Bu məqaləni lazımdır. |
Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979, Züvüc, Lerik rayonu) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024).
Əfsun Sucayev | |
---|---|
Doğum tarixi | 14 noyabr 1979 (44 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
İş yeri | Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru |
Elmi rəhbərləri | akademik Vaqif Fərzəliyev, professor Mirzə Allahverdiyev |
Üzvlüyü | YAP İdarə Heyətinin üzvü |
Mükafatları | |
Həyatı
Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır.
Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə "Üzvi kimya" ixtisası üzrə "Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür.
2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur. 2018-ci ildə "Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmlər doktoru elmi dərəcəsinə, 2023-cü ildə professor elmi adına layiq görülmüşdür.
2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun "Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları" laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 2021-ci ildən isə İnstitutun icraçı direktoru vəzifəsində çalışır.
Əfsun Sucayev 2013, 2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun, 2014, 2018-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Elm Fondunun keçirdiyi qrant müsabiqələrinin qalibi olan bir sıra layihələrin rəhbəri və icraçısı olmuşdur.
Elmi fəaliyyəti
Əfsun Sucayevin əsas elmi istiqaməti kükürdüzvi birləşmələr içərisində çox az tədqiq olunan tsiklik tiokarbamidlərin aminospirtlər əsasında yeni sintez üsullarının işlənib hazırlanması, alınmış birləşmələrin karbohidrogenlərin oksidləşməsinə və mikrobioloji zədələnməsinə qarşı antioksidant aşqar kimi tədqiqi, onların təsir mexanizminin, quruluşları ilə funksional xassələri arasında qanunauyğunluqların öyrənilməsinə aiddir. Onun apardığı elmi-tədqiqat işlərinin yeniliyi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş patentlərlə təsdiq edilmişdir. Ən mühüm elmi nailiyyətlərdə multidissiplinar (fənlərarası) tədqiqatların rolunu nəzərə alan Ə. Sucayev bu elmi tədqiqat müəssisəsinin əsas profilinə uyğun apardığı tədqiqatlar nəticəsində həm də müəyyən etmişdir ki, sintez etdiyi antioksidant və biosid aşqarlar neft məhsullarının oksidləşməsinin qarşısını almaq və mikrobioloji zədələnmədən mühafizə etməklə yanaşı, başqa sahələrdə də bioloji (fizioloji) fəallıq göstərirlər.
Ə. Sucayev fizioloji fəal maddələrin yaradılması istiqamətində tədqiqatları genişləndirərək, 2015-ci ildən dünyanın aparıcı elm mərkəzləri — Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texnik, Atatürk, Bartin universitetləri, ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi, İtaliya Milli Tədqiqat Şurasının Biomolekulyar və Biostruktur İnstitutu, Florensiya Universiteti, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Favorski adına İrkutsk Kimya İnstitutu və Belarus Elmlər Akademiyası Bioaktiv maddələrin biokimyası İnstitutunun tanınmış alimləri ilə birgə 4 beynəlxalq tədqiqat qrupu yaradaraq həyata keçirilən müştərək multidissiplinar tədqiqatlar nəticəsində yeni üzvi maddələrin canlı orqanizmdə antioksidant, hüceyrə və toxuma səviyyəsində patoloji hallara səbəb olan proseslərə qarşı inhibitor təsirlərini öyrənə bilmişdir. Təkcə Türkiyənin Atatürk və Bartin universitetləri ilə son 5–6 ildə "Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların müqayisəli tədqiqi" mövzusunda ətraflı tədqiqatlar aparılmışdır.
Apardığı müştərək elmi araşdırmaların nəticələrinə görə, Aşqarlar Kimyası İnstitutunda sintez olunan 300 yeni fizioloji fəal maddələrin canlı orqanizmlərdə antioksidant aktivliyi, fərqli enzim və onların izoformaları üzərində inhibitor təsirləri İtaliyanın Florensiya Universiteti və Türkiyənin Atatürk və Bartin Universitetində tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən edilmişdir. Tədqiq olunan maddələr müasir təbabətin ən aktual xəstəlikləri olan: bədxassəli şiş (xərçəng); şəkərli diabet; qlaukoma; Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) qlobal xəstəliklərə səbəb olan pataloji proseslərə potensila dərman maddəsi təsiri göstərirlər. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir.
