdiyini və Stivensin bu nüsxəni əldən buraxmaq istəmədiyini əlavə edib. Minorskinin izahına görə, Stivensin nüsxəsində 78b, 85a və 88a səhifələrində cəmi üç miniatür var. 88a- dakı miniatür, Chester Beatydəkinin bir variantıdır. Minorski bu məktubdan çox az sonra dünyasını dəyişdiyi üçün Qorxmaz ondan bəzi nümunələr istəmək imkanının olmadığını söyləyir.
- Topqapı Sarayı Muzeyi Kitabxanasındakı nüsxə. Əhərli əlvan kağız üzərində ölçüsü 25,5x15 sm-dir, 56 vərəqdir. Mətnin sahəsi 8,6 sm, sətirlərin sayı 14, təliq xətlidir. Sərlövhə müzəhhəb, cədvəllər yaldızlıdır. Miqləbli qəhvəyi rəngli dəri ilə cildlənib. Əlyazma nüsxəsində tarix yoxdur. Onun XVII əsrdə köçürüldüyü təxmin edilir. Topqapı Sarayındakı nüsxə olduqca müasirdir. Tələb olunan köməkçi məlumatları təmin edəcək hər hansı fərqli xüsusiyyətlərə malik deyil. Hidayətullahın həyatına və ədəbi şəxsiyyətinə işıq salmaq, əsərin dil quruluşunu orijinala yaxın formada üzə çıxarmaq baxımından ən uyğun nüsxələr Chester Beatty və Bodleyn nüsxələridir.
İstinadlar
- Korkmaz, 1982. səh. 114
- Korkmaz, 1982. səh. 115
- Karahan, 1980. səh. 250
- Karahan, 1980. səh. 251
- Kilisli, 1331. səh. 277
- Kilisli, 1331. səh. 280
- Korkmaz, 1982. səh. 116
- Büyükakkaş, 2005. səh. 34
- Kilisli, 1331. səh. 281
- Büyükakkaş, 2005. səh. 37
- Korkmaz, 1982. səh. 118
- Paşayeva, 2004. səh. 404
- Babutcu, 2002. səh. 31
- Babutcu, 2002. səh. 32
- Babutcu, 2002. səh. 34
- Paşayeva, 2004. səh. 405
- Korkmaz, 1982. səh. 113
- Karahan, 1980. səh. 252
Mənbə
- Aidə Paşayeva. Akkoyunlu Şair Efseheddin Hidayetullah Bey. Diyarbakır: Diyarbakır valiliği yay. Uluslararası Oğuzlardan Osmanlıya Diyarbakır Sempozyumu. 2004. 401–409.
- Zeynep Korkmaz. XV. Yüzyıl Azerî Türkçesinin Değerli Bir Temsilcisi Emîr Hidâyetullah ve Dîvânı. 5. TTK Yay. TDAY Belleten. 1982–83. 113–124.
- Rıfat Kilisli. Celâleddîn Devvânî, Arz-nâme. 5. Milli Tetebbular Mecmuası 2. 1331. 273–305.
- Abdulkadir Karahan. Emir Afsahuddin Hidayet ve İncelenmemiş Divanı. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi Yay. Eski Türk Edebiyatı İncelemeleri. 1980. 249–255.
- Büyükakkaş, Ahmet. Hidayet ve Divanı. Ankara. Ankara Üniversitesi. 2005.
