Bu məqaləni lazımdır. |
İntellekt (ing. intelligence ~ ru. интеллект, интеллектуальный ~ tr. zeka, zeki) İntellekt sözü Latın mənşəlidir: intellectus – başa düşmə, intellegere – başa düşmək, inter – arasında, legere – seçmək. 1. Kompüterin aparat vasitələrinə aid işlədildikdə: informasiyanı emal etmək bacarığı. İntellektuallıq bütün kompüterlərin və özlərinin verilənləri emal edən vasitələri olan periferiya qurğularının xüsusiyyətdir. İntellektual olmayan qurğu, necə deyərlər, "düşüncəsiz" olur, məsələn, böyük kompüterlə bağlı olan giriş-çıxış monitoru verilənləri daxil edə və onları çıxara bilir, ancaq informasiyanı sərbəst emal edə bilmir. 2. Proqram təminatına aid işlədildikdə: sistemin durumunu izləmək və arzu olunan nəticəni almaq üçün proqramın müvafiq əməliyyatlar yaratmaq bacarığı. Məsələn, diskdən oxunan verilənləri gözləyən proqram həmin zaman başqa məsələni yerinə yetirməklə, bütövlükdə sistemin məhsuldarlığını yüksəltmiş olur. 3. Mühakimə və məntiq sahəsində: intellektuallıq, proqramın insan düşüncəsini modelləşdirmək bacarığıdır və ya maşının (məsələn, robotun) ətrafda baş verən dəyişikliklərə uyğun reaksiya vermək bacarığıdır.
Müxtəlif mənbələrdə intellekt anlayışının tərifi
İntellekt anlayışının ümumi qəbul olunmuş tərifi hələ yoxdur. Bu qabiliyyət tədqiqatçılar tərəfindən fərqli şəkildə təsvir və izah edilir.
Oxford Dictionary of Psychology intelligence məqaləsini belə başlayır:"İntellekt koqnitiv (zehni, əqli) qabiliyyətdir." Lüğət məqaləni Amerika psixoloqu D. Wechslerin 1944-cü ildə intellektə verdiyi təriflə davam etdirir: "individualın, məqsədyönlü hərəkət etmək, rasional düşünmək və ətraf mühitlə effektiv rəftar etməsindən ibarət məcmu və ya qlobal qabiliyyətidir"
Amerika psixoloqu R. Sternberg intellekti, real mühitə uyğunlaşmaq, bu mühitdə seçim etmək və onu formalaşdırmaqdan ibarət mental fəaliyyət hesab edir.
Azərbaycan Sovet Ensiklopediyasında intellekt məqaləsi beıə başlayır: "(lat. intellectus – idrak, düşüncə, anlayış) – cisim və hadisələr arasındakı əlaqə və münasibətləri dərk edərək, insanın öz davranışını şəraitin tələbinə uyğun surətdə dəyişdirmək qabiliyyəti. İntellekt fəal və mürəkkəb idrak əməliyyatı sistemi olub, yalnız həll edilən məsələlərin mürəkkəbliyi ilə deyil, insan fəaliyyətinin istiqaməti, təhrik və motivlərin xarakteri ilə müəyyən olunur."
İnsan intellektinin öyrənilməsinin erkən tarixi
İngilis polimat (müxtəlif sahələrdə geniş biliklərə malik adam), antropoloq, tədqiqatçı, psixometrik və statistiki (qalton oxunur) dövrünün qabaqcıl adamlarının bioqrafiyalarını araşdıraraq qabiliyyətlərin irsən keçməsini öyrənən tədqiqat apardı. Bu tədqiqatı o 1869-cu ildə Hereditary Genius kitabında təsvir etdi. Bir neçə il sonra Galton öyrəndiyi sahəyə aid sorğu tərtib etdi və onu Kral Cəmiyyətinə (Royal Society) daxil olan elm adamlarına göndərdi. Bu sorğu ilə o müəyyənləşdirməyə çalışdı ki, onun respondentlərinin ailələrinə aid cəhətlərilə (dünyaya gəlmə sırası, məşğuliyyət, irq) onların elmə maraqları arasında əlaqə varmı. Galton bu araşdırmaları 1874-cü ildə, English men of science: their nature and nurture kitabında nəşr etdirdi. Bu tədqiqatla o, şəxsiyyətin formalaşmasında irsiliyin və ya ətraf mühitin daha mühüm rol oynaması sualını (nature versus nurture) ortaya qoymuş oldu. Bundan başqa Galton ilk olaraq müxtəlif fiziki və mental göstəricilər arasında korrelyasiyanı ölçdü (1888). İntellektin öyrənilməsinin Galtonun bu tədqiqatları ilə başladığı hesab edilir. Galton ilk olaraq nümayiş etdirdi ki, Laplace-Gauss paylanması (normal paylanma) insanın psixoloji xüsusiyyətlərinə, o cümlədən də intellektə tətbiq oluna bilər.