Son 5 ildə yerinə yetirilən tədqiqatlar nəticəsində əldə edilən mühüm elmi nəticələr "Web of Science", "Scopus" bazalarında arxivləşən "Springer", "Elsevier", "Taylor & Francis" və "Wiley" nəşriyatlarının impakt faktoru yüksək olan nüfuzlu jurnallarında (Arabian Journal of Chemistry-İF-6.212, Bioorganic Chemistry-İF-5.275, Journal of enzyme inhibition and medicinal chemistry-İF-5.051, Archiv der pharmazie-İF-4.613, Applied Organometallic Chemistry-İF-4.105, Polycyclic Aromatic Compounds-İF- 3.744, Journal of Biochemical and Molecular Toxicology-İF-3.642, Journal of biomolecular structure and dynamics-İF-4.4, Journal Molecular Stucture-İF-3.196, Polyhedron-İF-3.052, Chemistry & Biodiversity-İF-2.408, Macromolecular Research -İF-2.4, ChemistrySelect-İF-2.307, Journal of molecular modeling-İF-2.172, Iranian Journal of Chemistry and Chemical Engineering-İF-1.903, Russian Journal of Applied Chemistry-İF-0.869, Organic Communications-İF-0.683, Acta Crystallographica Section E: Crystallographic Communications-İF-0.646) dərc olunub. Hazırda bu tədqiqat qrupları ilə dünya elmində ən son yeniliklərdən biri sayılan ayrı-ayrı enzim-izoenzimlər üzrə "molekulyar dokinq" tədqiqatlara başlanılmış və ölkəmizdə bioüzvi kimya sahəsində yeni bir tədqiqat istiqaməti müəyyənləşdirilmişdir.
Pedaqoji və digər fəaliyyəti
Əfsun Sucayev 2016-cı ildən AMEA Aşqarlar Kimyası İnstitutunda magistratura pilləsində "Üzvi kimya", 2022-ci ildən isə Bakı Dövlət Universitetinin "Kimya mühəndisliyi" ixtisası üzrə magistrlərə "Ağır neft xammalı emalı", "Neft və qazın kompleks emalının elmi əsasları" və "Neft və qaz emalının ekoloji problemləri" fənnlərindən mühazirə və laboratoriya dərslərini keçir, onların diplom işlərinə rəhbərlik edir. Elmi rəhbərliyi altında 4 magistr müdafiə etmişdir. Hazırda elmlər doktorluğu üzrə 2, fəlsəfə doktorluğu üzrə 3 doktorant və dissertantın, 2 magistrantın elmi rəhbərliyi davam edir.
Ə. Sucayev 2017–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Bilik günü" ilə əlaqədar olaraq respublikanın müxtəlif rayonlarında (Lənkəran, İsmayıllı, Lerik) yerləşən ümumtəhsil orta məktəblərin şagirdləri üçün vətənpərvərlik mövzusunda təşkil etdiyi seminarlarda mühazirələr oxuyub.
Beynəlxalq elmi fəaliyyəti
2014–2015-ci illərdə Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texniki Atatürk və Bartin universitetlərində, Belarusun Qomel şəhərində yerləşən Bioaktiv maddələrin biokimyası İnstitutunda təcrübə keçmişdir.
Əfsun Sucayev 2016-cı ildə Moskvada keçirilən "MDB Elm Forumu"nda, 2021-ci ildə Almaniyanin Marburq Universiteti, EurJOC və "ChemBioChem" beynəlxalq kimya elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilmiş 15-ci Alman Peptid onlayn simpoziumunda, Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı ilə keçirilən 1-ci Beynəlxalq Təbiət Elmləri Konqresində (ICNAS 20211), o cümlədən bir sıra yerli konfrans və elmi simpoziumlarda plenar iclaslarda məruzələrlə çıxış etmişdir.