Qeydlər
- Kitabın ön qismini örtən alt qapağa bağlı , ucu üçkünc olub üst qapaqla kitabın iç qapağının arasına girən hissə
- Adətən kitabın altını və üstünü örtən alt və üst qapaqlarına çəkilən bəzək forması
- bəzək forması
- qızıl suyuna çəkilmiş
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Efseheddin Hidayetullah Hidayet XV esr dekabr 1497 ve ya yanvar 1498 Agqoyunlular dovletinin siyasi xadimi sair Efseheddin HidayetullahDogum tarixi XV esrVefat tarixi dekabr 1497 ve ya yanvar 1498Fealiyyeti sair siyasetciHeyatiSeirlerinde Hidayet texellusunden istifade eden Efseheddin Hidayetullah bey haqqinda edebiyyat tarixinde ve bununla bagli arasdirmalarda kifayet qeder melumat yoxdur Dovrun menbe ve qaynaqlarinda turk dilinde seirler yazmis bir sira sairlerin adlarina rast gelinse de Hidayet adina sadece Kafzade Faizinin Zubdetul es ar Kesfu zzunun ve Sicill i Osmanli eserlerinde Hidayet Beg Nevayi kimi rast gelinir Bu sexsin 1573 cu ilde vefat etdiyi yazilir ve sadece 2 eded Turkce beytinden basqa hec bir melumata rast gelinmir Lakin sairin olum tarixinin XVI esrin ikinici yarisina tesaduf etmesi bu sexsin Hidayetullah bey oldugu ile bagli subhe yaradir Emir Hidayetullah bey qezellerinde Agqoyunlu hokmdari Sultan Xelilden onun yasadigi qesrden qesrin her bir burcunde parlayan Iqbal ulduzundan Taxt i Tebrizden sem i Irandan behs edib medhiyeler duzmesi onun Sultan Xelil dovrunde yasadigini gosterir Ol ki ebul feth leqebdir ona Ise kerem huyi edebdir ona beytinde sahin qelebi ebul feth olaraq gosterilir ki bu leqeb mehz Sultan Xelilin adi ile baglidir Beyin divaninin Bodleian nusxesinde bir diger Agqoyunlu sahi Sultan Yaqubun da adina yer verilmisdir Ey konul Yaqub Sultandur kim olmus ki tig ile elindedir Ya Eli her tezadin zulfukar elindedir Gul kecib gulzar otursa nola cun bayendedir Alemin baginda serv i himmet i Yaqub xan Bele ki nusxelerden birinde Sultan Xelilin bir digerinde Sultan Yaqubun adinin kecmesi Hidayetullah beyin heyatinin hec olmasa bir dovrunun Agqoyunlu sultanlarinin hakimiyyetlerine tesaduf etdiyini gosterir Bu da sairin Agqoyunlu hakimiyyetinde olan erazilerde yasadiginin subutudur Bu baximdan en dolgun melumati Celaleddin Mehemmed ibn Esed Devvaninin Erzname eserinden almaq mumkundur Eserde Uzun Hesenin oglu sahzade Xelilin Fars eyaletinde oldugu bir vaxtda yoxlama ucun kecirtdiyi paradin efrafli tesviri verilib Burada Erzin baslanmasini tesvir eden bolumde asagidaki cumlelere yer verilib Olkelerin sultani Xelil mubarek ayin 5 ci gunu seher saatlarinda bezekli taxtda eylesdi Nokerleri cavuslari ve nokerleri onun etrafina toplasdilar Onun uca meqaminda ve padsahliq pariltisinda hamisi cennetde olduqlarini dusunurduler Esyalar kupler qizil ve gumusler adet eneneye uygun olaraq qarsisinda bir sira duzulmusdu Boyuk emir Mohrdar bey ve onunla mohurdarliq etmis ve hokmdarin nokerleri arasinda ugur qazanmis Hidayetullah bey xidmeti adetine uygun olaraq ellerinde qilincla qarsisinda dayanmisdilar Serqe baxan terefde diger saray eyanlari ve ehl i