1904-cü ildə Fransız hökuməti inkişafda gecikmiş uşaqların təhsili üçün plan hazırladı və bu iş üçün psixoloqlardan ibarət komisiya təyin etdi. Komisiyaya tapşırıldı ki, belə uşaqları müəyyənləşdirmək üçün mexanizm hazırlasın. Bu komisiyanın üzvü olan Fransız psixoloqu Alfred Binet (bine oxunur) öz həmkarı T. Simon ilə birlikdə uşaqların qabiliyyətlərini müəyyənləşdirən, indi Binet-Simon şkalası adlanan testi hazırladı. Bu test sonradan Binet və Simon tərəfindən dəfələrlə təkmilləşdirildi.
İngilis psixoloqu, faktor analizin müəllifi Charles Spearman 1904-cü ildə ümumi intellekt (general intelligence factor və ya g factor) ideyasını təklif etdi. Spearman mental testləri yerinə yetirmiş uşaqların nəticələrini gözdən keçirərkən müşahidə etdi ki, hər uşağın nəticəsini iki faktor istiqamətində bölmək olar. Bu faktorlardan biri həmin uşağın yerinə yetirdiyi müxtəlif sahələrə aid testlərdə eyni qalır, Spearman bunu g faktor adlandırdı. Digər faktor testdən testə dəyişirdi və Spearman bunu spesifik faktor adlandırdı.
1939-cu ildə Amerika psixoloqu David Wechsler müasirləşdirilmiş intellekt testini (Wechsler Adult Intelligence Scale – WAIS) yaratdı. Əsasında Binet-Simon şkalası duran Wechsler testi intellektin qiymətləndirilməsinə bir çox yeniliklər gətirdi.
1930-cu illərdə digər bir Amerika psixoloqu Louis Leon Thurstone əvvəlki intellekt nəzəriyyələrindən daha fərqli olan Əsas Mental Qabiliyyətlər Teoriyasını yaratdı. O, intellekt testlərindən və bir qədər dəyişdiyi faktor analizdən istifadə edərək sübut etməyə çalışdı ki, intellekt yeddi əsas qabiliyyət vasitəsilə üzə çıxır: nitq səlisliyi, deyiləni dərk etmək, obrazları fəzada təsəvvür etmək, ədədlərlə işləmək, assosiativ yaddaş, mühakimə, qavrama sürəti. Onun ideyaları sonrakı çoxtərəfli intellekt nəzəriyyələri üçün əsas oldu.
İntellektə aid müasir nəzəriyyələr
Maye və kristallaşmış intellekt (Fluid and crystallized intelligence)
Amerika psixoloqu Raymond Cattel C. Spearmanın elmi fəaliyyətinin təsiri ilə insan intellektini tədqiq etməyə başladı. O Spearmanın ideyasını davam etdirərək 1960-cı illərdə belə nəticəyə gəldi ki, ümumi intellekt iki faktordan ibarətdir. Bu faktorları Cattel maye (fluid) və kristallaşmış (crystallized) intellekt adlandırdı. (Gf – General fluid intelligence və Gc – General crystallized intelligence kimi işarə edilir.)
Cattellə görə maye intellekt əvvəlki təcrübələrdən asılı olmadan, obyektlər arasında münasibətləri dərk etmək qabiliyyətidir. Kristallaşmış intellekt isə əvvəllər əldə edilmiş təcrübələrə əsaslanaraq məsələləri həll etmək bacarığıdır. Beləliklə obyektlər arasında əlaqənin kəşf edilməsi, baş verən hadisələrdə qanunauyğunluğun aşkarlanması, məsələlərin yeni həll yollarının tapılması maye intellektlə əlaqədardır. Əldə edilmiş biliklərin tətbiqi isə kristallaşmış intellekt ilə bağlıdır.
Nəzəriyyənin müəllifinin və onun davamçılarının fikrincə maye intellekt erkən gəncliyə qədər inkişaf edir və sonra onun səviyyəsi enməyə başlayır. Kristallaşmış intellekt isə orta yaşlara qədər artır, bir müddət sabit qalır və tədricən azalmağa başlayır.
Çoxtərəfli intellekt (multiple intelligence)
Amerika psixoloqu Howard Gardner tərəfindən 1983-cü ildə təklif edilən çoxtərəfli intellekt (multiple intelligence) nəzəriyyəsinə görə bütün insanlar eyni tipli intellektə malik olmurlar. Hər bir fərd fərqli sahələrdə başqalarından daha üstün intellektə malik ola bilər.