Əfsun Sucayev 2022-ci ildə Türkiyənin Bartin Universitetində elmi ezamiyyətdə olduğu zaman Fən fakültəsinin təşkil etdiyi "Bilim söhbətləri"ndə "Müxtəlif məqsədlər üçün yeni üzvi birləşmələrin sintezi və tətbiq sahələrinin müəyyənləşdirilməsi" mövzusunda maraqlı təqdimatla çıxış etmişdir. Əfsun Sucayev bir çox nüfuzlu xarici jurnalların (Bio-organic chemistry, Journal heterocyclic chemistry, Molecular diversity, Journal organometallic chemistry, Biomolecular structure and dynamics, Journal Molecular Structure, ChemistrySelect, Medicinal Chemistry Research, Current Organic Chemistry və Park Dergi) beynəlxalq rəyçisidir.
Elmi-təşkilati fəaliyyəti
Əfsun Sucayev elmi fəaliyyətlə yanaşı elmi-təşkilatçılıq işləri də yerinə yetirir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Komissiyasının üzvü, Bakı Mühəndislik Universiteti Dövlət İmtahan və Buraxılış Attestasiya Komisiyasının sədri, Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri, Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-nin nəzdində fəaliyyət göstərən "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" üzrə Texniki Komitənin (TK34) və Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının sədr müavinidir. O, Türkiyənin "Park Dergi" jurnalının redaksiya heyətinin üzvüdür.
İctimai fəaliyyəti
Əfsun Sucayev tələbəlik illərindən ictimai fəallıq nümayiş etdirirdi. O, Gəncə Dövlət Universitetinin kimya fakültəsinin Tələbə elmi cəmiyyətinin üzvü, sonra isə sədri olmuşdur.
Həmçinin 2013–2020-ci illərdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü və eyni zaman da Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri olmuşdur.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Mükafatları
- "Akademik Əli Quliyev mükafatı" (2014)
- "Web of Science Awards" (2018)
- "Top Sited Article in Wiley 2018–2019" (2020)
- "Elmdə Zəfər Mükafatı-2021" (2021)
- "İstinadda rekord" (2023)
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 02 fevral tarixli 4289 saylı sərəncamı ilə elmi və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə "Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı" ilə təltif olunub.
- 27 may 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Texnika sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub.
Elmi əsərləri
Ümumilikdə 172 elmi əsəri çap olunmuşdur, onlardan 2-i monoqrafiya, 10 Azərbaycan Respublikası Patenti, 80 məqalə, qalanları konfrans material-tezisdir. Məqalələrin 60-ı "Web of Science" və "Scopus" elmi bazalarına daxil olan yüksək resenziyalı xarici jurnallarda çap edilmişdir. "Google Scholar Citations" və "ResearchGate" qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəsi üzrə müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş elmi əsərlərinə 1675 istinad edilmişdir. H-indexi 23-dür.
Kitabları
- Afsun Sujayev. Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları. "Elm", 2023, 272s.
- Afsun Sujayev, Emin Garibov. Some New Approaches in Synthesis of Physiologically Active Substances. Lambert Academic Publishing, Germany, 2016, 55 p.
- Afsun Sujayev, Parham Taslimi, Vagif Farzaliyev, Nastaran Sadeghian, Zeynep Karaoglan, İlhami Gulcin, Bioactivity of N-substituted cyclic derivatives of thiourea and phenylthiourea from simplicity, Developments in scientific research II, International Publishing House, Chapter III, 2024, p.57–79.
Patentləri
- Ə. R. Sucayev, M. Ə. Allahverdiyev, Y. C. Səfərov "1-(2-anilino-1-metiletil) tiokarbamid sürtkü yağlarına təsir edən antimikrob aşqar kimi", Az. SMPDK-nin ixtiralar, faydalı modellər, sənaye nümunələri, rəsmi bülleten, İ 2010 0039, № 3, 2009.