terab oz musiqi aletleri ile onlarin ixtiyarinda idiler Bu tesvir ve adlandirmadan Emir Hidayetullah beyin sahzade Xelilin divaninda mohrdar bey rutbeli emir i kebir oldugu anlasilir Hemin eserin Erzin ikinci gununun siffeti bolmesinde Emir Hidayetullah ve qardasi Emir Inayetullahin adlari iki boyuk emir emir i kebir kimi gosterilib Onlarin her ikisinin soz ehli oldugu dunyada taylarinin olmadigi ve sohretlerinin goylere ucaldigi qeyd olunur Bundan elave onlarin protokoldaki yerlerinin Mohrdar beyin meqam ve rutbesine beraber oldugu bildirilmis ve Emir Hidayetullahin sahzade Xelilin yoldaslarindan biri oldugu da qeyd edilmisdir Rus tarixcisi Vladimir Minorski sairin divaninin Bodleyn nusxesinin ketebesindeki ad ve rutbenin Erzanamede verilen ad ve rutbe ile eyni olmasi sebebinden her ikisinin eyni insan oldugu fikrini tesdiqleyir Buna baxmayaraq nusxenin ara sehifelerinden birinde Divan i Hidayet Beh pervaneci qeydi olsa da Erznamede bele bir rutbeden behs olunmur Lakin ona Sultan Xelile yaxinligi ve diger vezifelerine gore pervaneci vezifesinin verilmesi de ehtimal daxilindedir Hidayetullah bey Sultan Xelilin emir i ezemi oldugundan sairin Sultan Xelilin taxta cixmasindan sonra sahzade Xelil ile birlikde Fars vilayetinin Siraz seherinde Iraq Ecemi yasadigi ve onunla birlikde Tebrize geldiyi anlasilir Cunki onun divaninda Tebrizde yasadigini gosteren beytler var Sultan Xelilin olumunden sonra Hidayetullahin Tebrizde qalib qalmadigini deqiq bilmirik Ebu Bekr Tehraninin Kitab i Diyarbekriyye eserinin davami sayilan ve Sultan Xelil ile Sultan Yaqub xaninin 1497 ci il 1497 ci iller arasinda hakimiyyeti dovrunde bas veren hadiseleri ehate eden Fezlullah Ruzbehanin Tarix i Alam Ara yi Emini eserinde eserinde Yaqub xanin taxt taci ele kecirdikden sonra gorduyu isler haqqinda melumat verilir Eserde verilen melumata gore Sultan Xelilin meglub olub oldurulmesinden sonra onun emirlerinden bezileri biet etmek ucun Yaqub xanin yanina geldiler Yaqub xan onlardan bezilerini Osman Miransah kimi efv ederek onlara vezifeler ve yuksek maaslar verdi Diger emrleri vezifelerinde saxladi Yene burada verilen melumata gore Sultan Xelilin olum xeberi gelende ogullarindan Elaeddin Eli butun sexsi xezinesini toplayaraq anasi ve bir nece qohumunu da goturerek Iraqa kocub Diger terefden Sultan Xelilin eyanlarindan bir qismi de Xelil terefinden Siraza gonderilen oglu Elvendi Yaqub xani qanuni hokmdari kimi tanidi Bu hadise Iraqi Ecem bolgesinde turkler ve tacikler arasinda yeni problemlere sebeb oldu Hidayetullahin divaninda ara sira Iraqdan sikayet eden beytlere yer verir ve deyirdi Surh ab icinde qanin tokse Hidayet incimeye Eyni keremdir her ne kim ol terki Tebriz eyleye Bu beytler sairin de Tebrizden ayrilmaginin isaresi ola biler Lakin asagidaki beytlerde sairin Iraqda rahat olmadigi ve kohne nufuzunu itirdiyi gorunur Eger qulluqda teqsir oldu menden Umidin efvdir ey sah senden Qulam qul mende tek eksikliyi cox Sehun her sucla quldan donmeyi yox Veli sensiz mene cekdir ceri qem ne bir