Howard Gardner yeddi belə sahə müəyyənləşdirdi və onları aşağıdakı kimi təyin etdi:
- Bədən-kinestetik (Bodily-kinesthetic) intellekti bədənin və onun hissələrinin çevikliyi və qıvraqlığını, ətraflardan (əllər və ayaqlardan) müxtəlif işləri keyfiyyətlə yerinə yetirmək və yaradıcılıq üçün istifadə etmək qabiliyyətini əhatə edir;
- Vizual-fəza (Visual-spatial) intellekti fəzada obyektlərin bir birinə nəzərən vəziyyətlərini, yerləşməsini müəyyən etmək və yerdəyişmə zamanı yarana biləcək dəyişikliyi təyin etmək qabiliyyətindən, obrazları və şəkilləri aydın təsəvvür etmə bacarığından ibarətdir;
- Musiqi (Musical) intellekti səsin yüksəkliyini, tonunu, ritmini ayırd etmək, müxtəlif səslərdən kompozisiya yaratmaq, melodiyanı səsləndirmək qabiliyyəti kimi müəyyən edilir;
- Verbal-linqvistik (Verbal-linguistic) intellekt dilləri öyrənmək qabiliyyətindən, fikrini şifahi və yazılı şəkildə dəqiq ifadə etmək bacarığından ibarətdir;
- Məntiqi-riyazi (Logical-mathematical) intellekt problemləri məntiqi analiz etmə, elmi tədqiqat aparmaq qabiliyyətlərindən, riyazi əməliyyatları aparma bacarığından ibarətdir;
- İnterpersonal (Interpersonal) intellekt başqa insanları anlamaq, onların niyyətlərini, hisslərini başa düşməkdən ibarətdir;
- İntrapersonal (Intrapersonal) intellekt insanın özünü anlaması, öz hisslərini, istəklərini, ehtiyaclarını müəyyən edə bilməsindən ibarətdir;
Sonradan H. Gardner daha üç intellekt tipini siyahıya əlavə etdi. Bunlar aşağıdakılardan ibarətdir:
- Naturalist (Naturalistic) intellekt ətraf aləmi, təbiəti başa düşməkdən və onun qanunauyğunluqlarını anlamaqdan ibarətdir;
- Spiritual/Ekzistensial (Spiritual/Existential) intellekt həyatın mənasını aramaq, həyat və dinə aid suallara cavab tapmaq qabiliyyəti ilə əlaqədardır;
- Moral (Moral) intellekt başqa insanların maraqlarını nəzərə alaraq qərar qəbul etmək, gördüyü işlərə görə məsuliyyət daşıdığını anlamaq bacarığı ilə əlaqədardır.
H. Gardnerin fikrincə son iki tip intellektə aid dəqiq fikirlərə gəlmək üçün çox tədqiqat aparılmasına ehtiyac var.
Üçtipli intellekt (Triarchic Theory of Intelligence)
Amerika psixoloqu Robert J. Sternberg 1985-ci ildə üçtərəfli intellekt nəzəriyyəsini təklif etdi. Bu ideya əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Sternbergə görə intellekt üç istiqamətdə inkişaf etməlidir:
- analitik – insan aldığı informasiyanı analiz etməyi, müqayisə etməyi, qiymətləndirməyi bacarmalıdır;
- kreativ (yaradıcı) – insan yeni ideyalar verməyi, problemlərin yeni həllini tapmağı, fərz etməyi, kəşf etməyi bacarmalıdır;
- praktik – insan nəzəriyyələri tətbiq etməyi, öyrəndiklərindən praktik olaraq istifadə etməyi bilməlidir.
Sternberg hesab edir ki, müasir təhsil sistemi insanların ancaq bilikləri yadda saxlamaq və analiz etmək qabiliyyətlərini qiymətləndirir. Bu zaman yaradıcılıq və bilikləri praktikada tətbiq etmək qabiliyyəti diqqətdən kənarda qalır.
Emosional intellekt
Emosional intellekt anlayışı psixologiyaya H. Gardnerin, P. Saloveyin və J. Mayerin 1980-ci illərdə apardıqları tədqiqatlarla daxil oldu, lakin emosional intellekt nəzəriyyəsi Daniel Golemanın Emotional Intelligence (1995) adlı kitabının nəşrindən sonra populyarlaşdı. Ümumi şəkildə emosional intellekti H. Gardnerin nəzəriyyəsindəki interpersonal və intrapersonal intellektlərin cəmi kimi, başqa sözlə, insanın özünü və başqalarını başa düşmək qabiliyyəti kimi izah etmək olar.
Salovey və Mayerə görə emosional intellekt "özünün və başqalarının hisslərinə və emosiyalarına diqqət edərək onları bir birindən fərqləndirmək və bu informasiyadan istifadə edərək öz düşüncəsini və hərəkətlərini idarə etmək qabiliyyətidir."
D. Golemana görə emosional intellektə aşağıdakı sahələr daxildir:
- Özünü dərk etmə – öz emosiyalarını dərk etmə və onları qiymətləndirmə qabiliyyəti, özünə inam;
- Özünü idarə etmə – öz emosiyalarını idarə etmə, etibarlılıq, uyğunlaşa bilmək və optimist düşünə bilmək qabiliyyətləri;
- Sosial həssaslıq – empatiya, təşkilat daxilində başqalarına qarşı diqqətlilik;
- Münasibətlərin idarə edilməsi – ruhlandırıcı rəhbərlik, təsir etmə, başqalarının inkişafına səbəb olma, müsbət dəyişikliklərə səbəb olma, konfliktlərin idarə edilməsi, kollektiv iş görmə qabiliyyəti.
Cinslər arası intellektual fərqlər
Son illərdə aparılan tədqiqatlar deməyə əsas verir ki, qadın və kişilərdə vizual-fəza intellekti xarakterinə görə fərqlənir. Ümumiyyətlə intellektin bu tipində kişilər daha üstündürlər, lakin bu sahəyə aid müxtəlif xüsusuiyyətli tapşırıqlarda qadınlar və kişilər bir birindən daha üstün intellekt nümayiş etdirə bilirlər.