- V. M. Fərzəliyev, Z. T. İsrafilova, L. N. Əliyeva, Ə. Ə. Qədirov, Ə. R. Sucayev, N-[1-(fenilsulfonil)-2-(propoksikarbonil)-3-(tiosianato)-4,6-dimetil]-piperidin sintetik sürtkü yağlarına çoxfunksiyalı aşqar kimi, İ 2022 0100, 30.12.2022
- N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Dioksibutil-bor-oksimetilbutilksantogenat sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi, İ 2023 00048, 12.06.2023
- N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, (2,2-dimetil-4-metilen-1,3-dioksalan-benzil)disulfid transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi, İ 2023 00046, 12.06.2023
- N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, B. İ. Musayeva, İ. P. İsmayılov, Y. S. Mustafayeva, (2,2-dimetil-4-metilen-1,3-dioksalan-allil)disulfid transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00051, 12.06.2023
- Ə. R. Sucayev, Ş. K. Kazımzadə, N. N. Novotorjina, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Toluolsulfoallilksantogenat sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00079, 30.10.2023
- N. N. Novotorjina, Ə. R. Sucayev, A. X. Məmmədova, Ş. K. Kazımzadə, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Toluolsulfometilksantogenat transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00065, 28.09.2023
- V. M. Fərzəliyev, H. Ə. Cavadova, Ə. R. Sucayev, E. M. Cəfərov, İ. İ. Kazımov, A. G. Əliyev, M. İ. Kazımov, İ. E. Cəfərov, M. E. Məmmədov, E. A. Vəliyev, F. T. Mahmudov, Mazut əsasında alınan qalıq yanacaqlarının özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavə, İ 2023 0090, 01.12.2023
- V. M. Fərzəliyev, H. Ə. Cavadova, Ə. R. Sucayev, V. B. Abbasov, S. T. Rüstəmov, Xüsusi təyinatlı texnikanın dizel mühərriki üçün bütün mövsümlərdə işləyən motor yağı, İ 2023 0094, 26.12.2023
İstinadlar
- "Arxivlənmiş surət". 2021-02-10 tarixində . İstifadə tarixi: 2021-03-11.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Efsun Rezzaq oglu Sucayev 14 noyabr 1979 Zuvuc Lerik rayonu kimyaci alim Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyinin akademik E Quliyev adina Asqarlar Kimyasi Institutunun icraci direktoru kimya elmleri doktoru professor Azerbaycan Respublikasinin Dovlet Mukafati laureati 2024 Efsun SucayevDogum tarixi 14 noyabr 1979 1979 11 14 44 yas Dogum yeri Zuvuc Lerik rayonu Azerbaycan SSR SSRIElm sahesi kimyaElmi derecesi kimya elmleri doktoruElmi adi professorIs yeri Asqarlar Kimyasi Institutunun icraci direktoruElmi rehberleri akademik Vaqif Ferzeliyev professor Mirze AllahverdiyevUzvluyu YAP Idare Heyetinin uzvuMukafatlariHeyatiSucayev Efsun Rezzaq oglu 1979 cu ilde Lerik rayonunun Zuvuc kendinde anadan olmusdur Orta tehsilini Zuvuc kend orta mektebinde sonra Lerik qesebe 1 sayli kimya biologiya temayullu liseyde almisdir Orta mektebi bitirdikden sonra 1997 ci ilde Gence Dovlet Pedaqoji Institutuna qebul olmusdur 2001 ci ilde Gence Dovlet Universitetinin kimya ve biologiya ixtisasi uzre bakalavr 2003 cu ilde magistraturasini ferqlenme diplomu ile bitirmisdir Hemin ilde Azerbaycan Milli Elmler Akademiyasi Asqarlar Kimyasi Institutunun eyani aspiranturasina daxil