yoldas ne bir yar hemdem Cevirdi cevremi seylab i mihnet Qerq etdi meni qerq abi mihnet Qilib dovlet meqaminda iqamet Gorum dildarini sagi salamat Saha bu xeyr ile ta xeyir qilma Unut teqsirimi teqsir qilma Bele ki mesnevi bolmesinde sahi terif eden ona dua eden beytlerden sonra bu beytler ondan uzaqda yasamagin ve butun dostlarindan arali olmasinin getirdiyi iztirabi sahdan efv dileyerek yeniden dovlet meqaminda olma aruzunu terennumu idi Hidayetullah beyin Divaninda ozu barede verdiyi melumatlar bu qederdir Divan i HidayetXVII esrin boyuk turk alimi Katib Celebi meshur Kesf uz Zunun eserinde Hidayetin Divanindan behs etmisdir Kefzade Ebdulfeyyaz da 1620 ci ilde yazdigi Zubdetu l Beytan adli xatire kitabinda sairin Divanindan da numuneler vermisdir Emir Hidayetin divani azeri turkcesindedir ve indiye qeder dord nusxesi melumdur Hidayet Divan i esas etibarile HIII HIV esrler Turk edebiyyatinin tesirlerini forma movzu ve motiv qafiye ve vezn hususiyyetlerini orijinal terzde yasadan edebi ornekler toplusudur Bertels deyir ki bu divan ehz etdiyi materiali yeni muhitde ozunehas poetik deyim seklinde deyisikliye ugradaraq maraq oyatmis hemdovrlerinin regbet ve hormetini qazanmisdir Poeziyasinda turk dilinin leksik semantik calarliqlarini ifade inceliklerini luget safligini habele eski turk folklorunun soz oyunu ses ahengi kimi tipik keyfiyyetlerini qoruyub sahlamis Hidayet mehz Qazi Nesimi ve Nevai senetkarligindan tesirlenen sairlerdendir Meselen yasadiqlari dovrde yuksek menseb sahibi olmus qazi ve emiri ezem Qazi Burhaneddin ve Efseheddin Hidayet ilahi esqin terennumunde nikbin ovqat erane ve sirane tebietli asiq obrazinda dozum merdlik cesaret mesuqeden gelen cefa ve qezani serdarane qebul etmek ve s kimi ortaq poetik gostericiye malikdirler ki bu onlarin sair serkerde kimi doyus ugurlari dunyagorusleri ile bilavasite elaqedardir Cinasli ifade ve qafiyeler alliterasiya oynaq ritm her iki sairin seirlerinin ortaq xususiyyetleridir Imadeddin Nesimi yaradiciliginin Hidayet poeziyasina edebi tesirine gelince burada movzu ve motiv bedii dil ve qurulus ortaqligindan sohbet gede biler Meselen Hidayetin Ol cemali Ke be k anin mestu heyrani menem Eydi ekberdir mehi ruhsari qurbani menem metleli habele Donmezem Olmusam redifli qezelleri bu fikri tesdiqleyir Nesimi poeziyasindaki ilahinin kamil insanda tecellisi ruhun tekamulu ve Haqla vehdeti ilahi vusal ve hemin anin terennumu husnun vesfi ve s irfani motivler Hidayet lirikasinda da bediifelsefi inikasini tapmisdir Hidayet Divan inda Ger Hidayetnin Nevayi kimi rengin sozleri Nece kim cohdur veli demek gerek bir bir cevab deyerken hem Nevai yaradiciligina yuksek ehtiramini hem de oz istedad gucunu gostermisdir Nevai seirlerinden ilhamlanaraq Hidayet ya hemdovrunun qezeline nezire yazmis ya da qezelden ayri ayri misralari tezmin etmis Nevaideki dil ve mezmunu oz ana lehcesinde bezen eyni vezn hemcinin redif ve qafiye sistemi ile ideya uslubuna gore deyise bilmisdir Umumiyyetle Hidayetin seirleri mezmununa gore ferqli dilde