Verbal-linqvistik intellektdə üstünlük qadınlardadır. Nitq qabiliyyəti qadınlarda daha yaxşı inkişaf etmişdir, yazılı və şifahi ədəbiyyatla bağlı tapşırıqlarda onlar daha yüksək nəticələr göstərirlər. Kişilər arasında nitqlə və oxuma ilə bağlı çatışmazlıqlara daha tez tez rast gəlinir.
Son bir neçə on illikdə aparılan müşahidələr göstərir ki, ayrı-ayrı intellekt sahələrində qadın və kişilər arasındakı fərqlər bu iki qrup üçün tarixən müəyyənləşmiş məşğuliyyətlərlə bağlıdır. Ənənəvi olaraq kişi sahələri hesab edilən məşğuliyyətlərə qadınların getdikcə daha çox cəlb olunması bu iki qrup arasındakı intellekt fərqlərini azaldır.
UCL (University College London) Psixologiya fakültəsinin professoru A. Furnham IQ test nəticələrində cinsi fərqlərə aid 25 tədqiqatın nəticələrini analiz edərək belə bir fikrə gəldi ki, qadınlar öz intellektlərini həqiqətdə olduğundan aşağı qiymətləndirməyə meyillidirlər. Kişilər isə əksinə, öz beyin güclərini əslində olduğundan yuxarı qiymətləndirirlər. Kişilərdə sadəcə olaraq özünə inam daha yüksəkdir, o qeyd edir, "bu da intervyu və imtahan zamanı müsbət rol oynayır".
İntellektin ölçülməsi
İntellektin ölçülməsinin müxtəlif nəzəriyyələrə aid bir çox metodları var. Bunlardan ən çox istifadə olunan metod IQ (Intelligence quotient – intellekt koeffisenti) testləridir. Bu testlərə verbal-linqvistik, məntiqi-riyazi, vizual-fəza qabiliyyətlərinə aid tapşırıqlar daxil edilir. Müxtəlif ölkələrin universitetləri tərəfindən intellektin fərqli sahələrinə aid, emosional intellektə aid testlər yaradılmışdır.
Emosional intellektə aid testlərə müxtəlif affektləri təsvir edən və situasional suallar daxil edilir. Bu suallara cavablar "heç razı deyiləm…….tamamilə razıyam" şkalası üzrə verilir. Bu suallardan bəziləri aşağıdakılardan ibarətdir:
Mən narahat olanda bunun səbəbini müəyyənləşdirməkdə çətinlik çəkmirəm.
Emosional insanlar məndə narahatlıq yaradır.
Mən işi həmişə yaxşı görməyə çalışıram, hətta bunu heç kim görməsə belə.
Adamlar yaxşı iş görəndə mən buna görə onlara kompliment deyirəm.
Müasir intellekt nəzəriyyələrinin müəllifləri və bu sahədə çalışan tədqiqatçılar intellektin ölçülməsinin ənənəvi yollarını, xüsusilə də IQ testlərini gələcək individual uğurların əsas göstəricisi hesab edilməsinin əleyhinədirlər. Onların fikrincə bu testlər əsil intellekti ölçmürlər. 1980-ci illərdə aparılan tədqiqatlar göstərir ki, Braziliyalı küçə uşaqları özlərinin xırda biznesləri üçün tələb edilən riyazi əməliyyatları yaxşı bildikləri halda, məktəbdə oxşar tapşırıqları yerinə yetirə bilmirlər. Amerikada Kaliforniyalı evdar qadınlar supermarketdə müxtəlif ərzaqların qiymətlərini müqayisə etmək üçün asanlıqla riyazi hesablamalar apardıqları halda, eyni məsələləri kağız, qələmlə həll etməkdə çətinlik çəkirlər.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İstinadlar
- "Arxivlənmiş surət". 2016-01-13 tarixində . İstifadə tarixi: 2009-10-12.
- Colman, A. (2001). Oxford Dictionary of Psychology. Oxford. University Press
- Sternberg, R. J. (1985). Beyond IQ: A Triarchic Theory of Intelligence. Cambridge: Cambridge University Press.
- Azərbaycan Sovet Ensiklopediyası (1980) Bakı İV hissə
- Galton, http://www.indiana.edu/~intell/galton.shtml 2018-10-15 at the Wayback Machine
- Alfred Binet, http://www.indiana.edu/~intell/binet.shtml 2019-02-13 at the Wayback Machine
- Human Intelligence, http://www.psych.utoronto.ca/users/reingold/courses/intelligence/ 2019-06-01 at the Wayback Machine
- L. L. Thurstone http://www.indiana.edu/~intell/lthurstone.shtml 2020-02-19 at the Wayback Machine
- Gray, J. R., Kane, M. J. (2005). FLUID INTELLIGENCE In Neil J. Salkind (Ed.), The Encyclopedia of Human Development. Sage Publications.
- Cattell, R. B. (1963). Theory of fluid and crystallized intelligence: A critical experiment. Journal of EducationalPsychology
- The Theory of Multiple Intelligences by Lynn Gilman (Fall 2001) http://www.indiana.edu/~intell/mitheory.shtml 2012-11-25 at the Wayback Machine
- Multiple Intelligence Theory http://www.psych.utoronto.ca/users/reingold/courses/intelligence/cache/mi.htm 2016-12-22 at the Wayback Machine
- Howard Gardner's Multiple İntelligences http://www.businessballs.com/howardgardnermultipleintelligences.htm[ölü keçid]
- Educational Leadership Vol. 54, No. 6, March 1997 How Children Learn What Does It Mean to Be Smart? By Robert J. Sternberg http://www.psych.utoronto.ca/users/reingold/courses/intelligence/cache/sternext.html 2007-12-12 at the Wayback Machine
- Salovey, P. & Mayer, J. D. (1990). Emotional intelligence page 189.