olmusdur 2008 ci ilde Uzvi kimya ixtisasi uzre Mono di 2 hidroksilpropil aminlerin ve onlarin tiokarbamid toremelerinin sintezi ve xasseleri movzusunda dissertasiya isini mudafie ederek kimya uzre felsefe doktoru alimlik derecesine 2017 ci ilde ise dosent elmi adina layiq gorulmusdur 2012 ci ilde Asqarlar Kimyasi Institutunun elmler doktoru hazirligi uzre doktoranturasina qebul olunmusdur 2017 ci ilde tehsilini basa vurmusdur 2018 ci ilde Uckomponentli kondenslesme reaksiyalari esasinda aminospritlerin tsiklik tiokarbamid toremelerinin sintezi ve cevrilmeleri movzusunda doktorluq dissertasiya isini mudafie etmis ve kimya elmler doktoru elmi derecesine 2023 cu ilde professor elmi adina layiq gorulmusdur 2005 ci ilden Asqarlar Kimyasi Institutunun Asqarlarin sintezi ve tesir mexanizminin nezeri esaslari laboratoriyasinda kicik elmi isci elmi isci boyuk elmi isci aparici elmi isci laboratoriya mudiri ve elmi isler uzre direktor muavini vezifelerinde islemisdir 2021 ci ilden ise Institutun icraci direktoru vezifesinde calisir Efsun Sucayev 2013 2021 ci illerde Azerbaycan Respublikasi Prezidenti yaninda Elmin Inkisaf Fondunun 2014 2018 ci illerde ise Azerbaycan Respublikasi Dovlet Neft Sirketi Elm Fondunun kecirdiyi qrant musabiqelerinin qalibi olan bir sira layihelerin rehberi ve icracisi olmusdur Elmi fealiyyetiEfsun Sucayevin esas elmi istiqameti kukurduzvi birlesmeler icerisinde cox az tedqiq olunan tsiklik tiokarbamidlerin aminospirtler esasinda yeni sintez usullarinin islenib hazirlanmasi alinmis birlesmelerin karbohidrogenlerin oksidlesmesine ve mikrobioloji zedelenmesine qarsi antioksidant asqar kimi tedqiqi onlarin tesir mexanizminin quruluslari ile funksional xasseleri arasinda qanunauygunluqlarin oyrenilmesine aiddir Onun apardigi elmi tedqiqat islerinin yeniliyi Azerbaycan Respublikasi Standartlasdirma Metrologiya ve Patent uzre Dovlet Komitesi terefinden verilmis patentlerle tesdiq edilmisdir En muhum elmi nailiyyetlerde multidissiplinar fenlerarasi tedqiqatlarin rolunu nezere alan E Sucayev bu elmi tedqiqat muessisesinin esas profiline uygun apardigi tedqiqatlar neticesinde hem de mueyyen etmisdir ki sintez etdiyi antioksidant ve biosid asqarlar neft mehsullarinin oksidlesmesinin qarsisini almaq ve mikrobioloji zedelenmeden muhafize etmekle yanasi basqa sahelerde de bioloji fizioloji fealliq gosterirler E Sucayev fizioloji feal maddelerin yaradilmasi istiqametinde tedqiqatlari genislendirerek 2015 ci ilden dunyanin aparici elm merkezleri Turkiyenin Orta Dogu Texnik Hacetepe Istanbul Texnik Ataturk Bartin universitetleri ABS Buffalo Universitetinin Komputer Arasdirmalar Merkezi Italiya Milli Tedqiqat Surasinin Biomolekulyar ve Biostruktur Institutu Florensiya Universiteti Rusiya Elmler Akademiyasi Sibir Bolmesinin Favorski adina Irkutsk Kimya Institutu ve Belarus Elmler Akademiyasi Bioaktiv maddelerin biokimyasi Institutunun taninmis alimleri ile birge 4 beynelxalq tedqiqat qrupu yaradaraq heyata kecirilen musterek multidissiplinar tedqiqatlar neticesinde yeni uzvi maddelerin canli orqanizmde antioksidant huceyre ve toxuma seviyyesinde