ifade vasitelerinden istifade usuluna gore ise ferqli usluba malikdir Yeni irfani felsefi mezmundan ireli gelen ereb fars dillerinin qeliblesmis ifadeleri ve cumleleri istifade edilmesine baxmayaraq Efseheddin Hidayet Divani daha cox xalq ana diline aid cehetlerin ustunluyu ile seciyyelenen danisiq folklor uslubunun XV esrin tam yeni edebi numunesi hesab etmek olar Ali menseb sahibi saray resmini olmasina baxmyaraq Hidayetin xalq tefekkurunu adet ve enenelerini dilini sairane duymaq qabiliyyeti onun bedii ifade mecazlar ve de obrazlar sistemine guclu sekilde nufuz edib Elyazma nusxeleriEfseheddin Hidayetullah beyin divaninin gunumuze bir nece nusxesi gelib catmisdir Oksford Bodleyn kitabxanasindaki nusxe Miqlebli semseli zencirekli deri cildli 116 vereqlidir Olculeri 21 2x11 8 sm dir Setir sayi 10 12 setir arasinda deyisir nesteliq xetti ile yazilib Sehifenin kenar ve ortalari ile qezellerin arasi cedvelli ve yaldizlidir 1b sehifesinin baslangici muzehhebdir Ara sehifelerde Divan i Hidayet Beg Pervaneci yazisi var 1b deki metn Ey cani konul ile valih u seyda Isbatun ucun kovn u mekan oldu huveyda beyti ile baslayir Ketebe qeydine gore divanim sahibi Emir i ezem Hidayetullah Beydir Yazi hicri 903 m 1497 ci ilde Pir Huseyn el Katib terefinden kocurulmusdur Ketebe qeydi beledir temme d divanu l Emiru l a zamu l magfur emiru efsahu d din Hidaye tu l lah Beg nevverallahu kabrehu fi tarih i asere evăil i cemadiye l evvel minhu selase ve tis amie ala yedi l abdi l muznib pir Huseyn el ketib ve l hamduli l lahi evvel ve axiren Elyazma 1663 cu ilde arxiyepiskop Laud terefinden Bodleyn Kitabxanasina hediyye edilmisdir Dublindeki Irlandiya Chester Beaty Kitabxanasindaki nusxe Kitabxana kataloqunda verilen melumata gore qehveyi rengli cildle cildlenib Qapagin ortasi ve kenarlari iceriye dogru oyulmus ve gullerle bezedilmisdir Elyazmanin olcusu 17 3x12 3 sm yazi sahesi 11x6 8 sm dir Vereqlerin sayi 73 setirlerin sayi iki sutunda 11 dir Yazi nesteliqdir Vereqlerin kenarlari ve ortasi yaldizla ehatelenib Yuxari ve asagi kuncler orta hisseler mavi reng ve yaldiz uzerinde relyefli qehveyi gullerle bezedilmisdir 1b sehifesinin yuxari hissesi de yaldizli muzahhebdir Elyazmanin kagizi nazik krem rengli yaldiz sepilmis yarimparlaq kagizdir Nusxenin zehriyesinin butun a ve b terefleri qizili zerin ustunluk teskil etdiyi fonda ve nefis uslubda mavi ve aciq yasil renglerle bezedilmisdir Sehifelerimin ortasindaki semselerde ummetlerin riqaabinin maliki dinin dunyanin ve seltenetin qolu Sultan i ezem Ebul feth Sultan Xelil Bahadir xanin kitabxanasi ucun sozleri yazilib Bundan basqa elyazmanin 8b 19b 38b ve 70 ci sehifelerinde qezellerle bagli miniaturlere yer verilib Elyazmanin ketebe qeydi yoxdur Buna gore de yazilma tarixi bilinmir Lakin yazi uslub xususiyyetlerini nezere alaraq 1478 ci ilde yazildigi qebul edilir Bundan basqa eserin I Sultan Mahmud terefinden veqfedildiyini gosteren resmi bir qeydiyyat qeydi ve 6975 sira nomresi var Reqemle yazi arasinda ise Sultan Mustafanin mohuru