- Daniel Goleman, Richard Boyatzis & Annie McKee, Primal Leadership (Harvard Business School Press, 2002)
- C. M Jones, S. Healy (2006). Differences in cue use and spatial memory in men and women. University of Edinburgh
- Neisser et al. (August 7, 1995). "Intelligence: Knowns and Unknowns". Board of Scientific Affairs of the American Psychological Association.
- Neisser et al. (August 7, 1995). "Intelligence: Knowns and Unknowns". Board of Scientific Affairs of the American Psychological Association.
- Intellectual dIfference between the sexes?, The Daily Telegraph, 15 January 2008, London
- Neisser et al. (August 7, 1995). "Intelligence: Knowns and Unknowns". Board of Scientific Affairs of the American Psychological Association.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu adin diger istifade formalari ucun bax Intellekt deqiqlesdirme Intellekt ing intelligence ru intellekt intellektualnyj tr zeka zeki Intellekt sozu Latin menselidir intellectus basa dusme intellegere basa dusmek inter arasinda legere secmek 1 Komputerin aparat vasitelerine aid isledildikde informasiyani emal etmek bacarigi Intellektualliq butun komputerlerin ve ozlerinin verilenleri emal eden vasiteleri olan periferiya qurgularinin xususiyyetdir Intellektual olmayan qurgu nece deyerler dusuncesiz olur meselen boyuk komputerle bagli olan giris cixis monitoru verilenleri daxil ede ve onlari cixara bilir ancaq informasiyani serbest emal ede bilmir 2 Proqram teminatina aid isledildikde sistemin durumunu izlemek ve arzu olunan neticeni almaq ucun proqramin muvafiq emeliyyatlar yaratmaq bacarigi Meselen diskden oxunan verilenleri gozleyen proqram hemin zaman basqa meseleni yerine yetirmekle butovlukde sistemin mehsuldarligini yukseltmis olur 3 Muhakime ve mentiq sahesinde intellektualliq proqramin insan dusuncesini modellesdirmek bacarigidir ve ya masinin meselen robotun etrafda bas veren deyisikliklere uygun reaksiya vermek bacarigidir Muxtelif menbelerde intellekt anlayisinin terifiIntellekt anlayisinin umumi qebul olunmus terifi hele yoxdur Bu qabiliyyet tedqiqatcilar terefinden ferqli sekilde tesvir ve izah edilir Oxford Dictionary of Psychology intelligence meqalesini bele baslayir Intellekt koqnitiv zehni eqli qabiliyyetdir Luget meqaleni Amerika psixoloqu D Wechslerin 1944 cu ilde intellekte verdiyi terifle davam etdirir individualin meqsedyonlu hereket etmek rasional dusunmek ve etraf muhitle effektiv reftar etmesinden ibaret mecmu ve ya qlobal qabiliyyetidir Amerika psixoloqu R Sternberg intellekti real muhite uygunlasmaq bu muhitde secim etmek ve onu formalasdirmaqdan ibaret mental fealiyyet hesab edir Azerbaycan Sovet Ensiklopediyasinda intellekt meqalesi beie baslayir lat intellectus idrak dusunce anlayis cisim ve hadiseler arasindaki elaqe ve munasibetleri derk ederek insanin oz davranisini seraitin telebine uygun suretde deyisdirmek qabiliyyeti Intellekt feal ve murekkeb idrak emeliyyati sistemi olub yalniz hell edilen meselelerin murekkebliyi ile deyil insan fealiyyetinin istiqameti tehrik ve motivlerin xarakteri ile mueyyen olunur Insan intellektinin oyrenilmesinin erken tarixiIngilis polimat muxtelif sahelerde genis biliklere malik adam antropoloq tedqiqatci psixometrik ve statistiki qalton oxunur dovrunun qabaqcil adamlarinin bioqrafiyalarini arasdiraraq qabiliyyetlerin irsen kecmesini oyrenen tedqiqat apardi Bu tedqiqati o 1869 cu ilde Hereditary Genius kitabinda tesvir etdi Bir nece il sonra Galton oyrendiyi saheye aid sorgu tertib etdi ve onu Kral Cemiyyetine Royal Society daxil olan elm adamlarina gonderdi Bu sorgu ile o mueyyenlesdirmeye calisdi ki onun respondentlerinin ailelerine aid cehetlerile dunyaya gelme sirasi mesguliyyet irq onlarin elme maraqlari arasinda elaqe varmi Galton bu arasdirmalari 1874 cu ilde English men of science their nature and nurture kitabinda nesr etdirdi Bu tedqiqatla o sexsiyyetin formalasmasinda irsiliyin ve ya etraf muhitin daha muhum rol oynamasi sualini nature versus nurture ortaya qoymus oldu Bundan basqa Galton ilk olaraq muxtelif fiziki ve mental gostericiler arasinda korrelyasiyani olcdu 1888 Intellektin oyrenilmesinin Galtonun bu tedqiqatlari ile basladigi hesab edilir Galton ilk olaraq numayis etdirdi ki Laplace Gauss paylanmasi normal paylanma insanin psixoloji xususiyyetlerine