patoloji hallara sebeb olan proseslere qarsi inhibitor tesirlerini oyrene bilmisdir Tekce Turkiyenin Ataturk ve Bartin universitetleri ile son 5 6 ilde Bezi qlobal xesteliklerle elaqeli metabolik fermentleri inhibe eden yeni nesil inhibitorlarin muqayiseli tedqiqi movzusunda etrafli tedqiqatlar aparilmisdir Apardigi musterek elmi arasdirmalarin neticelerine gore Asqarlar Kimyasi Institutunda sintez olunan 300 yeni fizioloji feal maddelerin canli orqanizmlerde antioksidant aktivliyi ferqli enzim ve onlarin izoformalari uzerinde inhibitor tesirleri Italiyanin Florensiya Universiteti ve Turkiyenin Ataturk ve Bartin Universitetinde tedqiq edilmis ve yuksek tesire malik olmalari mueyyen edilmisdir Tedqiq olunan maddeler muasir tebabetin en aktual xestelikleri olan bedxasseli sis xerceng sekerli diabet qlaukoma Alzheimer yaddasitme agil zeifliyi qlobal xesteliklere sebeb olan pataloji proseslere potensila derman maddesi tesiri gosterirler Tedqiq olunan birlesmelerin bezileri standart derman kimi tetbiq olunan tokoferol ve a troloks preparatlarina nisbeten 10 defe yuksek tesire malikdir Son 5 ilde yerine yetirilen tedqiqatlar neticesinde elde edilen muhum elmi neticeler Web of Science Scopus bazalarinda arxivlesen Springer Elsevier Taylor amp Francis ve Wiley nesriyatlarinin impakt faktoru yuksek olan nufuzlu jurnallarinda Arabian Journal of Chemistry IF 6 212 Bioorganic Chemistry IF 5 275 Journal of enzyme inhibition and medicinal chemistry IF 5 051 Archiv der pharmazie IF 4 613 Applied Organometallic Chemistry IF 4 105 Polycyclic Aromatic Compounds IF 3 744 Journal of Biochemical and Molecular Toxicology IF 3 642 Journal of biomolecular structure and dynamics IF 4 4 Journal Molecular Stucture IF 3 196 Polyhedron IF 3 052 Chemistry amp Biodiversity IF 2 408 Macromolecular Research IF 2 4 ChemistrySelect IF 2 307 Journal of molecular modeling IF 2 172 Iranian Journal of Chemistry and Chemical Engineering IF 1 903 Russian Journal of Applied Chemistry IF 0 869 Organic Communications IF 0 683 Acta Crystallographica Section E Crystallographic Communications IF 0 646 derc olunub Hazirda bu tedqiqat qruplari ile dunya elminde en son yeniliklerden biri sayilan ayri ayri enzim izoenzimler uzre molekulyar dokinq tedqiqatlara baslanilmis ve olkemizde biouzvi kimya sahesinde yeni bir tedqiqat istiqameti mueyyenlesdirilmisdir Pedaqoji ve diger fealiyyetiEfsun Sucayev 2016 ci ilden AMEA Asqarlar Kimyasi Institutunda magistratura pillesinde Uzvi kimya 2022 ci ilden ise Baki Dovlet Universitetinin Kimya muhendisliyi ixtisasi uzre magistrlere Agir neft xammali emali Neft ve qazin kompleks emalinin elmi esaslari ve Neft ve qaz emalinin ekoloji problemleri fennlerinden muhazire ve laboratoriya derslerini kecir onlarin diplom islerine rehberlik edir Elmi rehberliyi altinda 4 magistr mudafie etmisdir Hazirda elmler doktorlugu uzre 2 felsefe doktorlugu uzre 3 doktorant ve dissertantin 2 magistrantin elmi rehberliyi davam edir E Sucayev 2017 2018 ci illerde Azerbaycan Respublikasinin Prezidenti yaninda Bilik Fondunun Bilik gunu ile elaqedar olaraq respublikanin muxtelif