yerlesir Sehifenin sol ust kuncunde ise ulema Qasim ibn Maqsud adli basqa bir sexsin mohuru vurulub Kirman nusxesi Bu nusxe Hicri 893 M 1488 ci ilin aprelinde kocurulmus nusxedir Elyazma evveller Efsar tayfasinin bascilarindan birinin ixtiyarinda idi lakin sonralar G F S Stivensin kitabxanasina kecir Turkoloq Zeyneb Qorxmaz bu nusxe ile bagli etrafli melumat elde etmek meqsedile V Minorskiye 1965 ci ilde mektub yazmisdir Minorski ise mektuba cavabinda qeyd etmisdir ki o Stivensdeki nusxeden bezi suretleri getirtse de kserokopiya yaxsi hazirlanmadigina gore kifayet qeder oxunaqli deyil Minosrki bildirir ki Chester Beaty nin sureti bu nusxeden qat qat yaxsidir Bundan elave alim Stivensin evveller Marselde yasadigini ve indi Hindistana qayitmis ola bileceyini lakin onun izini itirdiyini ve Stivensin bu nusxeni elden buraxmaq istemediyini elave edib Minorskinin izahina gore Stivensin nusxesinde 78b 85a ve 88a sehifelerinde cemi uc miniatur var 88a daki miniatur Chester Beatydekinin bir variantidir Minorski bu mektubdan cox az sonra dunyasini deyisdiyi ucun Qorxmaz ondan bezi numuneler istemek imkaninin olmadigini soyleyir Topqapi Sarayi Muzeyi Kitabxanasindaki nusxe Eherli elvan kagiz uzerinde olcusu 25 5x15 sm dir 56 vereqdir Metnin sahesi 8 6 sm setirlerin sayi 14 teliq xetlidir Serlovhe muzehheb cedveller yaldizlidir Miqlebli qehveyi rengli deri ile cildlenib Elyazma nusxesinde tarix yoxdur Onun XVII esrde kocurulduyu texmin edilir Topqapi Sarayindaki nusxe olduqca muasirdir Teleb olunan komekci melumatlari temin edecek her hansi ferqli xususiyyetlere malik deyil Hidayetullahin heyatina ve edebi sexsiyyetine isiq salmaq eserin dil qurulusunu orijinala yaxin formada uze cixarmaq baximindan en uygun nusxeler Chester Beatty ve Bodleyn nusxeleridir IstinadlarKorkmaz 1982 seh 114 Korkmaz 1982 seh 115 Karahan 1980 seh 250 Karahan 1980 seh 251 Kilisli 1331 seh 277 Kilisli 1331 seh 280 Korkmaz 1982 seh 116 Buyukakkas 2005 seh 34 Kilisli 1331 seh 281 Buyukakkas 2005 seh 37 Korkmaz 1982 seh 118 Pasayeva 2004 seh 404 Babutcu 2002 seh 31 Babutcu 2002 seh 32 Babutcu 2002 seh 34 Pasayeva 2004 seh 405 Korkmaz 1982 seh 113 Karahan 1980 seh 252MenbeAide Pasayeva Akkoyunlu Sair Efseheddin Hidayetullah Bey Diyarbakir Diyarbakir valiligi yay Uluslararasi Oguzlardan Osmanliya Diyarbakir Sempozyumu 2004 401 409 Zeynep Korkmaz XV Yuzyil Azeri Turkcesinin Degerli Bir Temsilcisi Emir Hidayetullah ve Divani 5 TTK Yay TDAY Belleten 1982 83 113 124 Rifat Kilisli Celaleddin Devvani Arz name 5 Milli Tetebbular Mecmuasi 2 1331 273 305 Abdulkadir Karahan Emir Afsahuddin Hidayet ve Incelenmemis Divani Istanbul Istanbul Universitesi Edebiyat Fakultesi Yay Eski Turk Edebiyati Incelemeleri 1980 249 255 Buyukakkas Ahmet Hidayet ve Divani Ankara Ankara Universitesi 2005 QeydlerKitabin on qismini orten alt qapaga bagli ucu uckunc olub ust qapaqla kitabin ic qapaginin arasina giren hisse Adeten kitabin altini ve ustunu orten alt ve ust qapaqlarina cekilen bezek formasi bezek formasi qizil suyuna cekilmis