o cumleden de intellekte tetbiq oluna biler 1904 cu ilde Fransiz hokumeti inkisafda gecikmis usaqlarin tehsili ucun plan hazirladi ve bu is ucun psixoloqlardan ibaret komisiya teyin etdi Komisiyaya tapsirildi ki bele usaqlari mueyyenlesdirmek ucun mexanizm hazirlasin Bu komisiyanin uzvu olan Fransiz psixoloqu Alfred Binet bine oxunur oz hemkari T Simon ile birlikde usaqlarin qabiliyyetlerini mueyyenlesdiren indi Binet Simon skalasi adlanan testi hazirladi Bu test sonradan Binet ve Simon terefinden defelerle tekmillesdirildi Ingilis psixoloqu faktor analizin muellifi Charles Spearman 1904 cu ilde umumi intellekt general intelligence factor ve ya g factor ideyasini teklif etdi Spearman mental testleri yerine yetirmis usaqlarin neticelerini gozden kecirerken musahide etdi ki her usagin neticesini iki faktor istiqametinde bolmek olar Bu faktorlardan biri hemin usagin yerine yetirdiyi muxtelif sahelere aid testlerde eyni qalir Spearman bunu g faktor adlandirdi Diger faktor testden teste deyisirdi ve Spearman bunu spesifik faktor adlandirdi 1939 cu ilde Amerika psixoloqu David Wechsler muasirlesdirilmis intellekt testini Wechsler Adult Intelligence Scale WAIS yaratdi Esasinda Binet Simon skalasi duran Wechsler testi intellektin qiymetlendirilmesine bir cox yenilikler getirdi 1930 cu illerde diger bir Amerika psixoloqu Louis Leon Thurstone evvelki intellekt nezeriyyelerinden daha ferqli olan Esas Mental Qabiliyyetler Teoriyasini yaratdi O intellekt testlerinden ve bir qeder deyisdiyi faktor analizden istifade ederek subut etmeye calisdi ki intellekt yeddi esas qabiliyyet vasitesile uze cixir nitq selisliyi deyileni derk etmek obrazlari fezada tesevvur etmek ededlerle islemek assosiativ yaddas muhakime qavrama sureti Onun ideyalari sonraki coxterefli intellekt nezeriyyeleri ucun esas oldu Intellekte aid muasir nezeriyyelerMaye ve kristallasmis intellekt Fluid and crystallized intelligence Amerika psixoloqu Raymond Cattel C Spearmanin elmi fealiyyetinin tesiri ile insan intellektini tedqiq etmeye basladi O Spearmanin ideyasini davam etdirerek 1960 ci illerde bele neticeye geldi ki umumi intellekt iki faktordan ibaretdir Bu faktorlari Cattel maye fluid ve kristallasmis crystallized intellekt adlandirdi Gf General fluid intelligence ve Gc General crystallized intelligence kimi isare edilir Cattelle gore maye intellekt evvelki tecrubelerden asili olmadan obyektler arasinda munasibetleri derk etmek qabiliyyetidir Kristallasmis intellekt ise evveller elde edilmis tecrubelere esaslanaraq meseleleri hell etmek bacarigidir Belelikle obyektler arasinda elaqenin kesf edilmesi bas veren hadiselerde qanunauygunlugun askarlanmasi meselelerin yeni hell yollarinin tapilmasi maye intellektle elaqedardir Elde edilmis biliklerin tetbiqi ise kristallasmis intellekt ile baglidir Nezeriyyenin muellifinin ve onun davamcilarinin fikrince maye intellekt erken gencliye qeder inkisaf edir ve sonra onun seviyyesi enmeye baslayir Kristallasmis intellekt ise orta yaslara qeder artir bir muddet sabit qalir ve tedricen azalmaga baslayir Coxterefli intellekt multiple intelligence Amerika psixoloqu Howard Gardner terefinden 1983 cu ilde teklif edilen coxterefli intellekt multiple intelligence nezeriyyesine gore butun insanlar eyni tipli intellekte malik olmurlar Her bir ferd ferqli sahelerde basqalarindan daha ustun intellekte malik ola biler Howard Gardner yeddi bele sahe mueyyenlesdirdi ve onlari asagidaki kimi teyin etdi Beden kinestetik Bodily kinesthetic intellekti bedenin ve onun hisselerinin cevikliyi ve qivraqligini etraflardan eller ve ayaqlardan muxtelif isleri keyfiyyetle yerine yetirmek ve yaradiciliq ucun istifade etmek qabiliyyetini ehate edir Vizual feza Visual spatial intellekti fezada obyektlerin bir birine nezeren veziyyetlerini yerlesmesini mueyyen etmek ve yerdeyisme zamani yarana bilecek deyisikliyi teyin etmek qabiliyyetinden obrazlari ve sekilleri aydin tesevvur etme bacarigindan ibaretdir Musiqi Musical intellekti sesin yuksekliyini tonunu ritmini ayird etmek muxtelif seslerden kompozisiya yaratmaq melodiyani seslendirmek qabiliyyeti kimi mueyyen edilir Verbal linqvistik Verbal linguistic intellekt dilleri oyrenmek qabiliyyetinden fikrini sifahi ve yazili sekilde deqiq ifade etmek bacarigindan ibaretdir Mentiqi riyazi