rayonlarinda Lenkeran Ismayilli Lerik yerlesen umumtehsil orta mekteblerin sagirdleri ucun vetenperverlik movzusunda teskil etdiyi seminarlarda muhazireler oxuyub Beynelxalq elmi fealiyyeti2014 2015 ci illerde Turkiyenin Orta Dogu Texnik Hacetepe Istanbul Texniki Ataturk ve Bartin universitetlerinde Belarusun Qomel seherinde yerlesen Bioaktiv maddelerin biokimyasi Institutunda tecrube kecmisdir Efsun Sucayev 2016 ci ilde Moskvada kecirilen MDB Elm Forumu nda 2021 ci ilde Almaniyanin Marburq Universiteti EurJOC ve ChemBioChem beynelxalq kimya elmi cemiyyetlerinin birge teskilatciligi ile kecirilmis 15 ci Alman Peptid onlayn simpoziumunda Turkiyenin Ataturk Universitetinin teskilatciligi ile kecirilen 1 ci Beynelxalq Tebiet Elmleri Konqresinde ICNAS 20211 o cumleden bir sira yerli konfrans ve elmi simpoziumlarda plenar iclaslarda meruzelerle cixis etmisdir Efsun Sucayev 2022 ci ilde Turkiyenin Bartin Universitetinde elmi ezamiyyetde oldugu zaman Fen fakultesinin teskil etdiyi Bilim sohbetleri nde Muxtelif meqsedler ucun yeni uzvi birlesmelerin sintezi ve tetbiq sahelerinin mueyyenlesdirilmesi movzusunda maraqli teqdimatla cixis etmisdir Efsun Sucayev bir cox nufuzlu xarici jurnallarin Bio organic chemistry Journal heterocyclic chemistry Molecular diversity Journal organometallic chemistry Biomolecular structure and dynamics Journal Molecular Structure ChemistrySelect Medicinal Chemistry Research Current Organic Chemistry ve Park Dergi beynelxalq reycisidir Elmi teskilati fealiyyetiEfsun Sucayev elmi fealiyyetle yanasi elmi teskilatciliq isleri de yerine yetirir O Azerbaycan Respublikasi Prezidenti yaninda Ali Attestasiya Komissiyasinin Ekspert Komissiyasinin uzvu Baki Muhendislik Universiteti Dovlet Imtahan ve Buraxilis Attestasiya Komisiyasinin sedri Dovlet Imtahan Merkezinde imtahan rehberi Azerbaycan Standartlasdirma Institutu PHS nin nezdinde fealiyyet gosteren Asqarlar surtku yaglari surtkuler ve xususi mayeler uzre Texniki Komitenin TK34 ve Asqarlar Kimyasi Institutunun Elmi Surasinin sedr muavinidir O Turkiyenin Park Dergi jurnalinin redaksiya heyetinin uzvudur Ictimai fealiyyetiEfsun Sucayev telebelik illerinden ictimai fealliq numayis etdirirdi O Gence Dovlet Universitetinin kimya fakultesinin Telebe elmi cemiyyetinin uzvu sonra ise sedri olmusdur Hemcinin 2013 2020 ci illerde AMEA Genc Alim ve Mutexessisler Surasinin Idare Heyetinin uzvu ve eyni zaman da Asqarlar Kimyasi Institutunun Genc Alim ve Mutexessisler Surasinin sedri olmusdur Yeni Azerbaycan Partiyasinin VII qurultayinda 5 mart 2021 ci il YAP Idare Heyetinin uzvu secilib Mukafatlari Akademik Eli Quliyev mukafati 2014 Web of Science Awards 2018 Top Sited Article in Wiley 2018 2019 2020 Elmde Zefer Mukafati 2021 2021 Istinadda rekord 2023 Azerbaycan Respublikasi Prezidenti Ilham Eliyevin 2024 cu il 02 fevral tarixli 4289 sayli serencami ile elmi ve ictimai siyasi sahede semereli fealiyyetine gore Heyder Eliyevin 100 illiyi 1923 2023 yubiley medali ile teltif olunub 27 may 2024 cu ilde Azerbaycan Prezidenti Ilham Eliyevin serencami ile Texnika sahesi uzre Azerbaycan Respublikasinin Dovlet Mukafati ile teltif olunub Elmi eserleriUmumilikde 172 elmi eseri cap olunmusdur onlardan 2 i monoqrafiya 10 Azerbaycan Respublikasi Patenti 80 meqale qalanlari konfrans material tezisdir Meqalelerin 60 i Web of Science ve Scopus elmi bazalarina daxil olan yuksek resenziyali xarici jurnallarda cap edilmisdir Google Scholar Citations ve ResearchGate qlobal informasiya sebekelerinden goturulen melumatlara gore tedqiqat sahesi uzre muxtelif beynelxalq elektron sistemlerine daxil olmus elmi eserlerine 1675 istinad edilmisdir H indexi 23 dur Kitablari Afsun Sujayev Canli orqanizmlerin bezi patoloji proseslerinin yeni nesil inhibitorlari Elm 2023 272s Afsun Sujayev Emin Garibov Some New Approaches in Synthesis of Physiologically Active Substances Lambert Academic Publishing Germany 2016 55 p Afsun Sujayev Parham Taslimi Vagif Farzaliyev Nastaran Sadeghian Zeynep Karaoglan Ilhami Gulcin Bioactivity of N substituted cyclic derivatives of thiourea and phenylthiourea from simplicity Developments in scientific research II International Publishing House Chapter III 2024 p 57 79 Patentleri E R Sucayev M E Allahverdiyev Y C Seferov 1 2 anilino 1 metiletil tiokarbamid surtku yaglarina tesir eden antimikrob asqar kimi Az SMPDK nin ixtiralar faydali modeller senaye numuneleri resmi bulleten I 2010 0039 3 2009 V M Ferzeliyev Z T Israfilova L N Eliyeva E E Qedirov E R Sucayev N 1 fenilsulfonil 2 propoksikarbonil 3 tiosianato 4 6 dimetil piperidin sintetik surtku yaglarina coxfunksiyali asqar kimi I 2022 0100 30 12 2022 N N Novotorjina E R Sucayev Q A Qehremanova M R Seferova I P Ismayilov Y S Mustafayeva Dioksibutil bor oksimetilbutilksantogenat surtku yaglarina siyrilmeye qarsi asqar kimi I 2023 00048 12 06 2023 N N Novotorjina E R Sucayev Q A Qehremanova M R Seferova I P Ismayilov Y S Mustafayeva 2 2 dimetil 4 metilen 1 3 dioksalan benzil disulfid transmissiya yaglarina siyrilmeye qarsi asqar kimi I 2023 00046 12 06 2023 N N Novotorjina E R Sucayev Q A Qehremanova M R Seferova B I Musayeva I P Ismayilov Y S Mustafayeva 2 2 dimetil 4 metilen 1 3 dioksalan allil disulfid transmissiya yaglarina siyrilmeye qarsi asqar kimi I 2023 00051 12 06 2023 E R Sucayev S K Kazimzade N N Novotorjina Q A Qehremanova M R Seferova I P Ismayilov Y S Mustafayeva Toluolsulfoallilksantogenat surtku yaglarina siyrilmeye qarsi asqar kimi I 2023 00079 30 10 2023 N N Novotorjina E R Sucayev A X Memmedova S K Kazimzade Q A Qehremanova M R Seferova I P Ismayilov Y S Mustafayeva Toluolsulfometilksantogenat transmissiya yaglarina siyrilmeye qarsi asqar kimi I 2023 00065 28 09 2023 V M Ferzeliyev H E Cavadova E R Sucayev E M Ceferov I I Kazimov A G Eliyev M I Kazimov I E Ceferov M E Memmedov E A Veliyev F T Mahmudov Mazut esasinda alinan qaliq yanacaqlarinin ozluluk ve asagi temperatur xasselerini yaxsilasdiran elave I 2023 0090 01 12 2023 V M Ferzeliyev H E Cavadova E R Sucayev V B Abbasov S T Rustemov Xususi teyinatli texnikanin dizel muherriki ucun butun movsumlerde isleyen motor yagi I 2023 0094 26 12 2023Istinadlar Arxivlenmis suret 2021 02 10 tarixinde Istifade tarixi 2021 03 11