Logical mathematical intellekt problemleri mentiqi analiz etme elmi tedqiqat aparmaq qabiliyyetlerinden riyazi emeliyyatlari aparma bacarigindan ibaretdir Interpersonal Interpersonal intellekt basqa insanlari anlamaq onlarin niyyetlerini hisslerini basa dusmekden ibaretdir Intrapersonal Intrapersonal intellekt insanin ozunu anlamasi oz hisslerini isteklerini ehtiyaclarini mueyyen ede bilmesinden ibaretdir Sonradan H Gardner daha uc intellekt tipini siyahiya elave etdi Bunlar asagidakilardan ibaretdir Naturalist Naturalistic intellekt etraf alemi tebieti basa dusmekden ve onun qanunauygunluqlarini anlamaqdan ibaretdir Spiritual Ekzistensial Spiritual Existential intellekt heyatin menasini aramaq heyat ve dine aid suallara cavab tapmaq qabiliyyeti ile elaqedardir Moral Moral intellekt basqa insanlarin maraqlarini nezere alaraq qerar qebul etmek gorduyu islere gore mesuliyyet dasidigini anlamaq bacarigi ile elaqedardir H Gardnerin fikrince son iki tip intellekte aid deqiq fikirlere gelmek ucun cox tedqiqat aparilmasina ehtiyac var Uctipli intellekt Triarchic Theory of Intelligence Amerika psixoloqu Robert J Sternberg 1985 ci ilde ucterefli intellekt nezeriyyesini teklif etdi Bu ideya evvelkilerden ehemiyyetli derecede ferqlenirdi Sternberge gore intellekt uc istiqametde inkisaf etmelidir analitik insan aldigi informasiyani analiz etmeyi muqayise etmeyi qiymetlendirmeyi bacarmalidir kreativ yaradici insan yeni ideyalar vermeyi problemlerin yeni hellini tapmagi ferz etmeyi kesf etmeyi bacarmalidir praktik insan nezeriyyeleri tetbiq etmeyi oyrendiklerinden praktik olaraq istifade etmeyi bilmelidir Sternberg hesab edir ki muasir tehsil sistemi insanlarin ancaq bilikleri yadda saxlamaq ve analiz etmek qabiliyyetlerini qiymetlendirir Bu zaman yaradiciliq ve bilikleri praktikada tetbiq etmek qabiliyyeti diqqetden kenarda qalir Emosional intellekt Emosional intellekt anlayisi psixologiyaya H Gardnerin P Saloveyin ve J Mayerin 1980 ci illerde apardiqlari tedqiqatlarla daxil oldu lakin emosional intellekt nezeriyyesi Daniel Golemanin Emotional Intelligence 1995 adli kitabinin nesrinden sonra populyarlasdi Umumi sekilde emosional intellekti H Gardnerin nezeriyyesindeki interpersonal ve intrapersonal intellektlerin cemi kimi basqa sozle insanin ozunu ve basqalarini basa dusmek qabiliyyeti kimi izah etmek olar Salovey ve Mayere gore emosional intellekt ozunun ve basqalarinin hisslerine ve emosiyalarina diqqet ederek onlari bir birinden ferqlendirmek ve bu informasiyadan istifade ederek oz dusuncesini ve hereketlerini idare etmek qabiliyyetidir D Golemana gore emosional intellekte asagidaki saheler daxildir Ozunu derk etme oz emosiyalarini derk etme ve onlari qiymetlendirme qabiliyyeti ozune inam Ozunu idare etme oz emosiyalarini idare etme etibarliliq uygunlasa bilmek ve optimist dusune bilmek qabiliyyetleri Sosial hessasliq empatiya teskilat daxilinde basqalarina qarsi diqqetlilik Munasibetlerin idare edilmesi ruhlandirici rehberlik tesir etme basqalarinin inkisafina sebeb olma musbet deyisikliklere sebeb olma konfliktlerin idare edilmesi kollektiv is gorme qabiliyyeti Cinsler arasi intellektual ferqlerSon illerde aparilan tedqiqatlar demeye esas verir ki qadin ve kisilerde vizual feza intellekti xarakterine gore ferqlenir Umumiyyetle intellektin bu tipinde kisiler daha ustundurler lakin bu saheye aid muxtelif xususuiyyetli tapsiriqlarda qadinlar ve kisiler bir birinden daha ustun intellekt numayis etdire bilirler Verbal linqvistik intellektde ustunluk qadinlardadir Nitq qabiliyyeti qadinlarda daha yaxsi inkisaf etmisdir yazili ve sifahi edebiyyatla bagli tapsiriqlarda onlar daha yuksek neticeler gosterirler Kisiler arasinda nitqle ve oxuma ile bagli catismazliqlara daha tez tez rast gelinir Son bir nece on illikde aparilan musahideler gosterir ki ayri ayri intellekt sahelerinde qadin ve kisiler arasindaki ferqler bu iki qrup ucun tarixen mueyyenlesmis mesguliyyetlerle baglidir Enenevi olaraq kisi saheleri hesab edilen mesguliyyetlere qadinlarin getdikce daha cox celb olunmasi bu iki qrup arasindaki intellekt ferqlerini azaldir UCL University College London Psixologiya fakultesinin professoru A Furnham IQ test neticelerinde cinsi ferqlere aid 25 tedqiqatin neticelerini analiz ederek bele bir fikre geldi ki qadinlar oz intellektlerini heqiqetde oldugundan asagi qiymetlendirmeye meyillidirler Kisiler ise eksine oz beyin guclerini eslinde oldugundan yuxari qiymetlendirirler Kisilerde sadece olaraq ozune inam daha yuksekdir o qeyd edir bu da intervyu ve imtahan zamani musbet rol oynayir Intellektin olculmesiIntellektin olculmesinin muxtelif nezeriyyelere aid bir cox metodlari var Bunlardan en cox istifade olunan metod IQ Intelligence quotient intellekt koeffisenti testleridir Bu testlere verbal linqvistik mentiqi riyazi vizual feza qabiliyyetlerine aid tapsiriqlar daxil edilir Muxtelif olkelerin universitetleri terefinden intellektin ferqli sahelerine aid emosional intellekte aid testler yaradilmisdir Emosional intellekte aid testlere muxtelif affektleri tesvir eden ve situasional suallar daxil edilir Bu suallara cavablar hec razi deyilem tamamile raziyam skalasi uzre verilir Bu suallardan bezileri asagidakilardan ibaretdir Men narahat olanda bunun sebebini mueyyenlesdirmekde cetinlik cekmirem Emosional insanlar mende narahatliq yaradir Men isi hemise yaxsi gormeye calisiram hetta bunu hec kim gormese bele Adamlar yaxsi is gorende men buna gore onlara kompliment deyirem Muasir intellekt nezeriyyelerinin muellifleri ve bu sahede calisan tedqiqatcilar intellektin olculmesinin enenevi yollarini xususile de IQ testlerini gelecek individual ugurlarin esas gostericisi hesab edilmesinin eleyhinedirler Onlarin fikrince bu testler esil intellekti olcmurler 1980 ci illerde aparilan tedqiqatlar gosterir ki Braziliyali kuce usaqlari ozlerinin xirda biznesleri ucun teleb edilen riyazi emeliyyatlari yaxsi bildikleri halda mektebde oxsar tapsiriqlari yerine yetire bilmirler Amerikada Kaliforniyali evdar qadinlar supermarketde muxtelif erzaqlarin qiymetlerini muqayise etmek ucun asanliqla riyazi hesablamalar apardiqlari halda eyni meseleleri kagiz qelemle hell etmekde cetinlik cekirler EdebiyyatIsmayil Calalli Sadiqov Informatika terminlerinin izahli lugeti 2017 Baki nesriyyati 996 s Istinadlar Arxivlenmis suret 2016 01 13 tarixinde Istifade tarixi 2009 10 12 Colman A 2001 Oxford Dictionary of Psychology Oxford University Press Sternberg R J 1985 Beyond IQ A Triarchic Theory of Intelligence Cambridge Cambridge University Press Azerbaycan Sovet Ensiklopediyasi 1980 Baki IV hisse Galton http www indiana edu intell galton shtml 2018 10 15 at the Wayback Machine Alfred Binet http www indiana edu intell binet shtml 2019 02 13 at the Wayback Machine Human Intelligence http www psych utoronto ca users reingold courses intelligence 2019 06 01 at the Wayback Machine L L Thurstone http www indiana edu intell lthurstone shtml 2020 02 19 at the Wayback Machine Gray J R Kane M J 2005 FLUID INTELLIGENCE In Neil J Salkind Ed The Encyclopedia of Human Development Sage Publications Cattell R B 1963 Theory of fluid and crystallized intelligence A critical experiment Journal of EducationalPsychology The Theory of Multiple Intelligences by Lynn Gilman Fall 2001 http www indiana edu intell mitheory shtml 2012 11 25 at the Wayback Machine Multiple Intelligence Theory http www psych utoronto ca users reingold courses intelligence cache mi htm 2016 12 22 at the Wayback Machine Howard Gardner s Multiple Intelligences http www businessballs com howardgardnermultipleintelligences htm olu kecid Educational Leadership Vol 54 No 6 March 1997 How Children Learn What Does It Mean to Be Smart By Robert J Sternberg http www psych utoronto ca users reingold courses intelligence cache sternext html 2007 12 12 at the Wayback Machine Salovey P amp Mayer J D 1990 Emotional intelligence page 189 Daniel Goleman Richard Boyatzis amp Annie McKee Primal Leadership Harvard Business School Press 2002 C M Jones S Healy 2006 Differences in cue use and spatial memory in men and women University of Edinburgh Neisser et al August 7 1995 Intelligence Knowns and Unknowns Board of Scientific Affairs of the American Psychological Association Neisser et al August 7 1995 Intelligence Knowns and Unknowns Board of Scientific Affairs of the American Psychological Association Intellectual dIfference between the sexes The Daily Telegraph 15 January 2008 London Neisser et al August 7 1995 Intelligence Knowns and Unknowns Board of Scientific Affairs of the American Psychological Association Xarici kecidler